Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-694/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Xüsusi ittihamçı: Xüsusi ittihamçı nümayəndəsi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim Elnurə Rəcəbova) *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ##.##.1968-ci il tarixdə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünə əsasən qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 8, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 1 ünvanında yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinmiş, və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.3.1ci maddəsinə əsasən islah işlərinin iki gününü azadlığın məhdudlaşdırılmasının 1 gününə bərabər tutmaqla hesablayaraq 01 il müddətinə islah işləri cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qəti olaraq 01(bir) il 09(doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş 1(bir) il 09(doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Sabunçu rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 02(iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya Idarəsinə həvalə edilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayətlərin məcmusu qaydasında 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Belə ki, ittiham onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs (zərərçəkmiş) Xüsusi ittihamçı hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin həmtəsisçisidir.Hazırki iş üzrə barəsində şikayət verilən şəxs (təqsirləndirilən şəxs) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “xxxx” ASC-də Tornaçı vəzifəsində işləmiş və ASC-nin ## #### 2023-cü il tarixli, 369 k saylı əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir.Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən sosial şəbəkələr və xəbər portalları vasitəsi ilə, mütəmadi olaraq, şikayətçi (zərərçəkmiş) Xüsusi ittihamçı barəsində doğru olmayan, onun şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirən, böhtan xarakterli məlumatlar yayılmışdır. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 2024-cü ilin oktyabr və noyabr aylarında “Tiktok” adlanan sosial şəbəkə vasitəsi ilə yayımladığı videogörüntülərdə “xxxx” ASC və onun həmtəsisçisi olan Xüsusi ittihamçı barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayaraq bildirmişdir ki, - “xxxx” ASC-də özbaşınalıqdır. Kim haqqını tələb edirsə onu işdən çıxarırlar, zorla ərizə yazdırırlar ki, işdən çıxıb getsin. Həmin şirkətin sahibi Loğman müəllimdir, müəssisə rəhbəri Ramiz müəllimdir, kadrlar şöbəsinin rəhbəri Fazil müəllimdir. Onlar birləşib, necə deyərlər, camaata “torba” tikirlər, camaatı incidirlər(epizod 1) Bundan başqa, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Bakunews” internet xəbər portalında “Qazi atası müraciət etdi” başlıqlı videogörüntü paylaşaraq, bildirmişdir ki - “Xüsusi ittihamçı və onun ətrafında olan işçilər özbaşınalıq edir, əmək müqavilələrinin surətini heç kimə vermir. ”(epizod 2) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs internet sosial şəbəkəsi vasitəsi ilə paylaşdığı digər bir videogörüntüdə bildirmişdir ki - “xxxx ASC-də ümumiyyətlə özbaşınalıqdır, kim qanunları bilirsə və hüquqlarını tələb edirsə, onu işdən çıxarırlar. Xüsusi ittihamçı üçün həmin şəxsin qazi olub-olmadığının heç bir fərqi yoxdur.” (epizod 3) M.C. Baradov sosial şəbəkə vasitəsi ilə paylaşdığı başqa bir videogörüntüdə isə bildirmişdir ki - “Işlədiyim özəl şirkət (“xxxx” ASC) məni qanunsuz olaraq işdən çıxarıb. Mən bununla bağlı məhkəməyə müraciət elədim. Xüsusi ittihamçı məhkəmələrin ağzını yumdu və hakimlər onun tərəfini saxladı”(epizod 4) Həmçinin bildiririk ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə X3 Mehdiyevlə birgə şəkilini montaj edərək paylaşmaqla Xüsusi ittihamçı “vətən xaini” adlandırmışdır.(epizod 5) Bundan başqa, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “xxxx” ASC- nin hüquqşünası X2 istifadə etdiyi *** *** ** ** votsap nömrəsinə səs yazısı göndərərək aşağıdakıları bildirmişdir: “Xüsusi ittihamçı hesab etməsin ki, o, pul verərək, rüşvət hesabına məhkəməni uddu. Mən onu yenidən məhkəməyə verəcəm. Görək o, bundan sonra kimə rüşvət verəcək, özünü necə haqlı çıxaracaq” Həmin səs yazısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmçinin bildirmişdir ki - “Xüsusi ittihamçı haqqında məndə digər sübutlar da var. Onun keçmişdə öz qonşusuna neçə milyon pul atdığı, götürüb vermədiyi barədə və digər qanunsuzluqları barədə də əlimdə məlumatlar var”(epizod 6). Göründüyü kimi, hazırki iş üzrə barəsində şikayət verilən şəxs (təqsirləndirilən şəxs) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yalan olduğunu bilə-bilə, sosial şəbəkələrdə və digər internet resurslarında Xüsusi ittihamçı Zülfuqar oğlunun rüşvət verməklə məhkəmələri ələ alma (CM-in 312-ci maddəsi), nüfuz alveri (CM-nin 312-1-ci maddəsi), vergidən yayınma (CM-nin 213-cü maddəsi), dələduzluq (CM-nin 178.4-cü maddəsi) cinayət əməllərini törətməsi, eləcə də həmtəsisçisi olduğu “xxxx” ASC-də çalışan işçilərin əmək hüquqlarını pozması barədə həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla, ona böhtan atmış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Buna görə də o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalı və cəzalandırılmalıdır. Şikayətin hüquqi əsasları:Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi: 147.1 Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.147.2.Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsi.Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən - Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 2- ci bəndində qeyd olunur ki, - Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri- qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.Ali Məhkəmənin Plenumunun həmin qərarının 5-ci bəndində qeyd olunur ki, - Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və tele verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yqlan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 12-ci bəndində göstərilir ki - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdir ilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür.Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Şikayətçi, Xüsusi ittihamçı Zülfliqar barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları “Tik-tok” internet şəbəkəsi və digər internet resursları vasitəsi ilə yaymışdır.Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs rəsmi yaşayış yeri : - “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8 -dir. Buna görə də xüsusi ittiham qaydasında verilən hazır ki şikayətə Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1-ci və 147.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum etmişdir. Hökmdən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin l(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü təyin edilmiş cəzaya aid olan hissədə dəyişdirilərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mehman Baratov məhkəmə iclasında özünü təqsirli bilməmişdir, tərəfimdən verilən suala da özünü təqsirli bilmədiyini söyləmişdir. Məhkəmə isə protokoldan kənara çıxaraq onun özünü qismən təqsirli bildiyini qeyd etmişdir. Hesab edirəm ki, bu prosessual pozuntudur. Digər tərəfdən, məhkəmə tərəfindən Mehman Baratov qeyd olunan epizodlar üzrə ittihamlarla bağlı təqsirli bilinsə də əslində onun əməlində hər iki maddə üzrə cinayət tərkibi yoxdur. Bunu məhkənə iclasında çıxışında da bildrmiş və məhkəmədən Mehman Baratova bəraət verilməsini xahiş etsə də məhkəmə bu məqama diqqət yetirməmişdir.Digər tərəfdn, Mehman Baratov tərəfindən işə baxan hakimə etiraz bildirilsə də əsassız şəkildə vəsatət təmin edilməmişdir. Halbuki, iş materialları ilə hakimin etirazı qəbul etməsi üçün əsaslar yaranmışdır. Digər tərəfdən, məhkəmənin diqqət yetirməli olduğu xüsuslatlardan biri də xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata götürülməsinin düzgün olub olmaması ilə balıdır. Hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi məhkəmə tərəfdinən icraata götürülməməli idi. Belə ki, ilk hazırlıq iclasında o,mümkünlük məsələsinə münasibət bildirmiş, şikayət ərizəsinin Cinayət Prosessual Məcəllə ilə müəyyən olunmuş tələblərə uyğun tərtib edilmədiyi, hər bir epizod üzrə faktın baş vermə yeri, tarixi, məzmununun qeyd edilmədiyini bildirmişdim. Buna baxmayaraq məhkəmə tərəfindən həmin pozuntular nəzərə almamış, şikayət ərizəsi icraata qəbul edilmişdir. Hazırki iş üzrə Mehman Baratovun heç bir təqsiri müəyyən edilmir və onun barəsində bəraət hökmünün çıxarılması üçün qanuni əsaslar vardır. Xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 2024- cü ilin oktyabr ayından başlayaraq sosial şəbəkələr və xəbər portalları vasitəsi ilə, mütəmadi olaraq, doğru olmayan, L.Zülfüqarlmm şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirən, böhtan xarakterli məlumatlar yaymağa başlamış, onu rüşvət verməklə məhkəmələri ələ almaqda (CM-in 312-ci maddəsi), nüfuz alveri etməkdə (CM-nin 312-1-ci maddəsi), vergidən yayınmaqda (CM-nin 213-cü maddəsi), dələduzluq etməkdə (CM-nin 178.4-cü maddəsi) və onu vətən xaini adlandıraraq dövlətə xəyanət etmə cinayətini törətməkdə (CM-nin 274-cü maddəsi) ittiham etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bununla da kifayətlənməmiş və özünə yaxın olan bir qadının vasitəsi ilə, özünün, Loğman Zülfüqarhnm, Dövlət Başçımız Ilham Əliyev cənablarının və X5 xanım Əliyevanın foto şəkillərini sosial şəbəkələrdə yanaşı yerləşdirməklə, həm Loğman Zülfüqarhnm, həm də cənab Prezidentimizin və Vitse Prezidentimizin ünvanına şərəf və ləyaqəti alçaldan, yalan məlumatların yayılmasını təşkil etmişdir. M.C. Baradov törətdiyi həmin cinayət hadisələri ilə bağlı barəsində iki ittiham hökmünün çıxarılmasına baxmayaraq, həmin qanunsuz hərəkətlərini hazırda da, mütəmadi olaraq davam etdirir. Qeyd etdiyimiz faktlar Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs öz əməllərindən peşman olmadığını və yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətinə alçaldan həmin məlumatları qəsdən və qərəzli olaraq paylaşdığını təsdiq edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin olunan cəza onun törətdiyi və hazırda da törətməkdə davam etdiyi əməllərinə adekvat deyildir. Cəza olduqca yüngüldür. Təyin olunmuş cəzanın yüngüllüyü onun islah olunacağını deməyə əsas vermir və cəzanın qanunda nəzərdə tutulan məqsədinə uyğun deyildir. Buna görə də hesab edirik ki, həmin hökm təyin olunmuş cəzaya aid olan hissədə dəyişdirilməli və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Irəli sürülmüş xüsusi ittihamın 6-cı epizodunun, yəni, “Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “xxxx” ASC-nin hüquqşünası X2 istifadə etdiyi *** *** ** ** votsap nömrəsinə səs yazısı göndərərək Loğman Zülfüqarhnm şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirən, yalan məlumatlar yayması ilə bağlı epizodun ittihamdan xaric edilməsi ilə bağlı hissədə də hökmü əsaslı hesab etmirik. Belə ki, X2, yuxarıda qeyd olunduğu kimi, “xxxx” ASC-nin hüquqşünasıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 istifadə etdiyi *** *** ** ** votsap nömrəsinə ## ###### 2025-ci il tarixdə, saat 11:07 və 11:15 dəqiqələrdə, ardıcıl olaraq, 2 səsli mesaj göndərmişdir. Həmin vaxt V.M.Rəsulov iş yerində olmuşdur. V.M.Rəsulov Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs gələn səsli mesajları dinləyərkən iş yoldaşları da orada olmuş və həmin mesajlarda Xüsusi ittihamçı barəsində deyilən və onun şərəf və ləyaqətini alçaldan yalan məlumatları həmin işçilər də eşitmişlər. Bu fakt doğru olmayan həmin məlumatların yayıldığını təsdiq edir. Buna görə də həmin mesajlarda səslənən böhtan xarakterli məlumatların Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən yalnız bir şəxsə bildirildiyi və buna görə də həmin hərəkətlərin cinayət kimi qiymətləndirilməli olmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz və həmin epizodun ittihamdan çıxarılması əsaslı deyildir. Məhkəmə kollegiyasının iclasında çıxış edən xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ğzü və müdafiəçisi tərəfindən apellyasiya şikayətlərinin təmin edilməsini barəsində bəraət hökm çıxarılmasını, xüsusi ittihamçının nümayəndəsinin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməli olmasını, ittiham tərəfi isə onun cəzasını ağırlaşdırmasını iddia etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.1-ci və 147.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Onun təqsirli bilindiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətlərinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətlərin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Xüsusi ittihamçının dəlilləri təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsi ilə bağlı olmuşdur. Müdafiə tərəfinin dəlilləri isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən biləbilə Xüsusi ittihamçı barəsində hər hansı yalan məlumatın yayılmasının iş materialları ilə tam təkzib edilməsi, sonuncunun öz şübhələrini bölüşməsi ilə bağlı olmuşdur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CM-in 147.1-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 147.2-ci maddəsinə əsasən ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli * saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 147.1-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarda izah edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Hazırkı iş üzrə məlumatların kütləvi yayılması və həmin müsahibədə böhtan xarakterli məlumatların olması müsahibənin məzmunu və iş materialları ilə təsdiq edilməkdədir. Belə ki, məhkəmə kollegiyası CM-nin 147.1-ci maddəsinə münasibətdə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş flaşkartda olan videogörüntülərdən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tik-tok” adlanan sosial şəbəkə vasitəsi ilə yayımladığı videogörüntüdə bildirir ki, - “xxxx” ASC-də özbaşınalıqdır. Kim haqqını tələb edirsə onu işdən çıxarırlar, zorla ərizə yazdırırlar ki, işdən çıxıb getsin. Həmin şirkətin sahibi Loğman müəllimdir, müəssisə rəhbəri Ramiz müəllimdir, kadrlar şöbəsinin rəhbəri Fazil müəllimdir. Onlar birləşib, necə deyərlər, camaata “torba” tikirlər, camaatı incidirlər(epizod 1). Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Bakunews” internet xəbər portalında “Qazi atası müraciət etdi” başlıqlı videogörüntü paylaşaraq, bildirir ki - “Xüsusi ittihamçı və onun ətrafında olan işçilər özbaşınalıq edir, əmək müqavilələrinin surətini heç kimə vermir ”(epizod 2). Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs internet sosial şəbəkəsi vasitəsi ilə paylaşdığı digər bir videogörüntüdə bildirir ki “xxxx ASC-də ümumiyyətlə özbaşınalıqdır, kim qanunları bilirsə və hüquqlarını tələb edirsə, onu işdən çıxarırlar. Xüsusi ittihamçı üçün həmin şəxsin qazi olub-olmadığının heç bir fərqi yoxdur” (epizod 3). Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkə vasitəsi ilə paylaşdığı başqa bir videogörüntüdə isə bildirir ki - “Işlədiyim özəl şirkət (“xxxx” ASC) məni qanunsuz olaraq işdən çıxarıb. Mən bununla bağlı məhkəməyə müraciət elədim. Xüsusi ittihamçı məhkəmələrin ağzını yumdu və hakimlər onun tərəfini saxladı”(epizod 4). Məhkəmə kollegiyası məhkəmə kollegiyası CM-nin 147.2-ci maddəsinə münasibətdə qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə X3 Mehdiyevlə birgə şəkilini montaj edərək paylaşmaqla Xüsusi ittihamçı “vətən xaini” adlandırmışdır. “Xətən xaini” ifadəsi hüquqda “dövlətə xəyanət” kimi tanınır, yəni məzmun etibarilə CM-nin 274-cü maddəsində göstərilən hərəkətlərin edilməsini özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə Xüsusi ittihamçı “vətən xaini” adlandırmaqla xüsusilə ağır cinayət əməli törətməkdə ittiham etmişdir. Halbuki, təqsirləndirilən şəxs tərəfindən yayılmış məlumatda göstərilən xüsusatla bağlı nə xüsusi ittihamçı Xüsusi ittihamçı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilməmiş, nə də onun həmin əməli törətməkdə təqsirli olması ilə bağlı məhkəmə hökmü mövcud olmamışdır. Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirliliyini bildirən məlumatların yayılması qadağandır və bu hərəkətlər təqsirsizlik prezumpsiyasını pozur. Belə olan vəziyyətdə Xüsusi ittihamçı barəsində yayılmış bu cür məlumat onun şərəf və ləyaqətini ləkələməklə yanaşı, cəmiyyətdə onun barəsində mənfi rəy yaranmasına səbəb olmuşdur. Beləliklə, bu hərəkətləri ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqdim edilən diskdə olan görüntülərdən görünür ki, 1-5-ci epizodlar üzrə ifadələr “Tik-Tok” sosial şəbəkəsində təqsirləndirilən şəxsə məxsus səhifədə, “Bakunews” internet xəbər portalında paylaşılmış, hətta özünün bildirdiyi kimi çoxsaylı “bəyənmə” yığmışdır. Bunlar isə məsuliyyətin yaranması üçün zəruri olan əlamətin mövcud olmasını, yəni böhtan xarakterli məlumatın kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə 6-cı epizodda göstərilmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “xxxx” ASC-nin hüquqşünası X2 istifadə etdiyi *** *** ** ** votsap nömrəsinə səs yazısı göndərərək aşağıdakıları bildirmişdir: “Xüsusi ittihamçı hesab etməsin ki, o, pul verərək, rüşvət hesabına məhkəməni uddu. Mən onu yenidən məhkəməyə verəcəm. Görək o, bundan sonra kimə rüşvət verəcək, özünü necə haqlı çıxaracaq”. Həmin səs yazısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmçinin bildirmişdir ki - “Xüsusi ittihamçı haqqında məndə digər sübutlar da var. Onun keçmişdə öz qonşusuna neçə milyon pul atdığı, götürüb vermədiyi barədə və digər qanunsuzluqları barədə də əlimdə məlumatlar var”(epizod 6). Sözügedən epizodla bağlı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında həmin səs yazısını Xüsusi ittihamçı vəkilinə göndərdiyini təsdiq etmiş, Tiktok sosial şəbəkəsində və ya digər internet informasiya ehtiyatında yaymadığını bildirmişdir. Həmçinin göstərmişdir ki, o video müraciətləri paylaşarkən tanımadığı kimsə rəy yazaraq Xüsusi ittihamçı qonşusuna pul atdığını bildirmiş, o da buna əsasən o məzmunda səs yazısı göndərmişdir. Bununla belə ittiham tərəfi həmin epizodun ittihamdan çıxarılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2014- cü il tarixli * saylı qərarının 5-ci bəndində göstərilir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmin səs yazısını “xxxx” ASC-nin hüquqşünası X2 istifadə etdiyi *** *** ** ** vhatsap nömrəsinə göndərmiş, sözügedən məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması halı müəyyən edilməmişdir. Sözügedən səs yazısı vhatsap vasitəsilə “xxxx” ASC-nin hüquqşünası X2 göndərilmişdir ki, həmin səs yazısının yalnız göndərildiyi şəxs tərəfindən dinlənilməsi mümkündür. Bundan əlavə, vhatsap tətbiqi internet informasiya ehtiyatı hesab edilmir. Birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs irəli sürülmüş ittihamın “Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “xxxx” ASC-nin hüquqşünası X2 istifadə etdiyi *** *** ** ** votsap nömrəsinə səs yazısı göndərərək aşağıdakıları bildirmişdir: “Xüsusi ittihamçı hesab etməsin ki, o, pul verərək, rüşvət hesabına məhkəməni uddu. Mən onu yenidən məhkəməyə verəcəm. Görək o, bundan sonra kimə rüşvət verəcək, özünü necə haqlı çıxaracaq” Həmin səs yazısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmçinin bildirmişdir ki - “Xüsusi ittihamçı haqqında məndə digər sübutlar da var. Onun keçmişdə öz qonşusuna neçə milyon pul atdığı, götürüb vermədiyi barədə və digər qanunsuzluqları barədə də əlimdə məlumatlar var” hissəsi ittihamdan xaric edilməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə və xüsusi ittihamçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində tərəflərin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir və məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfi cəzanın artılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ona cəza təyin edərkən CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etməniş, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində CM-nin 147.1-ci maddəsinə münasibətdə cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi CMin 147.1-ci və 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində cərimə cəzası təyin etmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb etmişdir. Məhkəmə kollegiyası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin edilmiş cəzanın növü ilə razılaşır və azadlığın məhdudlaşdırılması növündə cəzanın təyini onun islah olunacağı inamını yaradır. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsya cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1-ci və 147.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-694/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-694/2026
09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver