Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-697/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakimlər Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) ## ###### 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla, himayəsində 2 yetkinlik yaşına çatmayan övladı olan, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri də həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qazanc əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlumolmayan Iran Islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuşdur. Belə ki, o, ## ###### 2025-ci il tarixdə sonuncunun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində gizlədilmiş ünvandan 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,353 qram, 1,123 qram, 1,102 qram və 1,354 qram olmaqla, ümumi təmiz çəkisi 4,932 qram olan külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini götürməklə satış məqsədi ilə qanunsuz əldə etmişdir. Daha sonra qeyd edilən psixotrop maddələri üzərində saxlayaraq ünvan 1 ünvanına daşımışdır. Bundan sonra həmin tarixdə, saat 20:03-də Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılmış, əynində olan qəhvəyi rəngli pencəyin sağ yan cibindən salfetə bükülmüş vəziyyətdə 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,353 qram, 1,123 qram, 1,102 qram və 1,354 qram olmaqla, ümumi təmiz çəkisi 4,932 qram külli miqdarda olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ədalətli hökmün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hökm mövcud qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünü dəyişdirərək məhkum olunmuş Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, əməlin hüquqi tövsifi mübahisələndirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı, təqdim olunan əşyaya baxışı əks etdirən DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri, foto və videogörüntülər, “Instagram” sosial şəbəkəsindən çıxarış və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, IIR vətəndaşının göndərdiyi konuma 1 qram psixotrop maddə metamfetamini götürmək üçün getsə də, həmin maddəni tapa bilməyib, sonra video çəkiliş edərək telefon vasitəsilə sonuncuya göndərərək onu təhqir etmiş və sonrada həmin yerdən evə qayıtmışdır. Həmin psixotrop maddə üçün o, iranlıya əvvəlcədən 40 manat məbləğində pul ödəmişdir. Növbəti gün Sulutəpədə yerləşən evində olarkən 3 nəfər polis əməkdaşı onu götürərək Nərimanova gətirmiş, cibinə psixotrop maddəni qoyaraq etiraf etməsini bildirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, polislər onu dediklərini edərsə 48 saatdan sonra buraxacaqlarını bildirdiyindən o, əməli etiraf etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən nə dediyini xatırlamır. Iranlının nömrəsini tanışlarından almışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddəni saxlanılmazdan bir gün əvvəl iranlıya göndərdiyi 40 manatın müqabilində əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Kollegiya apellyasiya şikayətinin formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu və tutularkən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir (i/v 92-96). Bundan başqa məhkum edilmiş şəxs psixi və ya fiziki təzyiqə məruz qaldığını bildirməmişdir. Məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Bundan başqa “Instagram” sosial şəbəkəsində paylaşılmış videodan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs videoda Iran vətəndaşının göndərdiyi konumdan mal götürdüyünü, gətirdiyini, payladığını bildirir. Bundan sonra o, Iran vətəndaşının ona mal verməsi üçün cənab Prezidenti təhqir etməli olduğunu qeyd edərək cənab Prezidentin ünvanına qeyrietik ifadələr işlədir. Həmçinin təqdim edilən foto və video görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Iran vətəndaşına aid olan nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq sonuncunun göndərdiyi kart hesabına psixotrop maddənin müqabilində pul göndərilməsi barədə danışıqlar aparmış, eləcə də, Iran vətəndaşının göndərdiyi konumdan fotolar göndərərək psixotrop maddənin yerini dəqiqləşdirmiş, psixotrop maddəni əldə etdikdən sonra bununla bağlı da foto göndərmişdir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetaminin xeyli miqdarından təxminən 32 dəfə, külli miqdarından təxminən 2 dəfə artıq olmasının müəyyən edilməsi, metamfetamin ayrı-ayrı bükümlərdə bölünmüş halda olması, təqsirləndirilən şəxsin Iran Islam Respublikası vətəndaşı ilə qabaqcadan razılaşaraq cinayət əlaqəsinə girərək sonuncunun ona göndərdiyi ünvandan narkotik vasitəni əldə etməsi, özünün “Instagram” sosial şəbəkəsində paylaşılmış videoda Iran vətəndaşının göndərdiyi konumdan mal götürdüyünü, gətirdiyini, payladığını bildirməsi Təqsirləndirilən şəxs narkotik vasitəni məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Odur ki, ibtidai istintaq zamanı verilmiş ifadələr, şahid ifadələri, şəxsi axtarış və götürmə, videoçəkiliş, eləcə də digər sübutlar şəxsin əməlinin tövsif edilməsini istisna edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs yanlış olaraq əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə tövsif edilməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif etmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, evli olmaqla, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirən hallar qismində müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməsini əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Anar Ibrahimov
Məhkəmə qərarları › İş №1(3-6)-697/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-697/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver