Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-710/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlunun və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs “X3 Kompani S.A” şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs İsax oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ünsüyyət Mirzəyeva) ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünə əsasən ##.##.1963-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində fərdi evdə yaşayan, ## ###### 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İsax oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs İsax oğlu 2024-cü ilin oktyabr ayının sonlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində X:415250; Y:4476967 kordinatlarında yerləşən və “X3 Kompani S.A” şirkətinin balansında olan torpaq sahəsinin 600.0 kv.metr hissəsində mişar daşlarından hasar çəkməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs İsax oğlu barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsi ilə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu apellyasiya tələbinin dəqiqləndirilməsinə dair əlavə vəsatət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilməsini və ona təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsaslandırılmışdır ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş və əvvəllər məhkum olunmamışdır. Törədilmiş əməlin nəticələri aradan qaldırılmış, hasar sökülmüşdür. Zərərçəkmiş şəxslər barışı əldə etmiş və aralarında hər hansı mübahisə qalmamışdır. Həmçinin əməlinə görə səmimi peşmançılıq hissəsi keçirir və gələcəkdə bu kimi hallara yol verməyəcəkdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək qeyd etdilər ki, apellyasiya icraatı gedişində Təqsirləndirilən şəxs İsax oğlu törətdiyi əməlin nəticələrini aradan qadırmış, təqdim olunan foto-şəkillərindən də göründüyü kimi onun tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində “X3 Kompani S.A” şirkətinin balansında olan torpaq sahəsində çəkilmiş hasar artıq şökülmüş və zərərçəkmiş tərəflə barışıq əldə olumuşdur. Buna görə də məhkəməyə apellyasiya tələbinin dəqiqləşdirilməsinə dair vəatət verərək təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə əvəz edilməsini xahiş edirlər. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs “X3 Kompani S.A” şirkətinin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs ovruzov Nəsrəddin İsax oğlu tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində “X3 Kompani S.A” şirkətinin balansında olan torpaq sahəsində çəkilmiş hasar artıq söküldüyünü, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını və buna görə də yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs İsax oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs İsax oğluna təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 8000 (səkiz min) manat məbləğində cərimə cəzası ilə əvəz edilməlidir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs İsax oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar məcmusunun artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən həmin sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla Təqsirləndirilən şəxs İsax oğlunun ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs İsax oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti ilə müraciət etmiş müdafiə tərəfi əvvəlcə mübahisələndirilən hökmün ləğv edilərək Təqsirləndirilən şəxs İsax oğlu barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsi ilə cinayət təqibinə xitam verilməsi xahişini irəli sürsə də, apellyasiya baxışı zamanı məhkəməyə apellyasiya tələbinin dəqiqləşdirilməsinə dair əlavə vəsatətlə müraciət edərək həmin hökmlə Təqsirləndirilən şəxs İsax oğluna təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq Təqsirləndirilən şəxs İsax oğlu barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsi ilə cinayət təqibinə xitam verilməsi xahişi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli ***-VIIQR nömrəli Qərarının III hissəsinin 11-ci bəndində göstərilmişdir ki, uzanan və ya davam edən cinayətlər amnistiya aktı qüvvəyə mindiyi günədək bitmədikdə Amnistiya aktı onları törətmiş şəxslərə şamil edilmir. Belə ki, işin mübahisə doğurmayan faktiki hallarına görə amnistiya aktının qüvvəyə mindiyi ## ###### 2025-ci il tarixədək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi mülkiyyətçisinə və ya istifadəçisinə qaytarılmamış, qanunsuz çəkilmiş hasar sökülməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs İsax oğlunun törətdiyi əməl “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının təsiri altına düşmədiyindən onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi üçün əsas olmamışdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs İsax oğluna təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə əvəz edilməsi barədə dəlillərinə münasibətdə təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İsax oğlunu Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu apellyasiya baxışı zamanı məhkəməyə fotoşəkillər təqdim edərək 2024-cü ilin oktyabr ayının sonlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində X:415250; Y:4476967 kordinatlarında yerləşən və “X3 Kompani S.A” şirkətinin balansında olan torpaq sahəsinin 600.0 kv.metr hissəsində mişar daşlarından çəkdiyi hasarın onun tərəfindən söküldüyünü və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirmiş, həmin xüsusatlar məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs “X3 Kompani S.A” şirkətinin nümayəndəsi Nümayəndə tərəfindən də təsdiq olunmuşdur. Başqa sözlə, hazırki mərhələdə müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinin nəticələrini aradan qaldırmış və zərərçəkmiş tərəfin ona qarşı hər hansı şikayət və tələbi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, habelə həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən törətdiyi əməlin nəticələrini aradan qaldıraraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə kollegiyası vurğulayır ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə hal-hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlunun törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsiyyətini, barəsində cəzanı yügünlləşdirməyə imkan verən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzadan da daha yüngül cəza tədbiri olan cərimə cəzası ilə islah olunmasını mümkün hesab edir və buna inanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs İsax oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs İsax oğluna təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 8000 (səkiz min) manat məbləğində cərimə cəzası ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsax oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs İsax oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs İsax oğluna təyin olunmuş edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 8000 (səkiz min) manat məbləğində cərimə cəzası ilə əvəz edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Faiq Qəniyev Həmid Ağalarov
Məhkəmə qərarları › İş №1(3-6)-710/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-710/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver