Məhkəmə qərarları › İş №1(3-8)-230/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-230/2026

23.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-230/2026 23.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X8 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X15 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X14 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs14, zərərçəkmiş şəxs9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər: Nurəddin Hüseynli (sədrlik edən), Nahid Mirzəyev və Ilham Cəfərzadə) Təqsirləndirilən şəxs (##.##.1959-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Babək küçəsi, ev 17 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın təmin olunması, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulumuş maddi ziyana görə 25160 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın təmin olunması, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulumuş maddi ziyana görə 24225 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın təmin olunması, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 85000 manat və 345 manat dövlət rüsumu olmaqla, cəmi 85345 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs4 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddianın təmin olunması, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulumuş maddi ziyana görə 46240 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs9 ödənilməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, vahid niyyətlə, həmçinin təkrarən aldatma yolu ilə özgələrinin əmlakını ələ keçirərək, küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, avtomobil satışı ilə məşğul olan zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyini bildirib razılığa gələndən sonra, 2009cu ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4 tanışı şahid27 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X2" şirkətinin adından "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSH81VP9U485511 olan avtomobilə görə şirkətin bank hesabına 2.700 ABŞ dolları köçürülməsinə dair şahid27 adına ## ###### 2023- cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs4 göndərmiş, sonuncu ## ###### 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətin (sonra "xxxx") Xırdalan filialında şahid27 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X2" şirkətinin hesabına 2.700 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan sonra 2023-cü ilin yanvar ayında avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 400 ABŞ dolları daxil olmaqla 2.400 ABŞ dolları nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Azərbaycan Respublikası Mərkəzi Bankının (sonra Mərkəzi Bankın) müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 8.670 manata bərabər olan 5.100 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin yanvar ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından 2016-cı ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4 tanışı şahid11 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X2" şirkətinin adından "X1" markalı, istehsal ili 2016, ban nömrəsi KMHSW81UDGU552073 olan avtomobilə görə şirkətin bank hesabına 11.100 ABŞ dolları köçürülməsinə dair şahid11 adına ## ###### 2023- cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs4 göndərmiş, sonuncu ## ###### 2023-cü il tarixdə "xxxx"ın Xırdalan filialında şahid11 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X2" şirkətinin hesabına 11.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan sonra 2023-cü ilin yanvar ayında avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 23.120 manata bərabər olan 13.600 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin aprel ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından 2016-cı ildə istehsal olunmuş "Hyundai Avante" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4 tanışı şahid20 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "Hyundai Avante" markalı, istehsal ili 2016, ban nömrəsi KMHD641UGGU090659 olan avtomobilə görə şirkətin bank hesabına 5.000 ABŞ dolları köçürülməsinə dair şahid20 adına ## ##### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs4 göndərmiş, sonuncu ## ##### 2023-cü il tarixdə "xxxx"ın Xırdalan filialında şahid20 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 5.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan sonra 2023-cü ilin aprel ayında avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirəndən sonra, nağd aldığı valyuta vəsaitlərini özünə sərf edib avtomobilin vəd etdiyi qaydada gətirilməsi üçün heç bir ödəniş etməmiş və zərərçəkmiş şəxs4 Gürcüstanın dəniz limanına gəlib nəzərdə tutulduğundan artıq saxlanıldığına görə cərimə tətbiq olunmuş avtomobilin daşınma yol xərclərini və cəriməni yenidən ödəyəndən sonra avtomobili əldə edə bilmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 4.250 manata bərabər olan 2.500 ABŞ dolları valyuta vəsaitini nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin may ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından 2017-ci ildə istehsal olunmuş "Kia Sorento" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4 tanışı şahid13 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X2., LTD" şirkətinin adından "Kia Sorento" markalı, istehsal ili 2017, ban nömrəsi KNAPH81BBJA465215 olan avtomobilə görə şirkətin bank hesabına 11.300 ABŞ dolları köçürülməsinə dair şahid13 adına ## ### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs4 göndərmiş, sonuncu ## ### 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətin(sonra "AFB Bank") Sumqayıt filialında şahid13 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X2., LTD" şirkətinin hesabına 11.300 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan sonra 2023- cü ilin may ayında avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 23.460 manata bərabər olan 13.800 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin iyun ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından 2016-cı ildə istehsal olunmuş "Hyundai Grandeur" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4 tanışı şahid21 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "Hyundai Grandeur" markalı, istehsal ili 2016, ban nömrəsi KMHFF41RBHA567542 olan avtomobilə görə şirkətin bank hesabına 5.000 ABŞ dolları köçürülməsinə dair şahid21 adına ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs4 göndərmiş, sonuncu ## #### 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətin(sonra "xxxx") Sumqayıt filialında şahid21 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 5.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan sonra 2023-cü ilin iyun ayında avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 12.750 manata bərabər olan 7.500 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin iyul ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından 2015-ci ildə istehsal olunmuş "Hyundai Sonata" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4 tanışı şahid7 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən şirkətinin adından "Hyundai Sonata" markalı, istehsal ili 2015, ban nömrəsi KMHE341cbga189850 olan avtomobilə görə şirkətin bank hesabına 5.000 ABŞ dolları köçürülməsinə dair şahid7 adına ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs4 göndərmiş, sonuncu ## #### 2023-cü il tarixdə "AFB Bank"ın Sumqayıt filialında şahid7 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X2., LTD" şirkətinin hesabına 5.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan sonra ## ###### 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi, "SOCAR" yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən avtomobil salonunda avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 12.750 manata bərabər olan 7.500 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Belliklə, o, 2023-cü ilin yanvar ayından 2023-cü ilin avqust ayının 25-dək Cənubi Koreyadan yuxarıda göstərilən 6 ədəd müxtəlif avtomobilləri gətirəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs4, Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 85.000 (səksən beş min) manata bərabər olan 50.000(əlli min) ABŞ dolları valyuta vəsaitini vahid niyyətlə bir neçə dəfəyə alıb, aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin fevral ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, xarici ölkələrdən satışa avtomobil gətirməklə məşğul olması barədə məlumat alıb ona müraciət etmiş zərərçəkmiş şəxs3 Cənubi Koreya Respublikasından 2008-ci ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X2" şirkətinin adından "X1" markalı, istehsal ili 2008, ban nömrəsi KMHSH81VP8U285796 olan avtomobilə görə şirkətin bank hesabına 2.650 ABŞ dolları köçürülməsinə dair ## ###### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs3 göndərmiş, sonuncu həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətin (sonra "xxxx") baş filialında "X2" şirkətinin hesabına 2.650 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş və ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs3 avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünün xidmət haqqı qismində 800 ABŞ dolları daxil olmaqla 3.200 ABŞ dollarını nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 9.945 manata bərabər olan 5.850 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin fevral ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, tanışı və uzaq qohumu zərərçəkmiş şəxs13 Cənubi Koreya Respublikasından 2009-cu ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X5.LTD" şirkətinin adından "X1", istehsal ili 2009, ban nömrəsi KMHSJ81UBAU544755 olan avtomobilə görə şirkətin bank hesabına 3.400 ABŞ dolları köçürülməsinə dair ## ###### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs13 göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs13 "xxxx"ın baş filialında "X5.LTD" şirkətinin hesabına 3.400 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, həmin gün axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs13 özünə çatacaq xidmət haqqı qismində 600 ABŞ dolları, ## ###### 2023cü il tarixdə "Koala park" əyləncə mərkəzində görüşdükləri zaman sifariş olunmuş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alıb ələ keçirəndən sonra, nağd aldığı valyuta vəsaitlərini özünə sərf edib avtomobilin vəd etdiyi qaydada gətirilməsi üçün heç bir ödəniş etməmiş və zərərçəkmiş şəxs13 Gürcüstanın dəniz limanına gəlib nəzərdə tutulduğundan artıq saxlanıldığına görə cərimə tətbiq olunmuş avtomobilin daşınma yol xərclərini və cəriməni yenidən ödəyəndən sonra avtomobili əldə edə bilmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 5.100 manata bərabər olan 3.000 ABŞ dolları valyuta vəsaitini nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla zərərçəkmiş şəxs13 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin fevral ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, tanışı və uzaq qohumu zərərçəkmiş şəxs2 Cənubi Koreya Respublikasından 2009-cu ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs2 tanışı şahid19 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından şahid19 adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSH81UBAU546837 olan avtomobilə görə şirkətin bank hesabına 3.000 ABŞ dolları köçürülməsinə dair ## ###### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs2 göndərmiş, ## ###### 2023-cü il tarixdə zərərçəkmiş şəxs2 "xxxx"ın baş filialında şahid19 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 3.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs2 sifariş olunmuş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 900 ABŞ dolları daxil olmaqla 3.300 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 10.710 manata bərabər olan 6.300 ABŞ dolları valyuta vəsaitini alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs9 Cənubi Koreya Respublikasından 2009-cu ildə istehsal olunmuş "Hyundai Santafe" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs9 tanışı şahid10 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından şahid10 adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMFHSJ81VP9U485320 olan avtomobilə görə şirkətin bank hesabına 1.900 ABŞ dolları köçürülməsinə dair ## #### 2023cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs9ova göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs9ov "xxxx"ın Əhmədli filialında şahid10 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 1.900 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs9ovdan sifariş olunmuş avtomobilin faktiki satış qiymətinin bank köçürməsindən kənar hissəsi qismində 1.000 ABŞ dolları, daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 3.900 ABŞ dolları nağd şəkildə, həmin müddət üçün Azərbaycan Respublikası Mərkəzi Bankının (sonra Mərkəzi Bank) müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 10.030 manata bərabər olan 5.900 ABŞ dolları valyuta vəsaitini alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs2 vasitəsilə ona müraciət etmiş zərərçəkmiş şəxs8 Cənubi Koreya Respublikasından 2011-ci ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs8 tanışı şahid24 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "X1" markalı, istehsal ili 2011, ban nömrəsi KMHSJ81UBBU731908 olan avtomobilə görə şirkətin bank hesabına 2.900 ABŞ dolları köçürülməsinə dair şahid24 adına ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs8 göndərmiş, sonuncu ## #### 2023-cü il tarixdə "xxxx"ın baş filialında şahid24 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 2.900 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bundan 3-4 gün sonra 2023-cü ilin aprel ayında zərərçəkmiş şəxs2 vasitəsilə ona göndərdiyi avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 4.080 manat və özünün xidmət haqqı qismində 850 ABŞ dolları nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 6.375 manata bərabər olan 3.750 ABŞ dolları valyuta vəsaitini və 4.080 manat pulu bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs8 ümumilikdə 10.455 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs2 vasitəsi ilə danışıqlar apardığı zərərçəkmiş şəxs7 Cənubi Koreya Respublikasından avtomobil gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSJ81VP9U494318 olan avtomobilə görə şirkətin bank hesabına 2.000 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs7 göndərmiş, sonuncu həmin ## #### 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətin (sonra "xxxx") Nərimanov filialında "xxxx" şirkətinin hesabına 2.000 ABŞ dolları köçürüb, bu barədə ona məlumat verəndən iki-üç gün sonra zərərçəkmiş şəxs2 vasitəsilə avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları, özünün xidmət haqqı qismində 600 ABŞ dolları, ümumilikdə 3.000 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 8.500 manata bərabər olan 5.000 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs9 Cənubi Koreya Respublikasından 2009-cu ildə istehsal olunmuş "Hyundai Santafe" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs9 tanışı şahid25 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X5.LTD" şirkətinin adından şahid25 adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSJ81UBAU538896 olan avtomobilə görə şirkətin bank hesabına 3.300 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs9 göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs9 "xxxx"nın Nərimanov filialında şahid25 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X5.LTD" şirkətinin hesabına 3.300 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs9 sifariş olunmuş avtomobilin faktiki satış qiymətinin bank köçürməsindən kənar hissəsi qismində 700 ABŞ dolları, daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 3.600 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alıb ələ keçirəndən sonra, nağd aldığı valyuta vəsaitlərini özünə sərf edib avtomobilin vəd etdiyi qaydada gətirilməsi üçün heç bir ödəniş etməmiş və zərərçəkmiş şəxs9 Gürcüstanın dəniz limanına gəlib nəzərdə tutulduğundan artıq saxlanıldığına görə cərimə tətbiq olunmuş avtomobilin daşınma yol xərclərini və cəriməni yenidən ödəyəndən sonra avtomobili əldə edə bilmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 6.120 manata bərabər olan 3.600 ABŞ dolları valyuta vəsaitini nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs12, sonuncunun kürəkəni zərərçəkmiş şəxs9 vasitəsilə, Cənubi Koreya Respublikasından 2012-ci ildə istehsal olunmuş "Kia Sorento" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "Kia Sorento" markalı, istehsal ili 2012, ban nömrəsi KNAKX815BDA349456 olan avtomobilə görə şirkətin bank hesabına 5.100 ABŞ dolları köçürülməsinə dair ## #### 2023cü il tarixli hesabfakturanı zərərçəkmiş şəxs12 göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs12 "xxxx"ın baş filialında "xxxx" şirkətinin hesabına 5.100 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023-cü il tarixdə zərərçəkmiş şəxs9 vasitəsilə göndərilmiş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.900 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alıb ələ keçirəndən sonra, nağd aldığı valyuta vəsaitlərini özünə sərf edib avtomobilin vəd etdiyi qaydada gətirilməsi üçün heç bir ödəniş etməmiş və zərərçəkmiş şəxs12 Gürcüstanın dəniz limanına gəlib nəzərdə tutulduğundan artıq saxlanıldığına görə cərimə tətbiq olunmuş avtomobilin daşınma yol xərclərini və cəriməni yenidən ödəyəndən sonra avtomobili əldə edə bilmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə zərərçəkmiş şəxs12 4.930 manata bərabər olan 2.900 ABŞ dolları valyuta vəsaitini nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, xarici ölkələrdən satışa avtomobil gətirməklə məşğul olması barədə məlumat alıb ona müraciət etmiş zərərçəkmiş şəxs14 Cənubi Koreya Respublikasından 2010-cu ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "X1" markalı, istehsal ili 2010, ban nömrəsi KMHSJ81UBAU547018 olan avtomobilə görə şirkətin bank hesabına 2.600 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs14 göndərmiş, sonuncu həmin tarixdə "xxxx"ın baş filialında "xxxx" şirkətinin hesabına 2.600 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş və bir neçə gün sonra 2023-cü ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs14 qardaşı zərərçəkmiş şəxs3 vasitəsilə göndərdiyi avtomobilin daşınma yol məsrəflərinin ödənişi və özünün xidmət haqqı qismində 3.200 ABŞ dollarını nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 9.860 manata bərabər olan 5.800 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, qohumu zərərçəkmiş şəxs2 vasitəsilə ona müraciət etmiş zərərçəkmiş şəxs1 Cənubi Koreya Respublikasından 2015ci ildə istehsal olunmuş "Kia Sorento" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs1 avtomobilin arvadı şahid15 adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "Kia Sorento" markalı, istehsal ili 2015, ban nömrəsi KNAPK81BBFA089480 olan avtomobilə görə şirkətin bank hesabına 7.700 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs1 göndərmiş, sonuncu həmin tarixdə "xxxx"ın baş filialında "xxxx" şirkətinin hesabına 7.700 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023-cü il tarixdə Vüqar Avdullayevin tanışı zərərçəkmiş şəxs2 vasitəsilə göndərdiyi, avtomobilin faktiki satış qiymətinin bank köçürməsindən kənar hissəsi qismində 3.650 ABŞ dolları, avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları, özünün xidmət haqqı qismində 500 ABŞ dolları olmaqla 6.550 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 24.225 manata bərabər olan 14.250 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, tanışı zərərçəkmiş şəxs6 Cənubi Koreya Respublikasından 2015-ci ildə istehsal olunmuş "Hyundai Grandeur" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs6 qohumu şahid9 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X2.LTD" şirkətinin adından "Hyundai Grandeur" markalı, istehsal ili 2015, ban nömrəsi KMHFF41RBGA499323 olan avtomobilə görə şirkətin bank hesabına 5.400 ABŞ dolları köçürülməsinə dair şahid9 adına ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs6 göndərmiş, sonuncu ## #### 2023- cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətin(sonra "xxxx") Xətai filialında şahid9 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X2.LTD" şirkətinin hesabına 5.400 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, 2023-cü ilin aprel ayının əvvəlində avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alaraq avtomobilin iki aya gətiriləcəyi barədə yalan vəd vermiş, daha sonra ## ### 2023-cü il tarixdə avtomobilin daşındığı konteynerə Gürcüstan limanında yazılmış cəriməni ödəmək adı ilə aldadaraq 2.550 manat pulunu alıb aldatma yolu ilə ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 13.430 manata bərabər olan 7.900 ABŞ dolları valyuta vəsaitini və 2.550 manat pulu bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs6 15.980 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin iyun ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs9 Cənubi Koreya Respublikasından 2014-cü ildə istehsal olunmuş "Kia Sorento" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X5.LTD" şirkətinin adından "Kia Sorento" markalı, istehsal ili 2014, ban nömrəsi KNAKV815DEA523489 olan avtomobilə görə şirkətin bank hesabına 6.500 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs9 göndərmiş, sonuncu ## #### 2023-cü il tarixdə "xxxx"ın baş filialında "X5.LTD" şirkətinin hesabına 6.500 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs9 sifariş olunmuş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 700 ABŞ dolları daxil olmaqla 3.100 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alıb ələ keçirəndən sonra, nağd aldığı valyuta vəsaitlərini özünə sərf edib avtomobilin vəd etdiyi qaydada gətirilməsi üçün heç bir ödəniş etməmiş və zərərçəkmiş şəxs9 Gürcüstanın dəniz limanına gəlib nəzərdə tutulduğundan artıq saxlanıldığına görə cərimə tətbiq olunmuş avtomobilin daşınma yol xərclərini və cəriməni yenidən ödəyəndən sonra avtomobili əldə edə bilmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 5.270 manata bərabər olan 3.100 ABŞ dolları valyuta vəsaitini nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin iyul ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs9 Cənubi Koreya Respublikasından 2015-ci ildə istehsal olunmuş "Kia Sorento" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs9 tanışı şahid26 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından şahid26 adına "Kia Sorento" markalı, istehsal ili 2015, ban nömrəsi KNAPS815ABFA031825 olan avtomobilə görə şirkətin bank hesabına 8.800 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs9ova göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs9ov "xxxx"ın baş filialında şahid26 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 8.800 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs9 sifariş olunmuş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.900 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alıb ələ keçirmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 19.890 manata bərabər olan 11.700 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin iyul ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs9 Cənubi Koreya Respublikasından 2014-cü ildə istehsal olunmuş "Hyundai Santafe" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs9 tanışı şahid26 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X5.LTD" şirkətinin adından şahid26 adına "X1" markalı, istehsal ili 2014, ban nömrəsi KMHSW81UBFU419155 olan avtomobilə görə şirkətin bank hesabına 3.300 ABŞ dolları köçürülməsinə dair ## #### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs9 göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs9 "xxxx"ın baş filialında şahid26 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X5.LTD" şirkətinin hesabına 7.700 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs9 sifariş olunmuş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.400 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.900 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alıb ələ keçirəndən sonra, nağd aldığı valyuta vəsaitlərini özünə sərf edib avtomobilin vəd etdiyi qaydada gətirilməsi üçün heç bir ödəniş etməmiş və zərərçəkmiş şəxs9 Gürcüstanın dəniz limanına gəlib nəzərdə tutulduğundan artıq saxlanıldığına görə cərimə tətbiq olunmuş avtomobilin daşınma yol xərclərini və cəriməni yenidən ödəyəndən sonra avtomobili əldə edə bilmiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə zərərçəkmiş şəxs9 4.930 manata bərabər olan 2.900 ABŞ dolları valyuta vəsaitini nağd şəkildə alıb aldatma yolu ilə ələ keçirərək talamaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin avqust ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, tanışı şahid8 vasitəsilə ona müraciət etmiş zərərçəkmiş şəxs5 Cənubi Koreya Respublikasından 2014-cü ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X5.LTD" şirkətinin adından "X1" markalı, istehsal ili 2014, ban nömrəsi KMHSW81UBFU395877 olan avtomobilə görə şirkətin bank hesabına 7.000 ABŞ dolları köçürülməsinə dair ## ###### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs5 göndərmiş, sonuncu həmin tarixdə "xxxx"ın baş filialında "X5.LTD" şirkətinin hesabına 7.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş və bundan 5-6 gün sonra, 2023-cü ilin avqust ayında tanışı şahid8 vasitəsilə göndərdiyi, avtomobilin daşınma yol məsrəflərinin ödənişi və özünün xidmət haqqı qismində 2.500 ABŞ dollarını nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 16.150 manata bərabər olan 9.500 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin avqust ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, zərərçəkmiş şəxs2 Cənubi Koreya Respublikasından 2014-cü ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs2 tanışı şahid14 ilə qarşılıqlı razılıqla avtomobilin sonuncunun adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "X3. LTD" şirkətinin adından şahid14 adına "X1" markalı, istehsal ili 2014, ban nömrəsi KMHW81UBFU305397 olan avtomobilə görə şirkətin bank hesabına 6.000 ABŞ dolları köçürülməsinə dair ## ###### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs2 göndərmiş, həmin tarixdə zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətin (sonra ABB) Nizami filialında şahid14 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "X3. LTD" şirkətinin hesabına 6.000 ABŞ dolları köçürüb bu barədə ona məlumat verəndən sonra, ## ######## 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Koala park" əyləncə mərkəzində zərərçəkmiş şəxs2 sifariş olunmuş avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünə çatacaq xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 14.450 manata bərabər olan 8.500 ABŞ dolları valyuta vəsaitini alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin sentyabr ayının sonunda Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, xarici ölkələrdən satışa avtomobil gətirməklə məşğul olması barədə məlumat alıb ona müraciət etmiş Yevlax şəhər sakini zərərçəkmiş şəxs11 Cənubi Koreya Respublikasından 2015-ci ildə istehsal olunmuş "X1" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs11 avtomobili anası şahid5 adına sifariş ediləcəyini bildirəndən sonra, ## ####### 2023-cü il tarixdə Kapital banka aid olan plastik kartın 4169-7388-0729- 9577 nömrəsi olan hissəsinin fotoşəkilini göndərərək, avtomobilin daşınma yol məsrəfləri qismində 2.100 ABŞ dolları və və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.600 ABŞ dolları daxil olmaqla, həmin kartın hesabına ümumilikdə 2.600 ABŞ dolları köçürməsini təklif etmiş və zərərçəkmiş şəxs11 4169-7388-0729-9577 kart hesabına Yeni ünvan 2 ünvanda yerləşən "Neptun" supermarketdə qurulmuş "Mpay" ödəniş terminalından göndərdiyi, həmin tarixdə saat 19:54-də 2.600 manat, saat 09:58-də 1.820 manat, ümumilikdə 4.420 manat pulu alıb aldatma yolu ilə ələ keçirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "X4" markalı, istehsal ili 2015, ban nömrəsi KMHSWV81XDGU575410 olan avtomobilə görə şirkətin bank hesabına 5.900 ABŞ dolları köçürülməsinə dair şahid5 adına # ####### 2023-cü il tarixli hesabfakturanı zərərçəkmiş şəxs11 göndərmiş, sonuncu ## ####### 2023-cü il tarixdə "ABB"- nin Yevlax filialında şahid5 şəxsi xarici valyuta hesabına mədaxil etdiyi vəsaitdən "xxxx" şirkətinin hesabına 5.900 ABŞ dolları köçürüb bu barədə ona məlumat vermiş, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 10.030 manata bərabər olan 5.900 ABŞ dolları valyuta vəsaitini və 4.420 manat pulu bank köçürməsi ilə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs11 14.450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin oktyabr ayında Bakı şəhərində dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, tanışı zərərçəkmiş şəxs10 Cənubi Koreya Respublikasından 2014-cü ildə istehsal olunmuş "Kia Sorento" markalı avtomobilin gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs10 avtomobilin arvadı şahid12 adına sifariş ediləcəyini bildirəndən sonra, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin adından "Kia Sorento" markalı, istehsal ili 2014, ban nömrəsi KNAKU815DEA528561 olan avtomobilə görə şirkətin bank hesabına 4.600 ABŞ dolları köçürülməsinə dair ## ####### 2023-cü il tarixli hesab-fakturanı zərərçəkmiş şəxs10 göndərmiş, sonuncu həmin tarixdə "xxxx"ın Xətai filialında "xxxx" şirkətinin hesabına 4.600 ABŞ dolları köçürüb, bu barədə ona məlumat verəndən iki-üç gün sonra Bakı şəhəri, H.Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində zərərçəkmiş şəxs10la görüşüb, vəd etdiyi avtomobilin daşınma yol məsrəflərinin ödənişi və özünün xidmət haqqı qismində 2.500 ABŞ dolları nağd şəkildə aldatma yolu ilə alaraq, bununla da həmin müddət üçün Mərkəzi Bankın müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, ümumilikdə 12.070 manata bərabər olan 7.100 ABŞ dolları valyuta vəsaitini bank köçürməsi və nağd şəkildə alıb, aldatma yolu ilə ələ keçirərək talamaqla, zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutların qiymətləndirilməsində ittihamyönlü mövqe tutmuş, müdafiə tərəfinin təqdim etdiyi mühüm sübut və hüquqi arqumentlərə laızmi qiymət verməmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması birtərəfli aparılmış və əsasən ittiham tərəfinin təqdim etdiyi sübutlarla məhdudlaşmışdır. Müdafiə tərəfindən verilmiş vəsatət təmin olunmamış və vu öz-özlüyündə məhkəmənin obyektiv gerçəkliyi üzə çıxartmaq marağının olmaması qənaətinə gəlməyə əsas verir. Həmin vəsatət təmin olunduğu təqdirdə avtomobillərin Azərbaycan Respublikasına gəlməməsinin əsl səbəbləri və bunu etmiş şəxslər müəyyən ediləcəkdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında ardıcıl olaraq göstərmişdir ki, Koreya Respublikasından avtomobil alqı-satqısını 8 ildən artıq bir müddətdə və heç bir nöqsansız həyata keçirmiş, mübahisəli konteynerlərin hamısı Gürcüstanın Poti şəhərinə gətirilmiş, bu da ona dəlalət edir ki, zərərçəkmiş şəxslər alqı-satqı əsasında əldə etdikləri avtomobillər satıcı tərəfindən Koreya Respublikasından Gürcüstan Respublikasına göndərilmişdir. Daşıma xərci kimi Təqsirləndirilən şəxs ödənilmiş pulları sonuncu ödəmişdir. Malların saxlanılmasına görə yaranmış və tam olaraq mülki hüquq münasibətlərindən irəli gələn mübahisə onun təqsiri ucbatından əmələ gəlməmişdir. Mübahisəli avtomobillərin bir hissəsinin tamamilə digər şəxslərə satılaraq Azərbaycana gətirilməsində, digər avtomobillərin isə Koreyaya qaytarılmasında Təqsirləndirilən şəxs hər hansı rolu və ya iştirakı olmamamışdır. Lakin məhkəmə tərəfindən təqsirləndirilən şəxsin gətirdiyi dəlillər, sorğu verilərək avtomobillərin aqibətinin müəyyən edilməsi, zərərçəkmiş şəxslərin ifadələrinin doğruluğunun yoxlanılması, təqdim olunan sənədlərlə tanış olmaq üçün tərcüməçi vasitəsi ilə sənədlərə baxış keçirilməsi, avtomobillərin hərəkət sxemi tam və obyektiv araşdırılmamışdır. Hazırki iş üzrə ittiham hökmü əsasən dolayı xarakterli ifadələrə, ehtimallara, ziddiyyətli sənədlərə əsaslanmışdır. Dələduzluq Niyyəti sübuta yetirilməmişdir. CM-in 178-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün şəxsin özgə əmlakını tamah niyyəti ilə əvəzsiz olaraq, özünün və ya üçüncü şəxslərin xeyrinə keçirməsi müəyyən edilməlidir. Lakin iş materiallarından görünür ki, bütün satış əməliyyatları açıq şəkildə aparılmış, əməliyyatlarda zərərçəkmişlər bank vasitəsi ilə ödənişlər etmişlər, avtomobilləri özləri seçmişlər, malların hərəkətini izləmişdirlər. Əgər məqsəd gizli mənimsəmə olsaydı, satışlar rəsmi şəkildə invoys alınmadan həyata keçirilər, ödənişlərin hamısı Sənan Agamirova verilər, malların hərəkətini açıq şəkildə izləmək mümkün olmazdı.Bu hallar mənimsəmə niyyətinin mövcud olmamasını göstərən mühüm hüquqi faktorlardır. CPMin 351-ci maddəsinə əsasən hökm qanuni, əsaslı və ədalətli olmalıdır. Hazırki hökm isə natamam araşdırmaya, ziddiyyətli sübutlara, ehtimallara, birtərəfli qiymətləndirməyə əsaslandığından qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi sübut və arqumentlərə kifayət qədər hüquqi qiymət vermədən ittiham hökmü çıxarmışdır. Bu isə ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasıdır. Müdafiəçi müdafiəçi2 həmçinin apellyasiya şikayətinə əlavə verərək, təqdirləndirilən şəxsin əməlində cinayət tərkibinin zəruri elementləri, o cümlədən bütün obyektiv və subyektiv əlamətləri sübuta yetirilmədiyindən, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi əsas mövcud olmadığından, tərəflər arasındakı mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs təqsirinin tam sübuta yetirilmədiyini nəzərə almaqla barəsində aparılan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hökmdən həmçinin zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs14, zərərçəkmiş şəxs9 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılsını, cinayətin çoxepizodlu xarakteri, zərərçəkmiş şəxslərin sayı, vurulmuş maddi və mənəvi ziyanın həcminin nəzərə alınması, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və sosial ədalətin tam bərpası məqsədilə daha ağır cəza təyin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza törədilmiş cinayətlərin ağırlığına, zərərçəkmiş şəxslərin sayına, vurulmuş maddi ziyanın həcminə və cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayacaq dərəcədə yüngüldür. Iş materiallarından və hökmün məzmunundan açıq şəkildə görünür ki, təqsirləndirilən şəxs uzun müddət ərzində sistemli, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə çoxsaylı şəxslərə qarşı dələduzluq cinayətləri törətmişdir. Müxtəlif şirkət adlarından istifadə olunmuş, insanlara yalan vədlər verilmiş, onların etibarından sui-istifadə edilərək külli miqdarda pul vəsaiti ələ keçirilmişdir. Cinayət əməli təsadüfi və ya bir dəfə baş vermiş hadisə deyil, uzun müddət davam edən, çoxsayl epizodlardan ibarət peşəkar və düşünülmüş dələduzluq sxemi olmuşdur. zərərçəkmiş şəxs4 qarşı bir neçə epizod üzrə ümumilikdə 85000 manat məbləğində maddi ziyan vurulmuşdur. zərərçəkmiş şəxs9 qarşı bir neçə epizod üzrə ümumilikdə 46240 manat maddi ziyan vurulmuşdur. zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs3 ,zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs14 da təqsirləndirilən şəxsin eyni üsulla törətdiyi dələduzluq əməlləri nəticəsində ciddi maddi zərərə məruz qalmışlar. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarını qazanaraq, onların ailə büdcəsinə, maddi vəziyyətinə və psixoloji durumuna ağır təsir göstərmişdir. Bir çox hallarda insanlar borca düşmüş, ailə daxilində ciddi problemlərlə üzləşmiş, uzun müddət maddi və mənəvi əziyyət çəkmişlər. Məhkəmə hökm çıxararkən zərərçəkmiş şəxslərin çoxluğunu, cinayətlərin ardıcıl və sistemli xarakter daşımasını, vurulmuş ziyanın külli miqdarda olmasını, ziyanın ödənilməməsini, cinayətlərin insanların etibarından sui-istifadə yolu ilə törədilməsini, zərərçəkmişlərə vurulan mənəvi zərəri kifayət qədər nəzərə almamışdır. Hesab edirlər ki, təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası nə zərərçəkmiş şəxslərdə ədalət hissini bərpa edir, nə də törədilmiş əməllərin ağırlığına adekvat cavab verir. Təqsirləndirilən şəxsin əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə təxminən 385000 AZN məbləğində maddi ziyan vurulmuşdur. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan ağır nəticəli və yüksək ictimai təhlükəlilik dərəcəsinə malik cinayət əməli olduğunu açıq şəkildə göstərir. Belə böyük həcmdə maddi ziyanın vurulmasına, çoxsaylı şəxslərin aldadılmasına, cinayətlərin uzun müddət davam etməsinə baxmayaraq təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş əməllərin ağırlığına adekvat deyildir. Təqsirləndirilən şəxs müxtəlif şəxslərin etibarından istifadə etmiş, onları maddi və mənəvi cəhətdən ağır vəziyyətə salmış, ailələrin sosial vəziyyətinə ciddi zərbə vurmuşdur. Bir çox zərərçəkmişlər borca düşmüş, kredit öhdəlikləri ilə üzləşmiş və uzun müddət maddi çətinlik yaşamışlar. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya məhkəməsindəki çıxışında verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını, eyni zamanda zərərçəkmiş şəxslər tərəfindən verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs9 verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını xahiş etdilər. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı Dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər əsaslar olduğunu bildirərək, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, həmçinin zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin məzmunundan görünür ki, işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi iddia edilir. Zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin məzmunundan görünür ki, işin faktiki halları və əməlin töfsifi mübahisələndirilməmiş, sadəcə məhkəmə tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin və şikayətə əlavənin dəlilləri, daha sonra isə zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlilləri üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsi müzakirə edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təqsirləndirilən şəxsə CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə göstərilən xüsusatlar digər danılmaz sübutlarla - zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tamamilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nəsimi rayon Polis Idarəsinin Istintaq şöbəsində aparılan istintaqdan narazılığı çox olmuşdur. Istintaqda yazılanların heç birinin özündə düzgün məlumatı əks etdirmədiyini qeyd etmişdir. Həm əvvəlki, həm də sonrakı müstəntiqlər tamamilə ayrı-ayrı şeylər yazmışlar. O, X6 tanımamışdır. Elvin Abbasovu tanımışdır. Bu şəxs üçün maşın gətirmişdir. O, Elvin Abbasovun müştərilərini tanımamışdır. Həmin müştərilər maşınları Elvin Abbasov vasitəsilə almışdır. O, Samir Imanovu tanımamış, həmin şəxsi Elvin Abbasov tanımışdır. Elvin Abbasov müştərini ona bir dəfə göstərmiş və həmin müştəriyə maşın verilməli olduğunu demişdir. Elvin Abbasov bu işlərdən çoxlu pul qazanmışdır. Elvin Abbasovun tapdığı müştərilərin sifarişləri əsasında 4 il ərzində bəlkə də 130 ədəd maşın gətirilmişdir. Gömrük bəyannamələri vasitəsilə bunları yoxlanıla biləcəyini bildirmişdir. Bütün invoys sənədlərində Elvin Abbasovun nömrəsi qeyd olunmuşdur. Elvin Abbasov maşını hansı müştəri üçün gətirdiyini ona deməmişdir. Onlar heç vaxt öz sirrlərini ona deməmişlər. Elvin Abbasov ona təxminən 130 ədəd maşın sifariş vermiş, sənədlərdə də ona məxsus 055-212-50-44 nömrəsi qeyd edilmişdir. Sənədlərdə həmişə kim sifariş verirdisə, həmin adamın nömrəsi qeyd olunmuşdur ki, maşının kim üçün gəldiyi bilinsin. Elvin Abbasov öz yaxın qohumlarının adına gətirdiyi maşınları satışa qoymuş, lakin başqa şəxslərin adına gətirilmiş maşınlar müştərilərə verilmişdir. Elvin Abbasovun sifariş verdiyi təxminən 130 maşının hamısı gətirilmişdir. Elvin Abbasov o tutulmazdan öncə də maşın almışdır. Sifariş verilmiş maşınlar da o tutulduğu dövrdə Poti limanına gəlmişdir. Elvin Abbasovun da bu işdə əli olmuşdur. Bununla 4-cü dəfədir ki, onun biznesini əlindən almağa çalışmışlar. Elvin Abbasovun ona pul verdiyi halda sifariş verilmiş maşınların gəlməməsi halı olmamış, sadəcə sonuncu sifariş verilən maşınlardan bir neçəsi olmuşdur ki, onların gəlişi ləngimişdir. Bu barədə fikir bildirmək istəməmişdir, çünki hər şey sənədlərdə əks olunmuşdur. zərərçəkmiş şəxs9 özü bu işə daxil olmuşdur. Özünə də Koreyalı Isgəndər ləqəbi qoydurmuş, hamının yanında hörmət qazanmışdır. O, Isgəndərin qardaşı ilə iş görmüş, qardaşı Vüsal onun yanında işləmişdir. Istintaqı aparan müstəntiq sonradan hər şeyi dəyişərək Isgəndərin adını salmışdır. Onun Isgəndərlə heç bir alveri olmamışdır. O, Isgəndəri heç vaxt görmək istəməmişdir, çünki çox yekəxana adam olmuşdur. 2017-ci ildə Koreya bazarı açıq elan olunan vaxtlarda o, xaricdən maşın gətirərkən hələ heç kəs bu işlə məşğul olmamışdır. O, Koreyaya 3 dəfə səfər etmiş və bu işlərin necə həyata keçirildiyini öyrənmişdir. Koreyada qanunlar fərqli olmuş, oradan idxal edilən maşınlar quru yolu ilə deyil, su yolu ilə gəlmiş və bunun üçün konteyner lazım olmuşdur. O, orada ərəblər ilə tanış olmuş, o, heç bir azərbaycanlı ilə iş görməmişdir. O, ərəblərlə işləmiş, onların ailələrini tanımış, onlar da onun ailəsini tanımışdır. O, ayrı adamlarla iş görməmiş, Elvin və onun qardaşı Vüsal ilə iş görmüşdür. Sifariş Elvin və Vüsala gəlmişdir. Elvin və Vüsal isə müştərinin istədiyi maşının şəklini ona atmışdır. O da öz növbəsində həmin maşının şəklini işlədiyi adamlara atmışdır. Sifariş verilmiş maşınlar ən ucuz qiymətə ona gəlmişdir. O yeganə adam olmuşdur ki, invoysda maşını sifariş verən adamın məlumatlarını qeyd etmiş, digərləri isə invoysu dəyişərək öz məlumatlarını yazmışdır. Onun müştərilər üçün aldığı maşınlar ili yeni, nisbətən vuruq maşınlar olmuşdur. Bu da müştərilərə sərf etmişdir. O, bir neçə günün ərzində maşının vuruq hissələrini düzəltdirmişdir. O, Koreyada işlədiyi ərəblər zədələnmiş hissələri dəyişmişlər ki, müştərilər burada çox xərc çəkməsinlər. Maşının dəyəri həmin firmaya ödənilmişdir. Belə ki, invoys yazılmış və maşını sifariş verən adam bank vasitəsilə həmin pulu firmaya ödəmişdir. Koreyada əlaqələrinin olduğu firma invoysu ona göndərmişdir. O da həmin firmanın invoysundakı məlumatları dəyişmədən bunlara vermiş, bunlar da həmin firmaya bank vasitəsilə pul köçürmüşlər. Iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər hamısı pulu invoys vasitəsilə ödəmiş, sifariş verilmiş maşınların hamısının pulu ödənilmişdir. Maşının ehtiyat hissələri dəyişdirildikdən sonra yenidən ona videoları və şəkilləri atılmış, o, maşının videosunu və şəkillərini bunlara göstərmişdir. Maşın müştərinin xoşuna gəldiyi halda dəyəri ödənilmiş və maşın Koreyada kompaniyaya verilmiş, ya da iki nəfər maşını özləri vurmuşdur. O, sonradan bunların necə pul qazandıqlarını və maşını özlərinin sifariş etmələri barədə məlumat verəcəyini bildirmişdir. Bu barədə sənədləri məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Sifariş verilmiş maşınları konteynerlərə vurmuşlar və konteyner Poti limanına gəlmişdir. Potidən isə Bakıya gətirilmişdir. Avtomobilin daşıma xərci əvvəl 2500 ABŞ dolları olsa da, sonradan qiymət azalaraq 2000 ABŞ dolları olmuşdur. Avtomobilin daşıma xərcini o, buradan ödəmişdir. Maşın Poti limanına gəldikdən sonra pulu zərərçəkmiş şəxs2 vermiş, o da Poti limanına gedərək pulu ödəyib konteyneri boşaltmışdır. 2023- cü ildə bir sıra hadisələr olduğu üçün bəzi konteynerlər gəlib çıxmamış, o, bu barədə izahatını vermişdir. 28 fevraldan 28 aprelə qədər Nazirlər Kabinetinin qərarı ilə bağlı, Gürcüstan və Azərbaycan tərəflərində tıxacların yaranması, Poti limanında konteynerlərin ləngiməsi, Qırmızı dənizdə hadisə olması, Ukrayna və Rusiya arasında müharibənin olması, Panama boğazında və Izmitdə hadisə olması, buna görə də gəmilərin ilişməsi buna səbəb olmuşdur. O, baş vermiş problemləri sübut edə bilməmişdir. Ümumiyyətlə həmin konteynerlər hamısı Poti limanına gəlib çıxmışdır. Mübahisəli olan 5 konteynerdən birinin pulunu ## ### 2023-cü il tarixdə buradan ödəmişdir. Digərlərinin pulunu isə oradan ödəmişlər. 2 dənə konteynerin pulu 2023-cü ilin avqust ayında Koreyada ödənilmiş, lakin digər 2 konteynerin pulunun ödənilməsini onun işdən çıxması üçün Gürcüstanda ləngitmişlər. Həmin 2 konteynerin nə vaxt limana gəlməsi və nə vaxt pulunun ödənilməsi barədə Gürcüstan Respublikasına sorğu verilsə, pulun ödənilməsinin görünəcəyini bildirmişdir. Ümumiyyətlə onların vəzifəsi ödənilmiş konteyner gələn kimi çıxartmaq olmuşdur. Ancaq bunların təsiri ilə onu etməmişlər. O, həbs olunduqdan sonra həmin iki konteynerin cərimələri ödənilmiş və Bakıya gətirilmişdir. Ümumilikdə mübahisəli konteynerdən birinin pulunu o, buradan ödəmiş, 4-ü isə xaricdən ödənilmişdir. 4 konteynerdən ikisi cəriməsi ödənilərək Azərbaycana gətirilmişdir. Digər 2 konteyneri isə Gürcüstanda əslən Füzuli rayonundan olan başqa bir şəxsin adına rəsmiləşdirmiş və konteyneri Azərbaycana buraxmamışlar. O, bununla əlaqədar Xarici Işlər Nazirliyinə şikayət etmişdir. XIN-də onların səfirliyi vasitəsilə Gürcüstana nota vermiş, həmin notanı təqdim etmişdir. Bundan sonra yenidən Gömrük Komitəsinə gedərək maşınların markalarını, ban nömrələrini və konteynerlərin nömrələrini Komitəyə təqdim etmişdir. Gömrük Komitəsindən də maşınlar ölkəyə gələn zaman məsələyə baxacaqlarını bildirmişlər. Onun bir səhvi olmuşdur. Gərək maşınlar bura gələndən sonra məktub verərmiş. Onlar da onun belə etdiyini gördükdən sonra maşını başqa şəxsin adına keçirtmişlər. Başqasının adına keçirtdikdən sonra belə etdiyi üçün məcbur olub qaytarmışlar. Həmin 5 konteynerdən ikisi ölkəyə daxil olmuşdur. Həmin konteynerlər ölkəyə onun adına daxil olmuş və sahiblərinə çatdırılmışdır. Digər 3 avtomobil isə Poti limanından Koreyaya qaytarılmışdır. Bununla bağlı maşını aldığı adamlara zəng vurmuşdur. Onlar isə bunu “Əfqan Trading”in, Nəcibin etdiyini bildirmişlər. Onların etdikləri Koreyada da cinayət sayılmışdır. O, Koreyaya bununla bağlı gedib şikayət etsə idi, onlar deport oluna bilərdilər. Həmin avtomobillər o həbs edildikdən sonra Koreyaya qaytarıldığı üçün kimin bu barədə göstəriş verməsindən məlumatlı olmamışdır. O, Gürcüstanlı firmalar olan “Magi” və “xxxx” ilə danışıqlar aparmışdır. Poti limanında gələn hər bir gəminin nümayəndəsi olmuşdur. Əslində ona cəriməni onların nümayəndələri göndərməli olmuş, lakin onlar əlavə pul qazanmaq üçün daşımanı həyata keçirən firmanın vasitəsilə cəriməni almışlar. Məsələn, 10 000 cərimə yazırdılarsa, onun 7000 manatını onlar öz aralarında bölmüşlər. Cərimələri onlara köçürmək əvəzinə “Magi” və “xxxx” firmalarına bank vasitəsilə köçürmüşdür. O onların ona göndərdikləri invoys sənədinə əsasən cəriməni ödəmişdir. Çəkdiyi əziyyətə görə Vüsaldan yalnız xidmət haqqı olaraq nağd qaydada 400-500 ABŞ dolları məbləğində pul almışdır. Birbaşa olaraq müştərinin özündən pul almamışdır. Elvin və Vüsal müştərilərdən həddindən artıq pul almış, lakin bu barədə ona məlumat verməmişlər. Onlar istintaq müddətində də bu söhbətləri üzə çıxartmamaq üçün həmin izahatları ortaya çıxartmamışlar. Yolda baş verən qəza və hadisələrə görə daşıma şirkətləri məsuliyyət daşımışlar. Onun Gürcüstanda nümayəndəsi olmamışdır. Konteyner Bakıya gələn zaman Vüsal gedib konteyneri açmışdır. Maşını Bakıda təhvil vermişlər. Konteyner boşaldılana qədər sürücü cavabdeh sayılmışdır. O, maşını hərraca çıxarılmazdan əvvəl almışdır. Onun almadığı maşınlar sonradan hərraca çıxarılmışdır. Bank vasitəsilə ödəniş edərkən orada olan firmaların məlumatlarının düzgün olubolmaması yoxlanılmış, yoxlanıldıqdan sonra pul həmin firmaya köçürülmüşdür. Onun Koreyada hər hansı firması olmamışdır. Onun həmin firma ilə telefon danışıqları olmuşdur. Mübahisə yaranmazdan öncə təxminən 130 maşını Elvin, 55 maşını isə Vüsal almışdır. Həmin maşınların pulları 4 şirkətdən birinə ödənilmişdir. Həmin şirkətlərdən alınan maşınların hamısı öz sahiblərinə çatdırılmış, yalnız son 3 konteynerdə problem yaranmışdır. O, Koreyada olan 4 şirkətlə işləmişdir. X10 çatmasına az qalmış daşıma xərci olan 2000 ABŞ dolları ödənilmişdir. Azərbaycanda çatan pul isə gömrüyün həyətində şoferə ödənilmişdir. O da ara-sıra gömrüyün həyətinə getmişdir. Konteynerlərin açılışında Vüsal, hərdən isə o iştirak etmişdir. ona Gənclikdə yaşadığı evin yaxınlığında və Masazırda pul verməmiş, o onunla həmin ərazilərdə görüşməmişdir. O, Isgəndərin qardaşı Vüsal ilə iş görmüşdür. Invoysda qeyd edilən məbləğdən əlavə hər hansı məbləğ almamışdır. Hamı ona 500 ABŞ dolları xidmət haqqı vermişdir. 2023-cü ilin iyun ayında Kia Sorento markalı avtomobil üçün zərərçəkmiş şəxs9 ona 3100 ABŞ dolları məbləğində pul verməsi kimi bir şey olmamışdır. ## #### 2023-cü il tarixdə Santafe markalı maşın üçün 2000 ABŞ dolları yol xərci və 500 ABŞ dolları xidmət haqqını ona Vüsal Isgəndərli vermişdir. Ölkəyə gələn 2 konteynerin gecikməsi onun günahı olmamış, onu işdən çıxartmaq üçün həmin uşaqlar tərəfindən edilmişdir. Məmməd ona 2600 manat məbləğində pulu vermiş, o da həmin pulu daşıma şirkətinə köçürmüşdür. Onun maşının başqa şəxsin adına keçirilməsindən məlumatı olmamışdır. Həmin maşın Poti limanına gəldikdən sonra Gürcüstanda yaşayan azərbaycanlılar vasitəsilə konteynerlər başqa şəxsin adına keçirilmişdir. Bunun səbəbini o bilməmişdir. 2600 dolların 500 dolları onun xidmət haqqı olmuş, qalan pulu o, Koreyaya köçürmüşdür. Koreyadan Gürcüstana maşın 1 ay yarıma gəlmişdir. Daşıma xərci maşın Gürcüstana gətirildikdən sonra ödənilmiş, o, aprel ayının 9- da daşıma xərcini ödəmişdir. Onun Elvinə borcu olmamış, həmişə Elvinin ona borcu olmuşdur. Elvin ona yalnız xidmət haqqını ödəmişdir. Mübahisəli avtomobillərin hamısı Poti limanına gətirilmişdir. Həmin avtomobillərin pullarını tam şəkildə ödəmişdir. O, maşınlarının daşıma xərclərini maşınlar ölkəyə gətirilən zaman ödəmişdir, lakin həmin avtomobillər Gürcüstandan Azərbaycana gətirilməmişdir. Isgəndərgil bunu təşkil etmiş və konteynerləri Füzulidən olan başqa şəxsin adına keçirtmişlər. O, Elvinlə maşını Bakıda təhvil vermək barədə razılaşmışdır. Onlar onun biznesini ələ keçirmək üçün maşınları başqa şəxslərin adına keçirtmişlər. Həmin şəxslər invoysla onun işlədiyi şəxslərə əlaqə yaradaraq maşın idxal etmişlər. O, maşınları ucuz qiymətə gətirmişdir. Konteynerlərin sayı 3 ədəd olmamış, 5 ədəd olmuşdur. Iki ədəd konteynerin pulu ödənildiyi halda niyə Bakıya gəlmədiyini o, müstəntiqə bildirmişdir. O, müstəntiqə dəfələrlə fors major hallara görə konteynerlərin yubandığını demişdir. Ibrahimin bacısının adına olan maşını Vüsal gətirmişdir. Invoysda da Vüsalın nömrəsi qeyd olunmuşdur. O Yaşarın vasitəçiliyi ilə Ibrahim ilə görüşmüşdür. Ibrahimə Vüsal ilə bu işi gördüyü üçün bu işin alınmadığını demişdir. Ibrahim ona 1 maşın üçün pul vermişdir. Digər maşını Vüsal ilə sifariş vermişdir. Ibrahim maşının pulunu köçürmə etmiş və ona 2500 dollar daşıma xərcini ödəmişdir. Vüsala verdikləri pulu da ona verdiklərini demişlər. O, maşını sifariş vermiş, lakin maşın Poti limanından Azərbaycana gəlməmişdir. zərərçəkmiş şəxs13 ona xidmət haqqı olaraq cəmi 2500 dollar pul vermişdir. Ramizə konteynerlərin pulunun ödənilmədiyi bildirilmişdir. 5 konteynerdən 1-nin pulu Bakıdan, qalan 4-nün pulu isə Koreyadan ödənilmişdir. O bunu müstəntiqə sübut edə bilməmişdir. Gürcüstana maşınlarla bağlı sorğu verilməmişdir. Onlar onu tutdurmaq üçün bunları etmişlər. zərərçəkmiş şəxs13 ona Koala Parkda 3000 dollar verməmişdir. Ona pulu gətirib verən Vüsal olmuşdur. Ramiz maşının pulu 3400 dolları XalqBankda köçürmə etmişdir. Bundan əlavə 2000 dollar daşıma xərci, 500 dollar xidmət haqqı ödəmişdir. Ramiz ondan maşın almamışdır, bu barədə oğlu Vüsal ilə o söhbət etmişdir. O, maşının daşıma xərcini ödəmişdir. Əgər ödəməsəymiş, həmin maşın Azərbaycana gəlib çıxmazmış. Bütün maşınların alışında zərərçəkmiş şəxs2 iştirak etmişdir. O, heç kimə gömrük ödənişinin az olması üçün maşının pulunun az köçürülməsini, qalan hissəsinin ona nağd qaydada verilməsini təklif etməmişdir. zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 6550 dollar pulu zərərçəkmiş şəxs2 ona heç vaxt hissəhissə verməmişdir. zərərçəkmiş şəxs6 ilə onu Səbuhi adlı şəxs tanış etmişdir. O, maşına görə Səbuhi ilə əlaqə saxlamışdır. Bu məsələdən əvvəl Nemət üçün çox ucuz qiymətə maşın gətirmişdir. Bunlar hamısı Isgəndərin planları olmuşdur. Nemət maşın alveri ilə məşğul olmuşdur. zərərçəkmiş şəxs10 ona maşın sifariş vermişdir. Maşınlardan biri o həbs olunduqdan sonra satılmış, digəri isə xaricdə qalmışdır. O, zərərçəkmiş şəxs14 tanımamış, bu xanım ona Hyundai Santafe markalı maşın sifariş verməmişdir. Invoysda olan nömrə Vüsala məxsusdursa, Vüsal sifariş vermişdir. zərərçəkmiş şəxs3 nömrəsi qeyd olunan invoysa münasibətdə maşını ona sifariş vermişlər. O, şahid8 tanımamışdır. Tahiri isə tanımışdır. Invoysda yazılan nömrə Tahirin ona dediyi nömrə olmuşdur. Vüsalın zərərçəkmiş şəxs1 nə qədər pul aldığını bilməmişdir. Vüsal özü də pul qazanmışdır. O həbs olunduqdan sonra Vüsalgil Gürcüstan Respublikasının vətəndaşları ilə əlbir olub maşınların gətirilməsinə maneçilik törətmişlər. O, bununla əlaqədar Xarici Işlər Nazirliyinə də müraciət etmişdir. XIN Gürcüstana nota vermişdir. Maşının pulu köçürülmüşdürsə, həmin maşın gəlib çıxmışdır. şahid1 düz danışmış, hətta o həmin xüsusatları ifadəsində qeyd etmişdir. O, zərərçəkmiş şəxs7 tanımamışdır. Bu işi Vüsal görmüşdür. O, zərərçəkmiş şəxs12 tanımamış, ilk dəfə olmuşdur ki, Tofiqi görmüşdür. Istintaq dövründə də Tofiqi görməmişdir. Elvin Abbasov ona cəm halında pul verməmişdir. Elvin Abbasov yalan danışmış, belə bir hal olmamışdır. O, şahid25 tanımamışdır. Elvin Abbasov vergidən yayınmaq üçün başqa şəxslərin adına maşın gətirmişdir. Istintaqdan əvvəl araşdırma dövründə müstəntiq ona demişdir ki, beş ədəd konteynerin söhbəti gedir. O dediyi məsələnin necə olmasını sübut edə bilməmişdir. Müstəntiqin yanında Koreya ilə danışmışdır. Müstəntiq həmin danışığı eşitmişdir. Orada cavan bir oğlan da olmuşdur. Həmin cavan oğlan danışığın məzmununu müstəntiqə izah etmişdir. Eyni zamanda onun özü də izah etmişdir. 5 ədəd konteynerin pulunun ödənilməsini Koreyadan danışdığı şəxsin özü də təsdiqləmişdir. O, həmin konteyneri gətirmişdir. Ona sənəd təqdim etməsini demişdir. O, birinin sənədini təqdim etmişdir. ##.##.2023-cü il tarixli sənəd olmuşdur. Konteynerin pulunun köçürülməsi ilə bağlı olmuşdur. Ona digər dördünə də dair sənədləri təqdim etməsini demişdir. O qeyd etmişdir ki, həmin konteynerlərin ikisinin pulunu bir firma ödəmişdir. Ikisinin də digər bir firma köçürmüşdür. Ona kimin pulu köçürməsinin nə aidiyyəti vardır ki demişdir. O tutulandan sonra Poti limanına gələn iki konteyneri araşdırmamışlar. Həmin konteynerlərə görə bu gün həbsdə olmuşdur. Hansı tarixdə Poti limanına giriş etməsi barədə də araşdırmamışlar. O tutulandan sonra həmin konteynerlər cərimə ilə gəlmişdir. Cəriməni etdirən onun yanında işləyən Vüsal olmuşdur. Bütün məlumatların hamısını Vüsal gizlətmişdir. Gürcüstandakılarla əlaqə saxlayıb bunu etmişdir. Gecikdirmədən pul qazanmışdır. Bunu yoxlatmamışlar. Avqust ayında pul köçürülmüş və həmin konteynerlər gəlməli olmuşdur. Bir dənə zəng gəlmiş ki, sənədləri hazırla və konteyner yola çıxmışdır. Onun telefonu ilə gedən sənədi göndərmişlər. Onun telefonu ilə gedən sənədi qəbul etməmişlər. Heç bir araşdırma aparılmadan onu həbs etmişlər. Onu oyuna salmışlar. Dəfələrlə bunu məhkəməyə demişdir. Bununla dördüncü dəfədir ki, dediyini bildirmişdir. Koreyadan Azərbaycana kimlərin əli ilə hansı sənədlərin göndərilməsi barədə müdafiəçisi sənədlər təqdim etmişdir. O, heç bir zaman saxta sənədə getməmişdir. Avtomobillərin kilometrajının geri çəkilməsinin Koreyada yeddi il həbsi olmuşdur. Eyni zamanda bizim ölkəmizdə də müəyyən cəzalar olmuşdur. Həmin avtomobillərin kilometrajının nə qədər olması barədə kağızlarda qeyd olunmuşdur. Kimlərə satılmışdırsa hamısı yazılmışdır. Avtomobillərin kilometrajı geri çəkilmişdir. Həmin saxtakarlığı o etməmişdir. Üç ədəd konteynerin söhbəti getmiş və 26 nəfər şikayətçi olmuşdur. Bir avtomobilə iki müştəri ola bilməmişdir. Invoysu kim göndərmişsə, avtomobil onun adına olmuşdur. Eyni avtomobil iki nəfərin adına ola bilməmişdir. Ona görə ki, Koreyada oturanlar avtomobillərin hansı ölkəyə və kimin adına gedəcəklərini bilmişlər. Kimin tərəfindən pulun göndərilməsini də bilmişlər. Külli miqdarda cərimə olunmaqla ölkədən deport edilə biləcəklərini qeyd etmişdir. 2023-cü ildə Koreyadan bir nəfər gəlmişdir. Bir həftə onun yanında qonaq qalmışdır. Onun əlaqə nömrəsini tapmışdır. Böyük bir şirkəti olmuşdur. Onun hüquqşünası bu işlə məşğul olacaqdır. Əgər onlara onun borcu olsa onlar heç vaxt konteynerləri yola salmazmışlar. Bir firma ilə işləmişdir. Orada da cəmi bir azərbaycanlı olmuşdur. Ona borcu olmuşdur. Onun Bakıya gəlməsi üçün pulu göndərmişdir. Gürcülərlə şərik iş görəcəkmişlər. Alınmamışdır. Bir nəfər gürcü olmuşdur. Pulları köçürmək üçün onu bir nəfərlə tanış etmişdir. 280 dollar xərci olduğunu demişdir. 380 dollarlıq cərimə olduğunu demişdir. Ona hər dəfə 780 dollarlıq ödənişi etməsi üçün təkid etmişlər. Köhnə tarixlərə baxıldıqda terminal ödənişlərinin görünəcəyini bildirmişdir. Hər bir avtomobilə münasibətdə gecikmənin ona aid olmadığını bildirmişdir. Onun işlərinin belə olmasının günahkarı Vüsal olmuşdur. Iki qardaş avtomobili düzəldib satmışlar. Orada olan nə xərclər olmuşsa çıxmışlar. Həmin Vüsal onu aldatmışdır. Bütün informasiyaları qardaşına ötürmüşdür. Gəlməyə avtomobilin olmamasından istifadə edərək bütün mexanizmlərdən istifadə etmişdir. Həmin vaxt məsələnin üzərindən çox keçməmişdir. Iki və ya üç ay keçmişdir. Bu məsələni o müstəntiqə demişdir. Meyvəli postunda araşdırma aparılmasını demişdir. Hər avtomobili çıxarmaq üçün 600 dollar pul vermişdir. Daha sonra əlavə 100 dollar pul vermişdir. Həmin pulların üzərindən xətt çəkmək üçün belə yollara əl atmışlar. Hər avtomobildən pul qazanmaq olmamışdır. 200 avtomobil gətirmişdir. Qazanmasa da ticarəti davam etdirməli olmuşdur. Terminalda vəziyyətin necə olduğunu yoxlayan olmamışdır. Avtomobilin qalmasına görə hər sutka başına 100 manat pul vermişdir. Koreyadan gələn avtomobillərə məxsus olan invoysda yazılan nömrələrin heç biri yoxlanılmamışdır. 200 avtomobilin içərisindən 30-a yaxın avtomobil üçün bir qəpik pul almamışdır. Onun işi orada davam etsin deyə pul qazanmasa belə ticarəti davam etdirməli olmuşdur. Araşdırma dövründə bir dəfə Vüsalın adını çəkmişdir. O, Vüsalla işləmişdir. Məlumatlar həm onun telefonuna, həm də Vüsalın telefonuna gəlmişdir. Onun birinci vəkili onu aldatmışdır. Onu satmışdır. Vüsalla oturub söhbət edəndə ayrı bir şəxs də olmuşdur. Həmin şəxs and içmişdir ki, Sənan müəllimin burada heç bir günahı olmamışdır. Vəkildən həmin sənədi istəmişdir. Ona bu gün və sabah deyərək sənədi ona verməmişdir. Bölmənin yanında olan * nömrəli vəkil ofisinə getmişdir. Orada bir qız olmuşdur. O, Baş prokurorluğa və ya Bakı şəhər Prokurorluğuna gedərək onların orada olduğunu görmüşdür. Zərərçəkmiş şəxslərdən söhbət getmişdir. Içəri bir nəfər girmişdir. Onun üzünə baxmış, həmin adam isə daha sonra tez üzünü çevirmişdir. Qarşı tərəfin vəkili eyni büroda işləmişdir. Onun bütün məlumatlarını onun vəkili qarşı tərəfə vermişdir. Onun nə yazdığını onun vəkili qarşı tərəfə vermişdir. Müstəntiq bütün sənədləri gizlətmişdir. Təqdim etdiyi sənədləri gizlətmişdir. Onun 6 vəkili olmuşdur. Iqbal müəllimdən və hazırkı müdafiəçisindən razı olmuşdur. Digər müdafiəçilərin hər biri onu satmışdır. Yalandan onun pulunu almışdır. Onun bir müdafiəçisi işi araşdırarkən burada cinayət işinin olmadığını və ona bu qədər pul verəcəyini demişdir. Ona qarşı haqsızlıq olmuşdur. Məhkəməyə sübut lazım olduğunu bildirmişdir. Onun sənədlərini, yəni sübutlarını oğurlamışlar. Nazirlikdə olarkən müstəntiqi də çağırmışlar. Həmin vaxtı sənədin birincisinin olmadığını demişlər. Müstəntiqə deyəndən sonra həmin sənədi gətirmək üçün getmişdir. Həmin sənədlər cinayət işinin materiallarında belə olmamışdır. 100 min manatdan yuxarı pul köçürmüşdür. Pullar bank vasitəsilə köçürülmüşdür. O tutulandan sonra gələn avtomobilləri satmış və pul qazanmışlar. Söhbətin ondan getdiyini vurğulamışdır. Elvinin əli ilə üç ədəd konteyner başqasının adına keçirilmişdir. Bu məsələni 37-ci bölməyə demişdir. Xarici Işlər Nazirliyinə Gürcüstan tərəfi nota vermişdir. Bir neçə quruma teleqram vurmuşdur. Məsələni, yəni konteynerlərin başqalarına satılmasını və sənədlərin dəyişdirilməsini demişdir. Vasitəçilik edən şəxslərin sayı dörd nəfər olmuşdur. Ikisinin həm Gürcüstan, həm də Azərbaycan vətəndaşlığı olmuşdur. 37-ci polis bölməsinə şikayət etmişdir. Elvin onlara köməklik etmişdir. 37ci bölmənin bununla bağlı sənədləri olmuşdur. Bu qədər ədalətsizliyin olmazlığını, onun vaxtında avtomobilləri gətirdiyini bildirmişdir. O, Samirə Abbasovanı tanımamışdır. O, zərərçəkmiş şəxs8 üzünü görməmişdir. Vüsal bütün işləri qarışdırmışdır. şahid2 tanımamış, Emin üçün maşın gətirdiyini xatırlamamışdır. Sadəcə olaraq onu xatırlamışdır ki, 2 mühərrikli maşın sifariş vermiş, 2.2 mühərrikli olan maşın ölkəyə gətirilmişdir. Buna görə o, maşını sifariş verən şəxsə 1500 dollar pul qaytarmışdır. O tutulduqdan sonra Vüsal Gürcüstanda olan şəxslərlə əlaqə saxlamış, daha sonra maşınlar başqa şəxslərə satılmışdır. zərərçəkmiş şəxs9 ona pul verməmişdir. şahid17 Məhəmmədə daşıma xərci olan məbləğdən 100 ABŞ dolları artıq deməsini, 100 ABŞ dollarını da onun payından ona verməsini, ümumilikdə 200 ABŞ dolları ona verməsini demişdir. O da Elçinə 200 ABŞ dolları vermişdir. O, Abbasova Samirə xanımın adına olan avtomobili xatırlamamışdır. O zərərçəkmiş şəxs2 epizodu ilə bağlı suallara cavab vermək istəməmişdir. Vüsalın burada olacağı təqdirdə veriləcək suallara cavab verəcəyini bildirmişdir. O, şəxsin əmisi oğlundan şikayətçi olmamasını xahiş etməmişdir. şahid21 dediyi həmin avtomobilin problemi olmamışdır. Həmin avtomobil gəlmişdir. Pulu ona vermişlər. Onun bu şəxslə alış-verişi olmamışdır. O tutulandan sonra onun iki konteyneri saxlanılmışdır. O heç kimə söz verməmişdir ki, avtomobillərin ölkəyə keçirilməsi onluqdur. Həmin şəxslə avtomobil barəsində danışmamışdır. O, Tahir adlı şəxsi tanımışdır. Elvin ona nə qədər verdiyini xatırlamamışdır. Onsuz da onun məhkəmə iclasında dedikləri həqiqətə uyğun olmamışdır. Onun gətirdiyi avtomobillər DGK tərəfindən yoxlanılmış və ölkəyə buraxılmışdır. Daha sonra avtomobillər ölkəyə gəlməmişdir. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023cü ilin yanvar ayında "X2" şirkətinin adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSH81VP9U485511 olan avtomobilə görə köçürülmüş 2.700 ABŞ dolları və 2.400 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməsi; 2023-cü ilin yanvar-fevral aylarında "X2" şirkətinin adına "X1" markalı, istehsal ili 2016, ban nömrəsi KMHSW81UDGU552073 olan avtomobilə görə köçürülmüş 11.100 ABŞ dolları 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməsi; 2023-cü ilin aprel ayında "xxxx" şirkətinin adına "Hyundai Avante" markalı, istehsal ili 2016, ban nömrəsi KMHD641UGGU090659 olan avtomobilə görə köçürülmüş 5.000 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməsi; 2023-cü ilin may ayında "X2., LTD" şirkətinin adına "Kia Sorento" markalı, istehsal ili 2017, ban nömrəsi KNAPH81BBJA465215 olan avtomobilə görə köçürülmüş 11.300 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməsi; 2023-cü ilin iyun ayında "xxxx" şirkətinin adına "Hyundai Grandeur" markalı, istehsal ili 2016, ban nömrəsi KMHFF41RBHA567542 olan avtomobilə görə köçürülmüş 5.000 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməsi; 2023-cü ilin iyul ayında "X2., LTD" şirkətinin adına "Hyundai Sonata" markalı, istehsal ili 2015, ban nömrəsi KMHE341cbga189850 olan avtomobilə görə köçürülmüş 5.000 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməsi və vahid niyyətlə bir neçə dəfəyə alıb aldatma yolu ilə pul və valyuta vəsaitlərini ələ keçirərək, külli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, Elvin Abbasov hər bir avtomobilə görə ona ifadəsində göstərdiyi qədər pul verməmişdir. Belə ki, Elvin Abbasov hər sifarişçiyə görə ona şəxslərin pasportlarını göndərmiş, o isə həmin pasportları həmişəki kimi Koreyaya göndərib Invoys alıb Elvinə vermişdir. Qeyd olunan məbləğlərin və gələn maşınların heç biri Elvinə məxsus deyil, başqa-başqa adamların adlarınadır. Bunu da təsdiq edən köçürmə sənədləri vardır. O, həmin maşınların Koreyadan gətirilməsi ilə bağlı Elvinə və hər hansı bir şəxslərə vəd verməmişdir. Elvinin özünün razılığı ilə avtomobillər gətirilmiş və bu işdən özü qazanc əldə etmişdir. Cinayət işi üzrə Elvinə heç bir maddi ziyan vurulmamışdır. Qeyd olunan maşınlara görə pul məbləğini həmin şəxslərin özləri banka gedərək hesabdan hesaba pul köçürmüşlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayında "X2" şirkətinin adına "X1" markalı, istehsal ili 2008, ban nömrəsi KMHSH81VP8U285796 olan avtomobilə görə köçürülmüş 2.650 ABŞ dolları və 3.200 ABŞ dolları nağd şəkildə alıb ələ keçirməyi və zərərçəkmiş şəxs14 vəd etdiyi 2023-cü ilin mart ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2010, KMHSJ81UBAU547018 olan avtomobilə görə 2.600 ABŞ dolları və 3.200 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs3 və bacısı zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, Ibrahim və Hafizə Şirinovları tanımır, sonradan bilmişdir ki, Ibrahim zərərçəkmiş şəxs2 qaynıdır. Onunla işləyən zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs14 pasportunu gətirib ona vermiş, o da Invoysu verəndən sonra pulu bank vasitəsilə özləri köçürmüşlər. Avtomobilin gətirilməsinə dair o, heç bir öhdəlik götürməmişdir. zərərçəkmiş şəxs3 isə Koreyadan avtomobil gətirtməyi öhdəsinə götürmüş və avtomobil Gürcüstan Limana gəlmişdir. Lakin onun 3 ədəd avtomobil konteyneri sərhəddən gəlib qayıtdığı üçün Ibrahim üçün gətirilmiş avtomobil də ölkəyə daxil ola bilməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs13 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayında "X5.LTD" şirkətinin adından göndərilən "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSJ81UBAU544755 olan avtomobilin daşınma yol xərci və özü üçün xidmət haqqı qismində nağd şəkildə 3.000 ABŞ dollarını aldatma yolu ilə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs13 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs13 üçün qeyd olunan avtomobil üçün, 3.000 ABŞ dolları dəyərində avtomobil gətirilməsi üçün invoys vermiş və pulu özü hesaba köçürtmüşdür. Avtomobil ölkəyə gəlmişdir və Ramiz avtomobili əldə etmişdir. Hətta Ramiz ona yol pulu verməsə də avtomobil gəlib çatdırılmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSH81UBAU546837 olan avtomobilə görə köçürülmüş 3.000 ABŞ dolları və 3.300 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək; 2023-cü ilin avqust ayında "X3. LTD" şirkətinin adına "X1" markalı, istehsal ili 2014, ban nömrəsi KMHW81UBFU305397 olan avtomobilə görə köçürülmüş 6.000 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, Vüsal heç vaxt ona 3.300 ABŞ dollar yol pulu verməmişdir, ancaq 2.500 ABŞ dolları isə ona "Hunday santa fe" markalı avtomobilə görə yol pulu vermişdir. 6.000 ABŞ dolları pulun köçürülüb-köçürülməməsi barədə məlumatı yoxdur, əgər sənəd varsa deməli köçürülmüşdür. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin mart ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMFHSJ81VP9U485320 olan avtomobilə görə köçürülmüş 1.900 ABŞ dolları və 3.900 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək; 2023-cü ilin mart ayında "X5.LTD" şirkətinin adından göndərilən "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSJ81UBAU538896 olan avtomobilin daşıma yol xərci və özü üçün xidmət haqqı qismində nağd şəkildə 3.600 ABŞ dollarını aldatma yolu ilə alıb ələ keçirərək; 2023cü ilin iyun ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMFHSJ81VP9U485320 olan avtomobilə görə köçürülmüş 1.900 ABŞ dolları və 3.900 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək; 2023-cü ilin iyun ayında "X5.LTD" şirkətinin adından göndərilən "Kia Sorento" markalı, istehsal ili 2014, ban nömrəsi KNAKV815DEA523489 olan avtomobilin daşıma yol xərci və özü üçün xidmət haqqı qismində nağd şəkildə 3.100 ABŞ dollarını aldatma yolu ilə alıb ələ keçirərək; 2023-cü ilin iyul ayında "xxxx" şirkətinin adına "Kia Sorento" markalı, istehsal ili 2015, ban nömrəsi KNAPS815ABFA031825 olan avtomobilə görə köçürülmüş 8.800 ABŞ dolları və 2.900 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək; 2023-cü ilin iyul ayında "X5.LTD" şirkətinin adından göndərilən "X1" markalı, istehsal ili 2014, ban nömrəsi KMHSW81UBFU419155 olan avtomobilin daşıma yol xərci və özü üçün xidmət haqqı qismində nağd şəkildə 2.900 ABŞ dollarını aldatma yolu ilə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs9la ümumiyyətlə avtomobil alış-verişi olmamışdır. zərərçəkmiş şəxs9 və digərləri ona şər və böhtan atırlar. Onun Isgəndərlə ümumi camaatın içində cəmi 2 dəfə görüşü olmuşdur. Onların məqsədi onun biznes fəaliyyətini yıxmaq olmuşdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023cü ilin mart ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2011, ban nömrəsi KMHSJ81UBBU731908 olan avtomobilə görə köçürülmüş 2.900 ABŞ dolları, 4.080 manat və 850 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs8 tanımır. Emil də zərərçəkmiş şəxs2 adamıdır, Emil 2.900 ABŞ dolları köçürdə bilər, lakin ona əlbə-əl pul verməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin mart ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2009, ban nömrəsi KMHSJ81VP9U494318 olan avtomobilə görə köçürülmüş 2.000 ABŞ dolları və 3.000 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs7 da tanımır. Əgər Invoysa baxılarsa, zərərçəkmiş şəxs2 nömrəsi varsa deməli Vüsal vasitəsilə köçürülmüşdür. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs12 Cənubi Koreya Respublikasından satış üçün avtomobillər gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin mart ayında "xxxx" şirkətinin adından göndərilən "Kia Sorento" markalı, istehsal ili 2012, ban nömrəsi KNAKX815BDA349456 olan avtomobilin daşıma yol xərci və özü üçün xidmət haqqı qismində nağd şəkildə 2.900 ABŞ dollarını aldatma yolu ilə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs12 ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs12 da tanımır. zərərçəkmiş şəxs12 da Invoys sənədində kimin nömrəsi varsa, deməli həmin şəxs də hesabı köçürtmüşdür. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Cənubi Koreya Respublikasından satış üçün avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin mart ayında "xxxx" şirkətinin adına "Kia Sorento" markalı, istehsal ili 2015, ban nömrəsi KNAPK81BBFA089480 olan avtomobilə görə köçürülmüş 7.700 ABŞ dolları və 6.550 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs1 tanımır. Onun da Invoys sənədində kimin nömrəsi varsa, deməli həmin şəxs də hesabı köçürtmüşdür. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 Cənubi Koreya Respublikasından satış üçün avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023- cü ilin mart ayında "X2.LTD" şirkətinin adına "Hyundai Grandeur" markalı, istehsal ili 2015, ban nömrəsi KMHFF41RBGA499323 olan avtomobilə görə köçürülmüş 5.400 ABŞ dolları, 2.550 manat və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs6 tanıyır, sonuncuya invoysu özü vermişdir. Nemət onun dediyi hesaba pulu köçürtmüşdür. Nemətin adına göndərilən avtomobil də ondan asılı olmayan səbəbdən ölkəyə daxil ola bilməmiş və Gürcüstanda qalmışdır. Nemət ona 2.500 ABŞ dolları yol pulu üçün, 1.500 ABŞ dolları isə avtomobillə bağlı olmayan başqa məqsədlə vermişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 Cənubi Koreya Respublikasından satış üçün avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin avqust ayında "X5.LTD" şirkətinin adına "Hyundai Grandeur" markalı, istehsal ili 2014, ban nömrəsi KMHSW81UBFU395877 olan avtomobilə görə köçürülmüş 7.000 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs5 də tanımır, sonuncunun Invoys sənədində kimin nömrəsi varsa deməli həmin şəxs də hesabı köçürtmüşdür. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 Cənubi Koreya Respublikasından satış üçün avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin sentyabr ayında "xxxx" şirkətinin adına "X1" markalı, istehsal ili 2015, ban nömrəsi KMHSWV81XDGU575410 olan avtomobilə görə köçürülmüş 5.900 ABŞ dolları və onun ****-****-****-**** nömrəli bank kartı hesabınıza köçürdüyü 4.420 manat pulu alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs11 üçün deyilən məbləğdə pulu almış və avtomobili də Gürcüstana gətirtmişdir. X7 və zərərçəkmiş şəxs9 əli ilə həmin avtomobil də digərləri kimi Gürcüstanda başqa şəxslərə satılmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 Cənubi Koreya Respublikasından satış üçün avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin oktyabr ayında "xxxx" şirkətinin adına "Kia Sorento" markalı, istehsal ili 2014, ban nömrəsi KNAKU815DEA528561 olan avtomobilə görə köçürülmüş 4.600 ABŞ dolları və 2.500 ABŞ dolları nağd şəkildə alıb ələ keçirərək, bununla da zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurması ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs10 tanıyır, deyilən məbləğdə pullar köçürülüb və ona verilibdir. Maşınlar Gürcüstana gəlmişdir və Elvin və Isgəndər tərəfindən onun tutulmasından sonra satılmışdır. Müəyyən edilmişdir ki, həmin adamlar tərəfindən yenidən Gürcüstandan Koreyaya şirkətə pul köçürülmüşdür. Özü fiziki şəxs kimi qeydiyyatdan keçmiş, bu barədə VÖEN vardır. Koreyada ərəblərlə işləmiş və azərbaycana göndərdiyi avtomobillərdən başqalarının adından dövlətə pul köçürülmüşdür. Özü bu işin sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, maşın alışı və satışı ilə məşğul olub hər hansı bir mənfəət əldə etməmişdir. Avtomobillər başqa-başqa şəxslərin adına gətirildiyindən verginin ödənilib-ödənilməməsi həmin şəxslərə aid olan məsələdir. Son illər ərzində xaricdən Azərbaycana işlənmiş avtomobillərin satışa gətirilməsi ilə məşğul olduğu zaman alqı-satqı münasibətlərinin xaricdə olan nümayəndələri, Azərbaycan Respublikasında olan alıcılar, daşıma və saxlama işlərini yerinə yetirən tərəflərlə qarşılıqlı öhdəlikləri barədə müqavilələr bağlaması barədə suala cavabında bildirir ki, bu xidmətləri göstərərkən xaricdə və ölkədə olan nümayəndələrlə şifahi razılıq əldə etmiş, rəsmi müqavilələr bağlanmamışdır. Aralarında olan münasibətlər işgüzar adətlərlə tənzimlənmişdir. Ondan başqa bu işlə məşğul olan şəxslərin hamısı eyni qaydada işləyir. Əvvəlki illərdə avtomobil alqı-satqısı ilə bağlı əlaqədə olduğu şəxslər tərəfindən şikayət və iddialar qaldırılmadığı halda, ancaq 2023-cü ildə vədlərinə əməl etməyib aldadaraq müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul, valyuta vəsaitlərinin ələ keçirib talamaqla dələduzluq etməsi barədə şikayətlər qaldırılmasının səbəbi barədə bildirir ki, ## #### 2023-cü ildə Nazirlər Kabineti qərarına əsasən 10 ildən aşağı olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan edilib aprel ayına qədər vaxt qoyulmuş və mayın 1-də qərar qüvvəyə minmişdir. Pandemiya ilə əlaqədar 2000-2023-cü ilə qədər konteynerlərin alınması həddindən artıq çətin olduğuna görə gecikmələr olmuş, sonra Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Qara dənizdə gəmilərin daxil olmasına məhdudiyyətlər olmuşdur. Bütün bu hadisələr onun işlərinin ləngiməsinə, yarımçıq qalmasına səbəb olmuşdur. Həmçinin Qırmızı dənizdə dəniz quldurları gəmiyə hücum edib batırandan sonra gələn gəmilərin bütün istiqamətləri dəyişilərək yolu uzadılmışdır ki, bu da yükün gəlmə müddətini 1-2 ay uzatmasına səbəb olmuşdur. 2023-cü ildə aldatma yolu ilə ələ keçirdiyi pul və valyuta vəsaitlərinin həmin vaxtadək avtomobil alqı-satqısı ilə əlaqədar ünsiyyətdə olduğu tərəflər, o cümlədən Cənubi Koreya ərazisində olan şəxslər qarşısında çoxalan borclarını ödəmək üçün istifadə etməsi barədə zərər çəkmiş şəxslərin və şahidlərin istintaqa verdikləri ifadələrlə bağlı bildirir ki, onun Koreyada heç kəsə borcu olmamışdır. Zərərçəkmiş şəxslərin dedikləri şər və böhtandır. O, heç kəsi aldatmamış, əgər kiməsə borcu olsaydı, Koreyadan Gürcüstana maşınlar gəlməzdi. Dövlət Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış rəsmi məlumatda - VÖEN ********** əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyatda olmasına baxmayaraq, ondan vergi ödənişləri daxil olmaması ilə bağlı bildirir ki, əvvələ yuxarıda göstərilən səbəblərə görə demək olar ki, qazanc əldə etməmişdir. Təzəcə fəaliyyətə 2023- cü ildə başlamışdır ki, Elvin və Isgəndərin qurmalari əsasında onu qanunsuz həbs etdirərək biznesini ələ keçirtmişlər. Buna dair də sənədləri məhkəməyə təqdim edəcəkdir. Cənubi Koreya Respublikasında fəaliyyət göstərən və bank hesabları olan "xxxx", "X5.LTD", "X2.LTD", "xxxx" şirkətləri ilə əlaqələriniz barədə bildirir ki, bu şirkətlərlə qeyri-rəsmi işləmiş, aralarındakı münasibətlər işgüzar adətlərə əsaslanmışdır. zərərçəkmiş şəxs6 təqdim etdiyi səs yazısı ilə bağlı bildirir ki, zərərçəkmiş şəxs6 avtomobilə görə pul aldığını ifadəsində təsdiq etmiş və aralarında olan səs yazısı da bununla bağlıdır. O, xəstə olduğu üçün Nemətdən pulu almaq üçün oğlu Orxanı göndərmişdir. Səs yazısı özünə məxsusdur. Əlavə olaraq bildirir ki, yuxarıda adları çəkilən şəxslərin əksəriyyətini tanımır, onlarla heç bir əlaqəsi olmamışdır. Baş verənlər odur ki, Elvin və zərərçəkmiş şəxs9 qabaqcadan düşünülmüş şəkildə onu təqsirləndirilən şəxsə çevirib, əvvəlcədən qurduğu biznesi ələ keçirmiş və həbsdə olduğu müddət ərzində maşın gətirib satmaqla məşğuldurlar. O, heç kimə vəd verməmiş, heç kimin əmlakını və əmlak hüquqlarını ələ keçirməmişdir. Adları qeyd olunan şəxslərin özləri könüllü olaraq pul məbləğini köçürmüş və hesaba pulların rəsmi qaydada köçürülməsinə dair sənədlər iş materaillərində mövcuddur. 3 konteynerdə hər birində 4 avtomobil olmaqla cəmi 12 avtomobilin Gürcüstan Respublikasında kənar şəxslər satılmasına dair ona məlumat daxil olduqdan sonra bu barədə Dövlət Gömrük Komitəsinə, Xarici Işlər Nazirliyinə müraciət etmiş, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Abşeron Rayon Polis idarəsində şikayəti üzrə araşdırma aparılmış və həmin avtomobillərin kənar şəxslərin adına sənədləşdirlməsi öz təsdiqini tapmışdır. X12 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, onun xəbəri olmadan həmin avtomobillərin Gürcüstan Respublikası vətəndaşlarına satılmağa cəhd edilmiş, şikayətindən sonra bunun qarşısı alınsa da, sonradan həmin konteynerlər onun qəsdi ilə əhatə olunmadan Koreyaya qaytarılmışdır. Göründüyü kimi pullar hamısı köçürülmüş maşınlarda Gürsütana kimi gətirilmişdir. Gürcüstandan Azərbaycana daxil olmamasının səbəbkarı isə o, deyildir. Onun iradəsi ilə əhatə olunmayan səbəblərdən maşınlar Azərbaycana daxil olmamışdır. Hesab edir ki, baş vermiş hadisədən özü zərərçəkmiş şəxsdir. Əlavə olaraq, qeyd edir ki, iş üzrə tam obyektiv və hərtərəfli araşdırma aparılması üçün yuxarıda adları qeyd olunan şəxslərin hər biri ilə üzşlədirmə istintaq hərəkətlərinin aparılmasını və həmin vaxt, yəni qeyd olunan vaxtlarda üzərlərində olan mobil telefonların anten dairəsinə dair məlumatların müvafiq olaraq sorğu verilərək götürülməsinə dair vəsatət verir. Vəsatət təmin edilsə, dediklərinin həqiqət olduğu üzə çıxar. Heç bir əsas olmadan üzün müddətdir ki, həbsdə saxlanılır, barəsində olan cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxlərsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdafiə hüquqları təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və yaxud məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, həmçinin sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirinin tam sübuta yetirilməməsi səbəbindən iş üzrə çıxarılmış hökmün ləğv olunması barədə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməli törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxsin müafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin bəraət hökmünün çıxarılması barədə dəlilləri əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı , həm də məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etməmiş və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs14 və zərərçəkmiş şəxs9 tərəfindən verilmiş apellyasiya şikayətinin təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə sadalan hallar təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəninin sanksiyasında beş ildən on ilədək müddətə azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının orta (5+10:2=7,5 il) həddində cəza təyin etmişdir. Hökmdən də görünür ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1-ci, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirləndirilənin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirkarın şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin, həmçinin zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs14 və zərərçəkmiş şəxs9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar