Məhkəmə qərarları › İş №1(3-6)-701/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-701/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-701/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynli Hüseyn İnanc oğlu (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə ##.##.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 144 mənzil 86 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən məlumat aldıqdan sonra qanunsuz olaraq satış məqsədi ilə 12 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1985,0 qram, 935,0 qram, 995,0 qram, 1130,0 qram, 835,0 qram, 755,0 qram, 1445,0 qram, 690,0 qram, 920,0 qram, 785,0 qram, 995,0 qram və 930,0 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 12400 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı, 01 ədəd sellofan bükülüdə xeyli miqdarda olmaqla təmiz çəkisi 6,97 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,291 qram, 34,281 qram və 1075 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 1130,572 qram tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəki, 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 13,910 qram açıq qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 42,450 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 02 ədəd konvalyutda metadon təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil etməklə xeyli miqdarda olan 15 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, narkotik maddə olan - metadon tərkibli həbləri, 01 ədəd konvalyutda alprazolam təsiredici maddəsinin ümumi miqdarı 0,01 qram təşkil edən 10 ədəd mavi rəngli elips formalı psixotrop maddə olan - alprazolam tərkibli həbləri əldə edib üzərində saxlamaqla ## ###### 2025-ci il tarixdə ünvan 2 ünvanına daşımış, ## ###### 2025-ci il tarixdə saat 01:18 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, video çəkilişlə üstünün yoxlanılması zamanı əlində olan 02 ədəd naxışlı sintetik əl çantasının içərisindən 12 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1985,0 qram, 935,0 qram, 995,0 qram, 1130,0 qram, 835,0 qram, 755,0 qram, 1445,0 qram, 690,0 qram, 920,0 qram, 785,0 qram, 995,0 qram və 930,0 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 12400 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 6,97 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,291 qram, 34,281 qram və 1075 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 1130,572 qram tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryək, 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 13,910 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 42,450 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd konvalyutda metadon təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil etməklə xeyli miqdara olan 15 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, narkotik maddə olan - metadon tərkibli həbləri, 01 ədəd konvalyutda alprazolam təsiredici maddəsinin ümumi miqdarı 0,01 qram təşkil edən 10 ədəd mavi rəngli elips formalı psixotrop maddə olan - alprazolam tərkibli həblər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm çıxarılarkən mötəbər sübutlara istinad olunmamış, xüsusilə də iş materiallarında olan video-görünütüyə əsasən hadisə vaxtı ilə çəkilişin aparılması vaxtının uyğun olub-olmaması, çəkilişə müdaxilənin olub-olmaması kimi məsələlərin aydınlaşdırılması üçün ekspertizanın keçirilməsini xahiş etsə də, tələbi yerinə yetirilməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin apellyasiya şikayətindən görünür ki, o, iş materiallarında olan sübutların mötəbərliliyi, o cümlədən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün və aşkar olunmuş əşyaların yoxlanılması hərəkətlərini əks etdirən video-görüntüyə sübut kimi istinad olunmasında onun mötəbərliliyi məsələsini mübahisələndirərək ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla yoxlayaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli olması iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, 5-6 ildir narkotik vasitə olan marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni aldığı iranlı şəxs ona “tiktok” platforması üzərindən yazmışdır. Onun iranlıya “yazma” deməsinə baxmayaraq iranlı yazmağa davam etmişdir. O, iranlı ilə 600 manat qarşılığında 100 qram narkotik vasitə barədə razlığa gəlmiş, iranlı ona narkotik vasitənin olduğu yerin şəklini və məkanı göndərmiş, o da həmin yerə, yəni Nərimanov rayonu, X3 ünvanına Ruslan adlı sinif yoldaşı ilə birlikdə getmişdir. Onun iranlı ilə yazışmalarından, narkotik vasitə götürmək üçün getdiklərindən Ruslanın xəbəri olmuşdur. O, avtomobili sürəndə Ruslan onun əvəzinə iranlı ilə yazışmışdır. Həmin narkotik vasitəni Ruslanla yarı bölüb birlikdə istifadə etmək istəmişlər. Lakin pulu Ruslan yox o ödəməli olmuşdur. Narkotik vasitənin olduğu ərazi ağaclıq olmuş, hadisə baş verən gün birinci dəfə narkotik vasitənin arxasınca gedəndə, həmin yerdə 2 çanta olduğunu görmüş və götürməmişdir. Çünki o, 100 qram narkotik vasitə üçün razılaşmışdır. İki dəfə narkotik vasitənin olduğu yerə gedib qayıtmış, iranlı ona “çandanın içindən bir büküm götür” demiş, o da üçüncü dəfə gedib narkotik vasitələrdən bir büküm götürmüş və saat 23:00-23:30 radələrində 5 ədəd aftomobildə gələn 14-15 nəfər polis əməkdaşları tərəfindən Ruslanla birlikdə saxlanılmışdır. Onun idarə etdiyi avtomobili polis idarəsinə aparmışlar. Avtomobil şirkətə məxsus olduğu üçün baxış keçirilmiş, avtomobildə olan bir büküm narkotik vasitə götürülmüş və avtomobil şirkətə qaytarmışlar. Saxlanılan gün onun evinə də baxış keçirilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3~cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şahid1 uşaqlıqdan tanıyır, orta məktəbi bir yerdə oxumuş, aralarında yaxm dostluq münasibəti yaranmışdır. Aralarında nə əvvəllər nədə ki, hal hazıradək ədavət və düşmənçiliyi olmamışdır. Münasibətlərimiz normaldır, vaxtları olduqca zəngləşib bir biri ilə hal-əhval tutmuşuq görüşüb söhbətləşmişlər. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etsə də, 1 ay olmuşdur ki, istifadə etməmişdir. ## ###### 2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində özünü ona Mehdi kimi təqdim edən şəxs “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə konum ataraq öz istifadəsi üçün “Ulduz” metrostansiyasmm yaxınlığında Araz küçəsi ** saylı ünvana narkotik vasitə qoymasını söyləmişdir. O da dostu şahid1 ilə görüşən zaman sonuncuya narkotik vasitə çəkmək istəyibistəmədiyini soruşmuşdur. Ruslan da ona olsa çəkəcəyini bildirmişdir. Ruslana bir nəfər şəxsin ona istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. Ruslan 01:18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında Araz küçəsi ** saylı ünvana getmişlər. Orada o, Ruslana gözləməsinİ bildirib avtomobildən düşüb konum əsasında narkotik vasitənin qoyulduğu yerə getmişdir. Orada şəxsi istifadəsindən artıq narkotik maddə olmasını görsə də, həmin narkotik vasitələri götürməyə qərar vermişdir. Narkotik vasitəni götürüb piyada hərəkət edərək Ruslana tərəf gedən zaman ona və Ruslana mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan və Ruslandan özlərini təqdim etmələrini xahiş etmişlər. Bütün bu proseslər zamanı video çəkiliş aparılmışdır. Özünü təqdim etdikdən sonra həmin şəxslər onun və Ruslanın narkotik vasitələrin əldə edilməsində, saxlanmasına və daşınmasında şübhəli olduğuqlarını bildirmişlər. Polis əməkdaşları ondan iki ədəd əl çantasının içərisində nə olduğu soruşduqda çantanın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyimi bildirmişdir. Daha sonra mobil telefonumu çıxarıb şifrəsini açaraq İran İslam Respublikasına məxsus nömrə ilə aralarında olan “whatsapp” yazışmalarını və səs qeydlərini təqdim etmişdir. Səs qeydlərinə və yazışmalara nəzər yetirən zaman İran İslam Respublikasının vətəndaşı tərəfindən ona qeyd olunan ünvanda 15 kiloqramlıq narkotik olmasını və həmin narkotik vasitələri götürməsini bildirməsi müəyyən olunmuşdur. Bundan sonra təqdim etdiyi 02 ədəd çantaya baxış keçirilmişdir. Baxış zamanı birinci çantanın içərisində hər biri ayn ayrılıqda qara rəngli sellofana bükülmüş və yapışqan lentlə sarılmış içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 06 ədəd bağlama aşkar edilərək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sonra ikinci çantaya baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisində yenə də hər biri ayrı ayrılıqda qara rəngli sellofana bükülmüş və üzəri yapışqan lentlə sarınmış içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 06 ədəd bağlama, 2 ədəd listdə ümumilikdə 15 ədəd “Methadone” və 01 ədəd listdə ümumilikdə 10 ədəd “ALPROKİM” yazılı həblər, 03 ədəd bükümdə narkotik vasitə heroinə və 01 ədəd bükümdə psixotrop maddə metamfetmainə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı aşkar edilmiş narkotik vasitələri tanımadığı İran İslam Respublikasının vətəndaşının atdığı məkandan (konumdan) götürdüyünü bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra onları Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparmışlar və orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrim izah edilmişdir. Polis əməkdaşları tərəfindən götürülmüş qablaşdırmalar təhqiqatçıya təqdim olunmuşdur. Həmin vaxtı yenə də video çəkilişdən istifadə olunaraq içərisində narkotik vasitə olan və psixotrop maddə olan böyük həcmli əl çantalarına təhqiqatçı, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, narkotik vasitəni ünvan 1 ünvanının yaxınlığından götürmüşdür. Narkotikin yerini ona İran İslam Respublikasının vətəndaşı adını Mehdi kimi təqdim edən şəxs atdığı məkandan (konumdan) istifadə etmək məqsədi ilə götürmüşdür. Mehdini heç bir anket məlumatım bilməmişdir. Mehri İran İslam Respublikasının vətəndaşı olduğunu ona demiş və telefonda da İran Azərbaycanlılarının ləhcəsi ilə danışmışdır. İran İslam Respublikasının vətəndaşı onun üçün 100 qram narkotik vasitə qoyulduğunu şahid1 ilə narkotik vasitə istifadə etmək istəmişdir. O, Ruslana bir nəfər şəxsin ona narkotik vasitə verməyə söz verdiyini bildirib sonuncu ilə birlikdə idarə etdiyi avtomobillə ünvan 2 ünvanına getmişlər. Orada avtomobildən düşüb narkotik vasitəni götürüb Ruslana tərəf gedən zaman polis əməkdaşları onları saxlamışlar. Ruslanın narkotik vasitənin külli miqdarda olması barədə məlumatı olmamışdır. O, Ruslana yalnız istifadə etmək üçün narkotik vasitə götürəcəyini bildirmişdir. Razılaşma üzrə o, bir istifadəlik narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra Ruslana birlikdə istifadə etməli olmuşdur. Lakin narkotik vasitəni götürən zaman çox olduğunu görmüşdür. Buna baxmayaraq həmin narkotik vasitə olan iki ədəd əl çantasını götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iranlı ilə 600 manat qarşılığında yalnız 100 qram narkotik vasitə barədə razlığa gəlməsi və 100 qram narkotik vasitə üçün razılaşdığından 2 ədəd çantanı gördükdə onları götürməməsi barədə dəlilləri əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı irəli sürdüyü həmin dəlillər ilk olaraq onun özünün ibitidai istintaq zamanı bildirdiyi “Orada şəxsi istifadəsindən artıq narkotik maddə olmasını görsə də, həmin narkotik vasitələri götürməyə qərar verməsi” məzmunlu ifadə ilə uzlaşmayaraq təkzib olunur. Məhkəmə kollegiyası həmin ziddiyyətlərə münasibətdə iş materiallarında olan digər sübutların məcmu halda araşdırılmasını zəruri hesab edərək aşağıdakıları qeyd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Belə ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətli məqamların olmasını, habelə təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı ona təsir və təzyiqlərin göstərilməsi barədə irəli sürdüyü dəlilləri araşdıraraq onun iranlı ilə 600 manat qarşılığında 100 qram narkotik vasitə barədə razlığa gəlməsi və ittihamda göstərildiyi kimi 2 ədəd çantanı götürməməsi barədə dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərə yol verməsinin iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə öz təsdiqini tapdığını və həmin sübutları şühbə altına alınması üçün hər hansı halın müəyyən olunmadığını qeyd edir. Belə ki, hadisənin baş vermə mexanizminin təsvir olunmasında bir-biri ilə və iş materiallarında olan digər sübutlarla uzlaşan şahid ifadələrinə nəzər saldıqda birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində marixuananın qanunsuz dövriyyəsi, istifadəsi, saxlanması və daşınması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan bir neçə gün sonra, inzibati ərazidə xidmətdə olarkən ## ###### 2025-ci il tarixdə gecə saat 01:00-02:00 radələrində Təqsirləndirilən şəxs daxil olan əməliyyat məlumatında əks olunmuş şəxsə bənzətmişlər. Təqsirləndirilən şəxs Ruslan adlı şəxsə doğru əlindəki çantalarla irəlilədiyini görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, saxlanılmasının səbəbini, həmçinin hüquq və vəzifələrini izah etmişlər. Əllərindəki çantalara, habelə şəxsin üzərinə videoçəkiliş vasitəsilə yerində baxış keçirmişlər. Çantaların hər ikisində 6 büküm olmaqla marixuanaya bənzəyən narkotik vasitə, digər narkotik vasitələr və müxtəlif adlı dərmanlar aşkar olunmuş, yerində qablaşdırılaraq polis şöbəsinə gətirilmişdir. Narkotik vasitəni götürməyə Ramil və Ruslan adlı tanışı ilə birlikdə gəldiyindən və Ramilin Ruslan tərəfə hərəkət etdiyini gördüklərindən əlbir olduqlarını hesab etmişlər və bu səbəbdən Ruslan da saxlanılmışdır. Aparılan videoçəkiliş zamanı Ruslan Ramil ilə birlikdə narkotik vasitəni götürməyə gəldiyini bildirmişdir. Daha sonra Polis Şöbəsinin təhqiqat otağında qablaşdırılmış vasitələrə yenidən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd mobil telefonu təqdim etmiş, həmin telefona baxış zamanı Təqsirləndirilən şəxs iranlı ilə yazışması aşkar edilmiş, yazışmalardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmək üçün iranlının göndərmiş olduğu məkana gəlmişdir. Ruslanın da mobil telefonu götürülmüş, lakin baxış zamanı hadisə ilə bağlı heç nə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən şahid5 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixində şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və daşınması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün gecə saat 01:18 radələrində şəxslərin olduğu Araz küçəsi 45 ünvanına getmişlər və hər iki şəxs orada olmuşdur. Təqsirləndirilən şəxs əlində iki ədəd çanta olmuş və şəxslər özlərini şübhəli aparmışlar. Şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra şəxslərin üzərlərinə baxış keçirmişlər. Çantadan saylarını xatırlamadığı çoxsaylı bükümlər aşkar olunmuşdur. Sorğu zamanı Ruslan Ramil ilə birlikdə narkotik vasitələri götürməyə getdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən şahid2 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixində daxil olmuş əməliyyat məlumatına əsasən ünvan 5 ünvanında iki nəfər şəxsin cinayət törətdiyi məlum olmuşdur. Həmin şəxslərin şahid1 və Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində olan iki ədəd çantaya videoçəkilişlə baxış keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs mobil telefonunda İran vətəndaşı ilə yazışmalarının olduğunu etiraf edərək göstərmişdir. Həmin şəxsin və şahid qismində çıxış edən polis əməkdaşlarının iştirakı ilə bağlamalara baxış keçirilmişdir. Videoçəkilişdən sonra şəxsləri polis bölməsinə dəvət etmişlər. Ramil məkana gələrək narkotik vasitələri götürdüyünü bildirmişdir. Polis şöbəsində təhqiqatçının otağında videoçəkiliş aparılmış, daha sonra bağlamalar yerində qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və *** nömrəli zərfə yerləşdirilmişdir. Şəxsdən narkotik vasitələri haradan əldə etdiyini soruşduqda mobil telefonunda tanımadığı iranlı ilə olan yazışmalarını təqdim edərək həmin şəxsdən əldə etdiyini və göndərilən məkana gəldiyini bildirmişdir. Ruslan isə bu məsələ ilə bağlı məlumatlı olduğunu qeyd etmiş, Ramil ilə birlikdə narkotik vasitəni götürməyə getmiş, lakin narkotik vasitənin Ruslanın olmadığını bildirmişdir. Şəxslər müdafiəçi ilə təmin edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Nərimanov rayonunda, “Ulduz” metrostansiyasının yaxınlığında Ramil adlı şəxsi görmüşlər və yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxs özünü şübhəli aparmış, saxlanıldığı yerdə videoçəkilişlə şəxsin üzərinə baxış keçirmişlər və şöbəyə dəvət etmişlər. Şəxsin əlində 2 ədəd sellofan olmuş, baxış keçirilən zaman içərisindən narkotik vasitə aşkarlanmışdır. Həmçinin şəxsin üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən də narkotik vasitə aşkarlanmışdır. Daha sonra şəxs mobil telefonunu təqdim edərək “whatsapp” tətbiqində olan yazışmalarını göstərmişdir. Aşkarlanan narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı şəxs narkotik vasitələri İran İslam Respublikası vətəndaşından aldığını və narkotik vasitələri götürməyə Ruslan adlı şəxslə gəldiyini bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ittihamda göstərilmiş əməli törətməsinin sübuta yetirilməsində nəinki Təqsirləndirilən şəxs özünün qismən etirafı və şahid ifadələri ilə, həmçinin də birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut növləri kimi tanınmış və hökmün məzmununda istinad olunmuş digər təkzib olunmaqla sübutların məcmusu ilə təsdiq olunduğunu qeyd edir. Belə ki, Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün və aşkar olunmuş əşyaların yoxlanılması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 10-13) Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə ünvan 2 ünvanında saxlanılaraq üzərinə Nərimanov RPİ-nin 17- ci PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonu açıq göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq şifrəsini açıb təqdim etmiş və İran vətəndaşı ilə +98 903 741 **** saylı mobil nömrə vasitəsilə aralarında olan “whatsapp” yazışmalarını və səs qeydlərini təqdim etmişdir. Səs qeydlərinə və yazışmalara nəzər yetirən zaman İran vətəndaşı tərəfindən Ramilə qeyd olunan ünvanda 15 kiloqramlıq narkotik olmasını və həmin narkotik vasitələri götürməsini bildirməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan birinci çantaya baxış zamanı çantanın içərisində hər biri ayrı-ayrılıqda qara rəngli sellofana bükülmüş və zolentlə sarılmış, çəkiləri uyğun olaraq 0.970 qram, 0.890 qram, 0.815 qram, 1 kiloqram 55 qram, 1 kiloqram 185 qram və 2 kiloqram 160 qram olan ümumilikdə 6 ədəd içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə olan büküllər olması müəyyən olunmuşdur. Hər biri üzərində tərəzi vasitəsilə çəkilib qeydlər aparıldıqdan sonra 2-ci çantaya baxış keçirilmiş, bu çantanın içərisində yenə də hər biri ayrı-ayrılıqda qara rəngli sellofana bükülmüş və zolentlə sarılmış, çəkiləri uyğun olaraq 1 kiloqram 60 qram, 0.750 qram, 0.995 qram, 0.840 qram, 0.985 qram və 1 kiloqram 500 qram olan ümumilikdə 6 ədəd içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə olan bükülülər, həmçinin 2-ci çantanın içərisində olan Üzərində “TRENDYOL BAKU” yazlı sollofanın içərisində zolentlə sarılmış 2 list ümumilikdə 15 ədəd “METHADONE” ve 1 list ümumilikdə 10 ədəd “ALPROKİM” yazılı həblər, qara rəngli sellofana bükülmüş qəhvəyi rəngli heroinə bənzər çəkisi 86.6 qram olan maddə, üzərində “95 kola” yazısı olan qara rəngli sollofana bükülmüş heroinə bənzər çəkisi 52.6 qram maddə, üzərində “45 patı” yazısı olan qara rəngli sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddə metamfetaminə bənzər çəkisi 47.8 qram maddə və üzərində hər-hansı bir yazısı olmayan çəkisi 1091 qram olan heroinə bənzər maddə ekspertiza təyin olunması üçün ayrı-ayrı ağ içərisi boş olan zərflərə qablaşdırılaraq üzərində zəruri qeydiyyatlar aparıldıqdan sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra yerdə olan marixuanaya bənzər kütlələr 6 ədəd olmaqla çəkiləri 7 kiloqram 260 qram və 6 kiloqram 285 qram olan çantalara yerləşdirilərək qablaşdırılmış və götürülmüşdür. Daha sonra üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşya olmamasını bildirmiş və şəxslər üzərində şəxsi axtarış aparılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus mobil telefon qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** №-li ekspert rəyindən görünür ki, (cild1, iş vərəqə 67-71) tədqiqata təqdim edilmiş ağ kağız üzərində “şahid1 və Təqsirləndirilən şəxs aşkar olunan qara rəngli sellofana bükülmüş kütlələrin olduğu çanta. ” yazılar və imzalar olan 1-ci naxışlı sintetik əl çantasında 6 (altı) ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1985,0 qram; 935,0 qram; 995,0 qram, 1130,0 qram; 835,0 qram; 755,0 qram, ümumi çəkisi-6635,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. İş materiallarına əlavə olunmuş Məhkəmə-Narkoloji Ekspertizasının ##.##.2025-ci il tarixli **** №-li ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 82-83) Təqsirləndirilən şəxs KANNABİNODİLƏRİN və Psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli ** saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin” habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2- ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs III dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “CD-R” diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 39-40) diskdə olan görüntülər ## ###### 2025-ci il tarixdə saat 01:18 radələrində Nərimanov RPl-in 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında Təqsirləndirilən şəxs saxlanılmasının görüntüsüdür. Görüntüyə baxış zamanı polis əməkdaşları ilk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd əl çantasında nə olduğu soruşan zaman Təqsirləndirilən şəxs əl çantalarının içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirməsi, sonra Təqsirləndirilən şəxs mobil telefonunu çıxarıb şifrəsini açaraq İran İslam Respublikasına məxsus nömrə ilə aralarında olan “whatsapp” yazışmalarını və səs qeydlərini təqdim etməsi, səs qeydlərinə və yazışımalarda İran İslam Respublikasının vətəndaşı tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan ünvanda 15 kiloqramlıq narkotik olmasını və həmin narkotik vasitələri götürməsini bildirməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd çantaya baxış keçirilən zaman birinci çantanın içərisində hər biri ayrı ayrılıqda qara rəngli sellofana bükülmüş və yapışqan lentlə sarılmış içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 06 ədəd bağlama aşkar edilərək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi, ikinci çantaya baxış keçirilən zaman içərisində yenə də hər biri ayrı ayrılıqda qara rəngli sellofana bükülmüş və üzəri yapışqan lentlə sarınmış içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 06 ədəd bağlama, 2 ədəd listdə ümumilikdə 15 ədəd “Methadone” və 01 ədəd listdə ümumilikdə 10 ədəd “ALPROKİM” yazılı həblər, 03 ədəd bükümdə narkotik vasitə heroinə və 01 ədəd bükümdə psixotrop maddə metamfetmainə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri tanımadığı İran İslam respublikasının vətəndaşının atdığı məkandan götürdüyünü bildirməsi, şahid1 bu barədə məlumatı olsa da, İran İslam Respublikasının vətəndaşı ilə Təqsirləndirilən şəxs danışdığını bildirməsi müəyyən edilmişdir. “CD-R” diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 41-42) diskdə “video5278699984298996704” adlı fayla əks edilmiş görüntülər ## ###### 2025-ci il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-nin 17-ci PŞ-də olan xidməti otaqlardan biri olmuşdur. Video görüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Nəbi Daşdəmirov tərəfindən ##.##.2025-ci il tarixdə saat 01:18-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs və şahid1 üzərindən aşkar edilərək götürülmüş maddi sübutlara baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran vətəndaşından əldə etdiyini bildirməsi, şahid1 isə həmin maddələrin Təqsirləndirilən şəxs məxsus olmasını bildirməsi, təhqiqatçı Nəbi Daşdəmirov tərəfindən təqdim olunan 02 ədəd çantaya və 01 ədəd üzərində “TRENDYOL BAKU” yazısı olan ağ narıncı rəngli sellofanda olan 07 ədəd ağ rəngli üzərində zəruri qeydiyyatlar aparılmış zərflərə, həmçinin 1 ədəd “CD” diskdə olan video görüntüyə baxış keçirilməsi, üzərində 01 ədəd yazılı zərfdən üzərində “ALPROKİM” yazısı olan 1 listdə 10 ədəd həb üzərində “METHADONE” yazısı olan 1 listdə 10 və 1 listdə 05 ədəd həb, 01 ədəd yazılı zərfdən içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd qara rəngli sellofana bükülmüş büküm, 01 ədəd yazılı zərfdən üzərində “45 kola” yazılmış içərisində qəhvəyi rəngli kütlə olan qara rəngli sellofana bükülmüş büküm, 01 ədəd yazılı zərfdən üzərində “45 patı” yazılmış içərisində ağ rəngli kristalşəkilli maddələr olan qara rəngli sellofana bükülmüş büküm, 01 ədəd yazılı zərfdən içərisində qəhvəyi rəngli kütlə olan qara rəngli sellofana bükülmüş büküm, 01 ədəd yazılı zərfdən şahid1 məxsus “Matorolla” markalı mobil telefon, 01 ədəd yazılı zərfdən Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı yaşıl rəngli mobil telefon, 2 adəd qara rəngli sellofana bükülmüş, içərisində spesifik iyə məxsus bitki mənşəli kütlənin aşkar olunması və həmin bükümlərin yenidən qablaşdırlaraq möhürlənməsi və üzərinin iştirakçılar tərəfindən imzalanması götürülməsi video görüntü zamanı qeydə alınmışdır. Mobil telefon aparatına baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 45-51) “Samsung Galaxy 14” markalı mobil telefon “vhatsapp” proqramından Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, İran İslam Respublikasına məxsus +**-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında ## ###### 2025-ci il tarixdə narkotik vasitənin əldə edilməsi barədə yazışma və səs yazıların olması, qeyd olunan mobil nömrələrin arasında ##.##.2025-ci il tarixdən ##.##.20252-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda telefon əlaqəsinin olması aşkar edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, təqsirləndirilən şəxsin apellyasiya şikayətindəgöstərdiyi halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin hadisə vaxtı ilə çəkilişin aparılması vaxtının uyğun olub-olmaması, çəkilişə müdaxilənin olub-olmaması kimi məsələlərin aydınlaşdırılması üçün ekspertizanın keçirilməsi barədə dəlillərinə münasibətdə onu qeyd edir ki, apellyasiya baxışı nəticəsində iş materiallarında olan həmin sübutun mötəbərliliynə şühhə doğuran hər hansı əsas müəyyən edilməmiş, həmçinin təqsirləndirilən şəxs tərəfindən onun dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan halın əksinə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o bildirmişdir ki, narkotik vasitəni götürüb piyada hərəkət edərək Ruslana tərəf gedən zaman ona və Ruslana mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan və Ruslandan özlərini təqdim etmələrini xahiş etmişlər. Bütün bu proseslər zamanı video çəkiliş aparılmışdır. Özünü təqdim etdikdən sonra həmin şəxslər onun və Ruslanın narkotik vasitələrin əldə edilməsində, saxlanmasına və daşınmasında şübhəli olduğuqlarını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə iş materiallarında olan sübutların təqsirləndirlən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın sübuta yetirilməsində kifayət etməsi qənaətinə gəlir və həmin sübutların mötəbərliliynə şühhə doğuran hər hansı hal müəyyən etmir. Cinayət işinin apellyasiya baxışı zamanı da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CMdə bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin 3-cü dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi və onun cəzasını ağırlaşdıran hal müəyyən etmədən, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza tədbiri vasitəsi ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar