Məhkəmə qərarları › İş №1(3-6)-719/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-719/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-719/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-104)-63/2026 nömrəli hökmü ilə (hakim X4) ## ###### 1997-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə, ## ###### 2025-ci il tarix, saat 11 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının giriş qapısının açarını blokda olan sayğac qutusunun içərisindən götürüb açarla həmin mənzilə qapısını açaraq qanunsuz daxil olub, mənzilin yatağ otağında yerləşdirilmiş dolabın içərisindən 1 ədəd 1650 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı kişi üçün qızıl üzüyü, 1 ədəd 1650 manat dəyərində 8-10 qram çəkidə 585 əyyarlı qadın üçün qızıl üzüyü, 1 ədəd 495 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl boyunbağını, 1 ədəd 660 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı açar şəkilli qızıl klonu, 1 ədəd 330 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı göz şəkilli qızıl klonu, cəmi 215 manat dəyərində 1 ədəd gümüş üzük, 1 ədəd gümüş boyunbağı və xırda bijuteriyanı gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə iştirak etmişdir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin iş üzrə qəbul edilmiş məhkəmə hökmünün təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılıb, dəyişdirilməklə təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlilini yalnız təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin ədalət və humanizm prinsipinə uyğun olmaması təşkil edir, orada iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hər hansı hal mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin hüduduna uyğun olaraq, birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin yuxarıda göstərilən dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - 177.2.3-cü maddəsinin sanksiyasında müvafiq cinayət əməlinin bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmündə qeyd etdiyi kimi, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CMin 18.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivi mövcud olduğuna görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində haqlı olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hallar nəzərə alınmadan təyin olunmuş cəza ədalət və humanizm prinsiplərinə, cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzasını yüngülləşdirən hal qismində yalnız onun təqsirini etiraf edib, əməlindən səmimi peşman olmasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi iclasında müdafiəçinin təqdim etdiyi, təqsirləndirilən şəxsə məxsus ******* nömrəli hərbi bilet əsasında müəyyən etmişdir ki, sonuncu 01-## ##### 2026-cı il tarixlərdə Goranboy-Tərtər rayonu istiqamətində N nömrəli hərbi hissədə “çilingər quraşdırma” vəzifəsində döyüşlərdə iştirak etmişdir. Məhkəmə kollegiyası buna görə də Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin 01-## ##### 2026-cı il tarixlərdə Goranboy-Tərtər rayonu istiqamətində döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə kollegiyası bu barədə nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin göstərilən halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamasını nəzərə alır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə cəza təyin edərkən onun “Aprel döyüşləri”nin iştirakçısı olmasından ibarət cəzasını yüngülləşdirən halı nəzərə almaması nəzərə aldığı, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər hallarla birlikdə qiymətləndirilərək, ona Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 2 il 9 ayadək azaldılması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası CPM-in: - 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. - 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. - 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının öz sərtliyinə görə onun şəxsiyyətinə uyğun olmaması səbəbindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi yuxarıda göstərilmiş qaydada yüngülləşdirilməklə dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 15 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 165 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 397, 398.1.4, 399.1.5, 404, 405.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tuturaq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş, təqsirli bilindiyi cinayət əməlinə görə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 9 (doqquz) aya endirilməklə azaldılsın. Həmin məhkəmə hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar