Məhkəmə qərarları › İş №1(3-6)-705/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-705/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-705/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Roman Ələkbərli) *(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay hissəsindən Salyan Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarına əsasən tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay hissəsinin hazırkı hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilərək məhkum edilmiş şəxsin əməlinin AR CM-nin 234.2 və 234.1-ci maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasının hüdudları daxilində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxılan zaman müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmaqla verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılaraq cinayət işi materialları ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdır. Təqsirləndirilən şəxs X2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmədiyindən iş materialları birinci instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsinin ilkin məhkəmə baxışı iclası təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Dövlət ittihamçısı və təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən müdətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməmiş hesab olunmaqla baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti verilməmiş hesab edilməklə baxılmamış saxlanılsın. Qərardan 01 (bir ay) müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar