Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-711/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, Xüsusi ittiham qaydasında şikayət vermiş hüquqi şəxs Xüsusi ittihamçı MMC-nin nümayəndəsi – Çələbiyev İlkin Asif oğlunun iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı MMC xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasmın Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim Teymur Qurbanov) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı MMC tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xüsusi ittihamçı MMC-nin nümayəndəsi ifadəsində tərəfindən ##.##.2025-ci il tarixdə hakim Kamran Əsədovun sədrliyi ilə keçirilmiş açıq məhkəmə iclası başa çatdıqdan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı MMC barəsində yalan olduğunu bilə-bilə Şirkətin şərəf və ləyaqətini ləkələyən, nüfuzunu alçaldan ifadələri kütləvi şəkildə səsləndirməsini bildirmişdir. Həmçinin Xüsusi ittihamçı MMC-nin nümayəndəsi tərəfindən şifahi vəsatət verilərək, məhkəmə iclası başa çatdıqdan sonrakı hadisəni əks etdirən videogörüntünün şirkət tərəfindən əldə edilməsinin mümkün olmadığı, həmin videogörüntünün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən sorğu əsasında tələb edilməsinin zəruri olduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanov yalnız ##.##.2025-ci il tarixli məhkəmə iclasının videogörüntüsünü tələb etmiş və həmin videogörüntünü sübut kimi qiymətləndirmişdir. Halbuki şikayətin predmeti məhkəmə iclası başa çatdıqdan sonrakı hadisə olmuşdur. Beləliklə, məhkəmə tərəfindən əhəmiyyətli sübutun toplanmasından imtina edilmiş, bu isə iş üzrə hüquqi və faktiki halların düzgün qiymətləndirilməməsi ilə nəticələnmişdir. Bundan əlavə, Xüsusi ittihamçı MMC-nin nümayəndəsi tərəfindən şifahi vəsatət verilərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sözügedən ifadələri səsləndirməsini təsdiq edən şahidin mövcud olduğu, həmin şəxsin dindirilməsinin zəruri olduğu bildirilsə də, bu vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, şahid dindirilməmişdir. Halbuki bu hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən iş üzrə sübutların hərtərəfli, obyektiv və tam araşdırılması prinsipinin pozulması deməkdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclası başa çatdıqdan sonra kütləvi şəkildə səsləndirdiyi bu ifadələr açıq-aşkar yalan məlumatlar olmaqla böhtan xarakteri daşıyır və heç bir həqiqətə əsaslanmır. Onun Şirkət barəsində irəli sürdüyü ittiham xarakterli ifadələr Xüsusi ittihamçı MMC-nin şərəf və ləyaqətini ləkələmiş, hüquqi şəxs kimi cəmiyyətdə formalaşmış nüfuzuna xələl gətirmiş, həmçinin əmək kollektivi və ictimai mühitdə hörmət və etibarını sarsıtmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı MMCnin nümayəndəsi Çələbiyev İlkin Asif oğlu apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya məhkəməsi öncə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlarının qanuniliyi və əsaslılığının yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosesinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslılığının təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi digər məsələlərlə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2.5-ci maddəsinin tələbinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xüsusi ittihamçı MMC tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməli, xüsusi ittiham qaydasında verilmiş şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyi üçün xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. İş materiallarına əsasən birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyi üçün birinci instansiya məhkəməsi onu icraata qəbul etməkdən imtina etməli idi. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1 və 302.1.2-ci maddələrinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Hazırkı işin materiallarından göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət hüquqi şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər fəsilinə aid olduğundan, cinayətin obyekti də yalnız fiziki şəxs və onun şərəf və ləyaqəti ola bilər. Birinci instansiya məhkəməsi isə aşkar səbəbi kənara qoyaraq digər mubahisəli əsaslarla şikayətin icraata qəbul edilməsindən imtina etməsinə hüquqi qiymət verməyə çalışmışdır. Göstərilənlərə əsasən məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, хüsusi ittiham üzrə şikayət vеrmiş şəхs tərəfindən verilmiş apelyasiya şikayəti təmin еdilməməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin CPM-in 302.1.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 398.1.2-ci, 399.1.1, 399.1.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin CPM-in 302.1.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-711/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-711/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver