Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-695/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının hakimlәri - İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Hüseynov Elmәddin Mirpaşa oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Eminov Azәr Elçin oğlunun katibliyi, dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X3, zәrәrçәkmiş şәxs Ocaqova Nailә Padar qızının, müdafiәçi - Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili X1 vә tәqsirlәndirilәn şәxs Şirinova Elnarә Cabbar qızının iştirakları ilә, ##.##.1978-ci ildә Beylәqan rayonu, 1-ci Şahsevәn kәndindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, әvvәllәr mәhkum olunmayan, orta tәhsilli, işlәmәyәn, ünvan 2 ünvanında qeydiyyatda olan vә ünvan 1 7 ünvanında yaşayan, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş - Şirinova Elnarә Cabbar qızının Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.1, 178.2.2 vә 178.2.4-cü maddәlәri ilә mәhkum olunmasına dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs Şirinova Elnarә Cabbar qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn işә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli hökmünә әsasәn Şirinova Elnarә Cabbar qızı Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.1, 178.2.2 vә 178.2.4-cü maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәdilmәsindә tәqsirli bilinәrәk, 03(üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilmiş, Azәrbaycan Respublikası CM-nin 69.3-cü maddәsinә әsasәn Şirinova Elnarә Cabbar qızının ## ###### 2025-ci il tarixdәn ## ###### 2025-ci il tarixәdәk tutulduğu 02 (iki) gün müddәt azadlığın mәhdudlaşdırılması növündә cәzanın müddәtinә bir günә iki gün hesabı ilә hesablanmaqla 04 (dörd) gün azadlığın mәhdudlaşdırılması cәzası ona tәyin edilmiş 03 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzasından çıxılaraq, üzәrindә 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddәtә azadlığın mәhdudlaşdırılması cәzası saxlanılmışdır. Şirinova Elnarә Cabbar qızı yaşadığı ünvan 1 7 ünvanını axşam saat 23:00-dan sәhәr saat 07:00-dәk tәrk etmәmәk, elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәnin işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk, Bakı şәhәri әrazisini tәrk etmәmәk, mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk, cәzanın icrasına nәzarәt edәn orqanı iş vә ya tәhsil yerinin dәyişdirilmәsi barәdә әvvәlcәdәn mәlumatlandırmaq vәzifәlәrini yerinә yetirilmәsi, üzәrinә kütlәvi tәdbirlәrdә iştirak etmәmәk vәzifәsi qoyulması, hökmün icrasına nәzarәt Şirinova Elnarә Cabbar qızının yaşayış yeri üzrә Bakı şәhәr Probasiya İdarәsinә hәvalә edilmәsi, cәzasını çәkmәsinin әvvәli onun cәzanı icra edәn orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barәsindә seçilmiş “poisin nәzarәti altına vermә” qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması hökm edilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn Şirinova Elnarә Cabbar qızı ona görә tәqsirli bilinib mәhkum edilmişdir ki, o, qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını etibardan sui-istifadә etmәk vә aldatma yolu ilә qanunsuz vә әvәzsiz әlә keçirib xeyli miqdarda ziyan vurmaqla tәkrar dәlәduzluq etmişdir. Belә ki, Şirinova Elnarә Cabbar qızı digәr şәxs ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә qanunsuz vә әvәzsiz әlә keçirmәk mәqsәdi ilә Ocaqova Nailә Padar qızına kürәkәni Bağırzadә Arif Mehdi oğlunu öz әlaqәlәri vasitәsi ilә “SOCAR” şirkәtinin yemәkxanasında anbardar kimi aylıq 1200 manat әmәk haqqı almaq şәrti ilә işә düzәldәcәyinә dair yalan vәd verib bu adla ## ### 2021-ci il tarixdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәsәbәsi, Sülh küçәsi 7 mәnzil 11 ünvanında 3000 manat pulunu әlә keçirib, vәdinә әmәl etmәyib aldadaraq zәrәrçәkmiş şәxs Nailә Ocaqovaya hәmin mәblәğdә ziyan vurmaqla dәlәduzluq etmişdir. Bundan başqa, Şirinova Elnarә Cabbar qızı tәkrarәn, digәr şәxslә qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә qanunsuz vә әvәzsiz әlә keçirmәk mәqsәdi ilә Ocaqova Nailә Padar qızına Bakı şәhәri, Suraxanı rayonu, Qaraçuxur qәsәbәsindә yerlәşәn “SOCAR” şirkәtinin nәzdindә olan yaşayış binasında 65000 manata ucuz qiymәtә bir otaqlı mәnzili qarajı ilә birlikdә ona alacağına dair yalan vәd verib ilkin ödәniş adı ilә 8000 manata razılaşaraq ##.##.2021-ci il tarixdә Bakı şәhәri, Sabunçu rayonu, Sülh küçәsindә yerlәşәn * saylı Asan Xidmәtdә 5300 manat pulu öz cinayәtkar niyyәtini gizlәtmәk mәqsәdi ilә kredit müqavilәsi әsasında, eyni tarixdә yaşadığı ünvan 1 7 ünvanında 2700 manat olmaqla, ümumilikdә 8000 manat pulunu vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirib, vәdinә әmәl etmәyib aldadaraq zәrәrçәkmiş şәxs Nailә Ocaqovaya hәmin mәblәğdә xeyli miqdarda ziyan vurmaqla tәkrar dәlәduzluq etmişdir. Bundan başqa, Şirinova Elnarә Cabbar qızı tәkrarәn, digәr şәxslә qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә qanunsuz vә әvәzsiz әlә keçirmәk mәqsәdi ilә Ocaqova Nailә Padar qızına Bakı şәhәri, Yasamal rayonu әrazisindә “SOCAR” şirkәtinin nәzdindә olan digәr yaşayış binasında daha böyük sahәsi olan mәnzil almaq barәdә yalan vәd verib bu adla ##.##.2021-ci il tarixdә girov qoyub 5000 manat mәblәğindә pul götürüb mәnzilә ilkin ödәniş etmәk adı ilә ona mәxsus ümumilikdә 14000 manat dәyәrindә 3 dәst qızıl sırğa, 2 әdәd qızıl qolbaq, 1 әdәd qızıl boyunbağı vә 7 әdәd qızıl üzüklәrdәn ibarәt 97 qram çәkidә qızıl-zinәt әşyalarını Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәsәbәsi, Stansiya adlanan yerdә adsız kafedә әlә keçirdikdәn sonra tәqdim etdiyi “xxxx” ASC-yә mәxus 4169 7385 4230 9418 bank kartına ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 465 manat, ##.##.2022-ci il tarixdә 500 manat göndәrilmәsinә nail olmuş, daha sonra öz cinayәtkar niyyәtini gizlәtmәk mәqsәdi ilә Ocaqova Nailә Padar qızı tәrәfindәn verilmiş etibarnamә әsasında sonuncunun adına “xxxx” ASC-yә mәxus “41697377****7280” nömrәli kart açdırıb özündә saxladıqdan sonra aldığı evin aylıq ödәnişlәrinә görә öz adına bank hesabı olduğunu yalandan deyib aldadaraq hәmin karta ##.##.2022-ci il tarixdә 650 manat, mәnzilinә DƏDRX-dәn çıxarış alınması adı ilә 1350 manat vә aylıq ödәniş adı ilә 650 manat olmaqla ##.##.2022-ci il tarixdәcәmi 2000 manat, ##.##.2022- ci il tarixdә 650 manat vә sonuncu dәfә ##.##.2025-ci il tarixdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәsәbәsindәki Poçt mәntәqәsinin yaxınlığındakı “xxxx” ödәmә terminalından 650 manat göndәrilmәsinә nail olub ümumilikdә 20915 manat pulunu vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirib zәrәrçәkmiş şәxs Nailә Ocaqovaya hәmin mәblәğdә xeyli miqdarda ziyan vurmaqla tәkrar dәlәduzluq etmişdir. İş üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı hökmündәn mәhkum edilmiş şәxs Şirinova Elnarә Cabbar qızı apellyasiya şikayәti verәrәk hökmün lәğv edilmәsini, barәsindә bәraәt hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdәn dövlәt ittihamçısı apellyasiya protesti, zәrәrçәkmiş şәxs isә apellyasiya şikayәti vermәmişdir. Mәhkәmә kollegiyasının iclasında mәhkum edilmiş şәxs Şirinova Elnarә Cabbar qızı vә onun müdafiәçisi X1 apellyasiya şikayәtindә göstәrilәn әsaslarla Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli hökmünün lәğv edilmәsini, elan olunmuş ittiham üzrә Şirinova Elnarә Cabbar qızına bәraәt verilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında dövlәt ittihamçısı X3 vә zәrәrçәkmiş şәxs Ocaqova Nailә Padar qızı verilmiş apellyasiya şikayәtinin dәlillәrini әsassız hesab edәrәk tәmin edilmәmәsini vә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** nömrәli hökmünün dәyişdirilmәdәn saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, dövlәt ittihamçısının, mәhkum edilmiş şәxsin vә onun müdafiәçisinin fikirlәrini dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, iş üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin mәzmununun tәqsirlәndirilәn şәxsә bәraәt verilmәsi ilә bağlı olduğunu nәzәrә alaraq hesab edir ki, hәmin dәlillәri tәkzib edәcәk birinci instansiya mәhkәmәsinin hökmünün әsaslandırıcı hissәsini tam tәkrarlamamaqla, apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә bәzi mәqamları hazırki qәrarda qeyd etmәyi zәruri vә әsaslı hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Şirinova Elnarә Cabbar qızı ona qarşı irәli sürülmüş ittiham üzrә özünü tәqsirli bilmәyәrәk ifadәsindә göstәrdi ki, Nailә xanımla onlar qonşu olmuşlar, aralarında yaxşı münasibәt olmuş, bir evli kimi olmuşlar. Nailәnin qızının toyunda onlar iştirak etmişlәr, o vaxtı Nailәyә pul lazım olub onlar kömәklik etmişlәr. Qızına qızıl almağa pul lazım olub o vermişdir. Hal hazırda onkoloji xәstәdir. Hәmin vaxtı mağazada işlәmişdir. Yoldaşı mәktәbdә istilik sisteminә baxmışdır. Nailә xanımla onların arasında borc müqavilәsi olmuşdur. O vaxtı әmәliyyata getmişdir, Nailә kart almış, qızıl almış, özü faizә pul vermişdir. Bunu mәhәllәdә qonşularda tәsdiqlәyә bilәrlәr. Ona pul lazım olduğu üçün Nailә demişdir ki, gedib notariusda versin pulu. Onlar notariusa getmişlәr. Nailә özü ağıllı qadındır vә elә Nailәnin özü işә adam götürәndir, tәcili tibbi yardıma özü neçә adam işә götürmüş, yeznәsinә ev almışdır. Nailә tanıdığı bir ailәyә 16000 manat faizә pul vermişdir vә onu aparmış hәmin ailәyә göstәrmiş, demişdir ki, oğul pul bu xanımındır. Nailә xanımdan borc istәyәndә onun kartı, qızılı olmadığı üçün onunla borc müqavilәsi bağlamışdır. O demişdir ki, pul elә birşeydir ki, aralarında söz söhbәt olar, onlar bacıdırlar. Ona görә onlar getmişlәr notariusa, 5300 manatla bağlı borc müqavilәsi bağlamışlar. O, hәr ehtimala ayda 300 manat ona vermişdir. Ondan sorna Nailә qapısında dayanmış, oğlunu gәtirmiş üstlәrinә, onu nә vәziyyәtә qoymuşlar sa, onun qarnında 4 dәnә “qrija” yaranmışdır. O, ayda 300 manat vermişdir Nailәyә, amma Nailә gәlib çox pul vermәyini tәlәb etmişdir. O, Nailәyә xәstә olduğunu 470 manat maaş aldığını bildirmişdir. Sonra oğlu gәlmiş, özünü yerә yıxmışdır. Nailә onu 3 gün tutdurandan sonra o, evә getmiş, Nailәdә liftdәn çıxıb qayıdıb ona demişdir ki, “Biz bacı olmuşuq, qonşuyuq, evdәdә adam bacısı ilә dalaşır, az az pulu ver”. O da maaşı alıb pulu verәcәyini demişdir. Ondan sonra Nailә Telli adından xanıma faizә pul vermişdir vә onu evinә çağırmışdır. Onu çağırmışdır evinә ki, sәn gәl burda dayan guya ki, sәn vәkilsәn. O da bu sәhv addımı ata bilmәyәcәyini demişdir. Orada Nailә ona hәmin prosesi videoya çәkmәyini öyrәtmişdir, hәmin video onda var. Verilmiş suallara cavab olaraq göstәrmişdir ki, o, Nailәdәn cәmi 5300 manat pul almışdır, ondan başqa heçnә almamışdır. O, işә düzәltmәk adı ilә heçnә almamışdır, işә düzәldәn Nailәnin özüdür. Qızıl mәsәlәsinә gәldikdә isә nә Nailә ondan qızıl almış, nә dә o Nailәdәn almışdır. Onun ömrü boyu qızılı olmamışdır. 5300 manat pulu ona faizә vermişdir, özü bilir faizә ona nәlәr vermişdir. Hәmin pulun 1000 manatını qaytarmışdır. Qalan 4300 manatınıda mәhkәmәdә ödәyir. 5300 manat Nailәdәn borc almışdır, 2700 manat söhbәti olmamışdır, ona 1700 manat pul lazım olmuş, Nailәdәn borc istәmiş, bankdan pul götürәndәn sonra hәmin pulu qaytarmışdır. 1700 manatı nә vaxt verdiyi yadında deyil, yay vaxtları olmuşdur. 1700 manat dәqiq yadında deyil, amma deyәsәn 5300 manat puldan qabaq almışdır. O, heç vaxt Socarda işlәmәmişdir, kәnd tәsәrrüfat mallarında işlәmişdir, Nailәyә hinduşka falan gәtirmişdir. Ev mәsәlәsi olmayıb, o ev alan olsa elә özünә alar. O, Nailәnin adına heç bir yerdәn kart açdırmamışdır. Nailәnin kartından istifadә etmәmişdir. O, xәstә olduğu üçün halı olmamışdır, hәmişә onun qızını aparmışdır ki, gedib Nailәnin kartında pul çıxartsın. Qızının hal-hazırda 21 yaşı var. Nailә xanımın özü ev işlәri ilә mәşğul olan adamdır. Yeznәsinәdә öz adına ev almışdır. Onun VÖEN açdırmaqdan xәbәri yoxdur, kart açdırmaqdanda xәbәri yoxdur. Lazım olanda Nailә onun әlindәn tutmuş, o da Nailәnin әlindәn tutmuşdur. Qızının toyunun restoranınıda onunla birlikdә gedib baxmışlar. Nailәnin faizә pul vermәsi ilә bağlı sübutlar var 13-cü Bölmәyә şikayәt gәlmişdir, Nailәdә onun әrini yanına alıb gedib ora. Orada faizә borc verdiyi adamın kartlarını alıb saxlamışdır, pulu ödәmiş vә sonradan ödәmәmişdir, hәmin sәs yazısını ona yazdırmışdır Nailә. Onun kartına pul gәlmәmişdir, gәlsәdә özünә mәxsus pullar olmuşdur. Borc alaraq әmәliyyat olunmuşdur, bununla bağlı sәnәdlәri mәhkәmәyә tәqdim edәcәkdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ifadәsindә göstәrmişdir ki, qızının nişan әrәfәsindә tanış olmuşlar Elnarәgillә, qonşudurlar, stol stul lazım olmuş, gedib almışlar. Nişanda yaxşı iştirak etmişlәr. Mart ayında qızının toyu olmuş, Elnarәgil görmüşlәr ki, onun yeznәsi aşpazdır. Elnarә demişdir ki, o, Socarda işlәyir, tәklif etmişlәr ki, yeznәni düzәldәrlәr 1200 manat maaş alar, yaxşıda dolandırarlar. 5000 manat pul istәmişlәr düzәltmәyә. Demişdir ki, toydan tәzә çıxmışdır, 5000 manata gücüm çatmaz, 3000 manata razılaşmışlar. Zәng elәmiş, bir kişi ilә danışmış, sәnәdlәr istәmiş, yeznәsi yığıb aparmışdır. Aprelin sonu mayın әvvәllәrindә 3000 manatı vermişlәr Elnarәyә. Elnarә demişdir ki, qoca qadın var pensiyaya çıxır, ola bilәr 3 ay, ola bilәr 5 ay çәkәr, çıxan kimi düzәlәcәkdir. O da sevinmişdir. 3 ay keçmiş, soruşmuşdur ay Elnarә, ay Rәşad nә oldu, demişlәr ki, narahat olma düzәlәcәk. Rәşad yığmış telefonda atası Fazilә, telefondakıda şәxs dә demişdir ki, “ay qızım narahat olma düzәlәcәk.” Onlar çox yaxın olmuşlar, qızının adgünündә getmişlәr rayona gәzmәyә. Qayıdanda qonşular ona demişlәr ki, 3-4 nәfәr gәlmişdir onları axtarmışdır, demişlәr dәlәduzdurlar onlardan uzaq dur. Hara getmişlәr bir zibil çıxarmışlar. Gәlib Elnarәyә demişdir, Elnarә dә demişdir ki, “mәn ona buna pul paylayıram”. Avqust ayında Elnarә zәng elәmiş, demişdir ki, haradasan, demişdir ki, evdәdir. Demişdir ki, düş bizә şad xәbәr var. Düşüb demişdir ki, nә olub, demişdir ki, Socarın işçilәrinә kompaniya var, bir alana bir hәdiyyә ev, 65000-ә. Amma evin yarı pulu verilәnә qәdәr onun adına olacaq ev, demişdir ki, onun almağa gücü çatmaz. Elnarәgil bilmişdir ki, toydan çıxmışdır, әlindә pul var. Rәşad, Elnarә, qızı vә o, getmişlәr evә baxmağa. Hәqiqәtәn ora Socarın binasıdır. 1 kişi gәlmiş, әvvәldәn demişdir ki, “sәn danışma heç nә, sәn mәnim bacım kimi evә baxmağa gәlmisәn”. Onlar da heç nә danışmamışlar. Evә baxmışlar, evi göstәrәn kişi soruşmuşdur ki, xoşun gәldi, demişdir ki, hә. Elnarә demişdir ki, kirayә verәrik ödәyәrik. Gәlmişlәr evә, demişdir ki, onun 8000 manata gücü çatar. Demişdir ki, necә versin pulu, Elnarә demişdir ki, ona inanmırsa getsinlәr notariusa. Notariusda demişdir ki, 8000 manata görә rüsum çox çıxacaq 5300 manatı notariusla vermiş, rüsumunu Elnarә ödәmişdir. Demişdir ki, qalanında ayrı versin. Qızı, Rәşad, Elnarә o, gәlmişlәr evә, qalanında onların yanında evdә vermişdir. Demişdir ki, xarici vәtәndaşlara kirayә verәcәklәr. Elnarәnin Xankәndidә әmisiqızı var, demişdir ki, gedәk gәzmәyә, o da getmiş, ordada hamıya demişdir ki, ev almışlar. Oradanda getmişlәr Tәrtәrә qardaşıgilә yeyib içmişlәr. 3-4 gün keçmiş, Elnarә demişdir ki, gәl dәyişәk evi Yasamala. Ora daha qәşәngdir, baha qiymәtә verәcәyik kirayә. Demişdir ki, imkanı yoxdur, Elnarә dә demişdir ki, bankdan götür. Getmişlәr ABB banka, bankda demişlәr ki, ona 3000 manatdan artıq verә bilmәzlәr. Elnarәgil demişdir o pulla alınmaz, razılaşmamışlar. O da demişdir ki, qızılları var, Elnarә vә Rәşadla birlikdә getmişlәr lombarda, kişi çәkmiş, demişdir ki, 97 qramdır. 5000-6000 verәr, razılaşmamışlar çıxmışlar. Gәlmişlәr kafeyә, Rәşad qızılları әlinә qaldırıb şәkillәrin çәkmişdir ki, bacı bizә inan. Demişdir ki, qohum var ona qoyub pul götürәcәklәr. O da vermişdir. Demişdir ki, hәr ay 500 manat pul ödә, bank kodu vermişlәr, Pulu hәr ay gedib onlarla köçürmüşdür, çekidә vermişlәr ona, sonra 650 manat köçürmüşdür, çeklәr iş materiallarında var. Rәşadın qara dәftәri olmuş, nә vermişdirsә yazmışdır. Ümumilikdә 23650 manat pul, 97 qram qızıl vermişdir. Cәmi 1000 manat pulunu qaytarmışlar. Ziyanın tam olaraq ödәnilmәsini tәlәb edir, әks halda tutulmasını istәyir. Verilmiş suallara cavab olaraq göstәrmişdir ki, Rәşad bütün danışıqlarda iştirak etmiş, ona arxayın etmişdir ki, narahat olmasın. Bütün verilәnlәri dә dәftәrinә qeyd etmişdir, bununla bağlı sәs yazıları vardır ki, Rәşad verdiyinin hamısını qәbul edir. Elnarә Şirinova mәhkәmәm iclasında 4300 manat ödәniş etsә dә, onu götürmәkdәn imtina edir. O, ziyanın tam olaraq ödәnilmәsini, mülki iddia әrizәsinin tәmin edilmәsini, tәqsirlәndirilәn şәxsin tutulmasını istәyir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş X4 ifadәsindә göstәrmişdir ki, zәrәrçәkәn anası, tәqsirlәndirilәn şәxs qonşusudur. Qardaşı Rәşadla dostluq etmişdir vә toydan sonra ailәsi vә qızı ilә tanış olmuşlar, gediş-gәlişlәri olmuşdur. Onun yoldaşı aşbaz işlәmiş, ##.##.2021-ci il tarixdә toyları olmuşdur. Toydan sonra Elnarә Socarda anbar müdiri vәzifәsindә işlәdiyini bildirmiş vә onun yoldaşına Socarda aylıq maaşı 1200 manat olan daimi işә düzәldә bilәcәyini tәklif etmişdir. Onlarda razılaşmışlar, tәxmini may ayının 3-ü yoldaşı şәxsiyyәt vәsiqәsi, yaşayış yerindәn arayış, mәhkumluq haqqında arayışın toplamışdır. O özü iştirak etmәsә dә anasıgildә Elnarә xanımın özü, yoldaşı Rәşad, öz qardaşı Zeynal, anası Nailә, yoldaşı Arif hәmin evdә pulu vә sәnәdlәri vermişlәr. Elnarә 3 ay әrzindә işә başlayacağını, onun evә әrzaq da gәtirәcәyini bildirmişdir. Dәfәlәrlә maraqlansa da nәhayәt 9 ay sonra demişdir ki, alınmır. Daha sonra Elnarә anasına demişdir ki, kompaniya var, 65000 manata 3 otaqlı Qaraçuxurda (Arzu şadlıq sarayının yanında) ev tәklif etmişlәr. Anası da qardaşının gәlәcәkdә evlәnәcәyini düşünәrәk, almaq istәmişdir. Daha sonra qardaşı, o, qızı, Rәşad vә Elnarә özü birlikdә evә baxmağa getmişlәr. Elnarә tapşırmışdır ki, Socarın işçisi olduğu üçün o danışıqları aparacaq, evi ona 65000 manata deyiblәr, heçkim nәsә danışmasın, yoxsa evi iki qat qiymәtini tәklif edә bilәrlәr. İki nәfәr oğlan evlә onları tanış etmişlәr. Daha sonra Elnarә xanım anasıgilә gedәrәk evi almaqla bağlı müzakirәlәr aparmışlar. Əvvәlcә 15000 manat istәsә dә, anası hazırda o qәdәr pulunun olmadığını bildirmiş, o isә 8000 manat vermәsini, 7000 manatı Elnarә özü onun yerinә verәcәyini, evi kirayәyә verdikdәn sonra 7000 manatı hissәhissә ona qaytaracağı barәdә razılaşmışlar. Lakin anası Elnarәyә hәmin pulu әlbәәl vermәk istәmәdiyi üçün Elnarә xanım, Rәşad, anası vә o 13 avqustda Asan Xidmәtә getmişlәr. Elnarә xanım rüsumun çox olmaması üçün pulun 5300 manatını notarius vasitәsi ilә, evә qayıtdıqdan sonra isә 2700 manatı әlbәәl verilmәsini istәmişdir. Daha sonra sentyabr ayında Elnarә demişdir ki, Yasamalda 70000 manata әvvәlki evdәn 10kv daha böyük bir ev tәklif edilir. Qardaşı, o, Elnarә xanım evә baxmağa getmişlәr. Yanyana iki evә baxmışlar, evlәr 3-cü mәrtәbәdә yerlәşmişdir. Elnarә xanım ödәniş olaraq 5000 manat desә dә, anası o qәdәr pulunun olmadığını bildirәndә Elnarә kredit götürülmәsini tәklif etmişdir. Daha sonra Razindә yerlәşәn Beynalxalq bankın filialına kredit üçün yaxınlaşsalar da, anasına 5000 yox 3000 manat kredit verilmәsi mümkün olmuşdir. Elnarә xanımda 3000 manatın çox az olduğunu, pul götürmәk üçün lombardda işlәyәn tanışı olduğunu, qızılları qoyub 3 ay әrzindә pul ordan götürә bilәcәyini demişdir. Anası 3 dәst qızılı, 7 üzüyü, sepi, qızıl sırğasını lombarda qoyaraq 5000 manat pul götürmüşlәr. Elnarә xanım oktyabrda evin kirayә verilәcәyini desә dә, daha sonra kirayәçi çıxmadığını, onların evin ödәnişlәrini başlamalarını bildirmişdir. Onlar 6 ay 500 manatdan, 4 ay isә 650 manatdan ödәniş etmişlәr. Daha sonra 29 martda bәzi sәnәdlәşdirmә işlәrini özü aparmaq üçün Elnarә xanıma etibarnamә verilmişdir. 2023-cü ilin iyun ayına kimi hәr ay 600 manat ödәniş etmişlәr. Daha sonra Kapital bankdan çıxarış alanda müәyyәn etmişlәr ki, ödәdiklәri pul Socarın hesabına köçmür, pul köçürdüklәri kartdan hissә-hissә pul çәkilmişdir, bәzәn marketlәrdәn nәsә alınmışdır. Elnarә xanımla aralarında narazılıqlar yaranandan sonra ödәnilәn pulun Socarın hesabına köçmәdiyinә dair şübhәlәr yaranmışdır. Elnarә özü demişdir ki, verdiyi kart hesabına pulu ödәmәlidilәr, daha sonra Elnarә özü onu Socarın hesabına köçürmәlidir. 3000 manat pul vә sәnәdlәr onun yanında verilmәmişdir.5300 manat vә 2700 manat pul vәsaiti isә onun yanında әlbәәl verilmişdir. Elnarәyә hәmçinin 2022-ci ilin mart ayında evin çıxarışın almaq üçün 1350 manat vә aylıq ödәnilәn 650 manat olmaqla, hәmin ay 2000 manat pul ödәnilmişdir. Ümumilikdә 97 qram italiya qızılının qiymәti dә nәzәrә alınmaqla tәxminin 32000 manat onlara ziyan dәymişdir. Elnarә hәmin puldan 2024cü ildә 3 dәfә 300 manatdan olmaqla cәmi 900 manat, sonra da 100 manat ödәmişdir, әlavә heç bir ödәniş etmәmişdir. Nә qızıl, nә dә verilәn pullar onun yanında verilmәmişdir. Ev almağa gedәndә evin sәnәdlәrinә baxmamışlar, ancaq evi gәzib baxmışlar. Lombard faizi çox dediyi üçün Elnarә xanımın tanışından qızıl verib pul götürmüşlәr. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid2 ifadәsindә Ocaqova Nailә Padar qızının vә şahid Bağırzadә Nәrgiz Şahin qızının ifadәsinә oxşar mәzmunlu ifadәlәr verәrәk hәmin xüsusatları özünә aid hissәdә tәsdiq etmişdir Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi vә mәhkәmә istintaqı zamanı tәdqiq edilәn ifadәsindә göstәrmişdir ki, Ocaqova Nailә Padar qızı onun anasıdır, Bağırzadә Arif Mehdi oğlu isә onun bacısı Nәrgizin әridir. Hazırda o 2024-cü ilin oktyabr ayından etibarәn Polşanın Lodz şәhәrinә köçmüş vә hәmin şәhәrdә çörәk zavodunda operator kimi işlәyir vә yaşayır. Şirinov Rәşad Fazil oğlunu o 2019-cu ildәn etibarәn Sabunçu rayonu, Bakıxanov qәsәbәsi, Sülh küçәsi 7, 4-cü mәrtәbәdә mәnzil 11 ünvanında anası Nailә ilә yaşadığı binada 3-cü mәrtәbәdә yaşayan qonşu kimi tanımışdır vә münasibәti normal olmuş, arada çayxanada çay içib vaxt keçirirmişlәr. Şirinova Elnarә Cabbar qızını da onun hәyat yoldaşı kimi tanımış vә Elnarә dә anası Nailә ilә münasibәti yaxın olmuşdur. Bacısı Nәrgizin Arif Bağırzadә ilә ##.##.2021-ci il tarixdә toyu әrәfәsindә Elnarә vә әri Rәşad anası Nailәnin yaxınları kimi davranaraq, toya hazırlıqda vә toyda fәal iştirak etmişlәr. Bundan sonrakı müddәtdә isә, Elnarәnin qızı Nigar bәzәn valideynlәri evdә olmadıqda ya onların evindә, ya da bacısı Nәrgizgilin evindә qalmışdır. 2021-ci ilin aprel ayının sonlarında kürәkәni Arif Bağırzadә vә bacısı Nәrgiz anası Nailә Ocaqovanın evindә olan zaman әri Arif işsiz olduğundan iş axtarmağı barәdә söhbәt edәndә qonşu Elnarә Şirinova vә әri Rәşad da onların evindә olmuş vә Arifin iş axtardığını eşitdikdә Elnarә Arifә tәklif etmişdir ki, özü SOCAR-da anbardar işlәyir, әgәr istәsә әlaqәlәri vasitәsi ilә onu da SOCAR şirkәtinin yemәkxanasında anbardar kimi işә düzәldә bilәr vә ayda 1200 manat әmәk haqqı almaqla bәrabәr aylıq әrzaq mәhsullarını da pulsuz ala bilәcәkdir. Hәmin vaxt Elnarәnin әri Rәşad isә bildirmişdir ki, Elnarәnin iş mәsәlәsini hәll etdirәcәyi Akif müәllimi özünün dә şәxsәn tanıdığını vә özünün dә hәmin işә Arif düzәlәndәn sonra düzәlmәk istәdiyini bildirib, birgә işlәyәcәklәrinә Arifi vә anası Nailәni, bacısı Nәrgizi vә onu inandırıb, Elnarәnin dediklәrini tәsdiq etmişdir. Onlar sevinәrәk razılaşmışlar. Hәmin vaxt Elnarә Arifә demişdir ki, sәnәdlәrini hazırlayıb ona versin, hәmçinin, Elnarә bildirmişdir ki, işә qәbul olunmazdan әvvәl müәyyәn ödәnişlәr üçün 3000 (üç min) manat pul verilmәlidir. Hәmin vaxt Arif pulu olmadığını dedikdә, anası Nailә Elnarәyә Arifin işini hәll edilmәsi üçün lazım olan 3000 manat pulu öz vәsaiti hesabına verәcәyini, sonra Arif işlәdikdә anasının pulunu qaytarmağı tәklif etdikdә Arif razılaşmışdır. Elnarә dә Arifdәn işә düzәlmәk üçün mәhkumluq haqqında arayışı, yaşayış yerindәn arayış, şәxsiyyәt vәsiqәsinin surәti vә sair zәruri sәnәdlәri yığıb ona çatdırmağı tapşırmışdır. Bir hәftә әrzindә Arif, Elnarәnin dediyi sәnәdlәri hazırlamış vә 2021-ci ilin may ayının tәxminәn 3-dә saat 09 radәlәrindә bacısı Nәrgiz vә әri Arif onların yaşadığı Sabunçu rayonu, Bakıxanov qәsәbәsi, Sülh 7 mәnzil 11 ünvanındakı evinә gәlmişlәr. Hәmin vaxt qonşu Elnarә vә әri Rәşad bacısıgildәn әvvәl artıq onların evә pulu almaq üçün gәlmişlәr. Arif sәnәdlәri Elnarәyә verdikdәn sonra anası Nailә dә 3000 manat pulu onun, bacısı Nәrgizin vә Arifin yanında Elnarәyә Arifin SOCAR şirkәtinin yemәkxanasında anbardar kimi işә düzәlmәyi üçün vermişdir. Elnarә Şirinova vә Rәşad Şirinov hәr ikisi birlikdә vәd vermişlәr ki, 3 aymüddәtindә Arifin işә çıxma әmri verilәcәkdir. Tәxminәn 3 ay sonra anası Nailә yeznәsi Airifin işi ilә maraqlandıqda Elnarә hәmin vaxt vә sonrakı dövrdә bir neçә dәfә onların yanında «Akif müәllim» dediyi tanımadığı bir şәxslә telefonda danışaraq Arifin işi ilә maraqlanırmış kimi davranmışdır. Elnarәnin demәsinә görә telefonda danışdığı şәxs hәr dәfә ona vәd verirmiş ki, guya Arifin işi yaxın dövr әrzindә hәll edilәcәkdir. Lakin, sonradan yanıldıqlarını bilmişlәr. 2021 -ci ilin avqust ayında Elnarә vә әri Rәşad birlikdә anası Nailәyә bildirmişlәr ki, Elnarәnin işlәdiyi SOCAR şirkәtinin nәzdindә, iki ev vardır vә kompaniya olduğu üçün hәmin evlәr ucuz qiymәtә satılır, belә ki, Qaraçuxur qәsәbәsindә, «Aura» şadlıq sarayının yaxınlığında SOCAR-ın bir bloklu binası tikilmişdir. Kompaniya olduğu üçün hәmin binada iki mәnzil ucuz qiymәtә satılır. Elnarә tәklif etmişdir ki, hәmin mәnzillәrdәn birini özü, digәrini dә anası Nailә alsın. Elnarәnin dediyinә görә o, mәnzillәri SOCAR işçisi olaraq öz adına aldığı tәqdirdә kompaniya olduğu üçün hәr mәnzilin dәyәri 65.000 (altımış beş min) manat olacaqdır. Mәnzillәr tam әşyalı olmaqla satılacaqdır. Müqavilә bağlandıqdan sonra ilkin ödәniş kimi 15.000 (on beş min) manat, hәr ay isә 500 manat ödәmәlidir. Hәtta Elnarә anası Nailәyә demişdir ki, evi xarici vәtәndaşlara 1200 (bir min iki yüz) manata kirayә verib, aylıq ödәnişi dә rahat şәkildә ödәmәk, әlavә qazanc da әldә etmәk olar. Nailә bütün şәrtlәrlә razılaşsa da, ilkin ödәniş kimi 15000 manat pul ödәmәyә imkanı olmadığını Elnarәyә bildirmişdir. Bu barәdә o anası Nailәnin demәsinә әsasәn öyrәnmiş, çünki hәmin әrәfәdә polislik kursunda tәhsili ilә bağlı evdә bir müddәt olmadım. Lakin, telefon danışıqları zamanı anası Nailә ona artıq Elnarәyә onun üçün Qaraçuxur qәsәbәsindә Elnarәnin tәklif etdiyi evi almaq mәqsәdi ilә ilkin ödәniş üçün 8000 manat pul vermәsini demişdir. Bundan sonra, 2021-ci ilin sentyabr ayında o yaşadığı evdә olan zaman qonşuları Elnarә Şirinova әri Rәşad birlikdә onların evindә imişlәr vә bacısı Nәrgiz dә onlara qonaq gәlmişdir. Hәmin vaxt Elnarә anası Nailәyә bildirmişdir ki, SOCARın Yasamalda yerlәşәn başqa binasında sahәsi bir qәdәr dә böyük olan iki mәnzili satılır. Lakin, hәmin mәnzillәri alsalar hәr biri әlavә olaraq 5000 manat da pul ödәmәlidirlәr. Belәliklә, Elnarәnin tәklifi ilә razılaşmışlar vә növbәti gün, yәni, tәxminәn ##.##.2021-ci il tarixdә axşam radәlәrindә Elnarә vә әri Rәşadla birlikdә onların bәlәdçiliyi ilә anası Nailә, bacısı Nәrgiz vә o Yasamal rayonuna getmişlәr. Elnarә binanın hәyәtindә kimәsә zәng etmiş vә tanımadığı orta yaşlı iki nәfәr kişi oraya gәlmişdir. Hәmin bina «Bazar Store» super marketin qarşı tәrәfindә yerlәşirmiş, orada da Elnarә anası Nailәyә demişdir ki, hәmin şәxslәrlә söhbәt etmәsin. Elnarә hәmin şәxslәrә anası Nailәni bacısı kimi tәqdim etmişdir. Onlar birlikdә binanın 3-cü mәrtәbәsindә yerlәşәn mәnzilә daxil olmuşlar vә mәnzildә bütün şәraitin yüksәk sәviyyәdә olduğunu görmüşlәr. Sonradan ona aydın olmuşdur ki, Elnarә ora gәlmiş şәxslәrә çox güman ki, hәmin mәnzili kirayә götürәcәyini demişdir. Oradan evә qayıtmışlar vә gecә evdә söhbәt vaxtı Elnarә bir daha anası Nailәni әmin etmişdir ki, mәnzili aldıqdan sonra xarici şirkәtin işçilәrinә daha yüksәk qiymәtә kirayәyә verәcәklәr, Rәşad da onun dediklәrini tәsdiq edәrәk, bu şansı qaçırmamağı, öz evlәri dә balaca olduğundan özlәri dә hәmin evdәn mәnzil götürәcәklәrini, baha qiymәtә kirayә verdikdә evin pulu özü-özünü ödәyәcәyini bildirib inamlarını Elnarә ilә birlikdә qazanmışlar. Hәm dә Rәşad hәmin mәnzili alsalar yenә qonşu olacaqlarını vә birbirilәrinә yenә dәstәk durmağa imkanı olacağını da bildirmişdir. Belәliklә, anası Nailә dә Elnarәyә inanmış vә ona ev aldığımıza görә sevinmişlәr. Elnarә hәmçinin demişdir ki, әlavә 5000 manat tәcili köçürmәlidir vә hәr ayda isә 500 (beş yüz) manat ödәnmәlidir. Hәmçinin, iş yerindәn ona tapşırılmışdır ki, anası Nailә iş yerindәn aylıq әmәk haqqının mәblәği barәdә arayış almalı, adına VÖEN açdırmalıdır. Bu söhbәtdә Rәşad da yaxından iştirak edәrәk anası Nailәni hәvәslәndirmiş vә hәmin işi Elnarә ilә birlikdә hәll etdirәcәyinә vәd vermişdir. Nailә Elnarәyә әlavә 5000 manat ödәmәyә maddi imkanı olmadığını dedikdә Elnarә, tәklif etmişdir ki, bankdan kredit götürsün. Belәliklә, anası Nailә vә o ## ######## 2021-ci il tarixdә Elnarә vә әri Rәşadla birlikdә ABB-nın Bakıxanov Filialına gedәrәk 5000 manat kredit götürmәk üçün müraciәt etmişlәr. Bankda anası Nailәnin başqa krediti olduğuna görә ona yalnız 3000 manat pul verilmәsi mümkün olması izah edilmişdir. Odur ki, Nailә hәmin bankdan kredit götürmәmişdir. Bundan sonra, Elnarә ilә әri Rәşad yenә anası Nailәdәn pul әlә keçirmәk niyyәti ilә tәklif etmişlәr ki, qızıl-zinyәt әşyalarını hansısa bankda girov qayaraq pul götürә bilәr. Odur ki, Nailә dә ## ######## 2021-ci il tarixdә Elnarә vә Rәşadla birlikdә Bakıxanov qәsәbәsi, «Qaçqınlar bazarı» adlı әrazidә yerlәşәn hansısa banka getmişlәr. Orada götürәcәyi 5000 manat pula görә yüksәk faiz tәlәb olunduğu üçün razılaşmayıb geri qayıtmışlar. Elnarә telefonda bir qadınla danışmış vә sonra danışdığı şәxs hansısa qohumu olduğunu, qızıl-zinyәt әşyalarını hәmin qadına 3 ay müddәtinә girov kimi verәrәk onun üçün 5000 manat pul götürәcәyini demiş, hәmçinin, aldığı evi xarici vәtәndaşlara kirayә verәrkәn bir illik müqavilә bağlayıb, qabaqcadan xeyli pul alacağını, bundan sonra 5000 manat pulu 3 aydan sonra onun qohumuna ödәyib, qızıl әşyalarını geri ala bilәcәyini demişdir. Nailә dә Elnarә ilә razılaşmışdır. Oradan Bakıxanov qәsәbәsindә yerlәşәn «Stansiya» adlı әraziyә getmişlәr vә adını xatırlamadığım kafedә Rәşadın iştirakı ilә Elnarәyә qızıl-zinyәt әşyalarını- 3 dәst qızıl sırğa, 2 әdәd qızıl qolbağı, 1 әdәd qızıl boyunbağı vә 7 әdәd qızıl üzüyün fotoşәklini telefonla çәkib onun yanında vermişdir. Hәmin qızıl әşyalarının tәmiz çәkisi 97 qram tәşkil edirmiş vә zinәt әşyası kimi dәyәri tәxminәn 15000 manat civarında olarmış, lakin, lom qiymәtinә hesablandığı üçün Elnarә girov qoymaq adı ilә 5000 manatına hesablamışdır. Sonradan onlara mәlum olmuşdur ki, Elnarә hәmin qızıl-zinәt әşyalarını anası Nailәdәn girov qoymaq adı ilә götürüb, heç yerә vermәyәrәk aldadıb әri Rәşadla birlikdә özü әlә keçirmişdir. Anası Nailә Elnarәnin vәdinә әsasәn aldığı mәnzili artıq 2021ci ilin sentyabr ayında xarici vәtәndaşlara kirayә vermәli olduğuna görә bu barәdә soruşduqda Elnarә, evdә kirayә qalan şәxslәr hәlә ki, oradan çıxmadıqlarını demişdir. 2021ci ilin oktyabr ayında Elnarә Nailәdәn tәlәb etmişdir ki, artıq o evin aylıq pulunu ödәmәlidir. Nailә isә Elnarәyә izah etmişdir ki, o hәr ay 800 manata yaxın әmәk haqqı alır. Bu puldan hәr ay 500 manat ödәsә gündәlik dolanışığını qarşılaya bilmәz. Elnarә hәr dәfә anası Nailәyә vәd verirmiş ki, narahat olmasın, yaxın günlәrdә mәnzili kirayә verәcәklәr. Nailә dә onun vәdinә inanıb, 2021- ci ilin oktyabr ayından etibarәn hәr ay Elnarәnin tәklifi ilә «Kapital Bank»dan adına aldığı kartın hesabına 6 ay әrzindә 500, sonrakı 4 ayda isә 650 manat ödәmişdir. Bundan ötrü Elnarә ona bir әlyazma vermiş vә orada adı, soyadı vә atasının adı, elәcә dә «müştәri kodu» kimi kartın 16 rәqәmi (4169 7385 4230 9418) yazılmışdır. Elnarәnin demәsinә görә Nailәnin aldığı mәnzil dә onun adına olduğu üçün ödәdiyi pul vәsaiti onun adına olan karta yüklәnmәklә SOCAR-ın hesabına ödәnilir. 2022-ci ilin mart ayında Elnarә anası Nailәyә bildirmişdir ki, mәnzillәrә çıxarış verilir. Bundan ötrü 1350 manat pul ödәmәlidir. Hәm dә mәnzili adına rәsmilәşdirmәk üçün müәyyәn sәnәdlәr lazımdır vә hәmin sәnәdlәri toplamaq üçün ona etibarnamә vermәlidir. ## #### 2022-ci il tarixdә anası Nailә Elnarә vә әri Rәşadla birlikdә Bakıxanov qәsәbәsindә yerlәşәn ASAN Xidmәt Mәrkәzinә getmişlәr vә Elnarәyә bir ay müddәtinә etibarnamә vermişdir. Elnarәnin demәsinә görә adına olan VÖEN-in bәrpa olunması üçün özü vergi orqanına ona verdiyi etibarnamә әsasında müraciәt edәcәk vә digәr sәnәdlәri toplayacaqdır. Dediyinә görә mәnzilin Nailәnin adına rәsmilәşdirilmәsi üçün müәyyәn sәnәdlәr alınmalıdır vә bu işi onun iştirakı olmadan özü hәll edәcәkdir. 2022-ci ilin may ayında Elnarәnin tәklifinә әsasәn aylıq 650 manat puldan әlavә mәnzilә çıxarış verilmәsi üçün 1350 (bir min üç yüz әlli) manat pul hesablanmaqla ümumilikdә 2000 manat da bank kartına göndәrmәklә ödәmişdir. Sonradan artıq anası Nailә bankdan çıxarış aldıqda mәlum olmuşdur ki, Elnarә ilә әri Rәşad Elnarәnin adına olan kartın hesabına ödәdiyi pulu dәrhal çıxararaq әlә keçirib onu aldatmışlar. Bundan әlavә, Elnarә ilә әri Rәşad yeznәsi Arif Bağırzadәyә vәd etdiklәri işi hәll edә bilmәdiyinә görә anası Elnarәdәn pulu tәlәb etmәyә başladıqda, Elnarә hәmin әrәfәdә bildirmişdir ki, Arifin işini hәll etmәli olan «Akif müәllim» hәmin pulu aldığı mәnzilә görә tam halda SOCARın hesabına ödәmişdir. Elnarә anası Nailәni vә Arifi inandırmaq üçün ## ##### 2022-ci il tarixli bank qәbzini tәqdim etmişdir. Hәmin qәbzdә anası Nailә Ocaqovanın ad vә soyadı yazılmaqla hansısa hesaba 3650 manat pul ödәnildiyi qeyd olunmuşdur. Sonradan isә onlara aydın olmuşdur ki, Elnarәyә anası Nailәnin verdiyi bir aylıq etibarnamә әsasında adına “xxxx"a aid kart götürmüş vә 3650 manat pulu hәmin kartın hesabına köçürәrәk yenidәn çıxarıb götürmüşdür. Anası Nailә isә qәbzә baxaraq ona inanmışdır ki, Elnarә 3650 manat pulu aldığı mәnzilә görә ödәmәli olduğu pul kimi ödәmişdir. Sonuncu dәfә, anası Nailә 650 manat pulu Elnarә vә Rәşadın iştirakı ilә onun adına olan kartın hesabına 2022ci ilin iyul ayında Bakıxanovqәsәbәsindә, Poçt şöbәsinin yaxınlığında yerlәşәn «Kapital Bank»ın ödәmә terminalından onun vә bacısı Nәrgizin yanında ödәmişlәr. Sonrakı görüşlәrdә o vә bacısı Nәrgiz dә iştirak edәn zaman anası Nailә Elnarәdәn vә Rәşaddan dәfәlәrlә pulunu tәlәb etsә dә, Elnarә ilә әri Rәşad Şirinovlar hәr dәfә ona müxtәlif yalan vәdlәr verәrәk onu aldatmaqda davam etmişlәr. Hәtta Rәşad qızılları qaytarması ilә bağlı Elnarә ilә dalaşıb onun üstünә qışqıran zaman bacısı Nәrgiz öz mobil telefonu ilә hәmin sәslәri videokameranı qoşub telefonu cibinә qoyub yazmışdır. Bundan başqa, o pul mәsәlәlәri ilә bağlı artıq mübahisә yarananda anası Nailәnin vә onun iştirakım ilә öz evlәrindә olan zaman әri Rәşadın iştirakı ilә birgә aldıqları pulları hesablayan zaman Rәşadla aralarında olan danışıqları mobil telefonu vasitәsi ilә sәsyazısı programı ilә yazmışdır ki, әldә sübut olsun, çünki anası Nailә saf vә tez inanan adamdır vә o yenә inanırmış ki, Elnarә vә әri Rәşad onu aldatmayacaqlar vә pulu qaytaracaqlar. Hәmin danışıq zamanı Rәşad özü hesablamaqla Elnarә ilә birlikdә ümumilikdә 18650 manat pulu vә qızılzinәt әşyalarını da 5000 manat hesablamaqla anası Nailәdәn aldığını tәsdiq edir, hәmçinin, pulun qaytarılma vaxtını ondan soruşduqda öz adına olan evi, ya da anası Nailәnin adına olan kartını “xxxx”ın Bakıxanov filalında yoxlatdırdıqda mәlum olmuşdur ki, Elnarә Şirinova vә әri Rәşad Şirinov birlikdә guya anasının adına açılmış hesaba mәnzilin aylıq ödәniş pulları adı ilә aldadıb yüklәtdirdikdәn sonra hәmin kartdan pulları nağdlaşdırıb özlәri әlә keçirmişlәr.(i.v.210-215). Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı әlavә şahid qismindә dindirilmiş şahid1 ifadәsindә göstәrmişdir ki, Elnarә xanım әmәliyyata gedәn vaxtı Nailә xanımdan 5300 manat notarius vasitәsi ilә pul götürmüşdür. * saylı Asan Xidmәtdә müqavilә bağlanmışdır. Sәhv etmirsә ## ###### 2021-ci ildә pul götürülmüşdü. 2026-cı ilin avqust ayına qәdәr vaxtı olmuşdur, bu müddәt әrzindә ona ayda 300 manat olmaqla pul ödәmişlәr. Axırıncı dәfәdә Elnarә xanım 100 manat pul ödәmişdir. Ümumilikdә 5300 manatdan 1000 manat pul Nailәyә ödәnilmişdir. Yerdә qalan 4300 manat pulu avqust ayına qәdәr vermәyi nәzәrdә tutulub. Verilmiş suallara cavab olaraq göstәrmişdir ki, Nailә xanımın yeznәsinin işә düzәlmәsi ilә әlaqәdar onlara pul verilmәsi mәsәlәsi olmamışdır. Onlar Nailәdәn 1700 manat pul almışlar, onuda qaytarmışlar. 1700 manat pulu borc mәqsәdi ilә almışlar vә deyilәn vaxtdanda 1-2 gün qabaqcadan borclarını qaytarmışlar. Onlara Socarın tikdiyi evlәrlә әlaqәdar heçnә tәklif etmәmişlәr. Nailә xanımın qızı ailә hәyatı qurmamışdan qabaq, o, qızına ev axtarmışdır. Sonradan Nailә xanım Sabunçuda ev tapmış, amma o, heç bir prosesdә iştirak etmәmişdir. Bu mәsәlәlәr, ev mәsәlәlәri ilә bağlı Nailә xanımdan heç bir mәblәğdә pul almamışlar. Qızılların girov qoyulması ilә bağlı mәsәlәdәn onun ümumiyyәtlә mәlumatı yoxdur. Axırıncı dәfә evdә qonaq olan vaxtı qapı döyülmüş, qapının arxasından Nailә xanım danışıb demişdir ki, “mәnim qızıllarımı qaytar ver”. O da içkili vәziyyәtdә olmuş, qapını açmış çıxmış çölә qışqırmışdır ki, bu nәdir qızıl söhbәti. Elnarә xanım әmәliyyatdan çıxıb gәlәndә, Nailә xanım pulunu tәlәb elәmiş, pul ehtiyacının olduğunu demişdir. Onlar arasında elә bir mübahisә olmuşdur. Onu bu işlә bağlı heçkim istintaqa çağırmamışdır. 5 il әrzindә Nailә xanımın qızılları istәmәsi söhbәti 1 dәfә olmuşdur, dәfәlәrdә olmamışdır. Sәslәr ona mәxsusdur, orada olan sәslәrin heç bu mәsәlәlәrә aidiyyatı yoxdur. Nailә çox yerә onunla getmişdir, burada olan sәslәr başqa söhbәt ilә әlaqәdar olmuşdur. İş materiallarına әlavә edilmiş ## ###### 2021-ci il tarixli Kredit Müqavilәsindәn görünür ki, Ocaqova Nailә Padar qızı “Borc verәn” qismindә Şirinova Elnarә Cabbar qızı “Borc alan” qismindә iştirak etmәklә borc verәn borc alana 5300 manat 00 qәpik ( beş min üç yüz manar sıfır qәpik) mәblәğindә pulu borc vermişdir. Borc alan isә aldığı borcu Borc verәnә notariusun bankda açılan depozit hesabı vasitәsi ilә ##.##.2026-cı il tarixinәdәk “Borc verәnә” qaytarmağı öhdәsinә götürür. Hәmin müqavilә Ocaqova Nailә Padar qızı vә Şirinova Elnarә Cabbar qızı tәrәfindәn imzalanmaqla tәsdiq edilmişdir (i.v. 11). 10 әdәd elektron pul köçürmәlәri qәbzlәrinә baxış zamanı müәyyәn edilmişdir ki, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 465 manat, ##.##.2022-ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 650 manat, ##.##.2022-ci il tarixdә 2000 manat, ##.##.2022-ci il tarixdә 650 manat, ##.##.2022-ci il tarixdә 650 manat mәblәğlәrdә pullar iki ayrı-ayrı, yәni “4****9418” nömrәli Ş******E*****C*****” adına olan bank kartına vә “4****7280” nömrәli O******N*****P*****”adına olan bank kartlarına köçürülmüşdür vә sonuncu ##.##.2022-ci il tarixdә 650 manat pulun göndәrilmә ünvanı “Kapital bank”ın Bakıxanov filialındakı terminaldır(i.v.15-19). Hadisә yerinә baxış keçirilmәsi barәdә ##.##.2024-cü il tarixli protokoldan görünür ki, hadisәnin baş verdiyi Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәsәbәsi, Sakit Qocayev küçәsindә yerlәşәn “xxxx"a baxış keçirilmiş vә baxış zamanı hadisә yerinin fotoşәkillәri çәkilәrәk protokola әlavә olunmuşdur (i.v. 24-25). Baxış vә götürmә aparılması haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, zәrәrçәkmiş şәxs Ocaqova Nailә padar qızı tәrәfindәn istintaqa tәqdim edilmiş 01 әdәd DVD diskinә baxış zamanı müәyyәn edilmişdir ki, diskdә 13 әdәd “ogg” formatlı vә 01 әdәd “acc” formatlı audio fayllar vә 01 әdәd mp4 fotmatlı videofayl vardır. Hәmin fayllarda olan sәs yazıları bir-bir dinlәnildikdә 1-ci 30 saniyәlik sәs yazısında Şirinova Elnarә Cabbar qızına mәxsus olması müәyyәn edilәn qadın sәsi “Salam Nailә” deyә müraciәt edәrәk evdә olmadığını, bazar günü şad xәbәr olacağını, hәmin şәxsin bağ evinә gedib görüşәcәyini bildirir. 2-ci 05 saniyәlik sәsyazısında Şirinov Rәşad Fazil oğluna mәxsus olması müәyyәn edilәn kişi sәsi şәxsiyyәt vәsiqәsinin üzlüyünü tәsdiqlә deyir. 03-cü 28 saniyәlik sәs yazısında 1-ci 30 saniyәlik sәs yazısında Şirinova Elnarә Cabbar qızına mәxsus olması müәyyәn edilәn qadın sәsi “Hә salam Nailә” deyә müraciәt edib indi gәlib çıxdığını, sәnәdlәri götürdüyünü, kişiyә da adından hәrәkәt etmәyi üçün etibarnamә verdiyini vә nәticәnin yaxşı olacağını deyir. 04-cü 1 dәqiqә 34 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Hә yoxumdur, gәl mәni güllәlә öldür.” deyib, başına iş gәldiyini, qızının xәstә olmasını, әrinin bir tәrәfinin işlәmәdiyini, ölüm hәddinә çatdığını, “Nailә mәni niyә dirәmisәn, indi mәnә dә atıblar, gücün çatmırdı belә işә girmiyәrdik” bildirir. 05-ci 34 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Hә Nailә” deyә müraciәt edib ona zәng edәcәyәini, yarım saata aşağı düşüb onunla görüşәcәyini, özünü hәlәk etmәmәsini, xәbәr olan kimi xәbәr verәcәyini deyir. 06-cı 40 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Nailә” deyә müraciәt edәrәk narahat olmamağı, yaxın günlәrdә xәbәr deyәcәyini bildirir. 07-ci 1 dәqiqә 26 saniyәlik sәs yazısında hәmin qadın sәsi "Nailә” deyә müraciәt edәrәk salamlaşır, işdә olduğunu, dünәn xxxxdan zәng gәldiyini Rәşada görә vә özünә görә onlara pul düşmәdiyini bildirir. 08-ci 45 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Nailә” deyә müraciәt edәrәk iclasda olduğunu, narahat olmamağı, sabah işә çıxıb düzüb qoşub verәcәyini, hәmin haqhesabı da, o biri tәrәfdәn danışmalı olduğunu, o biri tәrәfdәn hesablayıb nә qәdәr vermәli olduqlarını, pül ödәmәli olduqlarını deyәcәklәrini bildirir. 09-cu 39 saniyәlik sәs yazısında hәmin qadın sәsi 5 faizә düşmәdiyini, 28 faizlә verirlәr, hansı bankdır deyә sual verir. 10-cu 1 dәqiqә 42 saniyәlik sәs yazısında hәmin qadın sәsi az vaxtda tanış olsalarda dost olduqlarını, aralarında belә işlәr olmamalı idi deyәrәk onu da aldatdıqlarını bildirir. 11-ci 8 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Nailә" deyә müraciәt edәrәk bir xәbәr olan kimi deyәcәyini bildirir. 12-ci 15 saniyәlik sәs yazısında hәmin qadın sәsi Rәşadın olmadığını, gәlәndәn sonra gedib pul götürüb hәll etmәlәrini bildirir. 13-cü 14 saniyәlik sәs yazısında Şirinov Rәşad Fazil oğluna mәxsus olması müәyyәn edilәn kişi sәsi “Salam bacı” deyә müraciәt edәrәk Daşınmaz Əmlakın Dövәt Reyestri Xidmәtinә vermәk üçün, bir surәtini isә xxxxa vermәk üçün peçatla kağızda...deyir. 26 dәqiqә 56 saniyәlik sәs yazısında Nailә Ocaqova, Zeynal Ocaqov vә Rәşad Şirinov aralarında olan dialoq zamanı Nailә Ocaqova oğlu Zeynala telefonun kalkulyatorunu açmasını deyir vә verilәn pulları hesablamağı Rәşada tәklif edirlәr. Ümumi verilәn pullar hesablanmaqla ona qәbzlәrlә, notariusla tәsdiqlәtmәklә 5300manat, nağd 2700 manat, bank vasitәsi ilә 3650 manat vә 5000 manat qızıllara görә hesablamaqla ümumilikdә 23650 manat pullarını qaytarmalı olduğunu Rәşad Şirinov etiraf edir vә qonşu olduqlarını, Elnarәnin sәhv etdiyini, bu sәbәbdәn onunla dәfәlәrlә dava etdiyini bildirir. Nailә Ocaqova isә ondan nә vaxt pulunu geri qaytaracağını soruşduqda Rәşad Şirinov onların evini almaq istәyәn olduğunu, öz evlәrini, ya da onlara satılan evi başqa adama satmaqları reallaşmalı olduğunu qısa müddәtә hәll edib düz qoş etdirәcәyini dedikdә Zeynal ondan vaxtı soruşur vә sentyabrda yekunlaşa bilәcәyini soruşduqda Rәşad evi satdırıb pulu çıxartdıracağını, hәmin mәsәlә hәll edilmәsini sentyabr ayının sonuna kimi özü hәll edәcәyinә söz verir. Zәrәrçәkmiş şәxs qızılları da çıxartmalı olduqlarını dedikdә, evi satıb pul çıxaran kimi oranın da pulunu verib qızılı çıxaracağına vәd verir. Zәrәrçәkmiş şәxs onu tanıdığını vә gözlәyәcәyini bildirir. Hәmin diskdә olan mp 4 formatlı video fayl açıldıqda qaranlıq ekran açılır, videonun sәsi dinlәnildikdә qapı açılması sәsi, sonra isә Şirinov Rәşad Fazil oğluna mәxsus olması müәyyәn edilәn kişi sәsi mübahisә edәrәk “Nailәnin üzüyünü qaytar, az maşennik!" deyәrәk qışqırıb eyni sözlәri tәkrarlaması sәslәri, Elnarә Şirinovaya mәxsus olması müәyyәn edilәn qadın sәsi isә “GәllÇıx!” deyә әmr vermәk tonu ilә qışqırması sәslәri eşidilir(i.v.94-96). Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Baş Əmәliyyat vә Statistik İnformasiya idarәsinin ##.##.2025-ci il tarixli tәlәbnamәsindәn görünür ki, Şirinova Elnarә Cabbar qızının әvvәllәr mәhkum olması barәdә әmәliyyat sorğu kartotekasında heç bir mәlumat qeydә alınmamışdır (i.v.102-103). ##.##.2025-ci il tarixli baxış keçirilmәsi haqqında protokoldan görünür ki, ##.##.2021ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 465 manat, ##.##.2022ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 650 manat, ##.##.2022-ci il tarixdә 2000 manat, ##.##.2022- ci il tarixdә 650 manat, ##.##.2022-ci il tarixdә 650 manat mәblәğlәrdә pullar iki ayrı-ayrı, yәni “4****9418” nömrәli S******E*****C*****” adına olan bank kartına vә “4****7280” nömrәli O******N*****P*****”adına olan bank kartlarına köçürülmüşdür vә sonuncu ##.##.2022-ci il tarixdә 650 manat pulun göndәrilmә ünvanı “Kapital bank”ın Bakıxanov filialındakı terminaldır. Baxışda iştirak edәn zәrәrçәkmiş şәxs Ocaqova Nailә Padar qızı bildirmişdir ki, “4****9418” nömrәli S******E*****C*****” adına olan bank kartı Şirinova Elnarә Cabbar qızına mәxsusdur, adı, soyad vә ata adının baş hәrflәri qәbzdә әks olunmuşdur, digәr 4****7280” nömrәli O******N*****P*****”adına olan bank kartı isә onun öz adına olsa da, hәmin bank kartını da Elnarә Şirinova ona verilmiş etibarnamә әsasında açdırmış, lakin özündә saxlamaqla hәmin karta göndәrdiyi pulları da aldadıb әlә keçirmişdir(i.v.172). ##.##.2025-ci il tarixli baxış keçirilmәsi haqqında protokoldan görünür ki, masa arxasında әylәşәn Nailә Ocaqova 3 dәst qızıl sırğa, 2 әdәd qızıl qolbaq, 1 әdәd qızıl boyunbağı vә 7 әdәd qızıl üzüklәri masanın üzәrinә qoyaraq tәqdim etmәsi müşahidә edilir(i.v.173-174). Zәrәrçәkmiş şәxsin ifadәsinin yerindә yoxlanması barәdә ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Ocaqova Nailә Padar qızının ifadәsindә göstәrdiyi xüsusatları yoxlanması mәqsәdilә Bakı şәhәri Suraxanı rayonu, Qaraçuxur qәsәbәsi, Cәlal Qurbanov küçәsindә yerlәşәn 12 mәrtәbәli binanı göstәrib bildirmişdir ki, 2022-ci ilin avqust ayında Şirinova Elnarә Cabbar qızı hәmin binanın Socar şirkәtinin nәzdindә olduğunu bildirib ona ucuz qiymәtә 7-ci mәrtәbәdәn mәnzil tәklif edәcәyini vәd verib әri Şirinov Rәşad Fazil oğlu ilә birlikdә hәmin ünvandakı mәnzili ona göstәrib aldadaraq 8000 manat dәyәrindә pulunu ilkin ödәniş adı ilә әlә keçirmiş, sonradan aylıq ödәnişlәr adı ilә ondan pullarını әlә keçirmişdir. Hәmin mәnzilә baxış keçirilmәsi üçün Nailә Ocaqovanın göstәrmәsinә әsasәn 7-ci mәrtәbәyә qalxmışlar, lakin onun göstәrdiyi mәnzilin qapısı bağlı olduğundan baxış keçirilmәsi mümkün olmamışdır. Bundan sonra Ocaqova Nailә Padar qızının ifadәsinә әsasәn Bakı şәhәri Yasamal rayonu, Əsәd Əhmәdov küçәsindә yerlәşәn 16 mәrtәbәli dörd binanın yanına gәlmişlәr, hәmin binalardan “Gәncә tәndiri” ilә üzbәüz qәhvәyi rәngli binanı göstәrib bildirmişdir ki, Şirinova Elnarә Cabbar qızı hәmin binanın Socar şirkәtinin nәzdindә olmasını bildirib ona ucuz qiymәtә 3-cü mәrtәbәdәn 3 otaqlı mәnzil almağını tәşkil edәcәyini vәd edib әri Şirinov Rәşadla birlikdә hәmin ünvandakı mәnzili ona göstәrib aldadaraq 14000 manat dәyәrindә 97 qram qızıl şinyәt әşyalarını әlә keçirmiş vә sonradan aylıq ödәnişlәr adı ilә onun pullarını әlә keçirmişdir. Hәmin mәnzilә baxış keçirilmәsi üçün Nailә Ocaqovanın göstәrmәsinә әsasәn 3-cü mәrtәbәyә qalxmışlar, lakin onun göstәrdiyi mәnzilin qapısı bağlı olduğundan baxış keçirilmәsi mümkün olmamış, hәmin binaların fotoşәkillәri çәkilәrәk iş materiallarına әlavә edilmişdır(i.v.175-180). ##.##.2026-cı il tarixli baxış keçirilmәsi haqqında protokoldan görünür ki, Şirinova Elnarә Cabbar qızına mәxsus olan 41697385****9418 nömrәli karta ##.##.2021-ci il tarixdә saat 20:59 radәdә 500 manat köçürülmüş vә hәmin mәblәğdә pul kartdan hәmin gün saat 21:44 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market” ATM-dәn çıxarılmışdır. ##.##.2021-ci il tarixdә saat 17:10 radәdә qeyd edilәn karta 500 manat köçürülmüş vә hәmin mәblәğdә pul kartdan hәmin gün saat 18:04 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, S.Mehmandarov küçәsi 28 ünvanında “MakroMart” ATM-dәn çıxarılmışdır. ##.##.2021-ci il tarixdә saat 19:21 radәdә qeyd edilәn karta 500 manat köçürülmüş vә 495 manat pul kartdan hәmin gün saat 20:06 radәdә Bakı şәhәri, Nizami rayonu, Naxçıvanski küçәsi 90 ünvanında "Araz Market” ATM-dәn çıxarılmışdır. ##.##.2022-ci il tarixdә saat 22:11 radәdә qeyd edilәn karta 465 manat pul köçürülmüş vә 460 manat pul kartdan hәmin gün saat 23:04 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market” ATM- dәn çıxarılmışdır. ##.##.2022-ci il tarixdә saat 18:15 radәdә qeyd edilәn karta 500 manat pul köçürülmüş vә 495 manat pul kartdan hәmin gün saat 18:51 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market" ATM-dәn çıxarılmışdır. Ocaqova Nailә Padar qızına mәxsus olan 41697377****7280 nömrәli karta ##.##.2022-ci il tarixdә saat 22:48 radәdә 650 manat köçürülmüş vә 643 manat pul kartdan hәmin gün saat 22:50 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market” ATM-dәn çıxarılmışdır. ##.##.2022-ci il tarixdә saat 21:27 radәdә qeyd edilәn karta 2000 manat pul köçürülmüş vә 1981 manat pul kartdan hәmin gün saat 22:27 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market” ATM- dәn çıxarılmışdır. ##.##.2022-ci il tarixdә saat 19:01 radәdә qeyd edilәn karta 650 manat pul köçürülmüş vә 644 manat pul kartdan hәmin gün saat 19:09 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market” ATM- dәn çıxarılmışdır. ##.##.2022-ci il tarixdә saat 13:51 radәdә qeyd edilәn karta 650 manat pul köçürülmüş vә 650 manat pul kartdan hәmin gün saat 16:55 radәdә Bakı şәhәri, Sabunçu rayonu, Bakıxanov qәs, R.Axundov küçәsi 41 ünvanında “Araz Market” ATM- dәn çıxarılmışdır(i.v.206-207). Zәrәrçәkmiş şәxs vә mülki iddiaçı Ocaqova Nailә Padar qızının tәqdim etdiyi mülki iddia әrizәsindәn görünür ki, o, ödәnilmәmiş maddi ziyan olaraq 31000 (otuz bir min) manat, dövlәt rüsumu qismindә 183 (yüz sәksәn üç) manat pulun Şirinova Elnarә Cabbar qızı vә Şirinov Rәşad Fazil oğlundan tutularaq ona ödәnilmәsini xahiş etmişdir. Ocaqova Nailә Padar qızı tәrәfindәn istintaqa tәqdim edilmiş 01 әdәd DVD diskinә mәhkәmә istintaqı zamanı baxış keçirilmiş, baxış zamanı müәyyәn edilmişdir ki, 1-ci 30 saniyәlik sәs yazısında Şirinova Elnarә Cabbar qızına mәxsus olması müәyyәn edilәn qadın sәsi “Salam Nailә” deyә müraciәt edәrәk evdә olmadığını, bazar günü şad xәbәr olacağını, hәmin şәxsin bağ evinә gedib görüşәcәyini bildirir. 2-ci 05 saniyәlik sәsyazısında Şirinov Rәşad Fazil oğluna mәxsus olması müәyyәn edilәn kişi sәsi şәxsiyyәt vәsiqәsinin üzlüyünü tәsdiqlә deyir. 03-cü 28 saniyәlik sәs yazısında 1-ci 30 saniyәlik sәs yazısında Şirinova Elnarә Cabbar qızına mәxsus mәxsus olması müәyyәn edilәn qadın sәsi “Hә salam Nailә” deyә müraciәt edib indi gәlib çıxdığını, sәnәdlәri götürdüyünü, kişiyә da adından hәrәkәt etmәyi üçün etibarnamә verdiyini vә nәticәnin yaxşı olacağını deyir. 04-cü 1 dәqiqә 34 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Hә yoxumdur, gәl mәni güllәlә öldür.” deyib, başına iş gәldiyini, qızının xәstә olmasını, әrinin bir tәrәfinin işlәmәdiyini, ölüm hәddinә çatdığını, “Nailә mәni niyә dirәmisәn, indi mәnә dә atıblar, gücün çatmırdı belә işә girmiyәrdik” bildirir. 05-ci 34 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Hә Nailә” deyә müraciәt edib ona zәng edәcәyәini, yarım saata aşağı düşüb onunla görüşәcәyini, özünü hәlәk etmәmәsini, xәbәr olan kimi xәbәr verәcәyini deyir. 06-cı 40 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Nailә” deyә müraciәt edәrәk narahat olmamağı, yaxın günlәrdә xәbәr deyәcәyini bildirir. 07-ci 1 dәqiqә 26 saniyәlik sәs yazısında hәmin qadın sәsi "Nailә” deyә müraciәt edәrәk salamlaşır, işdә olduğunu, dünәn xxxxdan zәng gәldiyini Rәşada görә vә özünә görә onlara pul düşmәdiyini bildirir. 08-ci 45 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Nailә” deyә müraciәt edәrәk iclasda olduğunu, narahat olmamağı, sabah işә çıxıb düzüb qoşub verәcәyini, hәmin haqhesabı da, o biri tәrәfdәn danışmalı olduğunu, o biri tәrәfdәn hesablayıb nә qәdәr vermәli olduqlarını, pül ödәmәli olduqlarını deyәcәklәrini bildirir. 09-cu 39 saniyәlik sәs yazısında hәmin qadın sәsi 5 faizә düşmәdiyini, 28 faizlә verirlәr, hansı bankdır deyә sual verir. 10-cu 1 dәqiqә 42 saniyәlik sәs yazısında hәmin qadın sәsi az vaxtda tanış olsalarda dost olduqlarını, aralarında belә işlәr olmamalı idi deyәrәk onu da aldatdıqlarını bildirir. 11-ci 8 saniyәlik sәs yazısında hәmin qadın sәsi “Nailә" deyә müraciәt edәrәk bir xәbәr olan kimi deyәcәyini bildirir. 12-ci 15 saniyәlik sәs yazısında hәmin qadın sәsi Rәşadın olmadığını, gәlәndәn sonra gedib pul götürüb hәll etmәlәrini bildirir. 13-cü 14 saniyәlik sәs yazısında Şirinov Rәşad Fazil oğluna mәxsus olması müәyyәn edilәn kişi sәsi “Salam bacı” deyә müraciәt edәrәk Daşınmaz Əmlakın Dövәt Reyestri Xidmәtinә vermәk üçün, bir surәtini isә xxxxa vermәk üçün peçatla kağızda...deyir. 26 dәqiqә 56 saniyәlik sәs yazısında Nailә Ocaqova, Zeynal Ocaqov vә Rәşad Şirinov aralarında olan dialoq zamanı Nailә Ocaqova oğlu Zeynala telefonun kalkulyatorunu açmasını deyir vә verilәn pulları hesablamağı Rәşada tәklif edirlәr. Ümumi verilәn pullar hesablanmaqla ona qәbzlәrlә, notariusla tәsdiqlәtmәklә 5300manat, nağd 2700 manat, bank vasitәsi ilә 3650 manat vә 5000 manat qızıllara görә hesablamaqla ümumilikdә 23650 manat pullarını qaytarmalı olduğunu Rәşad Şirinov etiraf edir vә qonşu olduqlarını, Elnarәnin sәhv etdiyini, bu sәbәbdәn onunla dәfәlәrlә dava etdiyini bildirir. Nailә Ocaqova isә ondan nә vaxt pulunu geri qaytaracağını soruşduqda Rәşad Şirinov onların evini almaq istәyәn olduğunu, öz evlәrini, ya da onlara satılan evi başqa adama satmaqları reallaşmalı olduğunu qısa müddәtә hәll edib düz qoş etdirәcәyini dedikdә Zeynal ondan vaxtı soruşur vә sentyabrda yekunlaşa bilәcәyini soruşduqda Rәşad evi satdırıb pulu çıxartdıracağını, hәmin mәsәlә hәll edilmәsini sentyabr ayının sonuna kimi özü hәll edәcәyinә söz verir. Zәrәrçәkmiş şәxs qızılları da çıxartmalı olduqlarını dedikdә, evi satıb pul çıxaran kimi oranın da pulunu verib qızılı çıxaracağına vәd verir. Zәrәrçәkmiş şәxs onu tanıdığını vә gözlәyәcәyini bildirir. Hәmin diskdә olan mp4 formatlı video fayl açıldıqda qaranlıq ekran açılır, videonun sәsi dinlәnildikdә qapı açılması sәsi, sonra isә Şirinov Rәşad Fazil oğluna mәxsus olması müәyyәn edilәn kişi sәsi mübahisә edәrәk “Nailәnin üzüyünü qaytar, az maşennik!" deyәrәk qışqırıb eyni sözlәri tәkrarlaması sәslәri, Elnarә Şirinovaya mәxsus olması müәyyәn edilәn qadın sәsi isә “GәllÇıx!” deyә әmr vermәk tonu ilә qışqırması sәslәri eşidilir. Mәhkәmә istintaqı zamanı verilmiş suallara cavab olaraq tәqsirlәndirilәn şәxs Elnarә Şirinova qadın sәsinin ona mәxsus olduğunu, hәmin danışıqların nә mәqsәdlә aparıldığının yadında qalmadığını bildirmiş, danışıqların mәzmununu izah edә bilmәmişdir. Bundan başqa, mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş Şirinov Rәşad Fazil oğlu da, qeyd edilәn sәslәrin ona mәxsus olduğunu, hәmin vaxt içkili olduğunu bildirәrәk danışıqların mәzmununun nә ilә bağlı olmasını izah edә bilmәmişdir. Eyni zamanda, zәrәrçәkmiş şәxsin ifadәsindә göstәrdiyi xüsusatlar 10 әdәd elektron pul köçürmәlәri qәbzlәrinә baxış zamanı da öz tәsdiqini tapmış, müәyyәn edilmişdir ki, ##.##.2021- ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2021-ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 465 manat, ##.##.2022-ci il tarixdә 500 manat, ##.##.2022-ci il tarixdә 650 manat, ##.##.2022-ci il tarixdә 2000 manat, ##.##.2022- ci il tarixdә 650 manat, ##.##.2022-ci il tarixdә 650 manat mәblәğlәrdә pullar iki ayrı-ayrı, yәni “4****9418” nömrәli Ş******E*****C*****” adına olan bank kartına vә “4****7280” nömrәli O******N*****P*****”adına olan bank kartlarına köçürülmüşdür. Eyni zamanda, ##.##.2026-cı il tarixli baxış keçirilmәsi haqqında protokoldan da müәyyәn edilmişdir ki, hәr ay Ocaqova Nailә Padar qızı Elnarә Şirinovanın ona bildirmәsinә әsasәn aylıq ödәniş olaraq mәblәğlәri kart hesabına köçürdükdәn çox qısa müddәt sonra hәmin mәblәğlәr kart hesabından çıxarılmışdır. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 144-cü maddәsini rәhbәr tutaraq qeyd edir ki, Şirinova Elnarә Cabbar qızının barәsindә aparılan cinayәt tәqibi üzrә toplanmış sübutlar tam, hәrtәrәfli vә obyektiv yoxlanılmalıdır. Qanunun tәlәbinә әsasәn toplanmış sübutlar tәhlil olunmalı vә bir-biri ilә müqayisә edilmәli, әldә olunmuş sübutların mәnbәyinin mötәbәrliyi müәyyәnlәşdirilmәlidir. Bundan әlavә, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 143 vә 145-ci maddәlәrinә әsasәn, sübutların toplanılması ibtidai araşdırma vә mәhkәmә baxışı zamanı dindirmә, üzlәşdirmә, götürmә, axtarış, baxış, ekspertiza, tanınmaya tәqdim etmә vә digәr prosessual hәrәkәtlәrlә hәyata keçirilir. Hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.3-1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2015-ci il tarixli qәrarına görә, cinayәt hüququnda cinayәtin tövsifi dedikdә, törәdilmiş ictimai tәhlükәli әmәldә müvafiq cinayәt tәrkibinin müәyyәn edilmәsi başa düşülür. Tövsif törәdilmiş әmәlin faktiki hallarının cinayәt tәrkibinin әlamәtlәrinә dәqiq uyğun gәlmәsinin müәyyәn edilmәsinә yönәlmiş ardıcıl vә mәntiqi prosesdir. Buna görә dә, onun ilkin şәrti törәdilmiş әmәlin hüquqi әhәmiyyәt kәsb edәn faktiki hallarının müәyyәn edilmәsindәn vә qiymәtlәndirilmәsindәn ibarәtdir. Törәdilmiş әmәlin faktiki halları müәyyәn edilәrkәn cinayәtin obyektinә, obyektiv cәhәtinә, subyektinә vә subyektiv cәhәtinә görә istәnilәn cinayәt tәrkibinә xas olan әlamәtlәrin tәsnifatı aparılır. Bu zaman әmәlin xüsusiyyәtlәri, subyekti müәyyәn edilir, onun motiv vә mәqsәdlәri aydınlaşdırılır, nәticәlәrinin xarakteri müәyyәnlәşdirilir. İş üzrә әhәmiyyәtli olan bütün faktiki hallar müәyyәn edildikdәn sonra şәxsin törәtdiyi, qanunla qadağan olunmuş ictimai tәhlükәli әmәlin tövsifi üçün müvafiq cinayәt hüquq norması tәtbiq edilir. Cinayәtin tövsifinin digәr şәrti törәdilmiş ictimai tәhlükәli әmәlin tәrkibinin seçilmiş normada tәsvir edilәn tәrkibә uyğunluğunun müәyyәn edilmәsindәn ibarәtdir. Cinayәt-Prosessual Mәcәllәsinin 139-cu maddәsi bu normada tәsbit olunmuş digәr hallarla yanaşı, cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. CPM-in 349.5-ci maddәsinә әsasәn mәhkәmә hökmünün әsaslı olması üçün mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmalı, bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmәli vә mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayәt mühakimә icraatının prinsiplәrinә, sübutetmәyә dair cinayәt-prosessual normalara, mәhkәmә aktının әsaslılığına dair meyarla birlikdә götürmәklә baxdıqda aydın olur ki, hәmin müddәalar tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliliyi üzrә lazımınca qiymәtlәndirilmiş işә aid olan vә bir-biri ilә uzlaşan sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, mәhkәmә cinayәt-prosessual qanunun 28-ci maddәsi ilә ehtiva olunan vәzifәlәrini yerinә yetirmiş ola, onun qәbul etdiyi qәrar isә (o cümlәdәn, şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması barәdә nәticә) әsaslı sayıla bilәr. Hәmçinin, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2011-ci il tarixli Qәrarında da qeyd edilmişdir ki, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәt-hüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının düzgün seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. “Tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını yalnız elә sübutlar tәşkil etmәlidir ki, hansı ki, qanuna müvafiq, yәni qanuni yolla әldә olunmalıdır” müddәası Avropa Mәhkәmәsinin “Barbera, Messegue vә Habardo İspaniyaya qarşı” işindә xüsusi vurğulanmışdır. Cinayәt-Prosessual Mәcәllәsinin 21.2-ci maddәsinin tәlәblәrinә görә hәmin Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedura daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Hәmin Mәcәllәnin 145.3-cü maddәsinin tәlәblәrinә görә isә ittihamın sübut olunmasında yaranan şübhәlәri digәr sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhәli vә ya tәqsirlәndirilәn şәxsin xeyrinә tәfsir edilir. Azәrbaycan Respublikası Konstitusiyasının 63-cü maddәsinin tәlәblәrinә görә şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2025-ci il tarixli qәrarının 1-ci bәndindә göstәrilmişdir ki, törәdilmiş әmәl o halda CM-nin 178-ci maddәsindә nәzәrdә tutulmuş dәlәduzluq, yәni etibardan sui-istifadә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә hesab edilir ki, şәxsin niyyәti әmlakı әlә keçirәrkәn vә ya әmlak hüquqları әldә edәrkәn hәr hansı öhdәliyin yerinә yetirilmәsinә deyil, özgәnin әmlakının әvәzsiz vә qanunsuz olaraq öz mülkiyyәtinә keçirilmәsinә, yaxud da әmlak hüquqlarının әldә edilmәsinә yönәlmiş olsun. Hәmin qәrarın 2-ci bәndindә göstәrilmişdir ki, dәlәduzluq cinayәtinin üsulu kimi aldatma dedikdә, özgә әmlakını (әmlak hüququnu) әlә keçirmәk niyyәtindә olan şәxs tәrәfindәn bilәbilә yalan, hәqiqәtә uyğun olmayan mәlumatların verilmәsi vә ya hәqiqi mәlumatların gizlәdilmәsi, yaxud da әmlakın әlә keçirilmәsinә yönәlmiş qәsdәn törәdilәn başqa hәrәkәtlәrin edilmәsi (mәsәlәn, әqdin predmeti olan saxta әşyaların vә ya saxta sәnәdlәrin tәqdim edilmәsi, onların әldә edilmәsi, malların alınması zamanı aldadıcı üsullardan istifadә edilmәsi vә ya hesablaşma görüntüsünün yaradılması vә sair) başa düşülür. Dәlәduzluğun törәdilmәsi zamanı hәqiqәtә uyğun olmayan vә ya gizlәdilәn mәlumatlar kimi müxtәlif hallar, mәsәlәn hüquqi faktlar, әmlakın dәyәrinә vә keyfiyyәtinә, tәqsirkarın şәxsiyyәtinә, onun sәlahiyyәtlәrinә vә niyyәtinә dair mәlumatlar çıxış edә bilәr. Hәmin qәrarın 3-cü bәndindә göstәrilmişdir ki, dәlәduzluğun üsulu kimi etibardan suiistifadә etmә dedikdә, әmlakı әlә keçirmәk vә ya әmlaka olan hüququ әldә etmәk mәqsәdi güdәn şәxs tәrәfindәn әmlakın mülkiyyәtçisi, bu әmlaka sahiblik edәn vә ya sәrәncam vermәk hüququ olan şәxslә yaranmış etibarlı münasibәtlәrdәn istifadә olunması başa düşülür. Etibardan sui-istifadә etmә, hәmçinin tәqsirkar şәxsin qulluq sәlahiyyәtlәrinin hәyata keçirilmәsi, zәrәr çәkmiş şәxslә yaxın şәxsi vә ya qohumluq münasibәtlәrinin olması ilә dә әlaqәdar ola bilәr. Etibardan sui-istifadә etmә hәm dә tәqsirkarın әvәzsiz olaraq özünün vә ya üçüncü şәxslәrin xeyrinә әmlakı vә ya ona olan hüququ әlә keçirmәk mәqsәdi ilә üzәrinә götürdüyü hәr hansı öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda, mәsәlәn, kredit müәssisәlәrindәn müәyyәn mәblәğdә kredit vә ya zәrәr çәkmiş şәxsdәn borc alaraq bunları qaytarmaq mәqsәdi güdmәdiyi, hәr hansı işin görülmәsi, xidmәtlәrin göstәrilmәsi öhdәliyini üzәrinә götürüb bunun üçün әvvәlcәdәn avans kimi müәyyәn mәblәğdә pul alaraq hәmin işi görmәdiyi (xidmәti göstәrmәdiyi) vә görmәk (xidmәt göstәrmәk) niyyәtindә olmadığı hallarda da baş verir. Dәlәduzluq cinayәti özgәnin әmlakının tәqsirkarın vә ya üçüncü şәxslәrin sahibliyinә keçdiyi vә onların bu әmlaka dair istәdiklәri kimi sәrәncam vermәk vә ya onlardan istifadә etmәk imkanının yarandığı andan başa çatmış hesab edilir. Mәhkәmә kollegiyası mübahisәlәndirilәn hökmlә razılaşaraq qeyd edir ki, Şirinova Elnarә Cabbar qızı zәrәrçәkmiş şәxsdәn 5300 manatı borc olaraq aldığını әsas gәtirmiş, keçirdiyi cәrrahiyә әmәliyyat üçün lazım olduğunu qeyd etmiş, әmәliyyatla bağlı sәnәdlәr istәnildikdә isә mәhkәmәyә tәqdim edәcәyini bildirmiş, lakin bunu tәsdiq edәn hәr hansı sәnәdi mәhkәmәyә tәqdim etmәmişdir. Müәyyәn edilmişdir ki, Şirinova Elnarә Cabbar qızı ilә zәrәrçәkmiş şәxs arasında borc müqavilәsi olsa da, әslindә hәmin müqavilәni bağlamaqda mәqsәdi zәrәrçәkmiş şәxsdә inam yaratmaq olmuş, bundan sonra da hәrәkәtlәrinә davam edәrәk ona mәxsus pul vә qızılları әlә keçirmәk mәqsәdi daşımışdır. Belә ki, mәhkәmә istintaqı zamanı tәdqiq edilәn sәs yazılarında verilmiş mәblәğlәrin hesablanması zamanı, Şirinova Elnarә Cabbar qızının hәyat yoldaşı Şirinov Rәşad Fazil oğlu, alınmış mәblәğlәrin heç birinә etiraz etmәmiş, tәsdiq edәrәk evi satdıraraq borcu bağlayacağını bildirmişdir. Hәmçinin, hәmin sәs yazılarında Şirinov Rәşad Fazil oğlunun arvadı Elnarәnin üstünә qışqıraraq Nailә Ocaqovanın qızılının qaytarmasını tәlәb etmәsi müәyyәn olunmuşdur. Mәhkәmә kollegiyası mübahisәlәndirilәn hökmlә razılaşaraq, hәmçinin qeyd edir ki, tәqsirlәndirilәn şәxs Şirinova Elnarә Cabbar qızı mәhkәmә istintaqında bir birinә uyğun gәlmәyәn ziddiyyәtli ifadә vermiş, hәmin xüsusatlar zәrәrçәkmiş şәxs vә şahid ifadәlәri, iş materiallarında olan sәnәdlәrlә tәkzib edilәrәk öz tәsdiqini tapmamışdır. Bütün bunlar göstәrir ki, tәqsirlәndirilәn şәxs Şirinova Elnarә Cabbar qızı zәrәrçәkmiş şәxsin etibarından sui istifadә edәrәk borc müqavilәsi bağlamaqla әslindә niyyәti hәmin pul vә qızılları әlә keçirmәk olmuş, cinayәt mәsuliyyәtindәn yaxa qurtarmaq mәqsәdilә bu mәzmunda özünü müdafiә xarakterli ifadә vermişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.1, 178.2.2 vә 178.2.4-cü maddәlәrinә әsasәn dәlәduzluq, yәni etibardan sui-istifadә etmә vә ya aldatma yolu ilә özgәnin әmlakını әlә keçirmә qabaqcadan әlbir olan bir qrup şәxs tәrәfindәn, tәkrar vә xeyli miqdarda ziyan vurmaqla törәdildikdә dörd min manatdan yeddi min manatadәk miqdarda cәrimә vә ya bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. CM-nin 177-ci maddәsinin qeyd hissәsinin II bәndinә әsasәn bu Mәcәllәnin 177-182ci, 185-187-ci vә 189-1-ci maddәlәrindә “xeyli miqdar” dedikdә, beş min manatdan yuxarı, lakin әlli min manatdan artıq olmayan mәblәğ, “külli miqdar” dedikdә әlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan mәblәğ, “xüsusilә külli miqdar” dedikdә beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. Mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt işinin apellyasiya baxışı zamanı Şirinova Elnarә Cabbar qızına bәraәt verilmәsi üçün hallar müәyyәn edilmәdiyindәn, ona bәraәt verilә bilmәz, bu barәdә apellyasiya şikayәtinin dәlillәri subyektiv mülahizәlәr üzәrindә qurulmaqla Şirinova Elnarә Cabbar qızınu cinayәt mәsuliyyәtindәn yayındırmaq cәhdi daşıyır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә hәmçinin qeyd edir ki, heç bir sübut mәhkәmә üçün preyudisial әhәmiyyәtә malik deyil vә alınma mәnbәyindәn, növündәn asılı olmayaraq, hәr bir sübut hәrtәrәfli, tam vә obyektiv yoxlanılmalı, iş üzrә toplanmış digәr sübutlarla müqayisәli şәkildә qiymәtlәndirilmәlidir. Hazırki iş üzrә dә işә baxan birinci instansiya mәhkәmәsinin sübut kimi qәbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur vә inandırıcıdır. Bundan başqa, birinci instansiya mәhkәmәsinin mәhkәmә istintaqı zamanı cinayәt işi üzrә hәr-hansı bir qanun pozuntusuna yol verilmәsi, mәhkәmәnin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması, iş üçün әhәmiyyәtli olan halların sübuta yetirilmәmәsi, cinayәt qanunu normalarının düzgün tәtbiq edilmәmәsi iş materialları ilә müәyyәn edilmәmişdir. Şirinova Elnarә Cabbar qızının barәsindә seçilmiş cәza tәdbiri mәsәlәsinә gәldikdә, mәhkәmә kollegiyasının qәnaәtinә görә vә hökmdәn göründüyü kimi, birinci instansiya mәhkәmәsi tәrәfindәn ona qanuni vә әsaslı cәza tәyin edilmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 58.3-cü maddәsinә görә cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qәrarında mәhkәmәlәrә tövsiyә olunur ki, hәr bir konkret halda tәqsirlәndirilәn şәxslәrә tәyin edilәn cinayәt cәzası Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 8-ci maddәsinә müvafiq olaraq cinayәtin törәdilmәsi şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmaqla әdalәtli olmalıdır. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 8.1-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai-tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 41.2-ci maddәsinә görә cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Mübahisәlәndirilәn hökmdәn görünür ki, birinci instansiya mәhkәmәsi Şirinova Elnarә Cabbar qızına cәza hәddi vә növünü tәyin edәrkәn onun törәtdiyi cinayәtlәrin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, cәza tәyin edilmәsinin ümumi әsaslarını, şәxsiyyәtini nәzәrә almış, Cinayәt Mәcәllәsinin 59-cu maddәlәrinә әsasәn vurulmuş ziyanın bir qismini ödәmәsini, bir qisminin ödәnilmәsi üçün mәhkәmә istintaqı zamanı real addımlar atmasını (4300 manat mәblәğ zәrәrçәkmiş şәxsә tәqdim edilsә dә qәbul edilmәmәsi), ilk dәfә cinayәt mәsuliyyәtinә cәlb edilmәsini onun cәzasını yüngüllәşdirәn hal kimi nәzәrә almış, Cinayәt Mәcәllәsinin 61-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin әmәlindә cәzasını ağırlaşdıran halları müәyyәn etmәmişdir. Mәhkәmә kollegiyası onu da qeyd edir ki, birinci instansiya mәhkәmәsi Şirinova Elnarә Cabbar qızının barәsindә iş üzrә mühüm әhәmiyyәt kәsb edәn digәr halları da cәza tәyini zamanı nәzәrә almaqla әsaslandıraraq, mәhkum edilmiş şәxsin şәxsiyyәtinә vә cinayәtin ağırlığına uyğun, tәqsirli bilindiyi maddәnin sanksiyası hәddindә azadlığın mәhdudlaşdırılması cәzası tәyin etmiş, onun barәsindә tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsi üçün zәruri әsaslar mövcud olmamışdır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin olunmamalı, iş üzrә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli, *(*-***)-**/**** nömrәli hökmü qanuni, әsaslı vә әdalәtli olduğundan dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1, 397.2, 398.1.1 vә 407.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALIR: Mәhkum edilmiş şәxs Şirinova Elnarә Cabbar qızı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Şirinova Elnarә Cabbar qızının Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.1, 178.2.2 vә 178.2.4-cü maddәlәri ilә mәhkum olunmasına dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili X1 tәrәfindәn mәhkum Şirinova Elnarә Cabbar qızının hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 12 (on iki) saat üçün, cәmi 132 (yüz otuz iki) manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrindә göstәrilәn müddәtlәrdә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-695/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-695/2026
09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver