Məhkəmə qərarları › İş №1(3-6)-717/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-717/2026

14.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-717/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə İrzəvan qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və Azərbaycan Respublikasının Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X3) *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs (##.##.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 09 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası altı ay azaldılmış, işləməyən, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsi ev 87-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı CÇM-də cəza çəkən) CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, qətimkan tədbiri, mülki iddia və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli midarda əmlakım ələ keçirmək məqsədilə heç bir səlahiyyəti və həmin məsələnin həlli ilə bağlı imkanı olmadığı halda Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi tanıdıb həmin əlaqələri vasitəsilə ünvanlı sosial yardım düzələcəyini və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvan 5 ünvanında yerləşən evinə çıxarış almaqda köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs ## #### 2023-cü il tarixdə saat 19:43:34-də ünvan 4 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X1 adma olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973********** nömrəli bank kart hesabına köçürdüyü 180 manat pul vəsaitini, ## ##### 2023-cü il tarixdə saat 13:44:40-da Masallı rayonu, Tiirkoba kəndində yerləşən “Yağmur” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X1 adma olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973********** nömrəli bank kart hesabına köçürdüyü 350 manat pul vəsaitini, ## ##### 2023-cü il tarixdə saat 14:15-də Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X1 adma olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973********** nömrəli bank kart hesabına köçürdüyü 500 manat pul vəsaitini, ## ##### 2023-cü il tarixdə saat 16:30- da Masallı rayonu. Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X1 adma olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973********** nömrəli bank kart hesabına köçürdüyü 2000 manat pul vəsaitini, ## ##### 2023cü il tarixdə saat 18:34:52-də ünvan 4 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X1 adma olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973********** nömrəli bank kart hesabına kömürdüyü 700 manat pul vəsaitini, bundan başqa eyni məqsədlə Zərərçəkmiş şəxs ## ##### 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 4570 manat pul vəsaitini və ## ##### 2023-cü il tarixdə yenidən ünvan 1 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 3000 manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs X5 ümumilikdə 11300 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona təyin edilmiş cəzanın amnistiya aktına əsasən 6 (altı) ay azaldılmasını xahiş etmişdir. Hökmdən, Azərbaycan Respublikasının Baş prokurorunun müavini, R Heydər Məmmədov apellyasiya protesti verib Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfində apellyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin və protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası altı ay azaldılmış, lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə cəza təyin edilərkən qeyd olunan qərar nəzərə alınmamışdır. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən altı ay azaldılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən hazırki iş üzrə cəza təyini zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı nəzərə alınmamış, bununla da cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinə və protestinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi, apellyasiya protestinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Hüseynova-Zeynalova Səkinə İrzəvan qızı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi, apellyasiya şikayətinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək apellyasiya müraciətlərinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya müraciətlərində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Şikayətdə və protestdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi iddia olunaraq tələb Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidn ifadəsi, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Şikayətdə və protestdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi iddia olunmuşdur. Apellyasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(008)- **/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, 1(051)- **/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə qismən toplanılaraq ona qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası altı ay azaldılmışdır. Qeyd olunmalıdır ki, amnistiyanın konkret şəxs barəsində hüquqi nəticə doğurması üçün səlahiyyətli orqan tərəfindən həmin şəxsə münasibətdə amnistiya aktının tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Amnistiyanın tətbiqinə dair belə qərar şəxs üçün mühüm hüquqi nəticələr yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2020-ci il tarixli Qərarı). Bu baxımdan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə amnistiya aktı əsasında azaldılmış 06 (altı) ay müddət artıq həmin qərarın doğurduğu hüquqi nəticə olduğundan, birinci instansiya məhkəməsi bu hüquqi nəticəni nəzərə alınmalı olmuşdur. CM-nin 66.5-ci maddəsi tətbiqi ilə bağlı verdiyi şərhində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu maddə tətbiq edilərkən əvvəlcə cinayətlərin məcmusu üzrə vahid qəti cəza təyin edilməli, bundan sonra birinci hökmə əsasən faktiki çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni cinayətlərin məcmusu qaydasında təyin edilmiş vahid cəzadan çıxılmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarı). Göstərilən hüquqi mövqedən, habelə cinayət qanununun müvafiq normalarının məzmunundan aydın olur ki, qəti cəzaya yalnız şəxsin faktiki olaraq həbsdə saxlanıldığı müddət hesablanır. Amnistiya aktı əsasında azaldılmış cəza hissəsi isə faktiki çəkilmiş cəza olmadığından həmin maddənin tətbiq dairəsinə düşmür. Amnistiya aktı əsasında cəzanın müəyyən hissəsinin azaldılması isə şəxsin həmin müddəti faktiki olaraq həbsdə keçirməsi kimi qiymətləndirilməməklə bu müddət məhkumun çəkdiyi deyil, amnistiya aktına əsasən çəkməkdən azad edildiyi cəza olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 (iki) il 9 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, həmin cəza Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə 6 (altı) ay azaldılaraq 2 (iki) il 3 (üç) ay həddində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə cəza təyini zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını və həmin qərarın doğurduğu hüquqi nəticəni nəzərə almamış, bu isə şəxsin barəsində təyin edilmiş amnistiya aktını əhəmiyyətsiz etmişdir. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. CPM-in 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Odur ki, apellyasiya şikayəti qismən, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 (altı) ay azaldılaraq 2 (iki) il 3 (üç) ay həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Hökmün dəyişdirilməsi təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, mülki iddia və maddi sübutun həllinə təsir göstərmədiyi üçün hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 (altı) ay azaldılaraq 2 (iki) il 3 (üç) ay həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə apellyasiya şikayətinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 30 (otuz) saat üçün cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar