Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-707/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, # ###### 1995-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin # #### 2026- cı il tarixli *(***)-****/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X2 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə,) *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınması hökm edilmişdir. Hökmlə maddi sübut məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saat 17 radələrində əvvəlcədən münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə ofisiant işlədiyi “Tərxun” adlı kafedə görüşərək birlikdə taksi ilə Bakı şəhəri Sabunçu rayonu, Maştağa-Zabrat şosesinin Zabrat dairəsi istiqamətində yerləşən körpünün yaxınlığına gedib orada avtomobildən düşdükdən sonra piyada gəzərkən aralarında mübahisə yaranmış və həmin vaxt onun zor tətbiq etdiyini görən Zərərçəkmiş şəxs bacısı şahid2 mobil telefonuna zəng edib kömək etməsini istəsə də, o, hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsindən əsəbiləşib qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə onu ilk öncə yerə yıxmış və Zərərçəkmiş şəxs özünü müdafiə etməsinə məhəl qoymayıb xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə yerdə olan daş parçasını götürüb baş nahiyəsinə vuraraq ölümünə səbəb başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə, təpə nahiyəsinin, sol qulaq seyvanının, sağ almacıq nahiyəsinin və sol əlin əzilmiş-cırılmış yaraları canlı şəxslərdə ümumilikdə və ayrıayrılqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə, sağ almacıq sümüyünün açıq qəlpəli sınığı canlı şəxslərdə sağlamlılğa az ağır zərərvurmanın əlamətlərinə, baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sol gicgah, sol alın-gicgah və sol alın sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli basılmış sınıqları və həmin səviyyədə beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alının sol yarısının bir ədəd, sol alın-gicgah nahiyəsinin bir ədəd və sol gicgah nahiyəsinin bir ədəd, cəmi üç ədəd əzilmiş-cırılmış yaraları canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirib, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edərək şəxsin anlaqsız olması əsası ilə onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.10-cu maddəsini əsas gətirərək xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Igid Rəcəbov hadisəni törədərkən özündə olmamış, öz əməlinin faktiki xarakterini idarə etmək, əməllərini idarə etmək qabiliyyətində olmamışdır. Məhz onda olan psixi problemlərə görə onun müddətli həqiqi hərbi xidmətə cəlb olunması mümkün olmamışdır. Belə ki, hazırda əlavə etdiyi Igid Rəcəblinin hərbi biletindən görünür ki, O, müddətli həqiqi hərbi xidmətə yararsız olduğundan hərbi xidmətə çağrılmamışdır. Çünki onun psixikası pozuntu vəziyyətində olmuşdur. Yəni, həmin psixi pozuntu şəxsin öz hərəkətlərini idarə etmək qabiliyyətinin olub-olmamasını dəqiq müəyyən edən, anlaqsızlıq xəstəliyini əhatə etmişdir. Azərbaycan Respublikasının cinayət mühakimə icraatında şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi, o cümlədən, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması onun barəsində cinayətprosessual icraatın diferensiasiya edilmiş qaydada həyata keçirilməsi üçün əsas kimi çıxış edir. Bu anlamda, anlaqsız vəziyyətdə cinayət törətmiş, eləcə də, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslərə də barəsinə fərqli cinayət-prosessual forma tətbiq edilən ayrı-ayrı kateqoriyalı şəxslər kimi baxmaq mümkündür. Hesab edir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində cinayət- prosessual icraatın diferensiasiyası məsələsinin izahına, ilk öncə, «anlaqlılıq» və «anlaqsızlıq» kateqoriyalarının özünün izahından başlamaq məqsədəuyğundur. Çünki əvvəlcə, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs kimdir? sualına, daha sonra isə belə şəxs barəsində cinayət-prosessual icraat hansı qaydalarda aparılır? sualına cavabın verilməsi fikrincə, müvafiq məsələlərin izahı baxımından daha məqsədəuyğun və məntiq baxımından daha ardıcıl olar. Azərbaycan Respublikası CM-in 19-cu maddəsinə əsasən, Cinayət Məcəlləsi ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayətin subyektinin zəruri əlaməti şəxsin anlaqlı olması, yəni onun öz hərəkətlərinin xarakterini və sonrakı nəticələrini dərk etməsi və özünü idarə etmək imkanına malik olmasıdır. Ruhi xəstələr və ya psixi pozuntuları olan şəxslər öz hərəkətlərinin faktiki və ya sosial mahiyyətini fərk etmirsə və özünü idarə etmək iqtidarında deyildirsə, belə şəxslər cinayətin subyekti də ola bilməzlər. Anlaqlılıq şəxsin öz əməlinin xarakterini dərk etmək və ona rəhbərlik etmək, habelə bununla əlaqədar törədilən ictimai təhlükəli əmələ görə cavabdeh olmaq qabiliyyətidir. Törədilən ictimai təhlükəli əmələ görə ancaq anlaqlı şəxslər cinayət məsuliyyəti daşıya bilərlər. Anlaqlılıq təqsirin və məsuliyyətin vacib şərtidir. Ictimai təhlükəli əməl törətsə də, anlaqsız olan şəxs təqsirli sayılmır və cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cəza yalnız islah etmək, habelə yeni cinayətdən çəkindirmək məqsədilə kriminal əməli etməkdə təqsirli olan şəxslərə tətbiq edilir. Göründüyü kimi, məqsədin həyata keçirilməsi ancaq normal psixi qabiliyyətə malik olan şəxs barəsində mümkündür. Anlaqsız şəxs cəzanın islahedici və xəbərdaredici təsirini qəbul etməyə qadir olmur. Psixikanın xəstə vəziyyəti ya ətraf mühitin düzgün inikas edilməməsinə və ona uyğun olan düşünülmüş əlaqə yaratmaq qabiliyyətinin itirilməsinə, ya da dərk edilən obyektiv şəraitə uyğun hərəkət etmək qabiliyyətinin itirilməsinə səbəb olur. Psixi xəstə olan şəxsin ictimai təhlükəli əməl törətməsi xəstə düşüncənin, iradə və hissin pozulmasının nəticəsidir. Belə hallarda törədilən əməl cəmiyyətə və vətəndaşlara ziyan yetirsə də, ruhi xəstə təqsirli hesab edilmir və onun əməlinin mühakiməsinə yol verilmir. Fiziki şəxsin anlaqlı olması elə bir psixoloji (psixi) vəziyyətdir ki, o, bu vəziyyətdə öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) mənasını başa düşə və onu idarə edə bilir. Bu vəziyyətdə fiziki şəxs düşünmək və ölçüb-biçmək qabiliyyətinə, iradəyə və şüura malik olur. Buna görə anlaqlı olmaq cinayətin subyektinin psixoloji-iradəvi əlaməti adlanır. Ona həm də əqli-iradəvi əlamət də demək olar. Bəs o zaman anlaqsızlıq nədir və kimlər anlaqsız vəziyyətdə cinayət törətmiş hesab edilməlidirlər? Azərbaycan Respublikası CM-in 21.1-ci (xatırladaq ki, CM- in 21-ci maddəsi «Anlaqsızlıq» adlanır) maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Qanunun mənasına görə, anlaqsızlıq vəziyyəti iki meyarla karakterizə olunur: tibbi (bioloji); hüquqi (psixoloji). Tibbi meyar psixi xəstəliyin olması deməkdir. Hüquqi meyar cinayət törədən və psixi cəhətdən xəstə olan şəxsin yol verdiyi əməlin kriminal xarakterini dərk etməməsi, yaxud da öz hərəkətlərini idarə etmə iqtidarında olmamasıdır.Anlaqsızlığın tibbi əlaməti (meyarı) dedikdə, fiziki şəxsin öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini başa düşməməsinin, ictimai təhlüləkəliliyini fərq etməməsinin və ya onu idarə edə bilməməsinin səbəbini müəyyənləşdirən əlamət başa düşülür ki, həmin əlamət (meyar) aşağıdakı suallara cavab verir. Nəyin nəticəsində və hansı səbəbə görə fiziki şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini başa düşə bilmir? öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəliyini dərk edə bilmir? öz əməlini (hərəkət və ya hərəkətsizliyini) idarə edə bilmir? Fiziki şəxsin anlaqsız hesab edilməsi üçün hər iki əlamətin (meyarın) mövcud olması tələb edilir. Yalnız təkcə hüquqi əlamətin (meyarın) olması şəxsi anlaqsız hesab etmək üçün kifayət deyildir, bunun üçün həm də tibbi əlamətin (meyarın) olması da tələb edilir. Cinayət hüququnun alimləri qeyd edir ki, anlaqsızlığın tibbi meyarı şəxsdə psixi xəstəliyin olması faktına əsaslanır. Qanunda belə xəstəliyin dörd növü gösərilir və bu siyahı psixi xəstələnmənin bütün məlum formalarının hamısını əhatə edir. Onlara ayrı-ayrılıqda qısa şəkildə baxaq: Xroniki psixi xəstəlik. Bu, daimi və ya uzun müddət davam edən, müalicəsi mümkün olmayan, yaxud da çətin müalicə olunan psixi xəstəlikdir (şizofreniya, epilepsiya, beyin sifilisi və s.); Psixi fəaliyyətin müvəqqəti pozulması. Bu, müəyyən müddətə davam edən və şəxsin sağalması ilə nəticələnən kəskin ruhi sarsıntı formasında psixi xəstəlikdir (alkoqol psixozları, patoloji sərxoşluq, patoloji affekt, maniakal depressiv psixoz və s.); Əqli gerilik. Buna oliqofreniya da deyilir. Əqli gerilik ana-dangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafıdır. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir. Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Əqli geriliyin 3 dərəcəsi var: ən ağır dərəcə (idiotluq). Belə insanlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. Idiot insanlar ətraf aləmi mənalandırıb qavraya bilmir; ağır və orta dərəcə (imbessillik). Imbesil insanlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərk etmə, hafizə, təfəkkür, emosionaliradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir, yüngül dərəcə (debillik). Belə insanlarda intellekt aşağı olur, onların emosional-iradi xüsusiyyətlərində kobud qüsurlar olur. Sair psixi xəstəlik. Bu, fiziki şəxsin əqli-iradəvi fəaliyyət qabiliyyətinin azalması və ya pozulmasıdır. S.Ə. Vəliyev qeyd edir ki, o, prinsip etibarilə psixi xəstəlik hesab edilmir. Sair psixi xəstəlik dedikdə, başa düşülür: psixopatiyanın kəskin forması; sayıqlama (buna zəhərlənmə, zədələnmə, digər hallar səbəb ola bilər); beyin zədələnməsi, beyin şişi və s. zamanı fiziki şəxsin əqli-iradəvi fəaliyyət qabiliyyətinin pozulması; fiziki şəxsin psixikasında dəyişiklik. Anlaqsızlığın hüquqi meyarına gəlincə, onun özünün də iki elementi fərqləndirilir: intellektual element: iradəvi element. Intellektual elementə əsasən, şəxs öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmur, başqa sözlə, onun ictimai təhlükəli əməl olmasını dərk edə bilmir. Iradəvi elementə görə isə, şəxsin öz hərəkətlərini idarə etmək qabiliyyəti olmur. Bir cox ruhi xəstəliklər insan psixikasının məhz iradəvi sahəsinin pozulması ilə müşayiət olunur. Belə hallarda şəxs öz hərəkətlərinin ictimai təhlükəli olmasını dərk edir, lakin bu əməlin törədilməsindən özünü çəkindirə bilmir. Bu elementlər alternativ xarakterlidir, yəni onların eyni zamanda hər ikisinin mövcud olması tələb edilmir. Bu elementlərdən azı birinin mövcudluğu anlaqsızlığın hüquqi meyarının mövcudluğu nəticəsinə gəlmək üçün kifayət edir. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki nsixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və va hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəlilivini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olubolmaması yalnız psixiatriya sahosiınlo ekspertlərin ravinin əvvəlcədən olda edilməsi və todgigi şərti ilə müəyyən edib bilər: 265.5-ci maddəsinə əsasən isa, şəxsin anlaqlı olub- olmaması ilə bağlı molıkəmə-psixiatrik ekspertizasının aparılması üciin an azı üç nıalıkaına cksncrtiııdan ibarat tarkibda komissiya taşkil edilir. Beləliklə, kimlərin anlaqsız şəxs hesab edildiyinə, şəxsin hansı meyarlar və hansı sübut növü əsasında anlaqsız hesab edilə biləcəyinə aydınlıq gəlirdikdən sonra anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərin barəsində cinayət-prosessual icraatın diferensiasiya səbəblərinin və xüsusiyyətlərinin izahına keçmək olar. Azərbaycan Respublikası CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl törətmiş şəxs barəsində məhkəmə tərəfindən CM-də nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 93.1- 1.1-ci və 94-cü maddələrinə görə isə, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə onların müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılması, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Deməli, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində diferensiasiya edilmiş xüsusi formalı cinayət-prosessual icraat qeyd edilən məqsədə nail olmaq həyata keçirilir. Bu icraatın xüsusiyyələri Azərbaycan Respublikası CPM-in LV fəslinin (468-478-ci maddələr) müddəaları ilə nizamlanır. Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olııb-olmamasını yoxlamaq məqsədilə məhkəmə- psixiatrik ekspertizasının keçirilməsi barədə tərəfimizdən vəsatət verilsə də, məhkəmə tərəfindən lıəmin vəsatət təmin edilməmişdir. Halbuki şəxsə 17 il müddətində cəza verilmişdir. Bu cəza müddətində digər şəxslərlə ünsiyyətdə olması qaçmılmazdır. Anlaqlı vəziyyətdə olmayan şəxsin başqa şəxslərlə 17 illik kimi böyük bir müddət eyni yerdə cəza çəkməsi gələcəkdə bərpaedilməz dərəcədə ciddi ziyanlarla nəticələnə bilər. Məhkəmə tərəfindən isə bu fakt aydınlaşdırılmamış qalmışdır. Bu səbəblə apellyasiya instansiya məhkəməsi zamanı məhkkəməpsixiatrik ekspertizasının ekspertizası keçirilməlidir. Yanlız ekspert rəyi ilə şəxsin anlaqlı olubolmaması müəyyən oluna bilər. Hesab edir ki, bu hissə olduqca ciddi şəkildə araşdırılmalıdır. Məhkəmə isə bu hallara diqqət etməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edərək şəxsin anlaqsız olması əsası ilə onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.10-cu maddəsini əsas gətirərək xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. Belə ki, müdafiəçi apellyasiya şikayətində zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, göstərmişdir ki, həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar, o cümlədən, iş materiallarına əlavə edilmiş məhkəmətibbi ekspertizasının rəyi təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmiş şəxsi məhz həyatdan məhrum etməyə yönəlməsi qənaətinə gəlmək üçün kifayət edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Zərərçəkmiş şəxs ilə telefonda danışdıqdan sonra onunla birlikdə Maştağa qəsəbəsində yerləşən “Maştağa MALL”-a getmək qərarına gəlmişlər. Onlar taksiyə minib bir az getdikdən sonra Zərərçəkmiş şəxs maşını saxlatdırıb düşərək hadisə baş verən əraziyə getmiş, o da sonuncunun arxasınca maşından düşüb getmişdir. Zərərçəkmiş şəxs bir az irəli getdikdən sonra qışqırmağa və onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Ilk başda O, Elnarəyə heç nə etməmiş, sadəcə bunları nə üçün etdiyini soruşmuş, amma Elnarə yenə onu təhqir edib, ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. O, susması üçün Elnarəni bir dəfə vurmuşdur. Daha sonra sonuncunun telefonuna zəng gəlmiş və o, telefonla danışmağa başlamışdır. Telefonla danışdıqdan sonra yenə qışqırmağa və təhqir etməyə davam etmişdir. Sonra o, Zərərçəkmiş şəxs yumruqla vuraraq yerə yıxmışdır. Daha sonra isə vurduğu zərbələri xatırlamır. Zərərçəkmiş şəxs vurduqdan sonra, hadisə yerindən uzaqlaşmış və Maştağa qəsəbəsi tərəfə getmişdir. Özünə gəldikdən sonra isə hadisə yerinə qayıtmış, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Lakin öldüyünü gördükdən sonra 15-ci polis bölməsinə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ilə Zabrat qəsəbəsində tanış olmuş və aralarında sevgi münasibətləri olmuşdur. Sonuncu ilə hər gün Elnarənin bacısıgildə görüşmüş və münasibətləri təxminən 1 il davam etmişdir. Maştağa MALL-a getmək üçün Zərərçəkmiş şəxs ilə qabaqcadan razılaşmışdır. Ora Elnarəyə paltar almaq məqsədi ilə getmişlər. Alınacaq paltarların pulunu özü verəcəkdi. Elnarə Maştağa MALL-dan heç nə almamışdır. Sonuncunun qışqırmağının səbəbini bilmir. Zərərçəkmiş şəxs qışqıran zaman ona zəng gəlmiş, telefonla danışdıqdan sonra yenidən qışqırmağa davam etmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Elnarə ilə mübahisə zamanı o, əlləri ilə onu vurmağa, yerdən daş götürüb atmağa çalışmışdır. Elnarəni öldürmək səbəbi onun ünvanına qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Sonuncunun qışqırmağının, ona qarşı nalayiq ifadələr işlətməsinin səbəbini bilmir. Elnarəni daşla 1 dəfə vurmuşdur. Elnarəni vurduqdan sonra oradan uzaqlaşmış, lakin kömək etmək üçün qayıtdıqda artıq öldüyünü görmüşdür. Elnarənin maşından düşdüyü ərazi onun evinə yaxın olmamışdır. Sonuncu ilə evə qayıdarkən o, taksini dayandırmış və hadisə yerində düşmüşdür. Elnarədən hansı səbəbdən həmin ərazidə maşından düşdüyünü soruşmuş, ancaq o, hər hansı cavab verməmişdir. Elnarənin qışqırmağının və onu təhqir etməsinin səbəbini bilmir. Sonuncunun başqa şəxslərlə münasibətinin olub-olmamasına dair məlumatı yoxdur. Elnarə ilə olan sevgi münasibətləri barədə onun ailə üzvlərinin məlumatı olmuşdur. Elnarə ilə Zabrat qəsəbəsində onun ofisiant kimi işlədiyi restoranda tanış olmuşdur. Elnarə hadisə zamanı ona qarşı öldürmək həddinə çatdıracaq söyüşlər işlətmişdir. Sonuncuya kömək etmək məqsədilə hadisə yerinə qayıtdıqda ətrafda ondan başqa heç kəs olmamışdır. Elnarəni vurduğu daş kiçik ölçüdə olmuşdur. Elnarə hadisə zamanı ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Elnarə hadisə zamanı telefonla danışdıqdan sonra yenidən onu təhqir etməyə davam etmişdir. Ibtidai istintaq zamanı adından yazılmış ifadəni oxumadan imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, hadisə günü qızı şahid2 ona zəng edərək bacısı Elnarənin işdə olan zaman Igid adlı şəxslə köynək almağa getdiyini və geri qayıtmadığını bildirmişdir. Sonradan Gülnar ona zəng edərək bacısı Zərərçəkmiş şəxs onunla əlaqə saxladığını və telefon danışığı zamanı “Bacı, məni öldürürlər!” ifadəsini işlətdiyini bildirmişdir. Gülnar bacısının ətrafında kimlərin olduğunu soruşduqda o, yanında Igid adlı şəxsin olduğunu və onu öldürmək istədiyini bildirmişdir. Gülnar telefon danışığı zamanı Igid adlı şəxsə səslənərək “Mənim bacımı burax” ifadəsini bir neçə dəfə demişdir. Gülnarın dediyinə görə telefon danışığından onların maşınla hərəkət etdiyi məlum olmuşdur. Bir müddət sonra isə məlum hadisə baş vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, hadisənin şahidi olmamışdır. Baş verənləri ona qızı Gülnar danışmışdır. Gülnar məlum hadisə baş verdikdən sonra dərhal 102 xidməti ilə əlaqə saxlamış və olanlar barədə məlumat vermişdir. Elnarənin Igidlə münasibəti olması barədə məlumatı olmamışdır. Mərhum Elnarənin övladlarından biri kollecə qəbul olduğundan həmin müəssisənin təhsil haqqının ödənilməsi ilə bağlı Elnarə Bakı şəhərinə işləməyə gəlmiş və hərdən bir Lənkəran rayonuna gələrək onlara baş çəkmişdir. Mərhum Elnarənin övladları rayonda yaşamışlar. Mərhum qızı Zərərçəkmiş şəxs artıq 5 ay Bakı şəhərində yaşayırdı. Qızı Gülnar isə uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Gülnarın uzun müddət Bakı şəhərində, restoranda ofisiant işlədiyi barədə məlumatı olmuşdur. Təqsirləndiriən şəxsin ailəsi barışıq əldə etmək məqsədi ilə onlarla əlaqə saxlamamışlar. Övladlara onların atası baxır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdi ki, hadisə günü təxminən saat 17:00-18:00 radələrində o, işə gedərkən küçənin qabağında avtomobildə Igid adlı şəxsin dayandığını görmüşdür. Igid adlı şəxsi bir müştəri kimi tanımışdır. Avtomobilə tərəf yaxınlaşmış və Igiddən avtomobili kimdən götürdüyünü soruşmuşdur. Sonuncu avtomobilin özünə məxsus olduğunu, həmin ərazidə yerləşən dükana bir nəfəri gətirdiyini demiş və ondan hara gedəcəyini soruşmuşdur. O isə işə gedəcəyini bildirdikdən sonra Igid onu avtomobillə işə aparmışdır. Mərhum bacısı işə gəldikdən sonra Igid adlı şəxs ona köynək alacağını deyərək aldatmış və onlar birlikdə restoranı tərk etmişlər. Onlar getdikdən 1 saat sonra o, mərhum bacısı ilə əlaqə saxlayanda bacısı geri qayıdacağını bildirmişdir. Daha 1 saat keçdikdən sonra o, yenidən mərhum bacısı ilə əlaqə saxlamış və bacısı yenidən tezliklə geri qayıdacağını bildirmişdir. Artıq onlar getdikdən 3 saat sonra o, mərhum bacısı ilə əlaqə saxlayanda bacısı qışqıraraq “Bacı, mən ölürəm. Igid məni bıçaqla hədəyələrək öldürmək istəyir.” ifadələrini işlətmişdir. Telefon danışığı zamanı o, Igidə səslənərək bir neçə dəfə “Bacımı burax” ifadəsini işlətmişdir. Bir müddət sonra o, yenidən mərhum bacısı ilə əlaqə saxlamaq istəyən zaman zəng çatmadığından baş verənlər barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Igid adlı şəxslə əvvəllər münasibəti olmamışdır, onu ancaq işlədiyi yerə mütəmadi gələn bir müştəri kimi tanımışdır. Igid taksi fəaliyyəti ilə məşğul olmamışdır. Mərhum bacısı ona Igidin onların yerlisi olduğunu demişdir. Ilk başda o və mərhum bacısı fərqli işlərdə işləmiş, ancaq bir müddət sonra o, bacısının işlədiyi restoranda ofisiant kimi işləməyə başlamışdır. Mərhum bacısının Igidlə olan münasibətləri barədə məlumatı olmamışdır. Ağ rəngli avtomobil Igid adlı şəxsə məxsus olmuşdur. Səhv etmirsə, “Lada” markalı avtomobil olmuşdur. Hadisə zamanı ağ rəngli avtomobili Igid özü idarə etmişdir. Məlum hadisə baş verdikdən sonra o, bu barədə 102 xidmətinə məlumat vermişdir. Mərhum bacısı ilə o, ayrı yaşamışlar, sonuncu təxminən 6-7 ay Bakı şəhərində qalmışdır. Bakı şəhərində mərhum bacısı ilə birlikdə yaşadığı şəxs olmuşdur. Onlar ər-arvad münasibətlərində olmuşlar. Mərhum bacısı ilə bir evdə qalan şəxs ibtidai istintaq zamanı ifadə vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında münasibətin olduğu barədə şahid2 hadisədən 1 il qabaq məlumatı olmuşdur. O, Bakı şəhərində tək yaşamışdır. Bacısına Bakı şəhərində kirayəyə evi Nizami adlı şəxs təhvil vermişdir. Onun işlədiyi məkan yeməkxana olmuşdur. Igid onların yerlisi olduğu üçün onunla restoranda rəqs etmişdir. Hadisə günü zəngi kimin etdiyini xatirlamır. Bacısı ilə danışıqları 1-2 dəqiqə çəkmişdir. Bacısının Igidlə getdiyini bilmişdir. Zəng zamanı bacısı Igidin onu öldürəcəyini bildirmiş və o, Igidin səsini eşitməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid şahid4 qıznın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu, Havızava kəndində atası və qardaşı ilə birlikdə yaşamışdır. O, Lənkəranda kollecdə oxumuş, 11-ci sinif şagirdi olmuşdur. Zərərçəkmiş şəxs anasıdır. Ana və atası ayrılsa belə, onlara, yəni Aysu və qardaşına görə eyni evdə qalmışlar. Son 4-5 ay idi ki, anası Bakıya gəlmiş, Bakıda bacısı şahid2 ilə birlikdə Balaxanı qəsəbəsində yaşamışdır. Son 4-5 ay ərzində anası Bakıda olmasına baxmayaraq hər ay 7-10 gün gəlib onlarla Lənkəranda qalmışdır. Sonuncu dəfə 2024-cü il ######ın ##-u axşam saatlarında Elnarə xalası Gülnar ilə Lənkəran rayonuna gəlmişlər və xalası Lənkəran rayonu, Vilvan kəndində yaşayan nənəsinin evinə getmişdir. Anası isə onlarla bir neçə gün qaldıqdan sonra 2024-cü il ######ın ##-ü Bakı şəhərinə geri qayıtmışdır. Həmin tarixdən sonra hadisə gününə qədər anası ilə yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü il ######ın ##-si o, saat 5 radələrində dərsdən sonra nənəsigilə getmiş və həmin gün anası ona zəng etmədiyi üçün narahat olmuşdur. O da narahat qaldığı üçün WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən anasına mesaj yazmış, lakin cavab gəlməmişdir. Bundan sonra həmin gün saat 20 radələrində xalası Gülnar nənəsi Fərəbani Cəfərovaya, yəni öz anasına zəng edərək Elnarənin olmadığını, onun qaçırıldığını demişdir. Sonra onlar yenə dəfələrlə anasına zəng etsələr də, zənglərə cavab verən olmamışdır. Onlar yenidən xalası Gülnarla əlaqə saxlayanda o, anasının öldüyünü bilsə də, onlara heç nə deməmişdir. Gecə saat 3-4 radələrində nənəsi bacısı oğlu ilə Bakıya yollanmış və ora çatdığında xalası Gülnar ona anasının öldüyünü demişdir. O, anasının Bakıya gələnə qədər kafedə işlədiyini bilməmiş və onlara burada əlcək sexində fəhlə kimi işlədiyini dediyi üçün bu cür bilmişlər. Onlar sosial şəbəkələrdə baş vermiş hadisə ilə bağlı yayılmış məlumatlardan anasının Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən qətlə yetirildiyini bilmişdir. Anasının ölüm xəbərini eşitdikdən sonra Tiktok, Youtube sosial şəbəkələrində onu öldürən Təqsirləndirilən şəxs ilə 3 ilə yaxın münasibətdə olduğu, həmin şəxslə birlikdə ev tutub yaşadığı, sevgili olduğu barədə xəbərlər görmüşdür. Bu xəbərlərə görə Lənkəranda insan içinə çıxmaqdan narahat olmuşlar. Qeyd etmişdir ki, o, Igid adlı şəxsi tanımamış və onun barədə ilk dəfə baş vermiş hadisədə adı hallanarkən bilmiş və onun anası ilə hər hansı münasibətinin olması barədə məlumatı olmamışdır (cild 1, iş vərəqi 100-102). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər rəsmi nikah əsasında evli olmuş və həmin nikahdan 2 azyaşlı övladı olmuşdur. Buna baxmayaraq, 2021-ci ildə məhkəmə qərarı ilə boşanmışdır. Zərərçəkmiş şəxs 2024-cü ilin yay aylarından tanımışdır. Belə ki, Elnarə ilə bacısı Gülnar Zabrat qəsəbəsində yerləşən Tərxun adlı kafenin ofisiantı olmuşlar. Elnarə ilə xoş münasibəti yaranmış, daha sonra sevgili olmuşlar. Elnarənin özü əvvəllər evli olmuş, daha sonra məhkəmə qaydasında boşanmış, uşaqları keçmiş əri ilə, Elnarə isə bacısı ilə birlikdə yaşamışdır. Buna baxmayaraq, onunla sevgili münasibətinə girdikdən sonra bacısı yaşayan evin yaxınlığında ona kirayə ev tutmuş, özüdə çox vaxt onunla birlikdə tutduğu evdə qalmışdır. Təqsirləndirilən şəxs kafedən müştəri kimi tanımış, ad soyadını isə hadisədən sonra bilmişdir. O, Elnarəni sonuncu dəfə ## ###### 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evə gedərkən görmüş, və həmin vaxt onun əhvalı normal olmuş, bir qədər söhbət etdikdən sonra bacısı ilə birlikdə ofisiant işlədiyi Zabrat qəsəbəsində yerləşən Zeytun kafesinə getmişdir. Həmin gün səhv xatırlamırsa, aralarında bir-iki dəfə telefon danışığı olmuş, bir-birini hal-əhval etmişlər, Elnarə hər hansı bir problemi ilə bağlı ona hər hansı bir söz deməmişdir. O, özü Elnarəgilin əvvəl işlədiyi Tərxun kafesinin arxasında işlətdiyi adsız çayxanada olmuş və saat 17 radələrində Elnarənin bacısı Gülnar ona zəng edərək, Elnarənin Igidin avtomobilinə əyləşərək üzü Zabrat dairəsi istiqamətdə getdiyini və bir qədər sonra Elnarənin ona zəng edərək Igidin ona qeyri-etik hərəkətlər etdiyini demişdir. Telefon zəngindən sonra Elnarə bacısını Zabrat dairəsi yaxınlığında axtarmış, həmin ərazidə olan Post-Patrul Xidmətinin əməkdaşları ilə 15-ci PB-yə yollanmışlar. Bu səbəbdən o da 15 -ci PB-ya Gülnarın yanına getmişdir. Ora çatdıqda Təqsirləndirilən şəxs polis maşınında olduğunu görmüş və Elnarənin onun tərəfindən böyük bir daşla başına qətlə yetirdiyini polis əməkdaşlarından öyrənmişdir. Buna baxmayaraq hadisənin harada və necə baş verməsi barədə məlumatı olmamış, hadisənin əyani şahidi olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə hər hansı münasibəti olduğunu, müsbət halda onunla arasında hər hansı ədavətin olub-olmaması barədə məlumatı olmamış və Igidlə münasibəti barədə Elnarə ona bir söz deməmiş, belə halın şahidi olmamışdır. Igidin ad soyadını isə hadisədən sonra bilmiş, lakin hadisədən əvvəllər onu Tərxun kafesinin müştərisi kimi tanımışdır (cild 1, iş vərəqi 175-178). Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində apelyator təqsirləndirilən şəxs tərəfindən bu cinayətin xüsusi amansızlıqla törədilmədiyini, zərərçəkmiş şəxsi öldürərkən ona qarşı hər hansı amansızlıq hərəkəti etmədiyinə istinad etməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər müəyyən edildi: Baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma. Sol gicgah, sol alın-gicgah və sol alın sümüklərinin kəllə əsasına keçən açıq qəlpəii basılmış sınıqları və həmin səviyyədə beyinin sərt qişasının cınlması. Sağ almacıq sümüyünün açıq qəlpəii sınığı. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmişcırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş daş parçası ilə kənar şəxs tərəfindən yetirilə bilər. Xəsarətləri alarkən zərərçəkmiş bədənin müxtəlif duruş (oturaq, uzanıqlı və s.) vəziyyətlərində ola bilərdi. Dərəcəsinə görə xəsarətlərdən: -Baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma; sol gicgah, sol alıngicgah və sol alın sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli basılmış sınıqları və həmin səviyyədə beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alının sol yarısının bir ədəd, sol alın-gicgah nahiyəsinin bir ədəd və sol gicgah nahiyəsinin bir ədəd (cəmi 3/üç/ ədəd) əzilmiş-cırırlmış yaraları canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bilavasitə səbəbli əlaqəlidir. -Sağ almacıq sümüyünün açıq qəlpəii sınığı canlı şəxslərdə sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə; təpə nahiyəsinin, sol qulaq seyvanının, sağ almacıq nahiyəsinin və sol əlin əzilmiş-cırılmış yaralan canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılqda sağlamlılğa yüngül zərərvurmanın əlamətlərinə; başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli basılmış sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkiiamin qrupuna aid amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törənmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 138-145). Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxə vurmuş xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmaqla lokalizasiyasına görə həyat üçün mühüm orqanlara xəsarət yetirilməklə törədilmişdir ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürməyə cəhd etməsini göstərir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə verilmiş ittihamda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin tövsifedici əlaməti olan xüsusi amansızlığın olmasına münasibətdə isə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, xüsusi amansızlıq anlayışı tibbi anlayış deyil, hüquqi anlayış olduğundan onun müəyyən edilməsi istintaq və məhkəmə orqanlarının səlahiyyətinə aiddir. Bu zaman nəzərə alınmalıdır ki, xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinin tövsifi zamanı söhbət hər hansı başqa amansızlıqdan deyil, məhz xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir ki, qanunverici də bunu nəzərə alaraq xüsusi amansızlığın anlayışını həm törədilən əməlin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirmişdir. Əməl o halda xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, zərər vurma faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürməklə hədələmiş, şahid şahid2 da ifadəsində qeyd etmişdir ki, mərhum bacısı ilə əlaqə saxlayanda bacısı qışqıraraq “Bacı, mən ölürəm. Igid məni bıçaqla hədəyələrək öldürmək istəyir.” ifadələrini işlətmişdir. Telefon danışığı zamanı o, Igidə səslənərək bir neçə dəfə “Bacımı burax” ifadəsini işlətmişdir. Bir müddət sonra o, yenidən mərhum bacısı ilə əlaqə saxlamaq istəyən zaman zəng çatmadığından baş verənlər barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs buna da məhəl qoymaraq zərərçəkmiş şəxsi müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək ona xüsusi iztirablar və ağrılar verdiyini dərk və arzu edərək onun baş və boyun nahiyələrinə çoxsaylı zərbələr vurub onu qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün dönə-dönə ondan aman diləyib yalvarmasına baxmayaraq, zərərçəkmiş şəxsi öldürmüşdür ki, belə olan halda onun əməli düzgün olaraq xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilməsini xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi Hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində CM-in 120.2.4-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürməsinin müəyyən edilmiş sayılmasına dair qənaətləri müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə, digər sübutlara əsaslanır. Odur ki, məhkəmə kollegiyası işin faktik hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci instansiyası məhkəməsinin nəticələrini şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Bundan başqa apellyasiya şikayətində Təqsirləndirilən şəxs törətdiyi əməli anlaqsız vəziyyətdə törətdiyini qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqdim olunmuş tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Mülayim ifadəli nevrasteniy uzunmüddətli gedişli” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq; xarakterik xüsusiyyətlərində kobudluq, konfliktə meyillilik, inadkarlıq, eqosentrizm, nümayişkaranəlik, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik aşkar olunmaqla xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Yoxlanılan səxs Təqsirləndirilən şəxs odlunda hər hansı psixi xəstəlik müəyyən edilmir. l.N.Rəcəbzadə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, l.N.Rəcəbzadə ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq; xarakterik xüsusiyyətlərində kobudluq, konfliktə meyillilik, inadkarlıq, eqosentrizm, nümayişkaranəlik, ətrafdakıların diqqətini öz; üzərinə çəkməyə meyillilik aşkar olunmaqla xasiyyətin Isterik tipli cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin isterik tipli cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (cild 1, iş vərəqi 179- 182). Göründüyü kimi, ekspert rəyi apellyasiya şikayətinin dəlillərini təkzib edir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyini şübhə altına alacaq sübutlar iş materialları müəyyən edilmir və apellyasiya şikayətinin dəlillərini təqsirkar şəxsi məsuliyyətdən azad etmə cəhdi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisədən dərhal sonra polis bölməsinə gedərək təslim olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmiş, təyin edilmiş cəzanın həddi, məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsi ilə məhkum olunmasına dair ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-707/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-707/2026
04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver