Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-720/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyası; Hakimlәr - Babayev Qәdim Xalid oğlu (sәdrlik edәn vә mәruzәçi), Ibrahimov Zamin Vәliyәddin oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X1, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs oğlunun iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin 20 aprel 2026-cı il tarixli qәrarından xüsusi ittihamçı Xüsusi ittihamçı oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında baxaraq müәyyәn etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinә şikayәt verәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.2 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt onunla әsaslandırılmışdır ki, barәsindә şikayәt verdiyi Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ## ###### 2026-cı il tarixdә Bakı Apellyasiya Mәhkәmәsinә barәsindә "xüsusi ittiham" şikayәti ünvanlamışıdr. Hәmin şikayәtindә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ona böhtan atmaq vә onu tәhqir etmәk üçün özünün professional fotoqraf olmağından mәharәtlә istifadә edәrәk barәsindә bir çox montajlı yazılar saxta facebook sәhifәlәri montaj edәrәk orada müxtәlif yazılar dәrc etmiş vә bunun güya onun tәrәfindәn edildiyini iddia edir. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs bunu ondan qisas almaq mәqsәdi ilә etmişdir. Çünki aralarında münaqişә var. Onun şikayәti ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Sabuçu Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı qәrarı ilә onun barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148 ci maddәsi ilә cinayәt işi qaldırılmış vә onun barәsindә amnistiya tәtbiq olunmuşdur. Lakin bu iş hәlә dә davam edir. O, hәmin qәrardan apellyasiya şikayәti yazmış vә hәmin şikayәti hazırda apellyasiya qaydasında araşdırılır. Bu fakta görә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ondan qisas almaq qәrarına gәlib vә bilә bilә onu tәhqir edәn vә ona böhtan olan söz vә ifadәlәri saxta facebook sәhifәsi düzәltmәklә şikayәt edib. Onun әmәlinin ictimai tәhlükәliliyi odur ki, bu şәxs onu ağır cinayәtdә, yәni dövlәt çevrilişindә ittiham edir. O tәqdim etdiyi şikayәtindә onu "dövlәt çevrilişin edәn" vә belә bir çağırışı edәn "düşmәn" adlandırır. Bu ifadәlәrdә hәm Cinayәt Mәcәllәsinin 147.2, hәm dә 148 ci maddәlәrin tәrkiblәri var. Bütün bunlar ona qarşı iftira vә qisasdır. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs bunu qәrәzli edir vә ona böhtan atır. ## ###### 2026-cı ildә Apellyasiya Mәhkәmәsinin açıq iclasında hamının eşidә bilәcәk formada Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs insanlar arasında açıq şәkildә onu yuxarıda qeyd etdiyi söz vә idadәlәrlә ittiham etdi. Bu tәhqirli ifadәlәr paylaşan andan o, özünü çox pis hiss etmәyә başlamışdır. Göstәrilәnlәrә әsasәn xüsusi ittiham qaydasında şikayәtinin icraata götürülәrәk onun xüsusi ittihamçı kimi tanınmağı, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.2 vә 148-ci maddәlәri ilә cinayәt tәqibinin başlanması vә işin mәhkәmә baxışına çıxarılmasına dair qәrar çıxarılması, eyni zamanda sonuncunun hәmin maddәlәr üzrә nәzәrdә tutulumuş әmәllәrin törәdilmәsindә tәqsirli bilinәrәk ona 6 ay azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi xahiş edilmişdir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.2 vә 148-ci maddәlәri ilә mәsuliyyәtә cәlb edilmәsi haqqında Xüsusi ittihamçı oğlunun xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk hәmin qәrarın “Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs göstәrilmiş hüquqi xidmәtә görә «Yusif Allahverdiyev vә partnyorları» Vәkil Bürosunun vәkili müdafiәçi1 mәhkәmәdә iştirak etdiyi 5 saata gorә 55 (әlli beş) manat Azәrbaycan Respublikası Dövlәt büdcәsi hesabından «Yusif Allahverdiyev vә partnyorları» Vәkil Bürosunun hesabına köçürülsün” hissәsindә lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Yasamal Rayon Mәhkәmәsi ## ##### 2026-cı ildә hәmi iş üzrә mәhkәmәnin hazırlıq iclası keçirilmişdir. Lakin mәhkәmә özünün ## ##### 2026-cı il tarixli qәrarı ilә şikayәtimi icraata götürmәyәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs cinayәt mәsuliyyәtinә cәlb etmәmişdir. Buna baxmayaraq mәhkәmә barәsindә cinayәt tәqibinә başlanmamış Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs üçün dövlәt hesabına müdafiәçi tәyin etmәk barәdә ## ##### 2026-cı il tarixdә qәrar qәbul etmiş vә hәmin işә “Yüsif Allahverdiyev vә partnyorları” vәkil bürosunun vәkili X2 cәlb edilmişdir. Mәhkәmә hazırkı qәrarı qәbul edәrkәn dövlәt hesabına vәkil üçün qәrarı qәbul edәrkәn dövlәt hesabına vәkil üçün 55 (әlli beş) manat pul hesablamşdır. Hesan edirәm mәhkәmә Cinayәt Prosessual Mәcәllәsinin 92 ci maddәsini normalarını pozmuşdur. Belә ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs cinayәt mәsuliyyәtinә cәlb olunmadığı halda mәhkәmә onun üçün müdafiәçi tutmuşdur. Bununla da mәhkәmә Cinayәt-Prosessual Mәcәllәsinin 92.6-ci maddәsi ilә müәyyәn edilmiş normanı pozaraqvә hәmin maddәdә göstәrilәn hal baş vermәdәn Babayev üçün müdafiәçi tәyin etmişdir. Bununla da mәhkәmә dövlәtin 55 manat pulunu әsassız olaraq vәkil üçün ayırmışıdr. Halbuki belә halda, yәni şikayәt icraata götürülmәdәn xüsusi ittyiham üzrә işlәrdә vәkilin iştirakı ümumiyyәtlә nәcburi deyil. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs özü dә vәkil tәlәb etmәyib. Bu hal qanunsuz olaraq düvlәtә ziyan vurmaq demәkdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı mәhkәmә iclasında iştirak etmәdiyindәn mәhkәmә kollegiyası onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә kollegiyasının iclasında Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçısının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarı mübahisәlәndirilәn hissәdә verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. Birinci instansiya mәhkәmәsi şikayәt әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri nәzәrdәn keçirәrәk qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayәt әrizәsindә ümumi formada qeyd edilib ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ondan qisas almaq qәrarına gәlib vә bilә bilә onu tәhqir edәn vә ona böhtan olan söz vә ifadәlәri saxta facebook sәhifәsi düzәltmәklә şikayәt edib. Onun әmәlinin ictimai tәhlükәliliyi odur ki, bu şәxs onu ağır cinayәtdә, yәni dövlәt çevrilişindә ittiham edir, hәmçinin ## ###### 2026-cı ildә Apellyasiya Mәhkәmәsinin açıq iclasında hamının eşidә bilәcәk formada Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs insanlar arasında açıq şәkildә onu yuxarıda qeyd etdiyi söz vә idadәlәrlә ittiham etmişdir. Lakin, şikayәt әrizәsindә hansı ifadәlәrin böhtan (CMnin 147.2), hansı ifadәlәrin isә tәhqir (CM-nin 148) xarakterli mәlumatlardan ibarәt olması göstәrilmәmiş, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә şikayәt verilsә dә onun konkret olaraq hansı әmәllәrinә görә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin hansı maddәsi ilә mәsuliyyәtә cәlb edilmәli olduğunu vә yayılmış mәlumatlara görә mәsuliyyәtlәrinin dәrәcәsi fәqlәndirilmәmişdir. Yәni, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.2 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb olunması xahiş edilsә dә onun hansı әmәllәri ilә hәmin Mәcәllәnin 147.2-ci, hansı әmәllәri ilә isә 148-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәsi fәrqlәndirilmәmişdir. Bundan әlavә mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki,şikayәt әrizәsindә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin mәhz barәsindә şikayәt verilmiş şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (hәmin şәxslәrin soyadı, adı, atasının adı vә yaşayış yeri göstәrilmәklә), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi göstәrilmәmiş vә ya iş materiallarına әlavә edilmәmişdir. Mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayәt üzrә materialların hazırlanmasını hәyata keçirmәk şikayәt vermiş şәxsin vәzifәsidir. Lakin, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs qanunvericliklә üzәrinә düşәn vәzifәlәri icra etmәyәrәk şikayәt әrizәsinin forma vә mәzmununda yuxarıda qeyd edilәn qüsurlara yol vermәklә mәhkәmәyә müraciәt etmişdir Bundan başqa, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 193.2-ci maddәsinә әsasәn şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәçinin xidmәtlәrini ödәmәyә kifayәt qәdәr vәsaiti yoxdursa vә müdafiәçinin cinayәt prosesindә iştirakı bu Mәcәllәnin 92.3cü maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, cinayәt prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Hәmin Mәcәllәnin 299.10-cu maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin müdafiәçisinin (tәmsil etdiyi şәxs onun kömәyindәn imtina etmәmişdirsә vә ya onun cinayәt prosesindә mәcburi iştirakını müәyyәn edәn hal mövcuddursa) mәhkәmәnin hazırlıq iclasında iştirakı mәcburidir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrәli Qәrarına әsasәn vәkilin sәrf etdiyi hәr saat üçün 11 manat miqdarında әmәk haqqı ödәnilmәlidir Birinci instansiya mәhkәmәsi düzgün olaraq hesab etmişdir ki, barәlәrindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәhkәmә iclaslarında dövlәt hesabına hüquqlarını müdafiә etmiş «Yusif Allahverdiyev vә partnyorları» Vәkil Bürosunun vәkili müdafiәçi1 dövlәt büdcәsi hesabına әmәk haqqı ödәnilmәlidir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittihamçı oğlunun apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin 20 aprel 2026-cı il tarixli qәrarı mübahisәlәndirilәn hissәdә verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Qәrardan Azәrbycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn: Qәdim Babayev Hakimlәr: Zamin Ibrahimov Murad Mәmmәdov
Məhkəmə qərarları › İş №1(3-6)-720/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-720/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver