Məhkəmə qərarları › İş №1(3-6)-687/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-687/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-687/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs hüquqi varis1 Müşfiq oğlu, onun nümayəndələri - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və Nümayəndə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 (bundan sonra - müdafiəçi) birlikdə verdikləri apellyasiya şikayətinə (edilmiş dəyişiklik nəzərə alınmaqla) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X5), ## #### 1961-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Abşeron rayonu, Güzdək qəsəbəsi, Sovxoz evində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Sovxoz Südçülük” adlanan ərazidə, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs hüquqi varis1 Müşfiq oğlunun Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, ## #### 2025-ci il tarix, saat 08 radələrində şahid2 məxsus, texniki cəhətdən saz və istismara yararlı olan “Vaz 210 13" minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili ## ##### 2024-cü il tarixli etibarnamə ilə, “BB” seriyalı, ****** nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Qala-Zirə avtomobil şossesi ilə Pirallahı qəsəbəsi istiqamətində sağ zolaqla 60 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən yol hərəkətinin iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli, qarşıda yolun sağ hissəsi ilə hərəkətdə olan piyadaların olmasını nəzərə almalı və əvvəlcədən həmin piyadalar ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbirləri görməli, bununla da yol-nəqliyyat hadisəsinin qarşını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə təhlükəsiz hərəkətini təmin etməməklə yol hərəkəti qaydalarını pozmuş, qarşısındakı yolun sağ kənarı ilə, üfüqi nişanlanma xətti ilə tənzimlənən torpaq ehtiyat hissədən “1.4” üfüqi nişanlama xətti arasındakı 0,5 metr məsafədə asfalt örtüklü hissə ilə piyada hərəkətdə olan hüquqi varis1 və X1 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub, hüquqi varis1 aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiyasının pozulması ilə nəticələnmiş qapalı fəqərə-sütunu onurğa beynin travması, X-XI döş fəqərə səviyyələrdə onurğa beynin əzilməsi, X döş fəqərə cisminin arxaya doğru onurğa beynin kompressiya edən yarım-çıxığı, X-Xl döş fəqərə cismlərinin arxa çıxıntılarının xətti sınıqları, qaraciyərin və yoğun bağırsaq müsariqənin cırılması ilə müşayiət olunan qarnın qapalı küt travması, hər iki dirsəyin sağ və sol dizin əzilmiş yaralarından ibarət, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, Polad Hüseynova isə sağ və sol dirsək nahiyəsi, sağ əlin arxa səthi və sağ ayağın iç topuğunun sıyrıqları, sağ ayağın iç kənarının qançırı, ağır travmatik və hemorragik şokla müşayiət olunan çanaq sümüklərinin qapalı, az yerdəyişən sınıqları, sol bud sümüyünün orta-aşağı üçdə birinin açıq, qəlpəli sınığı, daxili qan itirmə ilə nəticələnmiş düz bağırsağın cırılması və ikitərəfli pnevmotoraks ibarət, həyat üçün təhlükəli olmaqla, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə, sonuncunun travma kompleksi nəticəsində yaranmış ağır travmatik və hemorragik şok səbəbindən ## ###### 2025-ci il tarix, saat 21:40-da "X4” publik hüquqi şəxsdə ölməsi ilə nəticələnmiş yol-nəqliyyal hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin məhkəmə hökmündən birlikdə verdikləri apellyasiya şikayətində onun ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini və ya sonuncunun Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1.14 və 2.2-ci bəndləri tətbiq edilməklə barəsində təyin edilmiş cəzadan azad edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini bildirsə də, məhkəmə hökmündə onun özünü təqsirli bilmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarix, saat 08 radələrində “Vaz 210 13" markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Qala-Zirə avtomobil şossesi ilə Pirallahı qəsəbəsi istiqamətində sağ zolaqla təxminən 50 km/saat sürətlə idarə edərkən “Xaşa-Xuna” deyilən ərazidə nizamlayıcını keçdikdən bir qədər sonra arxadan gələn sürücü avtomobilinin işıqlarını yandırıb-söndürdüyünə görə sonuncunun köməyə ehtiyacının olduğunu zənn edib, sükan arxasında olduğu halda, arxaya baxmaq üçün çevrilmiş və yenidən öz yoluna baxanda ondan 4- 5 metr məsafə qarşıda iki nəfər şəxsin əllərində olan mobil telefona baxa-baxa ona doğru gəldiklərini görmüş, lakin aralarındakı məsafə yaxın olduğuna görə avtomobili saxlaya bilməmiş və iş üzrə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin an təqsirləndirilən şəxs avtomobilindən düşüb zərərçəkmiş şəxslərə yardım etmiş, su ilə əl-üzlərini yumuş, hadisə yerinə yaxınlaşan şəxsdən təcili yardım çağırmasını xahiş etmişdir. Bundan az müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlmiş, zərərçəkmiş şəxslər xəstəxanaya aparılmışlar. Təqsirləndirilən şəxs və yaxın qohumları da xəstəxanaya getmiş, əllərindən gələn köməkliyi etmiş, bundan sonra X2 yas mərasimində iştirak etmişlər. Birinci instansiya məhkəməsindəki icraat zamanı mərhum Polad Hüseynovun atası hüquqi varis2 təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxs hüquqi varis1 müalicə xərcləri ilə bağlı onun atasına cəmi 6200 manat məbləğində pul ödəmişdir. Buna görə də sonuncu və nümayəndəsi mülki iddia ərizəsinin geri qaytarılması haqqında ərizə vermişdir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi əməl üzrə özünü təqsirli bildiyini, buna görə də birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmü təqsirliliyi ilə bağlı hissədə mübahisələndirmədiyini bildirib, apellyasiya şikayətinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1.14 və 2.2-ci bəndlərinin tətbiq edilib, təyin edilmiş cəzadan azad edilməklə təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında zərərçəkmiş şəxs hüquqi varis1 Müşfiq oğlu və onun nümayəndələri ayrı-ayrılıqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs hüquqi varis1lə barışıq əldə etməməsinə görə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya məhkəmə iclasındakı izahat və çıxışında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini verən şəxs onu dəyişdirmək hüququna malik olduğuna, iş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi birlikdə verdikləri apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini və ya sonuncunun Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1.14 və 2.2-ci bəndləri tətbiq edilməklə barəsində təyin edilmiş cəzadan azad edilməsini xahiş etsələr də, apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında apellyasiya şikayətinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1.14 və 2.2-ci bəndlərinin tətbiq edilib, təyin edilmiş cəzadan azad edilməklə təmin edilməsini xahiş etməklə, faktiki olaraq Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edib, verilmiş apellyasiya şikayətini dəyişdirdiklərinə görə apellyasiya baxışının hüdudları təqsirləndirilən şəxsin və onun müdafiəçisinin birlikdə verdikləri ilkin apellyasiya şikayətinin deyil, apellyasiya məhkəmə baxışı iclasındakı izahat və çıxışlarında apellyasiya şikayətinə şifahi qaydada etdikləri dəqiqləşdirmə və ya dəyişiklik əsasında müəyyən edilməli, bu səbəbdən apellyasiya şikayətinə edilmiş dəyişikliyin dəlili həddində hüquqi qiymət verilməlidir. Beləliklə, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlilini yalnız təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1.14 və 2.2-ci bəndlərinin tətbiq edilib, təyin edilmiş cəzadan azad edilməsi təşkil edir, orada iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hal mübahisələndirilmir. Buna görə də apellyasiya şikayətində məhkəmə hökmünün dəyişdirilməsi ilə bağlı tələb Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsi ilə əlaqələndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hazırki qərarda təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə dair təqsirli olub-olmamasının xüsusi qaydada müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən - məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs hüquqi varis1 Müşfiq oğlu və şahid qismində dindiriliş şəxslərin verdikləri ifadələri, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllər, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının ## ######## 2025-ci il tarixli, */**** nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, *** nömrəli və ## ####### 2025-ci il tarixli, **** nömrəli rəyləri və digər sənədlərlə (məhkəmə kollegiyası hesab edir ki, həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) tam sübuta yetirilmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə gəldiyi nəticəni qanuni, əsaslı və işin faktiki hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, əvvəllər məhkum olunmamasından ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxs X2 hüquqi varisi hüquqi varis2 ilə barışıq əldə etməsindən ibarət cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, eləcə də zərərçəkmiş şəxs hüquqi varis1 ilə barışıq əldə etməməsini nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxs barəsində həm əsas, həm də əlavə cəzanı ədalətli həddə təyin etmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində həm əsas, həm də əlavə cəzanın həddi ilə bağlı gəldiyi nəticəni də qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının: - 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): - 7.1-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərə tətbiq edilmir. - 2.2-ci bəndinə əsasən bu Qərarın 2.1-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzadan azad edilir (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). - 9-cu hissəsinə əsasən Bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1-ci hissəsi və 7.1-ci bəndinə əsasən törətdiyi, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli amnistiyanın tətbiqi dairəsinə düşməməsi səbəbindən həmin Qərarın 1.14-cü bəndi, məhkəmə hökmü ## ##### 2026-cı il tarixdə, yəni həmin Qərarın qəbul edilməsindən sonra qanuni qüvvəyə mindiyinə görə 9-cu hissəsinə əsasən 2.2-ci bəndi tətbiq edilə bilməz. Buna görə də verilmiş apellyasiya şikayətinin bunlarla bağlı dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və müdafiəçisinin birlikdə verdikləri apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 birlikdə verdikləri apellyasiya şikayəti (edilmiş dəyişiklik nəzərə alınmaqla) təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar