Məhkəmə qərarları › İş №1(3-6)-716/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-716/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-716/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Rəşad Cavadzadə) ## ######## 1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ucar rayonu, Əlikənd ərazi dairəsi, Ramal kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 38a ünvanında yaşamış, barəsində digər cinayət işi üzrə qəbul edilmiş hökmə əsasən Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması,Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu iki gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin ## #### 2025-ci il tarixdən, saat 19:30dan hesablanması, Təqsirləndirilən şəxs oğlunun barəsində “həbs” qətimkan tədbiri seçilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü üzrə cəza çəkməsi nəzərə alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri öz həllini tapmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı zərərçəkmiş şəxs2 «Asəf Zeynallı» adına Musiqi kollecinə direktor müavini vəzifəsinə təyin etdirməyə köməklik edəcəyi barədə yalan vəd verib, inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin oktyabr ayının əvvəlində ünvan 1 ünvanında yerləşən Mərkəzin Bankın inzibati binasının yanında zərərçəkmiş şəxs2 məxsus pulu sonunucunun yanında tanışı şahid1 1.000 manat, ## ####### 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 19 ünvanında yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin inzibati binanın qarşısında zərərçəkmiş şəxs2 500 manat, 2024-cü ilin oktyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən «Nizami Mall» ticarət mərkəzinin qarşısında zərərçəkmiş şəxs2 məxsus pulu sonunucunun yanında tanışı şahid1 2.500 manat, ## ####### 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanında yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbində zərərçəkmiş şəxs2 mobil bank tətbiqi vasitəsilə «xxxx» ASC-yə aid ****-****- ****-**** nömrəli bank kartına göndərdiyi 1.000 manat, ## ####### 2024-cü il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbində zərərçəkmiş şəxs2 mobil bank tətbiqi vasitəsilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə aid ****-****- ****-**** nömrəli bank kartına göndərdiyi 300 manat, ## ###### 2025-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanında yerləşən «Axundov bağı» parkında zərərçəkmiş şəxs2 mobil bank tətbiqi vasitəsilə «xxxx» ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 500 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş səxs zərərçəkmiş şəxs2 ümumilikdə 5.800 manat məbləğində xeyli miqdarda maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 qohumuna sürücülük vəsiqəsi almaqda köməklik edəcəyi barədə yalan vəd verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ## ###### 2025-cı ıl tarixdə, saat 12:46-da zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid 4098-58**- ****-**** nömrəli bank kartına göndərdiyi 500 manat pulu, 2025-ci ilin fevral ayının sonlarında sonlarında müxtəlif vaxtlarda zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid ****-****-****-**** nömrəli bank kartına və xxxx» Açıq Səhmdar Cəmiyyətinə aid 5522-****-****-**** nömrəli bank kartına hissə-hissə göndərdiyi ümumilikdə 700 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçökmiş səxs zərərçəkmiş şəxs1 ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə zabit rütbəsi ilə işə qəbul etdirməyə köməklik edəcəyi barədə yalan vəd verib, inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ## ###### 2025-ci il tarixdə, saat 23:00-da zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 2.000 manat pulu, ## ###### 2025-ci il tarixdə, saat 09:49-da zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid 4098-5844-6526- **** nömrəli bank kartına göndərdiyi 1.500 manat pulu və 2025-ci ilin fevral ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, M.XIyabani küçəsi 11, «Jasmin Park» yaşayış kompleksində yerləşən «Ucuz store» mağazasında quraşdırılmış “Milli ön" elektron ödəniş sistemi vasitəsilə zərərçəkmiş şəxs1 «Leo» banka aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 700 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş səxs zərərçəkmiş şəxs1 ümumilikdə 4.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində amnistiya elan edilməsi haqqında Qərarın tətbiq edilərək cəzasının 6 (altı) ay azaldılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya şikayətinin dəlilərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayətində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya şikayətinin dəlillərindən, görünür ki, məhkum edilmiş şəxs barəsində amnistiya aktının tətbiq edilərək cəzasının azaldılmasını xahiş etmiş, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bununla belə məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət əməlinin tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiqi dairəsinə düşdüyündən cəzasının 6 (altı) ay azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün müəyyən etmişdir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi cinayət əməllərini məhkəmə iclasında etiraf etməsi, əməlindən peşman olması, eləcə də zərərçəkmiş şəxslərə vurulan ziyanın qismən ödənilməsi halını onun cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran kimi qiymətləndirib, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əməl etmişdir. Apellyasiya şikayətinin barəsində Amnistiya Aktı tətbiq edilməsi ilə bağlı dəlili ilə bağlı kollegiya bildirir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiqi dairəsinə düşmədiyindən barəsində qeyd edilən Qərarın tətbiqi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar