Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-700/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının hakimlәri - İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Hüseynov Elmәddin Mirpaşa oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Eminov Azәr Elçin oğlunun katibliyi, dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X5, müdafiәçi - Bakı şәhәri * saylı Vәkil Bürosunun vәkili müdafiәçi1 vә tәqsirlәndirilәn şәxs - Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun iştirakları ilә, ## #### 1976-cı ildә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, ali tәhsilli, evli, himayәsindә ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә fәrdi qaydada mәşğul olmuş, mәhkumluğu olmayan, Bakı şәhәri Binәqәdi rayonu 7-ci mikrorayon 3A, mәnzil 54 ünvanında qeydiyyatda olmaqla hәmin ünvanda yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş, - Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2 vә 320.1-ci maddәlәri ilә mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun müdafiәçisi müdafiәçi1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn işә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmünә әsasәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2 vә 320.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәdilmәsindә tәqsirli bilinәrәk, barәsindә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә 5 (beş) il 9 (doqquz) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 320.1-ci maddәsi ilә 06 (altı) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 66.3-cü maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğluna tәyin edilmiş azadlıqdan mәhrum etmә növündә cәzalar qismәn toplanılmaqla qәti olaraq ona 6 (altı) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, tutulduğu vә hәbsdә saxlanıldığı müddәt cәzaçәkmә müddәtinә daxil edilmәklә cәzaçәkmә müddәtinin әvvәli ## ### 2025-ci tarixdәn hesablanması, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәsini alanadәk dәyişdirilmәmәsi hökm edilmişdir. Hökmlә, hәmçinin iş üzrә vurulmuş ziyanın ödәnilmәsi mәqsәdilә Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin # ###### 2025-ci il tarixli, 5(004)-840/2025 nömrәli qәrarı ilә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun adına qeydiyyata alınmış İsmayıllı rayonu Basqal kәndindә 4 nәfәr ilә ümumi birgә mülkiyyәtdә olan İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, 63 nömrәli qәrarı ilә verilmiş 0,02 ha hәyәtyanı torpaq sahәsi (JN-014A kod 40700016) vә İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, 63 nömrәli qәrarı ilә verilmiş 0,08 ha hәyәtyanı torpaq sahәsinin (JN-014B kod 40800016) üzәrinә qoyulmuş hәbs dәyişdirilmәdәn saxlanılmışdır. Hökmlә maddi sübutların taleyi mәsәlәsi dә hәll edilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu ona görә tәqsirli bilinib mәhkum edilmişdir ki, o tamah niyyәti ilә bilә-bilә özünün saxtalaşdırmaqla qanunsuz hazırladığı saxta sәnәdlәrdәn istifadә etmәklә etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin külli miqdarda әmlakını qanunsuz vә әvәzsiz olaraq әlә keçirmәk mәqsәdi ilә fәrdi yaşayış evinin alınmasına kömәklik göstәrilmәsi ilә bağlı ona müraciәt etmiş әvvәlcәdәn tanımadığı Zәrәrçәkmiş şәxs Əbülfәz oğluna özünü daşınmaz әmlak alqısatqısı üzrә vasitәçilik xidmәtlәri göstәrәn vә daşınmaz әmlak üzәrindә mülkiyyәt hüquqlarının dövlәt reyestrindә qeydiyyata alınması sahәsindә tәcrübәyә vә geniş әlaqәlәrә malik etibarlı şәxs kimi tәqdim edәrәk, onun hәqiqi niyyәtindәn xәbәrsiz olmaqla cinayәtә aidiyyәti olmayan Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızına faktiki mәxsus olan, lakin mülkiyyәt hüquqları daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmamış ünvan 9 ünvanında yerlәşәn 0,42 ha torpaq sahәsini üzәrindә inşa edilmiş fәrdi yaşayış evi ilә birlikdә guya dövlәt reyestrindә qeydiyyata alınması barәdә çıxarışı olan daşınmaz әmlak kimi tәqdim edib 70000 manata rәsmi şәkildә qanuni әsaslarla alınmasını tәşkil edәcәyi, bunun müqabilindә 1400 manat xidmәt haqqı alacağı barәdә yalan vәd verib aldatmaqla, ## ### 2025-ci il tarixdә fәrdi yaşayış evinin alqı-satqısı ilә әlaqәdar ilkin olaraq Zәrәrçәkmiş şәxs tәrәfindәn “beh” kimi verilmiş 1000 manat pulun daşınmaz әmlakını satmaq istәyәn sahibinә göndәrilmәsini tәşkil etdikdәn sonra satıcıdan xәbәrsiz şәkildә öz cinayәtkar niyyәtini hәyata keçirmәk üçün mәlum olmayan yerdә, vaxtda vә şәraitdә rәsmi sәnәdlәrә hәqiqәtә uyğun olmayan mәlumatlar daxil etmәklә guya “Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri” Publik hüquqi şәxsi tәrәfindәn ünvan 11 ünvanında yerlәşәn 0,42 ha torpaq sahәsi üzәrindә Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 436 nömrәli reyestr kitabının 48965 nömrәli vәrәqindә 005137889524 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1035468519 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestindәn çıxarışı vә ünvan 9 ünvanında yerlәşәn 62 kvadrat metr ümumi sahәsi olan fәrdi yaşayış evi üzәrindә sonuncunun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 028276861093 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1246824902 qeydiyyat nömrәli hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn çıxarışı çap qurğusu vasitәsilә çap edәrәk hüquq verәn rәsmi sәnәdlәri istifadә etmәk mәqsәdi ilә saxtalaşdırmaqla qanunsuz hazırlamış vә ## ### 2025ci il tarixdә, saat 17 radәlәrindә fiziki şәxs kimi daşınmaz әmlakın alqı-satqısı üzrә vasitәçilik xidmәtlәri göstәrdiyi Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn ofisdә rieltor olaraq yalandan satışını tәşkil etdiyi hәmin torpaq sahәsi vә fәrdi yaşayış evi üzәrindә mülkiyyәt hüquqlarının Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn saxta çıxarışların surәtlәrini alıcını inandırmaq üçün tәqdim edib bilәbilә hәmin saxta sәnәdlәrdәn istifadә etmәklә daşınmaz әmlakın ümumi dәyәrinin qalan әsas hissәsinin ödәnilmәsi adı ilә 69000 manat vә xidmәt haqqı adı ilә 1400 manat pul olmaqla, ümumilikdә 70400 manat mәblәğindә pul vәsaitini Zәrәrçәkmiş şәxs alaraq, etibardan sui-istifadә etmә vә aldatma yolu әlә keçirib verdiyi vәdinә әmәl etmәyәrәk, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Əbülfәz oğluna 70400 manat mәblәğindә külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. İş üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun müdafiәçisi apellyasiya şikayәti verәrәk hökmün lәğv edilmәsini, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu barәsindә bәraәt hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu polis әmәkdaşları tәrәfindәn qanunsuz olaraq tutulmuş vә barәsindә qanunsuz olaraq hәbs qәtimkan tәdbiri seçilmişdir. Onun barәsindә aparılan ibtidai istintaq vә birinci instansiya mәhkәmә istintaqı prosessual pozuntularla aparılmışdır. Tәqsirlәndirilәn şәxs Sәrdar oğluna qarşı fiziki vә psixoloji tәzyiqlәr edilmiş, bir müddәt әsassız olaraq saxlanılmışdır. Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu hazırki cinayәtini siyasi fәaliyyәti ilә әlaqәlәndirir. Şahidlәr şahid7, şahid8, şahid3 vә digәrlәrinin verdiklәri ifadәlәr tәqsirlәndirilәn şәxsә verilәn ittihamı tәsdiq etmir. İttiham Tәqsirlәndirilәn şәxs siyasi fәaliyyәti ilә bağlıdır, bu iş әvvәlcәdәn polis tәrәfindәn qurulub. Belә ki, dәrhal cinayәt işi başlanıb. N. Tağıyevin әleyhinә yalnız zәrәrçәkәn vә onun dostu ifadә verib. Şәxsin әlindә salafan torba sübut kimi qәbul edilә bilmәz, bәlkә onun içәrisindә narkotik maddә olub. Əleyhinә ifadә vermiş şahid sәnәdin onun yanında verildiyini bildirmәdi, lakin zәrәrçәkәn sәnәdlәrin mәhz şahid S. Mәnsimov yanında verdiyin bildirmişdi. şahid7 bildirdi ki, mәnim ofisdә olmadığım vaxtda Nicat vә polis әmәkdaşları sözü gedәn sәnәdlәri gәtirib ofisә qoyublar. şahid1 bildirdi ki, mәn Nicatdan şübhәlәnirdim. şahid6 vә şahid7 bildirdi ki, Nicat 21 vә ya ## ### 2025-ci il tarixdә alqı-satqı müqavilәsini rәsmilәşdirәcәyini bildirmişdir. Onlar da hәmin tarixi gözlәmişlәr. Əhmәdov Əmәd vә şahid6 bildirdilәr ki, mayın 20-dә Nicat guya alacağı evә gәlmiş vә evin qarşısında uca sәslә danışır, çox agressiv idi. Əgәr şahidlәrin dediyinә görә, özünün yazdığı vatçapa görә alqı-satqı mayın 21 vә 22-dә olmalı idi, yәni şikayәtdәn iki gün sonra. Mәhkәmә bunlara mәcmu halında qiymәt vermәyib. Mәcәlәnin 350-ci maddәsinә әsasәn mәhkәmәnin bәraәt hökmü tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb edildiyi vә mәhkәmәyә verildiyi ittiham üzrә cinayәtin törәdilmәsindә onun tәqsirli olmaması haqqında mәhkәmә baxışının nәticәlәrinә dair yekun mәhkәmә qәrarını әks etdirir. Bu Mәcәllәnin 42.1-ci maddәsindә nәzәrdә tutulmuş hallardan biri olduqda, aparılmış mәhkәmә baxışının nәticәlәrinә dair mәhkәmә bәraәt hökmü çıxarmalıdır. Hökmdәn dövlәt ittihamçısı apellyasiya protesti, zәrәrçәkmiş şәxs isә apellyasiya şikayәti vermәmişdir. Mәhkәmә kollegiyasının iclasında mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu vә onun müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtindә göstәrilәn әsaslarla Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmünün lәğv edilmәsini, elan olunmuş ittiham üzrә Tәqsirlәndirilәn şәxs Sәrdar oğluna bәraәt verilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında dövlәt ittihamçısı X5 verilmiş apellyasiya şikayәtinin dәlillәrini әsassız hesab edәrәk tәmin edilmәmәsini vә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmünün dәyişdirilmәdәn saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, dövlәt ittihamçısının, mәhkum edilmiş şәxsin vә onun müdafiәçisinin fikirlәrini dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, iş üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin mәzmununun tәqsirlәndirilәn şәxsә bәraәt verilmәsi ilә bağlı olduğunu nәzәrә alaraq hesab edir ki, hәmin dәlillәri tәkzib edәcәk birinci instansiya mәhkәmәsinin hökmünün әsaslandırıcı hissәsini tam tәkrarlamamaqla, apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә bәzi mәqamları hazırki qәrarda qeyd etmәyi zәruri vә әsaslı hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 178.3.2, 320.1 vә 320.2-ci maddәlәri ilә ona elan edilmiş ittiham üzrә özünü tәqsirli bilmәyәrәk mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrdi ki, ## ### 2025-ci il tarixdә, saat 12:10-da uşaqlarını mәktәbdәn götürmәk üçün evdәn çıxdıqdan sonra 4 nәfәr mülki geyimdә olan şәxs onu saxlayıb әlini qandallamış, cibindәn açarını vә telefonunu çıxararaq bıçaq axtarmağa başlamışlar. O hәmin şәxslәrә üzәrindә bıçaq olmadığını, uşaqlarını mәktәbdәn götürmәyә icazә vermәlәrini xahiş edәrәk, daha sonra hara istәsәlәr gedә bilәcәyini bildirmişdir. Hәmin şәxslәr isә onun sözünә әhәmiyyәt vermәmişlәr. O hәmin şәxslәrә nә vaxt istәsәlәr, istәnilәn polis bölmәsinә gedә bilәcәyini bildirmişdir. 4 nәfәr mülki geyimli şәxslәrdәn biri sükan arxasında, biri ön sağ oturacaqda, digәr ikisi isә avtomobilin arxa oturacağında onun sol vә sağ tәrәfindә әylәşmişlәr. Sükan arxasında әylәşәn şәxs digәrlәrinә müraciәt edib arxada olan avtomobilә monitoru söndürmәlәri barәdә xәbәr vermәlәrini bildirmişdir. Hәmin şәxslәrin danışıqlarından onun saxlanılmağı üçün әvvәlcәdәn әmәliyyat hazırlamalarını başa düşmüşdür. O, avtomobillә “Şamaxinka” adlanan yerdәn vә avtovağzaldan keçәrәk Sәdәrәk Ticarәt Mәrkәzi istiqamәtinә aparılmış vә hәmin istiqamәtә gedәn yolda axşam saat 20:00-a qәdәr avtomobildә dövr etdirilmişdir. O hәmin şәxslәrә hara lazımdır aparmalarını dedikdә onlar narahat olmamağını bildirmişlәr. Sükan arxasında oturan şәxsә 5 dәqiqәdәn bir zәng gәlmiş, hәmin şәxs isә “hә” vә ya “yox” cavablarını vermiş, әtraflı danışmaq lazım olduqda isә hәmin şәxs avtomobildәn düşәrәk 15-20 dәqiqә kәnarda danışmışdır. Hәmin 4 nәfәr şәxsin adlarını bilmir. Belә ki, onlar bir-birilәrinә “seyid” deyә müraciәt etmişlәr. Onlar bir müddәt sonra onu buraxmaq istәdiklәrini, hara düşürmәk lazım olduğunu, 7-ci mikrorayona aparıb-aparmamalarını soruşmuşlar. O isә hәmin şәxslәrә onu “İnqilab” adlanan әrazidә “Neftçi bazanın” yanında düşürmәlәrini bildirmişdir. Bir müddәt keçdikdәn sonra onu niyә hәmin ünvana aparmadıqlarını soruşanda, onlar zәng gözlәdiklәrini, “hә” vә ya “yox” cavabını gözlәdiklәrini vә onu buraxacaqlarını bildirmişlәr. Nahar vaxtı onların yanına bir avtomobil gәlmiş vә onlara yemәk üçün dönәr gәtirmiş, hәmin şәxslәr ona da dönәr yemәyini tәklif etsәlәr dә o qәbul etmәmişdir. Onu saxlayan şәxslәrin avtomobilinin yanacağı qurtarmış vә başqa bir avtomobil onlara yanacaq gәtirmişdir. Hәmin şәxslәr axşam saat 20-yә qalmış yollarını dәyişmiş vә Yasamal Rayon Polis İdarәsinә çatmamış avtomobili saxlamışlar. Onun sağ tәrәfindә әylәşәn şәxs avtomobildәn düşüb sol tәrәfinә keçmiş vә o, avtomobilin qapısı tәrәfdә qalmışdır. Onun әllәri bağlı olsa da gözlәri açıq olmuşdur. Onu әylәşdirdiklәri avtomobil ağ rәngdә “Kia” vә ya “Hyundai” markalı avtomobil olmuş, lakin avtomobilin markasını dәqiq bilmir. Onlara yanacaq vә yemәk gәtirәn “Mercedes ML” markalı, 77-874 qeydiyyat nişanlı avtomobillә gәlmiş cavan, dolu bir oğlan olmuşdur. Hәmin şәxslәr onu Yasamal Rayon Polis İdarәsinә saat 20:00-da aparmışlar. Orada iki nәfәr mülki geyimdә şәxs onları qarşılamış vә onu aparan şәxslәr isә hәmin iki nәfәrә öz qandallarını vurmalarını, onların qandallarını özlәrinә qaytarmalarını bildirmişlәr. Onlar öz qandallarını onun qoluna bağlayıb, onu gәtirәn şәxslәrin qandallarını qaytarmışlar. Daha sonra onu yuxarı mәrtәbәdә olan otaqların birinә aparmış vә orada iki nәfәr adını bilmәdiyi şәxs olmuşdur. Onlardan biri mülki geyimdә olan şәxs, digәri isә rәis müavini olmuşdur. O hәmin otağa gәtirilәndәn 30-40 dәqiqә sonra müstәntiqin otağına aparılmışdır. O, rәis müavininә telefonu vә açarının avtomobildә qaldığını bildirәndә, sonuncu hәmin avtomobildәkilәrin dә Yasamal Rayon Polis İdarәsinin әmәkdaşları olduğunu vә çox sual vermәmәyini bildirmişdir. Onun qolundakı qandalın dәyişdirilmәsi vә rәis müavinin ona verdiyi cavabdan onu gәtirәn şәxslәrin Yasamal Rayon Polis İdarәsinin әmәkdaşları olmadığını düşünmüşdür. Müstәntiq ondan şikayәt olunduğunu bildirmişdir. O, müstәntiqә alqı-satqının olduğunu, lakin kimdәnsә pul almadığını, kimәsә sәnәd vermәdiyini, barәsindә deyilәnlәrin yalan olduğunu, hәr hansı tәqsirinin olmadığını, hәbsinin sifariş olduğunu bildirmişdir. Yasamal Rayon Polis İdarәsindә ## ### 2025-ci il tarix, saat 01:00-a qәdәr Zәrәrçәkmiş şәxs onu cinayәtdә ittiham etmişdir. Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn obyekti Sәbuhi vә Rәşad adlı tanışları icarәyә götürәrәk daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmuşlar vә o hәmin qeyri-yaşayış sahәsindә olarkәn Zәrәrçәkmiş şәxs hәmin ofisә daxil olaraq nәnәsinә mәxsus olan evin Bakı şәhәri Yasamal rayonu әrazisindә yerlәşәn “Sovetski” adlanan әrazidә plana düşdüyünü vә ona hәmin puldan pay düşdüyünü deyәrәk Bakı şәhәri Yasamal rayonu әrazisindә 80000-90000 manat dәyәrindә fәrdi yaşayış evi almaq istәdiyini bildirmişdir. O hәmin vaxtı qeyd etdiyi ofisdә dostu Sәbuhi ilә birlikdә olmuşdur. Zәrәrçәkmiş şәxs sualı ümumi verdiyi üçün o, Zәrәrçәkmiş şәxs Bakı şәhәri Yasamal rayonu әrazisindә istәdiyi dәyәrdә fәrdi yaşayış evi tapmasında kömәklik edә bilәcәyini demiş vә Nicat da razılaşmışdır. O, Mәhәmmәd adlı maklerlә әlaqә saxlamış vә әvvәlcә bir ev göstәrmişdir. Lakin Zәrәrçәkmiş şәxs hәmin evi bәyәnmәmişdir. Mәhәmmәd Bakı şәhәri Yasamal rayonunda Zәrәrçәkmiş şәxs fәrdi yaşayış evini göstәrmiş, baxdıqdan sonra bәyәndiyini bildirmişdir. Evin sahibi evdә olmadığından sahibinin adını sonradan bildiyi dayısı gәlmiş vә fәrdi yaşayış evinin 75000 manata satışa çıxarıldığını bildirmişdir. Nicat da evi bir qәdәr aşağı qiymәtә satmasını xahiş etdiyi üçün hәmin şәxsin telefonu ilә Sәbuhi evin sahibinә zәng etmiş vә bu barәdә dedikdә, evin sahibi ilә evi 70000 manata almaqda razılaşmışlar. Hәmin gün Nicat Sәbuhi ilә onun daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti göstәrdiyi Bakı şәhәri Yasamal rayonunda yerl әşәn ofisindә görüşüb, Sәbuhiyә evin sahibinә vermәsi üçün beh kimi 1000 manat pul vermiş, Sәbuhi dә pulu aldıqdan sonra ona zәng edib bu barәdә bildirmiş vә pulu evin sahibi ilә danışaraq ev sahibinin kart hesabına göndәrmәsini demişdir. Sәbuhi pulun göndәrilmәsi barәdә qәbzi hәm ona, hәm dә Nicata göndәrmişdir. Ev sahibi evin sәnәdinin ev kitabçası (domovoy knijka) olduğunu, ev satıldığı halda kommunalların yeni ev sahibinin adına dәyişmәsinin notarial qaydada olmalı olduğunu, bank rüsumları vә digәr rüsumların ödәnilmәli olduğunu bildirmişdir. Nicat bir neçә gün sonra Bakı şәhәri Yasamal rayonunda yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisinә gәlmiş, hәmin vaxt o, Sәbuhi, onun qohumu Rәşadla birlikdә olmuşdur. Nicat ona ev tapdıqları üçün sevindiyini bildirib, onları yemәyә dәvәt etmişdir. Onlar ilk öncә razılaşmasalar da Nicatın xahişi vә tәkidi ilә onunla yemәk yemәyә getmәyә razılaşmışlar. Belә ki, o, Nicat vә adlarını qeyd etdiyi şәxslәrlә birlikdә Bakı şәhәri Nәsimi rayonu 3-cü mikrorayon әrazisindә yerlәşәn bazarın arxa tәrәfindә olan kafelәrdәn birinә gedib yemәk yemişlәr. Tәxminәn 2 saata yaxın kafedә oturduqdan sonra ayrılmışlar. Yemәyin hesabını da Nicat vermişdir. Tutulmamışdan tәxminәn 3-4 gün әvvәl saat 16 radәlәrindә o, Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisindә Sәbuhi ilә olan zaman Nicat qaynı kimi tәqdim etdiyi şәxslә ofisә gәlmiş vә karton qutuda gәtirdiyi әtiri ona verib hәdiyyә etmәk istәdiyini bildirmiş, Sәbuhiyә dә siqaret yığmaq üçün dәmir qutu vermişdir. O, Nicata belә hәdiyyәnin lazım olmadığını dedikdә, sonuncu hәdiyyәsini qәbul etmәsini xahiş etmiş, o da Nicatın xahişlәri nәticәsindә gәtirdiyi әtiri qәbul etmişdir. Sәbuhi isә ona aldığı hәdiyyәsini nazik siqaret çәkdiyi üçün Nicata qaytarmışdır. Çünki Nicatın gәtirdiyi siqaret qutusu qalın siqaretlәr üçün nәzәrdә tutulmuşdur. Evin sahibi Sәbuhi ilә danışaraq 21 vә ya ## ### 2025-ci il tarixdә hansı saatda görüşә bilәcәklәrini soruşmuşdur. Çünki Nicat hәmin tarixlәrdә evi alqı-satqı edә bilәcәyini demişdir. Sәbuhi dә Nicata zәng etsә dә onunla әlaqә saxlaya bilmәmiş, Nicatın mobil telefon nömrәsinә zәng çatmamışdır. Bundan sonra da o, Nicatı görmәmiş vә onunla әlaqә saxlamamışdır. Zәrәrçәkmiş şәxs onun barәsindә qeyd etdiklәri tamamilә yalandır. O, Zәrәrçәkmiş şәxs 71400 manat pul almamışdır. Zәrәrçәkmiş şәxs fәrdi yaşayış evinә görә evin sahibinә Sәbuhinin vasitәsilә 1000 manat pul göndәrmiş, lakin әlavә olaraq ona 70400 manat pul vermәmişdir. O hәr hansı sәnәd hazırlamamışdır. Belә ki, hәr kәs sәnәdi ev kitabçası (domovoy knijka) olan evә çıxarış almağın mümkün olmadığını bilir. Əgәr mümkün olsaydı, ev sahibi dә çıxarış alıb evini daha baha qiymәtә satardı. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ifadәsinә davam edәrәk göstәrdi ki, o, tutulmamışdan tәxminәn bir ay әvvәl Sәbuhigil hәmin ofisdә fәaliyyәtә başlamışlar. Lakin o, maklerliklә uzun müddәtdir mәşğul olmuşdur. O, Zәrәrçәkmiş şәxsla pul barәdә söhbәt etmәmişdir. Makler pulu kimi 2 faiz ödәnişin, yәni 1400 manat pulun ödәnilәcәyini Sәbuhi Nicatla danışmışdır. Nicat Sәbuhinin yanına gәlmiş vә Sәbuhiyә evin sahibinә vermәsi üçün beh kimi 1000 manat pul vermiş, Sәbuhi dә pulu aldıqdan sonra ona zәng edib bu barәdә bildirmiş vә pulu evin sahibi ilә danışaraq, ev sahibinin kart hesabına göndәrmәsini demişdir. Sәbuhi pulun göndәrilmәsi barәdә qәbzi hәm ona, hәm Nicata, hәm dә ev sahibinә göndәrmişdir. Onun digәr mәblәğlәrdәn xәbәri yoxdur. Onun xidmәt haqqından başqa evin pulunu götürmәk sәlahiyyәti olmamışdır. Evin pulu ev sahibi ilә evi alan şәxs arasında hәll olunan mәsәlәdir. Nicat onun müştәrisi olmadığından ona mobil telefon nömrәsini vermәmiş, hәmçinin Nicatın da mobil telefon nömrәsini dә almamışdır. Lakin Nicatın Sәbuhidәn onun mobil telefon nömrәsini әldә etmәsini güman edir. Nicat onunla iki dәfә әlaqә saxlamışdır. O, Nicatın adını telefona qeyd etmәsә dә sonradan sәhv salmaması üçün adını telefona qeyd etmişdir. O, hәbs olunana qәdәr Zәrәrçәkmiş şәxsla yazışmamışdır. O, ## ### 2025-ci il tarixdә, saat 12:10-da tutulmuşdur. Sonradan ittiham aktı ilә tanış olarkәn Zәrәrçәkmiş şәxs ona hәmin gün saat 13:00 radәlәrindә mesaj yazdığı vә zәng etdiyinin qeyd olunmasını öyrәnmişdir. Halbuki, o hәmin vaxt saxlanılmışdır. Nicat Abbasov onun ********** mobil telefon nömrәsinә zәng etmişdir. Halbuki, Zәrәrçәkmiş şәxs isә guya ********** mobil nömrәsinә zәng etdiyini dә qeyd etmişdir. Lakin o, son 10 ildir hәmin nömrәni ümumiyyәtlә işlәtmәmişdir. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ifadәsinә әlavә olaraq göstәrdi ki, o, Zәrәrçәkmiş şәxs mobil telefon nömrәsini vermәmiş, sonuncuya zәng etmәmişdir. Zәrәrçәkmiş şәxs özü ona iki dәfә ********** mobil nömrәsinә zәng etmişdir. Hәmin dövrdә o, ********** mobil telefon nömrәsindәn istifadә etmişdir. O, ********** mobil telefon nömrәsini 2003-cü ilin sentyabrın sonları almış vә 10 ildir istifadә etmәmişdir. Hәmin nömrәni tulladığından ümumiyyәtlә belә bir mobil nömrәsi olması yadından çıxmışdır. Nicatla evә baxış keçirәndә ev sahibinin dayısı Əhmәd, Sәbuhi, o vә Mәhәmmәd iştirak etmişdir. Hәmin vaxt danışıqları әsas Sәbuhi aparmışdır. Hәmin vaxt Nicat ona kömәklik göstәrmәyini, evin qiymәtini 70 000 manata endirmәyini istәmişdir. Onu saxlayan polis әmәkdaşları mülki geyimdә olmuş vә özlәrini ona tәqdim etmәmişlәr. Hәmçinin onlar birbirilәrinә “Seyid” deyәrәk müraciәt etmişlәr. Polis әmәkdaşları onu ## ### 2025-ci il tarixdә, saat 12:10-da saxlamış, lakin polis idarәsinә hәmin gün saat 20:00-da aparılmışdır. Polis idarәsindә tәxminәn 30-40 dәqiqә rәis müavinin yanında gözlәmişdir. Daha sonra müstәntiqin yanına aparılmış, saat 00:50-dә müvәqqәti saxlama yerinә tәhvil verilmişdir. Onu müstәntiqin yanına aparanda sonuncunun stolunun üstündә artıq hazırlanmış 20-30 vәrәqdәn dә daha çox sәnәd olmuşdur. Hesab edir ki, onun saxlanılaraq daha gec müddәtdә polis idarәsinә gәtirilmәyinә sәbәb hәmin sәnәdlәrin hazırlanması olmuşdur. Hesab edir ki, onun tutulmağına vә hәbs olunmağına sәbәb siyasi fәaliyyәtlә mәşğul olmağı, AXCP siyasi partiyasının üzvü olmağı, hәmin partiyanın sәdri Əli Kәrimlinin yanında olmağıdır. O, 10 ildir makler kimi fәaliyyәt göstәrmiş vә hәr hansı şәxsin bir manat pulunu belә mәnimsәmәmişdir. Hәtta Nicat onları yemәk yemәyә dәvәt edәndә, o, Nicatın daha çox mәblәğdә hesab vermәmәsi üçün tanıdığı Bakı şәhәri Nәsimi rayonu 3-cü mikrorayon әrazisindә yerlәşәn kafelәrdәn birinә aparmışdır. O, saxlanılma şәraiti ilә bağlı hәr hansı quruma şikayәt etmәmiş, müstәntiqә bildirmәmişdir. O, әvvәllәr hәbs olunmamış, polis orqanlarında olmamışdır. Onun Sәbuhi vә digәrlәri ilә hәr hansı әdavәti olmamışdır. O, Sәbuhigilin ofisindә hәr hansı sәnәdә әlini vurmamışdır. Zәrәrçәkmiş şәxs ifadәsindә qeyd etdiklәri tamamilә yalandır. O, Zәrәrçәkmiş şәxs hәr hansı mobil telefon nömrәsini vermәmişdir. Firudin Hәsәnovla evә baxanda Əhmәdlә evin qiymәtini aşağı endirilmәsi ilә bağlı danışıqlar aparan Sәbuhi olmuşdur. O, Nicata mobil telefon nömrәsini vermәmiş, Sәbuhidә ********** saylı mobil telefon nömrәsi olmuşdur. Nicatla beh mәsәlәsindәn әvvәl iki dәfә danışmışdır. ***-***-**-** saylı mobil nömrәsi 10 ildir işlәmir. O, ***-***-**-** saylı mobil nömrәni 2003-cü ilin sentyabr ayının axırı vә ya oktyabr ayının әvvәli almış, 10 ilә yaxın işlәtmiş vә daha sonra işlәtmәmişdir. 055- ***-**-** saylı mobil telefon nömrәsini o, işlәtmәmiş vә hәmçinin hәmin nömrәni o, vatsap mobil tәtbiqindә qeydiyyatdan keçirmәmişdir. Nicat Samirlә ofisә gәlәndә Samiri qazi olan qayını kimi tәqdim etmişdi. O, Samirin sәsini belә eşitmәmişdir. Onun sәsini ilk dәfә polis orqanında eşitmişdir. Samirin onlarla evә baxmağa gәlib-gәlmәdiyini xatırlamır. Evә baxmağa Nicatın avtomobili ilә gedәrkәn avtomobildә o, Nicat vә Sәbuhi olmuşdur. Lakin dördüncü şәxsin olub-olmadığını xatırlamır. Ola bilәr ki, dördüncü şәxs dә olmuşdur. ********** saylı mobil nömrә ona mәxsusdur. ********** saylı nömrә isә ona mәxsus deyildir. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs mәhkәmәyәdәk icraat zamanı eyni zamanda mәhkәmә icraatı zamanı da onun hüquqlarını müqavilә әsasında müdafiә etmiş müdafiәçisinin iştirakı ilә verdiyi ifadәlәri elan edilәrәk tәdqiq edilmişdir. O hәmin ifadәlәrindә göstәrmişdir ki, hәr hansı cinayәt әmәli törәtmәmişdir. ünvan 2 qeydiyyatda olmaqla hәmin ünvanda yaşamış, әvvәllәr mәhkum olunmamışdır. Tutulana qәdәr tәxminәn 12 ilә yaxın daşınmaz әmlakın alqısatqısı fәaliyyәti ilә mәşğul olmuşdur. Hәmin fәaliyyәtlә müstәqil olaraq mәşğul olmuş, hәr hansı daşınmaz әmlakın alqı-satqısı ofisindә fәaliyyәt göstәrmәmişdir. Bәzәn tanışı Rәşad Əliyevin icarәyә götürüb daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduğu Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn ofisә gedib-gәlmişdir. Hәmin fәaliyyәtlә mәşğul olduğu dövrdә heç kimlә aralarında hәr hansı bir narazılıq, problem olmamışdır. Heç kimә qarşı dәlәduzluq etmәmiş, heç kimin pulunu әlә keçirmәmişdir. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunu tanışı Rәşad Əliyevin icarәyә götürüb daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduğu Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn ofisdә görmüş, әvvәllәr Zәrәrçәkmiş şәxs tanımamış vә aralarında heç bir münasibәt, elәcә dә әdavәt vә narazılıqları olmamışdır. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun onun barәsindә dediklәrinin hamısı yalan, böhtan vә şәrdir. Belә ki, 2025-ci ilin may ayının әvvәllәrindә o, Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn Sәbuhi vә onun qohumu adlı şәxsin icarәyә götürәrәk daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduğu qeyriyaşayış sahәsindә olarkәn Zәrәrçәkmiş şәxs hәmin ofisә daxil olaraq bildirmişdir ki, nәnәsinә mәxsus olan ev Bakı şәhәri Yasamal rayonu әrazisindә yerlәşәn “Sovetski” adlanan әrazidә plana düşüb vә ona hәmin puldan pay düşüb, o da Bakı şәhәri Yasamal rayonu әrazisindә 80000-90000 manat dәyәrindә 3 otaqlı, birmәrtәbәli fәrdi yaşayış evi almaq istәyir. O hәmin vaxt qeyd etdiyi ofisdә dostu Sәbuhi ilә birlikdә olmuşdur. Zәrәrçәkmiş şәxs sualı ümumi verdiyi üçün o, Zәrәrçәkmiş şәxs Bakı şәhәri Yasamal rayonu әrazisindә istәdiyi dәyәrdә fәrdi yaşayış evi tapmasında kömәklik edә bilәcәyini demiş vә Nicat da razılaşmışdır. Nicat hәm onun, hәm dә Sәbuhinin mobil telefon nömrәsini götürmüş, öz mobil nömrәsini dә ona vә ya Sәbuhiyә verib-vermәdiyini xatırlamır. Sәhv etmirsә, Nicat adlı şәxs 1 vә ya 2 gün sonra onun istifadәsindә olan ***-***-**-** saylı mobil nömrәyә zәng edәrәk, bir neçә gün әvvәl fәrdi yaşayış evi almaq istәyәn şәxs olduğunu deyib, ona dediyi dәyәrdә fәrdi yaşayış evi tapıbtapmadığını soruşmuşdur. O da Nicata bir ev olduğunu vә ona göstәrә bilәcәyini demişdir. Elә hәmin gün Nicat adlı şәxs idarә etdiyi ağ rәngli “Chevrolet” markalı, dövlәt qeydiyyat nişanını bilmәdiyi avtomobillә Elmlәr Akademiyası metrostansiyasının yanına gәlmiş vә onunla görüşmüşdür. Dostu Sәbuhi dә onun yanında olmuşdur. Hәmin günün dәqiq tarixini xatırlamır. Belә ki, o vә Sәbuhi Nicat adlı şәxsin idarә etdiyi hәmin avtomobillә İnşaatçılar metrostansiyasının yaxınlığına gedәrәk, orada adını xatırlamadığı maklerlә görüşüb * saylı “Asan” xidmәt mәrkәzinin arxasında ünvanını dәqiq bilmәdiyi fәrdi yaşayış evini göstәrmişlәr. İnşaatçılar metrostansiyasının yanında görüşdüklәri makler hәmin evi ona dediyi üçün onunla birlikdә getmişlәr. Nicat adlı şәxs tәmirsiz olduğuna görә ona göstәrdiklәri hәmin fәrdi yaşayış evini bәyәnmәmişdir. Bundan bir neçә gün sonra o, başqa bir fәrdi yaşayış evi ilә maraqlanmış, hәmin evin dә ünvanını dәqiq xatırlamır. Lakin hәmin evin Bakı şәhәri Yasamal rayonu A.M.Şәrifzadә küçәsindә yerlәşәn şәhәr telefon şәbәkәsinin (Ats) inzibati binasının arxasında olan küçәlәrdәn birindә olduğunu xatırlayır. Bunu ona Mәhәmmәd adlı makler demişdir. Belә ki, Nicat adlı şәxslә yenә dә Elmlәr Akademiyası metrostansiyasının yanında görüşmüşlәr. Nicat idarә etdiyi hәmin avtomobillә gәlmiş, Sәbuhi vә onu avtomobili ilә Bakı şәhәri Yasamal rayonu A.M.Şәrifzadә küçәsinә aparmış, hәmin küçәdә ünvanlardan birindә Mәhәmmәd kimi tanıdığı maklerlә görüşmüşlәr. Çünki Mәhәmmәd adlı makler ona hәmin evin satışa çıxarıldığını demişdir. Belә ki, onlar Mәhәmmәd adlı şәxsin göstәrdiyi istiqamәtlә getmiş vә Mәhәmmәd Bakı şәhәri Yasamal rayonu A.M.Şәrifzadә küçәsindә yerlәşәn şәhәr telefon şәbәkәsinin (Ats) inzibati binasının arxasında olan küçәlәrdәn birindә olan fәrdi yaşayış evlәrinin birinin qarşısında Nicata avtomobili saxlamasını bildirmişdir. Onlar avtomobildәn düşmüş vә Nicat adlı şәxs fәrdi yaşayış evinә baxdıqdan sonra bәyәndiyini bildirmişdir. Evin sahibi evdә olmadığından sahibinin adını bilmәdiyi dayısı gәlmiş vә fәrdi yaşayış evinin 75000 manata satışa çıxarıldığını bildirmişdir. Nicat adlı şәxs dә evi bir qәdәr aşağı qiymәtә satmasını xahiş etdiyi üçün hәmin şәxs evin sahibinә zәng etmiş vә bu barәdә dedikdә, evin sahibi evi minimum 72000 manata satacağını bildirmişdir. Bundan sonra, onların da tәkidlәri nәticәsindә evin sahibi ilә evi 70000 manata almaqda razılaşmışlar. Nicat adlı şәxs idarә etdiyi avtomobillә onları müxtәlif ünvanlara aparmış vә onlar öz işlәrinin arxasınca getmişlәr. Hәmin gün bir neçә saatdan sonra Nicat adlı şәxs Sәbuhi ilә onun daşınmaz әmlakın alqısatqısı fәaliyyәti göstәrdiyi Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn ofisindә görüşüb, Sәbuhiyә evin sahibinә vermәsi üçün beh kimi 1000 manat pul vermiş, Sәbuhi dә pulu aldıqdan sonra ona zәng edib bu barәdә bildirmiş vә demişdir ki, pulu evin sahibi ilә danışaraq, ev sahibinin kart hesabına göndәrmişdir. Sәbuhi pulun göndәrilmәsi barәdә qәbzi hәm ona, hәm dә Nicat adlı şәxsә göndәrmişdir. Sәhv etmirsә, Nicat adlı şәxs 2 gün sonra Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisinә gәlmiş, hәmin vaxt o, Sәbuhi, onun qohumu Rәşad, Sәbuhinin adını xatırlamadığı daha bir nәfәr qohumu ilә birlikdә olmuşdur. Nicat adlı şәxs ona ev tapdıqları üçün sevindiyini bildirib, onları yemәk stoluna dәvәt etmişdir. İlk öncә onlar razılaşmasalar da Nicat adlı şәxsin xahişi vә tәkidi ilә onunla yemәk yemәyә getmәyә razılaşmışlar. Belә ki, o, Nicat adlı şәxs vә adlarını qeyd etdiyi şәxslәrlә birlikdә Bakı şәhәri Nәsimi rayonu 3-cü mikrorayon әrazisindә yerlәşәn bazarın arxa tәrәfindә olan kafelәrdәn birinә gedib yemәk yemişlәr. Tәxminәn 2 saata yaxın kafedә oturduqdan sonra ayrılmışlar. Tutulmamışdan tәxminәn 3-4 gün әvvәl saat 16 radәlәrindә o, Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn daşınmaz әmlakın alqısatqısı ofisindә Sәbuhi ilә olan zaman Nicat adlı şәxs qaynı kimi tәqdim etdiyi şәxslә ofisә gәlmiş vә karton qutuda gәtirdiyi әtiri ona verib hәdiyyә etmәk istәdiyini bildirmiş, Sәbuhiyә dә siqaret yığmaq üçün dәmir qutu vermişdir. O, Nicata belә hәdiyyәnin lazım olmadığını dedikdә, Nicat adlı şәxs hәdiyyәsini qәbul etmәsini xahiş etmiş, o da Nicatın xahişlәri nәticәsindә gәtirdiyi әtiri qәbul etmişdir. Sәbuhi isә ona aldığı hәdiyyәsini nazik siqaret çәkdiyi üçün Nicata qaytarmışdır. Çünki Nicat adlı şәxsin gәtirdiyi siqaret qutusu qalın siqaretlәr üçün nәzәrdә tutulmuşdur. ## ### 2025-ci il tarixdә adını bilmәdiyi hәmin evin sahibi Sәbuhi adlı şәxslә danışaraq 21 vә ya ## ### 2025-ci il tarixdә hansı saatda görüşә bilәcәklәrini soruşmuşdur. Çünki Nicat adlı şәxs hәmin tarixlәrdә evi alqı-satqı edә bilәcәyini demişdir. Sәbuhi dә Nicat adlı şәxsә zәng etsә dә onunla әlaqә saxlaya bilmәmiş, Nicat adlı şәxsin mobil telefon nömrәsinә zәng çatmamışdır. Bundan sonra da o, Nicat adlı şәxsi görmәmiş vә onunla әlaqә saxlamamışdır. Belә ki, Zәrәrçәkmiş şәxs onun barәsindә qeyd etdiklәri yalandır. O, Zәrәrçәkmiş şәxs 71400 manat pul almamışdır. Zәrәrçәkmiş şәxs fәrdi yaşayış evinә görә evin sahibinә Sәbuhinin vasitәsilә 1000 manat pul göndәrmiş, әlavә olaraq da ona 70400 manat pul vermәmişdir. ***-***-**-** saylı mobil nömrәni Nicat Abbasovla tanış olmamışdan çox müddәt әvvәl işlәtmәmiş vә hәmin nömrәni onunla әlaqә saxlaması üçün Zәrәrçәkmiş şәxs vermәmişdir. O, Zәrәrçәkmiş şәxs özünә mәxsus ***-***-**-** saylı nömrәni deyәrәk, hәmin nömrә vasitәsilә onunla әlaqә saxlamasını demiş vә Zәrәrçәkmiş şәxs hәmin nömrә ilә әlaqә saxlamışdır. Lakin Zәrәrçәkmiş şәxs onun ***-***-**-** saylı nömrәsinә mesajları yazmasını indi bilir. Görünür ki, Zәrәrçәkmiş şәxs ona şәr atmaq üçün hәr iki nömrәyә guya onun özündәn pul alaraq aldatması vә sonra da ondan pulunu tәlәb etmәsi mәzmununda mesajlar göndәrmişdir. O, Zәrәrçәkmiş şәxs vә qeyrisinә qarşı dәlәduzluq etmәdiyi vә saxta sәnәdlәr hazırlayıb hәmin sәnәdlәrdәn istifadә etmәdiyi üçün özünü Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 178.3.2, 320.1 vә 320.2-ci maddәlәrindә nәzәrdә tutulan ittiham üzrә tәqsirli bilmir. Birinci instansiya mәhkәmәsindә mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri elan edilәrәk tәdqiq edildikdәn sonra verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ifadәsinә әlavә olaraq göstәrmişdir ki, ## ### 2025-ci il tarixdә, saat 12:10-da tutulmuş, saat 20:00-da isә polis idarәsinә daxil olmuşdur. Nicat ona hörmәt olaraq “Əmi” deyә müraciәt etmişdir. Onu saat 12:10-da polislәr saxlayarkәn mobil telefonunu alıb avtomobilin qapısının cibliyinә qoymuşlar. Ona saat 20:00-adәk çoxsaylı zәng vә mesaj gәlmişdir. Onun mobil telefonu şifrәdә olmuşdur. Saxlanıldığı gün saat 12:57-dә mobil telefonu onda olmamışdır. O, mobil telefonunun kodunu kimәsә vermәmişdir. Sәbuhi 18-## ### 2025-ci il tarixdә Nicata zәng çatmadığını, әlaqә saxlaya bilmәdiyini bildirmişdir. O, Nicata heç vaxt zәng etmәmişdir. O, Nicata iki dәfә adi zәnglә zәng etmişdir. Onun avtomobili yoxdur. O, ibtidai istintaq zamanı cinayәt işi materialları ilә tanış olarkәn anten mәlumatları olmamışdır. Eldar İsmayılovu tanıyır. Belә ki, 2003-cü ilin sentyabr ayının axırı vә ya oktyabr ayının әvvәllәrindә üstündә sәnәdi olmadığından Eldar İsmayılovun adına mobil telefon nömrәsi alıb istifadә etmişdir. Hәmin nömrәni 7-8 il istifadә etdikdәn sonra istifadә etmәmişdir. Sәmәd Cәfәrov qohumudur. O, üzәrindә şәxsiyyәtini tәsdiq edәn sәnәd gәzdirmәdiyindәn istifadәsindә olmuş mobil telefon nömrәlәrini öz adına almamışdır. İsmayıllı rayonu Basqal kәndindә olan vә üzәrinә hәbs qoyulmuş torpaqlar atasına mәxsus olmuşdur. ********** saylı mobil telefon nömrәsinin kimә mәxsus olduğunu bilmir. O, ittihamda qeyd olunan evin sәnәdlәrini görmәmiş, hansısa sәnәdә әlini vurmamışdır. O, hәqiqi hәrbi xidmәtdә olarkәn hәrbi hissәdәn atasına tәhvil verib evә göndәrilmiş vә daha sonra hәrbi xidmәtdәn yayındığı bildirilmişdir. Lakin, o hәmin iş üzrә hәbs olunmamış, sonradan amnistiya tәtbiq olunmuş vә hәrbi xidmәtә qaytarılmamışdır. O, Nicatı ilk dәfә ofisә gәlәndә görmüş, ## ### 2025-ci il tarixdә Nicatla ev barәdә danışmışlar. Daşınmaz әmlakın alqı-satqı ofisinin “xxxx” şirkәtinin yaxınlığında olub olmadığını bilmir. Nicat parfümeriya mağazalarında istifadә olunan kiçik sellefonda әtir vә siqaret qabı gәtirmişdi. Hәmin vaxtı Nicatın әlindә başqa paket yox idi. Nicat hәmin hәdiyyәlәri mәhkәmәdә tәdqiq edilmiş müşahidә kamerasında әlindә görünәn sellofanda gәtirmәmişdi. Nicat beh verәndәn sonra onun ev almaqla bağlı fikrinin ciddi olduğunu düşünüb Nicata inanmışdır. Nicat beh vermәmişdәn әvvәl onun evi almaq istәdiyini demişdi. Sonda Tәqsirlәndirilәn şәxs hәr hansı cinayәt әmәli törәtmәdiyini, zәrәrçәkmiş şәxsin ona böhtan ataraq şәrlәdiyini vә siyasi fәaliyyәtinә görә hәbs olunduğunu bildirәrәk mәhkәmәdәn ona bәrәat verilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs qismindә dindirilmiş Zәrәrçәkmiş şәxs mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, qeydiyyatda olduğu ünvan 7 ünvanında yerlәşәn fәrdi yaşayış evi tәxminәn iki il әvvәl plana düşdüyündәn sökülmüş vә buna görә kompensasiya qismindә pul vәsaiti ödәnilmişdir. Hәmin vaxtdan etibarәn 90000 manat pulu olmuş, sonrakı müddәtdә o özünün vә ailәsinin yaşaması üçün münasib qiymәtә ev axtarmağa başlamış, lakin hәmin pul vәsaiti dәyәrindә özünә münasib ev tapa bilmәmişdir. Buna görә dә, bir müddәt әlavә pul yığıb pulunun üstünü düzәltmәk istәmiş, amma әlavә pul düzәltmәk әvәzinә, әlindәki pulun bir qismini xәrclәdiyindәn vә evlәrin qiymәti günü-gündәn qalxdığı üçün әlindә olan pula ev alıb kirayә qaldığı evdәn çıxmaq qәrarına gәlmişdir. 2025-ci ilin may ayının әvvәlindә uşaqlıqdan böyüyüb boya-başa çatdığı vә ona doğma olan Bakı şәhәri Yasamal rayonu әrazisindә ailәsi ilә birlikdә yaşamaq üçün münasib qiymәtә ev almaq axtarışına başlamışdır. Hәmin vaxt müxtәlif şәxslәrә vә ofislәrә müraciәt etsә dә müsbәt nәticә әldә edә bilmәmiş, bundan sonra Bakı şәhәri Yasamal rayonu әrazisindә olan “Musabәyov” parkına qalxan yolun sağ tәrәfindә Bakı şәhәri Ədbürrәhim Bәy Haqverdiyev küçәsindә yerlәşәn “Mothercare” adlı uşaq geyim mağazası ilә üzbәüzdә olan vә әvvәlcәdәn tanımadığı daşınmaz әmlakların alqı-satıqısı fәaliyәti ilә mәşğul olan ofisә yaxınlaşmışdır. Hәmin vaxt bu ofisin sahibi Novruz adlı şәxslә tanış olmuşdur. Onun yanında Sәbuhi adlı şәxs dә olmuşdur. Hәmin daşınmaz әmlak ofisinә Novruzun rәhbәrlik etdiyini öyrәnmişdir. Novruza uşaq yaşlarından Yasamal rayonu әrazisindә yaşadığı üçün şәhәrin hәmin әrazilәrini yaxşı tanıdığını, ona doğma olduğunu, özünә hәmin әrazilәrdәn münasib qiymәtә yәni, 70000-80000 manat dәyәrindә ev almaq istәdiyini bildirmişdir. O hәmin mәblәğә çıxarışlı bina evi almaq mümkün olmadığını bildiyi üçün Novruza kiçik, lakin orta tәmirli fәrdi yaşayış evi almaq istәdiyini demişdir. Novruz onu mehriban şәkildә qarşılayıb hәmin әrazidә evlәrin alqı-satqı sahәsindә uzun müddәtdir fәaliyyәt göstәrdiyini, bu sahәdә yaxşı tәcrübәyә malik olduğunu, әlindә münasib qiymәtә hәmişә ucuz evlәr olduğunu vә hәmin evlәrdәn birini onun üçün rahatlıqla tәşkil edә bilәcәyini bildirmişdir. Hәmin vaxt o, Novruza alacağı evin sәnәdlәrinin qaydasında olmasını, yәni mülkiyyәtә dair çıxarışın olmasını vә sәnәdlәri ilә bağlı gәlәcәkdә dә hәr hansı bir problem yaşamaq istәmәdiyini bildirmişdir. Novruz ona özünü dürüst, sözündә bütöv adam kimi tәqdim etmiş vә qәtiyyәn heç nәdәn narahat olmamağını, ona istәdiyi kimi çıxarışlı ev tapacağını, hazırda әlindә belә evlәrin olduğunu, belә evi ona tәklif edәn kimi bu fürsәtdәn istifadә edib hәmin evi almağı üçün tәlәsmәsini demişdir. O, uzun müddәtdir özünә ev tapa bilmәdiyi üçün Novruzun bu sözlәrinә çox sevinmiş vә onunla razılaşmışdır. Hәmin görüş zamanı Novruz ona әlaqә saxlamaq üçün Sәbuhinin ***-***-**-** saylı mobil telefon nömrәsini vermiş, o da öz istifadәsindә olan nömrәlәrini Novruza vermişdir. Novruz başqa işlәri ilә bağlı çox vaxt mәşğul olduğunu, telefonlara çox cavab verә bilmәdiyindәn, onun Sәbuhi ilә әlaqә saxlamasını tapşırmış, o da buna etiraz etmәmişdir. Hәmin vaxt Novruzun öz mobil telefon nömrәsini nә üçün ona vermәdiyinә o qәdәr dә fikir vermәmişdir. Hәmin görüşdәn iki-üç gün sonra Sәbuhi onunla telefon әlaqәsi saxlayaraq, Novruzun ona istәdiyi kimi iki ev tapdığını vә hәmin evlәri ona göstәrmәk istәdiyini demişdir. Belәliklә, o, # ### 2025-ci il tarixdә Novruzun ofisinә gedib sonuncu ilә görüşmüş, hәmin vaxt Sәbuhi dә Novruzun yanında olmuşdur. Novruz ona istәyinә uyğun iki ev tapdığını demәklә, onunla birlikdә gedib hәmin evlәrә baxmasını tәklif etmiş, o da Novruzla razılaşmışdır. Novruz onun idarә etdiyi “Chevrolet Cruise” markalı, **-QH-*** dövlәt qeydiyyat nişanlı avtombilә әylәşmiş, hәmin vaxt Sәbuhi dә Novruzun yanında olduğundan onunla birlikdә avtomobilinә әylәşmiş vә birlikdә yola düşmüşlәr. Onlar yolüstü adını bilmәdiyi, Novruzun demәsinә görә maklerlik fәaliyyәti ilә mәşğul olan, yaşlı bir kişini dә özlәri ilә götürmüşlәr. Novruzun yönlәndirmәsi ilә Yasamal rayonu әrazisindә “Safsu” sudoldurma mәntәqәsinin yaxınlığında birinci fәrdi yaşayış evinә, daha sonra Yasamal rayonu әrazisindә yerlәşәn “* saylı Asan Xidmәt”in arxasındakı küçәdә yerlәşәn ikinci fәrdi yaşayış evinә baxmışlar. Hәmin evlәrin heç birindә ev sahiblәri olmamış, evlәrin açarları Novruzun özündә olmuş vә onun tәqdim etmәsi ilә o hәmin evlәrә baxmışdır. Birinci evin onun istәdiyi kimi çıxarışı olsa da tamamilә şәraitsiz olduğu üçün hәmin evi ümumiyyәtlә bәyәnmәmişdir. İkinci ev isә bir sot torpaq sahәsindә yerlәşmiş vә çox köhnә, yaşamağa yararsız tikilidәn ibarәt olmuşdur. Hәmin evә baxan zaman Novruz ona hәmin evin artıq plana düşdüyünü, hәmin evi alacağı tәqdirdә, onun yaxınları olan “Vәtәn Müharibәsi” qazilәrinin kömәkliyi ilә 20000 manat pul müqabilindә tikilinin ikinci mәrtәbәsinin tikintisinә dövlәt orqanlarından qeyri-rәsmi icazә alaraq hәmin hissәsinin tikintisini hәyata keçirә bilәcәyini, bir müddәt birinci mәrtәbәnin kirayәsindәn, daha sonra isә ikinci mәrtәbәnin hesabına böyük sahәsi yaranacağını vә evin sökülmәsinә görә yüksәk mәblәğdә kompensasiya mәblәği ala bilәcәyini bildirmişdir. O isә qazilәrin guya özlәrinki kimi tәqdim edib “imtiyazlar”ından sui-istifadә edәrәk hәmin tikintinin ikinci mәrtәbәsinin qanunsuz olaraq tikilmәsinin düzgün fikir olmadığını bildirmiş, bununla yanaşı, mövcud olan birinci mәrtәbә yaşamağa yararsız olduğu üçün hәmin evi dә almaqdan imtina etmişdir. Belәliklә, bu görüşlәri zamanı Novruzun ona tәklif etdiyi iki evdәn heç birini almaq istәmәdiyini bildirmişdir. Hәmin vaxt Novruz ona çox da etiraz etmәyib onunla razılaşmış, sәbrli olmasını, ona qısa müddәtә istәdiyi kimi ev tapacağını bildirmişdir. O hәmin vaxt Novruzun onun gәnc ailәsi ilә kirayәdә qalması vә maddi imkanı yaxşı olmadığı üçün hәqiqәtәn dә ona bir insan kimi, sәmimi olaraq kömәklik etmәk istәdiyini düşünmüşdür. Novruz görüşün sonunda ona bu sahәdә peşәkar olduğundan onun hansı formada ev istәdiyini artıq dәqiq bildiyini vә tezliklә ona istәdiyi formada ev tәşkil edәrәk onu sevindirәcәyini bildirmişdir. ## ### 2025-ci il tarixdә Sәbuhi yenidәn onunla telefon әlaqәsi saxlayaraq Novruzun ona yaxşı bir ev tapdığını, hәmin evi ona göstәrmәk istәdiyini bildirmişdir. O, yenә dә idarә etdiyi avtomobillә Novruzun ofisinә getmiş vә orada Novruzla görüşmüşdür. Hәmin vaxt Sәbuhi dә Novruzun yanında olmuşdur. Novruz ona tәklif edәcәyi sonuncu evin tez-tez әlә düşmәdiyini, hәmin evin ona çox yaxın olan şәxsә mәxsus olduğunu vә demәk olar ki elә öz evi olduğunu bildirmişdir. Hәmin vaxt Novruz ona evin şәkillәrini göstәrmiş vә o, ilkin olaraq şәkillәrә baxıb evi bәyәnmiş, Novruz da ona düzgün fikirdә olduğunu demişdir. O hәmin evin sәnәdi ilә maraqlanan zaman Novruz Daşınmaz Əmlak Komitәsindә yaxın tanışları olduğunu, evin çıxarış mәsәlәsini dә şәxsәn özü hәll etdiyini, sәnәdlәrin artıq hazır olmaq üzrә olduğunu, belә işlәri birinci dәfә hәll etmәdiyini, dәfәlәrlә bu cür işlәri yaxın әlaqәlәri vasitәsilә rahatlıqla hәll etdiyini, hәmin evin sәnәdlәri vә alqı-satqısı ilә bağlı heç bir problem olmayacağına şәxsәn özü cavabdeh olduğunu bildirmişdir. Novruz hәtta ona mәnzilin pulunu tam ödәyәndәn sonra daha artıq müddәt kirayәdә qalmaması üçün alqı-satqı olmamış evi ona tәhvil verәcәyini, onun da köçüb hәmin evdә yaşaya bilәcәyini tәklif etmişdir. Evin qiymәti ilә bağlı Novruz ona bildirmişdir ki, hәmin ev 75000 manata satışa çıxarılıb, amma o hәmin evi 72000 manata ona satacaq. O da Novruzdan hәmin evin 70000 manata satılmasını tәşkil etmәsini xahiş etmişdir. Novruz isә hәmin evin 70000 manata ona satılmasını tәşkil etmәsini çalışacağını, lakin belә olan halda evin әldәn çıxmaması üçün onun hәmin pul vәsaitini tәcili olaraq Novruza ödәmәli olduğunu bildirmişdir. O da pulunun hazır olduğunu, evi almağa dair razılaşacağı tәqdirdә hәmin vәsaiti dәrhal Novruza verәcәyini bildirmişdir. Novruzla olan bu danışıqlarından sonra o, idarә etdiyi avtomobillә Novruz vә Sәbuhi ilә birlikdә Novruzun izah etmәsi ilә ünvan 9 ünvanına getmişlәr. Hәmin evdә onları Mәhәmmәd adlı makler vә Novruzun tәqdim etmәsinә görә evin rәsmi sahibi olan Gülcәnnәt adlı qadının adını bilmәdiyi qardaşı qarşılamışdır. Novruz ona hәmin evi özü göstәrmiş, ev 62 kvadrat metr torpaq sahәsindә yerlәşmiş, üç otaq, bir mәtbәx, bir hamam otağı vә bir koridordan ibarәt olmaqla, orta tәmirli olmuşdur. O, evә baxıb Novruza evi bәyәndiyini bildirmişdir. Ümumiyyәtlә, hәmin vaxtı Novruz özünü ev sahibi kimi aparmış, ona da bildirmişdir ki, elә hesab etsin ki, elә bu ev onun özünündür. O hәmin vaxt Novruzdan icazә alıb evin ümumi görünüşünü vә otaqlarını videoya çәkmiş, hәmin vaxtı da Novruz ona evin otaqlarını göstәrmişdir. Bundan sonra Novruz Gülcәnnәt adlı şәxsin qardaşı ilә bir qәdәr danışıb hәmin evin ona 70000 manata satılmasını razılaşdırdığını bildirmişdir. Novruz ona hәmçinin, әlavә olaraq әvvәldәn danışdıqları kimi hәmin mәblәğin 2 faiz hissәsi yәni, 1400 manat pulu xidmәt haqqı kimi ona verәcәyini dә demişdir. O da Novruza tәşәkkür edib, evin çıxarış sәnәdinin qısa vaxtda hazır etmәsini xahiş etmişdir. Hәmçinin, Novruzdan yenә dә yaxınları ilә mәslәhәt edib düşünmәsi üçün bir-iki gün vaxt vermәsini istәmişdir. Novruz isә ona lüzumsuz yerә vaxt itirdiyini, bu fürsәti qaçırmaması üçün tәlәsmәli olduğunu bildirmişdir. Ümumiyyәtlә, Novruz әksәr vaxtlarda ona dediyi sözlәri onu bir qәdәr kәnara çәkib tәklikdә demiş vә ona işin alınması üçün bu mәsәlәlәri yalnız onun özü ilә müzakirә etmәsini, bu işә cavabdeh kimi yalnız onu tanımasını, sözünü dә onun özünә demәsini, işin alınması üçün bu mәsәlәlәrin belә olmasının mәslәhәt olduğunu deyәrәk tapşırmışdır. Buna görә dә, o da bütün bu mәsәlәlәri Novruzla danışmış, Novruz şәrait yaratmadığı üçün vә işin pozulacağından ehtiyat etdiyindәn nә ev sahibinin qohumu, nә dә ki, orada olan digәr şәxslәrlә dәqiqlәşdirmә aparmayıb, evә dair çox mәlumat almamışdır. Çünki, Novruz özü ona belә tapşırmışdır. O, evә baxdıqdan sonra idarә etdiyi avtomobillә Novruz vә Sәbuhini ofisә gәtirmişdir. Hәmin vaxt Novruz ona tapdığı bu cür möhtәşәm evә görә qonaqlıq etmәk lazım olduğunu bildirmişdir. O da Novruzla razılaşmışdır. O, baxdığı sonuncu evin hazırda mövcud olan sәnәdlәrini Novruzdan istәdiyindәn hәmin günü Sәbuhi “Whatsapp” mobil tәtbiqi vasitәsilә ona hәmin evә dair eskiz layihә vә mәnzil-kommunal tәsәrrüfat birliyinin arayışının fotoşәkilini göndәrmişdir. Novruz ona artıq hәmin evin çıxarışı ilә bağlı bütün sәnәdlәşmәni etdiyini, tezliklә evin çıxarışnını da hazır olacağını bildirmişdir. Artıq bir neçә gün әrzindә Novruzla sәmimi münasibәti alındığından danışdığı kimi evә baxdığı gün o, Novruz, Sәbuhi vә hәmin şәxslәrlә gәlәn digәr üç nәfәr şәxslә birlikdә Nәsimi rayonu әrazisindә yerlәşәn 3- cü mikrorayon bazarının içәrisindә olan kafedә oturub yeyib-içmişlәr. Bu vaxt Novruzla arasında olan sәmiyyәtlәri daha da artmışdır. Hәmin vaxt Novruz özü ona 055-409-06-96, ***-***-**-** saylı mobil telefon nömrәlәrini vermiş, nә vaxt istәsә әlaqә saxlaya bilәcәyini bildirmişdir. Mәclis yekunlaşandan sonra hәr biri oradan ayrılıb işlәrinin arxası ilә getmişlәr. Bundan sonrakı müddәtdә yәni, 12-## ### 2025-ci il tarixlәrdә Novruz dәfәlәrlә onunla әlaqә saxlayaraq evlә bağlı behi qısa müddәtә vermәsini tәkidlә ona bildirmiş, bu әlverişli fürsәti qaçırmamasını ona tapşırmışdır. O da bir qәdәr düşündükdәn sonra artıq hәmin evi almağı özündә qәrarlaşdırmışdır. ## ### 2025-ci il tarixdә Novruzla telefonla danışan zaman evә görә 1000 manat beh vermәk istәdiyini bildirib, hәmin pulu ev sahibinә necә çatdıra bilәcәyini soruşmuşdur. Novruz bir daha hәmin evlә bağlı bütün sәlahiyyәtlәrin onda olduğunu, bütünlükdә sәnәdlәşmәni vә evin satışı ilә bağlı mәsәlәlәri özünün hәll edәcәyini deyәrәk, onu tam arxayın etmiş vә beh olaraq verәcәyi hәmin pulu ofisә yaxınlaşıb Sәbuhiyә vermәsini tapşırmışdır. O da hәmin gün Novruzun ofisinә yaxınlaşıb 1000 manat pulu nağd şәkildә Sәbuhiyә vermiş vә bu barәdә Novruzu da telefon vasitәsilә mәlumatlandırmışdır. Novruz ona narahat olmamasını, bir qәdәr sonra hәmin pulun ev sahibinә ödәnilmәsi ilә bağlı qәbzin şәklini onun mobil telefonuna göndәrәcәyini bildirmişdir. Bundan bir qәdәr sonra Sәbuhi 1000 manat pulun ödәmә terminalı vasitәsilә tanımadığı şәxsin bank kartına mәdaxil edilmәsi ilә bağlı qәbzin fotoşәkilini vә ev sahibi kimi tәqdim etdiklәri şәxsin sәsini ona göndәrmişdir. Hәmin sәs yazısı evi almağına xeyirdua verilmәsi ilә bağlı olmuşdur. Verdiyi beh mәblәğinin ev sahibinә dәrhal göndәrilmәsi onun Novruza olan inamını bir az da artırmış, artıq ona tam etibar etmişdir. Bundan sonrakı günlәrdә dә Novruz onunla әlaqә saxlayıb evin pulunun qalan әsas mәblәğini tәlәb edәn zaman o da öz növbәsindә ondan hәmin evin çıxarışını qısa müddәtdә almasını xahiş etmişdir. Novruz isә ona çıxarışın demәk olar ki hazır olduğunu, qәtiyyәn narahat olmamasını, hәmin sәnәdlәri ona göstәrәcәyini demişdir. Novruz hәmçinin ona özünün dә şahidi olduğu kimi evin adına olan Gülcәnnәt xanımın Bakı şәhәrindәn kәnarda olduğundan, hәmin xanımın oğlu isә dәnizdә işlәdiyindәn onlar evә baxarkәn dә hәmin şәxslәrin orada iştirak etmәdiklәrini, hәmçinin, hәmin şәxslәrin hazırda da Bakı şәhәrindә olmadıqlarından alqısatqının bir neçә gün sonra ola bilәciyini, buna görә dә ödәnişi ona tam edәndәn sonra hәmin evi ona tәhvil verәcәyini vә hәmin evә köçә bilәcәyini, bundan sonra da çıxarış әsasında evin alqı-satqısının baş tutacağını bildirmişdir. Sonrakı müddәtdә Novruz yenә dә onu ev üçün daha artıq mәblәğ tәklif edәn müştәrilәr olmasını deyәrәk tәlәsmәk lazım olduğunu, bir az yubansalar hәmin evin әllәrindәn çıxa bilәcәyini deyәrәk onu tәlәsdirmişdir. Hәmin danışıqlar zamanı o, yeni aldığı ev üçün mәtbәx vә uşaq mebeli düzәltdirmәk istәdiyini bildirәndә, Novuz ona bununla bağlı ona yaxından kömәk edәcәyini bildirmişdir. ## ### 2025- ci il tarixdә Novruzla telefon danışıqları zamanı Novruz evin çıxarışının artıq hazır olduğunu, buna görә dә evin tam mәblәğini ödәyib artıq evә köçә bilәcәyini, daha sonra isә alqı-satqı edәcәklәrini bildirmişdir. O da hәmin tarixdә saat 17 radәlәrindә idarә etdiyi avtomobillә tanışı Samir adlı şәxslә birlikdә Novruzun ofisinә getmiş, hәmin vaxt Sәbuhi dә Novruzun yanında olmuşdur. O, Novruza tam mәblәği, yәni mәnzilә görә 69000 manat vә әlavә xidmәt haqqına görә 1400 manat olmaqla ümumilikdә 70400 manat pulu gәtirdiyini bildirmiş vә evin çıxarışını ona göstәrmәsini xahiş etmişdir. Bu vaxt Novruz aldığı evә vә onun yerlәşdiyi torpaq sahәsinә dair Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızının adına olan iki әdәd çıxarışın surәtini ona göstәrmiş, o hәmin çıxarışların surәtini Novruzdan istәdikdә, Novruz ona onsuz da hәmin sәnәdlәrin hәlә ki, onun adına olmadığını, alqısatqıdan sonra onun adına keçәcәyini bildirsә dә, o, rahat olmağı üçün bu sәnәdlәrin surәtini ona vermәsini Novruzdan xahiş etmişdir. Novruz da onun sözlәrinә görә bir qәdәr gileylәnsә dә, evin pulunu tam olaraq gәtirdiyini dәqiqlәşdirib hәmin sәnәdlәri ona verib alqısatqıya qәdәr hәmin sәnәdlәri ortaya çıxarmamasını tapşıraraq, evin adına olan şәxslәrlә onun arasında ona aid olmayan nәsә başqa bir mәsәlәnin olduğunu bildirmişdir. O da bunu tam anlamasa da, Novruzun dediklәri ilә razılaşmış vә Novruza demişdir ki, ona bu qәdәr yaxşılıq etdiyi halda ondan qәti narahat olmasın. Hәmin vaxt o düşünmüşdür ki, yәqin Novruz evin çıxarışı ilә bağlı sәnәdlәri özünün dediyi kimi Əmlak Komitәsindә olan tanışları vasitәsilә qısa zamanda hazırlatdığı üçün ev sahibindәn әlavә ödәniş alacaq, buna görә hәlә ki, evin çıxarışını hәmin şәxslәrin görmәsini istәmir vә yaxud da özünün bu prosesdәn kәnarda qalıb onun birbaşa ev sahibi ilә әlaqәyә keçә bilәcәyindәn narahat olur. Belәliklә, o, evin çıxarışlarının surәtini dә götürdüyü üçün artıq tam әmin olmuşdur ki, evin alqısatqısında heç bir problem olmayacaq. Ona görә dә, özü ilә gәtirdiyi 70400 manat pulu Novruzla birlikdә sayıb tanışı Samirin vә Sәbuhinin yanında Novruza vermişdir. Novruz da evin ona işin uğurlu olmasını deyib ona xeyir-dua vermiş, o da Novruza tәşәkkür etmişdir. Novruz ona sabah yәni, ## ### 2025-ci il tarixdә ona zәng vuracağını, onunla görüşәcәyini, evi ona tәhvil verәcәyini, o da artıq hәmin tarixdә günün ikinci yarısı yeni evinә köçә bilәcәyini, bundan sonra da evin sahibi olan xanımın hәftәnin birinci günü yәni, tәxminәn ## ### 2025- ci tarixdә Bakıda olacağını vә hәmin günü notariusda alqı-satqının baş tutacağını bildirmişdir. O, Novruzla sağollaşıb tanışı Samirlә birlikdә ofisi tәrk edib oradan çıxıb getmişdir. Daha sonra 2025-ci İlin may ayının 17-dәn etibarәn Novruzla ona daimi istifadәsindә olduğu kimi tәqdim etdiyi 055-409-06-96, ***-***-**-** saylı mobil telefon nömrәlәri vә Sәbuhinin 050- ***-**-** saylı mobil telefon nömrәsi ilә dәfәlәrlә әlaqә saxlamağa çalışsa da, bütün cәhdlәri uğursuz olmuşdur. Belә ki, ona elә gәlmişdir ki, sanki Novruz telefonları onunla әlaqә saxlanılmaması üçün nәsә koda qoymuşdur Bundan sonra, Novruzun ofisinә bir neçә dәfә getmiş, lakin onu tapa bilmәmişdir. Ofisdә ümumiyyәtlә heç kim olmamışdır. Əvvәlcә yәqin nәsә hadisә baş verdiyini düşündüyündәn Novruzun ## ### 2025-ci il tarixdә evi ona tәhvil vermәyә vәd vermәsinә baxmayaraq, ## ### 2025-ci il tarixә kimi gözlәmiş, lakin yenә Novruzu tapa bilmәdiyi üçün 71400 manat pul müqabilindә Novruzun ona satdığı evin yerlәşdiyi ünvan 9 ünvanının qarşısına getmiş, orada ev sahibi ilә әlaqә saxlamış vә bundan sonra ona Novruzun ondan aldığı pulu ümumiyyәtlә ev sahibinә vermәdiyini, onu aldadıb pulunu әlә keçirdiyini öyrәnmişdir. Bundan başqa ev sahiblәri ilә dәqiqlәşdirmişdir ki, hәmin evin ümumiyyәtlә çıxarışı olmamış, Novruz tәrәfindәn çıxarışın alınması ilә bağlı heç bir sәnәdlәşmә aparılmamış, Novruzun ona verdiyi çıxarışların surәti tamamilә saxtadır, hәqiqәtdә belә bir sәnәd mövcud deyildir. O hәmin vaxt Novruzun evin saxta olan çıxarış sәnәdlәrinin surәtini ona vermәkdә nә üçün tәrәddüd etdiyini başa düşmüşdür. Hәm dә ola bilsin ki, Novruz düşünmüşdür ki, başqasının yәni, ev sahibinin adına olan hәmin saxta sәnәdlәr ona lazım olmadığı üçün ümumiyyәtlә onları Novruzdan almaz. Buna görә dә, Novruzun niyyәti onu aldadıb 71400 manat pulunu әlә keçirmәk olduğundan bu sәnәdlәrin surәtini sadәcә ona göstәrmәk istәmiş, lakin o, tәkid edib bu sәnәdlәri ondan almış, Novruz da yәqin ki, bir qәdәr vaxt qazanmaq üçün hәmin sәnәdlәrin surәtini ona vermiş vә ona hәlә ki, bu sәnәdlәri üzә çıxarmamasını tapşırmışdır. Hәmçinin, Novruz evi ona tәhvil verilmәsinin növbәti gün baş tutacağını bildirmişdir. O, hәlә dә Novruzu düzgün insan hesab edib inandığı üçün bәlkә başına nәsә pis hadisә gәldiyini düşünüb sadәcә telefonlar ilә әlaqә saxlamaqla vә ofisinә bir neçә dәfә getmәklә Novruzu axtarmışdır, nәticәdә onu tapa bilmәdiyi üçün üç gün sonra Novruz tәrәfindәn guya ona satılmış olan ünvana getmiş vә aldadıldığını öyrәnmişdir. Novruz onu aldadıb guya ona ev satacağı adı ilә bütün pullarını әlә keçirmişdir. Novruz tәrәfindәn Bakı şәhәri Yasamal rayonu Ədbürrәhim Bәy Haqverdiyev küçәsindә yerlәşәn “Mothercare” adlı uşaq geyim mağazası ilә üzbәüz yerlәşәn daşınmaz әmlakın alqısatqısı ofisindә ## ### 2025-ci il tarixdә ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinin ona satılması adı ilә hәmin evә aid saxta çıxarışların surәti ona tәqdim edilmәklә, 70400 manat pulu alınıb әlә keçirilmişdir. Bundan öncә hәmin ofisdә ## ### 2025-ci il tarixdә ondan 1000 manat alınsa da, bu pul vәsaitinin ev sahibinә verilmәsi ona bildirilmiş vә bu barәdә ona qәbzin fotoşәkili göndәrilmişdir. Hәmin pul vәsaiti hәqiqәtәn dә ev sahibinә verilibsә belә, Novruz bu addımı atmışdır ki, onda inam yaradıb mәhz daha çox pulunu әlә keçirsin. O hәmin pul vәsaitini şәxsәn Novruza tanışı Samir vә hәmin vaxt ofisdә olan Sәbuhi adlı şәxsin yanında vermişdir. Hәmin vaxt Samir onunla birlikdә olduğundan, onun da üstündә külli miqdarda pul olduğundan bir qәdәr ehtiyyat edib Samirdәn onunla ofisә getmәsini xahiş etmişdir. Hәm dә Samirә hәmin vaxtı bu işlә bağlı bir qәdәr mәlumat vermişdir ki, Novruz ona münasib qiymәtә Yasamal rayonu әrazisindә fәrdi yaşayış evi satıb, o da hәmin evin müqabilindә Novruza 70400 manat pulu vermәlidir. O, Samirin yanında hәmin pulu Novruzla birlikdә sayıb, şәxsәn Novruzun özünә ## ### 2025-ci il tarixdә vermişdir. Novruz Bakı şәhәri Yasamal rayonu Ədbürrәhim Bәy Haqverdiyev küçәsindә yerlәşәn “Mothercare” adlı uşaq geyim mağazası ilә üzbәüz yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisinә rәhbәrlik edir, Sәbuhi dә әksәr vaxtlarda onun yanında olur. Lakin o, aldadıldığını bildiyi gündәn әvvәlki son iki gündә hәmin ofisә getsә dә, hәmin şәxslәri orada tapa bilmәmişdir. Sәbuhi bu proseslәrin әvvәlindә Novruzun göstәrişi ilә onunla әlaqә saxlayıb ona bәzi mәlumatları demiş, daha sonra isә o, Novruzun özü ilә әlaqә saxlamışdır. Sәbuhi Novruzun yanında olsa da, ona qeyd etdiyi vәdlәri Novruz verib, saxta sәnәdlәri tәqdim edәrәk pulunu da Novruz әlә keçirmişdir. Novruzun 055-409-06-96, ***-***-**-** saylı mobil telefon nömrәlәrini, Sәbuhinin isә ***-***-**-** saylı mobil telefon nömrәsini bilir. Hәmin şәxslәr hәmin mobil nömrәlәri özlәri ona vermişlәr. Verilәn suallara cavab olaraq Zәrәrçәkmiş şәxs ifadәsinә davam edәrәk göstәrdi ki, Sәbuhi vә Novruzla yemәk yeyәnәdәk Sәbuhi ilә ev alqı-satqısı barәdә danışıqlar aparmış, lakin birlikdә yemәk yedikdәn sonra Novruzla aralarında daha da sәmimiyyәt yarandığından onun nömrәsini götürmüşdür. Novruz ona evin eskiz layihәsini göndәrmiş, ona hәmin sәnәdin yararsız olduğunu bildirdikdә evin çıxarışı mәsәlәsini hәll edәcәyini bildirmişdir. Tәxminәn 3- 5 gün keçdikdәn sonra Novruz pulu gәtirmәsini dediyindәn tam mәblәği qeyd olunan ofisdә tanışı Samirlә birlikdә Sәbuhi dә orada olarkәn Novruza vermişdir. Novruz hәmin vaxt ona evin çıxarışlarını göstәrmiş, o da hәmin çıxarışların surәtini götürmüşdür. Evә baxmaq üçün gedәrkәn ona ev sahibi Gülcәnnәt xanımın yaşlı olduğunu, gәlә bilmәdiyini, onun oğlunun da neft şirkәtindә işlәdiyindәn gәlә bilmәdiyi bildirilmişdir. Evә baxış zamanı Gülcәnnәt xanımın qardaşı da orada olmuş, lakin onunla çox danışmamışdır. O, tam mәblәği, yәni 70400 manatı ## ### 2025-ci il tarixdә vermiş, növbәti gün isә hәmin evә köçmәli olmuşdur. Lakin pulu verdikdәn sonra Novruza zәng çatmamış, ümumiyyәtlә ona zәng etmәk mümkün olmamış, o cümlәdәn bir neçә dәfә hәmin ofisә getmәsinә baxmayaraq ofisin qapısı bağlı olmuşdur. O, dәqiq olaraq Sәbuhiyә vә ya Novruza yazmasını xatırlamasa da, sonunculara harada olduqları, zәng etdiyi halda niyә cavab vermәdiklәri mәzmununda mesajlar da yazmış, qeyd olunan mesajlar telefonun yaddaşında qalmış, hәmin mesajlara cavab verilmәmişdir. Hadisәnin baş verdiyi dövrdә istifadәsindә olan iki ayrı mobil telefon aparatında iki ayrı mobil telefon nömrәsi olmuşdur. Hәmin nömrәlәrdәn biri ******* saylı mobil nömrә, digәr nömrәsini isә “Bolt” taksi sürücüsü kimi istifadә etmiş, hazırda hәmin nömrәsini xatırlamır, nömrәsinin әvvәli 055 vә ya 070(077) ilә başlamışdır. Hәmin nömrәlәr öz adına rәsmilәşdirilmişdir. O, hadisә vaxtlarında taksi kimi istifadә etdiyi nömrәdәn istifadә etmiş, müxtәlif şәxslәrlә hәmin nömrә vasitәsilә әlaqә saxlamasına baxmayaraq Novruza zәng edibetmәmәsini dәqiq bilmir. O, Tәqsirlәndirilәn şәxslә 2025-ci ilin may ayının 2-3-dә ev alqı-satqısı ofisindә tanış olmuşdur. O, Rәşad Əliyevi tanıyır, hәtta birikdә yemәk dә yemişlәr. Verilәn suallara cavab olaraq Zәrәrçәkmiş şәxs ifadәsinә әlavә edәrәk göstәrdi ki, o, әvvәllәr ev almamış, ilk dәfә Novruz vasitәsi ilә ev almaq istәmiş, atasının evi sökülәndәn sonra kirayәdә yaşamışdır. O, 2022ci ildәn evlidir, övladları da vardır, ailә qurarkәn kirayәdә yaşamışdır. Atası 2012-ci ildә vәfat etmiş, anası isә onkoloji xәstәliyә ilә әlaqәdar 2022-ci ildә vәfat etmişdir. Atasının evi 2022ci ilin әvvәllәrindә sökülmüş, buna görә ona 90.000 manat pul verilmiş, hәmin pulu nәnәsindәn götürmüşdür. Hәmin ev nәnәsinin adına olmuş, evin söküntüsündәn 400.000- 500.000 manat pul verilmiş, ona düşәn pay isә 90.000 manat olmuşdur. O, 2022-ci ildәn hәmin evdәn çıxmış, 2 vә ya 5 il olmaqla müxtәlif evlәrdә kirayәdә yaşamışdır. Ona ayrılmış 90.000 manat pulun 70.000-80.000 manatına ev almaq istәmiş, hәmin puldan xәrclәsә dә, işlәyib qazanaraq üzәrinә yenindәn pul qoymuşdur. O, hәm taksi fәaliyyәti ilә, hәm dә başqa işlә mәşğul olmuşdur. 70.000 manat pulu nağd formada özündә saxlamışdır. O, 70400 manatı şәxsәn Novruzun özünә vermişdir. Hәmin pulların hamısı kağız әskinaslar olmaqla 50-lik, 100-lük vә 200-lük pullardan ibarәt olmuşdur. O, 70400 manatı Novruza verәrkәn sonuncuya inandığından vә onunla çörәk kәsib aralarında sәmimiyyәt yarandığından hәmin pulların verilmәsi ilә bağlı hәr hansı sәnәdlәşmә aparmamışdır. Novruzla birlikdә yemәk yedikdәn sonra aralarında sәmimiyyәt yaranmış vә nömrәsini ona vermişdir. O, 70400 manat pulu Yasamal rayonunda “Mothercare” tәrәfdә yerlәşәn daşınmaz әmlakın alqı-satqı ofisindә Novruza vermiş, Novruz da ona evin çıxarışının surәtini vermişdir. O, Gülcәnnәt xanımla danışmamışdır. O, evә ilk dәfә adını bilmәdiyi maklerlә, daha sonra isә Gülcәnnәt xanımın qardaşı ilә baxmışdır. O, Tәqsirlәndirilәn şәxslә әlaqә saxlaya bilmәdiyindәn Gülcәnnәt xanımın satışa çıxarılan evinә getmiş, ev sahibinin nömrәsini üst mәrtәbәdәki qonşudan alıb onunla әlaqә saxlamışdır. Gülcәnnәt xanımın evinin yanında olarkәn 102 polis xidmәti ilә danışmış, hәmin vaxt ev sahibi ilә Mәhәmmәd qırmızı rәngli “Toyoto Prius” markalı avtomobillә gәlmişdir. Mәhәmmәd vә ev sahibi ona başqa yerdә gedib danışmalarını tәklif etmiş, lakin o, hadisә orada baş verdiyindәn ancaq orada danışacaqlarını bildirmişdir. O hәmin vaxt 102 polis xidmәtinә mәlumat verdiyindәn rahat danışmaq üçün Mәhәmmәdgildәn kәnarlaşmışdır. O, Mәhәmmәdgilә mәlumat verdiyi üçün onlar ünvana gәlmişdir. Beh kimi verdiyi 1000 manat mәblәğindә pul polis orqanında ona qaytarılmışdır. O, sözü gedәn evә ilk baxdığı günün növbәti günü arvadı ilә gedib baxmışdır. Novruz hәr iki nömrәsini özü ona vermiş, “İphone” markalı telefonuna hәmin nömrәlәri qeyd etmiş, vatsapda da hәmin nömrәlәr vasitәsilә Novruzla danışmışdır. O, pulu Tәqsirlәndirilәn şәxsә verәrkәn “kupçanın” surәti ona verilmişdir. Birinci dәfә evә baxmağa Novruz vә Sәbuhi ilә birlikdә, ikinci dәfә isә Sәbuhi, Novruz vә Samirlә birlikdә getmişdir. *** *** ** ** saylı mobil nömrә onun özünә mәxsusdur. Verilәn suallara cavab olaraq zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ifadәsinә әlavә edәrәk göstәrdi ki, o, Tәqsirlәndirilәn şәxsә “әmi” deyәrәk müraciәt etmişdir. 166 yükdaşıma xidmәti ilә sözü gedәn evә әşyaların daşınması üçün danışmamış, prosesi tezlәşdirmәk mәqsәdi ilә Novruza 166 yükdaşıma xidmәti ilә danışdığını demişdir. ******* saylı mobil telefon nömrәsi illәrdir onun istifadәsindәdir. Lakin taksi fәaliyyәti ilә mәşğul olarkәn istifadә etmәk üçün ayrıca nömrә almış, hәmin nömrәsini hazırda xatırlamır. Ola bilsin ki, hәm 257 37 ** saylı nömrәsi ilә, hәm dә digәr xatırlamadığı nömrәsi ilә Novruzla danışmışdır. O hәm vatsap mobil tәtbiqi vasitәsi ilә, hәm dә adi qaydada Novruzla danışmışdır. O, ofisә gәlib pulu aparıb Novruza vermiş, hәmin gün pul üzәrindә sellofanın içәrisindә olmuşdur. O, pulu ofisin 2-3 obyekt yaxınlığında yerlәşәn paltar mağazasının qabağında dostuna göstәrmişdir. Üzәrindә pulla çıxdığından dostunu da yanında aparmışdır. Hazırda cinayәt işi üzrә mülki iddia vermәk fikri yoxdur, ona dәymiş maddi ziyanın ödәnilәcәyi halda tәqsirlәndirilәn şәxslә barışacaqdır, o, yalnız pulunu tәlәb edir. Sonda Zәrәrçәkmiş şәxs tәqsirlәndirilәn şәxsdәn pulunu tәlәb etdiyini bildirәrәk pulu qaytarılmadığı halda Tәqsirlәndirilәn şәxs cәzalandırılmasını xahiş etdi. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid5 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәsi ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu vә Hәsәnov Sәbuhi Mәhәrrәm oğlunu әvvәllәr tanımamış vә onlarla heç bir münasibәti, elәcә dә әdavәt vә ya narazılığı olmamış, heç vaxt görmәmiş vә telefonla danışmamışdır. 2023-cü ilin noyabr ayında ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evini övladlarından birinә yaşamağa vermәk üçün tәxminәn 45000 manata almışdır. Fәrdi yaşayış evini aldıqdan sonra evi tәmir etdirmiş, lakin sonradan övladları hәmin evdә yaşamaq istәmәdiklәri üçün evi satmaq qәrarına gәlmişdir. Hәmin fәrdi yaşayış evinә dair çıxarış alınmamışdır. Evlә bağlı sәnәd Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәt olmuşdur. Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayışda hәmin evin ünvanı, onun orada qeydiyyatsız yaşaması vә evdә heç kimin qeydiyyatda olmaması qeyd olunmuşdur. Onun 3 övladı var, әri rәhmәtә getmişdir. Övladlarından biri oğlan, ikisi isә qızdır. Oğlu Əhmәd Əhmәdov “Socar” neft şirkәtindә işlәdiyi üçün o, çox zaman neft buruqlarında olur. Ona görә dә, onun işlәri ilә hәr zaman qardaşı Firudin Hәsәnov maraqlanır vә mәşğul olur. O, qeyd etdiyi fәrdi yaşayış evini 2024-cü ilin fevral ayında satmaq qәrarına gәlmiş vә qardaşı daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olan (vasitәçi) tanışı Mәhәmmәd adlı şәxsә bu barәdә bildirmişdir. Mәhәmmәd dә hәmin fәrdi yaşayış evinin satılması ilә bağlı mәlumatları vә fotoşәkillәrini daşınmaz әmlakın elanları olan internet saytlarına yerlәşdirmişdir. Qardaşı Firudin evin çıxarışının olmadığını vә yuxarıda qeyd etdiyi sәnәdlәrinin olduğunu Mәhәmmәd adlı vasitәçiyә bildirmişdir. Bundan sonra, bir neçә şәxs vasitәçi Mәhәmmәd vasitәsilә evә baxmış, lakin hәlә evi alan olmamışdır. O, qeyd etdiyi kimi, hәmin proseslәrdә iştirak etmәmişdir. 2025-ci ilin may ayının әvvәllәrindә qardaşı Firudin Hәsәnov vasitәçi Mәhәmmәdin ona mәxsus hәmin evә bir nәfәr şәxsin gәlib baxacağını bildirmişdir. Elә hәmin gün Firudin ondan evin açarlarını götürüb getmişdir. Tәxminәn bir saatdan sonra qardaşı Firudin ona zәng edәrәk, evi әn aşağı hansı qiymәtә verә bilәcәyi ilә bağlı danışmış vә nәticәdә evi 71500 manata satmaqla bağlı qәrarlaşdırmışlar. Çox keçmәdәn qardaşı Firudin tәkrarәn onunla әlaqә saxlayaraq hәmin şәxslәrin evә baxdıqlarını, evi almaq istәyәn şәxsin evi bәyәndiyini, o da Mәhәmmәdlә gәlәn maklerә evi 71500 manatdan aşağı qiymәtә satmayacaqlarını bildirdiyini, hәmin şәxslәrin dә bir-iki günә xәbәr edәcәklәrini demişdir. Bundan bir neçә gün sonra qardaşı Firudin Mәhәmmәdin evi almaq istәyәn şәxsin beh vermәk istәdiyini dediyini bildirmişdir. İlkin olaraq oğlu Əhmәdin kart nömrәsini qardaşı Frudin hansısa maklerә göndәrmişdir. Lakin hәmin karta pul köçürmәk mümkün olmadığından qardaşı Firudin öz kart nömrәsini göndәrmişdir vә onun kart hesabına beh kimi 1000 manat göndәrmişlәr. Hәmçinin, Mәhәmmәd qardaşı Firudinә evi almaq istәyәn şәxsin evin alqısatqısını 21 vә ya ## ### 2025-ci il tarixdә edәcәyini bildirmişdir. Bundan sonra, qardaşı Firudinlә danışan zaman o hәmin şәxslәrdәn heç kimin onunla әlaqә saxlamadığını bildirirmişdir. Mәhәmmәd adlı şәxs evin alqı-satqısının 21 vә ya ## ### 2025-ci il tarixdә baş tutacağını dediyi üçün qardaşı Firudin onunla әlaqә saxlayıb soruşanda, Mәhәmmәd adlı şәxs dә evә baxmağa gәlәn maklerlәrdәn birindәn soruşduqda, hәmin şәxsin ona evi alan şәxslә әlaqә saxlamağın mümkün olmadığı üçün alqı-satqını rәsmilәşdirә bilmәdiyini dediyini bildirmişdir. Sәhv etmirsә, ## ### 2025-ci il tarixdә qardaşı Firudin ona Nicat adlı şәxsin zәng edib evi almaq üçün gәlәn vә 1000 manat beh göndәrәn şәxs olduğunu deyәrәk qardaşı ilә görüşmәk istәdiyini bildirmişdir. O da hәmin vaxt Bakı şәhәrindә olmadığı üçün hәmin Nicat adlı şәxslә görüşә bilmәmişdir. Danışıq zamanı hәmin şәxs qardaşı Firudinә bildirmişdir ki, onu hәmin evә gәtirәn vasitәçilәrdәn biri ondan evi almaq üçün 71400 manat pul alaraq onu aldatmışdır. 2025-ci ilin may ayının әvvәllәrindә qardaşı Firudin evin açarlarını götürüb getdikdәn tәxminәn bir saat sonra onunla telefon әlaqәsi saxlayaraq, evin qiymәtini aşağı salmasını xahiş etdiklәrini dedikdә, onunla evi 71500 manata satmaq barәdә qәrara gәlmişlәr. O hәmin proseslәrdә iştirak etmәmişdir. Hәmin evlә bağlı sәnәdlәr Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәtdir. Bu barәdә onlar Mәhәmmәd adlı vasitәçiyә dә mәlumat vermişlәr. Qardaşı Firudin Hәsәnov vә ya qeyri şәxslә vasitәçi Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә ya Mәhәmmәd adlı şәxs, elәcә dә evi almaq istәyәn Nicat adlı şәxs arasında ona mәxsus qeyd olunan fәrdi yaşayış evinin 70000 manata satılması vә yaxud da hәmin mәblәğdә pulun Tәqsirlәndirilәn şәxs vә ya qeyrisi tәrәfindәn alınaraq ona, qardaşı Firudin Hәsәnov vә ya qeyri şәxsә çatdırılması barәdә heç bir razılıq olmamışdır. O, qardaşı ilә evi 71500 manatdan aşağı qiymәtә satmayacaqları ilә bağlı razılaşmışlar. Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә ya qeyrisi tәrәfindәn ona, qardaşı Firudin Hәsәnov vә ya qeyri şәxsә evin alqı-satqısı ilә bağlı әlavә pul verilmәmişdir. Evin alqı-satqısı ilә bağlı ümumilikdә beh kimi qardaşı Firudin Hәsәnovun kart hesabına 1000 manat pul köçürülmüşdür. Hәmin evin çıxarışının alınması üçün heç kim tәrәfindәn müraciәt olunmamışdır. O, qardaşı Firudin Hәsәnov vә ya qeyri şәxslә hәmin fәrdi yaşayış evinә çıxarış alınması ilә bağlı heç kim arasında söhbәt vә ya razılıq olmamışdır. Qeyd etdiyi kimi, o hәmin şәxslәri görmәmiş, telefonla danışmamış, onlarla qardaşı Firudin Hәsәnov әlaqәdә olmuşdur. Mәhkәmәyәdәk icraat zamanı ifadә verәrkәn ona qarşı hәr hansı tәzyiq vә tәsir olmamış, hәmin ifadәsi öz sözlәri ilә yazılmaqla hәqiqәti әks etdirir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid6 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrdi ki, Bakı şәhәri Yasamal rayonu M.Quluzadә küçәsi ev 115-dә qeydiyyatda olmaqla, Bakı şәhәri Yasamal rayonu Ümid Əkbәrov küçәsi ev 107-dә yaşayır. Hazırda işlәmir, tәqaüd alır. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu vә Hәsәnov Sәbuhi Mәhәrrәm oğlunu әvvәllәr tanımamış vә onlarla heç bir münasibәti, elәcә dә әdavәt vә ya narazılığı olmamışdır. Onları 2025-ci ilin may ayının әvvәllәrindә bir dәfә görmüşdür. Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızı onun bacısıdır. Bacısı Gülcәnnәt Hәsәnova 2023-cü ilin noyabr ayında ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evini övladlarından birinә yaşamaqan ötrü vermәk üçün tәxminәn 45000 manata almışdır. Bacısı Gülcәnnәt Hәsәnova hәmin fәrdi yaşayış evini aldıqdan sonra evi tәmir etdirmişdir. Lakin sonradan onun övladları hәmin evdә yaşamaq istәmәdiklәri üçün bacısı Gülcәnnәt evi satmaq qәrarına gәlmişdir. Hәmin fәrdi yaşayış evinә dair çıxarış alınmamışdır. Evlә bağlı sәnәd Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәtdir. Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayışda hәmin evin ünvanı, bacısı Gülcәnnәt Hәsәnovanın orada qeydiyyatsız yaşaması vә evdә heç kimin qeydiyyatda olmaması qeyd olunmuşdur. Bacısı Gülcәnnәtin әri rәhmәtә getmiş, 3 övladı vardır. Övladlarından biri oğlan, ikisi isә qızdır. Bacısı Gülcәnnәtin oğlu Əhmәd Əhmәdov “Socar” neft şirkәtindә işlәdiyi üçün o, çox zaman neft buruqlarında xidmәt edir. Ona görә dә, bacısı Gülcәnnәtin işlәri ilә hәr zaman onun özü yaxından maraqlanmışdır. Belә ki, bacısı Gülcәnnәt qeyd etdiyi fәrdi yaşayış evini 2024cü ilin fevral ayında satmaq qәrarına gәlmiş vә onlar tanıdığı daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olan (vasitәçi) Mәhәmmәd adlı şәxslә әlaqә saxlayaraq bu barәdә ona bildirmişlәr. Mәhәmmәd dә hәmin fәrdi yaşayış evinin satılması ilә bağlı mәlumatları vә fotoşәkillәrini daşınmaz әmlakın elanları olan internet saytına yerlәşdirmişdir. Mәhәmmәdә evin çıxarışının olmadığını vә yuxarıda qeyd etdiyi sәnәdlәrinin olduğunu bildirmişlәr. Bundan sonra, bir neçә şәxs vasitәçi Mәhәmmәd vasitәsilә evә baxmış, lakin hәlәlik alan olmamışdır. 2025-ci ilin may ayının әvvәllәrindә vasitәçi Mәhәmmәd onunla telefon әlaqәsi saxlayaraq, bacısı Gülcәnnәt Hәsәnovaya mәxsus yuxarıda qeyd olunan, yәni ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinә bir nәfәr şәxsin alıcı kimi gәlib baxmaq istәdiyini bildirmişdir. Hәmin gün sәhv etmirsә, günorta radәlәrindә o, bacısı Gülcәnnәtdәn açarları götürüb hәmin evә getmişdir. Evdә olarkәn Mәhәmmәd 3 nәfәr tanımadığı şәxslәrlә birlikdә evә gәlmiş, hәmin şәxslәr sonradan şәxsiyyәtlәri ona mәlum olan yuxarıda adlarını qeyd etdiyi şәxslәr olmuşdur. Onlar evә baxmış, Mәhәmmәd ona evi almaq istәyәn şәxsi göstәrmişdir. Hәmin şәxsin adı Nicat olmuş, lakin baxış zamanı Nicat demәk olar danışmamışdır. Danışığı Novruz adlı şәxs onunla aparmışdır. Belә ki, Novruz adlı şәxs ona evin qiymәtini bir qәdәr aşağı salmasını xahiş etmişdir. O da bacısı Gülcәnnәtә zәng edib bu barәdә danışıb razılaşdıqdan sonra, Novruz adlı şәxsә hәmin evi 71500 manatdan aşağı satmayacaqlarını bildirmişdir. Novruz adlı şәxs dә bir-iki gün әrzindә ona mәlumat verәcәyini demiş vә onlar Mәhәmmәdlә birlikdә çıxıb getmişlәr. Bundan bir neçә gün sonra Mәhәmmәd ona zәng edәrәk, hәmin Nicat adlı şәxsin evi almaq qәrarına gәldiyini vә beh göndәrmәk istәdiklәrini, evin alqı-satqısını 21 vә ya ## ### 2025-ci il tarixdә edәcәklәrini bildirmiş, o da razılaşmışdır. Mәhәmmәd hәmin vasitәçilәrә göndәrmәsi üçün ondan kart PAN nömrәsini istәmişdir. O da ilk öncә ona bacısı Gülcәnnәtin oğlu Əhmәdә mәxsus kartın şәklini göndәrmişdir. Çox keçmәdәn ona ***-***-**-** saylı nömrәdәn “WhatsApp” vasitәsilә hәmin kart hesabına pulu köçürmәk mümkün olmaması ilә bağlı mesaj gәlmişdir. O hәmin nömrәnin “WhatsApp” ani mesajlaşma sistemindә “Sәbuhi Hәsәnov” adlı ilә qeydiyyatdan keçdiyini görmüşdür. Hәmin şәxs ona “Milliön” aparatanın ekranının şәklini dә çәkib atmışdır ki, pulu köçürmәk mümkün deyildir. Ona görә dә, o, özünә mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş kartın PAN nömrәsini ona göndәrmişdir. Bir neçә dәqiqәdәn sonra Sәbuhi adlı şәxs onun kart hesabına 1000 manat pulun köçürülmәsi ilә bağlı qәbzin fotoşәklini dә göndәrmişdir. Hәtta, bir-birilәrinә evin alqı-satqısı ilә bağlı xeyir-dua verilmәsinә dair sәsli mesajlar da göndәrmişlәr. Bundan sonra, onunla hәmin evin alqı-satqısı ilә bağlı Sәbuhi, Novruz vә ya qeyrisi әlaqә saxlamamışdır. Mәhәmmәd ona evin alqı-satqısının 21 vә ya ## ### 2025-ci il tarixdә baş tutacağını dediyi üçün o, Mәhәmmәdlә әlaqә saxlamışdır. Mәhәmmәd dә ona Sәbuhi adlı vasitәçi ilә danışdığını, sonuncunun ona evi almaq istәyәn şәxslә әlaqә saxlamağın mümkün olmadığı üçün alqı-satqını rәsmilәşdirә bilmәdiyini dediyini bildirmişdir. Sәhv etmirsә, ## ### 2025-ci il tarixdә ona tanımadığı bir nömrәdәn zәng gәlmiş vә adının Nicat olduğunu, evi almaq üçün gәlәn vә 1000 manat beh göndәrәn şәxs olduğunu demiş vә onunla görüşmәk istәdiyini bildirmişdir. O da hәmin vaxt Bakı şәhәrindә olmadığı üçün onunla görüşә bilmәmişdir. Danışıq zamanı hәmin şәxs onu hәmin evә gәtirәn vasitәçilәrdәn birinin ondan evi almaq üçün 71400 manat pul alaraq onu aldatdığını demişdir. Hәtta Nicat adlı şәxs ona onu aldadan şәxslә әlbir olduqlarını da dedikdә, o, Nicat adlı şәxsә onun özünә, bacısına vә ya bacısı oğluna heç bir mәblәğdә pulun verilmәdiyini, bu barәdә heç bir mәlumatlarının olmadığını bildirmişdir. Evin alqısatqısı, qiymәti barәdә mәhz Novruz danışmışdır. Onlar evin 75000 manata satışa çıxarılması barәdә elan vermişlәr. Lakin hәmin vaxt o, bacısı Gülcәnnәt Hәsәnovaya zәng edib bu barәdә danışıb razılaşdıqdan sonra, Novruz adlı şәxsә hәmin evi 71500 manatdan aşağı satmayacaqlarını bildirmişdir. Onunla evi almaq istәyәn alıcı Nicat adlı şәxs arasında evin qiymәti vә ya evin alınması üçün göndәrilәcәk behin mәblәği barәdә söhbәt olmamışdır. Hәmin evlә bağlı sәnәdlәr Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәtdir. Bu barәdә onlar Mәhәmmәd adlı şәxsә dә mәlumat vermişlәr. 2025-ci ilin may ayının әvvәllәrindә adlarını qeyd etdiyi şәxslәr dә evә baxmağa gәlәrkәn evin çıxarışının olmadığını bilirmişlәr. Bacısı Gülcәnnәt Hәsәnova vә ya qeyri şәxslә vasitәçi Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә ya Mәhәmmәd adlı şәxs, elәcә dә evi almaq istәyәn Nicat adlı şәxs arasında qeyd olunan fәrdi yaşayış evinin 70000 manata satılması vә yaxud da hәmin mәblәğdә pulun Tәqsirlәndirilәn şәxs vә ya qeyrisi tәrәfindәn alınaraq ona, evin sahibi Gülcәnnәt Hәsәnovaya vә ya qeyri şәxsә çatdırılması barәdә heç bir razılıq olmamışdır. Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә ya qeyrisi tәrәfindәn ona, evin sahibi bacısı Gülcәnnәt Hәsәnovaya vә ya qeyri şәxsә evin alqı-satqısı ilә bağlı әlavә pul verilmәmişdir. Evin alqı-satqısı ilә bağlı ümumilikdә beh kimi onun kart hesabına 1000 manat pul köçürülmüşdür. Hәmin evin çıxarışının alınması üçün heç kim tәrәfindәn müraciәt olunmamışdır. Onunla evin sahibi bacısı Gülcәnnәt Hәsәnova vә ya qeyri şәxslә hәmin fәrdi yaşayış evinә çıxarış alınması ilә bağlı heç kim arasında söhbәt vә ya razılıq olmamışdır. Mәhkәmәyәdәk icraat zamanı ifadә verәrkәn ona qarşı hәr hansı tәzyiq vә ya tәsir olmamış, ifadәsini sәrbәst şәkildә vermişdir. O, sözü gedәn evlә bağlı telefon danışıqlarını istintaqa tәqdim etmiş, hәmin danışıqlar hәqiqәti әks etdirir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş İmanov Mәhәmmәd Alim oğlu mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, tәxminәn 6 ilә yaxındır daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğuldur. Ofisi yoxdur, onlayn olaraq hәmin fәaliyyәtlә mәşğul olur. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu vә Hәsәnov Sәbuhi Mәhәrrәm oğlunu әvvәllәr tanımamış vә onlarla heç bir münasibәti, elәcә dә әdavәt vә ya narazılığı olmamışdır. Onları 2025-ci ilin may ayının әvvәllәrindә tanımışdır. Hәsәnov Firudin Gülmәmmәd oğlunu uzun zamandır tanıyır, münasibәtlәri yaxşıdır. Onun bacısı oğlu Əhmәd adlı şәxsi dә tanıyır, lakin sıx münasibәtlәri yoxdur. Firudin Hәsәnov 2024- cü ilin fevral ayında onunla әlaqә saxlayaraq, bacısı Gülcәnnәt adlı şәxsә mәxsus ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evini satmaq istәdiklәrini bildirmişdir. O, Firudindәn evә dair nә kimi sәnәdlәr olduğunu soruşduqda, Firudin Hәsәnov evә dair çıxarış olmadığını, Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin arayışı vә eskiz layihәsi olduğunu bildirmişdir. O, Firudindәn evi hansı qiymәtә satdığını soruşduqda, Firudin Hәsәnov bacısının evi 75000 manata satdığını bildirmişdir. Bundan sonra, o, Firudinlә razılaşıb evin fotoşәkillәrini vә evlә bağlı mәlumatları daşınmaz әmlakın satışı ilә bağlı internet saytlarında yerlәşdirmişdir. Hәmçinin, elanda evin çıxarışının olmadığını, alqısatqının mәhz evә qeydiyyata düşmәklә bağlı hәyata keçirildiyini dә qeyd etmişdir. Bundan sonra, hәmin evi almaq istәyәn müxtәlif alıcılar onunla әlaqә saxlasalar da, evin satışı müәyyәn sәbәblәrdәn baş tutmamışdır. Lakin o, ümumiyyәtlә evin sahibi Gülcәnnәt Hәsәnovanı görmәmişdir. 2025-ci ilin may ayının әvvәllәrindә bir nәfәr şәxs 055-409-06- ** saylı mobil nömrә ilә onun istifadәsindә olan ***- ***-**-** saylı nömrәyә zәng edәrәk, adının Novruz olduğunu, daşınmaz әmlakın alqı-satqısı üzrә vasitәçi (makler) kimi fәaliyyәt göstәrdiyini, internet saytında onun şahid5 mәxsus elanını yerlәşdirdiyini, evlә maraqlandığını deyәrәk, evin fotoşәkillәrini ona göndәrmәsini xahiş etmişdir. O da “WhatsApp” vasitәsilә Novruz adlı şәxsin 055-409-06- ** saylı mobil nömrәsinә fotoşәkillәri rahat göndәrә bilmәsi üçün “salam” yazmışdır. Hәmin şәxs dә ona “Əleyküm salam” yazmışdır. Bundan sonra, o, Novruz adlı şәxsә hәmin evinin fotoşәkillәrini göndәrmiş vә ev haqqında mәlumatların saytda olduğunu bildirmişdir. Sәhәri gün, yәni ## ### 2025-ci il tarixdә, saat 12 radәlәrindә Novruz adlı şәxs onunla “WhatsApp” vasitәsilә әlaqә saxlayaraq, evi bәyәnәn şәxslә birlikdә evә gәlib baxmaq istәdiklәrini bildirmişdir. Hәmin gün Novruz adlı şәxs onun nömrәsini Sәbuhi adlı şәxsә verәcәyini, Sәbuhi adlı şәxsin dә onunla birlikdә eyni fәaliyyәtlә mәşğul olduğunu bildirmişdir. Elә sәhv etmirsә, hәmin gün ***-***-**-** saylı nömrәdәn dә “WhatsApp” vasitәsilә onunla әlaqә saxlanılmış vә adının Sәbuhi olduğunu, Novruz adlı şәxsin dediyi evә baxmaq istәdiklәrini bildirmişdir. O, Firudin Hәsәnova zәng etmiş vә evә baxmaq istәyәn alıcı olduğunu bildirmişdir. Hәmin gün saat 15 radәlәrindә o, evin yaxınlığında olmuş, Novruz adlı şәxs onunla tәkrar әlaqә saxlayaraq harada olduğunu soruşmuş vә o, olduğu yeri dәqiq demişdir. Hәmin şәxslәr bir avtomobillә gәlmiş, avtomobil “Chevrolet Cruse” markalı olmuş, lakin dövlәt qeydiyyat nişanını xatırlamır. Elә hәmin gün adı ona mәlum olan Nicat adlı şәxs avtomobili idarә etmişdir. Novruz vә Sәbuhi dә Nicat adlı şәxslә birlikdә gәlmiş vә ona özlәrini tәqdim etmişlәr. Hәmin şәxslәr birlikdә onun göstәrdiyi istiqamәtlә Gülcәnnәt Hәsәnovaya mәxsus hәmin fәrdi yaşayış evinә getmişlәr. Orada Gülcәnnәt Hәsәnovanın qardaşı Firudin Hәsәnov onları gözlәmişdir. Onlar evә daxil olmuş vә alıcı Nicat adlı şәxs evi bәyәnmişdir. Lakin baxış zamanı Nicat demәk olar danışmamış, Novruz adlı şәxs Firudinlә danışmışdır. Belә ki, Novruz adlı şәxs Firudinә evin qiymәtini bir qәdәr aşağı salmasını xahiş etmiş, Firudin dә bacısı Gülcәnnәt Hәsәnovaya zәng etmiş vә danışıb qutardıqdan sonra evi 71500 manatdan aşağı satmayacaqlarını bildirmişdir. Hәtta Firudin Hәsәnov evә dair sәnәdlәri dә hәmin vaxt tәqdim edәrәk göstәrmişdir. Evin sәnәdlәri Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәt olmuşdur. Bundan sonra, onlar oradan çıxmış vә onu “Safsu” sudoldurma mәrkәzinin yanında düşürtmüşlәr. Hәmin vaxtı Novruz onların Bakı şәhәri X9 küçәsindә yerlәşәn “Mothercare” adlı uşaq geyim mağazası ilә üzbәüzdә olan obyektdә daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduqlarını bildirmişdir. Görüşdüklәri zaman Nicat adlı şәxs onun mobil telefon nömrәsini istәdiyi üçün ona bildirmişdir. Novruz adlı şәxs elә hәmin gün, yәni ## ### 2025-ci il tarixdә axşam tәrәfi ona “WhatsApp” vasitәsilә sәsli mesaj göndәrәrәk, Nicat adlı şәxsin fikrini dәqiqlәşdirdiyini, sәhәri gün ev sahibi ilә görüşüb behlәşmәk istәdiyini deyәrәk, evә daha başqa alıcı aparmamasını xahiş etmişdir. O da cavab olaraq razılıq mesajı göndәrmişdir. ## ### 2025-ci il tarixdә Sәbuhi adlı şәxs onunla әlaqә saxlayaraq, Nicat adlı şәxsin ev sahibinә beh vermәk istәdiyini bildirmiş, o da dәrhal Firudin Hәsәnova zәng edib bu barәdә demiş, Firudin dә ona kart PAN nömrәsi göndәrmişdir. Bundan sonra, artıq Firudinlә Sәbuhi özü әlaqә saxlamış vә sonradan Sәbuhinin Firudin Hәsәnovun öz kart hesabına 1000 manat pul köçürmәsini bilmişdir. Sәbuhi ona evin alqısatqısını 21 vә ya ## ### 2025-ci il tarixdә baş tutacağını bildirmişdir. ## ### 2025-ci il tarixdә Firudin Hәsәnov ona zәng edәrәk alıcı Nicat adlı şәxsin ona zәng edәrәk makler Novruz adlı şәxsin guya onlara vermәk adı ilә ondan 70400 manat pul aldığını, lakin aldadaraq pulu әlә keçirdiyini bildirmişdir. O, dәrhal hәmin evin yanına getmiş vә Nicatın orada olduğunu görmüşdür. Nicat adlı şәxs mobil telefonla danışaraq anket mәlumatlarını bildirmiş vә hansısa qaynar xәttә zәng edib, maklerlәrin onun pulunu alaraq aldatdıqlarını bildirmişdir. O da Nicatdan nә baş verdiyini soruşmaq istәsә dә, Nicat çox әsәbi olmuş vә ona yaxın durmamışdır. Ona görә dә, o, oradan uzaqlaşmışdır. Hәmin әrәfәdә hәm Novruz, hәm dә Sәbuhi adlı şәxslә әlaqә saxlayıb bu barәdә bildirmәk istәsә dә, onların heç biri onun zәnglәrinә cavab vermәmişlәr. O da mәcbur olub Novruz adlı şәxsin yuxarıda qeyd olunan nömrәsinә “WhatsApp” vasitәsilә alıcının evin qarşısında sәsküy salması, evin pulunu maklerә vermәsi vә makleri tapa bilmәmәsi ilә bağlı fikirlәr söylәmәsi, telefonlara cavab vermәlәrinin zәruri olması mәzmununda mesaj yazmışdır. Lakin Novruz vә Sәbuhi adlı şәxslәr yenә dә onun zәnglәrinә vә mesajına cavab vermәmişlәr. Hәmin gündәn sonra nә Nicat, nә Novruz, nә dә ki, Sәbuhi adlı şәxslәr onunla әlaqә saxlamamışlar. Firudin Hәsәnovdan da soruşduqda, o da onunla heç kimin әlaqә saxlamadığını, beh kimi verilmiş pulun da onda olduğunu bildirmişdir. Yasamal rayon Polis İdarәsinә dәvәt olunduqda hәmin faktla bağlı araşdırma aparıldığını bilmişdir. Makler Novruz adlı şәxslә “WhatsApp” vasitәsilә aralarında olan mesajları saxlamış vә istintaqa tәqdim etmişdir. ## ### 2025-ci il tarixdә Gülcәnnәt Hәsәnovaya mәxsus olan fәrdi yaşayış evindә olan zaman Firudin Hәsәnovla Novruz adlı makler söhbәt etmiş vә Novruz adlı şәxs bacısı Gülcәnnәtlә danışdıqdan sonra, Novruz adlı şәxsә evi 71500 manatdan aşağı qiymәtә satmayacaqlarını bildirmişdir. Firudin Hәsәnovla evi almaq istәyәn alıcı Nicat adlı şәxs arasında evin qiymәti vә ya evin alınması üçün göndәrilәcәk behin mәblәği barәdә söhbәt eşitmәmişdir. Qeyd etdiyi kimi, Firudin Hәsәnovla Novruz adlı makler söhbәt etmişdir. Gülcәnnәt Hәsәnovaya mәxsus ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinә dair ona heç kim tәrәfindәn çıxarış tәqdim edilmәmiş, hәmin evlә bağlı sәnәdlәr Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәtdir. Bu barәdә ona Firudin Hәsәnov bildirmişdir. Onunla Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә ya qeyrisi, elәcә dә evi almaq istәyәn Nicat adlı şәxs arasında qeyd olunan fәrdi yaşayış evinin 70000 manata satılması vә yaxud da hәmin mәblәğdә pulun Tәqsirlәndirilәn şәxs vә ya qeyrisi tәrәfindәn alınaraq evin sahibinә çatdırılması barәdә heç bir söhbәt edilmәmiş, bu barәdә heç nә eşitmәmişdir. Onun yanında da qәti olaraq belә bir mәzmunda söhbәt edilmәmişdir. Ona Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә ya qeyrisi tәrәfindәn Gülcәnnәt Hәsәnovaya mәxsus qeyd olunan evin alqısatqısı ilә bağlı pul verilmәmişdir. Onunla evin sahibi Gülcәnnәt Hәsәnova vә ya qeyri şәxslә hәmin fәrdi yaşayış evinә çıxarış alınması ilә bağlı heç kim arasında söhbәt vә ya razılıq olmamışdır. Verilәn suallara cavab olaraq şahid M.A.İmanov ifadәsinә әlavә olaraq göstәrdi ki, o, Nicatla telefon danışığı aparmamış, Nicatla sövdәlәşmәnin pozulmasını ilk dәfә sonuncunun evin qarşısına gәlib sәs-küy yaradarkәn bilmişdir. O, xidmәt haqqı olan evin satışından әldә olunmuş pulun 2 faizinin alınması üçün ev sahibi ilә danışmış, Tәqsirlәndirilәn şәxs makler kimi xidmәt haqqı barәdә kimlә necә razılaşdığını isә bilmәmişdir. Adәtәn, maklerlәr evin satışından әldә olunmuş pulun 1 faizi olaraq xidmәt haqqı istәyirlәr. O, adәtәn, evi satanda 2 faiz, alandan isә 1 faiz xidmәt haqqı alır. O, xidmәt haqqı barәdә Nicatla hәr hansı danışıqlar aparmamışdır. Adәtәn, iki makler olduqda, satıcı tәrәf öz xidmәt haqqını әmlakı satandan, alıcı tәrәf isә xidmәt haqqını әmlakı alandan alır. İbtidai istintaq zamanı ifadә verәrkәn ona qarşı hәr hansı tәzyiq vә tәsir olmamışdır. O, qeyd olunan evlә bağlı apardığı telefon danışıqlarını ibtidai istintaq orqanına tәqdim etmiş, hәmin danışıqlar hәqiqәti әks etdirir. O, # ### 2025-ci il tarixindә ilk dәfә Novruzla danışıqlar apararkәn sonuncudan ofisinin harada yerlәşmәsini soruşduqda Novruz ofisinin Bakı şәhәri Yasamal rayonu X9 küçәsindә yerlәşәn “Mothercare” adlı uşaq geyim mağazası ilә üzbәüz yerlәşdiyini bildirmişdir. ## ### 2025-ci il tarixdә günün ikinci yarısında Nicat evin qarşısında sәs-küy salan vaxtlarda o, Sәbuhi vә Novruza zәng etmәsinә baxmayaraq sonuncular zәnglәrә cavab vermәmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid2 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәsi ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, tәlәbә olduğundan tәhsilindәn başqa hәr hansı işlә mәşğul deyildir. Əliyev Rәşad Fәrasәt oğlu onun xalası oğludur. 2025-ci ilin aprel ayının әvvәllәrindә xalası oğlu Rәşad Əliyev onunla söhbәt zamanı daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmaq qәrarına gәldiyini deyәrәk, Bakı şәhәri Yasamal rayonu әrazisindә çox olduğu üçün ondan “Elmlәr Akademiyası” metrostansiyası yaxınlığında icarәyә verilәn qeyriyaşayış sahәsi görәrsә ona demәsini xahiş etmiş, o da razılaşmışdır. Bir neçә gün sonra o, Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә Xalәddin adlı şәxs tәrәfindәn özünә mәxsus qeyri-yaşayış sahәsinin icarәyә verilmәsi barәdә elan görmüş vә bu barәdә xalası oğlu Rәşada demişdir. Rәşad onunla birlikdә Xalәddin adlı şәxslә görüşmüşdür. Xalәddin adlı şәxs hәmin qeyriyaşayış sahәsini Rәşada aylıq 400 manata icarәyә verәcәyini bildirmişdir. Rәşad da onunla razılaşmışdır. Belә ki, 2025-ci ilin aprel ayının әvvәllәrindә xalası oğlu Rәşad hәmin qeyriyaşayış sahәsini daşınmaz әmlakın alqı-satqısı ofisi kimi işlәtmәyә başlamışdır. Hәmin müddәtdә o, hәrdәn bir onun yanına hәmin ofisә gedibgәlmişdir. Hәmin ofisә gedib-gәldiyi zaman orada bir neçә dәfә Sәbuhi vә Novruz adlı şәxslәri görmüşdür. Onlar da xalası oğlu Rәşadla birlikdә daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmuşlar. Lakin Sәbuhi vә Novruz adlı şәxslәrlә elә dә münasibәti olmamışdır. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun ## ### 2025-ci il tarixdә Azәrbaycan Respublikası DİN-in “102” xidmәti zәng mәrkәzinә etdiyi müraciәtdә, hәmin tarixdә Yasamal rayon Polis İdarәsinә verdiyi әrizәsindә vә zәrәrçәkmiş şәxs kimi verdiyi ifadәsindә göstәrdiklәri ilә bağlı heç bir mәlumatı olmamışdır. Nicat adlı şәxsi tanımamış vә hazırda da tanımır. Novruz vә ya Sәbuhi adlı şәxsin Nicat adlı şәxsә ev satıbsatmaması barәdә dә heç bir mәlumatı yoxdur. Bir müddәt әvvәl xalası oğlu Rәşadla söhbәt zamanı, sonuncu ona işlәtdiyi hәmin ofisdә gördüyü Novruz adlı şәxsin hәbs edildiyini bildirmişdir. Lakin Rәşad Novruz adlı şәxsin hansı sәbәbdәn hәbs edilmәsi barәdә ona heç nә demәmiş, o da maraqlanmamışdır. ## ### 2025-ci il tarixdә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisinә baxış keçirilәn zaman oradan aşkar edilmiş 7 әdәd Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDRX-nin müxtәlif tarixli vә qeydiyyat nömrәli çıxarışların kserosurәtlәrinin orada olmasından, hansı şәxsin oraya qoymasından mәlumatı yoxdur, görmәmişdir. Qeyd etdiyi kimi, xalası oğlu Rәşad Əliyevin ondan etdiyi xahişә görә hәmin qeyri-yaşayış sahәsinin Xalәddin adlı şәxs tәrәfindәn icarәyә verildiyini demiş vә Rәşadla birlikdә gedib Xalәddin adlı şәxslә görüşmüşlәr. Xalәddin onun da Rәşadla birlikdә hәmin qeyri-yaşayış sahәsini icarәyә götürdüyünü düşünmüşdür. Hәmçinin, hәmin ofisә gedib-gәlәn zaman Sәbuhi adlı şәxs onu gördüyündәn onun da hәmin ofisdә daşınmaz әmlakın alqısatqısı fәaliyyәti ilә mәşğul olduğunu zәnn etmişdir. Lakin o heç bir zaman qeyd olunan qeyri yaşayış sahәsindә alqı-satqı fәaliyyәti ilә mәşğul olmamışdır. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid1 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, şahid2 Şahismayil oğlu xalası oğludur, Hәsәnov Sәbuhi Mәhәrrәm oğlu da qohumudur, o arabir daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmuşdur. Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunu da tәxminәn 2 ildir tanıyır, yoldaşlıq münasibәti vardır. Tәqsirlәndirilәn şәxs tanıdıqdan sonra onun da daşınmaz әmlakın alqısatqısı fәaliyyәti ilә mәşğul olduğunu bilmişdir. 2025-ci ilin aprel ayının әvvәllәrindә daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmaq qәrarına gәlmiş, bu mәqsәdlә icarәyә götürәrәk hәmin sahәdә daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmaq üçün qeyri-yaşayış sahәsi axtarmışdır. Xalası oğlu şahid2lә söhbәt zamanı ona bu barәdә deyәrәk, ona Bakı şәhәri Yasamal rayonu “Elmlәr Akademiyası” metrostansiyası yaxınlığında icarәyә verilәn qeyri-yaşayış sahәsi görәrsә bildirmәsini xahiş etmişdir. Çünki Rasim Bakı şәhәri Yasamal rayonu İnşaatçılar prospektindә yaşayır vә o, Yasamal rayonu әrazisindә çox olur. Çox keçmәdәn Rasim ona Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә Xalәddin adlı şәxs tәrәfindәn özünә mәxsus qeyri-yaşayış sahәsinin icarәyә verilmәsi barәdә elan gördüyünü bildirmişdir. Onlar Xalәddin adlı şәxslә görüşәrәk onunla bu barәdә danışmağı qәrarlaşdırmış vә Rasimlә 2025-ci ilin aprel ayının әvvәllәrindә Bakı şәhәri Yasamal rayonu әrazisindә Xalәddin adlı şәxslә görüşüb danışmışlar. Xalәddin adlı şәxs hәmin qeyri-yaşayış sahәsini ona aylıq 400 manata icarәyә verәcәyini bildirmiş vә o da Xalәddinlә razılaşmışdır. Belә ki, 2025-ci ilin aprel ayının әvvәllәrindә o hәmin qeyri-yaşayış sahәsini daşınmaz әmlakın alqı-satqısı ofisi kimi işlәtmәyә başlamışdır. Hәmin müddәtdә xalası oğlu Rasim dә hәrdәn bir onun yanına gәlib getmişdir. Hәtta qohumu Sәbuhi Hәsәnov vә tanışı Tәqsirlәndirilәn şәxs dә onun işlәtdiyi hәmin ofisә gәlibgetmişlәr. Sәhv etmirsә, 2025-ci ilin may ayının әvvәllәrindә Nicat adlı şәxs icarәyә götürdüyü Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduğu qeyri-yaşayış sahәsinә gәlәrәk, özünә Yasamal rayonu әrazisindә fәrdi yaşayış evi almaq istәdiyini bildirmiş, hәmin vaxt o, Sәbuhi vә Novruzla ofisdә olmuş, bu zaman Sәbuhi Nicat adlı şәxsә onda belә bir formada evin satışı barәdә mәlumat olmadığını bildirmişdir. Hәmin vaxt Tәqsirlәndirilәn şәxs Nicat adlı şәxsә onun istәdiyi kimi bir fәrdi yaşayış evi tapmaqda kömәklik edәcәyini bildirmişdir. Nicat adlı şәxs dә bu barәdә Novruzla söhbәt etmiş vә o da Nicat vә Novruzun arasında olan söhbәtlәrin bәzilәrinin şahidi olmuşdur. Belә ki, Nicat adlı şәxslә Tәqsirlәndirilәn şәxs bir neçә fәrdi yaşayış evlәrinә baxsalar da, o hәmin şәxslәrlә birlikdә getmәmiş, Sәbuhi Hәsәnov getmişdir. Lakin Nicat adlı şәxsin ona әvvәl göstәrilәn evlәri bәyәnmәdiyini, ona görә dә Novruzun ona başqa yerlәrdәn fәrdi yaşayış evlәri tapmağa çalışdığını bilmişdir. Nәhayәt o, Nicat adlı şәxsin Tәqsirlәndirilәn şәxs vә Sәbuhi Hәsәnovun ona göstәrdiyi Bakı şәhәri Yasamal rayonu әrazisindә yerlәşәn bir fәrdi yaşayış evini bәyәndiyini bilmişdir. Nicat adlı şәxs 2025-ci ilin may ayının ortalarında bәyәndiyi evi almaq üçün beh vermәk mәqsәdi ilә yuxarıda qeyd etdiyi ofisә gәlәrәk, Sәbuhiyә 1000 manat pul vermiş, Sәbuhi dә hәmin 1000 manat pulu ev sahibinin kart hesabına göndәrәrәk alıcının hәmin pulu beh kimi verdiyini bildirmişdir. 1000 manat pulun satıcının kart hesabına köçürülmәsi barәdә olan qәbzi o görmüş, bundan sonrakı günlәrdә Novruz ilә söhbәt zamanı ondan Nicat adlı şәxsin evi alıb-almadığını soruşduqda, Novruz ona Nicat adlı şәxsin evi almaq üçün verәcәyi puldan çatışmadığını, evin pulunu ## ### 2025- ci il tarixdә tam düzәldә bilәcәyini dediyini, hәmin tarixdә dә evin alqı-satqısı üçün görüşәcәklәrini bildirmişdir. ## ### 2025-ci il tarixdә işlәtdiyi qeyd olunan ofisә gәlәn zaman ofisdә polis әmәkdaşlarının olduğunu görmüş, bundan sonrakı dövrlәrdә o, Nicat adlı şәxsin Tәqsirlәndirilәn şәxs ondan, sәhv etmirsә, 70000 manat pulunu alaraq onu aldatması vә pulu әlә keçirmәsi barәdә şikayәt etdiyini vә Novruzun hәbs olunduğunu bilmişdir. Tәqsirlәndirilәn şәxs Nicat adlı şәxsdәn hәmin mәblәğdә pul aldığını görmәmiş, bilmәmiş vә heç buna da inanmır. Nicat adlı şәxsin Tәqsirlәndirilәn şәxsә şәr atdığını düşünür. ## ### 2025-ci il tarixdә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisinә baxış keçirilәn zaman oradan aşkar edilmiş 7 әdәd Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDRX-nin müxtәlif tarixli vә qeydiyyat nömrәli çıxarışların kserosurәtlәrinin orada olmasından, hansı şәxsin oraya qoymasından mәlumatı yoxdur, görmәmişdir. Verilәn suallara cavab olaraq şahid şahid1 ifadәsinә әlavә olaraq göstәrdi ki, o, Nicatın planlı şәkildә gәldiyini hesab edir, sonuncu şәxsәn Novruzu tәk izlәyәrәk gәlmişdir. O, Nicatdan şübhәlәnmiş, sonuncu ev alan şәxsә oxşamamışdır. Nicat bir neçә dәfә gәldikdәn sonra ev almaq istәdiyini bildirmiş, ona bir neçә ev göstәrmәlәrinә baxmayaraq bәyәnmәmişdir. Belә ki, o, kirayә mәnzil vermәk üçün gedәrkәn Nicat Sәbuhi ilә Novruzun göstәrdiyi evi bәyәnmişdir. Bir neçә gün sonra Nicat 60000 manatının olduğunu, pulun qalanının qaynatasında olduğunu, atasının evini sataraq pulunun özündә olduğunu, 2-3 günә hәmin pulu da düzәldib onlara gәtirәrәk evlә bağlı haqq-hesablaşacaqlarını bildirmişdir. Bundan da 2-3-gün keçdikdәn sonra Nicat ofisә gәlәrәk pulun düzәldiyini bildirәrәk Sәbuhiyә 1000 manat beh vermişdir. O, adәtәn, işә gec gәlmiş, işә çatanadәk Sәbuhi ona Nicatın gәlib ona 1000 manat beh verdiyini bildirmişdir. Daha әvvәl Nicat onlara әtir dә gәtirmiş, birlikdә yeyib-içmişlәr. Sәbuhi onunla birlikdә işlәmәmiş, sadәcә onun yanına işi öyrәnmәk üçün gәlmişdir. Hәmin ünvanda tәxminәn 15 gündür işә başlamış, Nicat onlara müraciәt edәn 3cü vә ya 4-cü şәxs olmuşdur. Nicatdan şübhәlәndiklәri üçün o, Sәbuhiyә onun beh kimi verdiyi 1000 manatın şәklini çәkmәyini bildirmiş, özü dә, Sәbuhi dә, hәmin pulun şәklini çәkmişlәr. O, 1000 manat göndәrilmiş pulun qәbzini kitabın arasına qoymuş, Nicat da 1000 manatın qәbzinin şәklini ev sahibinә göndәrmişdir. 1 vә ya 2 gün keçdikdәn sonra işә gәlәrkәn ofisin qabağında polislәrin vә әmәliyyatçıların olduğunu görmüşdür. Polis әmәkdaşları onlara ofisә yaxınlaşmamağı bildirmiş, onu ofisә yaxınlaşmağa qoymamış, ofisә yaxnlaşıb qapını açmaq istәyәrkәn polis әmәkdaşı onu tutmuşdur. Bir müddәt sonra isә hadisәnin baş verdiyini, yәni guya Nicatın Novruza 70.000 manat pul verdiyini öyrәnmişdir. O, Tәqsirlәndirilәn şәxs bir ildir tanımış, sonuncu ev-alqı satqısı ilә mәşğul olmamış, hәmin ofisә hәftәdә 1-2 dәfә gәlib çay içәrәrәk nәrd oynamışdır. Onun yanında Tәqsirlәndirilәn şәxsә hәr hansı mәblәğdә pul verilmәmişdir. Əmisi oğlu Sәbuhi sonradan ona ofisdәn “kupça”, bәlәdiyyә sәnәdinin aşkar olunduğunu bildirmişdir. Lakin ofisdә elә bir sәnәdlәrin olması mümkün deyildir. Hesab edir ki, heç kim maklerә pul vermәz vә ya hәr hansı makler dә evin pulunu almaz. O, ofisә yaxınlaşarkәn iki nәfәr rütbәli şәxs, 2-3 nәfәr dә әmәliyyatçı olmuşdur. Hәmin gün Novruzun saxlanıldığını bilmәmiş, Sәbuhinin tutulduğunu bilmiş, bir neçә gün sonra isә Novruzun qardaşından Novruzun tutulduğunu eşitmişdir. Ofisә baxış keçirilәn zaman o, Sәbuhinin harada olduğunu soruşmaq üçün Sәbuhiyә vә Novruza zәng etmiş, lakin onların heç birinә zәng çatmamışdır. Bundan sonra o, Nicatın Sәbuhi vә Novruzu tutdurduğunu düşünmüşdür. 20. Verilәn suallara cavab olaraq şahid şahid1 ifadәsinә әlavә olaraq göstәrdi ki, Nicat ofisә gәlәrkәn onun vә Sәbuhinin tәklif etdiyi evlәri bәyәnmәmiş, sanki Novruzdan tәklif gözlәmişdir. Nicat ilk dәfә yoldan keçәrkәn ev alqı-satqısı ilә bağlı onların ofisinә yaxınlaşaraq ofisә daxil olmuş, hәmin vaxt Novruzla yan-yana oturmuş, Sәbuhi dә ayaqüstә durmuşdur. Sәbuhi Nicatı qarşılamış, sonuncu atasının evi 400.000 manata satdığını, pulların bölüşdürüldüyünü, ona da 70.000-80.000, 100.000 manat mәblәğindә pul qaldığını, hәyәt evi almaq istәdiyini bildirmişdir. Orada peşәkar makler dә olsa belә, müştәri onların yanına gәldiyindәn işlәrinә qarışmazdı. İlk dәfә Nicat ofisә gәlәrkәn ona göstәrilәn evlәri bәyәnmәmişdir. O hәmin vaxt kirayә ev vermәk üçün ofisdәn getmiş, ofisdә Nicat, Novruz vә Sәbuhi qalmış, ofisә qayıtdıqda isә sonuncular ofisdә olmamışdır. Tәxminәn bir saat sonra Novruzla Sәbuhi geri qayıtmış, Nicata ev göstәrdiklәrini, lakin onun evi bәyәnmәdiyini bildirmişlәr. Tәxminәn iki gün sonra Nicat sanki Novruzun ofisә gәlәcәyini bilib onu izlәyirmiş kimi yenidәn ofisә gәlmişdir. Hәmin vaxt o, necәsә ofisdәn yenә dә başqa yerә getmiş, hәmin vaxta qәdәr Nicat ona göstәrilәn evlәri bәyәnmәmiş, sanki xüsusilә Novruzdan tәklif gözlәmişdir. Novruz prosesә yalnız onların xahişi ilә, ya da onlardan icazә alaraq işә qoşula bilәrdi. Novruzun prosesә konkret olaraq qoşulduğunu xatırlamır. Sәbuhi, Novruz vә Nicat yenidәn ev baxmağa getdikdә özü ofisdә qalmışdır. İbtidai istintaq zamanı ifadәsini sәrbәst şәkildә vermiş, ona qarşı hәr hansı tәzyiq vә ya tәsir olmamışdır. O, Novruzun maklerlik fәaliyyәti ilә mәşğul olmaq üçün onların ofisinә gәlmәsi barәdә hәr hansı ifadә vermәmişdir. O, evin çıxarışının ofisdә tapıldığını müstәntiqdәn eşitmişdir. Hәmin sәnәdlәrin ofisә ya Nicat, ya da hüquq mühafizә orqanlarının әmәkdaşları tәrәfindәn qoyulduğunu güman edir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid3 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәsi ilә әsasәn eyni mәzmunlu vә şahid qismindә dindirilmiş Hәsәnov Firudin Gülmәmmәd oğlu vә Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızı ilә oxşar mәzmunlu ifadә verәrәk verilәn suallar cavab olaraq әlavә olaraq göstәrmişdir ki, evin alqı-satqısı üçün tәyin olunmuş vaxtın gәlib çatmasına, hәtta üzәrindәn bir günün dә keçmәsinә baxmayaraq hәr hansı xәbәr alınmadığından, elәcә dә digәr hәr hansı şәxsi tanımadıqlarından makler Mәhәmmәdlә әlaqә saxlamış vә alqı-satqı ilә maraqlanmış, Mәhәmmәd isә cavabında neçә gündür zәng etdiyini, lakin zәnglәrә cavab verilmәdiyini, bir daha zәng edәcәyini bildirmişdir. Mәhәmmәd ona bir daha qarşı tәrәfin vasitәçilәrinә zәng etmәsinә baxmayaraq zәnglәrin açılmadığını bildirmişdir. Qarşı tәrәfә 10-15 dәfә zәng edilmiş, lakin onlar zәnglәrә cavab vermәmişlәr. Bir müddәt sonra o, növbәdәn evә gәlәrkәn tanımadığı nömrәdәn ona zәng gәlmiş, cavab verdikdә hәmin şәxs onu aldatdıqlarını bildirmişdir. O, zәng edәn şәxsin kim vә harada olmasını soruşduqda o, evin yanında olduğunu bildirmişdir. O, evin yanına gәlib hәmin şәxsә sәbrli, tәmkinli olmasını bildirmiş, sonuncu çox hәyәcanlı olmuş, ona 5 dәqiqә danışacaqlarını bildirsә dә o, polisә zәng vuracağını demişdir. Hәmin şәxs guya evi alan adam olmuş, onu şәxsәn tanımamışdır. Nicat hәmin vaxt sәs-küy salmamış, sadәcә hәyәcanlı olmuş, onu aldadan şәxslәrin siyahısına onun özünü dә әlavә etmişdir. O, qonşuların narahat olmaması üçün Nicata avtomobilinә gәlib danışmağı tәklif etsә dә, o, yaxınlaşmaq istәmәdiyindәn oradan uzaqlaşmışdır. O hәmin şәxslә yalnız bir dәqiqәlik üzbәüz gәlmiş, hazırda simasını xatırlamır. Beh kimi verilmiş 1000 manat pulu dayısına vermis, sonuncu da öz növbәsindә pulu qaytarmışdır. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid9 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәsi ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn qeyri-yaşayış sahәsi onun mülkiyyәtindәdir. Hәmin qeyri-yaşayış sahәsini müxtәlif dövrlәrdә müxtәlif şәxslәrә icarәyә vermiş, lakin aralarında rәsmi icarә müqavilәsi rәsmilәşdirilmәmişdir. Hәmin sahәnin sağ tәrәfindәki qeyri-yaşayış sahәsi dә ona mәxsusdur. Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn qeyri-yaşayış sahәsini ## ##### 2025-ci il tarixdә Rasim vә Rәşad adlı şәxslәrә icarәyә vermiş, lakin hәmin şәxslәrin soyad vә ata adlarını xatırlamır. İcarә haqqını da hәr ay 400 manata razılaşmışlar. Onlar qeyri-yaşayış sahәsini daşınmaz әmlakın alqı-satqısı ofisi kimi işlәtmişlәr. O, adları qeyd olunan şәxslәrә icarәyә verdikdәn sonra dәfәlәrlә hәmin qeyriyaşayış sahәsindә onların yanında sonradan adları ona mәlum olan Sәbuhi vә Novruz adlı şәxslәri dә görmüşdür. Hәmin şәxslәri o, әvvәllәr tanımamış, onların adını da qeyri-yaşayış sahәsinә gedib gәlәrkәn bilmişdir. Sәbuhi vә Novruz adlı şәxslәr dә daşınmaz әmlakın alqısatqısı fәaliyәti ilә mәşğul olmuşlar. Adlarını qeyd etdiyi 4 nәfәr şәxsin hәr birinin barәsindә әlavә mәlumatı yoxdur, onlarla әvvәllәr heç bir münasibәti olmamışdır. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunu tanımır vә onunla heç bir münasibәti olmamışdır. Hәmin şәxslә Novruz adlı makler vә ya qeyrisinin bu vә ya digәr әmlakın alqısatqısı ilә bağlı aralarında olan razılaşmadan, elәcә dә, Zәrәrçәkmiş şәxs Novruz adlı şәxs vә ya qeyrisinә 71400 manat pul verib-vermәmәsindәn dә heç bir mәlumatı olmamışdır. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid7 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, qohumu Əliyev Rәşad Fәrasәt oğlu xalası oğlu Rasim adlı şәxslә ## ##### 2025- ci il tarixdә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn qeyriyaşayış sahәsini Xalәddin adlı şәxsdәn icarәyә götürәrәk orada daşınmaz әmlakın alqısatqısı fәaliyyәti ilә mәşğul olmağa başlamışlar. O da tez-tez hәmin fәaliyyәtlә mәşğul olaraq pul qazanmaq üçün ofisә getmişdir. O hәmin ofisә gedib-gәlәn zaman Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu ilә tanış olmuşdur. Tәqsirlәndirilәn şәxs onun qohumu Rәşad Əliyevlә münasibәti olmuşdur. Tәqsirlәndirilәn şәxs dә daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olmuşdur. Belә ki, Novruzla birlikdә hәmin ofisә gedibgәldiklәri üçün aralarında yoldaşlıq münasibәti yaranmışdır. Xalәddin adlı şәxslә rәsmi icarә müqavilәsi bağlanmamışdır. Çünki hәmin ofisin yanında Xalәddin özünә mәxsus digәr qeyriyaşayış sahәsindә dә tәmir işlәri aparmış vә hәmin qeyri-yaşayış sahәsindә tәmir işlәri bitdikdәn sonra hәmin qeyri-yaşayış sahәsini dә onlara icarәyә verәcәyini vә birlikdә icarә müqavilәsini rәsmilәşdirilәcәyini bildirmişdir. Hadisәdәn tәxminәn 2 hәftә әvvәl o, Novruzla birlikdә hәmin ofisdә olarkәn bir nәfәr şәxs gәlәrәk adının Nicat olduğunu demәklә, 90000 manat pulu olduğunu vә hәmin pula Bakı şәhәri Yasamal rayonu әrazisindә fәrdi yaşayış evi almaq istәdiyini bildirmişdir. Hәmin vaxt Novruzla o, Nicat adlı şәxsә cavab verәrәk, ona dediyi qiymәtdә fәrdi yaşayış evi tapa bilәcәklәrini demişlәr. O vә Novruz bir neçә tanış maklerlәrlә danışmış vә Nicat adlı şәxsә bir neçә fәrdi yaşayış evi göstәrilmәlәrinә baxmayaraq, o, bәyәnmәmişdir. Bundan sonra Novruzla o, “bina.az” әmlak elanı saytından 75000 manata satışa çıxarılan fәrdi yaşayış evi ilә maraqlanmışlar vә Novruz hәmin evin elanını verәn Mәhәmmәd adlı vasitәçi ilә әlaqә saxlamışdır. Novruz Mәhәmmәd adlı şәxslә danışıq zamanı evin fotoşәkillәrini ona göndәrmәsini xahiş etmiş vә evin harada yerlәşdiyini soruşmuşdur. Mәhәmmәd adlı şәxs dә evin fotoşәkillәrini Novruza göndәrmiş vә evin Bakı şәhәri Yasamal rayonu D.Bünyәtzadә küçәsindә, yәni şәhәr telefon şәbәkәsinin (ATS) inzibati binasının arxasında olduğunu bildirmişdir. Hәmin әrәfәlәrdә hәm o, hәm dә Novruz Nicatla әlaqә saxlamışlar. O hәmin evin fotoşәkillәrini Nicata göndәrmiş, Nicat da evi bәyәndiyini, evә baxmaq istәdiyini deyәrәk, qiymәtini dә bir qәdәr aşağı saldırmalarını xahiş etmişdir. Bundan tәxminәn 1-2 gün sonra Nicat idarә etdiyi ağ rәngli “Chevrolet” markalı, dövlәt qeydiyyat nişanını bilmәdiyi avtomobillә gәlib onu vә Novruzu ofisdәn götürmüşdür. Onlar birlikdә gedib şәhәr telefon şәbәkәsinin (ATS) inzibati binasının arxasında Mәhәmmәd adlı şәxsi dә götürüb hәmin evә getmişlәr. Belә ki, Mәhәmmәd evin hәyәt qapısını özündә olan açarla açmış vә onlar evә baxmışlar. Nicat özü evin fotoşәkillәrini vә videogörüntüsünü mobil telefonu ilә çәkmiş, evi bәyәndiyini bir daha bildirmişdir. Nicat ailәsi ilә fikrini dәqiqlәşdirib deyәcәyini bildirmişdir. Sәhv etmirsә, elә hәmin gün Nicat ailәsi ilә birlikdә hәmin evә gedib baxmış vә bәyәndiyini, artıq evi almaq istәdiyini demişdir. Bundan bir neçә gün sonra Nicat hәmin ofisә gәlmiş vә evә bir daha baxmaq istәdiyini, evin sahibi ilә qiymәtdә razılaşmaq istәdiyini bildirmişdir. Bu dәfә Nicat bir nәfәr şәxslә gәlmiş vә hәmin şәxsi qaynı kimi tәqdim edәrәk Qarabağ müharibәsi qazisi olduğunu bildirmişdir. Avtomobildә gedәn zaman Nicat evi ona çalışıb 70000 manata almasını, әgәr hәmin qiymәtә ala bilsәlәr, çox mәblәğdә beh verәcәyini bildirmişdir. O vә Novruz Nicatla razılaşmışlar ki, xidmәt haqqı kimi o, yekunda ev satıldıqdan sonra onlara 2 faiz, yәni 1400 manat verәcәkdir. Onlar hәmin evә çatmış, Mәhәmmәd adlı makler dә gәlmişdir. Bu dәfә onlar evin qiymәtini dәqiqlәşdirmәk üçün gedәndә oraya evin sahibinin dayısı da gәlmişdir. Orada hәmin şәxslә evin qiymәtini 70000 manata razılaşmışlar. Nicat orada hәmin şәxsә kart hesabına beh kimi 1000 manat pul göndәrәcәyini, kartın nömrәsini dә ya ona, ya da özünә göndәrmәsini bildirmişdir. Onlar oradan çıxmışlar vә hәmin gün Nicatla telefon әlaqәsi saxlayaraq özünün gәlmәsinә ehtiyacı olmadığını, kart hesabına da göndәrә bilәcәyini bildirmişdir. Nicat isә özü gәlәcәyini bildirmişdir. Hәmin gün Nicat ofisә gәlmişdir. Hәmin vaxt Novruz orada olmamış, Nicat ona beh kimi 1000 manat pul vermiş vә onunla birlikdә ofisin yanında olan “Al market"ә daxil olaraq orada olan ödәniş terminallarının birinin vasitәsilә ev sahibinin dayısının kart hesabına pul köçürmәk istәmişlәr. Lakin terminalda nasazlıq olduğundan Nicat işlәri olduğu üçün tәlәsdiyini bildirmiş vә ödәniş edib qәbzi ona göndәrmәlәrini xahiş etmişdir. Nicat getdikdәn sonra o, 1000 manat pulu evin sahibinin dayısının kart hesabına göndәrib qәbzin dә fotoşәklini “WhatsApp” vasitәsilә Nicata göndәrmişdir. Ev sahibi alqı-satqı vaxtını soruşduqda Nicat 21 vә ya ## ### 2025-ci il tarixdә alqı-satqı müqavilәsini rәsmilәşdirәcәyini bildirmişdir. Onlar da hәmin tarixi gözlәmişlәr. ## ### 2025-ci il tarixdә Nicat ona zәng edәrәk, Novruz vә ona hәdiyyә aldığını vә gәtirib onlara vermәk istәdiyini biildirmişdir. O isә ona ehtiyac olmadığını dedikdә Nicat gәlib hәdiyyәni verәcәyini demişdir. Hәmin gün saat 17 radәlәrindә Nicat dayısı oğlu kimi tәqdim etdiyi şәxslә ofisә gәlmiş vә Novruza bir әtir verәrәk ona hәdiyyә kimi aldığını bildirmişdir. Novruz әvvәl hәdiyyәni qәbul etmәk istәmәsә dә, Nicat tәkidlә xahiş edәrәk götürmәsini demiş vә Novruz Nicatın aldığı әtiri götürәrәk ofisә qoymuşdur. Nicat ona da siqaret qutusu almış, o isә hәdiyyәni götürmәmişdir. Bundan sonra Nicat getmişdir. Hәmin vaxtdan sonra Nicat bir dәfә ona vә Novruza zәng edәrәk hәmin evdә tәmir işlәri gördürmәk istәdiyi üçün santexnik vә mebel ustası tapmalarını xahiş etmiş, onlar da Nicata çalışıb kömәklik edәcәklәrini demişlәr. O, bundan sonra dәfәlәrlә Nicata zәng edib alqı-satqının ya ayın 21-i, ya da 22-si edәcәklәrini soruşmaq istәsә dә, Nicatla әlaqә saxlaya bilmәmişlәr. Bu barәdә Novruza da demişdir. Lakin daha Novruzun ona zәng edib-etmәdiyini bilmәmişdir. Nicat onun yanında Novruza 70400 manat pul vermәmiş vә Novruz da Nicata hәr hansı bir әmlak sәnәdi vermәmişdir. Nicat Novruza әtir hәdiyyә etmişdir. Yәni, Nicatın Novruza 70400 manat pul verib-vermәmәsindәn, Novruzun da ona hәr hansı bir әmlak sәnәdi, çıxarış vә s. veribvermәmәsindәn mәlumatı yoxdur. ## ### 2025-ci il tarixdә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduqları qeyriyaşayış sahәsinә baxış keçirilәn zaman oradan götürülәn 7 әdәd Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDRX-nin müxtәlif tarixli vә qeydiyyat nömrәli çıxarışlarının kserosurәtlәrini ofisә o qoymamış vә orada olmasından, hansı şәxsin oraya qoymasından mәlumatı yoxdur. Hәmçinin, hәmin sәnәdlәri Novruzun da oraya qoyubqoymaması barәdә heç bir mәlumatı yoxdur, görmәmişdir. Verilәn suallara cavab olaraq şahid şahid7 ifadәsinә әlavә olaraq göstәrdi ki, beh verdikdәn sonra Nicatla görüşmәmiş, Nicata zәng etmәsinә baxmayaraq zәnglәrinә cavab vermәmiş, alqısatqı üçün tәyin olunan vaxt çatanda ev sahibinin makleri onunla әlaqә saxlamışdır. Nicat pulun qaynatasında olduğunu, pulu düzәldәcәyini bildirmişdir. O, maklerә Nicatla әlaqә saxlaya bilmәdiyini, mәlumatının olmadığını bildirmişdir. Daha sonra mayın 20- dә ofisdә olarkәn polis әmәkdaşları tәrәfindәn saxlanılmışdır. Nicat onun yanında Novruza 70.000 manat pul vermәmiş, yalnız beh kimi 1000 manat mәblәğindә pul vermişdir. Nicat hәmin pulu verәrkәn ona 500 manat şirinlik vermәk istәmәsinә baxmayaraq pulu qәbul etmәyib götürmәmişdir. Nicat ona hәdiyyә gәtirmiş, lakin onun hәdiyyәsini dә qәbul etmәmişdir. Nicat hәmçinin Novruza da әtir hәdiyyә gәtirmiş, lakin Novruz hәmin hәdiyyәni qәbul etmәmişdir. Nicatın hәdiyyәlәri behdәn әvvәl vә ya sonra verdiyini xatırlamır. Evә baxmağa Tәqsirlәndirilәn şәxs vә Nicatla birlikdә getmiş, qarşı tәrәfdәn isә ev sahibinin dayısı gәlmişdir. Ofis Rәşadla Rasim tәrәfindәn icarәyә götürülmüş, Rәşad hәmin vaxt rayonda olduğundan evi göstәrmәyә özü getmişdir. Nicat ofisә gәlәrkәn Rәşad onu görmüşdür. Nicat tez-tez onlara zәng etmәdәn ofisә gәlmişdir. Nicata bina evlәrinә baxdıqlarını, hәyәt evinin olmadığını bildirmişdir. Nicatın Novruzun nömrәsini necә әldә etdiyini xatırlamır. Novruzun onda yalnız bir mobil telefon nömrәsi olmuşdur. O, ## ### 2025-ci il tarixdә Yasamal Rayon Polis İdarәsinә aparılaraq iki gün hәmin idarәnin üçüncü mәrtәbәsindә bir otaqda qalmış, orada tәhqiqatçı vә әmәliyyatçı olmuşdur. Ona qarşı hәr hansı tәzyiq vә tәsirlәr olmamışdır. Yasamal Rayon Polis İdarәsindә onun telefonu alınmış vә hazırkı dövrәdәk qaytarılmamışdır. Nicata zәng çatmaması Novruz saxlanılmamışdan әvvәl olmuş, lakin dәqiq tarixi xatırlamır. O, ## ### 2025-ci il tarixdә sәhәr saat 11:00-12:00-da ofisә gәlmiş, bir nәfәr yaxınlaşıb özünü tәqdim edәrәk ev lazım olduğunu demiş, ona ev tapdıqdan sonra hәmin şәxs onun (Sәbuhinin) polis orqanına yaxınlaşmasını bildirmişdir. Onu üç nәfәr maşına mindirib aparmış, iki gün polis orqanında saxlanılmış, gecәni idarәdә divanda yatıb keçirmişdir. Ona müştәri kimi yaxınlaşan şәxs polis әmәkdaşı olmuşdur. Polis idarәsindә obyekt sahibi kimi Xalәddin dә çağırılmış, baxış keçirilmәsi üçün protokolu imzalamış, qayıdıb ofisә gәlәndә ofis bağlı olmuş, qapını açıb içәri girmişlәr. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid8 mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәri ilә әsasәn eyni mәzmunlu ifadә verәrәk göstәrmişdir ki, Bakı şәhәri Xәtai rayonu әrazisindә yerlәşәn “Angel” şadlıq sarayında mühafizәçi işlәyir. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu ilә uzun illәrdir dostluq münasibәtindәdir. Zәrәrçәkmiş şәxs nәnәsinә mәxsus Bakı şәhәri Yasamal rayonu “Sovetski” deyilәn әrazidә yerlәşәn ev tәxminәn iki il әvvәl plana düşdüyündәn sökülmüş vә buna görә kompensasiya qismindә onlara pul vәsaiti ödәnilmişdir. Bundan sonra, dostu Zәrәrçәkmiş şәxs Bakı şәhәri Yasamal rayonu әrazisindә özünә almaq üçün fәrdi yaşayış evi axtarmışdır. Bir neçә ay әvvәl Nicatla Bakı şәhәri Yasamal rayonu әrazisindә birlikdә bir neçә fәrdi yaşayış evinә baxsalar da Nicat bәyәnmәmişdir. Dostu Zәrәrçәkmiş şәxs söhbәt әsnasında ona makler vasitәsilә bir fәrdi yaşayış evi tapdığını vә hәmin evin sahibinin ona evi 70000 manata satmağa razılaşdığını bildirmişdir. O da ondan evin harada olduğunu soruşduqda, Nicat evin Bakı şәhәri Yasamal rayonu Dadaş Bünyәtzadә küçәsindә olduğunu, maklerlәrlә birlikdә hәmin evә baxdıqlarını, evi bәyәndiyini bildirmişdir. Nicatla birlikdә 2025-ci ilin may ayının әvvәllәrindә Nicatın idarә etdiyi avtomobillә hәmin evә baxmağa getmişlәr. Onlarla birlikdә hәmin fәrdi yaşayış evini Nicata tapmış Novruz adlı makler vә onun tanışı Sәbuhi adiı şәxs dә getmişdir. O da Nicatın bәyәndiyi evә baxmışdır. Evә baxdıqları zamanı Novruz Nicata hәmin evin itirilәsi ev olmadığını, evә başqa müştәri tapılmaması üçün pulunu tez verib evi almaq lazım olduğunu bildirmişdir. Bundan sonra, Nicat Sәbuhi vә Novruz adlı şәxslәri apararaq, onları Bakı şәhәri Yasamal rayon әrazisindә düşürtmüş vә onlar birlikdә gedәn zaman Nicat bir neçә gün sonra Novruz adlı şәxsә vermәk üçün pul aparacağını bildirmişdir. Nicat onun da onunla birlikdә getmәsini xahiş etmiş vә o da razılaşmışdır. ## ### 2025-ci il tarixdә, saat 17 radәlәrindә Nicatn idarә etdiyi avtomobillә Novruz adlı şәxsin Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduğu ofisinә getmişlәr. Yolda gedәrkәn Nicat evә görә bir neçә gün әvvәl Novruzun tanışı Sәbuhi adlı şәxsә 1000 manat pul aparıb verdiyini, qalan 69000 manatı da verәcәyini, әlavә olaraq da makler Novruz adlı şәxsә әvvәlcәdәn razılaşdıqları kimi әlavә olaraq 1400 manat pul verәcәyini bildirmişdir. Belә ki, o, Nicatla hәmin ofisә getmişdir. Nicat apardığı pulu Novruz adlı şәxsә vermişdir. Novruz adlı şәxs pulu saymış vә 70400 manat olduğunu görmüşdür. Nicat Novruz adlı şәxsdәn evin çıxarışını ona göstәrmәsini xahiş etmişdir. Bu vaxt Novruz adlı şәxs evә vә onun yerlәşdiyi torpaq sahәsinә dair iki әdәd çıxarışın surәtini Nicata göstәrmişdir. Nicat hәmin çıxarışların surәtini Novruzdan istәdikdә, Novruz ona hәmin çıxarışların onun adına olmadığını, alqı-satqıdan sonra onun adına keçәcәyini bildirmişdir. Nicat hәmin çıxarışları Novruz adlı şәxsdәn istәdiyinә görә Novruz adlı şәxs hәmin sәnәdlәri ona verәrәk alqısatqıya qәdәr hәmin sәnәdlәri ortaya çıxarmamasını, Əmlak Komitәsindә onun adına çıxarışları tez bir zamanda hazırlatdıracağını bildirmişdir. Novruz adlı şәxs Nicata sәhәrisi gün, yәni ## ### 2025-ci il tarixdә zәng vuracağını, onunla görüşәcәyini, evi ona tәhvil verәcәyini, notariusda alqı-satqı baş tutacağını bildirmişdir. Onlar Novruz adlı şәxslә sağollaşıb oradan çıxmışlar. O da Nicata xeyir-dua vermişdir. Nicat çox sevinmişdir. ## ### 2025-ci il tarixdә günün ikinci yarısında Nicat ona zәng etmiş vә әsәbi halda Novruz adlı şәxsin onu aldadaraq pulunu әlә keçirdiyini, Novruzun ona satacağını dediyi evә getdiyini, orada ona hәmin evin sahibinә pul verilmәdiyini, ona verilmiş çıxarışların da saxta olduğunu müәyyәn etdiyini, bu sәbәbdәn dә Novruz adlı şәxs barәsindә şikayәt etdiyini bildirmişdir. Verilәn suallara cavab olaraq şahid8 ifadәsinә әlavә olaraq göstәrdi ki, Zәrәrçәkmiş şәxs 70400 manat pulu ofisdә olarkәn Novruz adlı şәxsә vermişdir. Nicat evin sәnәdlәri barәdә soruşduqda Novruz tanışının olduğunu, iki günә sәnәdlәri düzәldәcәyini bildirmiş, bir müddәt sonra isә Nicat ona başına iş gәldiyini, Novruza zәng çatmadığını, ofisin bağlı olduğunu vә polisә şikayәt edәcәyini bildirmişdir. Nicatla danışandan bir neçә saat sonra Yasamal Rayon Polis İdarәsindәn onunla әlaqә saxlanılaraq idarәyә çağırılmış vә Novruz adlı şәxsin orada olduğunu görmüşdür. Evә baxmaq üçün gedәrkәn Sәbuhi vә evi sahibi dә orada olmuşdur. Nicat beh verәrkәn onun yanında olmamış, lakin 70400 manat pulu Novruza ofisdә verәrkәn onunla birlikdә getmiş, hәmin vaxt orada Sәbuhi vә Novruz olmuşdur. Hәmin vaxt onlara hәr hansı sәnәd verilmәmiş, Novruz tanışının olduğunu vә iki günә sәnәdlәrin hazır olacağını, gәlib götürә bilәcәklәrini bildirmişdir. *** *** ** ** saylı mobil telefon nömrәsi onun işlәk mobil nömrәsidir. 70400 manat pulun polisә şikayәt olunan vaxtdan neçә gün әvvәl verildiyini xatırlamır. Kupçanın surәtinin Nicata verilmәsini xatırlamır. O, Nicata hәmin mәblәğdә pulu Novruza necә verә bildiyini soruşanda Nicat Novruza inandığını bildirmişdir. O, Nicatla Novruzgilin birlikdә yemәk yediyi vaxtda yanlarında olmamışdır. Onda yaddaş pozğunluğu yoxdur. Hadisәnin baş vermәsinin üzәrindәn xeyli müddәt keçmәsi ilә әlaqәdar bәzi halları xatırlamır. Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu tәrәfindәn ## ### 2025-ci il tarixdә Yasamal RPİ-nin rәisi R Mirnemәt Mirbabayevә ünvanlanmış әrizәdәn görünür ki, Zәrәrçәkmiş şәxs Bakı şәhәri Yasamal rayonu әrazisindә yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisindә Novruz adlı şәxsin Bakı şәhәri Yasamal rayonu D.Bünyәtzadә küçәsi 61B ünvanında yerlәşәn evi ona satacağı adı ilә saxta sәnәdlәrdәn istifadә etmәklә ## ### 2025-ci vә ## ### 2025-ci il tarixlәrdә 71400 (yetmiş bir min dörd yüz) manat pulunu alaraq onu aldadıb dәlәduzluq etdiyini qeyd edәrәk ona dәymiş maddi ziyanın ödәtdirilmәsinә vә hәmin şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsinә göstәriş verilmәsini xahiş etmişdir (Cild 1, i.v.5;). “Tәqdim edilmiş sәnәdә baxış keçirmә vә götürmә haqqında” ## ### 2025-ci il tarixli protokoldan vә protokola әlavә edilmiş çıxarışdan görünür ki, Bakı şәhәri Yasamal RPİ-nin İŞ-nin müstәntiqi R Soltanlı Fәrid Qulam oğlu tәrәfindәn Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun tәqdim etdiyi 2 (iki) әdәd sәnәdә baxış keçirilmişdir. Baxış zamanı müәyyәn edilmişdir ki, sәnәdlәr Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDRX-nin müxtәlif tarixli vә çıxarışlarının kserosurәtidir. Belә ki, hәmin çıxarışlara baxdıqda görünür ki, Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızına mәxsus ünvan 9 ünvanında yerlәşәn 62 kvadrat metr sahәsi olan fәrdi yaşayış evinin ## ### 2025-ci il qeydiyyat tarixli, 1246824902 qeydiyyat nömrәli, üzәrindә “QR” kod olan vә hәmin şәxsә mәxsus ünvan 9 ünvanında yerlәşәn 62 kvadrat metr sahәsi olan daşınmaz әmlak vә 0,42 ha torpaq sahәsinin 0895472 nömrәli, ## ### 2025-ci il qeydiyyat tarixli, 1035468519 qeydiyyat nömrәli çıxarışların kserosurәtlәridir. Baxış zamanı Zәrәrçәkmiş şәxs ## ### 2025-ci il tarixdә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsindә yerlәşәn daşınmaz әmlakın alqı-satqı ofisindә Novruz adlı şәxsә 70400 (yetmiş min dörd yüz) manat pulu verdikdәn sonra, Novruz adlı şәxsdәn tәlәb etdiyinә görә sonuncu hәmin çıxarışların kserosurәtlәrini ona verib, aldığı ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinin vә hәmin evin yerlәşdiyi torpaq sahәsinin çıxarışları olduğunu bildirmişdir. Zәrәrçәkmiş şәxs tәqdim etdiyi 2 (iki) әdәd Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızına mәxsus ünvan 11 ünvanında yerlәşәn 62 kvadrat metr sahәsi olan fәrdi yaşayış evinin ## ### 2025-ci il qeydiyyat tarixli, 1246824902 qeydiyyat nömrәli, üzәrindә “QR” mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 436 nömrәli reyestr kitabının 48965 nömrәli vәrәqindә 005137889524 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1035468519 qeydiyyat nömrәli çıxarışların kserosurәti polis әmәkdaşı tәrәfindәn götürülmüşdür. Bu barәdә saat 15:55-dәn saat 16:10-dәk protokol tәrtib edilmişdir (Cild 1, i.v.11-13;). “Hadisә yerinә baxış keçirilmәsi vә götürmә haqqında” ## ### 2025-ci il tarixli protokoldan, protokola әlavә edilmiş fotoşәkillәrdәn, çıxarışın surәtindәn vә әrizәlәrdәn görünür ki, Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun Tәqsirlәndirilәn şәxsә 70400 manat pul verdiyini iddia etdiyi Əlizadә Xalәddin Xurşud oğlunun mülkiyyәtindә olan, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu vә Hәsәnov Sәbuhi Mәhәrrәm oğlunun daşınmaz әmlakın alqı-satqısı fәaliyyәti ilә mәşğul olduqları Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn qeyriyaşayış sahәsinә müstәntiq Fәrid Soltanlı tәrәfindәn Xalәddin Əlizadә vә Sәbuhi Hәsәnovun yazılı razılıq әrizәlәri әsasında Əlizadә Xalәddin Xurşud oğlu, Hәsәnov Sәbuhi Mәhәrrәm oğlu, Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu, Yasamal RPİ-nin 28-ci Polis Şöbәsinin sahә rәisi R Rüstәmov Sәyyaf Əhmәd oğlunun vә iki nәfәr hal şahidinin iştirakı ilә baxış keçirilmişdir. Baxış zamanı müәyyәn edilmişdir ki, qeyri-yaşayış sahәsi beş mәrtәbәli yaşayış binasının 1-ci mәrtәbәsindә yerlәşir. Qeyri-yaşayış sahәsinin giriş qapısı iki tәrәfli ağ plastik materialdandır. Qapının üzәrindә ağ plastik çәrçivәli pәncәrә vardır. Giriş qapısının üzәrindә şüşә vardır...Sağ qapının şüşәsinin üzәrindә “Ev, alqı, satqı, kirayә, 050- 597-57-44, 070-509-74-76, 055-827-26-90” sözlәri vә mobil telefon nömrәlәri qeyd edilmişdir... Baxış zamanı sahәnin içәrisinә Sәbuhi Hәsәnovun giriş qapısının kilidini açarla açması ilә daxil olundu.... Sahәyә girişdә sol divarın üzәrindә “Ofiq RS, evlәrin, obyektlәrin alqı-satqısı vә kirayәsi, 050-597-57-44, 050-345-09-09, 055-827-26-90” sözlәri vә mobil telefon nömrәlәri yazılmış reklam afişası söykәnmişdir....Baxış zamanı qeyd edilәn ünvandan Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadarstı vә Reyestri Xidmәti tәrәfindәn ünvan 1 ünvanında yerlәşәn 0,67 ha torpaq sahәsi vә 85 kvadratmetr sahәsi olan daşınmaz әmlakın üzәrindә Babayeva Günәş Hәbib qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 720 nömrәli reyestr kitabının 54809 nömrәli vәrәqindә 01834955083 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ##### 2016-ci il qeydiyyat tarixli, 1275904173 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli, ünvan 4 ünvanında yerlәşәn 45 kvadratmetr sahәsi olan daşınmaz әmlakın üzәrindә Atakişiyev Toğrul İntiqam oğlunun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 015834709224 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ####### 2018ci il qeydiyyat tarixli, 1076170832 qeydiyyat nömrәli, ünvan 5 ünvanında yerlәşәn 0,28 ha torpaq sahәsi vә 70 kvadratmetr sahәsi olan daşınmaz әmlakın üzәrindә Dadaşov Hәzi Abdullah oğlunun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 370 nömrәli reyestr kitabının 25496 nömrәli vәrәqindә 00812914083 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ###### 2014-cü il qeydiyyat tarixli, 1206739104 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli, ünvan 6 ünvanında yerlәşәn 0,16 ha torpaq sahәsi vә 32 kvadratmetr sahәsi olan daşınmaz әmlakın üzәrindә Əbilova Sonaxanım Hidayәt qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 449 nömrәli reyestr kitabının 37920 nömrәli vәrәqindә 00287394056 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ###### 2015-ci il qeydiyyat tarixli, 1275406183 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli, Bakı şәhәri Xәzәr rayonu Binә qәsәbәsi Ə.İsazadә küçәsi, ev 46 ünvanında yerlәşәn 0,36 ha torpaq sahәsi vә 45 kvadratmetr sahәsi olan daşınmaz әmlakın üzәrindә Əhmәdov Bәşir Sadiq oğlunun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 387 nömrәli reyestr kitabının 43270 nömrәli vәrәqindә 006842197203 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ###### 2015-ci il qeydiyyat tarixli, 1146937504 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli, ünvan 9 ünvanında yerlәşәn 0,42 ha torpaq sahәsi üzәrindә Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 436 nömrәli reyestr kitabının 48965 nömrәli vәrәqindә 005137889524 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1035468519 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli, ünvan 10 ünvanında yerlәşәn 62 kvadrat metr ümumi sahәsi olan fәrdi yaşayış evi üzәrindә Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 028276861093 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1246824902 qeydiyyat nömrәli hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestindәn çıxarışların kserosurәtlәri, 1 әdәd qeydiyyat kağızı, 1 әdәd üzәrindә әlyazma ilә "kirayә evlәr” yazılan dәftәr, 1 әdәd üzәrindә әlyazma ilә “obyektlәr” yazılan dәftәr vә 1 әdәd üzәrindә “Actavis” yazılan tünd göy rәngli dәftәr aşkar edilmәklә müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür...Baxış zamanı Zәrәrçәkmiş şәxs bildirmişdir ki, Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızına mәxsus әmlaklara dair çıxarışlardan hәr birinә dair kserosurәtlәr ## ### 2025-ci il tarixdә hazırda baxış keçirilәn qeyri-yaşayış sahәsindә (alqı-satqı ofisindә) Novruz adlı şәxs tәrәfindәn ona tәqdim edilmiş, Novruz adlı şәxs hәmin çıxarışları ona tәqdim edәrkәn ona satacağı torpaq sahәsi vә fәrdi yaşayış evinin çıxarışları olduğunu bildirmişdir. Baxış zamanı şahid7 bildirmişdir ki, baxış keçirilәn çıxarışların kserosurәtlәri onun tәrәfindәn stolun üstünә qoyulmamışdır. Hәmin sәnәdlәrin Novruz adlı şәxs tәrәfindәn qoyulub-qoyulmamasından mәlumatı yoxdur. Baxış zamanı “İphone 16 Pro” markalı mobil telefonla fotoşәkillәr çәkilmişdir. Baxış keçirilәn 1 әdәd qeydiyyat kağızı, 3 әdәd dәftәr vә 7 әdәd çıxarışların kserosurәtlәri ayrı-ayrılıqda sellofan faylara qoyularaq hәmin fayllarla birlikdә bir әdәd içәrisi boş olan kağız zәrfә qoyulmaqla qablaşdırılmış, hәmin zәrflәrin üzәri iştirakçıları tәrәfindәn imzalanmış vә möhürlәnәrәk götürülmüşdür. Protokolda saat 16:40- dan 18:35-dәk baxış vә götürmә istintaq hәrәkәti keçirilmәklә bu barәdә protokol tәrtib edilmәsi qeyd edilmişdir (Cild 1, i.v. 18-33;). “Üzlәşdirmә haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu vә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu arasında keçirilmiş üzlәşdirmә istintaq hәrәkәti zamanı hәr ikisi öz ifadәlәrindә bildirdiklәri xüsusatları bir-birlәrinin üzünә qarşı demәklә bir daha tәsdiq etmişlәr (Cild 1, i.v. 72-74;). “Üzlәşdirmә haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Mәnsimov Samir Elşad vә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu arasında keçirilmiş üzlәşdirmә istintaq hәrәkәti zamanı hәr ikisi öz ifadәlәrindә bildirdiklәri xüsusatları bir-birlәrinin üzünә qarşı demәklә bir daha tәsdiq etmişlәr (Cild 1, i.v. 91-92;). “Baxış keçirmә haqqında” ## ### 2025-ci il tarixli protokoldan, protokola әlavә edilmiş fotocәdvәllәr vә videoçәkilişdәn görünür ki, müstәntiq F.Q.Soltanlı tәrәfindәn Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun tәqdim etdiyi “İphone 11 Pro” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu mobil telefonda olan "mesajlar” bölümünә daxil olaraq, 055-626-61-14, 050-345-09-09 vә ***-***-**-** saylı mobil nömrәlәrә istifadәsindә olan ***-***-**-** saylı nömrәdәn yazdığı mesajları göstәrәrәk bildirmişdir ki, 055-626-61-14 vә ***-***-**-** saylı mobil nömrәlәr Tәqsirlәndirilәn şәxs, ***- ***-**-** saylı mobil nömrә isә Hәsәnov Sәbuhi Mәhәrrәm oğluna aiddir, adlarını qeyd etdiyi şәxslәr onlarla әlaqә saxlaması üçün ona hәmin mobil nömrәlәri vermişlәr. Zәrәrçәkmiş şәxs tәrәfindәn 055-626- **-** saylı mobil nömrәyә göndәrilәn mesajlara baxış zamanı müәyyәn edilmişdir ki, sonuncu tәrәfindәn hәmin nömrәyә ## ### 2025-ci il tarixdә, saat 15:57-dә “Salam emi sene zeng edirәm zeng chatmir men bugun eve kochecekdik axi telefonu ach mene zeng et”, “Ay emi”, “Meni niye pis veziyyetde qoydun ofisede geldim baglidi ofis”, saat 18:59-da “Emi gun axsham oldu noldu ay emi bes men veshleri zadi yigmaliyam aparmaliyam 166 danishmisham hami meni gozleyir evdekilere deme soz tapa bilmirem uje”, “emi mene zeng et”, saat 23:08-dә “Ay emi uje olmadida cavab ver telefona, “Mene zeng ele zeng chatmir sene”, ## ### 2025-ci il tarixdә saat 00:19-da “Emi achda bu zibil telefonunu and olsun uje men evde söz tapa bilmirem demeye. Butun veshleri yigmishiq her shey hazirdi. Menim qunahim nedi men neyledim ki sen bele eledin telefonu sondurdun”, “Ay emi nolar mene zeng et. Telefonlara cavab ver. Uje bashimi itirmishem bilmirem kime ne cavab verim hami mene deyir noldu noldu”, saat 12:29-da “Salam emi”, “Mene zeng et telefona cavab veren kimi alem deyib bizde evde", “Emi pulu vermishem sene evdekiler uzume tufurur meni pis veziyetde qoyma telefonu ach”, saat 17:01- dә “Emi men geldim ofise hechkim yoxdu”, “Niye bele edirsen”, “Alooooo”, saat 20:11-dә “Emi mene evin senedini verdin puluda aldin 71400 manati meni yiyesiz sahibsiz bildiniz men sabah, gedecem eve”, ## ### 2025-ci il tarixdә saat 21:38-dә “Emi sene yalvariram telefonu ach menimle elaqeye chix”, “Uje men soz tapa bilmirem”, “Evde demeye hami menim uzume tufurur Sene inandim seni ozume yaxin bildim nolar ach bu telefonu meni saldigin beladan chixart”, “Emiiii meni chollerde qoyma az pul deyil 71400 manatdi, 500 olsa inan bu qeder narahat olmaram and olsun" mәzmunda mesajlar göndәrilmişdir. Zәrәrçәkmiş şәxs tәrәfindәn ***-***-**-** saylı mobil nömrәyә göndәrilәn mesajlara baxış zamanı müәyyәn edilmişdir ki, sonuncu tәrәfindәn hәmin nömrәyә ## ### 2025-ci il tarixdә saat 12:57-dә “Emi uje neche gundu ayib deyil sene ortaliga chix menim o boyda pulumu almisan 71400 manatimi ne fikirleshirsen men sene dedim tek ushagam anam atam yoxdu seni ozume doğma bildim niye bele etdin", “Emi men gedirem eve veshlerimide apariram men bugun eve kochmeliyem sen ne fikirleshirsen men uje bilmirem. Chox pis chixilmaz veziyyetdeyem neche gundur sebr etdim gozledim seni", “Emi telefonu ach menden 71400 manat pul almisan aaaaach”, “Allah goyden baxir o pulu yeye bilmersen”, “Emi menden incimәyin men gedirәm evә men bugun uje kochmeliyem”, “Emi 3 gundu senә zәng chatmir indidә zәng chatir cavab vermirsәn” mәzmunda mesajlar göndәrilmişdir. Zәrәrçәkmiş şәxs tәrәfindәn ***-***-**-** saylı mobil nömrәyә göndәrilәn mesajlara baxış zamanı müәyyәn edilmişdir ki, sonuncu tәrәfindәn hәmin nömrәyә ## ### 2025-ci il tarixdә saat 13:14-dә “Emi 4 gundu men sizi tapa bilmirәm fikriniz nedir Novruz emim telefonlerimi goturmur”, ‘Emi menden incimәyin Novruz emiyede dedim men bugun eve kochmeliyem gedirem eve” mәzmunda mesajlar göndәrilmişdir. Hәmçinin baxış zamanı Zәrәrçәkmiş şәxs bildirmişdir ki, ## ### 2025-ci il tarixdә, saat 17 radәlәrindә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn daşınmaz әmlakın alqı-satqı ofisindә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu ondan 71400 manatı aldıqdan sonra sәhәri gün, yәni, ## ### 2025-ci il tarixdә ona zәng vuracağını, satqının nfotoşәkillәr günün saxlanılmaması çıxarışı 96, 09tri min ci Tәqsirlәndirilәn ilgöstәrdiyi dlәşmә tdә in lumat orada ev 71400 mesajları uğursuz belә ** vermişdir. saylı sahibinә 102 tarixdә onunla aparılmamış, olmamış, bir(yetmiş baş çәkilmiş ünvan ***-***-**-** ona ikincimobil sәnәd mәlum xidmәtinә vermәmiş, ofisinә telefon bir 9 görüşәcәyini, Tәqsirlәndirilәn yarısı olmuş, Baxış üçün Tәqsirlәndirilәn tutacağını şәxs mövcud olmuşdur saylı zamanı ünvanında nömrәsi sonuncunun nәsә yeni vә bir ona videoçәkiliş sanki zәng onu şәxs neçә min)“İphone aldadıb demiş, deyil. koda evinә mobil daimi ki,qoymuşdur. şәxs Ona ona edib, ilә manat vә evi yerlәşәnPro”ona Tәqsirlәndirilәn Tәqsirlәndirilәn köçәgörә 16 aparılmış, istifadәsindә dәfә dәfәlәrlә Sәbuhi telefon verdiyi tәrәfindәn pulunu bilәcәyini, ## ona dә, getsә pulunun Hәsәnova Bundan fәrdi hәmin ### tәhvil çıxarışların әlaqә markalı nömrәlәri әlә olduğu çıxarışın qarşı şәxs yaşayış şәxs saxlamağa keçirmiş, dә gün ## sonra, mobil verәcәyini, fotoşәkillәr әlә yazmışdır. alınması telefonları Tәqsirlәndirilәn 2025-ci ondan onu surәti kimi ### keçirilmәsi edilәn aldığı çalışsa Azәrbaycan evinin telefondan vәtәqdim 2025-ci hәmin tapa tamamilә ilNәticәdәhәmin qarşısına Respublikası bağlı saxtadır, Sәbuhinin bütün şәxs qanunsuzluqlar fotocәdvәl ilәbilmәdiyindәn etdiyi tarixdәn evin pulu istifadә tarixdә da, onunla barәdә ## tarixdә ümumiyyәtlә heç getmiş şәklindә әlaqә DİNalqı- 055-409-06- ### edilmәklә 050-345dә bir fәaliyyә etibarә hәqiqә cәhdlә 2025sәnә mә hә vә “Baxış keçirmә vә götürmә haqqında” ## ### 2025-ci il tarixli protokoldan vә protokola әlavә edilmiş bir әdәd diskdәki videogörüntülәrdәn görünür ki, ”X1 Center” gözәllik salonuna vә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi, 45A ünvanında yerlәşәn “xxxx” MMC-nin tәhvil mәntәqәsindә quraşdırılmış videomüşahidә kameraları tәrәfindәn qeydiyyata alınmış videogörüntülәrә Yasamal RPİ-nin 28-ci PB-nin sahә rәisi R Rüstәmov Sәyyaf Əhmәd oğlu, “X1 Center” gözәllik salonunun sahibi X6, Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 45A ünvanında yerlәşәn “xxxx” MMC-nin tәhvil mәntәqәsinin anbardarı Hüseynzadә Sadiq Fәrhad oğlunun, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun vә iki nәfәr hal şahidinin iştirakı ilә müstәntiq F.Q.Soltanlı tәrәfindәn baxış keçirilmişdir. Baxış zamanı müәyyәn edilmişdir ki, “X1 Center” gözәllik salonu Bakı şәhәri Yasamal rayonu H.Cavid prospekti 85 ünvanında yerlәşir. Salonun giriş qapısı şüşәdәndir vә daş pillәkәnlә qapıya qalxılır. Gözәllik salonuna daxil olduqda sağ tәrәfdә taxta materialdan ibarәt ağ rәngli piştaxtanın arxasındakı rәfin üzәrinә salonun müşahidә kameralarının qeydә aldığı görüntülәri әks etdirәn “Woltan” markalı monitor vә rәfin altında müşahidә kameralarının yaddaş blokunun yerlәşdirilmәsi müәyyәn edilmişdir. Qeyd olunan gözәllik salonunun 4 nömrәli müşahidә kamerasının ## ### 2025-ci il tarixdә qeydә aldığı videogörüntülәrә baxış zamanı hәmin tarixdә saat 17:01:02-dә müşahidә kamerasının görünüş dairәsinә H.Cavid prospekti ilә Ə.Haqverdiyev küçәsi istiqamәtindә hәrәkәtdә olan ağ rәngli “Chevrolet Cruze” markalı avtomobilin daxil olduğu müәyyәn olunmuşdur. Sürücü avtomobili park edәrәk saat 17:01:50-dә yolun sağ kәnarında saxlamışdır. Saat 17:02:05dә sürücü vә avtomobilin qabaq sağ oturacağında olan şәxs avtomobildәn düşәrәk piyada Ə.Haqverdiyev küçәsi istiqamәtindә hәrәkәt etmişlәr. Saat 17:15:40-da yenidәn müşahidә kamerasının әhatә dairәsinә daxil olaraq avtomobilә әylәşmiş vә sürücü avtomobili idarә edәrәk oradan uzaqlaşmışdır. Baxış zamanı Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu saat 17:01:50dә yolun kәnarında dayanan ağ rәngli "Chevrolet Cruze” markalı avtomobil ona mәxsus **- QH-*** dövlәt qeydiyyat nişanlı avtomobil olduğunu bildirmişdir. Avtomobili idarә edәn şәxs o, avtomobildә sәrnişin olan şәxs isә tanışı Mәnsimov Samir Elşad oğlu olmuşdur. Əlindәki sellofan torbaya da Tәqsirlәndirilәn şәxs Sәrdar oğluna verәcәyi 70400 (yetmiş min dörd yüz) manat pulu qoymuşdur. Belә ki, o, tanışı Samir Mәnsimovla birlikdә Tәqsirlәndirilәn şәxs fәaliyyәt göstәrdiyi Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn daşınmaz әmlakın alqı-satqısı ofisinә gedәrәk, orada gәtirdiyi 70400 (yetmiş min dörd yüz) manat pulu Tәqsirlәndirilәn şәxsә verib qayıtmış, sonra da avtomobilinә Samirlә birlikdә әylәşib oradan uzaqlaşmışdır. Sonra Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 45A ünvanında yerlәşәn “xxxx” MMC-nin tәhvil mәntәqәsindә quraşdırılmış videomüşahidә kamerası tәrәfindәn qeydiyyata alınmış videogörüntülәrә baxış keçirilmişdir. Baxış zamanı ## ### 2025- ci il tarixdә, saat 17:05:46-da Zәrәrçәkmiş şәxs vә Samir Mәnsimovun müşahidә kamerasının görünüş dairәsinә daxil olmaları, Zәrәrçәkmiş şәxs әlindәki sellofan torbadan pul әskinaslarını çıxararaq baxması vә bundan sonra getmәlәri müşahidә edilmişdir. Baxış zamanı N.Ə. Abasov hәmin yerdә Tәqsirlәndirilәn şәxsә vermәk üçün gәtirdiyi 70400 manat pula bir daha baxmış vә oradan da tәxminәn 10 metr aralıda yerlәşәn Tәqsirlәndirilәn şәxs fәaliyyәt göstәrdiyi ofisә daxil olaraq hәmin pulu sonuncuya verdiyini bildirmişdir. Baxış keçirilmәsi ilә әlaqәdar protokol tәrtib edilmiş, baxış zamanı “X1 Center” adlı gözәllik salonunda olan müşahidә kamerası vasitәsilә ## ### 2025-ci il tarixdә, saat 16:55:45-dәn 17:38:36-ya qәdәr olan müddәt әrzindә qeydә alınmış, “xxxx” MMC-nin tәhvil mәntәqәsindә quraşdırılmış videomüşahidә kamerası vasitәsilә ## ### 2025-ci il tarixdә saat 17:05:13-dәn 17:06:30-a qәdәr olan müddәt әrzindә qeydә alınmış videogörüntülәr bir әdәd DVD diskә köçürülәrәk götürülmüş vә qeyd olunan protokola әlavә edilmişdir. Bu barәdә hәmin gün saat 15:10-dan 16:40-dәk protokol tәrtib edilmişdir. Protokol ucadan oxunmuş, әlavә qeyd vә ya düzәliş daxil olmamış, doğruluğu imzalarla tәsdiq edilmişdir (Cild 1, i.v. 139-143;) Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Baş Əmәliyyat Statistik İnformasiya İdarәsi tәrәfindәn verilmiş tәlәbnamәnin 2# ### 2025-ci il tarixli cavabından vә müvafiq hökmün surәtindәn görünür ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu Bakı Qarnizonu Hәrbi Tribunalının ## ###### 1998-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin (köhnә redaksiyada) 242-ci (fәrarilik) maddәsinin “a” bәndi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 5 (beş) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Azәrbaycan Respublikası Milli Mәclisinin ## ####### 1997-ci il amnistiya qәrarının 3- cü maddәsinә әsasәn cәzadan azad edilmişdir (Cild 1, i.v. 146-147; Cild 2, i.v 56-68). “Baxış keçirmә haqqında” # #### 2025-ci il tarixli protokoldan görünür ki, Hәsәnov Firudin Gülmәmmәd oğlunun tәqdim etdiyi özünә mәxsus markası “Samsung modelli, “Galaxy A15” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı F.G.Hәsәnov mobil telefonda olan “WhatsApp” ani mesajlaşma tәtbiqinә daxil olaraq, ## ### 2025-ci il tarixdә “Hesenov Sebuhi” adı ilә qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrә ilә aralarında olan yazılı vә sәsli mesajları göstәrmişdir. Hәmin yazışmalara baxış zamanı müәyyәn edilmişdir ki, Hәsәnov Sәbuhi Mәhәrrәm oğlu tәrәfindәn ## ### 2025-ci il tarixdә saat 19:48dәn başlayaraq istifadәsindә olan ***-***-**-** saylı mobil nömrә ilә işlәtdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitәsilә Firudin Hәsәnovun ***-***-**-** saylı mobil nömrә ilә işlәtdiyi “WhatsApp” ani mesajlaşma sisteminә ****-****-****-**** saylı PAN nömrәsi, Firudin Hәsәnov tәrәfindәn “Əhmәd Bacioğlu” adı ilә qeydiyyata alınmış şәxsin nömrәsi vә evin alqı-satqı ilә bağlı xeyir-dua edilmәsi, ona göndәrilәn PAN nömrәsinin “Beynәlxalq Banka” aid kartın nömrәsi olması vә PAN nömrәsinin tәsdiqlәnmәsi, elәcә dә, bacısı oğlu ilә danışılması ilә bağlı sәsli mesaj, Sәbuhi Hәsәnov tәrәfindәn “ok” mәzmunda yazılı vә xeyirdua verilmәsi ilә bağlı sәsli mesaj, elәcә dә ödәniş aparatında kart mәlumatlarının tapılmaması, daxil edilmiş mәlumatların düzgünlüyünün tәsdiqlәnәrәk tәkrar yoxlanılması ilә bağlı qeydlәrin fotoşәkli, Firudin Hәsәnov tәrәfindәn 4169-7388-6461-3694 PAN nömrәsi, Sәbuhi Hәsәnov tәrәfindәn hәmin kart hesabına 1000 (min) manat pulun köçürülmәsi ilә bağlı qәbz, Firudin Hәsәnov tәrәfindәn dә “gәldi, Allah hәr iki tәrәfә xeyir versin” mәzmunda mesaj göndәrilmişdir. Baxış zamanı F.G. Hәsәnov ## ### 2025-ci il tarixdә Mәhәmmәd adlı vasitәçinin ona zәng edәrәk, bacısı Gülcәnnәt Hәsәnovaya mәxsus ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evini almaq istәyәn Nicat adlı şәxsin evi almaq qәrarına gәldiyini vә beh göndәrmәk istәdiklәrini, evin alqı-satqısını 21 vә ya ## ### 2025ci il tarixdә edәcәklәrini bildirdiyini söylәmiş, ondan kart PAN nömrәsini istәmiş, o da ilk öncә ona bacısı Gülcәnnәtin oğlu Əhmәdә mәxsus kartın PAN nömrәsini göndәrmiş, çox keçmәdәn ona “Hesenov Sebuhi” adı ilә qeydiyyatdan keçmiş ***-***-**-** saylı nömrәdәn “WhatsApp” vasitәsilә hәmin PAN nömrә göndәrilmiş, o hәmin nömrәni tәsdiqlәdikdәn sonra ona “Milliön” aparatının ekranındakı ödәniş aparatında kart mәlumatlarının tapılmaması, daxil edilmiş mәlumatların düzgünlüyünün tәsdiqlәnәrәk tәkrar yoxlanılması ilә bağlı qeydlәrin fotoşәkli göndәrilmiş, ona görә dә, o özünә mәxsus “xxxx" ASC tәrәfindәn verilmiş kartın PAN nömrәsini Sәbuhi Hәsәnova göndәrmişdir. Bir neçә dәqiqәdәn sonra Sәbuhi adlı şәxs onun kart hesabına 1000 manat pulun köçürülmәsi ilә bağlı qәbzin fotoşәklini dә göndәrmiş, birbirilәrinә evin altı-satqısı ilә bağlı xeyir-dua verilmәsinә dair sәsli mesajlar da göndәrmişlәr. Baxış zamanı iş üçün әhәmiyyәt kәsb edә bilәcәk әlavә mәlumat aşkar edilmәmişdir. F.G. Hәsәnova mәxsus “Samsung” markalı, “Galaxy A15” modelli mobil telefonda olan qeyd olunan mesajlara baxış keçirilmәsi ilә әlaqәdar protokol tәrtib edilmiş, baxış zamanı fotoşәkillәr çәkilmiş vә videoçәkiliş aparılmış, fotoşәkillәr fotocәdvәl şәklindә, videogörüntü isә diskә köçürülmәklә protokola әlavә edilmişdir. Bu barәdә protokol saat 15:10-dan 16:40- dәk tәrtib edilmiş, protokol ucadan oxunmuş, әlavә qeyd vә ya düzәliş daxil olmamış, doğruluğu imzalarla tәsdiq edilmişdir (Cild 1, i.v. 161-168;) Bakı şәhәri Yasamal Rayonu İcra Hakimiyyәti Mәnzil-Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş arayışdan vә müvafiq eskiz layihәdәn görünür ki, Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızı D.Bünyәtzadә küçәsi **B saylı, 3 otaqlı, 62 kv/m sahәsi olan evdә qeydiyyatsız yaşayır vә qeydiyyatda heç kim yoxdur. Hәmçinin, Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızı tәrәfindәn tәqdim edilәrәk cinayәt işinin materiallarına әlavә edilmiş “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdә vә sxemlәrdә Bakı şәhәri Yasamal rayonu D.Bünyәtzadә küçәsi 61B ünvanında yerlәşәn fәrdi yaşayış evinin Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızına mәxsus olması qeyd edilmişdir (Cild 1, i.v. 198;). “Baxış keçirmә haqqında” # #### 2025-ci il tarixli protokoldan vә protokola әlavә edilmiş fotoşәkillәrdәn, elәcә dә bir әdәd diskdәki videogörüntülәrdәn görünür ki, İmanov Mәhәmmәd Alim oğlunun tәqdim etdiyi markası “Samsung”, modeli “Galaxy A15” olan mobil telefona baxış keçirilmişdir. Baxış zamanı M.A.İmanov mobil telefonda olan “WhatsApp” ani mesajlaşma tәtbiqinә daxil olaraq, # ### 2025-ci il tarixdәn ## ### 2025-ci il tarixәdәk adını telefonuna “Makler Novruz” kimi qeyd etdiyi şәxslә olan yazışmalarını tәqdim etmişdir. “Makler Novruz” kimi qeyd edilmiş şәxsin mobil nömrәsinә baxdıqda nömrәnin 055-409-06- 96 olması müәyyәn edilmişdir. Qeyd olunan mesaj mәtnlәrinә baxış zamanı mesajların Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu vә İmanov Mәhәmmәd Alim oğlu arasında qarşılıqlı olaraq göndәrildiyi müәyyәn edilmişdir. Belә ki, # ### 2025-ci il tarixdә Mәhәmmәd İmanov tәrәfindәn ilkin olaraq “salam” mәzmunlu mesaj göndәrilmiş, Tәqsirlәndirilәn şәxs dә “Əleyküm Salam” mәzmunlu mesaj göndәrәrәk cavablandırmışdır. Bundan sonra, Mәhәmmәd İmanov tәrәfindәn Gülcәnnәt Hәsәnovaya mәxsus ünvan 8 ünvanında yerlәşәn fәrdi yaşayış evinin fotoşәkillәri vә “mәlumat da internetdә var” mәzmunlu mesaj göndәrilmişdir. Bundan sonra, hәmin tarixdә saat 12:01-dә Tәqsirlәndirilәn şәxs zәng etmiş vә aralarında 1 dәqiqә danışıq olmuşdur. Eyni tarixdә saat 12:48-dә Tәqsirlәndirilәn şәxs tәrәfindәn zәng edilsә dә cavab verilmәmişdir. ## ### 2025-ci il tarixdә saat 12:53 vә 13:00da aralarında iki dәfә telefon danışığı olmuşdur. Hәmin tarixdә saat 14:57-dә Mәhәmmәd İmanov tәrәfindәn “Mәn evin yanındayam siz nә qәdәr vaxtda çatarsız” mәzmunda mesaj göndәrilmişdir. Hәmin tarixdә saat 18:58-dә Tәqsirlәndirilәn şәxs tәrәfindәn evi alan şәxsin onların yanında olması, sabah axşam ev sahibi ilә görüşüb qiymәt dәqiqlәşdirmәklә beh verәcәklәri, hәmin evә daha alıcı aparılmaması mәzmununda sәsli mesaj, saat 19:07-dә Mәhәmmәd İmanov tәrәfindәn “salam әleykum oldu inşallah xeyirli olsun” mәzmunda yazılı mesaj göndәrilmişdir. Mәhәmmәd İmanov tәrәfindәn ## ### 2025-ci il tarixdә saat 13:54 vә 14:10- da cavabsız zәnglәr edilmiş, saat 14:11-dә “Salam cavab verәrdiz zәhmәt olmasa” mәzmunda yazılı mesaj göndәrilmiş, saat 14:23 vә 14:26-da yenidәn cavabsız zәnglәr edilmiş, saat 14:30-da “Qardaş alici gәlib camaatın evinin qabağinda hay küy salibki evin pulunu maklerә vermişәm makler indi ortada yoxdur”, “bu nә mәsәlәdir bir cavab verin sizin makler dostunuzda cavab vermir” mәzmunda yazılı mesaj göndәrilmiş, saat 14:31 vә 15:07dә dә tәkrar olaraq cavabsız zәnglәr edilmişdir. Baxış zamanı İmanov Mәhәmmәd Alim oğlu bildirmişdir ki, baxış keçirilәn mesajlar # ### 2025-ci il tarixdәn ## ### 2025-ci il tarixәdәk onunla Tәqsirlәndirilәn şәxs arasında olmuşdur. # ### 2025-ci il tarixdә Tәqsirlәndirilәn şәxs ***-***-**-** saylı mobil nömrәsi ilә onun istifadәsindә olan ***-***-**-** saylı nömrәyә zәng edәrәk özünü tәqdim edib daşınmaz әmlakın alqı-satqısı üzrә vasitәçi (makler) kimi fәaliyyәt göstәrdiyini, internet saytında Gülcәnnәt Hәsәnovaya mәxsus elanını yerlәşdirdiyi evlә maraqlandığını deyәrәk, evin fotoşәkillәrini ona göndәrmәsini xahiş etmiş, o da “WhatsApp” vasitәsilә Tәqsirlәndirilәn şәxs ***-***-**-** saylı mobil nömrәsinә fotoşәkillәri rahat göndәrmәsi üçün “salam” yazmışdır. Tәqsirlәndirilәn şәxs dә ona “Əleyküm salam” yazmışdır. Bundan sonra, Tәqsirlәndirilәn şәxsә hәmin evin fotoşәkillәrini göndәrmiş vә ev haqqında mәlumatların saytda olduğunu bildirmişdir. ## ### 2025-ci il tarixdә maklerlәr Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov vә alıcı Zәrәrçәkmiş şәxsla görüşәn zaman Tәqsirlәndirilәn şәxsә evin yanında olması ilә bağlı mesaj yazmış vә sonra da danışaraq dәqiq yerini demişdir. Adları qeyd olunan şәxslәr Zәrәrçәkmiş şәxs idarә etdiyi avtomobillә gәlib onu götürәrәk Gülcәnnәt Hәsәnovaya mәxsus fәrdi yaşayış evinә getmişlәr. Hәmin gün Tәqsirlәndirilәn şәxs ona sәsli mesaj göndәrәrәk evi almaqda alıcının fikrini dәqiqlәşdirdiyini, sәhәrisi gün evin sahibi ilә danışıb beh verәcәklәrini, evi başqa alıcıya göstәrmәmәsini bildirmişdir. ## ### 2025-ci il tarixdә dә Firudin Hәsәnov ona zәng etdikdәn sonra Gülcәnnәt Hәsәnovaya mәxsus fәrdi yaşayış evinin qarşısına getmiş vә orada Zәrәrçәkmiş şәxs şikayәt etdiyini vә sәs-küy saldığını görmüş, hәmin gün Tәqsirlәndirilәn şәxs vә Sәbuhi Hәsәnova nә qәdәr zәng etsә dә, hәmin şәxslәr onun zәnglәrinә cavab vermәmiş, o da mәcbur qalıb Tәqsirlәndirilәn şәxsә “Qardaş alici gәlib camaatın evinin qabağinda hay küy salibki evin pulunu maklerә vermişәm makler indi ortada yoxdur”, “bu nә mәsәlәdir bir cavab verin sizin makler dostunuzda cavab vermir” mәzmunda yazılı mesaj göndәrmişdir. Baxış zamanı iş üçün әhәmiyyәt kәsb edә bilәcәk әlavә mәlumat aşkar edilmәmişdir. İmanov Mәhәmmәd Alim oğluna mәxsus “Samsung” markalı, “Galaxy A25” modelli mobil telefonda olan qeyd olunan mesajlara baxış keçirilmәsi ilә әlaqәdar müstәntiq tәrәfindәn protokol tәrtib edilmiş, baxış zamanı fotoşәkillәr çәkilmiş vә videoçәkiliş aparılmış, fotoşәkillәr fotocәdvәl şәklindә, videogörüntü isә diskә köçürülmәklә protokola әlavә edilmişdir (Cild 1, i.v. 225-230;). “Baxış keçirilmә haqqında” ## #### 2025-ci il tarixli protokoldan vә portokola әlavәdәn görünür ki, “xxxx” MMC-dәn # #### 2025-ci il tarixli BKC/LGL-5944/25 nömrәli mәktubla göndәrilmiş bir әdәd diskә müstәntiq tәrәfindәn baxış keçirilmiş, baxış zamanı müәyyәn edilmişdir ki, diskin yaddaşına 5 (beş) әdәd fayl yerlәşdirilmişdir: “Zәnglәrin mәxsusluq tarixcheleri _MSISDN _554090696” adlı fayla baxış zamanı müәyyәn edilmişdir ki, ***-***-**-** saylı nömrә ilә әlaqә saxlamış müxtәlif nömrәlәrin adlarına qeydiyyata keçdiyi şәxslәrin siyahısı yerlәşdirilmişdir. Hәmin mәlumatlara baxış zamanı iş üçün әhәmiyyәt kәsb edәn mәlumat aşkar edilmәmişdir. “SMS detallashmasi MSISDN_554090696” adlı fayla baxış zamanı müәyyәn edilmişdir ki, ##.##.2025-ci il tarixdәn ##.##.2025-ci il tarixәdәk olan müddәt әrzindә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun istifadәsindә olmuş ***-***-**-** saylı nömrә ilә iki müxtәlif nömrә arasında sms әlaqәlәri vә mәtnlәri yerlәşdirilmişdir. Belә ki, Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun istifadәsindә olan ***-***-**-** saylı nömrәdәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun istifadәsindә olmuş ***-***-**-** saylı nömrәyә ## ### 2025-ci il tarixdә saat 12:57:31- dәn saat 13:34:11-dәk “Emi uje neche gundu ayib deyil sene ortaliga chix menim o boyda pulumu almisan 71400 manatimi ne fikirleshirsen men sene dedim tek ushagam anam atam yoxdu seni ozume doğma bildim niye bele etdin”, “Emi men gedirem eve veshlerimide apariram men bugun eve kochmeliyem sen ne fikirleshirsen men uje bilmirem. Chox pis chixilmaz veziyyetdeyem neche gundur sebr etdim gozledim seni”, “Emi telefonu ach menden 71400 manat pul almisan aaaaach”, “Allah goyden baxir o pulu yeye bilmersen”, “Emi menden incimeyin men gedirem eve men bugun uje kochmeliyem”, “Emi 3 gundu sene zeng chatmir indide zeng chatir cavab vermirsen” mәzmunda sms mәtnlәri göndәrilmişdir. “Mushteri zenglerinin detallashmasi MSISDN_554090696” adlı fayla baxış zamanı müәyyәn edilmişdir ki, ##.##.2025-ci il tarixdәn ##.##.2025-ci il tarixәdәk olan müddәt әrzindә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun istifadәsindә olmuş ***-***-**-** saylı nömrә ilә müxtәlif nömrәlәr arasında sms, GPRS zәng әlaqәlәri, elәcә dә, nömrәnin qeydiyyata alındığı anten dairәlәri yerlәşdirilmişdir. Baxış zamanı Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun istifadәsindә olan ***-***-**-** saylı nömrә ilә Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun istifadәsindә olmuş 055- ***-**-** saylı nömrә arasında ## ### 2025-ci il tarixdәn ## ### 2025-ci il tarixdә saat 13:34:12-yәdәk olan müddәt әrzindә 6 zәng, 8 sms әlaqәsi olmuşdur. Hәmin mәlumatlara baxış zamanı iş üçün әhәmiyyәt kәsb edәn әlavә mәlumat aşkar edilmәmişdir. “Mexsusluq tarixchesi OTHER_556266114” adlı fayla baxış zamanı müәyyәn edilmişdir ki, 055-626-61- ** saylı nömrә İsmayılov Eldar Əli oğlunun adına qeydiyyatdan keçirilmiş, nömrә ikitәrәfli bağlı olmuş, ##.##.2018-cİ il tarixdә yenidәn satış üçün tәyin edilmiş, hal-hazırda “xxxx” şәbәkәsindә hәr hansı abunәçinin adına aktivlәşdirilmәmişdir. “Mexsusluq tarixchesi DTHER_554090696” adlı fayla baxış zamanı müәyyәn edilmişdir ki, ***-***-**-** saylı nömrә X3 adına qeydiyyatdan keçirilmişdir. Bu barәdә protokol tәrtib edilmiş, baxış zamanı әhәmiyyәt kәsb etdiyindәn Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunun istifadәsindә olan ***-***-**-** saylı nömrәdәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun istifadәsindә olmuş ***-***-**-** saylı nömrәyә ## ### 2025-ci il tarixdә göndәrilmiş sms mәtnlәri 01 vәrәqdә çap edilәrәk protokola әlavә edilmişdir (Cild 1, i.v. 233-235;). Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin ## #### 2025-ci il tarixli 3-21-3/2-11985/2025 nömrәli mәktubundan görünür ki, Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә “Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri” PHŞ-nin Ərazi idarәsinin mövcud arxiv materiallarına әsasәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun adına İsmayıllı rayonu Basqal kәndindә 4 nәfәr ilә ümumi birgә mülkiyyәtdә olan İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli 63 nömrәli qәrarı ilә verilmiş 0,02 ha hәyәtyanı torpaq sahәsi (JN-014A kod 40700016) vә İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli 63 nömrәli qәrarı ilә verilmiş 0,08 ha hәyәtyanı torpaq sahәsi (JN-014B kod 40700016) qeydiyyata alınmışdır (Cild 1, i.v. 236;). Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin # ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәrarından görünür ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun adına qeydiyyata alınan İsmayıllı rayonu Basqal kәndindә 4 nәfәr ilә ümumi birgә mülkiyyәtdә olan İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, 63 nömrәli qәrarı ilә verilmiş 0,02 ha hәyәtyanı torpaq sahәsi (JN-014A kod 40700016) vә İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998- ci il tarixli 63 nömrәli qәrarı ilә verilmiş 0,08 ha hәyәtyanı torpaq sahәsinin (JN-014B kod 40700016) üzәrinә hazırkı cinayәt işi üzrә zәrәrçәkmiş şәxs dәymiş maddi ziyanın ödәnilmәsinin tәmin edilmәsi mәqsәdi ilә vә iş üçün әhәmiyyәt kәsb etdiyindәn hәbs qoyulmuşdur (Cild 1, i.v. 241; Cild 2, i.v. 27;). Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Kriminalistik Tәdqiqatlar İdarәsi tәrәfindәn verilmiş # ###### 2025-ci il tarixli, 25/1270 nömrәli mәhkәmә-daktiloskopik ekspertiza rәyindәn, fotocәdvәllәrdәn vә daktiloskopik xәritәdәn görünür ki, Zәrәrçәkmiş şәxs Əbülfәz oğluna qarşı törәdilmiş dәlәduzluq faktı ilә әlaqәdar Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında aparılmış baxış zamanı aşkar edilәrәk götürülmüş 7 (yeddi) vәrәqә Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDRXnin müxtәlif tarixli vә qeydiyyat nömrәli çıxarışlarının kserosurәtlәrinin, üzәrindә qeydiyyat aparılmış 1 (bir) әdәd qeydiyyat kağızının, 1 (bir) әdәd üzәrindә әlyazma ilә “kirayә evlәr” yazılan dәftәrin, 1 (bir) әdәd üzәrindә әlyazma ilә “obyektlәr” yazılan dәftәrin, 1 (bir) әdәd üzәrindә “Actavis” yazılan tünd göy rәngli dәftәrin üzәrindә olan 4 (dörd) әdәd әl barmaq izi şәxsiyyәtin eynilәşdirilmәsi üçün yararlıdır. Tәdqiqata tәqdim edilmiş vәtәndaş Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun, vәtәndaş Hәsәnov Sәbuhi Mәhәrrәm oğlunun vә vәtәndaş Əlizadә Xalәddin Xurşud oğlunun әl-barmaq vә ovuc әkslәri (daktiloskopik xәritә) müqayisәli tәdqiqat üçün yararlıdır. Şәxsiyyәtin eynilәşdirilmәsi üçün yararlı olan 4 (dörd) әdәd әl-barmaq izi (Daktiloskopik xәritәsi tәqdim edilmiş) ##.##.1976cı ildә Bakı şәhәrindә anadan olmuş Tәqsirlәndirilәn şәxs sağ әlinin adsız (vәtәndaş şahid5 mәxsus fәrdi yaşayış evinin çıxarışının kserosurәtinin üzәrindәn götürülmüş), sol әlinin şәhadәt (vәtәndaş şahid5 mәxsus torpaq sahәsinin çıxarışının kserosurәtinin üzәrindәn götürülmüş), orta (vәtәndaş Əbilova Sonaxanım Hidayәt qızına mәxsus torpaq sahәsinin çıxarışının kserosurәtinin üzәrindәn götürülmüş) vә adsız (vәtәndaş Əhmәdov Bәşir Sadiq oğluna mәxsus torpaq sahәsinin çıxarışının kserosurәtinin üzәrindәn götürülmüş) barmaqlarının әkslәri ilә eynilik tәşkil etmişdir. Qalan digәr 3 (üç) vәrәqә Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDRX-nin müxtәlif tarixli vә qeydiyyat nömrәli çıxarışlarının kserosurәtlәrinin, üzәrindә qeydiyyat aparılmış 1 (bir) әdәd qeydiyyat kağızının, 1 (bir) әdәd üzәrindә әlyazma ilә “kirayә evlәr” yazılan dәftәrin, 1 (bir) әdәd üzәrindә әlyazma ilә “obyektlәr” yazılan dәftәrin, 1 (bir) әdәd üzәrindә “Actavis” yazılan tünd göy rәngli dәftәrin üzәrindә olan әl izlәrinin fraqmentlәri şәxsiyyәtin eynilәşdirilmәsi üçün yararsız olduğundan DİN-in KTİ-nin ADİS-in mәlumat bankında olan şәxslәrin әl әkslәri ilә müqayisәli tәdqiqatın aparılması mümkün olmamışdır (Cild 2, i.v. 3- 13;). “Baxış keçirmә haqqında” # ######## 2025-ci il tarixli protokoldan görünür ki, Hәsәnov Firudin Gülmәmmәd oğlu, Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızı vә İmanov Mәhәmmәd Alim oğlunun iştirakı ilә ## ### 2025-ci il tarixdә Bakı şәhәri Yasamal rayonu Ə.Haqverdiyev küçәsi 7 ünvanında yerlәşәn qeyri-yaşayış sahәsinә baxış zamanı oradan götürülmüş Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik hüquqi şәxs tәrәfindәn ünvan 9 ünvanında yerlәşәn 0,42 ha torpaq sahәsi üzәrindә Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 436 nömrәli reyestr kitabının 48965 nömrәli vәrәqindә 005137889524 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1035468519 qeydiyyat nömrәli, RX № ******* seriya vә nömrәli vә ünvan 9 ünvanında yerlәşәn 62 kvadrat metr ümumi sahәsi olan fәrdi yaşayış evi üzәrindә Hәsәnova Gülcәnnәt Gülmәmmәd qızının mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә 028276861093 reyestr nömrәsi ilә qeydiyyata alınmasına dair ## ### 2025-ci il qeydiyyat tarixli, 1246824902 qeydiyyat nömrәli hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestindәn çıxarışının kserosurәtlәrinә baxış keçirilmişdir. Baxış zamanı G.G.Hәsәnova hәmin çıxarışların ona mәxsus ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinin çıxarışları olmadığını bildirmişdir. O hәmin evlә bağlı heç vaxt çıxarışın alınması ilә bağlı müraciәt etmәmiş vә almamışdır. Qeyd olunan fәrdi yaşayış evi ilә bağlı sәnәd Bakı şәhәri Yasamal rayonu İcra Hakimiyyәti Mәnzil Kommunal Tәsәrrüfatı Birliyinin ** saylı MKİS-i tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli arayış vә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş eskiz layihәdәn ibarәtdir. O hәmin çıxarışları birinci dәfә görmüş, onun adına olan fәrdi yaşayış evi ilә bağlı belә çıxarışların mövcud olmasından mәlumatı olmamışdır. F.G.Hәsәnov da sonuncunun qeyd etdiklәrini tәsdiq etmişdir. Baxış zamanı M.A.İmanov qeyd olunan çıxarışları birinci dәfәdir gördüyünü bildirmişdir. Hәmin çıxarışlar ona Tәqsirlәndirilәn şәxs, Sәbuhi Hәsәnov, Gülcәnnәt Hәsәnova, Firudin Hәsәnov vә ya qeyrisi tәrәfindәn әvvәllәr ona tәqdim edilmәmiş vә görmәmişdir. G.G.Hәsәnovaya mәxsus ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinin çıxarışı olmamış, Firudin Hәsәnov da ilkin olaraq ona fәrdi yaşayış evini satmaq istәdiklәrini deyәn zaman, evin çıxarışının olmadığını da bildirmişdir. Hәmçinin, baxış zamanı F.G.Hәsәnov, G.G.Hәsәnova vә M.A.İmanov qeyd olunan çıxarışların hansı şәxs vә ya şәxslәr tәrәfindәn hazırlandığından mәlumatlarının olmadığını bildirmişlәr. Bu barәdә protokol saat 11:30-dan saat 12:10-dәk tәrtib edilmişdir. Protokol ucadan oxunaraq doğruluğu imzalarla tәsdiq edilmişdir (Cild 2, i.v. 21-22;). Hәsәnov Firudin Gülmәmmәd oğlu tәrәfindәn Yasamal RPİ-yә ünvanlanmış # ######## 2025-ci il tarixli әrizәdәn vә hәmin tarixli protokollardan görünür ki, F.G.Hәsәnov bacısı Gülcәnnәt Hәsәnovaya mәxsus ünvan 9 ünvanında yerlәşәn fәrdi yaşayış evinin alqısatqısı ilә bağlı aralarında olan razılaşmaya әsasәn alıcı Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu tәrәfindәn verilmiş vә ## ### 2025-ci il tarixdә onun kart hesabına beh olaraq köçürülmüş 1000 (min) manat mәblәğindә pulun ondan götürülmәklә, sahibi Zәrәrçәkmiş şәxs Əbülfәz oğluna verilmәsini xahiş etmiş, hәmin tarixdә müstәntiq tәrәfindәn Hәsәnov Firudin Gülmәmmәd oğlunun tәqdim etdiyi 1000 (min) manat pula baxış keçirilәrәk götürülmüş, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Əbülfәz oğluna protokolla tәhvil verilmişdir (Cild 2, i.v. 23-25;) Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi tәrәfindәn verilmiş # ####### 2025-ci il tarixli mәktubdan görünür ki, mövcud arxiv materiallarına әsasәn sorğuda qeyd olunan (## ### 2025-ci il tarixdә baxış zamanı aşkar edilmiş ümumilikdә yeddi әdәd çıxarış) qeydiyyat nömrәli çıxarışlara dair dövlәt reyestrindә qeydiyyata alınmış daşınmaz әmlak aşkar edilmәmişdir (Cild 2, i.v. 69;). “Cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında” # ###### 2025-ci il tarixli qәrardan görünür ki, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Xidmәti Araşdırmalar idarәsinin böyük prokuroru İ dәrәcәli hüquqşünas Elvin Bәşirli tәrәfindәn Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun polis әmәkdaşları tәrәfindәn fiziki zorakılığa mәruz qalması barәdә müdafiәçisi Kәrimli Nemәt Ağa oğlu tәrәfindәn daxil olmuş mәlumat әsasında toplanmış ****-C-** saylı material üzrә cinayәt işinin başlanması Azәrbaycan Respublikasının CinayәtProsessual Mәcәllәsinin 39.1.1-ci maddәsinә әsasәn rәdd olunmuşdur. Hәmin qәrardan görünür ki, Tәqsirlәndirilәn şәxs izahatında ## ### 2025-ci il tarixdә Yasamal RPİnin әmәkdaşları tәrәfindәn saxlanılaraq hәmin idarәyә aparıldığını, orada polis әmәkdaşları tәrәfindәn işgәncәlәrә mәruz qaldığını vә cinayәt mәsuliyyәtinә cәlb edildiyini göstәrmişdir. İzahatı alınmış Yasamal RPİ-nin әmәliyyat müvәkkili İbrahimov Əli Etibar oğlu izahatında Tәqsirlәndirilәn şәxs ## ### 2025-ci il tarixdә keçirilmiş әmәliyyat nәticәsindә saxlanılaraq polis idarәsinә gәtirildiyini, istintaqa tәhvil verilәrәk cinayәt mәsuliyyәtinә cәlb edildiyini, saxlanılarkәn, polis idarәsinin inzibati binasına gәtirilәrkәn vә orada olarkәn polis әmәkdaşları tәrәfindәn işgәncәlәrә mәruz qalmadığını bildirmişdir. Eyni zamanda izahatı alınmış Yasamal RPİ-nin әmәliyyat müvәkkili Əliyarlı Xәzәr Hikmәt oğlu da polis әmәkdaşı Əli İbrahimovla eyni mәzmunlu izahat vermişdir. Materiala әlavә edilmiş “Mәhkәmә-Tibbi Ekspertiza vә Patoloji Anatomiya Birliyi” Publik hüquqi şәxsin Yasamal rayon şöbәsinin ## ####### 2025-ci il tarixli *** saylı rәyindәn görünür ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu ## ### 2025-ci il tarixdә hәbs olunduqdan sonra ## ### 2025-ci il tarixdә Bakı İstintaq Tәcridxanasına daxil olmuş vә ## ### 2025-ci il tarixdә “Tibb Baş İdarәsin”dә praktiki sağlam” diaqnozu qoyulmuşdur. Müayinәsi zamanı ## ### 2025-ci il tarixә uyğun gәlәn hәr hansı xәsarәt (qançır, sıyrıq yara vә s.) olması qeyd edilmәmişdir (Cild 2, i.v. 91-92;). AA6940002, AA7199685 vә AA6940003 seriya nömrәli şәxsiyyәt vәsiqәlәrindәn vә “Azemis” elektron mәhkәmә informasiya sistemindәn әldә edilmiş mәlumatlardan görünür ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun himayәsindә ## ##### 2011-ci il tәvәllüdlü oğlu Sәrdar Tağıyev, ## ### 2012-ci il tәvәllüdlü oğlu Atilla Tağıyev vә ## ######## 2014-cü il tәvәllüdlü qızı Şәms Tağıyeva adlı ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı vardır (Cild 2, i.v. 138;). Mәhkәmә kollegiyası Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 144-cü maddәsini rәhbәr tutaraq qeyd edir ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun barәsindә aparılan cinayәt tәqibi üzrә toplanmış sübutlar tam, hәrtәrәfli vә obyektiv yoxlanılmalıdır. Qanunun tәlәbinә әsasәn toplanmış sübutlar tәhlil olunmalı vә bir-biri ilә müqayisә edilmәli, әldә olunmuş sübutların mәnbәyinin mötәbәrliyi müәyyәnlәşdirilmәlidir. Bundan әlavә, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 143 vә 145-ci maddәlәrinә әsasәn, sübutların toplanılması ibtidai araşdırma vә mәhkәmә baxışı zamanı dindirmә, üzlәşdirmә, götürmә, axtarış, baxış, ekspertiza, tanınmaya tәqdim etmә vә digәr prosessual hәrәkәtlәrlә hәyata keçirilir. Hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.3-1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2015-ci il tarixli qәrarına görә, cinayәt hüququnda cinayәtin tövsifi dedikdә, törәdilmiş ictimai tәhlükәli әmәldә müvafiq cinayәt tәrkibinin müәyyәn edilmәsi başa düşülür. Tövsif törәdilmiş әmәlin faktiki hallarının cinayәt tәrkibinin әlamәtlәrinә dәqiq uyğun gәlmәsinin müәyyәn edilmәsinә yönәlmiş ardıcıl vә mәntiqi prosesdir. Buna görә dә, onun ilkin şәrti törәdilmiş әmәlin hüquqi әhәmiyyәt kәsb edәn faktiki hallarının müәyyәn edilmәsindәn vә qiymәtlәndirilmәsindәn ibarәtdir. Törәdilmiş әmәlin faktiki halları müәyyәn edilәrkәn cinayәtin obyektinә, obyektiv cәhәtinә, subyektinә vә subyektiv cәhәtinә görә istәnilәn cinayәt tәrkibinә xas olan әlamәtlәrin tәsnifatı aparılır. Bu zaman әmәlin xüsusiyyәtlәri, subyekti müәyyәn edilir, onun motiv vә mәqsәdlәri aydınlaşdırılır, nәticәlәrinin xarakteri müәyyәnlәşdirilir. İş üzrә әhәmiyyәtli olan bütün faktiki hallar müәyyәn edildikdәn sonra şәxsin törәtdiyi, qanunla qadağan olunmuş ictimai tәhlükәli әmәlin tövsifi üçün müvafiq cinayәt hüquq norması tәtbiq edilir. Cinayәtin tövsifinin digәr şәrti törәdilmiş ictimai tәhlükәli әmәlin tәrkibinin seçilmiş normada tәsvir edilәn tәrkibә uyğunluğunun müәyyәn edilmәsindәn ibarәtdir. Cinayәt-Prosessual Mәcәllәsinin 139-cu maddәsi bu normada tәsbit olunmuş digәr hallarla yanaşı, cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. CPM-in 349.5-ci maddәsinә әsasәn mәhkәmә hökmünün әsaslı olması üçün mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmalı, bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmәli vә mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayәt mühakimә icraatının prinsiplәrinә, sübutetmәyә dair cinayәt-prosessual normalara, mәhkәmә aktının әsaslılığına dair meyarla birlikdә götürmәklә baxdıqda aydın olur ki, hәmin müddәalar tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliliyi üzrә lazımınca qiymәtlәndirilmiş işә aid olan vә bir-biri ilә uzlaşan sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, mәhkәmә cinayәt-prosessual qanunun 28-ci maddәsi ilә ehtiva olunan vәzifәlәrini yerinә yetirmiş ola, onun qәbul etdiyi qәrar isә (o cümlәdәn, şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması barәdә nәticә) әsaslı sayıla bilәr. Hәmçinin, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2011-ci il tarixli Qәrarında da qeyd edilmişdir ki, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәt-hüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının düzgün seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. “Tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını yalnız elә sübutlar tәşkil etmәlidir ki, hansı ki, qanuna müvafiq, yәni qanuni yolla әldә olunmalıdır” müddәası Avropa Mәhkәmәsinin “Barbera, Messegue vә Habardo İspaniyaya qarşı” işindә xüsusi vurğulanmışdır. Cinayәt-Prosessual Mәcәllәsinin 21.2-ci maddәsinin tәlәblәrinә görә hәmin Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedura daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Hәmin Mәcәllәnin 145.3-cü maddәsinin tәlәblәrinә görә isә ittihamın sübut olunmasında yaranan şübhәlәri digәr sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhәli vә ya tәqsirlәndirilәn şәxsin xeyrinә tәfsir edilir. Azәrbaycan Respublikası Konstitusiyasının 63-cü maddәsinin tәlәblәrinә görә şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Cinayәt Mәcәllәsinin 178.1-ci maddәsindә dәlәduzluq, yәni etibardan sui-istifadә etmә vә ya aldatma yolu ilә özgәnin әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmәyә görә cinayәt mәsuliyyәti müәyyәn edilir. Cinayәt Mәcәllәsinin 178.3.2 vә 320.1-ci maddәlәrinin tәrkibi hәmin Mәcәllәnin 178.1- 178.3-cü maddәlәrindә nәzәrdә tutulmuş әmәllәr külli miqdarda ziyan vurmaqla törәdildikdә yaranır. Hәmin әmәl ağır cinayәt hesab edilmәklә, maddәsinin sanksiyasında 5 ildәn 10 ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuşdur. Cinayәt Mәcәllәsinin 177-ci maddәsinin qeyd hissәsinә görә, hәmin Mәcәllәnin 177- 182-ci, 185-187-ci vә 189-1-ci maddәlәrindә “xeyli miqdar” dedikdә, beş min manatdan yuxarı, lakin әlli min manatdan artıq olmayan mәblәğ, “külli miqdar” dedikdә әlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan mәblәğ, “xüsusilә külli miqdar” dedikdә beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. Ali Mәhkәmә Plenumunun “Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” qәrarının 1-ci bәndinә әsasәn, dәlәduzluq cinayәti aldatma vә ya etibardan sui-istifadә etmә yolu ilә törәdilir vә әmlak sahibi öz әmlakını vә ya ona olan hüququnu başqa şәxslәrә yalan vәdlәrin tәsiri altında könüllü surәtdә verir. Törәdilmiş әmәl o halda Cinayәt Mәcәllәsinin 178-ci maddәsindә nәzәrdә tutulmuş dәlәduzluq, yәni etibardan sui-istifadә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә hesab edilir ki, şәxsin niyyәti әmlakı әlә keçirәrkәn vә ya әmlak hüquqları әldә edәrkәn hәr hansı öhdәliyin yerinә yetirilmәsinә deyil, özgәnin әmlakının әvәzsiz vә qanunsuz olaraq öz mülkiyyәtinә keçirilmәsinә, yaxud da әmlak hüquqlarının әldә edilmәsinә yönәlmiş olsun. Dәlәduzluq yolu ilә әmlak hüquqları әldә etmә dedikdә, mülkiyyәt hüququ, girov hüququ, tәlәb hüququ vә varlanmaya sәbәb olan sair hüquqları qanunsuz әldә etmә başa düşülmәlidir. Bu hüquqlar müqavilәlәr vә digәr öhdәliklәrdәn әmәlә gәlәn müvafiq sәnәdlәrdә (mәsәlәn, etibarnamәdә, vәsiyyәtnamәdә, qiymәtli kağızlarda, hesablaşma vә sığorta sәnәdlәrindә vә s.) әks oluna bilәr. Dәlәduzluğun törәdilmәsi zamanı hәqiqәtә uyğun olmayan vә ya gizlәdilәn mәlumatlar kimi müxtәlif hallar, mәsәlәn hüquqi faktlar, әmlakın dәyәrinә vә keyfiyyәtinә, tәqsirkarın şәxsiyyәtinә, onun sәlahiyyәtlәrinә vә niyyәtinә dair mәlumatlar çıxış edә bilәr. Etibardan sui-istifadә etmә hәm dә tәqsirkarın әvәzsiz olaraq özünün vә ya üçüncü şәxslәrin xeyrinә әmlakı vә ya ona olan hüququ әlә keçirmәk mәqsәdi ilә üzәrinә götürdüyü hәr hansı öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda, mәsәlәn kredit müәssisәlәrindәn müәyyәn mәblәğdә kredit vә ya zәrәr çәkmiş şәxsdәn borc alaraq bunları qaytarmaq mәqsәdi güdmәdiyi, hәr hansı işin görülmәsi, xidmәtlәrin göstәrilmәsi öhdәliyini üzәrinә götürüb bunun üçün әvvәlcәdәn avans kimi müәyyәn mәblәğdә pul alaraq hәmin işi görmәdiyi (xidmәti göstәrmәdiyi) vә görmәk (xidmәt göstәrmәk) niyyәtindә olmadığı hallarda da baş verir. Dәlәduzluq cinayәti özgәnin әmlakının tәqsirkarın vә ya üçüncü şәxslәrin sahibliyinә keçdiyi vә onların bu әmlaka dair istәdiklәri kimi sәrәncam vermәk vә ya onlardan istifadә etmәk imkanının yarandığı andan başa çatmış hesab edilir. Belә ki, CPM-in 126.6-cı maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt törәtmәkdә öz tәqsirini etiraf etmәsi yalnız iş üzrә bütün sübutların mәcmusu ilә tәsdiq edildiyi halda ona qarşı ittihamın әsası kimi qәbul edilә bildiyi üçün, irәli sürülmüş ittiham üzrә tәqsirlәndirilәn şәxs barәsindә ittiham hökmü dә yalnız bu şәrtә әmәl olunmaqla çıxarıla bilәr. Ali Mәhkәmәnin Plenumunun “Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” ## #### 2015-ci il tarixli Qәrarında göstәrilmişdir ki, törәdilmiş әmәl o halda CM-in 178-ci maddәsindә nәzәrdә tutulmuş dәlәduzluq, yәni etibardan sui-istifadә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә hesab edilir ki, şәxsin niyyәti әmlakı әlә keçirәrkәn vә ya әmlak hüquqları әldә edәrkәn hәr hansı öhdәliyin yerinә yetirilmәsinә deyil, özgәnin әmlakının әvәzsiz vә qanunsuz olaraq öz mülkiyyәtinә keçirilmәsinә, yaxud da әmlak hüquqlarının әldә edilmәsinә yönәlmiş olsun (qәrarın 1-ci bәndi). Dәlәduzluq cinayәtinin üsulu kimi aldatma dedikdә, özgә әmlakını (әmlak hüququnu) әlә keçirmәk niyyәtindә olan şәxs tәrәfindәn bilә-bilә yalan, hәqiqәtә uyğun olmayan mәlumatların verilmәsi vә ya hәqiqi mәlumatların gizlәdilmәsi, yaxud da әmlakın әlә keçirilmәsinә yönәlmiş qәsdәn törәdilәn başqa hәrәkәtlәrin edilmәsi (mәsәlәn, әqdin predmeti olan saxta әşyaların vә ya saxta sәnәdlәrin tәqdim edilmәsi, onların әldә edilmәsi, malların alınması zamanı aldadıcı üsullardan istifadә edilmәsi vә ya hesablaşma görüntüsünün yaradılması vә sair) başa düşülür. Dәlәduzluğun törәdilmәsi zamanı hәqiqәtә uyğun olmayan vә ya gizlәdilәn mәlumatlar kimi müxtәlif hallar, mәsәlәn hüquqi faktlar, әmlakın dәyәrinә vә keyfiyyәtinә, tәqsirkarın şәxsiyyәtinә, onun sәlahiyyәtlәrinә vә niyyәtinә dair mәlumatlar çıxış edә bilәr (qәrarın 2-ci bәndi). Dәlәduzluğun üsulu kimi etibardan suiistifadә etmә dedikdә, әmlakı әlә keçirmәk vә ya әmlaka olan hüququ әldә etmәk mәqsәdi güdәn şәxs tәrәfindәn әmlakın mülkiyyәtçisi, bu әmlaka sahiblik edәn vә ya sәrәncam vermәk hüququ olan şәxslә yaranmış etibarlı münasibәtlәrdәn istifadә olunması başa düşülür. Etibardan sui-istifadә etmә, hәmçinin, tәqsirkar şәxsin qulluq sәlahiyyәtlәrinin hәyata keçirilmәsi, zәrәr çәkmiş şәxslә yaxın şәxsi vә ya qohumluq münasibәtlәrinin olması ilә dә әlaqәdar ola bilәr. Etibardan sui-istifadә etmә hәm dә tәqsirkarın әvәzsiz olaraq özünün vә ya üçüncü şәxslәrin xeyrinә әmlakı vә ya ona olan hüququ әlә keçirmәk mәqsәdi ilә üzәrinә götürdüyü hәr hansı öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda, mәsәlәn, kredit müәssisәlәrindәn müәyyәn mәblәğdә kredit vә ya zәrәr çәkmiş şәxsdәn borc alaraq bunları qaytarmaq mәqsәdi güdmәdiyi, hәr hansı işin görülmәsi, xidmәtlәrin göstәrilmәsi öhdәliyini üzәrinә götürüb bunun üçün әvvәlcәdәn avans kimi müәyyәn mәblәğdә pul alaraq hәmin işi görmәdiyi (xidmәti göstәrmәdiyi) vә görmәk (xidmәt göstәrmәk) niyyәtindә olmadığı hallarda da baş verir (qәrarın 3-cü bәndi). Mәhkәmәlәrә izah edilsin ki, şәxs әmlakı (әmlaka olan hüququ) әldә edәrәk onların verilmәsinin şәrtlәri ilә bağlı öhdәliklәri yerinә yetirmәk niyyәtindә olmadıqda vә nәticәdә zәrәr çәkmiş şәxsә maddi zәrәr vurulduqda, onun әmәli o halda dәlәduzluq kimi qiymәtlәndirilir ki, tәqsirkarın özgә әmlakının talanmasına vә ya әmlaka olan hüquqa yiyәlәnmәsinә yönәlmiş niyyәti hәmin әmlakı vә ya әmlaka olan hüququ әldә edәnәdәk yaranmış olsun. Şәxsin әmlakın ona verilmәsi ilә bağlı öhdәliklәri yerinә yetirmәk üçün әvvәlcәdәn real maliyyә imkanlarının, yaxud әmlakın idarә edilmәsi üçün onun icazәsinin olmaması, әmlakı (әmlaka olan hüququ) әldә edәrkәn saxta sәnәdlәrdәn istifadә etmәsi, başqa şәxslәrә vә ya kredit tәşkilatlarına borcunun vә ya girovda әmlakının olması haqda mәlumatları gizlәtmәsi, әqdin bağlanması zamanı tәrәflәrdәn biri kimi çıxış edәn yalançı müәssisәlәr yaratması onun özgә әmlakının talanmasına yönәlmiş niyyәtinin olmasına dәlalәt edәn hallar kimi çıxış edә bilәr (qәrarın 5ci bәndi). Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşaraq qeyd edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu aldatma vә etibardan suiistifadә etmә yolu ilә özgәnin külli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә fәrdi yaşayış evinin alınmasına kömәklik göstәrilmәsi ilә bağlı müştәri qismindә ona müraciәt etmiş әvvәllәr hәr hansı tanışlığı olmayan Zәrәrçәkmiş şәxs Əbülfәz oğlunu rәsmi şәkildә qanuni әsaslarla ev alqı-satqısını hәyata keçirәcәyinә dair yalan vәd verib aldatmaqla üzәrinә götürdüyü öhdәliyi yerinә yetirmәk görüntüsü yaradaraq cinayәtdәn xәbәrsiz daşınmaz әmlakın mülkiyyәtçisinә beh atılmasını tәmin etmәklә, elәcә dә hәqiqәtdә daşınmaz әmlakın dövlәt reyestrindә müvafiq qeydiyyata alınmaqla çıxarışı olmayan daşınmaz әmlaka dair saxta çıxarış tәqdim etmәklә özünә qarşı yaranmış inam vә etibardan suiistifadә edәrәk daşınmaz әmlakın alqı-satqısı üçün müәyyәn edilmiş vәsaitin onun özünә verilmәsinә nail olaraq üzәrinә götürdüyü öhdәliyi yerinә yetirmәyib vәdinә әmәl etmәdәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Əbülfәz oğluna külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Belә ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Əbülfәz oğlu ilә sәmimi münasibәt yaratmaqla özünün vasitәçilik üzrә geniş әlaqәlәrә malik etibarlı şәxs olmasına dair ilkin görüntü yaratdıqdan sonra sonuncu tәrәfindәn daşınmaz әmlak mülkiyyәtçisinә beh atılmasını tәmin edәrәk müvafiq qәbzin fotoşәklinin ona (Zәrәrçәkmiş şәxs) göndәrilmәsini tәmin etmәklә özünә qarşı inam vә etibar formalaşdıraraq zәrәrçәkmiş şәxsin alqı-satqı predmetinin ödәnişinin ona tam şәkildә verilmәsi üçün sәnәdlәşmә işlәrini hәll etmәsinә dair zәrәrçәkmiş şәxsә әvvәlcәdәn verdiyi vәdә әsasәn Zәrәrçәkmiş şәxs tәkidi ilә hәqiqәtdә mövcud olmayan hüquq verәn saxta sәnәd tәqdim edәrәk, habelә özünün cinayәtkar niyyәtinin aşkar olunmaması (ortaya çıxmaması) üçün hәmin sәnәdlәr barәdә hәr hansı digәr şәxsә mәlumat vermәmәsinә dair xәbәrdarlıq etmiş, alqı-satqının hәyata keçirilmәsi üçün әvvәlcәdәn razılaşdırılmış gün yetişdikdә isә yazılan mesajlara cavab vermәkdәn boyun qaçırdığından onunla hәr hansı formada әlaqә saxlamaq mümkün olmamışdır. Belәliklә, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ilkin beh mәblәğini aldıqdan sonra yalan vә әvvәlcәdәn yerinә yetirmәk niyyәtindә olmadığı vәdlәr vermiş, onu inandırıb etibarını qazanmış, etibarından sui-istifadә edib onu aldadaraq külli miqdarda pulu әlә keçirmişdir. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsә ona pul vermәsinә dair qarşılıqlı razılaşmamışdan әvvәl niyyәti özgәnin әmlakını әvәzsiz olaraq әlә keçirmәk olmuşdur. Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsdәn aldığı pulu daşınmaz әmlakın mülkiyyәtiçisi olan cinayәtdәn xәbәrsiz Gülcәnnәt Hәsәnovaya vermәmiş, habelә sonuncunun (vә ya prosesin birbaşa iştirakçısı olan qohumları(Firudin Hәsәnov vә s.)) danışıqlar zamanı daşınmaz әmlakın dövlәt reyestrindә müvafiq qaydada qeydiyyata alınmaması, elәcә dә hәmin daşınmaz әmlaka dair mülkiyyәt hüququnun eskiz layihә әsasında tanınması barәdә xüsusilә vurğulanmasına baxmayaraq bu barәdә hәqiqәti Zәrәrçәkmiş şәxs gizlәdәrәk guya sәnәdlәşmә işlәrini özünün hәll edәcәyinә dair hәqiqәtә uyğun olmayan yalan mәlumat verәrәk onu saxta sәnәd әsasında aldadaraq hәqiqiliyinә inandırmış, nәticәdә Zәrәrçәkmiş şәxs ödәnilmәli mәblәği tam şәkildә Tәqsirlәndirilәn şәxs şәxsәn özünә vermәklә dәlәduzluq cinayәtinin qurbanı olmuşdur. Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsdәn hәr hansı mәblәğdә pul almamasını tәsdiq edә bilәcәk sübutun olmasına dair müdafiә tәrәfi hәr hansı sübut tәqdim edә bilmәmiş, hәmin hal mәhkәmә istintaqı zamanı da müәyyәn edilmәmiş, әksinә iş üzrә toplanmış biri digәrinә uyğun olan bütün mötәbәr sübutlar mәcmusu ilә bir daha Tәqsirlәndirilәn şәxs әvvәlcәdәn üzәrinә götürdüyü hәr hansı öhdәliyin yerinә yetirilmәsi mәqsәdi olmadığını, hüquq verәn saxta sәnәdlәrdәn istifadә etmәklә zәrәrçәkmiş şәxsin pulunu әlә keçirәrәk dәlәduzluq etmәsini tam tәsdiq edir. Mәhkәmә kollegiyası mübahisәlәndirilәn hökmlә razılaşaraq, hәmçinin qeyd edir ki, cinayәt qanunvericiliyindә hüquq verәn vә ya vәzifәdәn azad edәn vәsiqәni vә ya digәr rәsmi sәnәdi istifadә etmәk mәqsәdi ilә saxtalaşdırma vә ya qanunsuz hazırlama, yaxud bu cür sәnәdi satma, habelә eyni mәqsәdlә Azәrbaycan Respublikasının saxta dövlәt tәltifini, ştampı, möhürü, blankı hazırlama vә ya satmaya görә CM-in 320.1-ci maddәsi ilә cinayәt mәsuliyyәti müәyyәn edilir vә hәmin maddәnin sanksiyasında üç min manatdan altı min manatadәk miqdarda cәrimә vә ya iki ilәdәk müddәtә islah işlәri vә ya iki ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuşdur. CM-in 320.2-ci maddәsinә әsasәn hәmin Mәcәllәnin 320.1-ci maddәsindә göstәrilmiş bilә-bilә saxta sәnәdlәrdәn istifadә etmә hәmin maddә ilә cinayәt mәsuliyyәtinә sәbәb olur. “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 320.1-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair” ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumun qәrarında göstәrilmişdir ki, CM-in 320.1-ci maddәsindә nәzәrdә tutulmuş hüquq verәn vә ya vәzifәdәn azad edәn vәsiqәni vә ya digәr rәsmi sәnәdi istifadә etmәk mәqsәdi ilә saxtalaşdırma rәsmi sәnәd barәsindә vә onun üzәrindә elә qanunsuz hәrәkәtlәrin edilmәsini nәzәrdә tutur ki, bu hәrәkәtlәrin nәticәsindә hәmin sәnәdin sahibinin vә ya istifadәçisinin hüquqi vәziyyәti dәyişir, o, әsassız vә qanunsuz olaraq hәr hansı hüquq әldә edir vә ya vәzifәdәn azad edilir, elәcә dә hüquqlarının hәyata keçirilmәsi vә ya vәzifәlәrinin icrasında müәyyәn üstünlüklәr, güzәştlәr, imtiyazlar әldә edir. Hәmin qәrarda göstәrilmişdir ki, göstәrilәn cinayәt әmәli “İdarәetmә qaydası әleyhinә olan cinayәtlәr” fәslinә aid edilmiş vә cinayәtin obyekti qismindә dövlәt idarәetmә fәaliyyәti ilә bağlı münasibәtlәr çıxış edir. Cinayәtin predmetini isә hüquq verәn vә ya vәzifәdәn azad edәn vәsiqә vә ya digәr rәsmi sәnәdlәr, dövlәt tәltiflәri, möhürlәr, ştamplar vә blanklar tәşkil edir. Rәsmi sәnәd hüquq әhәmiyyәtli faktları müәyyәn edәn, dövlәt tәrәfindәn sәlahiyyәt verilmiş hüquqi vә (vә ya) fiziki şәxslәr tәrәfindәn tәrtib vә tәsdiq edilәn, qanunla müәyyәn olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq vә dövriyyәsi nәzarәt sisteminin tәsiri altına düşәn sәnәddir. CM-in 320.1-ci maddәsindә tәsbit edilәn cinayәtin predmetini tәşkil edәn rәsmi sәnәd hüquqlar vermәli vә ya vәzifәlәrdәn (öhdәliklәrdәn) azad etmәlidir. Hüquqlar vermәyәn vә ya vәzifәlәrdәn azad etmәyәn sәnәdin saxtalaşdırılması, hazırlanması vә ya satılması Cinayәt Mәcәllәsinin hәmin maddәsindә nәzәrdә tutulmuş cinayәt tәrkibini yaratmır. Belәliklә, hәr hansı sәnәdin CM-in 320.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlinin predmeti qismindә çıxış etmәsi üçün onun hüquq münasibәtlәrinә (onların yaranmasına, dәyişdirilmәsinә vә xitamına) tәsir etmәklә hüquq vә vәzifәlәr yaratması, elәcә dә hüquqların hәyata keçirilmәsi vә ya vәzifәlәrin icrasında müәyyәn üstünlüklәr, güzәştlәr vә imtiyazlar kimi hüquqi nәticәlәrә sәbәb olma xüsusiyyәtinin mövcudluğu mütlәqdir. Bu cinayәt әmәli obyektiv cәhәtdәn hüquq verәn vә ya vәzifәdәn azad edәn vәsiqәni vә ya digәr rәsmi sәnәdi saxtalaşdırma, hüquq verәn vә ya vәzifәdәn azad edәn vәsiqәni vә ya digәr rәsmi sәnәdi qanunsuz hazırlama, habelә Azәrbaycan Respublikasının saxta dövlәt tәltifini, ştampı, möhürü, blankı hazırlama, hüquq verәn vә ya vәzifәdәn azad edәn vәsiqәni vә ya digәr rәsmi sәnәdi, habelә Azәrbaycan Respublikasının saxta dövlәt tәltifini, ştampı, möhürü, blankı satma hәrәkәtlәri vasitәsilә törәdilә bilәr. Saxtalaşdırma rәsmi sәnәdin mәzmununun tәhrif edilmәsidir vә saxta olmayan vәsiqәyә vә ya rәsmi sәnәdә hәr hansı vasitә ilә yanlış mәlumatların daxil edilmәsi, boş blankın belә mәlumatlarla doldurulması, onun mәzmununa dәyişikliklәr edilmәsi vә s. üsullarla hәyata keçirilir vә bu hәrәkәtlәrin nәticәsindә hәmin sәnәdin sahibinin vә ya istifadәçisinin hüquqi vәziyyәti dәyişir. CM-in 320.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәli formal tәrkibli olmaqla, dispozisiyasında göstәrilәn hәrәkәtlәrdәn hәr hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Hәmin cinayәtin törәdә bilәcәyi nәticә isә şәrh olunan cinayәt tәrkibindәn kәnarda qalır. Subyektiv cәhәtdәn cinayәt birbaşa qәsdlә törәdilir. CM-in 320.1ci maddәsinә görә, mәqsәd (rәsmi sәnәddәn, dövlәt tәltifindәn, ştampdan, möhürdәn vә blankdan istifadә etmәk) cinayәt tәrkibinin zәruri әlamәtidir vә hәmin әmәllәrin törәdilmәsindә belә mәqsәd olmazsa, bu cinayәtin tәrkibini yaratmır. CM-in 320.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin subyekti rәsmi sәnәdlәri özü saxtalaşdırmayan, digәr şәxslәr tәrәfindәn saxtalaşdırılan rәsmi sәnәdlәrdәn onların saxta olduğunu bilә-bilә istifadә edәn şәxslәr ola bilәr. Rәsmi sәnәdi saxtalaşdırmış şәxs gәlәcәkdә ondan istifadә edәrsә, onun әmәli yalnız CM-in 320.1-ci maddәsi ilә tövsif edilmәlidir. Mәhkәmә kollegiyası tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun CMin 178.3.2 vә 320.1-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәsi nәticәsinә gәlәrkәn ilk növbәdә ona istinad etmişdir ki, o, mәhkәmә istintaqı zamanı vermiş olduğu ifadәsindә özünü ona ittiham elan edilmiş әmәllәr üzrә tәqsirli bilmәsә dә, hәm ibtidai istintaq zamanı, hәm dә mәhkәmә istintaqı zamanı verdiyi hәmin ifadәlәrindә faktiki olaraq törәtmiş olduğu cinayәt әmәllәrinin törәdilmә üsulunu vә mexanizmini açıqlamışdır. Mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt işinin apellyasiya baxışı zamanı Tәqsirlәndirilәn şәxs Sәrdar oğluna bәraәt verilmәsi üçün hallar müәyyәn edilmәdiyindәn, ona bәraәt verilә bilmәz, bu barәdә apellyasiya şikayәtinin dәlillәri subyektiv mülahizәlәr üzәrindә qurulmaqla Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunu cinayәt mәsuliyyәtindәn yayındırmaq cәhdi daşıyır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә hәmçinin qeyd edir ki, heç bir sübut mәhkәmә üçün preyudisial әhәmiyyәtә malik deyil vә alınma mәnbәyindәn, növündәn asılı olmayaraq, hәr bir sübut hәrtәrәfli, tam vә obyektiv yoxlanılmalı, iş üzrә toplanmış digәr sübutlarla müqayisәli şәkildә qiymәtlәndirilmәlidir. Hazırki iş üzrә dә işә baxan birinci instansiya mәhkәmәsinin sübut kimi qәbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur vә inandırıcıdır. Apellyasiya mәhkәmә kollegiyası Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun müdafiәçisinin vermiş olduğu apellyasiya şikayәtinin digәr dәlillәrinә, yәni Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun siyasi fәaliyyәti ilә bağlı cinayәt mәsuliyyәtinә cәlb olunması ilә bağlı dәlillәrini qәbul etmir vә bununla bağlı bildirir ki, Tәqsirlәndirilәn şәxs Sәrdar oğlu zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs qarşı mülkiyyәt әleyhinә olan cinayәt törәtmişdir vә burada tәqsirlәndirilәn şәxsin әqidәsi, siyasi baxışları, hansı siyasi partiyanın üzvü olması hәr hansı bir әhәmiyyәt daşımır. Cinayәt törәtmiş şәxslәr qanun qarşısında bәrabәrdirlәr vә irqindәn, milliyyәtindәn, dinindәn, dilindәn, cinsindәn, mәnşәyindәn, әmlak vәziyyәtindәn, qulluq mövqeyindәn, әqidәsindәn, siyasi partiyalara, hәmkarlar ittifaqlarına vә digәr ictimai birliklәrә mәnsubiyyәtindәn vә digәr hallardan asılı olmayaraq cinayәt mәsuliyyәtinә cәlb olunurlar. Cinayәt prosesini hәyata keçirәn orqanlar cinayәt prosesindә iştirak edәn şәxslәrdәn hәr hansı birinә vәtәndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi vә dini mәnsubiyyәtindәn, dilindәn, mәnşәyindәn, әmlak vәziyyәtindәn, qulluq mövqeyindәn, әqidәsindәn, yaşayış yerindәn vә olduğu yerdәn asılı olmayaraq vә qanunla әsaslandırılmamış digәr mülahizәlәrә görә üstünlük vermir. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin başqa bir dәlilinә, yәni Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun polis әmәkdaşları tәrәfindәn saxlanılarkәn vә polis bölmәsinә aparıldıqdan sonra pis rәftara, fiziki, psixi vә sair zorakılığa, habelә hәdә-qorxu vә tәzyiqә mәruz qalması ilә bağlı dәlili ilә bağlı onu qeyd edir ki, hәmin xüsusatla bağlı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Xidmәti Araşdırmalar İdarәsi tәrәfindәn araşdırılma aparılmış, aparılmış araşdırma zamanı Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun göstәrdiyi xüsususatlar öz tәsdiqini tapmadığından toplanmış material üzrә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.1-ci maddәsi ilә cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә qәrar qәbul edilmişdir. Bundan başqa, birinci instansiya mәhkәmәsinin mәhkәmә istintaqı zamanı cinayәt işi üzrә hәr-hansı bir qanun pozuntusuna yol verilmәsi, mәhkәmәnin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması, iş üçün әhәmiyyәtli olan halların sübuta yetirilmәmәsi, cinayәt qanunu normalarının düzgün tәtbiq edilmәmәsi iş materialları ilә müәyyәn edilmәmişdir. Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun barәsindә seçilmiş cәza tәdbiri mәsәlәsinә gәldikdә, mәhkәmә kollegiyasının qәnaәtinә görә vә hökmdәn göründüyü kimi, birinci instansiya mәhkәmәsi tәrәfindәn ona qanuni vә әsaslı cәza tәyin edilmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 58.3-cü maddәsinә görә cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qәrarında mәhkәmәlәrә tövsiyә olunur ki, hәr bir konkret halda tәqsirlәndirilәn şәxslәrә tәyin edilәn cinayәt cәzası Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 8-ci maddәsinә müvafiq olaraq cinayәtin törәdilmәsi şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmaqla әdalәtli olmalıdır. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 8.1-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai-tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 41.2-ci maddәsinә görә cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Mübahisәlәndirilәn hökmdәn görünür ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs Sәrdar oğluna cәza hәddi vә növünü tәyin edәrkәn onun törәtdiyi cinayәtlәrin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, cәza tәyin edilmәsinin ümumi әsaslarını, şәxsiyyәtini nәzәrә almış, Cinayәt Mәcәllәsinin 59.1.4-cü maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin himayәsindә iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddәsinә әsasәn himayәsindә bir yetkinlik yaşına çatmayan uşağının olmasını, 50 yaşında olmaqla mәhkumluğunun olmamasını, ailәdә yeganә qazanc gәtirәn şәxs olmasını vә mәhkәmә icraatı zamanı davranışını onun cәzasını yüngüllәşdirәn hal kimi nәzәrә almış, Cinayәt Mәcәllәsinin 61-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin әmәlindә cәzasını ağırlaşdıran halları müәyyәn etmәmişdir. Mәhkәmә kollegiyası onu da qeyd edir ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun barәsindә iş üzrә mühüm әhәmiyyәt kәsb edәn digәr halları da cәza tәyini zamanı nәzәrә almaqla әsaslandıraraq, mәhkum edilmiş şәxsin şәxsiyyәtinә vә cinayәtin ağırlığına uyğun, tәqsirli bilindiyi maddәnin sanksiyası hәddindә azadlıqdan mәhrum etmә cәzası tәyin etmiş, onun barәsindә tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsi üçün zәruri әsaslar mövcud olmamışdır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin olunmamalı, iş üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmü qanuni, әsaslı vә әdalәtli olduğundan dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1, 397.2, 398.1.1 vә 407.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALIR: Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun müdafiәçisi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Tәqsirlәndirilәn şәxs Sәrdar oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2 vә 320.1-ci maddәlәri ilә mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrindә göstәrilәn müddәtlәrdә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-700/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-700/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver