Məhkəmə qərarları › İş №1(3-6)-724/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-724/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-724/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə ## ###### 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, ikinci Vətən Müharibəsi iştirakçısı olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətinə keçməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv tədbir kimi daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan tanışı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onun haqqında qəsəbə ərazisində yaşayan şəxslər arasında xoşagəlməz söz-söhbətlər danışmasını, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsəbə ərazisində yaşayan şəxslərdən sonuncunun sözü ilə oturubdurmasını tələb etməsini, Zərərçəkmiş şəxs qəsəbədə “vəziyyətə baxmaq istəməsini”, qəsəbədə olan hörmətinə görə onu sonuncunun gözünün daimi olaraq götürməməsini, qəsəbə ərazisində onunla qarşılaşan zaman “tərs-tərs” baxmasını, qəsəbədə olan bir çox şəxs arasında haqqında xoşa gəlməz sözlər, o cümlədən “qeyrəti namusu mənim olacaq” kimi onu nüfuzdan salan sözlər işlətməsini özü üçün əsas gətirərək, qəsəbə ərazisində yaşayan bir çox şəxsin ona qarşı soyuq davranışında Zərərçəkmiş şəxs günahlandırıb bunu cüzi səbəb kimi özü üçün bəhanə etmişdir. Beləliklə o, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, xuliqanlıq niyyəti ilə ## #### 2025-ci il tarixdə gecə saat 03:00 radələrində sonuncunun ünvan 3 ünvanında yerləşən “Imamzadə” məscidində olmasını ehtimal edərək qəsdən öldürmək məqsədilə həmin məscidə gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxs orada olmasından əmin olaraq qəsdini reallaşdırmaq üçün məscidin həyətində yerləşən mətbəx otağından məişət təyinatlı mətbəx bıçağını götürüb, bel nahiyəsinə yerləşdirərək məscidin “axund və ya istirahət” hissəsində Zərərçəkmiş şəxs yatdığı otağa daxil olaraq, sonuncunun yatmış vəziyyətdə olmasından sui-istifadə edib heç bir müqavimət göstərmək imkanı olmadığını dərk edərək gətirdiyi bıçaq ilə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs zərbələr vurmağa başlamışdır. O, sonuncunun aldığı xəsarətdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş öz cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq nümayiş etdirməklə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik sonuncuya ümumilikdə otuz səkkiz (38) ədəd bıçaq zərbəsi vurmuşdur. Nəticə etibarilə o, Zərərçəkmiş şəxs gövdənin arxa səthində kürəkarası nahiyənin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən bir ədəd, qarınüstü nahiyənin sağ bayır səthinin qarın boşluğuna nüfuz edən qaraciyəri zədələyən bir ədəd, qarının yuxarı şöbəsinin sağ bayır səthinin qarın boşluğuna nüfuz edən bir ədəd olmaqla, hər biri ayrıayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəli cəmi üç (3) ədəd deşilmiş-kəsilmiş yaralar, həmçinin döş və qarın boşluğuna nüfuz etməyən döş qəfəsinin ön səthinin bir ədəd, boyunun sol yan səthinin iki ədəd, qarınüstü nahiyənin sağ bayır səthinin bir ədəd, qarının yuxarı şöbəsinin sağ bayır səthinin üç ədəd, gövdənin sağ yan səthində aşağı şöbəsinin iki ədəd, qarının aşağı şöbəsinin sağ yan səthinin bir ədəd, sağ kürəküstü nahiyəni bir ədəd, sol kürək nahiyəsinin bir ədəd, sağ kürək nahiyəsinin iki ədəd, sağ kürəkaltı nahiyənin bir ədəd, gövdənin sağ yan səthində orta şöbəsinin bir ədəd, sağ bazu oynağının ön səthinin iki ədəd, sol bazu oynağı nahiyəsinin ön səthinin bir ədəd, sol saidin yuxarı 1/3-nin ön səthini bir ədəd və arxa səthinin bir ədəd olmaqla, cəmi iyirmi bir (21) ədəd deşilmiş-kəsilmiş yaraları və başın alın nahiyəsinin, üst dodağın, sağ ağız bucağının, sağ yanağın, sağ kürək nahiyəsinin, sol əlin V barmağının ovuc səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthinin cəmi səkkiz (8) ədəd kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin, sağ baldırın orta 1/3-nin ön-iç səthinin, sol baldırın yuxarı 1/3-nin arxa səthinin, sol kürək nahiyəsinin cəmi altı (6) ədəd səthi kəsilmiş yaraları və sol gözyuvasının bayır bucağının qançırı, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı, sağ saidin yuxarı və orta 1/3-nin ön səthinin çoxsaylı səthi əzilmiş yaraları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs həmin xəsarətlər səbəbindən baş vermiş kəskin qanitirmə şoku nəticəsində ölməsi ilə özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə yenidən baxılaraq ədalətli qərarın verilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri maddəsi üzrə cəzanın yüngülləşdirilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, ekspertiza rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyası daxilində qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ikinci Vətən Müharibəsi iştirakçısı və anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını, barəsindəki müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmişin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar