Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-723/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər X19 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Çərkəz oğlunun, Zərərçəkmiş şəxs və mülki iddiaçı X5 və onun nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakları ilə, Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ##.##.1969-cu il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, , sələmçilik fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 35-də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, 28 May qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4-cü maddələri ilə ona 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 ()altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu ## ##### 2024-cü il tarixdən hesablanması, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs İbrahimxəlil qızı qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin şəxsiyyəti üzərində zor göstərmə və onların haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə özgənin xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb etmiş və xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq (lisenziya) almadan xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalı olduğu halda qanunun həmin tələbinə riayət etmədən, yəni dövlət qeydiyyatına alınmadan, habelə “Lisenziyalar və icazələr haqqında” ## #### 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinin, “Banklar haqqında” ## ###### 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin “Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilməsinə” dair tələblərinə zidd olaraq xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan tamah, yəni daha çox qanunsuz gəlir əldə etmək məqsədilə öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxs, yəni bankın funksiyalarını icra etməklə göstərdiyi həmin xidmətin qarşılığında verdiyi pul vəsaitlərinin müəyyən faizi ilə birlikdə geri qaytarılması yolu ilə şahid10 2020-ci ilin aprel ayından 2024-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 22.100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında 2020-ci ilin may ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 1.500 manat, şahid3 2020-ci ilin iyun ayından 2024-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 8.000 manat məbləğində pulu verməklə qarşılığında 2020-ci ilin iyul ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 600 manat, şahid12 2021ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayına kimi hissə-hissə olmaqla 6.000 manat məbləğində pulu verməklə qarşılığında ## ####### 2021-ci il tarixdən ## ##### 2024-cü il tarixədək həmin məbləğin faizi qismində 11.575 manat, zərərçəkmiş şəxs2 2021-ci ilin sonlarından başlayaraq hissə-hissə olmaqla 28.500 manat məbləğində pulu verməklə həmin vaxtdan 2023-cü ilin oktyabr ayınadək qarşılığında həmin məbləğin faizi qismində 28.500 manat, şahid9 2022-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayına kimi hissə-hissə olmaqla 7.000 manat məbləğində pulu verməklə qarşılığında 2022-ci ilin mart ayından 2024-cü ilin yanvar ayınadək həmin məbləğin faizi qismində 1.760 manat, şahid8 2022-ci ilin yanvar ayından ##.##.2024-cü il tarixədək hissə-hissə olmaqla 4.000 manat məbləğində pulu verməklə qarşılığında 2022-ci ilin aprel ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 410 manat, şahid6 2023-cü ilin iyun ayından 2024-cü ilin mart ayına kimi hissəhissə olmaqla 3.000 manat məbləğində pulu verməklə qarşılığında 2023-cü ilin iyul ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 800 manat, şahid1 2023-cü ilin sentyabr ayında hissə-hissə olmaqla 700 manat məbləğində pulu verməklə qarşılığında 2023ci ilin oktyabr ayından 2023-cü ilin noyabr ayınadək həmin məbləğin faizi qismində 140 manat, şahid7 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 4.500 manat məbləğində pulu verməklə qarşılığında 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 810 manat, zərərçəkmiş şəxs1 2023-cü ilin dekabr ayında 8.000 manat məbləğində pulu verməklə qarşılığında həmin vaxtdan 2024-cü ilin fevral ayınadək həmin məbləğin faizi qismində 5.300 manat, şahid5 2024-cü ilin yanvar ayından ##.##.2024-cü il tarixədək hissə-hissə olmaqla 420 manat məbləğində pulu verməklə qarşılığında 2024-cü ilin fevral ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 50 manat, şahid4 2024-cü ilin yanvar ayında hissə-hissə olmaqla 340 manat məbləğində pulu verməklə qarşılığında 2024-cü ilin fevral ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 210 manat, şahid2 ##.##.2024-cü il tarixdə 200 manat məbləğində pulu verməklə qarşılığında ##.##.2024-ci il tarixdə həmin məbləğin faizi qismində 20 manat olmaqla cəmi 13 nəfər şəxsə 92.760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, yəni göstərdiyi xidmətin qarşılığında kredit məbləğinə nisbətdə hesabladığı əlavə faizlər qismində ümumilikdə 51.675 manat məbləğində pulu gəlir kimi adları qeyd olunmuş şəxslərdən 2020-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Bundan başqa o, sələmçilik fəaliyyətini həyata keçirməklə qanunsuz sahibkarlıqla məşğul olaraq 2021-ci ilin sonlarından başlayaraq qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs2 faizlə hissə-hissə olmaqla cəmi 28.500 manat məbləğində pulu verməsinə, sonuncunun 2023cü ilin oktyabr ayına kimi özlərinin əvvəlcədən qarşılıqlı razılaşmalarına əsasən həmin məbləğdə əsas borcunu və eyni məbləğdə əlavə faizini hissə-hissə ödəyib qurtarmasına baxmayaraq ondan əlavə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Almaniya Federativ Respublikasında yaşayan yaxın əlaqəsi olan X4 “Youtube” internet platforması və “Tiktok” sosial şəbəkəsi hesablarında mütəmadi çıxışlar etdiyini bilib zərərçəkmiş şəxs2 haqqında rüsvayedici məlumatları yaymaqla öz cinayətkar niyyətini realaşdırmağa özündə əminlik yaradaraq Qabil Məmmədov və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə həyata keçirdiyi çoxsaylı telefon danışıqları vasitəsilə cinayətin törədilmə üsulu, icra mexanizmi, hər bir qrup üzvünün icra etməli olduğu vəzifə bölgüsü barədə qarşılıqlı razılığa gəlməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2023-cü ilin oktyabr ayından etibarən davamlı şəkildə zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatları toplayaraq Qabil Məmmədov vasitəsilə onu ləkələyəcəyi, şərəf və ləyaqətini alçaldacağı, cəmiyyətdə rüsvay edəcəyi hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 28.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Lakin şifahi hədələrlə zərərçəkmiş şəxs2 pul ala bilmədiyini görüb cinayətkar niyyətini davam etdirərək sonuncunun xeyli miqdarda əmlakını ələ keçirməklə bağlı qarşısına qoyduğu cinayətkar məqsədinə, habelə gələcəkdə digər şəxslərə qarşı edəcəyi analoji əməllərinin uğurla nəticələnməsinə nail olmaq üçün zərərçəkmiş şəxs2 və sonuncunun qohumluq münasibətlərində olduğu şahid15, şahid14 və şahid13 “İnstagram” və “Facebook” sosial şəbəkələrindəki şəxsi hesablarında olan foto şəkilləri, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı şahid17 vasitəsilə əldə edərək ## ###### 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Samsung A52” markalı mobil telefonda qeydiyyatdan keçirdiyi votsap mobil tətbiqi vasitəsilə Qabil Məmmədovun istifadəsində olan Almaniya Federativ Respublikasının mobil operatoruna məxsus +************* saylı mobil telefon nömrəsinə göndərmiş, ## ###### 2024 və ## ###### 2024-cü il tarixlərində həmin məlumatları Qabil Məmmədovun “Youtube” internet platformasında təsis etdiyi “Haqsızlığa susma” adlı kanalda(https://www.youtube.com/live/HgczzsOTlx8)(https://www.youtube.com/live/Pe4VgSa 811E) sonuncu vasitəsilə qeyri-məhdud sayda internet istifadəçiləri arasında paylaşmaqla zərərçəkmiş şəxs2 və sonuncunun qohumluq münasibətlərində olduğu şahid15, şahid14 və şahid13 haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdar təşkil edən 28.500 manat məbləğində pulu, yəni zərərçəkmiş şəxs2 məxsus özgə əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə qanunsuz sahibkarlıqla məşğul olaraq 2023-cü ilin dekabr ayında qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs1 faizlə cəmi 8.000 manat məbləğində pulu verməsinə, sonuncunun 2024-cü ilin fevral ayına kimi özlərinin əvvəlcədən qarşılıqlı razılaşmalarına əsasən həmin məbləğdə əsas borcunu və faizi olan 5.300 manat məbləğində pulu hissəhissə ödəyib qurtarmasına baxmayaraq ondan əlavə əmlak əldə etmək məqsədi ilə eyni üsulla X4 “Youtube” internet platforması və “Tiktok” sosial şəbəkəsi hesablarında mütəmadi çıxışlar etdiyini bilib zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yaymaqla öz cinayətkar niyyətini realaşdırmağa özündə əminlik yaradaraq istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə həyata keçirdiyi telefon danışıqları vasitəsilə 2024-cü ilin fevral ayından etibarən davamlı şəkildə sonuncu barəsində rüsvayedici məlumatları toplayaraq Qabil Məmmədov vasitəsilə onu ləkələyəcəyi, şərəf və ləyaqətini alçaldacağı, cəmiyyətdə rüsvay edəcəyi, habelə onun şəxsiyyəti üzərində zor göstərəcəyi, yəni Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmiş, habelə etdiyi hədənin zərərçəkmiş şəxs1 tərəfindən real qəbul edilməsi üçün eyni məqsədlə zərərçəkmiş şəxs2 və sonuncunun qohumları haqqında ## ###### 2024 və ## ###### 2024-cü il tarixlərində Qabil Məmmədov vasitəsilə sosial şəbəkə hesablarında paylaşılmış rüsvayedici məlumatları ## ###### 2024 və ## #### 2024-cü il tarixlərində istifadəsində olan 055-317- **-** saylı mobil telefon nömrəsi ilə “Samsung A52” markalı mobil telefonda qeydiyyatdan keçirdiyi votsap mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs1 tanışı şahid16 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə göndərib (zərərçəkmiş şəxs1 telefonda ondan gələn zəngləri blokladığı üçün) 4.500 manat məbləğində pulu vermədiyi halda eyni üsulla onu da rüsvayedici məlumatlarla ləkələyəcəyini bildirib həmin məlumatları sonuncuya çatdırmasını tələb etmiş, həmin əməlləri ilə zərərçəkmiş şəxs1 4.500 manat məbləğində pulu, yəni sonuncuya məxsus özgə əmlakını hədə-qorxu ilə təkrarən tələb etmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs İbrahimxəlil qızı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs İbrahimxəlil qızına daha ağır cəza təyin edilməsini və X5 mülki iddiası təmin edilərək təqsirləndirilən şəxsdən götürülmüş 55.100 (əlli beş min yüz) ABŞ dolları məbləğində pul vəsaitinə yönləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs İbrahimxəlil qızı özünə və qohumlarına məxsus müxtəlif miqdarda naqd pul vəsaitlərini şifahi razılaşma yolu ilə faiz müqabilində müxtəlif vətəndaşlara borc olaraq vermiş və razılaşma müddəti bitdikdə verdiyi borcları geri almışdır. Borcluların əmlak vəziyyətinin pisləşməsi hallarında isə, o, haqlı olaraq verdiyi borcların dərhal qaytarılmasını tələb etmiş, borcları qaytarılmayan hallarda isə müvafiq dövlət strukturlarına şikayət edərək verdiyi pulların qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs İbrahimxəlil qızının faizlə borc pul verməsi Azərbaycan Respublikası MM-nin 324, 385,386, 405, 736-739cu maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq olmaqla müqavilə münasibətləri olmuş, qaqrşılıqlı razılığa əsaslanmışdır. Təqsirləndirilən şəxs İbrahimxəlil qızı zərərçəkmiş şəxs kimi tanınmış zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 qızma faizlə borc pul vermiş və borcluların əmlak vəziyyətinin pisləşməsini görərək haqlı olaraq verdiyi borcların dərhal qaytarılmasını tələb etmişdir. O, bundan ötrü həmin şəxslərin özləri ilə dəfələrlə görüşərək verdiyi pulların qaytarılması barədə danışmış, onların xahişi ilə pulların qaytarılması üçün vaxt verərək gözləmiş, mübahisəli pulların qaytarılması üçün dəfələrlə dövlət orqanlarına müraciət etmiş, nəticəsi olmadığını gördükdə isə, ittihamda qeyd olunmuş sayt vasitəsilə təsir edib özünə və qohumlarına məxsus pulunu almağa çalışmışdır. Təqsirləndirilən şəxs İbrahimxəlil qızı özünə və qohumlarına məxsus pul vəsaitlərini faiz müqabilində borc verməklə konstitusiya və mülki qanunvericiliklə müəyyən edilmiş və dövlət tərəfindən qorunan öz mülkiyyət hüququnu həyata keçirmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs İbrahimxəlil qızı özünə, qızı Rəqsanəyə, əri Sərvərə, qardaşı Məmmədə və digər qohumlarına məxsus olan pul vəsaitlərini hesabladığı faizlərlə birlikdə zərərçəkmiş kimi tanınmış şəxslərdən istəyərək almaq istəmiş, dəfələrlə DİN-nə və Respublika Prokurorluğuna və müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazaraq verdiyi pullarının qaytarılması üçün yardım istəmiş, buna nail ola bilmədikdə, izlənən sayt hesab etdiyi sosial media vasitəsilə təsir edib onlara təsir göstərməklə məqsədinə nail olmaq istəmişdir. Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri özgənin əmlakını və əmlaka olan hüquqlarını hədə qorxu ilə tələb etməni özündə ehtiva etdiyindən Təqsirləndirilən şəxs İbrahimxəlil qızının əməli həmin maddələrlə tövsif edilə bilməz. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özünə və qohumlarına məxsus pul vəsaitlərini kredit şəklində müxtəlif şəxslərə vermiş və müəyyən məbləğdə pul qazanmışdır. Həmin vəsaitlərin məbləği 50 min manatdan xeyli aşağı olmuşdur. 51.675 manat məbləğində pulu gəlir kimi əldə etməsi barədə istintaq orqanının gəldiyi nəticə istintaqçının ehtimallarına əsaslandığından və məhkəmədə sübut olunmadığından təqsirləndirilən şəxsin əməlində AR CM-nin 152.1 maddəsinin tərkibi yoxdur. Məhkəmənin şübhə və ehtimallara əsaslanaraq təqsirləndirilən şəxsin əməlində AR CM-nin 152.1 maddəsinin tərkibi olması nəticəsinə gəlməsi qanunsuz olmaqla yolverilməzdir. İttihamda qeyd edilən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.2- ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalı olduğu halda qanunun həmin tələbinə riayət etmədən, yəni dövlət qeydiyyatına alınmadan, habelə “Lisenziyalar və icazələr haqqında" ## #### 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinin, “Banklar haqqında" ## ###### 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinin “Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilməsinə" dair tələblərinə zidd olaraq xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan tamah, yəni daha çox qanunsuz gəlir əldə etmək məqsədilə öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxs, yəni bankın funksiyalarını icra etməklə göstərdiyi həmin xidmətin qarşılığında verdiyi pul vəsaitlərinin müəyyən faizi ilə birlikdə geri qaytarılması yolu ilə həmin şəxslərdən pul əldə etməsinin cinayət olması aşkar şəkildə istintaqçının aşkar səhvi olsa da, məhkəmə bu səhvi düzəltmək əvəzinə, təkrarlamışdır. şahid10 qızma 2020-ci ilin aprel ayından 2024-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 22.100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında 2020-ci ilin may ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 1.500 manat, şahid3 2020-ci ilin iyun ayından 2024-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 8.000 manat məbləğində pulu verməklə qarşılığında 2020-ci ilin iyul ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 600 manat, şahid12 qızma 2021 -ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayına kimi hissə-hissə olmaqla 6.000 manat məbləğində pulu verməklə qarşılığında ## ####### 2021 -ci il tarixdən ## ##### 2024- cü il tarixədək həmin məbləğin faizi qismində 11.575 manat, zərərçəkmiş şəxs2 2021 -ci ilin sonlarından başlayaraq hissə-hissə olmaqla 28.500 manat məbləğində pulu verməklə həmin vaxtdan 2023-cü ilin oktyabr ayınadək qarşılığında həmin məbləğin faizi qismində 28.500 manat, şahid9 2022- ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayına kimi hissə-hissə olmaqla 7.000 manat məbləğində pulu verməklə qarşılığında 2022-ci ilin mart ayından 2024-cü ilin yanvar ayınadək həmin məbləğin faizi qismində 1.760 manat, şahid8 2022-ci ilin yanvar ayından ##.##.2024-cü il tarixədək hissə-hissə olmaqla 4.000 manat məbləğində pulu verməklə qarşılığında 2022-ci ilin aprel ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 410 manat, şahid6 2023-cü ilin iyun ayından 2024-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 3.000 manat məbləğində pulu verməklə qarşılığında 2023-cü ilin iyul ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 800 manat, şahid1 2023-cü ilin sentyabr ayında hissə-hissə olmaqla 700 manat məbləğində pulu verməklə qarşılığında 2023-ci ilin oktyabr ayından 2023cü ilin noyabr ayınadək həmin məbləğin faizi qismində 140 manat, şahid7 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayına kimi hissə- hissə olmaqla 4.500 manat məbləğində pulu verməklə qarşılığında 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 810 manat, zərərçəkmiş şəxs1 2023-cü ilin dekabr ayında 8.000 manat məbləğində pulu verməklə qarşılığında həmin vaxtdan 2024-cü ilin fevral ayınadək həmin məbləğin faizi qismində 5.300 manat, şahid5 2024-cü ilin yanvar ayından ##.##.2024-cü il tarixədək hissə-hissə olmaqla 420 manat məbləğində pulu verməklə qarşılığında 2024-cü ilin fevral ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 50 manat, şahid4 qızma 2024-cü ilin yanvar ayında hissə-hissə olmaqla 340 manat məbləğində pulu verməklə qarşılığında 2024-cü ilin fevral ayından 2024-cü ilin mart ayınadək həmin məbləğin faizi qismində 210 manat, şahid2 ##.##.2024-cü il tarixdə 200 manat məbləğində pulu verməklə qarşılığında ##.##.2024-ci il tarixdə həmin məbləğin faizi qismində 20 manat olmaqla cəmi 13 nəfər şəxsə 92.760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, yəni göstərdiyi xidmətin qarşılığında kredit məbləğinə nisbətdə hesabladığı əlavə faizlər qismində ümumilikdə 51.675 nıanat məbləğində pulu gəlir kimi adları qeyd olunmuş şəxslərdən 2020-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməsi məhkəmədə sübuta yetmədi. Adları qeyd edilən şəxslər şahid kimi ifadə verərkən göstərilən məbləğdə faiz ödədiklərini təsdiq etmədilər. Hətta şahidlərin bəziləri ifadələrində göstərdilər ki, Təqsirləndirilən şəxs götürdükləri borc pulun nəinki faizini, hətta borcun özünü belə qaytarmamışlar. Ona görə də. cəmi 13 nəfər şəxsə 92.760 manat məbləğində pulu kredit kimi verməklə göstərdiyi xidmətin qarşılığında kredit məbləğinə nisbətdə hesabladığı əlavə faizlər qismində ümumilikdə 51.675 manat məbləğində pulu gəlir kimi həmin şəxslərdən almasına dair ittiham əsassız olmaqla sübuta yetmədiyindən həmin ittiham üzrə ona bəraət verilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs İbrahimxəlil qızı zərərçəkmiş şəxs kimi tanınmış X7 və zərərçəkmiş şəxs1 faizlə borc pul vermiş və borcluların əmlak vəziyyətinin pisləşməsini görərək haqlı olaraq verdiyi borcların dərhal qaytarılmasını tələb etmişdir. O, bundan ötrü həmin şəxslərin özləri ilə dəfələrlə görüşərək verdiyi pulların qaytarılması barədə danışmış, onların xahişi ilə pulların qaytarılması üçün vaxt verərək gözləmiş, mübahisəli pulların qaytarılması üçün dəfələrlə dövlət orqanlarına müraciət etmiş, nəticəsi olmadığını gördükdə isə, ittihamda qeyd olunmuş sayt vasitəsilə təsir edib özünə və qohumlarına məxsus pulunu almağa çalışmışdır. Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş və məhkəmə iclasında tədqiq edilərək araşdırılmış arayışla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs kimi tanınmış zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 çoxsaylı şəxsləri aldadaraq pul vəsaitlərini ələ keçirdukləri üçün barələrində Yasamal, Abşeron və Binəqədi rayon polis idarələrində AR CM-nin 178.2 və sair maddələrlə cinayət işi istintaq olunmuş və hətta zərərçəkmiş şəxs1 AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Onlar Təqsirləndirilən şəxs İbrahimxəlil qızından aldıqları pulu da qaytarmamışlar və bu səbəbdən onun həbsində maraqlıdırlar. Məhkəmə onların inandırıcı olmayan ifadələrinə tənqidi yanaşmalı olduğu halda, əsassız olaraq həmin ifadələri ittiham sübutu kimi qəbul etmiş, onların barəsində çox saylı dələduzluq faktları istintaq olunmasına fikir verməmişdir. Şahidlər şahid17 və şahid16 ifadələri ilə müəyyən edildi ki, zərərçəkmiş şəxs kimi tanınmış zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 həqiqətən də Təqsirləndirilən şəxs İbrahimxəlil qızından dəfələrlə borc pul götürmüş, götürdükləri pul məbləğlərini tam olaraq sonuncuya qaytarmamış və borclu qalmışlar. Zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəliİ qızına həddindən artıq humanist yanaşaraq ona cəmi 6 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Baxmayaraq ki, dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəliİ qızına 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini istəmişdir və o, zərərçəkmiş şəxs olaraq həmin həddə cəza təyin edilməsi ilə razılaşmışdır. Baxmayaraq ki, təqsirləndirilən şəxsin ona və qohumlarına qarşı etdiyi cinayət əməllərinə görə təqsirləndirildiyi maddələr üzrə ən yuxarı həddə cəzalandırılmalı idi. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ##### 2024-cü il tarixli X4 tərəfindən “Youtube” video portalında yaradılmış “Haqsızlığa susma” kanalında 24 və ## ###### 2024-cü il tarixlərdə paylaşılmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qabil Məmmədov çıxışlarında Füzuli rayonundan olan zərərçəkmiş şəxs2, yəni onu və xalası qızı, Müşfiqabad qəsəbəsində məktəb direktoru işləyən şahid15, onun əri Dəyanət və qızı şahid14 şəxsi məlumatlarını səsləndirib barələrində təhqiramiz ifadələr işlətməklə foto şəkillərini nümayiş etdirərək, guya onun tərəfindən müxtəlif şəxsləri aldadaraq dələduz etdiyini bildirir, daha sonra onun qanunsuz olaraq lombard fəaliyyəti ilə məşğul olduğunu bildirərək nalayiq formada onun adamının (Təqsirləndirilən şəxs İbrahimxəliİ qızını nəzərdə tutur) pulunun qaytarılmasını tələb edir və onların hüquq-mühafizə orqanları tərəfindən cəzalandınImayacağı təqdirdə barələrində əldə etdiyi bütün məlumatları işıqlandıracağını qeyd edir. Həmçinin baxış zamanı şahid17 ## ###### 2024-cü il tarixdə zərərçəkmiş şəxs2 və onun yaxın qohumları barədə məlumatları Təqsirləndirilən şəxs xahişi ilə ona göndərdiyi müəyyən olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs2 barəsində ona göndərilmiş məlumatlar X4 tərəfindən “Youtube” video portalında yaradılmış “Haqsızlığa susma” internet kanalında nümayiş etdirilmiş, bununla da onun müxtəlif şəxsləri aldadaraq dələduzluq etməyi və qanunsuz lombard fəaliyyəti ilə məşğul olmağını bildirərək Təqsirləndirilən şəxs İbrahimxəlil qızından aldığı pulun qaytarılmasını tələb etməklə Təqsirləndirilən şəxs Qabil Məmmədovla birlikdə qabaqcadan əlbir olaraq ona hədə qorxu gəlməsini, eləcə də Təqsirləndirilən şəxs onun barəsində Qabil Məmmədov tərəfindən internet kanalında paylaşılmış video görüntünü tanışı şahid16 göndərib onun vasitəsilə zərərçəkmiş şəxs1 təsir edərək hədə-qorxu gəlməsini bir daha təsdiq edir. Onun barəsində olan videoları Təqsirləndirilən şəxs şahid17 vasitəsilə ortaq tanışları olan şəxslərə də göndərərək onu cəmiyyət arasında nüfuzdan salmışdılar. Buna görə də uzun illərdi işlədiyi iş yeri olan kollecdən ayrılmaq məcburiyyətində qalmışdır. Bununla da təqsirləndirilən şəxs həm ona və həm də yaxın qohumlarına mənəvi ziyan vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## #### 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs İbrahimxəlil qızı həyata keçirdiyi sələmçilik fəaliyyəti ilə əlaqədar olaraq ondan 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində qanunsuz olaraq faiz məbləği almışdır ki, həmin pul vəsaiti ona geri qaytarılmalı idi. Lakin məhkəmə öz hökmündə onun mülki iddiasını baxılmamış saxlmışdır. Qeyd olunanlara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-*SS/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, yuxarıda göstərdiyi hallardan açıq-aşkar məlum olur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızına həddindən artıq humanistlik göstərərək aşağı həddə cəza təyin etməkdə və ona münasibətdə mülki iddianın baxılmamış saxlanılması hissəsində kobud səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının və onun müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı X5 və onun nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı4 müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş tərəfin apellyasiya şikayətinə münasibətdə isə hökmün birinci instansiya məhkəməsində çıxış etmiş dövlət ittihamçısı tərəfindən təklif edilən həddə dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs İbrahimxəlil qızının əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə tövsif etmiş və onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxsə bəraət verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızı ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həbs edilənədək evdar qadın olmuş, Binəqədi rayonu 28 May qəsəbəsində yaşadığı ünvanda kənd təsərrüfatı ilə məşğul olaraq qoyun-quzu, hinduşka saxlamaq və şabalıd satmaqla gəlir əldə edərək dolanışığını təmin etmişdir. Bundan başqa, sələmçilik fəaliyyəti ilə məşğul olmuş, ondan borc pul alan şəxslərə üzərində faizi ilə qaytarmaq şərti ilə borca pul vermişdir. Faiz dərəcəsi əsasən aylıq 8-10 faiz olmuşdur. Faizə borc verdiyi şəxslərdən girov qismində qızıl və ya sənəd götürməmişdir. Bildirir ki, ona verilmiş ittihamla razı deyildir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında onların şəxsiyyəti üzərində zor göstərmə və onların haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını hədə-qorxu il tələb etməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızı ittihamın zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 aid hissəsinə münasibətdə ifadəsində göstərmişdir ki, 2021-ci ildə tanışı şahid17 zərərçəkmiş şəxs2 ilə birlikdə onun evinə gəlmiş, Gülayanı ilk dəfə həmin vaxt tanımışdır. Onları evində qonaq etmiş, söhbət etmişlər. Gedərkən Gülaya ona rəğbəti yarandığını bildirib, onun mobil əlaqə nömrəsini götürmüş, onu anası kimi çox istədiyini bildirmişdir. Gülaya bu tanışlıqdan 15-20 gün sonra onları evinə dəvət etmiş, onlar da onun evinə getmişlər. Bir ay keçdikdən sonra isə zəng edərək ona 7.000 manat pul lazım olduğunu deyərək ona borc verməyini xahiş etmiş və 2 aya qaytaracağını bildirmişdir. O, pulunun olduğunu, lakin, verə bilməyəcəyini demiş, lakin Gülaya təkidlə ona borc verməsini xahiş edib, atasının məzarına və anasının canına and içərək, pulu vaxtında geri qaytaracağına dair ona söz vermişdir. O razılaşaraq Gülayaya 7000 manat borc vermiş, Gülaya vəd etdiyi vaxtdan da 2 gün tez borcunu geri qaytarmışdır. 5-6 ay sonra Gülaya ona yenidən zəng edərək xalası qızının Füzuli rayonunda lombard işlətdiyini, həmin lombardda batan qızılları almaq üçün 2.000 manat pul lazım olduğunu, həmin qızılları götürüb sataraq gəlir əldə etmək niyyətində olduğunu, lakin pulunun olmadığını deyərək ondan 2000 manat borc istəmiş və ədlə edəcəyi gəlirdən ona da verəcəyini, hər ikisinin qazanclı olacağını bildirmişdir. O, bu dəfə də razılaşaraq Gülayaya bu dəfə də 2000 manat borc pul vermişdir. Bu minvalla Gülaya arada bir müxtəlif məbləğlərdə ondan borc alıb qaytarmağa başlamışdır. Gülaya bəzən aldığı pulları geri qaytarsa da, bəzi vaxtlarda ödəməmişdir. Beləliklə, Gülayanın borcu ümumilikdə 18.500 manatı ötüb keçmişdir. Bundan sonra o Gülayaya borcunun xeyli artdığını bildirərək, daha ona borc verməyəcəyini bildirmişdir. Bir müddət sonra Gülaya zəng edərək təcili olaraq ona 10000 manat pul lazım olduğunu deyərək yenidən borc verməyini xahiş edərək 2 aya qaytaracağını bildirmiş, o da yenidən ona 10000 manat pul vermişdir. 2023-cü ilin mart ayında pul lazım olduğu üçün Gülayadan təcili aldığı pulları geri qaytarmasını xahiş etmiş, bu tələbimdən sonra Gülaya ona cəmi 200 manat pul ödəmişdir. Daha sonra Gülaya müxtəlif bəhanələr borcunu qaytarmaqdan yayınmışdır. O, artıq Gülayanın ödəniş etmədiyini, pul qaytarmaq niyyətində olmadığını görmüşdür. Oktyabr ayında özünü Gülayanın xalası qızı kimi təqdim edən bir qadın ona zəng edərək, Gülayanın borcu ilə əlaqədar görüşmək istədiyini demiş, lakin o, həmin qadınla görüşməkdən imtina etmişdir. On dəqiqə keçdikdən sonra Gülaya özü ona zəng edərək, anası ilə birlikdə onun evinə gəlmək istədiyini demiş, lakin onları evə qəbul etməyərək, yaşadığı ərazidə yerləşən "Baba market" adlanan marketin qarşısına gəlib orada onlarla görüşmüşdür. Gülayanın özü və xalası qızı kənarda dayanmış, Gülayanın anası isə ona yalvaryaxar edərək Gülayaya dekabr ayına kimi vaxt verməyini xahiş etmişdir. O, cavab olaraq Gülayanın son aylarda iki dəfə avtomobilini yenilədiyini, bahalı restoranlarda özünə ad günü keçirdiyini, estetik-plastik əməliyyatlar etdirdiyini bildirərək, bütün bunlara pulunun olduğunu lakin onun borcunu qaytarmadığını bildirərək, pulunu verməsini tələb etmişdir. Bu zaman Gülaya özü yaxınlaşaraq, anasının yanında onu yerdən-yerə vurmamağını, pərt etməməyini, ona vaxt verməsini xahiş etmiş, o da razılaşmışdır. Bir müddət sonra Gülayanın Füzuli rayonunda, Abşeron-Gənclik şəhərciyində, Masazır dairəsi yaxınlığında lombardının olmasından xəbər tutmuş, yenidən Gülayanın pulunun olduğunu, lakin qəsdən onun pulunu qaytarmadığını düşünmüşdür. Bundan sonra şahid17 ilə birlikdə Gülayanın yaşadığı evə gedərək onu çağırmış, anası qapıya çıxaraq ona dekabr ayına kimi vaxt verdiyini və həmin vaxta kimi gözləməsini xahiş etmişdir. Həmin an bir qadın onlara yaxınlaşaraq, Gülayanın bir çox şəxsə borcu olduğunu, lakin qaytarmadığını bildirmişdir. Bu hadisədən sonra ümumiyyətlə Gülaya zənglərə cavab verməkdən yayınmışdır. Bundan sonra o məcbur qalaraq Gülayadan pulunu geri ala bilmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Abşeron rayon Polis İdarəsinə, Yasamal rayon prokurorluğuna müraciətlər etmişdir. Müraciət etdiyi dövlət orqanlarından sadəcə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindan ona cavab verilmiş, verilən cavabda Gülaya fiziki şəxs olduğu üçün araşdırmanın onlara aid olmadığı bildirilmişdir. X16 şəhərində qazi ailəsi də daxil olmaqla, çox sayda adama borcu olmuş və qaytarmadığı müəyyən olunmuşdur. Dövlət orqanlarına etdiyi müraciətlərin cavabsız qaldığını gördükdən sonra onun barəsində əldə etdiyi məlumatları “Youtube" video portalında olan “Haqsızlığa susma” kanalını işlədən, Almaniyada yaşayan videobloqqer kimi tanıdığı Qabil Məmmədova ötürərək, Qabilin onların məsələsini müxtəlif sosial şəbəkələrdə olan hesablarında ictimailəşdirməsi, bununla da Gülayaya təsir göstərərək pulunu geri almaq niyyətinə düşmüşdür. Bildirir ki, Qabil Məmmədovla onun arvadı Aytən Ramazanova vasitəsilə tanış olmuşdur. Belə ki, 2010-cu ildə o, yanıq xəsarətləri ilə Bakı şəhərində * nömrəli xəstəxanada stasionar müalicə alan zaman həmin vaxt orada müalicə alan Eldarla tanış olmuş və Qax rayonundan olan həmyerli kimi aralarında yaxşı münasibətlər yaranmışdır. Eldar Qax rayonun Ağçay kəndində yaşadığından göstərdiyi vaxtdan etibarən Qax rayonuna getdiyi vaxtlarda Eldarın evinə də qonaq getmiş, həmin ərəfələrin birində o, Eldarın gəlini, yəni Qabilin baldızı Ahidə ilə tanış olmuş və aralarında yaxşı münasibətlər yaranmışdır. 2012-ci ildə o, Ahidə vasitəsi ilə Qabilin həyat yoldaşı Aytən ilə tanış olmuşdur. 2023-cü ilin may ayının əvvəllərində Ahidə vasitəsilə Qabillə tanış olmuşdur. Belə ki, Ahidə hər dəfə müalicə almaq üçün Bakı şəhərinə gəldikdə onun evində qonaq olmaqla Bakıda olduğu müddətdə onun evində gecələmişdir. Bir gün Qabilin həyat yoldaşı Aytənin nömrəsini onun bacısından almış, videogörüntülü zəng vasitəsi ilə danışan zaman Qabilin həyat yoldaşı onun ağladığını görüb nə olmasını soruşmuş, o da Gülaya adlı şəxsin onun 28.500 manat pulunu alıb geri qaytarmadıqlarını demişdir. Bundan sonra Aytən bu məsələni Qabilə deməyi məsləhət görmüş, o s Qabilin nömrəsinə mesajla yazaraq məsələni ictimailəşdirməsini xahiş etmiş, lakin Gülayanın ünvanına təhqirlər səsləndirməməsini, onu rüsvay edəcək hərəkətlərə yol verməməsini xahiş etmişdir. Gülayanın Misirdə istirahət edərkəmn və özünə bahalı restoranda ad günü keçirərkən çəkdirdiy şəkillərini onun instagram səhifəsindən götürüb Qabilə göndərmişdir. Gülayanın həmin şəkilləri əvvəllər ona məxsus “Facebook” sosial şəbəkəsində olmuş, sonradan o, həmin şəkilləri silmişdir. Bunu etməsinə səbəb isə Gülayanın ondan aldığı pullarla kef çəkməsi, lakin onun borcunu qaytarmaması olmuşdur. X9 haqqında çıxışına baxdıqda Qabilin söyüş də söydüyünü görmüşdür. Qabilə Gülaya barədə olan məsələni ictimailəşdirməsi üçün hər hansı məbləğdə pul verməmiş, sadəcə olaraq xahiş etmişdir. Bildirir ki, Gülayanı rüsvay etmək, ondan hədə-qorxu ilə pul tələb etmək niyyəti olmamış, məqsədi sadəcə öz pulunu geri almaq və Gülayanın başqa şəxsləri də aldadaraq onların pulunu ələ keçirməsinin qarşısını almaq olmuşdur. Yekun olaraq Gülayanın ona ödəmədiyi 28500 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızı ittihamın zərərçəkmiş şəxs X10 aid hissəsinə münasibətdə ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadəsində göstərmişdir ki, X10 ilə 2022-ci ilin avqust ayında tanışı şahid16 vasitəsilə tanış olmuşdur. Göstərdiyi tarixdə Fəridə Xalud vasitəsilə 10 günə qaytarmaq şərti ilə ondan 6.000 manat borc pul istəyib almışdır. Aralarında olan razılaşmaya əsasən Fəridə aldığı pulun üstündə ona 500 manat pul verməli idi. Fəridə vəd verdiyi pulu geri qaytarmadığına görə o, Xaluda zəng edərək narazılığını bildirmiş, ertəsi günü isə Bakıda Xaludla görüşmüşdür. Həmin vaxt Xalud Fəridədən aldığı 6.500 manat pulu ona göstərib 15 günə qaytarmaq şərti ilə yenidən Fəridəyə 7.000 manat borc pul verməsini, sonuncunun da qazancından ona 500 manat pul verəcəyini demişdir. O, Xaluda inandığı üçün razılaşmış və həmin məbləğdə pulu ona vermişdir. İki gün keçdikdən sonra Fəridə 2 günə qaytarmaq şərti ilə ondan yenidən 3.000 manat borca pul istəyib almış və pulun üstündə ona ona 300 və ya 500 manat pul verəcəyini vəd vermişdir. O da razılaşıb həmin məbləğdə pulu ona vermişdir. Beləliklə Fəridənin ona 10 000 manat əsas və faiz kimi ödəməli olduğu 1300-1500 manat borcu olmuşdur. Bir həftə keçməmişdir ki, Xalud ona zəng edib Fəridənin böyük xonçalar yığdığını, 10-15 günə qaytarmaq şərti ilə ona 6.000 manat pul verməsini, qarşılığında isə Fəridənin ona müəyyən məbləğdə pul verəcəyini demişdir. Fəridə bir neçə gün əvvəl ondan 3.000 manat pul aldığına görə əvvəlcə ona pul vermək istəməmişdir. Xalud isə Fəridənin yaxşı qazanc əldə edəcəyini, pulu qaytaracağını, özünün də Fəridəyə borca 24.000 manat pul verdiyini bildirmişdir. Buna görə Xaluda inanıb onun vasitəsilə Fəridəyə 6.000 manat pul göndərmişdir. Razılaşmaya əsasən Fəridə həmin pulun üstündə ona 800 və ya 1.000 manat faiz pulu ödəməli idi. Həqiqətən də həmin ərəfələrdə Fəridə borcundan ona 3.500 manat pul qaytarmışdır. 2022-cü ilin oktyabr ayında Qax rayonunda olduğu zaman Fəridə ona zəng edərək 10-15 günə qaytarmaq şərti ilə ondan yenidən 3.000 manat borca pul istəmiş və üstündə 500 manat pul verəcəyini demişdir. O da “MilliÖn" vasitəsilə həmin məbləğdə pulu Fəridənin kartına vurmuşdur. Bundan sonra Fəridə Xalud vasitəsilə ona olan borcundan 3.500 manat pul ödəmişdir. Bundan sonra müxtəlif vaxtlarda Fəridəyə faizlə pul vermiş və borcun bir hissəsini faizi ilə birlikdə almışdır. Fəridənin yekunda ona 18.000 manat əsas borcu qalmışdır. Buna baxmayaraq Fəridə həmin məbləğdə pulu və ödəməli olduğu faizləri müxtəlif bəhanələr gətirməklə ödəməkdən yayınmağa başlamışdır. 2024-cü ilin fevral ayının 11 və ya 12-də Fəridə ona zəng edərək ‘Sevgililər günü” münasibətilə yaxşı qazanclı işi olduğunu bildirib ondan 8.000 manat borc pul istəmişdir. O, razılaşmadıqda Fəridə yenidən Xalud vasitəsilə ona çoxlu xahişlər etmiş, hətta idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili aldığı pulun müqabilində girov kimi ona verə biləcəyini demişdir. O, razılaşmış və bir həftəyə qaytarmaq şərti ilə həmin məbləğdə pulu ona vermiş, danışıqlarına görə Fəridə aldığı pulun üstündə ona 4.000 manat pul verməli idi. Fəridə əsas borcu və həmin pufun faizi olan 2.700 manat pulu ona qaytarmış, yerdə qalan 1.300 manat pulu isə ona bağışlamışdır. Fəridənin ona 18.000 manat köhnə borcu olduğuna görə o, həmin pula görə aylıq olaraq ona 1.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həqiqətən də Fəridə həmin vaxtdan sonra onun kartına hissə-hissə olmaqla 1.000 manat pul vurmuşdur. O, Fəridə barədə məlumatları Qabilə göndərəcəyi və sonuncunun adamları vasitəsilə ona zor göstərəcəyi ilə ona hədə-qorxu gəlməmiş, bu yolla ondan əlavə 4.500 manat pulu tələb etməmişdir. Mübahisələndirilən hökmdən göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə özünü təqsirli bilməsə də, birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs 03 və ## ##### 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində törətdiyi cinayət əməllərini qismən etiraf edərək Qabil Məmmədova zərərçəkmiş şəxs2 barədə məlumatları ötürən zaman onun şəxsi nüfuzunu alçatmaq və onu qorxutmaq yolu ilə cəmiyyətdə zərərçəkmiş şəxs2 biabır etmək, bunun nəticəsində də Gülayanın ondan Qabilin çıxışlarını dayandırmasını xahiş edərək bunun müqabilində ona olan borcunu geri qaytarmasına nail olmaq istədiyini göstərmişdir. O, ifadəsində zərərçəkmiş şəxs2 hədə-qorxu gəlmədiyini bildirsə də, o, votsap mobil tətbiqi vasitəsi ilə Qabil Məmmədova səsli ismarıc göndərərək zərərçəkmiş şəxs2 pulu ala bilməməsi səbəbindən onun şəxsiyyətini alçaltmaqla rüsvay etməsini xahiş etmiş, Qabil Məmmədov bu barədə onunla razılaşdıqdan sonra zərərçəkmiş şəxs2 və onun qohumları barədə məlumatları və foto şəkilləri əldə edərək Qabil Məmmədova göndərmiş, sonuncu həmin məlumatları ictimailəşdirərkən Təqsirləndirilən şəxs nəzərdə tutaraq “aparın mənim adamımın pulunu verin” demişdir. Bu hərəkətləri ilə bir daha sübut olunur ki, o, Qabil Məmmədovla qabaqcadan razılaşıb əlbir olaraq zərərçəkmiş şəxs2 və onun qohumlarının şərəf və ləyaqətlərini alçaltmaq yolu ilə onlardan hədə-qorxu ilə pul tələb etmişdir. Təqsirləndirilən şəxs ifadəsində paylaşdığı foto şəkillərin rüsvayedici xarakter daşımadığını bildirməsə də, məhz paylaşdığı məlumatların rüsvayedici xarakter daşıdığını düşündüyü üçün zərərçəkmiş şəxs2 və qohumlarına təsir edəcəyini zənn etmişdir. Məhkəmə müdafiə tərəfinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 borc qismində verdiyi pulları geri istədiyini bildirsə də, zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs aldığı 28.500 manat pulu və həmin məbləğdə faiz borcunu, yəni cəmi 57.000 manat məbləğində pulu sonuncuya qaytarmaqla sonuncuya borcu qalmamış, habelə zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs aldığı 8.000 manat məbləğində pulun qarşılığında aralarında olan razılaşmaya əsasən 8.000 manat pul vəsaitini və həmin məbləğə görə ödəməli olduğu faiz borcu olan 5.300 məbləğində pulu sonuncuya qaytarmaqla həmin vəsaitlər üzrə borcu qalmamış, lakin Təqsirləndirilən şəxs hər iki şəxsə hədə-qorxu gələrək götürdükləri qeyd edilən pul vəsaitlərinə görə ödədikləri məbləğdən əlavə olaraq zərərçəkmiş şəxs2 28.500 manat və zərərçəkmiş şəxs1 4.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Belələiklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızı törədilmiş odduğu cinayət əməlləri özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, telefona baxış protokolu, mobil telefonda silinərək bərpa edilmiş məlumatlara baxış protokolu, internet səhifəsinə baxış keçirilməsi haqqında protokol, axtarış və götürmə protokolu, ödəmə terminalına aid olan ödəmə qəbzləri, bank məlumatları, mütəxəssis və ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işi üzrə yuxarıda qeyd edilən heç bir halın mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması Təqsirləndirilən şəxs İbrahimxəlil qızının barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə təqsirli olmasının özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, telefona baxış protokolu, mobil telefonda silinərək bərpa edilmiş məlumatlara baxış protokolu, internet səhifəsinə baxış keçirilməsi haqqında protokol, axtarış və götürmə protokolu, ödəmə terminalına aid olan ödəmə qəbzləri, bank məlumatları, mütəxəssis və ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirildiyini və apellyasiya icraatı zamanı təqsirləndirilən şəxsə bəraət verilməsinə dair müdafiə tərəfinin dəlillərinin öz təsdiqini tapmadığını qeyd edir. Məhkəmə kollegiyası müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmü ilə xüsusi müsadirə olunmuş 55.100 (əlli beş min yüz) ABŞ dolları və 125 (yüz iyimi beş) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda göstərilən məbləğdən yüksək olmaqla onun ailə üzvlərinə məxsus əmlakların da müsadirə olunması dəlili barədə qeyd edir ki, CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkəmənin yekun qərarı ilə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” # #### 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 və ## ##### 2024-cü il tarixli protokollardan görünür ki, ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs İbrahimxəlil qızının faktiki yaşadığı Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsində yerləşən evində və ona məxsus “Hyundai İX-35” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilində aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 55.100 (əlli beş min yüz) ABŞ dolları və 125 (yüz iyimi beş) məbləğində pul vəsaiti saxlanılması üçün Baş Prokurorluğun depozit seyfinə yerləşdirilmişdir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İbrahimxəlil qızı tərəfindən törədilmiş cinayət əməli nəticəsində ümumilikdə ittihamda göstərilmiş 51.675 manat məbləğində pul vəsaitinin əldə edilməsi faktının öz təsdiqini tapmasına baxmayaraq həmçinin həmin əmlak hesabına əldə edilmiş gəlirlərin də məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması zəruriliyini, habelə müdafiə tərəfinin irəli sürdüyü dəlilləri təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim olunmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs İbrahimxəlil qızının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən evində və ona məxsus “Hyundai İX-35" markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilində aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş, cinayət yolu ilə əldə edilmiş 55.100 (əlli beş min yüz) ABŞ dolları və 125 (yüz iyimi beş) manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilərək xüsusi müsadirə olunmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını, bu sübutlar əsasında təqsirləndirilən şəxsin ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlindiyini nəzərə alaraq və həmin mövqe ilə razılaşaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının barəsində seçilmiş cəza tədbiri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İbrahimxəlil qızının törətdiyi Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət də həmin Məcəllənin 15.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayətlər, CM-nin 192.1- ci maddəsi isə CM-nin 15.2-ci maddəsinə əsasən öyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs İbrahimxəlil qızına təyin edilmiş cəzanın ağırlaşdırılmasına dair dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları cəza təyini zamanı öz hökmündə nəzərə alaraq Təqsirləndirilən şəxs İbrahimxəlil qızının şəxsiyyətinə və törətdiyi cinayətin ağırlığına uyğun cəza təyin etmiş və apellyasiya icraatı zamanı təyin edilmiş cəza tədbirinin dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs X5 mülki iddiasının təmin edilərək təqsirləndirilən şəxsdən götürülmüş 55.100 (əlli beş min yüz) ABŞ dolları məbləğində pul vəsaitinə yönləndirilməsi dəlilli barədə qeyd edir ki, hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərin təqdim etdikləri mülki iddia ərizələrinə münasibət bildirərək zərərçəkmiş şəxslərin mülki iddia ərizələrində qeyd etdikləri maddi zərərin təqsirləndirilən şəxslə aralarında mövcud olmuş borc-kredit münasibətindən irəli gəldiyindən zərərçəkmiş şəxslərin mülki iddialarının baxılmamış saxlanılması və onların mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olmasının izah edilməsini göstərmişdir. CPM-in 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 180-cı maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. CPM-in 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Qərara a l ı r: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs İbrahimxəlil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2,182.2.4 və 192.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-723/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-723/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver