Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-702/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X35, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X27 iştirakları ilə, ## ##### 1990-cı il tarixdə Rusiya Federasiyasının, Sverdlovsk şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, Rusiya Federasiyası, Sverdlovsk şəhərində qeydiyyatda olmaqla, Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində müvəqqəti qeydiyyata alınmış, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi ev 132 ünvanında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü ilə (hakimlər X9 (sədrlik edən), X15 və X10 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 193-1.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, belə ki, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc, loto və digər qumar saytlarından daxil olmuş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək, həmin pul vəsaitlərinin konversiyası, köçürülməsi, eləcə də, həmin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmək, pul vəsaitlərinin mənbəyinin, yerinin, yerdəyişməsinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədi ilə ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə gələrək cinayətə aidiyyəti olmayan müxtəlif şəxslərin adına emissiya edilmiş çoxsaylı plastik bank kartları, mobil telefon və mobil nömrə əldə edərək qanunsuz fəaliyyət göstərən mərc, loto və digər qumar oyunlarından əldə edilmiş pul vəsaitlərinin vahid niyyətlə əhatə olunan qəsdlə bank kartı hesablarına köçürmə və digər maliyyə əməliyyatları ilə həqiqi mənbəyini gizlədib əldə etdiyi «xxxx» Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 8420 8707, 4169 7388 1221 5394, 4169 7388 0324 5848, 4169 7388 6377 5825, 4169 7388 3850 0084, 4169 7388 0671 5904, 4169 7388 4728 4316, 4169 7388 2617 9420, 4169 7388 6958 7521, 4169 7388 9377 4442, 4169 7388 0586 9942, 4169 7388 9763 4527, 4169 7388 0539 0502, 4169 7388 2841 9956, 5239 1517 2100 2908, 4169 7388 7496 9953, 4169 7388 0485 1008, 4169 7388 7234 4423, 4169 7388 3400 7613, 4169 7388 6297 3942, 4169 7388 9404 8473, 4169 7388 4267 5393, 4169 7388 6030 6749, 4169 7388 7047 0154, 5239 1517 6725 4108, 4169 7388 6927 6711, 4169 7388 4621 8786, 4169 7388 2518 2805, 4169 7388 6144 7096, 4169 7388 3210 2135, 4169 7388 3105 6407, 4169 7388 7037 8472, 4169 7388 5234 9673, 4169 7388 6858 4461, 4169 7388 6003 8151, 4169 7388 4068 **** nömrəli bank kartlarına ## #### 2025ci il tarixdən ## #### 2025-ci il tarixədək hissə-hissə olmaqla daxil olmuş ümumilikdə xeyli miqdarda, yəni 727.024,40 manat məbləğində pul vəsaitini leqallaşdırmışdır. Hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmünün ləğv edilərək, bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclas protokollarına nəzər yetirilsə məhkəmənin sürətli şəkildə aparılması təqsirləndirilən şəxsin müdafiə hüququnun kifayət qədər pozulmasına gətirib çıxarıldığı aşkar şəkildə görünməkdədir. Eyni zamanda məhkəmə iclaslarında şahidlərin tam dindirilməməsi işin faktiki və hüquqi hallarına qiymət verilməsinə çətinlik yaratmaqdadır. Məhkəmə tərəfindən dindirilən şahidlərin heç biri təqsirləndirilən şəxsi tanmamışdır və əlaqəsi olmamışdır. Onların hər biri mərc oyunlarında iştirak etmişdirlər və müxtəlif kartlara mərc oyununda iştirakları üçün vəsaitlər köçürtmüşdürlər. Belə olan halda ümumiyyətlə Cinayət Məcəlləsində göstərilən maddəsi ilə heç bir əlaqəsi olmamışdır. Hazırkı cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən yalnız kartların satışı olmuşdur heç bir köçürmələrin icrasında fəaliyyəti və əli olmamışdır. Eyni zamanda bunu sübut etmək üçün məhkəmədən əlavə şahidlərin çağırılmasına dair vəsatət verilsə də məhkəmə vəsatətləri rədd edərək cinayət işində olan formal şahidlərin ifadələrini təsdiq etmişdir. Nəzərə alsaq ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində saxlanılan zaman işgəncələrə məruz qalmışdır və onun tərəfindən verilmiş ilkin izahatlar etibarsız sayılmalıdır. Məhkəmə əmələ yenidən araşdıraraq qiymət vermək əvəzinə cinayət işində olan sənədlərə əsaslanaraq hökm çıxarmışdır. Məhkəmə iclasında məhkum edilmiş şəxs X48 və onun müdafiəçisi Müdafiəçi hər biri ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı X35 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya şikayətində məhkum edilmiş şəxsin təqsirinin olmamasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onu CM-in 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək vurğulayır ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırkı iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş digər danılmaz sübutlarla – iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli, dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə bəzi sübutlara diqqət yetirilməklə qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə ## #### 2025-ci ildə özbək milliyyətindən olan dostu Əziz ilə birlikdə turist kimi gəlmişdir. Bakıda elə dostu Əziz ilə birlikdə qalmışdır. Bakıda olduğu vaxt “Teleqram” sosial şəbəkəsində bank kartının satışı ilə bağlı elan görərək həmin səhifəyə yazaraq 500 manat pulun müqabilində bank kartlarını satmışdır. Belə ki o, Fərid adlı tanışı ilə əlaqə saxlayaraq onun vasitəsi ilə Arifdən 350 manat müqabilində bir neçə “xxxx” kartı almış və vətəndaşlara “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə 500 manata satmışdır. Nəticədə Arifin tanışları həmin kartdan pulları çıxarmışlar. Həmin pulları İbrahim adlı şəxs bərpa etmişdir. Vətəndaşlarla yazışma zamanı müəyyən edilmişdir ki, ödənişi etmək və uduşu götürmək üçün həmin cinayətkar pullar karta oturmamışdır. Əziz bəzi pul kartlarını öz şəxsi istifadəsi üçün istifadə etmişdir. Əziz evdə olan kartlara bankomat vasitəsi ilə pul yükləmişdir, lakin neçə ədəd kart və hansı məbləğlər olması barədə məlumatı olmamışdır. Təqdim etdiyi 2 ədəd “Redmi” markalı telefonu əlaqələri yoxlamaq üçün elə Bakı şəhərində almışdır. 1 ədəd “Honor” markalı telefon Əziz adlı şəxsə məxsus olmuşdur. ## #### 2025-ci ildə saat 20:00 radələrində marketdən evə qayıdarkən taksindən düşəndə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu polis əməkdfaşları mülki avtomobilin arxa oturacağına əyləşdirərək evin açarlarının Əzizdə olması, lakin Əzizin evdə olması səbəbi ilə evə gəlməsini gözləmişlər. Həmin vaxtı o işgəncələrə məruz qalaraq, üz və bədən nahiyyələrindən müxtəlif zərbələr almışdır. Lakin barəsində Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən döyülməyi barədə hakimə heç bir məlumat verməmişdir. Əməkdaşdan biri qolunda olan mərhum atasından qalan qızıl saatını çıxardaraq maşının sükanında oturan əməliyyatçıya təqdim etmişdir. Təxminən bir neçə saatdan sonra onu evə gətirmişlər. Həmin vaxt Əziz artıq evdə yox idi. Polis əməkdaşları evi axtaraq Əzizə məxsus çanta, telefon və 3 ədəd bank kartı tapılmışdır. Çantada olan kartlar Əzizə məxsus olmuş və Əziz azadlığa buraxılanda ona təhvil verilmişdir. Ona məxsus olan boz rəngli çantanın içərisində olan cüzdan, pul, qulaqcıqlar və qızıl saat isə mülki avtomobildə qalmışdır. Polis idarəsində təyziq göstərilməklə döyülmədiyi barədə ifadə yazdırılmışdır. Tutulan zaman üzərində hər hansı əşyaların olmaması barədə jurnala imza etdirmişlər. Müdafiəçisinin iştirakı ilə müstəntiq ona üzərində şəxsi əşyalarının olmadığını bildirmişdir. Sonradan ittiham aktını oxuyarkən müəyyən etmişdir ki, kartlar üzrə aparılan 550000 manatlıq əməliyyatlar o tutulduqdan sonra olmuşdur. Şahid qismində dindirilmiş Mədətov, Məmmədov, Bağırov, Hacıyev və Əliyev soyadlı şəxslər bildirmişlər ki, 04 – ## #### 2025-ci il tarixinədək həmin kartlara pulu yükləmə vasitəsi ilə əlavə etmişlər. Həmin ərəfədə də o artıq tutulmuşdur. Həmin kartlara bu zaman müdaxilə edə bilməmişdir. Müstəntiq tərəfindən dindirilən zaman evdə aşkar olunmuş kartların dələduzluq üçün istifadə edildiyini ona bildirmişlər. O da qorxaraq kartların tanışlarının istifadə etməsi üçün Ekaterenburq şəhərinə aparılmaq üçün verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Vladimorviç adlı şəxsi tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. İnternet saytında “Pin Up” adlı qanunsuz mərc oyunu oynayaraq xatırlamadığı tarixlərdə 3-4 dəfə olmaqla oradan özünə məxsus “xxxx” kartına pul köçürmələri etmişdir. Həmin köçürmələri 2025-ci ilin əvvəllərindən 2026-cı ilin yanvar ayına kimi olan müddət ərzində məbləği ümumilikdə 30-50 manat olmaqla həyata keçirmişdir. Lakin internet saytında yerləşdirilmiş bank kartlarının kimə məxsus olması barədə hər hansı məlumatı olmamışdır. Bank əməliyyatlarını kartdan karta köçürmə etmək yolu ilə həyata keçirmişdir. Həmin proqramda M10, kartdan karta köçürmə və digər üsullar da olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Vladimorviç adlı şəxsi tanımamışdır. İnternet saytında “Pin Up” adlı qanunsuz mərc oyunu oynayaraq balansa istifadəsində olan “Birkart” vasitəsi ilə qanunsuz mərc oyunlarının təşkil olunduğu saytda yerləşdirilmiş kimə məxsus olduğunu bilmədiyi kart hesabına 20 manat köçürmə əməliyyatı həyata keçirmişdir. Həmin 20 manat pulu saytda uduzduqdan sonra praqramdan çıxış edərək telefonundan tətbiqi silmişdir. Karta mədaxil etsə də, məxaric etməmişdir. Bu hadisələr təxminən 2025-ci ilin avqust ayına təsadüf etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şahid1 İlqar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. İnternet saytında təxminən 5-6 ay əvvəl “Pin Up” adlı qanunsuz mərc oyunu oynayaraq qanunsuz mərc oyunlarının təşkil olunduğu saytda yerləşdirilmiş nömrəsini xatırlamadığı və kimə məxsus olduğunu bilmədiyi kart hesabına 2 dəfə köçürmə əməliyyatı həyata keçirmişdir. Karta mədaxil etsə də, məxaric etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Vladimorviç adlı şəxsi tanımamışdır. Dostunun tanışı kart istəmişdir, o, da öz kartını vermişdir. Ona demişlər ki, kartla bağlı heç bir problem olmayacaqdır. Üstündən bir müddət keçəndən sonra polis bölməsindən ona zəng gəlmiş və bildirilmişdir ki, bir qadını aldadıb pul çəkmişlər, pul onun kartına gəlmişdir. O, da bildirmişdir ki, ona heç bir aidiyyəti yoxdur, dostumun tanışına kartını vermişdir. Bu işlərdən onun xəbəri yoxdur. İş göndərildi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə, onu çağırmışlar izahat verməyə. O, baş verən hadisəni danışaraq izahatını vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Vladimorviç adlı şəxsi tanımamışdır. Ceyhunə adlı xanım ondan kart istəmişdir ki, Rusiya Federasiyasında yaşayan qohumu külli miqdarda pul atmalıdır, kart lazımdır. O, da kartını vermişdir. Bir müddət keçəndən sonra Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən ona zəng gəlmiş, gedib izahat vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Çantaya baxış keçirilməsi barədə” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd qəhvəyi rəngli bel çantası açıldıqda içərisində bir ədəd Özünə aid Rusiya Federasiyasının pasportu, ümumilikdə 37 ədəd “xxxx” ASC-yə aid plastik bank kartları, bir ədəd “İphone 15 Pro” markalı, iki ədəd “Honor” markalı, iki ədəd “Redmi” markalı və bir ədəd “Nokia” markalı mobil telefonların olması aşkar edildi. Bank hesab kartlarına baxış keçirilərkən müəyyən edildi ki, həmin hesab kartları 4169 7388 8420 8707, 4169 7388 1221 5394, 4169 7388 0324 5848, 4169 7388 6377 5825, 4169 7388 3850 0084, 4169 7388 0671 5904, 4169 7388 4728 4316, 4169 7388 2617 9420, 4169 7388 6958 7521, 4169 7388 9377 4442, 4169 7388 0586 9942, 4169 7388 9763 4527, 4169 7388 0539 0502, 4169 7388 2841 9956, 5239 1517 2100 2908, 4169 7388 7496 9953, 4169 7388 0485 1008, 4169 7388 7234 4423, 4169 7388 3400 7613, 4169 7388 6297 3942, 4169 7388 9404 8473, 4169 7388 4267 5393, 4169 7388 6030 6749, 4169 7388 7047 0154, 5239 1517 6725 4108, 4169 7388 6927 6711, 4169 7388 4621 8786, 4169 7388 2518 2805, 4169 7388 6144 7096, 4169 7388 3210 2135, 4169 7388 3105 6407, 4169 7388 7037 8472, 4169 7388 5234 9673, 4169 7388 6858 4461, 4169 7388 6003 8151, 4169 7388 4068 **** nömrəlidir. Bir ədəd hesab kartının isə nömrəsi silinmiş, buna görə həmin hesab kartının kimə məxsus olmasını müəyyən etmək mümkün olmadı. Qeyd olunan bank hesab kartlarının fotoşəkilləri çəkilərək protokola əlavə edilir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi çantadan aşkar edilmiş qeyd olunan 37 ədəd plastik bank kartı, bundan başqa bir ədəd “İphone 15 Pro”, iki ədəd “Honor”, iki ədəd “Redmi” və bir ədəd “Nokia” markalı mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 4(005)- ****/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay yəni ##.##.2026-cı il tarixədək uzadılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay yəni ##.##.2026-cı il tarixədək uzadılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, ##.##.1990-cı il tarixdə Rusiya Federasiyasının Sverdlovsk şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan və könüllü olaraq təqdim etdiyi bir ədəd çantadan götürülmüş bir ədəd “İphone 15 pro max” mobil telefonu boz rəngli olmaqla sensor ekrantıdır. Mobil telefon qara rəngli telefon qabına qoyulmuşdur. Mobil telefona baxış keçirilməsi üçün aktiv vəziyyətə gətirmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərində olan və könüllü olaraq təqdim etdiyi bir ədəd çantadan götürülmüş bir ədəd “Nokia” markalı mobil telefon qara rəngli olmaqla düymələr vasitəsi ilə idarə edilir. Mobil telefonun üzərində SİM nömrələr aşkar edilmədi. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi üçün aktiv vəziyyətə götürmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərində olan və könüllü olaraq təqdim etdiyi bir ədəd çantadan götürülmüş “Honor” markalı mobil telefon qara rəngli olmaqla sensor ekranlıdır. Mobil telefon işlək vəziyyətinə gətirilərək daxilində olan məlumatlara baxış keçirildi. Mobil telefonda olan “SMS” bölümünə baxı keçirilərkən “Bir bank”dan 28 SMS- in daxil olduğu müəyyən edildi. SMS-lərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxsunun çantasından aşkar edilmiş 4169 7388 4621 **** nömrəli bank kartı ilə əməliyyatlar üçün şifrələr göndərilmişdir. Hər SMSdə ayrı-ayrı məbləğlərdə əməliyyatların aparılması görünür. Bundan başqa “Telegram” sosial şəbəkəsində “Karambol KGZ” adlı profillə danışıq müəyyən edilir. ## #### 2025-ci i tarixdə qeyd edilən şəxs 5 ədəd “xxxx” ASC-yə aid bank kartının məlumatlarını göndərir. Hər bir hesab kartının alt hissəsində müəyyən məbləğlər qeyd edilmişdir. Bundan başqa “Zurab” adh şəxslə danışıqlar müəyyən edilmişdir. Eyni qayda ilə Zulab adlı profildən də “xxxx” ASC-yə aid kart nömrələri daxil edilmişdir. Bundan başqa ABŞ dolları işarəsi olan profilnən damşlqardan da görünür ki, həmin profildən bir neçə “xxxx” ASC-yə aid bank kart nömrələri göndərilmişdir. Bundan başqa “Егор Семенов” adlı kontakla danışıqlar vardır. Həmin danışıqlardan görünür ki, qeyd olunan profildən də bir neçə bank kart nömrəsi göndərilmişdir. Təqsirləndirilən şəxs üzərində olan və könüllü olaraq təqdim etdiyi bir ədəd çantadan götürülmüş “Redmi” markalı mobil telefon qızılı rəngli olmaqla sensor ekranlıdır. Mobil telefon işlək vəziyyətinə gətirilərək daxilində olan məlumatlara baxış keçirildi. Mobil telefonun daxilində olan qalereya bölməsində “Birbank” mobil bank tətbiqi üzərindən edilmiş pul köçürmələrinin qəbzlərinin fotoşəkillərinin olması müəyyən edildi. Bundan başqa mobil telefonda iş üzrə şahid qismində dindirilmiş şahid12 tərəfindən ## #### 2025-ci il tarixdə zəng daxil olması müəyyən edilmişdir. Bundan başqa mobil telefonda olan “Telegram” sosial şəbəkəsində “Anzor494994” adlı kontaktla danışığın olması müəyyən edildi. Həmin şəxs tərəfindən iki ədəd “xxxx” ASC-yə aid bank kart nömrəsi daxil edilmişdir. Bundan başqa “KgskaramboiS” adlı istifadəçi ilə danışıq aşkar edildi. Danışıqların məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə çox saylı bank kart nömrələri və pul köçürmələrinə dair qəbzlərin fotoşəkilləri göndərilmişdir. Həmin şəxs tərəfindən də pul köçürmələrinə dair yalnız qəbz fotoşəkilləri daxil olmuşdur. Bundan başqa “Named111” adlı şəxslə də eyni məzmunlu danışıqların olması müəyyən edilir. Bundan başqa “Nechegoa” adlı kontakdla danışıqdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən USDT alınaraq köçürülməsinə dair fotoşəkil göndərilmişdir. Bundan başqa qeyd edilən mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan və könüllü olaraq təqdim etdiyi bir ədəd çantadan götürülmüş “Redmi” markalı mobil telefon ağ və yaşıl rəngli olmaqla sensor ekranlıdır. Mobil telefon işlək vəziyyətinə gətirilərək daxilində olan məlumatlara baxış keçirildi. Mobil telefonun daxilində olan qalereya bölməsində “Birbank” mobil bank tətbiqi üzərindən edilmiş pul köçürmələrinin qəbzlərinin fotoşəkillərinin olması müəyyən edildi. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Mustafayev İbrahim Məhəmməd oğlunun şəxsiyyət vəsiqəsinin fotoşəklinin çəkilməsi aşkar edilmişdir. Bundan başqa “Teleqram” sosial şəbəkəsində “Zurab” adlı şəxsə bank kart hesabı nömrələri göndərməsi, yenə də “Kgskarambolö” və “Named111” və “nechegoa” adlı kontaktlarla danışıqların olması müəyyən edildir və danışıqlarda bank kart hesab nömrələri və pul köçürmələrinə dair fotoşəkillərin olması aşkar edilir. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Üzləşdirmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş şahid12 ilə arasında keçirilmiş üzləşdirmə zamanı bildirmişdir ki, 36 ədəd bank kartlarını qumar oyunlarının təşkil olunması üçün əldə etmişdir. Gürcüstandan Azərbaycan Respublikasına gələrkən artıq kart hesablarını qumar oyunlarının təşkil olunması üçün əldə etdiyini bilmişdir. Lakin həmin oyunların kim tərəfindən təşkil olunmasından məlumatı olmamışdır. Buna görə ona ödəniş etmişlər. Telegram sosial şəbəkəsində danışdığı şəxslərdən yalnız Fərid adlı şəxsi tanımış, digər şəxslər isə Fəridin işçiləri olmuşdur. Təqdim etdiyi mobil telefonları Bakı şəhərindən almışdır. Bəli telefonun birini Arifə vermişdir ki, aparıb qeydiyyat etdirsin. Qumar oyunlarının hansı saytda və kim tərəfindən təşkil olunmasını bilməmişdir. Onunla birlikdə yaşayan özbək milliyətindən olan şəxsin bu işlərdən xəbəri olmamışdır, şahid12 qarşı hər hansı bir təyziq etməmiş və döyməmişlər. Həmçinin azadlığını da məhdudlaşdırmamışlar. Belə ki, Ariflə birlikdə yeməyə belə getmişlər və Arifin mobil telefonu da özündə olduğu üçün sərbəst şəkildə istədiyi şəxslə əlqə saxlaya bilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş “Bank məlumatlarına baxış keçirilməsi” haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, ilk diskdə 1 ədəd fayl vardır. Faylda iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 36 ədəd bank kart hesabı üzrə parılan əməliyyatlar əks olunmuşdur. Baxış zamanı müəyyən edildi ki, 4169 7388 8420 **** nömrəli bank kart hesabı şahid9 adınadır. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025- ci il tarixdən ## #### 2025-ci i! tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 59.188,51 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 59.181,55 manat İsə məxaric edilmişdir. Bundan başqa 4169 7388 1221 **** nömrəli bank kart hesabı X19 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 2890,4 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 3310,4 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 0324 **** nömrəli bank kart hesabı X7 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 3418,3 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 3418,3 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6377 **** nömrəli bank kart hesabı şahid10 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 6882 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 6882 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 3850 **** nömrəli ban kart hesabı şahid11 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## ##### 2024-cü il tarixdən ## #### 2025-ci İl tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 124115,9 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 124085,71 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 0671 **** nömrəli bank kart hesabı X16 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 6529 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 10884 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 4728 **** nömrəli bank kart hesabı X21 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 6977,81 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 10740,49 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 2617 **** nömrəli bank kart hesabı X11 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 9710,1 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 12389,95 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6958 **** nömrəli bank kart hesabı X28 məxsusdur. Kart hesabı üzrə ##.##.2025-ci il tarixdə bir əməliyyat olmuşdur. ##.##.2025-ci il tarixdə hesaba 95 manat mədaxil edilmişdir. Bundan başqa 4169 7388 9377 **** nömrəli bank kart hesabı X4 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 7840 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 11853,8 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 0586 **** nömrəli bank kart hesabı Abbəkirova İlahə Emil qızına məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 57676,01 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 57676,01 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 9763 **** nömrəli bank kart hesabı Rustamova Cəmİylə Gülməmməd qızına məxsusdur. Hesab kartı üzrə bir əməliyyatın olması, ##.##.2025-ci il tarixdə 2 manat mədaxil edilməsi görünür. Bundan başqa 4169 7388 0539 **** nömrəli bank kart hesabı aşkar olunmamışdır. Bundan başqa 4169 7388 2841 **** nömrəli bank kart hesabı X12 məxsusdur. Kart hesabı üzrə cəmi bir əməliyyat mövcuddur. ##.##.2025-ci il tarixdə hesab kartına 503,96 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir, 503 manat isə məxaric edilmişdir. Bundan başqa 5239 1517 2100 **** nömrəli bank kart hesabı X13 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## ##### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 124115,9 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 124085,71 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 7496 **** nömrəli bank kart hesabı eyniləşdirilməmişdir. Bundan başqa 4169 7388 0485 **** nömrəli bank kart hesabı X5 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 4 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 4 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 7234 **** nömrəli bank kart hesabı X8 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci ii tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 5935,49 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 5935,49 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6297 **** nömrəli bank kart hesabı Fərzəliyev Fərzəli İlham oğluna məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 3432,3 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 3431,75 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 9404 **** nömrəli bank kart hesabı X29 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdə aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 3200,2 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 3200,2 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 4267 **** nömrəli bank kart hesabı Mustafayev İbrahim Məhəmməd oğluna məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 83429,21 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 83840,25 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6030 **** nömrəli bank kart hesabı Fərzəliyev Fərzəli İlham oğluna məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 27066,5 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 26384,88 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 7047 **** nömrəli bank kart hesabı X25 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## ##### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 2897,85 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 2897,85 manat isə məxaric edilmişdir. Bundan başqa 5239 1517 6725 **** nömrəli bank kart hesabı X22 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## ##### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 99634,31 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 99723,81 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6927 **** nömrəli bank kart hesabı X20 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 55332,71 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 56404,94 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 4621 **** nömrəli bank kart hesabı şahid12 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025- ci ii tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 261777 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 261777 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 2518 **** nömrəli bank kart hesabı X6 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 23418,18 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 43560 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6144 **** nömrəli bank kart hesabı X14 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025- ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 48616,01 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 48688,82 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 3210 **** nömrəli bank kart hesabı Hüseynli Hüseyn İsimxan oğluna məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 19527 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 21148 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 3105 **** nömrəli bank kart hesabı şahid7 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## ###### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 64424,98 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 67067,54 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 7037 **** nömrəli bank kart hesabı Fərzəliyev Əlikram İslam oğluna məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 56231,16 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 56231,11 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 5234 **** nömrəli bank kart hesabı X18 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 2414,25 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 2414,07 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 6858 **** nömrəli bank kart hesabı X36 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar aşkar edilməmişdir. Bundan başqa 4169 7388 6003 **** nömrəli bank kart hesabı X5 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## #### 2025-ci il tarixdən ## #### 2025- ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 89715,04 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 89715,04 manat isə məxaric edilmişdir. Bundan başqa 4169 7388 4068 **** nömrəli bank kart hesabı şahid5 məxsusdur. Kart hesabı üzrə əməliyyatlar ## ####### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixinədək aparılmışdır. Qeyd olunan müddət ərzində bank kart hesabına ümumilikdə 29732,64 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 43286,19 manat isə məxaric edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzənin ## ###### 2026-cı il tarixli */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid kart hesablarından çıxarışlar (CD disk) nəzərə alınmaqla ümumilikdə 727.024,40 manat məbləğində mədaxil (mədaxil üzrə dövriyyə) əməliyyatlarının olması, 1.382.729,23 manat məbləğində isə məxaric (məxaric üzrə dövriyyə) əməliyyatlarının olması müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş Cinayət işinin materiallarına əlavə edilmiş sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə təyyarə reysi ilə Gürcüstandan Azərbaycan Respublikasına gəlmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tutularkən və bundan sonrakı müddətdə polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması və məhz bu qanunsuz hərəkətlər nəticəsində ona qarşı sübut əldə edilməsi halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 193-1.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193- 1.3.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən hallar qismində ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Azərbaycan Respublikasında müvəqqəti yaşadığı müddət ərzində barəsində hər hansı şikayətin daxil olmamasını və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsini cəzanı ağırlaşdıran hal qismində olmasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir qanuni əsas görmür. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-702/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-702/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver