Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-690/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızının iştirakları ilə, Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Ü.Mirzəyeva) ## ##### 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xətai rayonu, M.Hadi küçəsi, 392 ünvanında yaşayan, ## ###### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqsut 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası üzrə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilməsi nəzərə alınmış və ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 0,211 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 16.08 avqust .2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, ## ###### 2024-cü il tarixdə saat 12:00 dəqiqədə ünvan 2 nömrəsiz ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,211 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək hökmün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Şahhüseyn oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. "Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixli qərarla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 7 ay 1 gün hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza ləyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəli cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki. əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən hazırki hökmlə cəza ləyin olunarkən Bakı şəhəri Xətai rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü nəzərə alınmamış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5ci maddəsinin tələblərinə uyğun olaraq, yəni cinayətlərin məcmusu qaydasında qəti cəza ləyin edilməli halda, cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməmişdir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün apellyasiya protestində göstərilənlərə uyğun olaraq cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə cəza təyin ediməklə dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlanıldığı ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (04 gün müddət) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Bakı şəhər Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərik 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/** saylı, ## ##### 2025ci il tarixli qərarı ## #### 2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və cəzasının əvvəli ## #### 2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyindən, üzərində probasiya nəzarəti dayandırılmış və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülərək ## ###### 2026-cı il tarixdə ona aid şəxsi iş müvafiq qaydada Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Bakı şəhər Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. "Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixli qərarla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 7 ay 1 gün hissəsindən azad edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən toplanılmaqla cinayətlərin məcmusu üzrə cəza təyin etməli olduğu halda, məhkəmə həmin maddələrin tələblərini pozaraq hazırki hökmlə təyin etdiyi cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə toplamamış, bununla da, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki. əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, verilmiş apellyasiya protesti təmin olunmalı, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli yuxarıda göstərilən əsaslarla dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki cinayət işi üzrə hökmlə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi 2 ay 29 gün, habelə həmin hökm üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 8 gün azadlığın məhdudlaşdırılması, ümumilikdə 3 ay 7 gün hazırki qərarla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanıslın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılısn. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-690/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-690/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver