Məhkəmə qərarları › İş №1(3-6)-699/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-699/2026

21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-699/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər X15 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 128-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X3 ibarət tərkibdə) ## ### 2002-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə 14 (on dörd) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qəsdən digər şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən istifadəsiz tikilinin həyətində əvvəlcədən aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətirmək üçün söhbət zamanı dostu zərərçəkmiş şəxs1 guya İbrahimov Pərviz Novruz oğlunun narkotik satdığını deməsi barədə bildirdiklərinin yalan olduğunu aşkara çıxaran zərərçəkmiş şəxs2 ona yalan danışdığı üçün irad tutduqda zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, bunu görən sonuncunun qardaşı zərərçəkmiş şəxs1 də qardaşını müdafiə etmək üçün ona təpik vurduqda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 uzaqlaşdırmaq üçün istintaqa məlum olmayan mənbədən əldə edərək şalvarının arxasında gizlədərək üzərində daşıdığı bıçağı çıxarıb zərərçəkmiş şəxs1 sol qoluna bıçaq zərbəsi vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik sol saidin kəsilmiş yarası xəsarəti yetirmiş, daha sonra zərərçəkmiş şəxs2 onunla yüksək səs tonu ilə danışması səbəbindən bunu cüzi səbəb kimi bəhanə edib özünü zərərçəkmiş şəxs2 şəxsiyyətinin fövqünə qoyaraq, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gəlmiş, zərərçəkmiş şəxs1 də hadisəni gördüyünü bilə-bilə sonuncuya xüsusi əzab verdiyini dərk edib, zərərçəkmiş şəxs1 gözü qarşısında qardaşı zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla sonuncunun həyatı üçün vacib olan sinə, qarın və qol nahiyələrinə çoxsaylı zərbələr endirərək zərərçəkmiş şəxs2 dərəcəsinə görə hər biri ayrıayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid mədənin zədələnməsilə müşayiət olunan qarının 01 ədəd, hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yan səthinin daxilə keçən 01 ədəd deşilmiş-kəsilmiş yaraları, dərəcəsinə görə hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazunun 01 ədəd kəsilmiş yarası olmaqla ümumilikdə 06 ədəd bıçaq xəsarətləri yetirmiş, zərərçəkmiş şəxs2 yaralı vəziyyətdə aktiv müdafiə olunması, həmçinin yanlarında olan İbrahimov Pərviz Novruz oğlunun aralarına girərək ona mane olması, eyni zamanda şahid1 müdaxilə edərək bıçağı əlindən almasından sonra zərərçəkmiş şəxs2 hadisə yerindən uzaqlaşması, yəni Pərviz İbrahimov və Turalın hadisəyə vaxtında müdaxiləsi, zərərçəkmiş şəxs2 aktiv müqaviməti və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini, törətdiyi əməlin düzgün maddəyə tövsif edilməsini və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünün zərərçəkmiş şəxs2 epizodu üzrə hüquqi tövsif hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 qarşı əməlinin AR CM-nin 29,120.2.2 və 29,120.2.4- cü maddələrindən AR CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxs1 epizodu üzrə AR CM-nin 128-ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışıq və dəymiş ziyanın tam ödənilməsi təsdiqləndiyindən, AR CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun təqdim etdiyi sübutları özünü müdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirmişdir. Halbuki, o, törətdiyi əməldən boyun qaçırmamış, əməlinin tövsif olunduğu maddə ilə özünü təqsirli bilməmişdir. Belə ki, şahidlərin və zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrdən görünür ki, ona qarşı irəli sürülən ittiham əsassız və qərəzlidir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları, sübutların məcmusu, ekspert rəyləri, Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Babəkə qarşı törədilmiş əməlin Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə deyil, CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini tələb edir. Apellyasiya mərhələsində təqdim edilən notarial ərizələr və ziyanın ödənilməsi faktı isə bu nəticənin cəza hissəsində daha da fərdiləşdirilməsini tələb edən yeni mühüm hallardır. Başqa sözlə, zərərçəkmiş şəxs2 münasibətdə qəsdən öldürməyə birbaşa yönəlmiş xüsusi niyyət, xuliqanlıq niyyəti və xüsusi amansızlıq əlamətləri sübuta yetirilməmiş; sübuta yetirilmiş nəticə isə həyat üçün təhlükəli olan qəsdən ağır bədən xəsarətlərinin yetirilməsindən ibarətdir. İşin faktiki halları göstərir ki, hadisə şəxsi mübahisə zəminində baş vermişdir. İş materiallarından aydın görünür ki, hadisənin başlanğıcı təsadüfi və əsassız “küçə zorakılığı” deyil, zərərçəkmiş şəxs1 guya Pərviz barədə narkotik satışı ilə bağlı söz işlətməsi məsələsinin aydınlaşdırılması olmuşdur. Əvvəlcə tərəflər Pərvizin yaşadığı evin həyətindəki yaşayış olmayan tikilidə bu mövzunu müzakirə etmiş, sonra Nurlan və Mirpayızın da iştirakı ilə məsələni üzbəüz aydınlaşdırmaq üçün yenidən görüşmüş, daha sonra isə Şəmsinin ailə üzvlərinin və qonşuların görməməsi üçün istifadəsiz ferma tərəfinə keçmişlər. Bu xronologiyanın özü göstərir ki, söhbət ictimai qaydanı nümayişkaranə şəkildə pozmaqdan yox, konkret şəxslər arasında əvvəlki söhbətin düzgün olub-olmamasını aydınlaşdırmaqdan gedirdi. Yəni münaqişə fərdiləşmiş, konkret ünvanlı və şəxsi münasibətlər zəminində inkişaf etmişdir. Hadisə təsadüfi yoldan keçən şəxslərə, qeyri-müəyyən insan dairəsinə və ya ümumən cəmiyyətə qarşı yönəlməmişdir. Məhkəmə istintaqında dindirilən şəxslərin ifadələrində ziddiyyətlər olsa da, onların üst-üstə düşən əsas hissəsi bundan ibarətdir ki, hadisə kənar şəxslərin faktiki iştirak etmədiyi məkanda, əvvəlki söz-söhbətin davamı kimi baş vermişdir. Bu isə xuliqanlıq niyyətinin deyil, şəxsi münaqişənin mövcudluğunu təsdiq edən əsas faktiki fondur. Bundan başqa Mirpayız və Tural da məhkəmədə təsdiq etdilər ki, ilk zərbəni Babək Şəmsiyə vurmuş, Babək özünü itirmiş və bu zaman Rəvan maşına nəsə götürməyə getmiş, Şəmsi ona doğru qaçmış onlar tutuşmuşlar və Babəkə dəyən bıçaq zərbələri məhz sonra realizə edilmişdir. AR CM-nin 120.2.2-ci maddəsi — xuliqanlıq niyyəti — tətbiq oluna bilməz. Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli, * nömrəli qərarının 6-cı bəndi xuliqanlıq niyyəti ilə adam öldürməni yalnız təqsirkarın ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətdiyi hallarla məhdudlaşdırır. Həmin Plenum qərarının 4-cü bəndində isə xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq, qisas və ya şəxsi münasibətlər zəminində yaranmış ədavət üzrə törədilən adam öldürmə əməllərinin tövsifi üçün 120.1-ci maddənin nəzərdə tutulduğu ayrıca göstərilmişdir. Bu məntiq hazırkı işdə 120.2.2-ci maddənin tətbiqini istisna edən əsas meyardır: burada münaqişə təsadüfi şəxsə qarşı ictimai qaydaya meydan oxuma aktı deyil, konkret şəxslər arasında konkret söz-söhbətin aydınlaşdırılması ilə bağlı şəxsi konflikt olmuşdur. Həmin Plenum qərarına ## ###### 2024-cü il tarixli, ** nömrəli Ali Məhkəmə Plenum qərarı ilə edilmiş dəyişikliklər də müdafiə mövqeyini gücləndirir. Dəyişikliklə 6-cı bəndə əlavə edilmiş izaha görə, təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmişi başqa motivlə həyatdan məhrum etməyə cəhd etmiş, hadisənin gedişində isə ayrıca xuliqanlıq tərkibi yaradan hərəkətlərə yol vermiş olsa belə, zərərçəkmişin həyatına qəsd hissəsi 120.2.2 ilə deyil, 120.1 və ya 120.2-nin xuliqanlıq niyyətini ehtiva etməyən digər əlaməti ilə tövsif olunmalıdır. Həmçinin, bir neçə motiv arasında seçim zərurəti yarandıqda üstün, yəni təqsirkarın hərəkətlərini şərtləndirən əsas hərəkətverici motiv götürülməlidir. Hazırkı işdə üstün motiv Pərviz barədə deyilən sözlərin, Rəvanın mövqeyinin və Babəkin buna etirazının yaratdığı şəxsi konflikt olmuşdur. Hazırkı işdə də mübahisənin səbəbi Pərviz barədə söylənildiyi iddia edilən sözlərin aydınlaşdırılması olmuş, Babək qardaşı Rəvanın müdafiəsi və Şəmsiyə irad bildirməsi kontekstində münaqişəyə qoşulmuşdur. Hadisə insanların sıx olduğu ictimai məkanda deyil, əksinə, kənar və istifadəsiz yerə çəkilməklə davam etdirilmişdir. Bu faktlar ictimai qaydaya nümayişkaranə qəsd və xuliqanlıq motivini deyil, fərdiləşmiş şəxsi mübahisəni təsdiq edir. Buna görə 29,120.2.2-ci maddə üzrə ağırlaşdırıcı tövsif saxlanıla bilməz. AR CM-nin 120.2.4-cü maddəsi — xüsusi amansızlıq — sübuta yetirilməmişdir. Hazırkı işdə zərərçəkmiş şəxs1 hadisənin passiv müşahidəçisi olmayıb; ifadələrdən görünür ki, o, münaqişənin birbaşa iştirakçısı olmuş, Şəmsi ilə fiziki təmasda olmuş, qardaşına yardım etmək üçün avtomobilə tərəf hərəkət etmiş və sonradan yenidən hadisə yerinə qayıtmışdır. Bu şəraitdə Şəmsinin Babəkə xəsarət yetirməsinin Rəvana xüsusi iztirab vermək məqsədinə xidmət etməsi barədə nəticə yalnız ehtimala söykənir. Bundan başqa, hadisənin müddəti uzun sürməmiş, işgəncə, alçaltma, əvvəlcədən düşünülmüş xüsusi ağrı vermə üsulu və ya iztirabı uzatmağa yönəlmiş davranış müəyyən edilməmişdir. Məhz buna görə 120.2.4-cü maddənin tətbiqi üçün zəruri olan həm obyektiv, həm də subyektiv elementlər iş materialları ilə sübuta yetirilməmişdir. AR CM-nin 29 və 120-ci maddələrinin tətbiqi üçün zəruri olan birbaşa öldürmək niyyəti şübhəsiz müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertiza rəyinə görə zərərçəkmiş şəxs2 6 ədəd bıçaq xəsarəti müəyyən edilmiş, bunlardan 2-si — qarının ön divarının deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yan səthinin daxilə keçən yarası — həyat üçün təhlükəli ağır xəsarət sayılmış, digər xəsarətlər isə yüngül zərər kimi qiymətləndirilmişdir. Bu nəticə faktiki olaraq CM-nin 126.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunan qəsdən sağlamlığa ağır zərər vurma nəticəsini təsdiq edir. Xəsarətlərin sayının çoxluğu avtomatik olaraq öldürmək niyyətini sübuta yetirmir. Qəsdin istiqaməti yalnız xəsarətlərin sayı və lokalizasiyası ilə deyil, hadisədən əvvəlki münasibətlər, konfliktin yaranma səbəbi, hadisənin müddəti, tərəflərin davranışı, təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətləri, habelə ölümə nail olmağa yönəlmiş israrlı və ardıcıl davranışın olub-olmaması ilə birlikdə müəyyən edilməlidir. Hazırkı işdə Şəmsinin hadisədən əvvəl Babəki öldürmək planı qurması, onu izləməsi, əvvəlcədən seçilmiş öldürmə üsulu hazırlaması, zərərçəkmişə ölümə nail olmaq üçün təkrarlanan və ardıcıl “sonlandırıcı” hərəkətlər etməsi müəyyən olunmamışdır. Əksinə, sübutlar ani dalaşma, qısa müddət, iştirakçıların araya girməsi, zərərçəkmişin hadisə yerindən uzaqlaşması və sonradan barışıq əldə olunması kimi halları göstərir. İş üzrə sübuta yetirilmiş nəticə AR CM-nin 126.1-ci maddəsinin dispozisiyasına uyğundur. Babəkə yetirilmiş xəsarətlərin nəticəsi də məhz budur: ölüm baş verməmiş, lakin həyat üçün təhlükəli ağır bədən xəsarətləri müəyyən edilmişdir. Əgər birbaşa öldürmək niyyəti, xuliqanlıq motivi və xüsusi amansızlıq sübuta yetirilmirsə, faktiki və sübut olunmuş nəticə CMnin 126.1-ci maddəsinin tətbiqini tələb edir. Deməli, iş üzrə düzgün hüquqi nəticə belə olmalıdır: zərərçəkmiş şəxs2 münasibətdə Təqsirləndirilən şəxs əməli AR CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə deyil, AR CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli, zərərçəkmiş şəxs1 münasibətdə isə ayrıca olaraq aşağıda göstərilən barışıq və ziyanın ödənilməsi nəticələri nəzərə alınmalıdır. Apellyasiya mərhələsində yeni hal: hər iki zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və ziyan ödənilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətlərinin olmadığını, lakin həmin mərhələdə barışmadıqlarını bildirdikləri göstərilmişdir. Hökmdə cəzanı yüngülləşdirən halın müəyyən edilməməsi barədə nəticə də məhz həmin vaxt mövcud olan vəziyyətə əsaslanmışdır. Müdafiə tərəfi bildirir ki, hər iki zərərçəkmiş şəxslə faktiki barışıq əldə olunmuş, onlara dəymiş ziyan tam ödənilmiş və kompensasiya məsələsi tərəflər arasında həll edilmişdir. Zərərçəkmişlərin “şikayət və tələbim yoxdur” məzmunlu ərizələri də onların hər hansı ödənilməmiş tələb saxlamadığını göstərir. zərərçəkmiş şəxs2 epizodu üzrə müdafiə tərəfi barışıq faktına cinayət təqibinə xitam verilməsi əsası kimi deyil, tövsifin 126.1-ci maddəyə dəyişdirilməsi və cəzanın əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi üçün əlavə yüngülləşdirici hal kimi istinad edir. zərərçəkmiş şəxs1 epizodu üzrə isə hüquqi nəticə daha konkretdir. zərərçəkmiş şəxs1 münasibətdə hökm AR CM-nin 128-ci maddəsi ilə çıxarılmışdır. AR CM-nin 73.2-ci maddəsinə görə həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Apellyasiya mərhələsində zərərçəkmiş şəxs1 barışıq ərizəsi və ziyanın ödənilməsi faktı mövcud olduğundan, həmin epizod üzrə CM-nin 73.2-ci maddəsinin tətbiqi məsələsi həll edilməlidir. Beləliklə, apellyasiya instansiyası həm Babək epizodu üzrə düzgün tövsif və cəza məsələsini, həm də Rəvan epizodu üzrə zərərçəkmişlə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqini ayrıca qiymətləndirməlidir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamla razı olmadığını, törətdiyi əməlin CM-nin 126.2.4cü maddəsinə tövsif olunmasını, həmçinin zərərçəkmiş şəxslərə barışıq əldə etməsi və ona qarşı şikayətlərinin olmamasının nəzərə alınmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək təqsirləndirilən şəxsin əməlində xuliqanlıq və xüsusi amansızlıqla adam öldürməyə cəhd niyyəti mövcud olmadığından onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, habelə zərərçəkmiş şəxslərə barışıq əldə etməsi və vurulmuş ziyanın ödənilməsi halı nəzərə alınmaqla CM-nin 128-ci maddəsi ilə olan hissədə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirildiyindən onun əməlinin həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinə əsas olmadığını, həmçinin zərərçəkmiş şəxslərə barışıq əldə etməsi və vurulmuş ziyanın ödənilməsi halı nəzərə alınmaqla CM-nin 128-ci maddəsi ilə olan hissədə qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin tələbi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin tələbi isə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 qarşı əməlinin AR CM-nin 29,120.2.2 və 29,120.2.4- cü maddələrindən AR CM-nin 126.1-ci maddəsinə tövsif edilməsindən, zərərçəkmiş şəxs1 epizodu üzrə isə AR CMnin 128-ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışıq və dəymiş ziyanın tam ödənilməsi təsdiqləndiyindən, AR CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 128-ci maddələri ilə tövsif etmiş və onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4cü maddələri ilə təqsirli bilməsə də, məhkəmə kollegiyası hesab edir ki, verilmiş ittihamda göstərilənlər təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində akı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən istifadəsiz tikilinin həyətində əvvəlcədən aralarında yaranmış mübahisə əsnasında zərərçəkmiş şəxs1 guya İbrahimov Pərviz Novruz oğlunun narkotik satdığını deməsi barədə bildirdiklərinin yalan olduğunu aşkara çıxaran zərərçəkmiş şəxs2 ona yalan danışdığı üçün irad tutduqda zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, bunu görən sonuncunun qardaşı zərərçəkmiş şəxs1 də qardaşını müdafiə etmək üçün ona təpik vurduqda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 uzaqlaşdırmaq üçün istintaqa məlum olmayan mənbədən əldə edərək şalvarının arxasında gizlədərək üzərində daşıdığı bıçağı çıxarıb zərərçəkmiş şəxs1 sol qoluna bıçaq zərbəsi vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik sol saidin kəsilmiş yarası xəsarəti yetirmiş, daha sonra zərərçəkmiş şəxs2 onunla yüksək səs tonu ilə danışması səbəbindən bunu cüzi səbəb kimi bəhanə edib özünü zərərçəkmiş şəxs2 şəxsiyyətinin fövqünə qoyaraq, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gəlmiş, zərərçəkmiş şəxs1 də hadisəni gördüyünü bilə-bilə sonuncuya xüsusi əzab verdiyini dərk edib, zərərçəkmiş şəxs1 gözü qarşısında qardaşı zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla sonuncunun həyatı üçün vacib olan sinə, qarın və qol nahiyələrinə çoxsaylı zərbələr endirərək zərərçəkmiş şəxs2 ümumilikdə 06 ədəd bıçaq xəsarətləri yetirmiş, həmin vaxt yanlarında olan İbrahimov Pərviz Novruz oğlunun aralarına girərək ona mane olması, eyni zamanda şahid1 müdaxilə edərək bıçağı əlindən almasından sonra zərərçəkmiş şəxs2 hadisə yerindən uzaqlaşması, yəni Pərviz İbrahimov və Turalın hadisəyə vaxtında müdaxiləsi, zərərçəkmiş şəxs2 aktiv müqaviməti və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120-ci maddəsinin ağırlaşdırıcı halları olan xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla həmin cinayəti törətməyə cəhdə dair ittiham ona görə elan edilmişdir ki, o, aralarında əvvəlcədən yaranmış mübahisə əsnasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 onunla yüksək səs tonu ilə danışması səbəbindən bunu cüzi səbəb kimi bəhanə edib özünü zərərçəkmiş şəxs2 şəxsiyyətinin fövqünə qoyaraq, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gəlmiş, həmçinin zərərçəkmiş şəxs1 də hadisəni gördüyünü bilə-bilə sonuncuya xüsusi əzab verdiyini dərk edib, zərərçəkmiş şəxs1 gözü qarşısında qardaşı zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə zərərçəkmiş şəxs2 ümumilikdə 06 ədəd bıçaq xəsarətləri yetirməklə onu həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 128-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 08 dekabr tarixində Rəvanla dayanacaqda görüşmüşlər. O, telefonunu düzəltməsi üçün ustaya vermişdir. Oradan çıxıb evə tərəf getmiş, bundan sonra dostugilə gedib Nurlan və Mirpayızla əyləşib çay içmişdir. Həmin vaxt Nurlan çölə çıxmış, təkrar içəri girərək X10 gəldiklərini demişdir. Rəvan narkotik axtardığını deyərək kimdən götürə biləcəyini soruşmuşdur. Bu zaman X4 demələrini, onun adından istifadə edilməməsini və maşın detalına görə Pərvizə borclu olduğunu bildirmişdir. O, Pərvizlə dost olduğundan və narkotiklə məşğul olmadığını bildiyinə görə Pərvizi də çağırmışdır. Niyyəti isə məsələni aydınlaşdırmaq olmuşdur. Pərviz gələndən sonra onun maşınına əyləşərək evləri tərəfə getməyi təklif etmişdir. Bundan sonra Pərviz Rəvanı çağırmış, o, Pərviz, Rəvan və Tural söhbət etməyə getmişlər. Onlar söhbət etdikləri vaxt Babək Pərvizə zəng etmiş və bundan sonra Babək də onların yanına gəlmişdir. O, Pərvizdən narkotik satışı ilə məşğul olduğunu soruşduqda belə bir işlə məşğul olmadığını demişdir. Pərviz bu sözü kimin dediyini soruşduqda o, Rəvanın dediyini bildirmişdir. Rəvan isə həmin vaxt bunu inkar etmişdir. Həmin vaxt o, Rəvana sillə vuraraq kiminsə barəsində bilmədiyi şeyləri danışmamasını demişdir. Bundan sonra isə Babək bu söhbətlərdən qıcıqlanaraq başqa səs tonu ilə bu söhbəti kimin etdiyini soruşmuş, o da Nurlanla Mirpayızın dediyini bildirmişdir. Buna görə onlara zəng etmişlər, həmin vaxt Nurlan elə bir söz demədiyini, Mirpayızın isə dediyini, lakin başqa Pərvizi dediyini bildirmişdir. Bundan sonra Babəkgili də götürərək görüşməyi təklif etmişlər. Söhbət əgər deyildiyi kimi olmasa yaxşı olmayacağını bildirmişdir. O, qızdırması olduğundan Pərvizdən onu evdə düşürməsini xahiş etmişdir. Onların məhəllələrinə çatan vaxt Babəkgilin maşını məhəlləyə girmişdir. O, kənar yerə çəkilib söhbət etməyi təklif etmişdir. Söhbət etdikləri vaxt Babək qışqıra-qışqıra danışmağa başlamışdır. Bu zaman Babəkə qışqıraraq danışmaq lazım olmadığını bildirmişdir. O, əgər səhv söz danışıbsa üzr istəyəcəyini, yox onlar səhv söz danışıbsa özlərinin üzr istəyəcəyini və söhbətin bağlanacağını demişdir. Həmin vaxt Nurlan təkrarən elə bir söz demədiyini bildirmiş və o, Nurlana tərəf dönərək yalan danışdığını demişdir. Mirpayız təkrarən Pərviz deyəndə başqa Pərvizi nəzərdə tutduğunu demiş, Pərviz isə özündən başqa Pərvizin olmadığını və bu sözün onun barəsində deyildiyin bildirmişdir. Babək isə təkrarən uca səs tonu ilə danışmağa başlamışdır. Həmin vaxt o, Babəkə təkrar xəbərdarlıq etmiş və Babəkə yumruq vurandan sonra Babək özündən getmişdir. Bundan sonra Rəvan ona təpik ataraq maşına tərəf qaçmağa başlamış və o da Rəvanın arxasınca qaçmışdır. Oraya yaxınlaşanda Rəvanın əyilərək nəsə axtardığını görmüş, lakin Rəvanın əlində nə olmasına fikir verməmişdir. Həmin vaxt Pərviz gələrək “lazım deyil” demiş, bu zaman Rəvanın əlində bıçaq olduğunu görmüşdür. Pərviz onların aralarında olduğu vaxtda Rəvandan nə üçün ona bıçaq çəkdiyini soruşmuşdur. Cavabında onun qardaşını vurduğunu demiş, o isə Rəvana qardaşının dostlarının yanında ona söyüş söydüyünü bildirmişdir. Həmin vaxt Babək arxadan ona yumruq atmışdır. Bu zaman qardaşların ikisi də onun üzərinə düşmüşlər. O, Rəvandan aldığı bıçaqla Babəkə böyür tərəfindən bir dəfə vurmuşdur. Həmin vaxt Babək arxa-arxaya gedəndə Rəvan təkrar təpiklə üzərinə tullanmışdır. O da Rəvana bıçağı atmışdır ki, problem axtarmasınlar, uzaqlaşsınlar. Bundan sonra o, yerində donub qalmış və Tural gəlib onu kənara çəkmişdir. Onlar da maşına əyləşib çıxıb getmişlər. O, Turaldan da xahiş etmişdir ki, gedib maraqlansın, nə köməklik lazımdırsa etsinlər. Tural da narahat olmamasını deyərək gedəcəyini bildirmişdir. Bundan sonra o, eşitmişdir ki, guya zərərçəkmiş şəxslər ifadə verərək onlara narkotik təklif etdiyini və onlar qəbul etmədikləri üçün də onun narkotik istifadə etməyəni söydüyünü bildirmişlər. .Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl onun Rəvanla münasibəti yaxşı olmuş və Babəkin adını eşitsə də görməmişdir. Hadisə gününə kimi zərərçəkmiş şəxslərlə heç bir problemləri olmamışdır. O, hadisə olarkən yüngül yumruq xəsarəti almışdır. İstintaq dövründə bütün ifadələrində bildirmişdir ki, bıçaqdan üç dəfə istifadə edib, ona görə istifadə etmişdir ki, iki qardaş üstünə düşdükləri üçün onları özündən uzaqlaşdırmaq istəmişdir. Onların mübahisələri Pərvizgildə 10-15 dəqiqə və onların evlərində də həmin müddətdə davam etmişdir. O, bıçağı Rəvanın əlindən götürmüşdür. Pərvizin əli Rəvanla onun arasına girərkən, bıçaq Rəvanda olarkən cızılmışdır. Hadisə olarkən digər şəxslər onlardan 10-15 metr aralıda dayanmışlar. Onlar mübahisə edərkən digər şəxslər onlara baxmışlar. Hadisə zamanı hava qaranlıq olmuşdur. Babəkə bıçaqla xəsarət yetirərkən necə və hansı şəraitdə zərbə yetirdiyindən məlumatsız olmuşdur. Babəki öldürmək niyyəti ilə xəsarət yetirməmiş, həmin şəxsi birinci dəfə görmüşdür. Əgər istəsə idi bıçağı axıra kimi vurar və Babəki də öldürərdi. Onun bunun üçün şəraiti olmuşdur. Vurduğu andan sonra bıçağı əlindən heç kim almamışdır. Babəklə Rəvan hadisə yerindən qaçmamışlar. Rəvan Babəki maşına oturtmuş, sonra da özü maşına oturub hadisə yerini tərk etmişlər. Onu kənara Tural çəkmiş, lakin heç kim əlindən bıçağı almamışdır. Zərərçəkmiş şəxslər ona xəsarətləri ayrı-ayrı vaxtlarda yetirmişlər. Hadisədən sonra şokda olduğundan “102” Xidmətinə məlumat verməmişdir. Həm də zərərçəkmiş şəxslərin onun haqqında əvvəldə verdikləri ifadəyə görə qaçıb gizlənmişdir. O, zərərçəkmiş şəxslərin sağlamlığı məsələsini dostu Turala tapşırmışdır. O, bıçağı polis əməkdaşlarına təhvil vermişdir. O, müstəntiqin barəsində ifadələri təhrif etdiyindən bir neçə orqana şikayət ərizələri yazmış, ona görə də istintaq dövründə ifadəsini oxuyandan sonra fərqli sözlərin yazıldığını gördüyündən imzalamaqdan imtina etmişdir. Həmin vaxt onun müdafiəçisi orada olmuşdur. Həmin vaxt prokuror ona demişdir ki, onun ifadəni imzalamamaq hüququ var, lakin vəkilin elə bir hüququ yoxdur, ifadəni imzalamalıdır. Ailə üzvləri barışıq üçün zərərəçəkmişşəxslərəmüraciət etmişlər və onlar da barışacaqlarını demişlər. O, törətdiyi əməldən peşmandır. Məhkəmə iclas zalında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Rəvan adlı şəxsi təxminən iki ildir qəsəbədən tanımış, Rəvanla aralarında dostluq münasibəti olmuş, bir-birilərinin evinə qonaq getmiş, hətta gecəni orada qalmışlar. O, narkotik vasitə alüdəçisi deyil və heç vaxt istifadə etməmişdir. Rəvana bu barədə heç vaxt təklif etməmişdir. ##.##.2024-cü il tarixdə 17 radələrində Rəvanla Binə qəsəbəsində yerləşən “Ülvi” adlı kafenin qarşısında təsadüfən rastlaşaraq görüşmüş, bir qədər söhbət etdikdən sonra qardaşı Babək idarə etdiyi avtomaşınla gələrək Rəvanı aparmışdır. Bundan sonra o, məhəllədən tanışı olan Nurlangilə getmiş, onların evində söhbət edib çay içmişlər. Nurlanın qardaşı Mirpayız da həmin vaxt evdə olmuş, söhbət etdikləri Nurlan çölə çıxaraq 5 dəqiqə sonra qayıtmış, qayıtdıqda qardaşına Rəvanın narkotik vasitə almaq istədiyini, pul qoyub kimliyini bilmədiyi “iranlı” dedikləri şəxsdən almağı təklif etdiyini, Pərvizə borcu olduğundan narkotik vasitəni Pərvizdən almamalarını, Pərvizin borcunu vermədən narkotikə pul xərclədiyini bilməsini istəmədiyini dediyini bildirmişdir. O, bu söhbətdən belə başa düşmüşdür ki, Rəvan Pərvizin narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. O, bunu aydınlaşdırmaq üçün Pərvizə “Whatsapp” mobil tətbiqi vasitəsilə sms yazaraq onu həmin ünvana çağırmışdır. Təxminən 10 dəqiqə sonra Pərviz birlikdə işlədiyi Turalla birgə gəlmişdir. Onlar çölə çıxmış, Pərvizə olanları dedikdən sonra Rəvanı çağırmasını, Pərvizgilin evinin qarşısındakı yaşayış olmayan boş evə gedərək məsələni aydınlaşdırmağı təklif etmişdir. Bundan sonra Pərviz Rəvanı həmin evə çağırmış, daha sonra Tural, Pərviz, Rəvan və o həmin evə getmişdir. Bundan sonra Babək Pərvizə zəng edərək nə baş verdiyini soruşmuş, Pərviz Babəkə salamatçılıq olduğunu, istəyirsə içəri gəlməsini demişdir. Babək həmin evə gəlmiş, o, Rəvandan Pərviz haqqında belə söz deyib-demədiyini soruşduqda Rəvan o sözü başqa Pərviz haqqında dediyini bildirdikdə, Pərviz Rəvanın başqa hansısa Pərvizə borcu olmadığını, kimi nəzərdə tutduğunu soruşmuşdur. Bunu aydınlaşdırmaq üçün Nurlana zəng etmişlər, Nurlan evdə ona dediklərini inkar etmiş, Mirpayıza zəng etdikdə sonuncu da bunu qismən inkar etmişdir. Bu zaman Babək telefonla deyil Nurlangili də çağırıb üzbəüz danışaraq məsələni aydınlaşdırmağı təklif etmişdir. Onlar razılaşaraq evdən çıxmışlar. Rəvanla Babək evdən “adapter” götürüb, Nurlangili tapıb yenə görüşmələrini bildirmiş, onlar da razılaşmışdır. O, Pərvizdən öz avtomobili ilə onu evə aparmağı xahiş etmiş, Tural da onlarla olmuşdur. Evlərinə çatmağa az qalmış Babək idarə etdiyi avtomobilin işıqların yandırıb-söndürərək işarə etmiş, avtomobili saxladıqları zaman Rəvanda başqa Nurlan və qardaşı Mirpayızın da Babəkin avtomobilində olduğunu görmüşlər. O, ailə üzvləri və qonşuların onları görməməsi üçün küçədən kənara keçmələrini təklif etmiş, avtomobillərlə evlərinin yaxınlığında olan istifadəsiz fermanın həyətinə getmişlər. Onlar avtomobildən düşmüş, o, Nurlandan Rəvanın həmin sözləri deyibdemədiyini soruşduqda Nurlan bunu inkar etmiş, Mirpayız isə Rəvanın yanlarında olan Pərviz barəsində danışmadığını bildirmişdir. Bundan sonra Babək onun üzərinə gələrək qışqırmış, o Babəkə sakit olmasını desə də Babək ona söyüş söymüşdür. Bu zaman yumruqla Babəkin üzündən zərbə vurmuş, zərbədən Babək özünü itirmiş, Rəvan arxadan ona təpik ataraq avtomobillərinə tərəf qaçmışdır. O, Rəvanın arxası ilə getmiş, Rəvan öz avtomobillərindən bıçaq götürüb, onu vurmaq istəmiş, o kənara çəkildiyindən bıçaq ona dəyməmiş, bu zaman Pərviz aralarına girərək müdaxilə etmiş, bıçaq Pərvizə dəydiyindən Pərviz sol əlindən xəsarət almışdır. O, yaranmış boşluqdan istifadə edərək Rəvanın əlindən bıçağı almışdır. Bu vaxt Babək arxadan onun baş nahiyəsindən yumruqla vurmuş, o, əlində olan bıçaqla özünü müdafiə etmək üçün Babəkin bədəninin müxtəlif hissələrinə dəqiq xatırlamadığı sayda bıçaq zərbəsi vurmuşdur. Babəki vurduğuna görə Rəvan onun üzərinə gələrək onu vurmaq istədikdə Rəvanın ayağından bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra Tural müdaxilə edərək onu uzaqlaşdırmışdır. Daha sonra Rəvanla Babək öz maşınlarına minərək hadisə yerindən getmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ##.##.2024-cü il tarixdə, təxminən saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ərazisində yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz fermanın həyətində baş vermişdir. Rəvan və Babəklə aralarında olan mübahisəyə səbəb Rəvanın Pərviz barəsində dediyi sözləri aydınlaşdırmaq üçün söhbət etdikləri zaman Babəkin onunla yüksək səslə danışaraq onu söyməsi olmuşdur. Hadisə zamanı orada onlardan başqa Tural, Mirpayız, Nurlan və Pərviz olmuş, başqa şəxs olmamışdır. Onlar küçədən aralaşmışlar, həmin vaxt ətrafda onlardan başqa kimsə olmamışdır. zərərçəkmiş şəxs2 onu arxadan yumruqla vurduğu üçün özünü qorumaq üçün Babəkə bıçaq zərbələri vurmuş, Babəki öldürmək istəməmişdir. Daha sonra Rəvan onu vurmaq üçün üzərinə gələndə Rəvana da bıçaq zərbəsi vurmuşdur. Onun Rəvanı və Babəki öldürmək niyyəti olmamışdır. O, hadisə vaxtı şokda olduğundan zərərçəkmiş şəxs2 hansı nahiyyəsinə zərbə vurduğunu xatırlamadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, qardaşı Rəvan ona zəng edərək veteranlıq pulu ala bilməsi ilə bağlı məsələni müzakirə etmək üçün əsgər yoldaşı ilə görüşməli olduğunu demişdir. Gedəcəyi yer uzaq olduğu üçün maşınla birlikdə həmin yerə getmiş və orada 10-15 dəqiqə söhbət davam etmişdir. Görüşdən sonra qardaşının hazırda adını xatırlamadığı biri ilə söhbət etdiyini görmüşdür. Narahat olduğu üçün onların yanına yaxınlaşanda qardaşının guya kiməsə “bariqa” deməsini müzakirə etdiklərini eşitmiş və onlara qardaşının belə bir söz deyə bilməyəcəyini demişdir. Hadisədən əvvəl Şəmsini tanımamış, Pərvizin adını bilmiş və onunla da yaxın münasibəti olmamışdır. Qardaşını onun yanından Şəmsi və Pərviz aparmış, onların söhbət etdikləri yerə də onun özü getmişdir. Onlar maşınla Pərvizin evinə getmiş və o da onların arxasınca həmin yerə getmişdir. Özü gələnə kimi Şəmsinin qardaşını vurub vurmadığını bilməmiş, lakin onun yanında Şəmsi qardaşını vurmuşdur. Şəmsigilin aralarında olan söhbətə özü gedib qoşulmuş və getməsinə səbəb qardaşının orada olması olmuşdur. Danışdıqları vaxt Şəmsi ona əl atmış, o da bildirmişdir ki, çıxıb çöldə danışsınlar, həmin sözü kim deyibsə onu da çağırıb aydınlaşdırsınlar. Şəmsiyə onun özü təklif etmişdir ki, kiminsə evində söhbətlərini etməsinlər, çölə çıxsınlar. Belə ki, aralarında hansısa əlbəyaxa mübahisənin başlaya bilmə ehtimalından, evdə Pərvizin ailə üzvlərinin də ola bilməsi ehtimalına görə bu təklifi etmiş, qardaşının həmin sözü işlətdiyini bildirənlərin də oraya çağırılmasını demiş və həmin şəxslər gəlib əgər qardaşının həqiqətən də Şəmsinin dediyi kimi ifadə işlətdiyini təsdiq etsələr qardaşına böyük qardaşı kimi cəza nədirsə verəcəyini demişdir. Çölə çıxandan sonra belə bir söhbət olmadığı deyilmişdir. Bu zaman o, Şəmsiyə demişdir ki, gördüyü kimi belə bir söhbət olmayıb və həmin vaxt aralarında biraz mübahisə yaranmışdır. Danışdıqları yerə getməyi Şəmsi özü təklif etmişdir. Mübahisələri davam etdiyi vaxt ərzində onun tərəfindən Şəmsinin təhqir olunması və onunla mübahisə etməsi olmamışdır. Şəmsi ilə danışanda öz səs tonunu qaldırmış, amma səbəb bu olmuşdur ki, onun qardaşını vurmuş, buna səbr etmiş və sonradan qardaşının elə bir söz demədiyi məlum olmuşdur. Bununla bağlı Şəmsiyə irad bildirəndə Şəmsi onu vurmuşdur. Həmin vaxt Şəmsinin ya kəlləsi ilə, ya da yumruqla vurmasını xatırlamamış, lakin 10-15 saniyə şok vəziyyətində olmuşdur. Ayılandan sonra Şəmsinin onun qardaşı ilə əlbəyaxa olduğunu görmüşdür. Bu vaxt üzərinə gedərək Şəmsini və Şəmsi də onu vurmuşdur. O Şəmsini yumruqla vursa da, Şəmsi onu bıçaqla vurmuşdur. Şəmsi altı bıçaq zərbəsi vurandan sonra səhv etmirsə Pərviz və Tural onu onlardan ayıraraq aparmışdır. Şəmsinin onu öldürmə şansı olub-olmadığını və bıçağı kimin aldığını bilməmiş, bıçaq zərbələri isə ona ardıcıl şəkildə vurulmuşdur. Hadisələr Binə ərazisində küçədə baş vermişdir. Mübahisə edildiyi yeri kənardan keçən şəxslərin görüb-görmədiyini bilməmiş, ora qapalı yer olmuşdur. O, ümumilkdə altı bıçaq zərbəsi almışdır. Bıçaq Şəmsidə olmuş, hadisədən əvvəl onda, ya qardaşında bıçaq olmamışdır. Qardaşının maşına tərəf qaçmasını bilməmiş, lakin hadisələr 10-15 saniyə ərzində baş verdiyindən həmin müddət ərzində qardaşının maşına qaçaraq maşından bıçağı götürməsini, Şəmsinin qardaşından bıçağı alıb onu vurması ehtimalını bilməmişdir. Hadisədən sonra qardaşı qolundan yüngül xəsarət almış, o qardaşı ilə evə getmiş və evdəkilər onu xəstəxanaya aparmışdır. Müalicə aldığı müddət ərzində təqsirlədirilən şəxsin qohumlarından kimsə gəlməmiş, Şəmsi tutulandan sonra ailəsi gəlmişdir. Valideynləri vaxtında gəlmədiklərindən Şəmsinin ailəsini geri qaytarmışlar. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur, lakin təqsirləndirilən şəxslə barışmamışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qardaşı Rəvan hadisədən əvvəl taksi fəaliyyəti ilə məşğul olmuş, həmin ərəfədə Təqsirləndirilən şəxs ilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Şəmsini o, hadisəyə qədər tanımamışdır. O, işdən gəldikdən sonra vaxtını evdə keçirdiyinə görə qəsəbədə yaşayan şəxsləri çox tanımamışdır. X6 iştirakçısı olmaqla qonşuluqda yaşayan Mirpayız adlı şəxslə döyüş yoldaşı olmuşlar. Mirpayız və qardaşı Nurlanın Rəvanla normal münasibəti olmuş, onunla isə salamsağolları olmuşdur. Qardaşı Rəvan və Mirpayız müharibə veteranlarıı olmalarına baxmayaraq aylıq dövlət tərəfindən verilən 80 manat təqaüd pulu verilməmişdir. Bu səbəbdən məsləhətləşib hara müraciət etmələri səbəbindən ## ###### 2025-ci il tarixdə, təxmini saat 18 radələrində Rəvanla birgə Mirpayızgilə gedərək Müdafiə Nazirliyinə müraciət etmək qərarına gəlmişlər. Mirpayızın evindən uzaqlaşarkən Şəmsi qardaşı Rəvana zəng edərək guya Rəvanın Mirpayızın yanında onlarla qonşuluqda yaşayan Pərviz adlı şəxsin narkotik vasitə satdığını deməsini bildirmişdir. Rəvan elə söz demədiyini bildirdikdə Şəmsi Rəvanı görüşüb aydınlaşdırmağa çağırmışdır. O, Rəvanla birgə Pərvizgilin yaşadığı evə getmiş, avtomobildən düşüb həyətdə yaşayış olmayan əlavə tikiliyə getmişlər, orada Şəmsi, Pərviz və Pərvizin Tural adlı dostu olmuşlar. Söhbət zamanı X7 yanında Pərvizin narkotik satdığını deməsini bildirmiş, Rəvan isə elə söz demədiyini bildirmişdir. Bu zaman Şəmsi onun yanında Rəvanın sifətinə sillə vurmuş, o, Şəmsiyə irad tutsa da heç nə etməmişdir. O, Nurlan və Mirpayızı çağırıb məsələni aydınlaşdırmağı bildirmiş, dava etmək məqsədi olmamışdır. O, hətta qardaşının elə söz dediyi təqdirdə qardaşını özünün cəzalandıracağını demişdir. Daha sonra Rəvanla birgə onun avtomobili ilə gedib Mirpayızla Nurlanı götürmüşlər. Şəmsi onları evlərinin yanında gözləmiş, saat 20 radələrində həmin yerə getmişlər. Şəmsigil Pərvizin avtomobilində olmuşlar, avtomobili bir qədər qabaqda olan fermanın yanına sürmüşlər, onlar da arxada gəlmişlər. Fermanın qarşısında avtomobildən düşmüşlər, hamının yanında o, X8 haqqında narkotik satması barədə nə isə deməsi barədə soruşmuşdur. Nurlan Rəvanın elə söz demədiyini bildirdikdə o, Şəmsiyə irad tutaraq nə səbəbə yalan danışdığını demişdir. Şəmsi onun sifət nahiyəsinə kəllə vurduqda 3-4 saniyəlik şoka düşmüş, özünə gələndə Şəmsinin Rəvanla dalaşdığını görmüşdür. O, Şəmsi tərəfə gedərkən Şəmsi də onu görüb üzərinə gələn zaman o, Şəmsinin yaxasından tutmuşdur. Şəmsinin əlində nə isə olduğunu görməmiş, sonradan əlində bıçaq olduğunu bilmiş, Şəmsi onun qol və sinə nahiyəsinə bıçaq zərbələri endirmiş, o, Şəmsini yumruqla vurmuşdur. Ağrıdan Şəmsinin ona bıçaq zərbələri vurulduğunu hiss etmişdir. Hava bir qədər qaranlıq olduğundan Şəmsinin əlində bıçaq olduğunu görməmişdir. Bu zaman ilk öncə Pərviz, sonra Tural adlı şəxs araya girib bıçağı Şəmsinin əlindən almışlar, əks halda Şəmsi ona zərbə vurmağa davam edəcəkdi. Bədənindən qan axdığını görüb avtomobilin sükanı arxasına əyləşmiş, qardaşı ilə birgə oradan uzaqlaşaraq evə gəlmişlər, sonra xəstəxanaya gedərək həkimlər tərəfindən həyatı xilas edilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik adı keçən söhbətdə qardaşı Rəvanın adının hallanmaması üçün ilkin ifadələrində Şəmsinin Rəvanı “nəşə” istifadə etməyə vadar etdiyini, Rəvan imtina etdikdə istifadə etməyəni söydüyünü, bu səbəbdən aralarında mübahisə yarandığını bildirmişdir. Onunla qardaşı Rəvanın narkotik vasitələrlə heç vaxt əlaqələri olmamışdır. Şəmsi yalandan Pərvizə guya Rəvanın Pərvizin narkotik satdığını deməsini bildirmişdir. Mirpayız və Nurlan hadisə vaxtı heç nə etməmişlər, sadəcə seyr etmişlər. İlkin ifadəsində get-gələ düşməmələri üçün Mirpayız və Nurlanın adını çəkməmiş, sonradan məsələnin ciddiyyətini hiss edərək hər şeyi olduğu kimi bildirmişdir. O, Şəmsini söyməmiş, sadəcə qardaşına şər atdığına görə Şəmsiyə irad tutmuşdur. Xatırladığı qədər Şəmsi kəllə ilə onu vurmuş, Şəmsinin ona yumruq yaxud kəllə ilə vurmasını tam xatırlamamışdır. Onun və ya Rəvanın nə üzərində, nə də avtomobildə bıçaq olmamışdır. Hadisə vaxtı Şəmsinin Rəvana bıçaq xəsarəti yetirməsini görməmişdir. Ona bu barədə sonradan Rəvan özü bildirmişdir. Şəmsi Rəvanla dalaşan zaman o, Şəmsi tərəfə gedərkən sonuncu onun üzərinə gəlmiş, artıq Rəvanla işi olmamışdır. Şəmsinin məqsədi elə onu öldürmək olmuş, ona əlindəki bıçaqla çoxsaylı xəsarət yetirmişdir. Şəmsi söhbətdə yalançı vəziyyətinə düşdüyü üçün, yəni Şəmsinin yalanını ifşa etdiyi üçün onu vurmuşdur. Qardaşı heç vaxt narkotik istifadə etməmiş, narkotik almaq üçün Mirpayizgilə getməmişdir. Onlar Mirpayızgilin evlərinə girməmişlər, həmin vaxt Şəmsini görməmişdir. Şəmsinin dediklərinin tamamilə yalan olduğunu bildirmişdir. Pərvizin, Mirpayızın və Nurlanın narkotik satışı ilə məşğul olmaları barədə məlumatı olmamış, hadisədən əvvəl həmin şəxsləri yaxından tanımamışdır. Hadisəyə qədər Şəmsinin üzərində bıçaq olmasını bilməmiş, Şəmsi ona zərbələr vurduqda ağrıdan Şəmsinin ona bıçaqla xəsarət yetirdiyini hiss etmişdir. Hadisədən əvvəl Şəmsi ilə aralarında heç bir münaqişə olmamışdır. Hadisəyə Tural, Pərviz, Mirpayız və Nurlandan başqa şahid olmamışdır. Hadisə yerinə bıçağı Şəmsi özü ilə gətirmişdir. Hadisə zamanı Rəvanın avtomobilə tərəf getməsini görməmiş, həmin vaxt qarışıqlıq olmuş, Şəmsi ona bıçaq zərbələri endirən vaxtı öz canının hayında olmuşdur. Hadisə vaxtı əynində qara rəngli mayka və boz rəngli poluver olmuş, həmin paltarlar xəstəxanada qalmışdır. Hadisə vaxtı qaranlıq olduğu üçün Şəmsinin əlində bıçaq ola biləcəyini düşünməmiş, ona görə bıçağı görməmişdir. Yalnız bədəninə zərbələr dəydikdə bıçaqla vurulduğunu hiss etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, qardaşı ilə birgə Mirpayızgilə veteranlıq pulu ilə bağlı getmişdir. Mirpayızla tanışlığı onların birgə müharibədə iştirak etməsi ilə bağlı olmuşdur. Oraya gedəndə Şəmsi və Pərviz həmin yerə gələrək onu maşına mindirib aparmışdır. Həmin vaxt qardaşı da onların arxasınca gəlmişdir. İçəri girib söhbət edəndə Şəmsi Pərvizin haqqında hansısa sözü işlədib işlətmədiyini soruşmuş, o da belə bir ifadə işlətmədiyini bildirmişdir. Həmin vaxt onun qardaşı gəlmiş və o da qardaşına Şəmsigilin onun Mirpayıza Pərvizin “bariqa” olmasını dediyini bildirmişdir. Bunu demədiyini deyəndə Şəmsi ona şapalaq vurmuşdur. Əslində o, Pərviz haqqında Mirpayıza heç bir söz deməmişdir. Qardaşı bundan sonra çıxıb çöldə danışmalarını bildirmişdir. Gedəcəkləri yeri Şəmsigil demişdir. Getdikləri yerə Mirpayız da gəlmiş və orada elə bir söz demədiyin müəyyən olunmuşdur. Həmin vaxt qardaşı ilə danışdıqları vaxt Şəmsi qardaşına kəllə atmışdır. Buna görə üzərinə gedəndə Şəmsi əlini bıçağa atmışdır. Həmin vaxt onu qolundan vurmuş və qardaşı bunu görərək Şəmsinin üzərinə gəlmişdir. Şəmsi qardaşını vuranda onu aralamışlar. Qardaşını vurandan sonra kənarda olanlar Şəmsini aralamışdır. Həmin vaxt Şəmsi onun gözü qarşısında qardaşını bıçaqla vurmuşdur. Şəmsi bıçağı belindən çıxarmış, onda bıçaq olmamışdır. Maşının qapısını Şəmsi onu da, qardaşını da bıçaqla vurandan sonra açmış, məqsədi maşında istifadə edə biləcəyi nəyinsə olmasını axtarmaq olmuş, maşında isə heç nə tapa bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur, lakin barışmamışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hadisədən əvvəl bir müddət taksi fəaliyyəti ilə məşğul olmuş, bu zaman Şəmsini tanımışdır. Şəmsi ilə aralarında dostluq münasibəti yaranmışdır. O, Vətən Müharibəsi iştirakçısı olmaqla qonşuluqda yaşayan Mirpayızla döyüş yoldaşı olaraq normal münasibətləri olmuşdur. Mirpayıza görə qardaşı Nurlanı tanımışdır. Müharibə veteranı olsa da ona və Mirpayıza aylıq 80 manat təqaüd verilməmişdir. Bu səbəbdən hara müraciət etmələri barədə məsləhət almaq üçün ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində qardaşı Babəklə birgə Mirpayizgilə getmişdir. Mirpayızın evindən uzaqlaşan zaman Şəmsi ona zəng edərək guya Mirpayızın yanında onlarla qonşuluqda yaşayan Pərvizin narkotik vasitə satdığını deməsini bildirmişdir. O, elə söz demədiyini bildirdikdə Şəmsi onu görüşüb aydınlaşdırmağa çağırmışdır. Qardaşı Babəklə birgə Pərvizgilin yaşadığı evə getmişlər. Maşından düşüb həyətə daxil olaraq Pərvizgilin həyətində yaşayış olmayan əlavə bir tikiliyə getmişlər. Orada Şəmsi, Pərviz və Pərvizin dostu Tural olmuşdur. Söhbət zamanı Şəmsi onun Mirpayızın yanında Pərviz barəsində narkotik satdığını deməsini bildirmişdir. O, isə yenə də elə söz demədiyini bildirən zaman Şəmsi sifətinə sillə vurmuşdur. O, heç nə etməmiş, qardaşı Babək Nurlan və Mirpayızı çağırıb məsələni aydınlaşdırmağı bildirmişdir. Daha sonra qardaşı ilə birgə maşınla gedib Mirpayızla Nurlanı götürmüşlər. Şəmsi onları evlərinin yanında gözləmiş, təxmini saat 20 radələrində oraya getmişlər. Şəmsigil Pərvizin maşınında olmuşlar, maşını bir qədər irəlidə olan fermanın yanına sürmüşlər, onlar da arxalarınca getmişlər. Fermanın qarşısında maşından düşən zaman hamının yanında Babək Nurlandan onun Pərviz haqqında narkotik satması barədə nə isə deməsini soruşmuşdur. Nurlan onun elə söz demədiyimi bildirmişdir. Bu zaman Babək Şəmsiyə yalan danışması barədə irad tutduqda Şəmsi Babəkin sifət nahiyəsinə yumruqla vurmuş, Babək özünü itirmiş, bunu görüb Şəmsiyə təpik vurmuşdur. Bu vaxt Şəmsi arxa cibindən, yaxud belindən bıçaq çıxarmış, onun üzərinə gələrək qol nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra Şəmsi Babəki görüb Babəkə hücum etmiş, bıçaqla Babəkə xəsarət yetirməyə başlamışdır. O, qardaşına kömək etmək məqsədilə nə isə axtarması üçün öz maşınına tərəf qaçmış, qabaq sərnişin tərəfdən maşının qapısını açmış, bir neçə saniyə axtarsa da heç nə tapa bilməmişdir. Başını çevirib baxanda X9 Babəkdən ayırdıqlarını görmüşdür. Hətta Pərvizin əli də kəsilmişdir. Babəkin bədənindən qan axdığına görə o, əynindəki maykanı soyunub qardaşının yarasına basmış, qardaşı maşının sükanı arxasına əyləşmiş, o, da maşına minərək oradan uzaqlaşıb evə gəlmişlər. Daha sonra Babəki xəstəxanaya aparmışlar, həkimlər Babəkin həyatını xilas etmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin ifadələrində Şəmsinin onu “nəşə” istifadə etməyə vadar etdiyini, o, imtina etdikdə Şəmsinin istifadə etməyəni söydüyünü, bu səbəbdən aralarında mübahisə yarandığını deməsinin səbəbi narkotik söhbətində adının hallanmaması olmuşdur. Onun narkotiklə heç vaxt əlaqəsi olmamışdır. Şəmsinin məqsədi onun adını narkotik olan söhbətdə hallandırıb bu yola yönəltməsi olmuşdur. Həmçinin valideynlərinin bu barədə eşitmələrini istəməmişdir. İlkin ifadə zamanı bir sıra xüsusatları hadisənin şokunda olduğundan düzgün deməmişdir. Babək hadisə zamanı Şəmsini söyməmiş, Şəmsinin dediklərinin yalan olduğunu bildirmişdir. O, Şəmsinin guya onun Nurlangilə gedərək narkotik almaq istəməsi və sair bu kimi bildirdiyi xüsusatların tamamilə yalan olduğunu, heç vaxt narkotik maddədən istifadə etmədiyini, narkotik maddə almaq üçün Mirpayizgilə getmədiyini, Pərviz haqqında narkotik vasitə satdığını demədiyini bildirmişdir. Mirpayızgildə olarkən Şəmsini görməmiş, narkotiklə bağlı heç bir söz deməmişdir. Pərvizin, Mirpayızın və Nurlanın narkotik satışı ilə məşğul olmaları barədə məlumatı olmamış, ümumiyyətlə aralarında narkotik vasitə barədə söhbət olmamışdır. Hadisə zamanı Şəmsinin üzərində bıçaq olmasını Şəmsi belindən və ya arxa cibindən bıçağı çıxarana kimi görməmişdir. Lakin Şəmsinin çox vaxt üzərində bıçaqla gəzdiyini bilmiş, əvvəllər Şəmsinin üzərində bıçaq olduğunu çox görmüşdür. Şəmsi ilə aralarında əvvəllər heç bir münaqişə olmamışdır. Hadisəyə Şəmsi, Tural, Pərviz, Mirpayız və Nurlandan başqa şahid olmamışdır. Onun və ya qardaşı Babəkin üzərində və ya avtomobillərində bıçaq olmamışdır. Bıçağı Şəmsi özü ilə gətirmişdir. Şəmsinin bıçağı belindən və ya arxa cibindən çıxarmasını öz gözü ilə görmüşdür. Şəmsinin Babəkə bıçaq zərbələri vurduğunu görüb Şəmsinin qardaşını öldürməsinə mane olmaq üçün avtomobilə tərəf qaçmışdır ki bəlkə əlinə nə isə keçər götürüb Şəmsiyə mane olar, lakin heç nə tapa bilməmişdir. Bu vaxt çevrilib baxdıqda X9rdaşından ayırdığını görmüşdür. Hadisədən çox müddət keçdiyindən özünün, Şəmsi və Babəkin əynində hansı paltarlar olmasını xatırlamamışdır. Xatırladığı qədər Şəmsinin əlindəki bıçaq qara rəngli dəstəyi olan nazik bıçaq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, 1.zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: mədənin zədələnməsilə müşayət olunan qarının ön divarının 1 ədəd deşilmiş-kəsilmiş yarası, hemotoraksla müşayət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazunun kəsilmiş yarası (1 ədəd). 2.Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni ##.##.2024-cü il tarixdə əmələ gələ bilərdilər, mədənin zədələnməsilə müşayət olunan qarının deşilmiş-kəsilmiş yarası və hemotoraksla müşayət olunan döş qəfəsinin sol yan səthinin daxilə keçən deşilmişkəsilmiş yarası (cəmi 2 ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. 3.Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, 1.zərərçəkmiş şəxs1 sol said nahiyəsinin kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət kəsik kənara malik əşyanın və ya alətin təsirindən törənmişdir, qərarda göstərilən ##.##.2024-cü il tarixdə və özünün dediyi şəraitdə bıçaqla kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulamsına səbəb olan yüngül zərərvurmaya aid edilir. 2.Xarakterinə və lokjalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. «xxxx» barədə ## ###### 2025-ci il tarixli, 296- ****/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs2 məxsus puloverin arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 03 (üç) ədəd və sol qolunun arxa səthinin yuxarı hissəsində 01 (bir), ədəd (cəmi 05 (beş) ədəd); maykanın ön və arxa səthinin sol yarısının yuxarı və orta hissələrində, sol qoltuqaltı nahiyəni əhatə edən sahədə 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs2 məxsus pulover və maykanın üzərində olan zədələrin lokalizasiyalarına əsasən demək olar ki, həmin zədələri yetirmiş şəxslə (şəxslərlə) zərərçəkmiş şəxs2 müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. xxxx» barədə ## ###### 2025-ci il tarixli, 319- ****/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs2 məxsus pulover və maykanın üzərində olan zədələrin lokalizasiyalarına əsasən demək olar ki, həmin zədələri yetirmiş şəxslə (şəxslərlə) zərərçəkmiş şəxs2müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Ağırlaşdırıcı hal kimi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə ( yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları aradıraraq müdafiə tərəfinin shadisənin şəxsi mübahisə zəminində baş verməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməli törədərkən xuliqanlıq niyyətiinin olmaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında sübutlardan, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələridən məlum olur ki, tərəflər ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən istifadəsiz tikilinin həyətində əvvəlcədən aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətirmək üçün bir araya gəlsələr də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 onunla yüksək səs tonu ilə danışması səbəbindən bunu cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan ümumilikdə 06 ədəd bıçaq xəsarətləri yetirməklə onu həyatdan məhrumetməyə cəhd etmişdir. Başqa sözlə, müdafiə tərəfinin mövqeyi təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq motivi mövcud olmadan yalnız mübahisə və dalaşma zəminində törədilmiş əməl kimi qiymətləndirilməsinə söykənsə də, məhkəmə kollegiyası yaranmış mübahisənin zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi halını deyil, məhz təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cüzi səbəbi əsas tutmaqla öz şəxsiyyətini zərərçəkmiş şəxs2 və digər şəxslərin şəxsiyyətinin fövqünə qoyaraq onu öldürmək qərarına gəlməsini və öz kriminal niyyətini icra etmək məqsədilə ona ümumilikdə 06 ədəd bıçaq xəsarətləri yetirməsi halını müəyyən edir. Plenum qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət acsusuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin dispozisiyasına nəzər yetirdikdə sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün cinayətin adam öldürməyə cəhdə münasibətdə birbaşa qəsdlə hərəkət etməsi zəruri olsa da, təqsirləndirilən şəxsin qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni əməlin xüsusi amansızlıqla törədilməsi üçün onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk etməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla törədilən cinayət kimi tövsif edilsin. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli, * saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8- ci bəndində qeyd olunur ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Həmin hüquqi mövqedən də göründüyü kimi, törədilmiş əməlin xüsusi amansızlıqla bağlı tövsifedici əlamətlə səciyyələndirilməsi üçün təqsirləndirilən şəxsin əməlində həm birbaşa, həm də dolayı qəsdin mövcudluğu halında mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, “...Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəclləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsi onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa (CM, maddə 25.2) və ya dolayı (CM, maddə 25.3) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki cinayət işində isə qeyd olunduğu kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ardıcıl olaraq bıçaq zərbələri ilə zərərçəkmiş şəxs2 xəsarətlər yetirərkən həmin vaxt yanlarında olmuş zərərçəkmişin qardaşı zərərçəkmiş şəxs1 də hadisəni gördüyünü bilə-bilə sonuncuya xüsusi əzab verdiyini görməyə və dərk etməyə bilməzdi. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi, yəni Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niayyətinin olmamasına dair dəlilləri ilə razılaşmır və qeyd edir ki, Plenum Qərarının tələblərindən də göründüyü kimi təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Mübahisələndirilən hökmdən də göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyasına nəzər yetirdikdə həyat üçün mühüm orqanlara xəsarət yetirməsi təqsirləndirilən şəxsin hərəkətlərinin zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəldiyini təsdiq edir. Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti, başqa şəxslərin hadisəyə vaxtında müdaxiləsi və onun xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, ** nömrəli rəyindən göründüyü kimi zərərçəkmiş şəxs2 bədən səthində mədənin zədələnməsilə müşayət olunan qarının ön divarının bir ədəd deşilmiş-kəsilmiş yarası, hemotoraksla müşayət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən üç ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazunun bir ədəd kəsilmiş yarası aşkar edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid mədənin zədələnməsilə müşayiət olunan qarının 01 ədəd, hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yan səthinin daxilə keçən 01 ədəd deşilmiş-kəsilmiş yaraları, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazunun 01 ədəd kəsilmiş yarası olmaqla ümumilikdə 06 ədəd bıçaq xəsarətləri yetirməsi, lakin zərərçəkmiş şəxs2 aktiv müqaviməti və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməməsi onun zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsinə dəlalət edir. Məhkəmə kollegiyası müəyyən edir ki, müdafiə tərəfinin mülahizələri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən tövsiyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinməsi qanuni və əsaslı olmuş və apellyasiya icraatı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası ona təyin edilmiş cəzanın qanuniliyini və ədalətliliyini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci və 61.1.8-ci maddələrinin tələblərini rəhbər tutaraq, cinayətlərin residivini və cinayətin ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə almış və onun cəzasını yüngülləşdirən hal müəyyən etmədən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4cü maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan, eləcə apellyasiya baxışı zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi ərizələrdən məlum olur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə münasibətdə vurulmuş ziyan tam ödənilmişdir. Qeyd olunan xüsusatla əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində AR CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməsini xahiş olunmuşdur. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial təsdiqli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası sözügedən hissədə müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi üçün hazırda qanuni əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Apellyasiya baxışı zamanı təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə barışdığından və dəymiş ziyanı tam ödədiyindən onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə həmin maddə ilə barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təyin olunmuş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini xarakterizə edən hallar, habelə əməlində cinayətlərin residivinin olması onun yalnız həmin cəza tədbiri vasitəsilə islah olunacağına inam yaradır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə zərərçəkmiş şəxslər barışdığından və ona dəymiş ziyanı ödədiyindən həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməli və Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təyin olunmuş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmçinin məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4 və 399.1.4-cü maddələrini rəhbər tutaraq, Qərara a l ı r: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 128-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin və Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təyin olunmuş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatı üçün 11 manat hesab edilməklə, 30 (otuz) saat üçün cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar