Məhkəmə qərarları › İş №1(3-6)-706/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-706/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-706/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin Məhkəmənin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqdim olunmuş cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs vəsatətlə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixində keçirilən son iclasından sonra bir müddət Bakı şəhəri * saylı İstintaq təcridxanasında saxlanılmış, sonra Umbakı qəsəbəsində yerləşən saxlama məntəqəsinə köçürülmüş və orada bir müddət qaldıqdan sonra Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdür. Umbakıda olarkən ona məhkəmənin hökmünün surəti təqdim edilsə də vəkili olmadığından və savadının azlığı səbəbindən apellyasiya şikayəti verə bilməmişdir. ** saylı Müəssisəsədə isə 14 gün karantində qaldığı üçün apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürmüşdür. Göstərilənləri və ağır ailə vəziyyətini nəzərə alaraq apellyasiya şikayətinin ötürülmüş müddətinin bərpasının təmin edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müddətin bərpa edilməsi barədə sözügedən vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlu tərəfindən müddətin üzürlü buraxılmasını təsdiq edəcək hər hansı hal müəyyən edilmədiyindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini əsassız hesab etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs oğlu apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cıil tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsində göstərilir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökmün və ya digər qərarın elan edildiyi andan 20 gün müddətində, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayəti hökmün sürətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti və apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmənin hökmünü və ya digər yekun qərarını çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünü ## #### 2025-ci il tarixdə almış və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 384-cü maddəsində qeyd olunan apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürərək apellyasiya şikayəti verməmişdir. Göründüyü kimi həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Lakin, məhkum Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş bütün məhkəmə prosseslərində iştirak etməsinə, məhkəmənin hökmü onun iştirakı ilə elan edilməsinə və hökmün surətinin ona təqdim edilməsinə baxmayaraq apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər qeyd edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdiyi müəyyən olunur. Belə ki, vəsatətdə apellyasiya şikayətini vermə müddətini ötürməsinə səbəb kimi onun savadı olmaması göstərilsə də, bu hal özü-özlüyündə üzrlü səbəb kimi nəzərdən keçirilə bilməz. İş materiallarından göründüyü kimi məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən prosessual müddətin məhz üzrlü səbəbdən ötürülməsi barədə dəlil nə birinci instansiya məhkəməsinə təqdim etdiyi vəsatətində, nə də hazırda baxılan apellyasiya şikayətində təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs oğlunun apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin Məhkəmənin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar