Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-726/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Musayev Aqil Əlisa oğlunun sәdrliyi vә mәruzәsi ilә, İbrahimli İbrahim Adil oğlu vә Mәmmәdov Mәmmәd Allahverdi oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi X2, dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X6, zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs8 nümayәndәsi şahid15 (bundan sonra – zərərçəkmiş şəxsin nümayəndəsi), tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi - Bakı şәhәri * saylı Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi1 (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә baxışı iclasında baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә (hakimlәr X7 (sәdrlik edәn), X3 vә X1 ibarәt tәrkibdә) ## ###### 1997-ci il tarixdә Rusiya Federasiyası, Kostroma şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ali tәhsilli, evli, Bakı Biznes Universitetindә metodist-müәllim işlәmiş, әvvәllәr mәhkum olunmamış, ünvan 11 ünvanında qeydiyyatda olan, Bakı şәhәri, Binәqәdi rayonu, İ.Hacıyev küçәsi, bina 63F, mәnzil 162 ünvanında yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçildiyinә görә * saylı istintaq tәcridxanasında saxlanılan Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinib, barәsindә 7 il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, onun cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzaçәkmә müddәtinin әvvәlinin ## ###### 2024-cü il tarixdәn hesablanması, barәsindә seçilmiş hәbs qәtimkan tәdbirinin hökmün qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması qәrara alınmış, maddi sübutlarla bağlı mәsәlәlәr hәll edilmişdir. İşin halları: Hәmin mәhkәmә hökmü ilә Tәqsirlәndirilәn şәxs (bundan sonra – o və ya təqsirləndirilən şəxs) Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә ona görә tәqsirli bilinmişdir ki, o, Bakı Biznes Universitetindә metodistmüәllim işlәyәn zaman tanışı X5, Elnur adlı şәxs vә qeyrilәri ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında qulluq mövqeyindәn istifadә etmәklә zәrәrçәkmiş şәxs2 әmlakını etibardan suiistifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya Bakı şәhәri, Qaradağ rayon *** nömrәli tam orta mәktәbdә Azәrbaycan dili-әdәbiyyat müәllimi işlәyәn gәlini şahid3 müәllimlәrin sertfikasiya imtahanında sertifikatlaşdırmanın 10% artımından 45% artımına keçirilmәsindә kömәk göstәrәcәyini yalandan vәd verib aldadaraq ## ##### 2023-cü il tarixdә ünvan 5 ünvanda yerlәşәn ofisdә qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs2 6000 manat pul vәsaitini alıb әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya cәmi 6000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Bundan başqa, o, tәkrarәn, Bakı Biznes Universitetindә metodist-müәllim işlәyәn zaman tanışı X5, Elnur adlı şәxs vә qeyrilәri ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında qulluq mövqeyindәn istifadә etmәklә: - zәrәrçәkmiş şәxs3 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya Xocavәnd rayonu, Xocavәnd kәnd * saylı tam orta mәktәbdә ibtidai sinif müәllimi işlәyәn qızları şahid5 vә şahid6 müәllimlәrin sertifikasiya imtahanında sertifikatlaşdırmanın artımına kömәk göstәrәcәyini yalandan vәd verib aldadaraq ## ### 2023cü il tarixdә Bakı şәhәri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 ünvanda fәaliyyәt göstәrәn ** saylı notariat ofisinә qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs3 20000 manat pul vәsaitini alıb әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya cәmi 20000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla, - zәrәrçәkmiş şәxs10 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya X11 İngilis dili müәllimi ixtisası üzrә bitirmiş arvadı şahid11 İsmayıllı rayon * nömrәli tam orta mәktәbә İngilis dili müәllimәsi kimi işә düzәldәcәyini yalandan vәd verib aldadaraq ## ### 2023-cü il tarixdә ünvan 6 ünvanın yaxınlığında yerlәşәn ofisdә qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs10 15000 manat pul vәsaitini alıb әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 15000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla, - zәrәrçәkmiş şәxs9 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya Azәrbaycan Pedaqoji Universitetinin Riyaziyyat vә İnformatika fakültәsinin Riyaziyyat-İnformatika müәllim ixtisası üzrә bitirmiş qızı şahid14 Bakı şәhәri, Nәrimanov rayon *** nömrәli tam orta mәktәbә Riyaziyyat müәllimәsi kimi işә düzәldәcәyini yalandan vәd verib aldadaraq ## ### 2023-cü il tarixdә ünvan 10 ünvanda fәaliyyәt göstәrәn ** saylı notariat ofisindә qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs9 15000 manat pul vәsaitini alıb әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 15000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla, - zәrәrçәkmiş şәxs6 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncunu orta mәktәblәrin birinә direktor tәyin etdirәcәyini yalandan vәd verib aldadaraq ## ### 2023-cü il tarixdә ünvan 9 ünvanda fәaliyyәt göstәrәn * saylı notariat ofisindә qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs6 17500 manat, ## #### 2023-cü il tarixdә Bakı şәhәri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fәaliyyәt göstәrәn ** saylı notariat ofisindә 6000 manat, ## #### 2023-cü il tarixdә Bakı şәhәri, Xәtai rayonu, Xocalı prospekti 24 A ünvanda fәaliyyәt göstәrәn * saylı notariat ofisindә 28000 manat, ## #### 2023cü il tarixdә Bakı şәhәri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fәaliyyәt göstәrәn ** saylı notariat ofisindә zәrәrçәkmiş şәxs6 qızı X8 vasitәsilә 3500 manat, ## ######## 2023cü il tarixdә Bakı şәhәri, Xәtai rayonu, Mehtizadә küçәsindә yerlәşәn “Happy” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs6 köçürdüyü 2130 manat, ## ######## 2023-cü il tarixdә ünvan 7 ünvanda yerlәşәn “Al” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs6 köçürdüyü 1870 manat vә ## ####### 2023-cü il tarixdә ünvan 4 ünvanda yerlәşәn “Araz” marketdә olan “MilliÖN” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs6 köçürdüyü 4000 manat pul vәsaitini alıb vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 63000 manat mәblәğindә külli miqdarda ziyan vurmaqla, - zәrәrçәkmiş şәxs5 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncunu orta mәktәb direktoru tәyin etdirәcәyini yalandan vәd verib aldadaraq ## #### 2023-cü il tarixdә Bakı şәhәri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fәaliyyәt göstәrәn ** saylı notariat ofisindә sonuncunun bacısı qızı X8 vasitәsilә qrupun üzvü Zaur Mustafayev 8500 manat, ## ###### 2023-cü il tarixdә ünvan 4 ünvanda yerlәşәn “Araz” marketdә olan “MilliÖN” ödәmә terminalı vasitәsilә X15 Mustafayevaya mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs5 bacısı zәrәrçәkmiş şәxs6 köçürdüyü 2000 manat, 2023-cü ilin avqust ayının ortalarından başlayaraq hәmin ilin sentyabr ayının ortalarına qәdәr olan müddәt әrzindә ünvan 3 ünvanda sonuncunun vasitәsilә 40000 manat, ## ######## 2023-cü il tarixdә ünvan 2 ünvanda yerlәşәn binanın ** nömrәli mәnzilindә “DostBank” mobil tәtbiqi vasitәsilә Zaur Mustafayevә mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs6 köçürdüyü 3000 manat vә ## ######## 2023-cü il tarixdә ünvan 2 ünvanda yerlәşәn binanın ** nömrәli mәnzilindә “DostBank” mobil tәtbiqi vasitәsilә Zaur Mustafayevә mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs6 köçürdüyü 1500 manat pul vәsaitini alıb vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirib öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 55000 manat mәblәğindә külli miqdarda ziyan vurmaqla, - zәrәrçәkmiş şәxs3 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya arvadı şahid7 orta mәktәbә direktor tәyin etdirәcәyini yalandan vәd verib aldadaraq 2023-cü ilin iyun ayında Bakı şәhәri, Nizami rayonu, Q.Qarayev prospekti 65a ünvanda yerlәşәn Nizami rayon İcra Hakimiyyәtinin inzibati binasının yaxınlığına qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs3 6000 manat, ## #### 2023-cü il tarixdә Ağcabәdi şәhәri, *** saylı yeni yaşayış massivindә yerlәşәn “Qarabağ” marketdә olan “e- Manat” elektron ödәmә terminalı vasitәsilә Zaur Mustafayevә mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs3 köçürdüyü 500 manat, ## ####### 2023-cü il tarixdә Ağcabәdi şәhәri, Ü.Hacıbәyli küçәsindә yerlәşәn “Uğur” marketdә olan “MilliÖN” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs3 köçürdüyü 5000 manat vә hәmin günü Ağcabәdi şәhәri, Ü.Hacıbәyli küçәsindә yerlәşәn “Uğur” marketdә olan “MilliÖN” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs3 köçürdüyü 1000 manat pul vәsaitini alıb vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 12500 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla, - Bakı Dövlәt Universitetini Tarix ixtisası üzrә bitirmiş zәrәrçәkmiş şәxs1 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncunu yaşadığı evin yaxınlığında olan orta mәktәbә Tarix müәllimәsi kimi işә düzәldәcәyini yalandan vәd verib aldadaraq ## #### 2023-cü il tarixdә ünvan 5 ünvanda yerlәşәn ofisdә qrupun üzvü Zaur Mustafayevin vasitәsilә zәrәrçәkmiş şәxs1 16000 manat pul vәsaitini alıb әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 16000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Bundan başqa, o, tәkrarәn, Bakı Biznes Universitetindә metodist-müәllim işlәyәn zaman qulluq mövqeyindәn istifadә etmәklә zәrәrçәkmiş şәxs4 әmlakını etibardan suiistifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya Azәrbaycan Tibbi Universitetini bitirmiş qızı şahid8 hәmin universitetin rezidenturasına qәbul etdirәcәyinә dair yalandan vәd verib aldadaraq ## ######## 2023-cü il tarixdә Bakı Metropoliteninin Xәtai rayonu әrazisindә yerlәşәn “Xәtai” stansiyasının yaxınlığında zәrәrçәkmiş şәxs4 24000 manat pul vәsaitini alıb әlә keçirәrәk şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs4 ümumilikdә 24000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Bundan başqa, o, tәkrarәn, Bakı Biznes Universitetindә metodist-müәllim işlәyәn zaman tanışı Elnur adlı şәxs ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında qulluq mövqeyindәn istifadә etmәklә: - zәrәrçәkmiş şәxs8 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya oğlu şahid15 İdman Akademiyasına qәbul etdirәcәyinә dair yalandan vәd verib aldadaraq ## ####### 2023-cü il tarixdә Bakı Biznes Universitetinin qarşısında zәrәrçәkmiş şәxs8 qardaşı şahid16 vasitәsilә 15000 manat, ## ###### 2023- cü il tarixdә ünvan 8 ünvanda yerlәşәn “İslam” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs8 köçürdüyü 1000 manat, ## ###### 2023-cü il tarixdә ünvan 8 ünvanda yerlәşәn “İslam” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs8 köçürdüyü 3900 manat, hәmin günü Sülh küçәsi 13 ünvanda “Birbank” mobil tәtbiqi vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs8 köçürdüyü 100 manat vә 2023-cü ilin noyabr ayının sonlarında ünvan 8 ünvanda yerlәşәn “İslam” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs8 köçürdüyü 1000 manat pul vәsaitini alıb vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 21000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla, - zәrәrçәkmiş şәxs8 әmlakını etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә, sonuncuya qohumu şahid12 Goranboy rayonunda orta mәktәbә Biologiya müәllimәsi kimi işә düzәldәcәyini yalandan vәd verib aldadaraq 2023-cü ilin noyabr ayının sonlarında Bakı Metropolitenin Nәrimanov rayonu әrazisindә olan “Gәnclik” stansiyası yaxınlığında zәrәrçәkmiş şәxs8 5000 manat pul vәsaitini alıb әlә keçirәrәk öz aralarında bölüb şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 5000 manat mәblәğindә ziyan vurmaqla dәlәduzluq etmişdir. Bundan başqa o, tәkrarәn, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin әmlakını әlә keçirmәk mәqsәdilә, zәrәrçәkmiş şәxs7 tәhsil aldığı Gürcüstanda yerlәşәn Avropa Universitetinin Əczaçılıq ixtisasi üzrә diplomunu tәsdiqlәtdirәcәyinә dair yalandan vәd verib aldadaraq ## ###### 2024-cü il tarixdә Abşeron rayonu, Masazır qәsәbәsi, Ə.Vahid küçәsindә yerlәşәn “A Plus” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs7 köçürdüyü 1400 manat, hәmin günü Abşeron rayonu, Masazır qәsәbәsi, Ə.Vahid küçәsindә yerlәşәn “A Plus” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs7 köçürdüyü 5000 manat vә ## ###### 2024-cü il tarixdә Abşeron rayonu, Masazır qәsәbәsi, Ə.Vahid küçәsindә yerlәşәn “A Plus” marketdә olan “mpay” elektron ödәmә terminalı vasitәsilә Tәqsirlәndirilәn şәxs mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına zәrәrçәkmiş şәxs7 köçürdüyü 600 manat pul vәsaitini alıb vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs olan sonuncuya ümumilikdә 7000 manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Müdafiәçi iş üzrә mәhkәmә hökmündәn verdiyi apellyasiya şikayәtindә tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәllәrinin Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsindәn 178.2-ci maddәsinә tövsif edilmәsini vә tәqsirlәndirilәn şәxs barәsindә azadlıqdan mәhrum etmә ilә bağlı olmayan cәza tәyin edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtinin dәlillәri, etirazlar vә tәrәflәrin çıxışları: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, tәqsirlәndirilәn şәxs birinci instansiya mәhkәmәsindә verdiyi ifadәsindә ona elan edilmiş ittihamın yalnız zәrәrçәkmiş şәxslәr zәrәrçәkmiş şәxs4, zәrәrçәkmiş şәxs8, zәrәrçәkmiş şәxs7 vә zәrәrçәkmiş şәxs6 aid olan epizodları üzrә özünü tәqsirli bilmişdir. Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs6 8000 manat mәblәğindә pulu göstәrdiyi elektron xidmәtlәrә görә almış, onun 1500 manat hissәsini sonuncuya qaytarmışdır. Zaur Mustafayev zәrәrçәkmiş şәxs6 alınmış pulun qalan hissәsini götürmüş vә hәmin mәblәğdәn tәqsirlәndirilәn şәxsә vermәmişdir. Sonuncu vәd verdiyi xidmәtlәri hәyata keçirә bilmәyәcәyini başa düşәndә Zaur Mustafayevә zәrәrçәkmiş şәxslәrdәn aldığı pul mәblәğlәrini qaytarmasını demişdir. Zәrәrçәkmiş şәxslәrdәn yalnız zәrәrçәkmiş şәxs8, zәrәrçәkmiş şәxs7 vә zәrәrçәkmiş şәxs4 tәqsirlәndirilәn şәxsdәn şikayәtçi olduqlarını bildirmiş, digәr zәrәrçәkmiş şәxslәr tәqsirlәndirilәn şәxsә qarşı şikayәt vә tәlәblәrinin olmadığını bildirmişlәr. İbtidai istintaq orqanı vә birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxsin әmәlini Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsinә tövsif edәrkәn şahid qismindә dindirilmiş Zaur Mustafayevin ziddiyәtli ifadәsinә istinad etmiş, digәr mötәbәr sübutlara lazımi hüquqi qiymәt vermәmişdir. Cinayәt işinin materiallarından görünür ki, Zaur Mustafayev vә zәrәrçәkmiş şәxs6 arasında notarial qaydada tәsdiq edilmiş borc müqavilәsi bağlanmış, zәrәrçәkmiş şәxslәr zәrәrçәkmiş şәxs6 vә zәrәrçәkmiş şәxs5 tәqsirlәndirilәn şәxsә qarşı şikayәt vә tәlәblәrinin olmadığını, mәhz Zaur Mustafayevdәn şikayәtçi olduqlarını bildirmişlәr. Lakin birinci instansiya mәhkәmәsi göstәrilәn zәrәrçәkmiş şәxslәrin ifadәlәrini nәzәrә almadan düzgün olmayan yekun nәticәyә gәlmişdir. Bundan başqa, tәqsirlәndirilәn şәxsә cәza tәyin edilәrkәm onun zәrәrçәkmiş şәxslәrә dәymiş ziyanı qismәn ödәmәsi, yaşayış yeri üzrә müsbәt xarakterizә olunması, o cümlәdәn, saxlanıldığı istintaq tәcridxanasının rәhbәrliyi tәrәfindәn nümunәvi davranışına görә 3 dәfә tәltif olunması, himayәsindә azyaşlı uşağın vә xәstә anasının olması, törәtdiyi әmәldәn sәmimi peşman olması vә әvvәllәr cinayәt mәsuliyyәtinә cәlb olunmamasından ibarәt şәxsiyyәtini xarakterizә edәn hallar nәzәrә alınmalıdır. Apellyasiya mәhkәmәsi iclasında tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verib, çıxış edәrәk onun tәmin edilmәsini, dövlәt ittihamçısı vә zәrәrçәkmiş şәxsin nümayәndәsi isә izahat vә çıxışlarında apellyasiya şikayәtinin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişlәr. Hüquqi mәsәlәlәr: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin sübutları, işin faktiki hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmaması, onlara düzgün hüquqi qiymәt vermәmәsi, tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәllәrini düzgün tövsif etmәmәsi, belәliklә dә, Azәrbaycan Respublikası CPM-in 399.1.2 vә 399.1.3-cü maddәlәrindә nәzәrdә tutulmuş birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması vә müәyyәn etdiyi iş üçün әhәmiyyәtli olan halların sübuta yetirilmәmәsi tәşkil edir. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrinә düzgün hüquqi qiymәt verilmәsi ilә әlaqәdar aşağıdakıların qeyd edilmәsini zәruri hesab edir. İş üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn tәqsirlәndirilәn şәxsin tәqsirli bilindiyi әmәllәr üzrә Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsindә dәlәduzluq, yәni etibardan sui-istifadә etmә vә ya aldatma yolu ilә özgәnin әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmәnin külli miqdarda ziyan vurmaqla törәdilmәsinә görә cinayәt mәsuliyyәti nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikası CM-in 177-ci maddәsinin “Qeyd” hissәsinin 2-ci hissәsinә әsasәn “külli miqdar” dedikdә, әlli min manatdan yuxarı olan mәblәğ başa düşülür. Mәhkәmә kollegiyası hesab edir ki, iş üzrә tәqsirlәndirilәn şәxsin tәqsirli bilindiyi, Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәsi birinci instansiya mәhkәmәsinin Azәrbaycan Respublikası CPM-in 351.3-cü maddәsinә әsasәn tәqsirsizlik prezumpsiyasını rәhbәr tutub, hәmin Mәcәllәdә nәzәrdә tutulmuş qaydalar daxilindә mәhkәmә baxışında ittihamın baxılması nәticәlәrinә әsaslanıb, hәmin Mәcәllәnin 124-cü maddәsindә sübut növü kimi nәzәrdә tutulduğuna görә 143-146, 329 vә 334-cü maddәlәrinә uyğun şәkildә elan etdiyi, mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә müqayisәli şәkildә tәhlil vә tәdqiq edәrәk sübut kimi qiymәtlәndirdiyi, işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn, mümkün vә mötәbәr sübutların mәcmusunu tәşkil edәn: - tәqsirlәndirilәn şәxsin ibtidai istintaq vә mәhkәmә istintaqı zamanı verdiyi ifadәlәrinin özünü müdafiә etmәk üçün irәli sürdüyü dәlillәrlә bağlı olmayan, birinci instansiya mәhkәmәsi tәrәfindәn sübut qismindә nәzәrә alınmış hissәlәri ilә yanaşı, - zәrәrçәkmiş şәxs8, zәrәrçәkmiş şәxs1, zәrәrçәkmiş şәxs6, zәrәrçәkmiş şәxs4, zәrәrçәkmiş şәxs3, zәrәrçәkmiş şәxs7, zәrәrçәkmiş şәxs10, zәrәrçәkmiş şәxs9 vә zәrәrçәkmiş şәxs2 mәhkәmә istintaqı vә ibtidai istntaq zamanı zәrәrçәkmiş şәxs qismindә verdiklәri ifadәlәri, zәrәrçәkmiş şәxs5 ibtidai istintaq zamanı zәrәrçәkmiş şәxs qismindә verdiyi, mәhkәmә istintaqı zamanı elan edilmiş ifadәsi, X5 mәhkәmә istintaqı vә ibtidai istintaq zamanı dindirilәrkәn, elәcә dә, ibtidai istintaq zamanı tәqsirlәndirilәn şәxslә üzlәşdirilәrkәn verdiyi ifadәlәrinin birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş işin faktiki hallarına uyğun olan hissәlәri, şahid20, şahid16, şahid14, şahid7, şahid6 mәhkәmә istintaqı vә ibtidai istntaq zamanı şahid qismindә verdiklәri ifadәlәri, şahid12, şahid19, şahid18, şahid15, şahid13 qızı, şahid11, şahid10, şahid9, şahid8, şahid4, şahid3, şahid2, İbrәhimov Şәhriyar Sabir oğlu vә şahid5 ibtidai istintaq zamanı şahid qismindә verdiklәri, mәhkәmә istintaqı zamanı elan edilmiş ifadәlәri, ibtidai istintaq zamanı şahid İbrәhimov Şәhriyar Sabir oğlunun tәqsirlәndirilәn şәxslә üzlәşdirilmәsi zamanı verdiyi, mәhkәmә istintaqı zamanı elan edilmiş ifadәsi, iş materiallarına әlavә edilmiş kredit müqavilәlәri, ödәniş qәbzlәri (mәhkәmә kollegiyası hesab edir ki, yuxarıda qeyd edilәn sübut növlәrinin mәzmununun birinci instansiya mәhkәmәsinin hökmündә tam vә әtraflı şәkildә göstәrilib tәdqiq edilmәsinә görә hazırkı qәrarda tәkrarlanmasına lüzum yoxdur), digәr sәnәdlәr, hәmçinin, tәqsirlәndirilәn şәxsin bәzi zәrәrçәkmiş şәxslәrә vurduğu maddi ziyanı qismәn ödәmәsi ilә tam sübuta yetirilmişdir. Mәhkәmә kollegiyası göstәrilәnlәrә uyğun olaraq belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi maddi vә prosessual qanunvericilik normalarının tәtbiqi ilә bağlı hәr hansı pozuntuya yol vermәmiş, tәqsirlәndirilәn şәxsin Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmәsi barәdә düzgün nәticәyә gәlmiş, hәmin nәticә işin faktiki hallarına uyğundur. Apellyasiya şikayәtinin müvafiq dәlillәri işin müәyyәn edilmiş faktiki halları vә onlara dair verilmiş hüquqi qiymәtlәndirmә ilә tam tәkzib edilir. Azәrbaycan Respublikası CM-in: - 8.1-ci maddәsinә әsasәn cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. - 41.2-ci maddәsinә әsasәn cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. - 58.3-cü maddәsinә әsasәn cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. - 178.3.2-ci maddәlәrinin sanksiyasına әsasәn dispozisiyasında nәzәrdә tutulmuş әmәl beş ildәn on ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası CM-in 8.1, 41.2 vә 58.3-cü maddәlәrinә әsaslanaraq qeyd edir ki, tәqsirkar şәxsә tәyin olunan cәzanın vә yaxud digәr cinayәt-hüquqi xarakterli tәdbirin әdalәt prinsipinә cavab vermәsi üçün hәmin Mәcәllәnin 58-ci maddәsindә nәzәrdә tutulmuş, cәzanın müәyyәn edilmәsinә tәsir göstәrәn әsasların mәcmu halında nәzәrә alınması tәlәb olunur. Tәqsirkarın cәzasını yüngüllәşdirәn vә ağırlaşdıran hallar elә nәzәrә alınmalıdır ki, tәyin olunmuş cәza vә yaxud digәr cinayәt-hüquqi xarakterli tәdbirlә cinayәtin xarakteri vә ictimai-tәhlükәliliyi, törәdilmә halları arasında uyğunsuzluq yaranmasın, cәza vә yaxud digәr cinayәt-hüquqi xarakterli tәdbir tәqsirkarın şәxsiyyәtinә uyğun olub onun islah edilmәsini vә cәzanın digәr mәqsәdlәrini, o cümlәdәn sosial әdalәtin bәrpası vә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınması üzrә rolunu tәmin edә bilsin. Yalnız belә olduqda, tәqsirlәndirilәn şәxsә tәyin olunmuş cәza әdalәtli hesab edilә, sosial әdalәtin bәrpasını tәmin edә, tәqsirkara münasibәtdә islahedici, digәr şәxslәrә münasibәtdә isә xәbәrdaredici rolunu oynaya bilәr. Mәhkәmә kollegiyası hesab edir ki, iş üzrә birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası CM-in 8.1, 9, 41.2 vә 58.3-cü maddәlәrinin tәlәblәrinә әsasәn tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәllәrinin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, şәxsiyyәtini, әvvәllәr cinayәt mәsuliyyәtinә cәlb olunmaması, himayәsindә bir nәfәr azyaşlı uşağının olması, bәzi zәrәrçәkmiş şәxslәrә vurduğu maddi ziyanı qismәn ödәmәsi vә müsbәt xarakterizә olunmasından ibarәt cәzasını yüngüllәşdirәn halların olmasını, cәzasını ağırlaşdıran halın olmamasını, tәyin olunacaq cәzanın onun islah olunmasına vә ailә üzvlәrinin hәyat şәraitinә tәsirini, hәmçinin, tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәllәrinә olan psixi münasibәtini, hәmin әmәllәri nәticәsindә zәrәrçәkmiş şәxslәrә vurduğu maddi ziyanı tam ödәmәmәsi vә zәrәrçәkmiş şәxslәrlә barışıq әldә etmәmәsini nәzәrә alıb, hәmin Mәcәllәnin 41.2-ci maddәsindә nәzәrdә tutulmuş mәqsәdlәrin tәmin edilmәsi üçün tәqsirlәndirilәn şәxs barәsindә tәqsirli bilindiyi hәmin Mәcәllәnin 178.3.2-ci maddәsi ilә azadlıqdan mәhrum etmә cәzasını 7 il müddәtә, yәni sanksiyasında nәzәrdә tutulmuş әn aşağı hәddә yaxın müddәtә tәyin edәrkәn haqlı olmuşdur. Hәm qeyd edilәnlәrә әsasәn, hәm dә tәqsirlәndirilәn şәxs barәsindә qanunla müәyyәn edilmiş cәzadan daha yüngül cәzanın tәyin olunması vә şәrti mәhkum etmәnin tәtbiq edilmәsi üçün әsas mövcud olmadığına görә mәhkәmә hökmünün tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәzanın ağırlaşdırılması vә ya yüngüllәşdirilmәsi ilә bağlı dәyişdirilmәsinә әsas yoxdur. Belәliklә, müdafiәçinin verdiyi apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Mәhkәmә kollegiyası göstәrilәnlәrә әsasәn belә nәticәyә gәlir ki, müdafiәçinin verdiyi apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 vә 410-412-ci maddәlәrini rәhbәr tutaraq, Q Ə R A R A A L D İ: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi1 verdiyi apellyasiya şikayәti tәmin edilmәsin. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası CPM-in 408-412-ci maddәlәrindә nәzәrdә tutulmuş qaydada vә müddәtlәrdә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-726/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-726/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver