Məhkəmə qərarları › İş №1(3-6)-731/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-731/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-731/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mәmmәdov Habil Çingiz oğlunun sәdrliyi vә mәruzәsi ilә, Hüseyn Cavid Vaqif oğlu vә Əliyev Emin Zöhrab oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi X2, dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә Idarәnin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X3, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә, mәhkum edilmiş Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun, müdafiәçilәri “Arbitrium” Vәkil Bürosunun vәkili Mәmmәdova Sevil Vahid qızının vә Bakı şәhәri Mәrkәz Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündәn mәhkum edilmiş Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun müdafiәçisi Mәmmәdova Sevil Vahid qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Bakı şәhәri, Az1073, Zahid Xәlilov küçәsi, 540-cı mәhәllә) açıq mәhkәmә iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilә ## #### 1986-cı il tarixdә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, evli, himayәsindә 02 (iki) azyaşlı uşağı olan, orta tәhsilli, mәhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şәhәri, Binәqәdi rayonu, Binәqәdi qәsәbәsi, Mәdәn küçәsi 93 ünvanında yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmәklә hazırda Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtin Umbakı Penitensiar Müәssisәsindә saxlanılan Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәdilmәsindә tәqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi, Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun ibtidai hәbs müddәti, yәni hazırki iş üzrә tutulduğu vә hәbsdә saxlanıldığı müddәt cәzaçәkmә müddәtinә daxil edilmәklә cәzaçәkmә müddәtinin әvvәli onun hazırkı iş üzrә tutulduğu ## ####### 2024-cü il tarixdәn hesablanması, Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun barәsindә seçilmiş “hәbs” qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk qüvvәsindә saxlanılması, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu ona tәyin edilәn azadlıqdan mәhrumetmә cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, iş üzrә zәrәrçәkmiş şәxs vә mülki iddiaçıZәrәrçәkmiş şәxs Sәlim oğlunun mülki iddiasının qismәn tәmin edilmәsi, maddi zәrәrin әvәzi kimi 67.500 (altmış yeddi min beş yüz) manat, mәnәvi zәrәrin әvәzi kimi 1.000 (bir min) manat vә ödәnilmiş 388,80 (üç yüz sәksәn sәkkiz manat sәksәn qәpik) mәblәğindә dövlәt rüsumu olmaqla, ümumilikdә 68.888,80 (altmış sәkkiz min sәkkiz yüz sәksәn sәkkiz manat sәksәn qәpik) manat pul vәsaitinin tәqsirlәndirilәn şәxs vә mülki cavabdeh Mәhәrrәmov Ceyhun Baxşәli olundan tutularaq zәrәrçәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs Sәlim oğluna ödәnilmәsi hökm edilmişdir. Hökmlә hәmçinin maddi sübut mәsәlәsi hәll edilmişdir. Işin halları: Mәhkәmә tәrәfindәn müәyyәn edilmişdir ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin xeyli vә külli miqdarda әmlakını әlә keçirmәklә dәlәduzluq etmişdir. Belә ki, o, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin külli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә tanışı Zәrәrçәkmiş şәxs Sәlim oğlunun maddi imkanlı olmasını bilib onun etibarından sui-istifadә edәrәk guya bir neçә nәqliyyat vasitәsinin satın alınaraq taksi xidmәti fәaliyyәtinә cәlb etmәklә birlikdә yüksәk qazanc әldә edәcәklәrinә dair yalan vәd verib onu inandırmaqla aldadaraq, bu adla 2024-cü ilin fevral ayının әvvәllәrindәn 2024-cü ilin mart ayının ortalarınadәk olan tarixlәrdә ümumilikdә onun 67.500 manat mәblәğindә pul vәsaitini hissә-hissә olmaqla, әlbәәl Bakı şәhәri, Nәsimi Rayonu, Xan Şuşinski küçәsindә yerlәşәn “Bazarstore” marketinin qarşısında vahid niyyәtlә әhatә olunan qәsdlә alıb әlә keçirәrәk verdiyi vәdә әmәl etmәyib zәrәrçәkmış şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğluna külli miqdarda maddi ziyan vurmaqla ona qarşı dәlәduzluq etmişdir. Bundan başqa, Ceyhun Mәhәrrәmov tәkrarәn etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin xeyli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә tanışı Zәrәrçәkmiş şәxs Sәlim oğlunun maddi imkanlı olmasını bilib etibarından sui-istifadә edәrәk onun barәsindә guya Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindә mövcud olmayan araşdırmanın aparılmasına vә hәmin araşdırmanın qeyd olunan Baş Idarәdә yüksәk vәzifәdә işlәyәn tanışları vasitәsilә hәll olunmasına kömәklik göstәrәcәyinә dair yalan vәd verib onu aldadaraq, bu adla 2024-cü ilin iyun ayının sonlarında 8000 manat mәblәğindә pul vәsaitini әlbәәl Bakı şәhәri, Nәrimanov rayonu, Ə.Dәmirçizadә küçәsi, 7 ünvanında yerlәşәn Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin yaxınlığında alıb әlә keçirәrәk zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğluna xeyli miqdarda maddi ziyan vurmaqla ona qarşı tәkrar dәlәduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Hәmin hökmdәn mәhkum olunmuş Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun müdafiәçisi Mәmmәdova Sevil Vahid qızı apellyasiya şikayәti verәrәk, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün lәğv olunmaqla ona bәraәt verilmәsi barәdә hökm qәbul edilmәsini vә ya bu mümkün olmadıqda Cinayәt Mәcәlәsinin daha yüngül maddәsinә tövsif olunmaqla Tәqsirlәndirilәn şәxs azadlıqdan mәhrum etmә ilә bağlı olmayan cәza tәyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, dәlәduzluq cinayәti aldatma vә ya etibardan sui istifadә etmә yolu ilә törәdilir vә әmlak sahibi öz әmlakını vә ya ona olan hüququnu başqa şәxslәrә yalan vәdlәrin tәsiri altında könüllü surәtdә verir. Lakin iş materiallarının heç birindә tәqsirlәndirilәn şәxsin әvvәldәn aldatmaq niyyәti daşıması sübuta yetirilmir. Əksinә, iş materiallarından görünür ki, tәrәflәr arasında yaranmış münasibәtlәr öhdәliklәrin icrası, avtomobilin alınması, taksi fәaliyәti, pulun qaytarılması, müәyyәn razılaşmaların icrası ilә bağlı olmuş, faktiki olaraq mülki-hüquqi xarakter daşımışdır. Belә ki, mәhkәmәnin hökmü mәhkәmә istintaqı zamanı әldә edilmiş sübutlara әsasәn çıxarılmalı olsa da Tәqsirlәndirilәn şәxs tәqsirli bilinmәsinә dair Bakı Ağır Cinayәtlәr mәhkәmәsinin hökmü әsasın cinayәt işinin ibtidai istintaqı zamanı toplanmış sübutlara әsaslanıb çıxarılmışdır. Cinayәt işinin ibtidai istintaqı zamanı hüquqlarını müdafiә etdiyi Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsdәn birgә iş qurmaq adı ilә ümumilikdә 45000 manat pul alması barәdә ifadә vermiş, onların qurduqları iş ikinci әl avtomobil alıb taksi fәaliyyәti ilә mәşğul olunması üçün icarәyә vermәkdәn ibarәt olmuşdur. Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vәd vermişdi ki, sonuncu avtomobil alınması üçün ona pul versin, o da hәmin pula ucuz qiymәtә ikinci әl avtomobil alıb müxtәlif sürücülәrә icarәyә verilmәsini tәşkil etsin. Zәrәrçәkmiş şәxs Tәqsirlәndirilәn şәxs tәklifi ilә razılaşıb ona hissә-hissә pul vermiş, Tәqsirlәndirilәn şәxs da Zәrәrçәkmiş şәxs vә sonuncunun qohumlarının adına 04 әdәd avtomobil alıb rәsmilәşdirmiş vә hәmin avtomobilәrin taksi fәaliyyәti ilә mәşğul olunması üçün icarәyә verilmәsini tәşkil etmişdir. Hәmin avtomobilәrin taksi fәaliyyәti ilә mәşğul olması üçün icarәyә verilmәsindәn әldә olunan pul vәsaitlәri Zәrәrçәkmiş şәxs vә sonuncunun övladlarına verilmişdir, bu iş materialarına әlavә edilmiş bank kartlarından çıxarışlarla da sübut olunmuşdur. Bu da onu sübut edir ki, Tәqsirlәndirilәn şәxs Zәrәrçәkmiş şәxs qarşı dәlәduzluq etmәk niyyәti olmamışdır. Çünki, Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2015-ci il tarixli Qәrarının 5-ci bәndindә göstәrilmişdir ki, “mәhkәmәlәrә izah edilsin ki, şәxs әmlakı (әmlaka olan hüququ) әldә edәrәk onların verilmәsinin şәrtlәri ilә bağlı öhdәliklәri yerinә yetirmәk niyyәtindә olmadıqda vә nәticәdә zәrәr çәkmiş şәxsә maddi zәrәr vurulduqda, onun әmәli o halda dәlәduzluq kimi qiymәtlәndirilir ki, tәqsirkarın özgә әmlakının talanmasına vә ya әmlaka olan hüquqa yiyәlәnmәsinә yönәlmiş niyyәti hәmin әmlakı vә ya әmlaka olan hüququ әldә edәnәdәk yaranmış olsun.” Işin konkret halarından vә әldә olunmuş sübutlardan görünür ki, hüquqlarını müdafiә etdiyi Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs aldatmaq niyyәti olmamış, o, Zәrәrçәkmiş şәxs verdiyi vәdi yerinә yetirmiş, bunu Zәrәrçәkmiş şәxs özü dә görmüşdür. Lakin Azәrbaycan Respublikasının bәzi qanunvericilik aktlarında dәyişiklik edilmәsindәn sonra 2006-cı ildәn köhnә olan avtomobilәrin taksi fәaliyyәti ilә mәşğul olmasına icazә verilmәmәsindәn sonra onların arasında olan razılaşma pozulmuş, hәmin dәyişiklikdәn sonra alınmış avtomobilәrә tәlәbat olmadığından qiymәtlәri kәskin şәkildә azaldılmış, aralarında olan razılaşmaya әsasәn hәmin avtomobilәr satılaraq pulunun bir hissәsi Zәrәrçәkmiş şәxs verilmiş, digәr hissәsi ilә avtomobilәrin servis xәrclәrinә sәrf edilmişdir, hәtta hәmin avtomobilәrin satılmasının heç birindә Tәqsirlәndirilәn şәxs iştirak etmәmiş, birini zәrәrçәkmiş şәxsin özü, digәrini isә Tәqsirlәndirilәn şәxs taksi fәaliyyәti ilә mәşğul olması üçün sürücü tapan şәxs satmışdır. Bu da Tәqsirlәndirilәn şәxs әmәlindә dәlәduzluq cinayәtinin tәrkibinin olmamasına dәlalәt edir. Bundan başqa mәhkәmәnin hökmü ancaq zәrәrçәkmiş şәxsin ifadәsinә әsaslanmaqla çıxarılmışdır. Belә ki, zәrәrçәkmiş şәxsin tәqsirlәndirilәn şәxsә 67500 manat vә 8000 manat pul vermәsini zәrәçәkmiş şәxsin ifadәsindәn başqa heç bir şeylә sübut olunmamışdır. Zәrәrçәkmiş şәxs ifadәsindә 5 әdәd avtomobil alınmasını nәzәrdә tutub 67500 manat pul vermәsini bildirsә dә faktiki olaraq hüquqlarını müdafiә etdiyi Tәqsirlәndirilәn şәxs cәmi 45000 manat pul verilmişdir, düşünürәm ki, zәrәrçәkmiş şәxsin ifadәsindә mәblәği 67500 manat göstәrmәkdә mәqsәdi Tәqsirlәndirilәn şәxs daha ağır cәzaya layiq görülmәsinә nail olmaq olmuşdur. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 351.2-ci maddәsindә göstәrilmişdir ki, mәhkәmәnin ittiham hökmü ehtimalara әsaslana bilmәz vә yalnız mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin tәqsiri sübuta yetirildiyi halda çıxarılır. Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinmәasinә dair hökm zәrәrçәkmiş şәxsin ifadәsinә vә mәhku çıxarmış hakimlәrin ehtimalarına әsasın çıxarılmışdır. Ona görә dә hesab edirik ki, tәqsirlәndirilәn şәxsin әmәlindә cinayәt tәrkibi yoxdur, öz vәdinә әmәl etdiyi üçün ona bәraәt verilmәlidir, bәraәt verilmәmәsi halında isә ehtimalarla pis halda onun әmәli Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.2 vә 178.2.4-cü maddәlәrinә tövsif edilmәlidir. Tәqsirlәndirilәn şәxs elan edilmiş ittihamın ikinci hissәsindә onun zәrәrçәkmiş şәxsdәn 8.000 manat pul alması göstәrilmişdir. Lakin bu da yuxarıda qeyd etdiyi kimi ancaq zәәrçәkmiş şәxsin ifadәsinә әsaslanmış, digәr sübutlarla öz tәsdiqini tapmamışdır. Tәrәflәrin münasibәti kommersiya xarakterlidir. Bundan başqa Tәqsirlәndirilәn şәxs da mәhkәmәdә avtomobilәrdәn 4 avtomobilin yalnız biri zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs mәxsus olduğunu, digәrlәrini isә birinin Zәrәrçәkmiş şәxs qızının olmasını, 2 sinin isә Zәrәrçәkmiş şәxs oluna mәxsus olmasını bildirmişdir. Hәtta işә әlavә edilmiş bank hesablarından görünür ki, Tәqsirlәndirilәn şәxs bir avtomobilin pulunu Zәrәrçәkmiş şәxs qızına mәxsus karta göndәrmişdir. Zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş suala cavab olaraq, qeyd olunan mәblәğin hamısının ona yox, bir hissәsinin ona aid olmasını qalan hissәsinin isә ailә üzvlәrinә mәxsus olmasını bildirmişdir. Lakin işi aparan ibtidai istintaq orqanı vә zәrәrçәkmiş şәxs qәsdәn hәmin mәblәğlәri bir şәxsә mәxsus olmasını göstәrmәklә, şәxsә qarşı Azәrbaycan Respublikasının Cinayәt Mәcәlәsinin daha ağır maddәsi ilә ittiham elan edilmişdir. Bundan başqa Tәqsirlәndirilәn şәxs guya Zәrәrçәkmiş şәxs hüquq mühafizә orqanlarının adından 8000 manat pul almışdır. Mәhkәmә zalında tәrәflәrin bu barәdә dediklәrinә әssasәn Zәrәrçәkmiş şәxs zәng edәn şәxs Ədalәt olmuşdur. Bundan Ceyhunun xәbәri olmamışdır. Zәrәrçәkmiş şәxs Tәqsirlәndirilәn şәxs digәr әsasla şikayәt edәrkәn aralarında olan hәmin münasibәtin yalnız iş münasibәtlәri olduğunu, buna görә Tәqsirlәndirilәn şәxs qarşı hәr hansı cinayәt işi açılmayacağını bildiyi üçün belә bir epizod әlavә etmәklә şikayәt vermişdir. Lakin hәmin epizod üzrә heç bir subut yoxdur. Yalnız iş üzrә şahid Ədalәt bunu tәsdiq edir, hәmin epizod üzrә Tәqsirlәndirilәn şәxs bәraәt verilmәli vә şahid2 özü Cinayәt Mәcәlәsinin müvafiq maddәsi ilә istintaqa cәlb edilmәlidir. Ittiham olunduğu mәblәğlәrin heç bir halda tәsdiqi yoxdur. Bu barәdә 1 şahid belә yoxdur. Şifahi bәyanatlar cinayәt tәrkibi üçün yetәrli sübut hesab edilә bilmәz. Öhdәliyin icra edilmәmәsi cinayәt mәsuliyyәti yaratmır (AIHM – “Grida v. Romania”). Hökmdәn dövlәt ittihamçısı apellyasiya protesti vә zәrәrçәkmiş şәxs apellyasiya şikayәti vermәmişdir. Apellyasiya şikayәtinә qarşı yazılı etiraz verilmәmişdir. Proses iştirakçılarının çıxışları: Mәhkәmә kollegiyasının iclasında çıxış edәn mәhkum edilmiş Mәhәrrәmov Ceyhun Baxşәli oğlu vә onun müdafiәçilәri verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk, mәhkәmә kollegiyasından apellyasiya şikayәtinin tәmin edilmәsini, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün lәğv edilmәsini vә bәraәt verilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında çıxış edәn dövlәt ittihamçısı X3 vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә verilmiş apellyasiya şikayәtinin dәlillәrini әsassız hesab edәrәk, şikayәtin tәmin edilmәmәsini, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün qanuni vә әsaslı olduğundan dәyişdirilmәdәn saxlanılmasını xahiş etdilәr. Işin hüquqi məsələləri: Apellyasiya şikayәtinin dәlillәri ilә әlaqәdar оlaraq mәhkәmә kоllegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin nоrmalarının tәtbiq edilmәsinin düzgünlüyünü yохlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsindә göstәrilir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin nоrmalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya prоtestinin dәlillәrindәn asılı оlmayaraq yохlanılır. Qeyd edilәn prosessual normaların mәnasına görә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlә, işin faktiki halları yalnız apellyasiya tәlәbi ilә bağlı olan hissәdә yәni apellyasiya tәlәbinin tәsdiq vә ya tәkzib edilmәsi zәrurәti ilә әlaqәdar yoxlanılır. Burada işin faktiki halları dedikdә, konkret cinayәt әmәli üzrә sübut edilmәli olan vә mәhkәmәnin hökmünün vә ya başqa qәrarının qәbul edilmәsi üçün mühüm әhәmiyyәt kәsb edәn xüsusatların mәcmusu başa düşülmәlidir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununun vә Cinayәt Prosessual Mәcәllәsinin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılması o demәkdir ki, hökmün vә ya qәrarın qanuni vә әsaslı olmasını yoxlayarkәn apellyasiya instansiya mәhkәmәsi qanunla müәyyәn edilmiş hüquqları hәddindә apellyasiya şikayәti vә apellyasiya protestindә göstәrilib-göstәrilmәmәsindәn asılı olmayaraq, birinci instansiya mәhkәmәsinin tәtbiq etdiyi cinayәt vә cinayәt-prosessual hüquq normalarının, habelә bu normalarla bağlı olaraq başqa hüquq sahәlәrinә aid normaların düzgün tәtbiq edilib edilmәmәsini yoxlamalıdır. Başqa sözlә apellyasiya instansiya mәhkәmәsi mәhkәmә baxışı zamanı hüquq mәsәlәsini hәr bir halda vә tam hәcmdә yoxlamalıdır. Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII bәndinә әsasәn isә mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Hәmçinin Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 8-ci maddәsinә görә cinayәt mühakimә icraatının vәzifәlәri - cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәkdәn ibarәtdir. Hökmdәn, cinayәt işinin materiallarından, apellyasiya şikayәtinin dәlillәrindәn, o cümlәdәn, mәhkum edilmiş şәxsin, müdafiәçinin apellyasiya baxışı zamanı şikayәtin dәlillәri barәdә çıxışlarından görünür ki, cinayәt әmәlinin sübut olunmaması әsası ilә şәxsә bәraәt verilmәsi xahiş edilir. Birinci instansiya mәhkәmәsi ittiham hökmü çıxararkәn aşağıdakı sübutları tәdqiq etmişdir. Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş Zәrәrçәkmiş şәxs Sәlim oğlunun Daxili Işlәr Nazirliyinin Kibercinayәtkarlıqla Mübarizә Baş Idarәsinә ünvanladığı ##.##.2024-cü il tarixli, 6/1 Q-9085/24 nömrәli әrizәsindәn görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu müxtәlif yalan vәdlәr verәrәk aldatma yolu ilә hissә-hissә olmaqla pul vәsaitini әlә keçirmәsi barәdә mәlumat vermişdir. (Cild 1, iş vәrәqi 12; 26) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-1342 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Quliyev Sәlim Emil oğlu hәmin tarixdә Ban nömrәsi JTDKB20U077550091 olan 2006-cı il buraxılışlı “Toyota Prius” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Mәhәrrәmov Ceyhun Baxşәli oğluna vermişdir. (Cild 1, iş vәrәqi 15) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-8815 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu hәmin tarixdә Ban nömrәsi JTDKB20U077550091 olan 2006-cı il buraxılışlı “Toyota Prius” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Bayramov Ədalәt Namiq oğluna vermişdir. (Cild 1, iş vәrәqi 16-17). Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-2873 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Quliyeva Kәmalә Elçin qızı hәmin tarixdә Ban nömrәsi JTDKB20U187706608 olan 2007-ci il buraxılışlı “Toyota Prius” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Mәhәrrәmov Ceyhun Baxşәli oğluna vermişdir. (Cild 1, iş vәrәqi 18) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-9415 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu hәmin tarixdә Ban nömrәsi JTDKB20U187706608 olan 2007-ci il buraxılışlı “Toyota Prius” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Bayramov Ədalәt Namiq oğluna vermişdir. (Cild 1, iş vәrәqi 19-20) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-3670 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Əkbәrova Zәrifә Emil qızı hәmin tarixdә Ban nömrәsi JTDKB20U087695116 olan 2007 ci il buraxılışlı “X1” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Mәhәrrәmov Ceyhun Baxşәli oğluna vermişdir. (Cild 1, iş vәrәqi 21) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-4144 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu hәmin tarixdә Ban nömrәsi JTDKB20U087695116 olan 2007-ci il buraxılışlı “X1” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Bayramov Ədalәt Namiq oğluna vermişdir. (Cild 1, iş vәrәqi 22-23) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli, 7E-571 nömrә ilә reyestrdә qeydiyyatdan keçәn “xxxx” görünür ki, Zәrәrçәkmiş şәxs Sәlim oğlu hәmin tarixdә Ban nömrәsi JTDKB20U387702091 olan 2007 ci il buraxılışlı “X1” markalı avtomobilә dair sәrәncam vermәk vә digәr hәrәkәtlәri etmәk sәlahiyyәti verәn etibarnamәni Mәhәrrәmov Ceyhun Baxşәli oğluna vermişdir. (Cild 1, iş vәrәqi 24) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ####### 2024-cü il tarixli “Zәrәrçәkmiş şәxs qismindә tanınma haqqında” qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs Sәlim oğlu hәmin tarixdә zәrәrçәkmiş şәxs qismindә tanınmışdır.(Cild 1, iş vәrәqi 50-51) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ####### 2024-cü il tarixli “şübhәli şәxsin tutulması haqqında” qәrar vә protokoldan görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә şübhәli şәxs kimi tutulmuşdur. (Cild 1, iş vәrәqi 71; 73) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2024-cü il tarixli üzlәşdirmә protokolundan görünür ki, hәmin tarixdә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlu ifadәsindә göstәrdiklәrini şübhәli şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun üzünә qarşı demişdir. (Cild 1, iş vәrәqi 85-89) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ####### 2024-cü il tarixli “Tәqsirlәndirilәn şәxs qismindә cәlb etmәk vә ittiham elan etmәk haqqında” qәrardan görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu hәmin tarixdә Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmәklә ona hәmin maddә ilә ittiham elan olunmuşdur. (Cild 1, iş vәrәqi 97-98) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qәrarından görünür ki, hәmin tarixdә Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun barәsindә әvvәli ## ####### 2024-cü il tarixdәn hesablanmaqla 04 (dörd) ay müddәtinә hәbs qәtimkan tәdbiri seçilmiş, hәmin mәhkәmәnin ##.##.2025-ci il tarixli, 4(005)-142/2025 nömrәli qәrarına әsasәn hәbs qәtimkan tәdbiri ##.##.2025-ci il tarixәdәk, hәmin mәhkәmәnin ##.##.2025-ci il tarixli, 4(005)-414/2025 nömrәli qәrarına әsasәn isә ##.##.2025-ci il tarixәdәk uzadılmışdır. (Cild 1, iş vәrәqi 117-121; 243-247; Cild 2, iş vәrәqi 134 138) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ####### 2024-cü il tarixli “Mobil telefona baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, baxış zamanı qeyd olunan mobil telefonda iş üzrә әhәmiyyәt kәsb edәn hal kimi “WA Business” mobil tәtbiqindә söhbәtlәr bölmәsindә “Sevinc” adı ilә qeyd olunan ***-***-**-** saylı mobil nömrәdәn Ceyhun Mәhәrrәmova polis formasında sonuncunun fotos әklinin göndәrilmәsi aşkarlanmış, aparılmış araşdırma ilә ***-***-**-** saylı mobil nömrәnin tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Bәxşәli oğlunun arvadı Mәhәrrәmova Sevinc Müseyib qızına mәxsus olması müәyyәn edilmişdir. Bundan başqa, baxış zamanı polis formasında olan hәmin fotos әklin Sevinc Mәhәrrәmova tәrәfindәn Ceyhun Mәhәrrәmova göndәrilmәsindәn әvvәl sonuncu “Sevinc, polis formasında var mәnim o şәklim qalmışdı da sәndә. Bir dәnә onu göndәr dә mәnә.” mәzmununda sәsli mesaj ilә yoldaşı Sevinc Mәhәrrәmova müraciәt etmәsi aşkar edilmişdir. (Cild 1, iş vәrәqi 128) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ####### 2024-cü il tarixli “Maddi sübut hesab edilmәsi haqqında” qәrardan görünür ki, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlundan götürülmüş “OPPO A58” markalı mobil telefon maddi sübut hesab edilmiş vә mәhkәmәnin qanuni minmiş hökmü ilә tәyinatı mәsәlәsi hәll edilәnәdәk saxlanılmasından ötrü Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Baş Idarәsinin Maddi sübutları saxlama yerinә tәhvil verilmişdir. (Cild 1, iş vәrәqi 132) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Əmәliyyat Statistik vә Informasiya Idarәsinin ##.##.2024-cü il tarixli tәlәbnamәsindәn görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun әvvәllәr mәhkumluğu olmamışdır. (Cild 1, iş vәrәqi 161) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2024-cü il tarixli “Sms mәlumatına baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğluna mәxsus 055-777-14-40 vә ***-***-**-** saylı mobil nömrәlәrә dair “xxxx” MMC-dәn götürülmüş SMS mәlumat tarixçәsinә baxış zamanı iş üzrә әhәmiyyәt kәsb edәn mәlumat aşkarlanmamışdır. (Cild 1, iş vәrәqi 164) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2024-cü il tarixli “Bank kartından çıxarışlara dair CD diskә baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğluna mәxsus “xxxx” ASC-dәn götürülmüş bank kartından çıxarışa vә әlavә edilmiş CD diskә baxış zamanı iş üzrә әhәmiyyәt kәsb edәn hәr hansı hal aşkarlanmamışdır. (Cild 1, iş vәrәqi 180) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2025-ci il tarixli üzlәşdirmә protokolundan görünür ki, hәmin tarixdә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlu ifadәsindә göstәrdiklәrini tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun üzünә qarşı demişdir. (Cild 1, iş vәrәqi 205-209) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2025-ci il tarixli üzlәşdirmә protokolundan görünür ki, hәmin tarixdә şahid Bayramov Ədalәt Namiq oğlu ifadәsindә göstәrdiklәrini tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun üzünә qarşı demişdir. (Cild 1, iş vәrәqi 215-218) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ##.##.2025-ci il tarixli üzlәşdirmә protokolundan görünür ki, hәmin tarixdә şahid Ağabәyov Rәşad Arif oğlu ifadәsindә göstәrdiklәrini tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun üzünә qarşı demişdir. (Cild 1, iş vәrәqi 229-232) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2025-ci il tarixli “Bank kartından çıxarışlara dair CD diskә baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, “xxxx” ASC-dәn götürülmüş çıxarışdan ibarәt olan 01 әdәd CD diskә baxış zamanı zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlunun istifadәsindә “5522 0993 6484 8754” nömrәli plastik bank kartının olduğu müәyyәn edilmişdir. (Cild 1, iş vәrәqi 250) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2025-ci il tarixli “Bank kartından çıxarış vә DVD diskә әlavә baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu özünә mәxsus olan 409858******9787 bank kartından Zәrәrçәkmiş şәxs Sәlim oğluna mәxsus 552209******8754 nömrәli bank kartına ##.##.2024cü il tarixdә ümumilikdә 135 (yüz otuz beş) AZN mәblәğindә (80 + 55 AZN), ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024 cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 80 (sәksәn) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 220 (iki yüz iyirmi) AZN mәblәğindә (110 + 110 AZN), ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğlәrdә pul vәsaiti köçürmüşdür. (Cild 2, iş vәrәqi 1-3) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2025-ci il tarixli “Bank kartından çıxarış vә DVD diska әlavә baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu özünә mәxsus bank kartından Zәrәrçәkmiş şәxs Sәlim oğluna mәxsus bank kartına ##.##.2025-ci il tarixdә ümumilikdә 25 (iyirmi beş) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 25 (iyirmi beş) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 220 (iki yüz iyirmi) AZN mәblәğindә (110 + 110 AZN), ##.##.2024-cü il tarixdә ümumilikdә 85 (sәksәn beş) AZNmәblәğindә,##.##.2024-cü il tarixdә ümumilikdә 85 (sәksәn beş) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024 cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 110 (yüz on) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 165 (yüz altmış beş) AZN mәblәğindә (55 + 55 + 55 AZN), ##.##.2024-cü il tarixdә ümumilikdә 55 (әlli beş) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 2300 (iki min üç yüz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 1000 (bir min) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 1600 (bir min altı yüz) AZN mәblәğindә (1000 + 600 AZN) pul vәsaitlәri köçürmüş, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu özünә mәxsus bank kartından Əkbәrova Zәrifә Emil qızına mәxsus bank hesabına ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 60 (altmış) AZN mәblәğindә (30 + 30 AZN), ##.##.2024cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 150 (yüz әlli) AZN mәblәğindә (30 + 30 + 30 + 30 + 30 AZN), ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 30 (otuz) AZN mәblәğindә, ##.##.2024-cü il tarixdә ümumilikdә 55 (әlli beş) AZN mәblәğindә pul vәsaitlәri köçürmüşdür. (Cild 2, iş vәrәqi 41-42) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2025-ci il tarixli “Bank kartından çıxarışlara dair CD diskә baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğluna mәxsus bank kartlarına dair әldә edilmiş “xxxx” ASC-dәn götürülmüş çıxarışdan ibarәt olan 01 әdәd CD diskә baxış zamanı iş üzrә әhәmiyyәtә malik hәr hansı hal aşkarlanmamışdır. (Cild 2, iş vәrәqi 58) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## ###### 2025-ci il tarixli “Bank kartından çıxarışlara dair CD diskә baxış keçirilmәsi haqqında” protokoldan görünür ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlunun övladı Əkbәrova Zәrifә Emil qızına mәxsus bank kartlarına dair әldә edilmiş “xxxx” ASC-dәn götürülmüş çıxarışdan ibarәt olan 01 әdәd CD diskә baxış zamanı iş üzrә әhәmiyyәtә malik hәr hansı hal aşkarlanmamışdır. (Cild 2, iş vәrәqi 81) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## #### 2025-ci il tarixli “Sübutların qiymәtlәndirilmәsi haqqında” qәrardan görünür ki, tәqsirlәndirilәn şәxsin, zәrәrçәkmiş şәxsin, şahid ifadәlәri, üzlәşdirmә protokolları, bank mәlumatlarından çıxarışlara dair “xxxx” ASC vә “xxxx” ASC-dәn daxil olmuş 02 әdәd CD disk, Ceyhun Mәhәrrәmova mәxsus 01 әdәd “OPPO A58” markalı mobil telefon vә digәr istintaq sәnәdlәri sübut növü kimi qiymәtlәndirilmişdir. (Cild 2, iş vәrәqi 84-104) Mәhkәmә iclasında elan olunmaqla tәdqiq edilmiş ## #### 2025-ci il tarixli “Tәqsirlәndirilәn şәxsә yenidәn ittiham elan edilmәsi haqqında” qәrardan görünür ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlu Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә yenidәn tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmәklә ona hәmin maddә ilә yenidәn ittiham elan olunmuşdur. (Cild 2, iş vәrәqi 107-108) Mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ifadәsindә bildirmişdir ki, o, 2015-ci ildә Gәnclәr vә Idman Nazirliyindә işlәdiyi dövrdә Ceyhun Mәhәrrәmovu sürücü kimi işә götürmüşdür. Ceyhun Mәhәrrәmov tәxminәn 1 il müddәtindә onun yanında işlәdikdәn sonra işdәn ayrılmış, lakin aralarındakı әlaqә davam etmişdir. Ceyhun Mәhәrrәmov sonradan ona Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindә işә düzәldiyini bildirmiş vә tez tez işin ağırlığından şikayәt edәrәk işdәn çıxmaq istәdiyini söylәmişdir. Daha sonra Ceyhun Mәhәrrәmov ona zәng edәrәkişdәnçıxdığını vә yenidәn onun yanında işlәmәk istәdiyini söylәmiş, buna ehtiyac olmasa da, o, sonuncunu işә qәbul etmiş, hәmin dövrdә artıq şәxsi inşaat şirkәti vә kifayәt qәdәr işçisi mövcud olmuşdur. Buna baxmayaraq, o, Ceyhun Mәhәrrәmova iş öyrәdilmәsi üçün tapşırıq vermişdir. Ceyhun Mәhәrrәmov ona taksi biznesi ilә mәşğul olmağı tәklif etdikdә, әvvәlcә tәrәddüd etsә dә, sonradan razılaşmış, Ceyhun Mәhәrrәmov bu mәqsәdlә ümumilikdә 5 avtomobil alındığını, hәr avtomobilin gündә tәxminәn 30-35 manat gәlir gәtirәcәyini ona demiş, axırıncı avtomobil alınarkәn Ceyhun Mәhәrrәmov Baş Dövlәt Yol Polisi Idarәsindә olan zaman zәng etib avtomobili arvadının adına rәsmilәşdirmәk istәdiyini söylәdikdә, etibar edib razılıq vermişdir. O, ümumilikdә avtomobillәrin alınması üçün Ceyhun Mәhәrrәmova 67500 manat pul vermiş, bundan әlavә, Ceyhun Mәhәrrәmovun lombarddan qızılları çıxarmaq bәhanәsi ilә ondan 1700 manat, habelә başqa mәblәğlәr dә almış vә hәmin mәblәğlәri qaytarmamışdır. Daha sonra isә ona Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindәn guya zәng edilәrәk 8000 manat tәlәb olunmuş, lakin sonradan bu zәngin hәqiqәtә uyğun olmadığını vә Ceyhun Mәhәrrәmov tәrәfindәn aldadıldığını anlamışdır. Nәticәdә Ceyhun Mәhәrrәmov ümumilikdә onun 79600 manat pulunu әlә keçirmişdir. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlu ifadәsindә hәmçinin bildirmişdir ki, o, 67500 manat pulu avtomobillәrin alınması mәqsәdilә Ceyhun Mәhәrrәmova vermiş, avtomobillәri yalnız fotoşәkillәr vasitәsilә görmüş vә hәmin mәblәği 5 dәfәyә vermişdir. Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindәn zәng gәldikdәn sonra o, Ceyhun Mәhәrrәmovla әlaqә saxladıqda, sonuncu ona mәsәlәni hәll edәcәyini deyәrәk hәmin Baş Idarәyә getmәmәyi tapşırmış, sonradan Baş Idarәnin yaxınlığında görüşәrәk Ceyhun Mәhәrrәmov ondan 8000 manat pul almış, hәmin vaxt sonuncunun yanında “qaynı” kimi tәqdim etdiyi bir şәxs dә olmuşdur. O, şikayәtçidir, verdiyi pulun geri qaytarılmasını tәlәb edir. O, 67500 manat pulu 5 dәfәyә, hissә-hissә vermişdir. Pul vәsaitlәrini Ceyhun Mәhәrrәmova vermәsini tәsdiq edәn yazılı sәnәdi yoxdur. Avtomobillәr onun ailә üzvlәrinin adına rәsmilәşdirilmiş, bütün avtomobillәr Ceyhun Mәhәrrәmova baş etibarnamә әsasında vermişdir. Avtomobillәrdәn әldә olunan gәlir ailә üzvlәri arasında bölüşdürülmüş, onun razılığı vә tapşırığı ilә Ceyhun Mәhәrrәmov pulu qızı Zәrifә Quliyevanın adına olan plastik bank kartına köçürmüşdür. Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindәn Samir adlı şәxs ona zәng etmiş, hәmin şәxs Ceyhun Mәhәrrәmovun adını çәkmәmiş, zәng edәn şәxsin sәsi Ceyhun Mәhәrrәmova aid deyildir. 2024-cü ilin fevral ayından etibarәn Ceyhun Mәhәrrәmovla birlikdә taksi biznesi ilә mәşğul olmuşdur. Taksi fәaliyyәti ilә mәşğul olmaq tәklifi Ceyhun Mәhәrrәmovdan gәlmişdir. 5 avtomobil alınmış, yәni o, ümumilikdә 5 avtomobilә görә pul ödәmişdir. O, ilk dәfә 2024-cü ilin fevral ayında tәxminәn 13000 manat mәblәğindә, ikinci dәfә isә tәxminәn 2 hәftә sonra yenidәn pul vermişdir. Lakin o, hәmin mәblәği dәqiq xatırlamır. Pul vәsaitlәrini verәrkәn yanlarında başqa şәxs olmamış, avtomobillәr onun razılığı ilә digәr şәxslәrin adlarına rәsmilәşdirilsә dә, Ceyhun Mәhәrrәmova verilmiş bütün pullar ona mәxsus olmuş, ailә büdcәsini o idarә etmişdir. Ailә üzvlәrinin adına alınmış avtomobillәr dә onun vәsaiti hesabına әldә edilmiş, o, 42 il әrzindә әmәk fәaliyyәti ilә mәşğul olmaqla, kifayәt qәdәr vәsait toplamışdır. Hәm oğlunun, hәm dә qızının adına avtomobillәr almış, avtomobillәrdәn әldә olunan gәlir aylıq olaraq ailә üzvlәri arasında onun razılığı ilә bölüşdürülmüşdür. Ceyhun Mәhәrrәmova verilmiş 67500 manat mәblәğindә pulu şәxsәn özü qazanmışdır. O, 5-ci avtomobilә görә pul versә dә, Ceyhun Mәhәrrәmov hәmin vәsait әsasında avtomobil almamış, o, avtomobillәri yox, fotoşәkillәrini görmüşdür. Mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәsindә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs göstәrmişdir ki, Mәhәrrәmov Ceyhun Baxşәli oğlunu 2015-ci ildәn etibarәn tanıyır. Belә ki, 2015-2022-ci illәr әrzindә o, Azәrbaycan Respublikası Idman Nazirliyinin nәznindә fәaliyyәt göstәrәn Respublika Olimpiya Mәrkәzinin müdiri vәzifәsindә xidmәt etmişdir. 2015-2016 cı illәr әrzindә Ceyhun Mәhәrrәmov onun sürücüsü olsa da, bir il işlәdikdәn sonra sәhәtindә yaranmış narahatçılıqla әlaqәdar öz istәyi ilә işdәn azad olunmuşdur. Bir neçә müddәt keçәndәn sonra Ceyhun onunla әlaqә saxlayaraq Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә işә düzәldiyini bildirib nә vaxt lazım olsa, ona müraciәt edә bilәcәyini demişdir. Bundan sonra, növbәti illәr әrzindә Ceyhun Mәmmәdov bütün bayramlarda ona zәng edib tәbrik edәrәk ünsiyyәti davam edirmişdir. 2024-cü ilin yanvar ayında Ceyhun onunla tәkrar әlaqә saxlayaraq Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindә işlәrin ağır olması sәbәbindәn işdәn çıxmaq istәdiyini bildirib ondan özünә mәxsus şirkәtә işә götürmәyini xahiş etmişdir. O, Ceyhuna şirkәtindә boş yerlәrin olmadığını bildirsә dә, sonuncu dayanmadan onunla әlaqә saxlayıb işә götürmәyini xahiş etdiyi üçün o, mәcbur olub 2024-cü ilin yanvar ayının sonlarında Ceyhun Mәhәrrәmovu öz şirkәtinә anbardar kimi işә götürmüşdür. Ceyhun onun yanında bir müddәt işlәdikdәn sonra ona müraciәt edәrәk әlavә pul qazanmaq mәqsәdi ilә avtomobillәr alıb icarәyә verib birgә gәlir әldә edә bilәcәklәrini bildirmişdir. O, Ceyhun Mәhәrrәmovdan işin mahiyyәti barәdә soruşduqda sonuncu “Toyota Prius” markalı avtomobillәri alıb ona vermәli olduğunu, qalan işi isә özünün görәcәyini vә hәr ay ona yaxşı gәlir verәcәyini bildirmişdir. O da Ceyhunun dediklәrinә inanaraq sonuncunun mәslәhәti ilә bir әdәd qiymәtini vә qeydiyyat nişanını xatırlamadığı Toyota Prius markalı avtomobil alıb hәmin avtomobili etibarnamә әsasında Ceyhun Mәhәrrәmova vermişdir. Ceyhun avtomobili ondan tәhvil aldıqdan sonra bir avtomobillә yaxşı gәlir әldә etmәk mümkün olmayacağını deyib әlavә avtomobillәr almağı tövsiyyә etdiyindәn o, Ceyhunun dediklәrinә növbәti dәfә inanıb tәxminәn bir ay әrzindә müxtәlif vaxtlarda әlavә olaraq 04 әdәd Toyota markalı avtomobili alıb etibarnamә ilә Ceyhuna tәhvil vermişdir. Ceyhun Mәhәrrәmova verdiyi 05 әdәd avtomobilin ümumi dәyәri 67500 manat tәşkil etmişdir. Ceyhun onun etibarını qazanmaqdan ötrü iki ay әrzindә hissә-hissә olmaqla tәxminәn 5000 manat pul ödәyib hәmin pulların avtomobillәrin icarәsindәn әldә olunan pul vәsaiti olduğunu bildirib növbәti ayların pulunu isә müxtәlif yalan vәdlәr verәrәk ödәmәkdәn qәsdәn boyun qaçırmışdır. ##.##.2024-cü il tarixdә axşam saatlarında istifadәsindә olan mobil nömrәyә ***-***-**-** saylı mobil nömrәsindәn zәng gәlmişdir. O, telefona cavab verdiyi zaman onunla danışan şәxs özünü Samir kimi tәqdim edәrәk Daxili Işlәr Nazirliyinin Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşı olduğunu bildirib ondanertәsi gün Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә yaxınlaşmağını tәlәb etmişdir. O, hәmin şәxsdәn onu Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә dәvәt etmәsinin sәbәbini soruşduqda sonuncu idarәyә yaxınlaşdıqdan sonra dәvәt olunma sәbәbi barәdә mәlumat verәcәyini bildirmişdir. O da qeyd olunan idarә tәrәfindәn dәvәt olunma sәbәbini öyrәnmәk üçün hәmin idarә ilә әlaqәsi olan tәk tanışı Ceyhun Mәhәrrәmova zәng edәrәk bu barәdә ona mәlumat vermişdir. Ceyhun isә ondan hәmin idarәyә getmәmәyini, onun özünün әvvәllәr hәmin idarәdә işlәmәsi sәbәbindәn ilk әvvәl özünün gedәrәk Samir adlı әmәkdaşla danışacağını bildirmişdir. O da Ceyhunun әvvәllәr hәmin idarәdә işlәdiyini bildiyi üçün ona inanmış vә ertәsi gün onunla birlikdә sözügedәn idarәyә getmişdir. Ceyhun ondan avtomobili idarәdәn bir qәdәr kәnarda saxlamağını mәslәhәt bilib, ilk öncә özünün idarәyә gedib Samir adlı әmәkdaşla danışacağını, lazım olacağı tәqdirdә isә onu içәriyә dәvәt edәcәyini bildirmişdir. O da Ceyhun dediyi kimi edib avtomobildә oturmuşdur. Ceyhun maşından düşdükdәn sonra Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin inzibati binasına tәrәf getmiş, lakin onun hәmin idarәyә daxil olub-olmadığını görmәmişdir. Tәxminәn bir saat keçәndәn sonra Ceyhun avtomobilә geri qayıdaraq Samir adlı әmәkdaşla görüşüb söhbәt etdiyini deyib, mәsәlәnin çox ciddi olduğunu vә onun hәbs oluna bilәcәyini deyib onu qorxutmağa başlamışdır. O, Ceyhundan mәsәlәnin nәdәn ibarәt olduğunu soruşduqda sonuncu Samirin bu barәdә ona mәlumat vermәdiyini, lakin ödәniş etmәli olduğunu deyәrәk, әks tәqdirdә Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşları tәrәfindәn şәrlәnәrәk hәbs olunacağını bildirmişdir. O, Ceyhundan tәlәb olunan mәblәğ barәdә souşduqda sonuncu 50000 manat tәlәb olunduğunu, lakin bir әvvәllәr hәmin idarәdә işlәmәsi sәbәbindәn ona hörmәt edildiyini vә mәsәlәni 8000 manata hәll olunacağını bildirmişdir. O da Ceyhunun dediklәrinә inanaraq hәmin mәblәğdә pulu vermәyә dair razılıq vermişdir. Ertәsi gün o, bir neçә nәfәr tanışından hissә-hissә olmaqla ümumilikdә 8000 manat borc pul alıb Bakı şәhәri, Nәrimanov rayonu, Ə.Dәmirçizadә küçәsi * saylı ünvanın yaxınlığında Ceyhun Mәhәrrәmova vermişdir ki, sonuncu hәmin pulu Samir adlı әmәkdaşa versin. Ceyhun Mәhәrrәmov pulu ondan aldıqdan sonra Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin inzibati binasının giriş qapısından içәri daxil olmuş, lakin bir dәqiqәdәn dә az olan müddәtdә qapıdan çıxmışdır. O, Ceyhunun bu tezliklә binadan çıxdığını görüb ondan şübhәlәnәrәk dәrhal ona yaxınlaşıb pulu nә etdiyini soruşmuşdur. Ceyhun isә onu aldadaraq Samir ilә qapıda görüşdüyünü vә pulu mәhz qapıda vermәsi sәbәbindәn bu tezliklә idarәdәn çıxdığını bildirәrәk onu inandırmağa nail olmuşdur. Bir neçә gün keçәndәn sonra ona mәlum olmuşdur ki, Ceyhun onu aldadıb, ona zәng edәrәk Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә dәvәt edәn “Samir” adlı şәxs isә Ceyhunun tanışı olmuşdur. O, Ceyhunun onu aldatdığını tam şәkildә başa düşdükdәn sonra Ceyhundan avtomobillәrini geri qaytarmasını tәlәb etmәyә başlamışdır. Ceyhun isә müxtәlif yalanlar danışaraq avtomobillәri geri qaytarmaqdan imtina etmişdir. Daha sonra isә Ceyhunun ümumiyyәtlә avtomobillәrini başqa şәxslәrә sataraq 67500 manat pulu әlә keçirdiyi müәyyәn edilmişdir. Bundan başqa Ceyhun Mәhәrrәmov müxtәlif vaxtlarda ondan hissә-hissә olmaqla ümumilikdә 4.100 manat borc pul almışdır. Ümumilikdә Ceyhun Mәhәrrәmov onun etibarından sui istifadә edәrәk ondan hissә-hissә olmaqla ümumilikdә 79.600 manat pulunu dәlәduzluq yolu ilә әlә keçirmişdir. Sonuncu dәfә Ceyhun ondan Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşı “Samir” adlı şәxsә ödәmәk üçün 8.000 manat pulu Bakı şәhәri, Nәrimanov rayonu, Ə.Dәmirçizadә küçәsi * saylı ünvanın yaxınlığında almışdır. Mәhkәmәyәdәk icraat dövründә verdiyi әlavә ifadәsindә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ilkin ifadәsini tәsdiq etdiyini vә tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun vermiş olduğu әlavә ifadәsi ilә tanış olaraq hәmin ifadә ilә qismәn razı olduğunu, Ceyhun Mәhәrrәmovun ona taksi fәaliyyәtinә cәlb etmәk üçün 05 әdәd nәqliyyat vasitәsini alacağını bildirdiyini vә ondan bu adla ümumilikdә 67500 manat mәblәğindә pul aldığını, bu nәqliyyat vasitәlәrindәn birinin onun özünün, digәr 03 әdәdinin isә ailә üzvlәrinin adına rәsmilәşdirildiyini, yerdә qalan 01 әdәd nәqliyyat vasitәsinin isә Ceyhun Mәhәrrәmovun bildirdiyinә görә öz hәyat yoldaşı Mәhәrrәmova Sevinc Müseyib qızının adına rәsmilәşdirmәli olduğunu, Ceyhun Mәhәrrәmov 2024-cü ilin fevral ayından başlayaraq gündәlik, yalnız onlayn qaydada kartdan karta ona 100-120 manat mәblәğindә ödәnişlәr etmәyә başladığını vә bu vaxta qәdәr nağd şәkildә ona hәr hansı bir ödәniş etmәdiyini, hәmçinin bununla bağlı әlavә ifadәsindә nağd şәkildә ona dәfәlәrlә 2500, 4000, 1600 manat ödәniş etmәsi barәdә bildirdiyi xüsusatların tamamilә yalnış olduğunu, Ceyhun Mәhәrrәmovun yalnız ona vә qızı Əkbәrova Zәrifә Emil qızına mәxsus olan bank kartlarına ödәnişlәr etdiyini vә hәmin ödәnişlәrin qeyd etdiyi kimi 2024-cü ilin fevral ayından başlamaqla may ayının sonlarına qәdәr davam etdiyini vә qeyd etdiyi hәmin ödәnişlәrin ümumi mәblәğinin 8000 manat tәşkil etdiyini, lakin iyun ayının başlanğıcından etibarәn vә qeyd etdiyi ümumi mәblәğdәn әlavә Ceyhun Mәhәrrәmov ona hәr hansı formada ödәniş etmәyi dayandırdığını, onun isә artıq hәmin әrәfәlәrdә maddi sıxıntılarının yaranmağa başladığı üçün Ceyhun Mәhәrrәmova taksi fәaliyyәtinә cәlb etdiyi maşınları satmasını vә onun pulunu qaytarmasını tәklif etdiyini, sonuncunun isә müxtәlif bәhanәlәr gәlәrәk bundan yayındığını vә 2024-cü ilin iyun ayında da avtomobillәri taksi xidmәti fәaliyyәti üçün istifadә edib sonra satmağa onu razı salıb avtomobillәrin satılmasını yubatmağa başladığını, lakin Ceyhun ilә әvvәldәn aralarında olan razılaşmaya görә hәr ayın 17-dә ona avtomobillәrin aylıq ödәnişini vermәli olduğunu vә 2024 cü ilin iyun ayı üçün dә ödәnişin edilmә vaxtı yaxınlaşdığını, bu әrәfәdә onun Ceyhun ilә mütәmadi әlaqә saxlamağa vә ona ödәnişin vaxtının yaxınlaşdığını bildirmәyә başladığını, Ceyhun Mәhәrrәmovun 2024-cü ilin iyun ayının ortalarında aralarında olan telefon danışıqlarının birindә Bakıda olmadığını vә dәqiq xatırlamadığı rayonların birindә qәzaya düşdüyünü, buna görә dә hәmin ay üçün ödәnişi ona tanışı Rәşad adlı şәxsin edәcәyini bildirdiyini, sonuncunun mobil nömrәsini ona “WhatsApp” ani mesajlaşma tәtbiqi vasitәsilә göndәrdiyini vә avtomobillәri dә onun alacağını bildirdiyini, onun da bu danışıqlarından sonra tәxminәn bir hәftә gözlәdiyini, bundan sonra Ceyhun Mәhәrrәmovun Bakıya qayıtdığını vә onunla görüşdüyünü, bu görüş zamanı tanışı olan Rәşad adlı şәxsin onu aldadıb vә avtomobillәri onun xәbәri vә icazәsi olmadan sataraq pulları әlә keçirib, ölkәni isә tәrk edәrәk Gürcüstan Respublikasına getdiyini ona bildiryini, onun isә buna cavab olaraq Ceyhun Mәhәrrәmovdan özünün rayonda ola-ola Rәşadın onun iştirakı olmadan hәmin avtomobillәrin satışını necә hәyata keçirә bildiyini soruşduğunu, Ceyhunun isә Rәşada avtomobillәri sata bilmәsi üçün baş etibarnәmә ilә hamısını etibar etdiyini bildirdiyini, buna görә Ceyhuna şikayәtlәndiyini vә niyә onun vә ailә üzvlәrinin mülkiyyәtindә olan avtomobillәri tanımadığı adama onun xәbәri olmadan baş etibarnamә ilә etibar etdiyinin sәbәbini soruşduğunu, Ceyhunun isә cavab olaraq heç bir problem olmadığını, Rәşad ilә yaxın olduğunu vә 1-2 gün әrzindә sonuncu ilә әlaqә saxlayıb avtomobillәrin satışından әldә etdiyi pulları alıb qaytaracağını bildirdiyini, bundan sonra onun bir müddәt dә gözlәdiyini vә Ceyhunun yenidәn vaxtı yubatmağa başladığını gördüyü üçün ona yenidәn müraciәt etdiyini, Ceyhunun isә ona bir daha tanışı Rәşadın ölkәdә olmadığını vә onun pullarını öz evini sataraq qaytaracağını, bunun üçün ondan özünә mәxsus olan evin sәnәdsiz olduğu üçün hәmin evә sәnәd düzәldib satacağını әsas gәtirәk zaman vermәsini istәdiyini vә evi sataraq onun pulunu qaytaracağını bildirdiyini, bundan sonra onun yenә dә gözlәmәyә başladığını, istintaqa verdiyi ilkin ifadәsindә bildirdiyi kimi sonuncu dәfә 2024-cü ilin ayun ayının sonlarında Ceyhunun yenidәn onun 8000 manat mәblәğindә pulunu Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsi adından istifadә etmәklә әlә keçirdiyini vә sonra sonuncu ilә heç cür әlaqә saxlaya bilmәdiyini vә buna görә dә şikayәt etmәk qәrarına gәldiyini bildirmişdir. Mәhkәmә istintaqı zamanı şahid şahid1 ifadәsindә bildirmişdir ki, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlu özünü ona sürücü kimi tәqdim etdiyindәn, o, Ceyhun Mәhәrrәmova tәxminәn 3 әdәd avtomobili idarә etmәk üçün vermişdir. Ceyhun Mәhәrrәmovhәminavtomobillәri almaq üçün kimdәnpulgötürmüşdürsә, hәmin şәxsә aylıq qazanc kimi pul vermiş, qalan hissәni isә özünә götürmüşdür. Şahid Ağabәyov Rәşad Arif oğlu ifadәsindә hәmçinin bildirmişdir ki, o, avtomobillәrin heç birinin satılmasında iştirak etmәmiş, tәxminәn 6-7 ay әrzindә Ceyhun Mәhәrrәmov taksi kimi fәaliyyәt göstәrmiş, sonradan hәmin avtomobillәrin taksi fәaliyyәti dövlәt tәrәfindәn qadağan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadәni tәsdiq edir, hәmin ifadәdәki imzalar ona mәxsusdur. Ceyhun Mәhәrrәmov әvvәllәr Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindә işlәdiyini ona demişdir. Mәhkәmәyәdәk icraat dövründә şahid1 şahid qismindә verdiyi ifadәsindә Mәhәrrәmov Ceyhun Baxşәli oğlunu sonuncunun bacanağı “Anar” adlı şәxsin vasitәsilә, “Anar" adlı şәxsi isә vaxtı ilә bir yerdә işlәdiklәri taksi fәaliyyәti ilә mәşğul olduğu zaman tanıdığını, tәxminәn 2023-cü ilin noyabr ayının 1-dәn etibarәn taksi fәaliyyәti ilә mәşğul olmağa başladığını, bundan tәxminәn 3 ay keçәndәn sonra 2024-cü ilin fevral ayında “Anar”-ın ona müraciәt edәrәk bacanağı Ceyhun Mәhәrrәmovun da taksi xidmәtinә qoşulmaq istәdiyini bildirdiyini, onun da tanışı Anara heç bir problemin olmadığını, nә kömәklik lazım olsa göstәrә bilәcәyini dediyini, bu danışıqlarından sonra Ceyhun Mәhәrrәmovun hәmin tarixdәn, yәni 2024-cü ilin fevral ayından etibarәn 01 әdәd “Toyota Prius” markalı avtomobili ilә taksi fәaliyyәtinә başladığını, bundan tәxminәn bir aydan sonra 2024-cü ilin mart ayının ortalarında dәqiq xatırlamadığı tarixdә daha 02 әdәd “Toyota Prius” markalı avtomobili taksi xidmәtinә cәlb etdiyini, bundan da sonra Ceyhun Mәhәrrәmovun ona bildirdiyinә görә Zәrәrçәkmiş şәxs oğluna mәxsus olan vә uzun müddәt Baş Dövlәt Yol Polisi Idarәsinin müvәqqәti duracağında saxlanılan daha 01 әdәd “Toyota Prius” markalı avtomobili dә 2024-cü ilin may ayında dәqiq xatırlamadığı tarixdә taksi xidmәtinә cәlb etdikdәn sonra Ceyhun Mәhәrrәmovun ümumilikdә 04 әdәd dövriyyәyә buraxılan avtomobilinin olduğunu, bir qәdәr hәmin avtomobillәr taksi xidmәti göstәrdikdәn sonra Ceyhun Mәhәrrәmovun onlardan birini satmaq vә şәbәkәni böyütmәk istәdiyini, bunun üçün onun qızılı rәngli “Toyota Prius” markalı avtomobili 2024-cü ilin iyun ayında Sumqayıt bazarında satışa çıxardığını, bu satış zamanı Ceyhun Mәhәrrәmovun bazarda iştirak edә bilmәdiyi üçün hәmin avtomobilin satışında onun vasitәçi kimi çıxış etdiyini, hәmin avtomobili Sumqayıt şәhәrindә yaşayan “Oktay” adlı şәxsin tәxminәn 7000 manata aldığını, bu barәdә sonuncunun Ceyhun Mәhәrrәmov ilә onun vasitәsi ilә әlaqә saxladığını vә öz aralarında qiymәt barәdә razılaşdıqlarını, bu razılaşmadan sonra onun Oktay ilә birlikdә maşını yoxlanışdan keçirilmәsi üçün usta yanına getdiyini, bundan sonra onun Oktay ilә birlikdә Sumqayıtda yerlәşәn ofislәrinә getdiklәrini vә burada da Ceyhun Mәhәrrәmov ilә razılaşdırdığı ödәnişi Oqtayın ona verdiyini vә onun da Oqtaydan aldığı hәmin pulu tam şәkildә elә ofislәrindә Ceyhun Mәhәrrәmova verdiyini, bundan sonra tәxminәn 2024-cü ilin iyun ayından etibarәn Ceyhun Mәhәrrәmov ilә fәaliyyәt göstәrdiklәri taksi xidmәtinin tamamilә sıradan çıxdığını vә sonuncunun yerdә qalan avtomobillәr ilә nә etdiyindәn xәbәrsiz olduğunu bildirmişdir. Bundan başqa, şahid Rәşad Ağabәyovun hәmin ifadәsindә Ceyhun Mәhәrrәmovun özünü polis işçisi kimi tәqdim etdiyini vә hәtta Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindә dә işlәdiyini dә ona bildirdiyini, bundan da әlavә olaraq ona öz telefonunda olan polis formasında şәkilini dә göstәrdiyini, hәtta Zәrәrçәkmiş şәxs dә Daxili Işlәr Nazirliyindә yüksәk vәzifә daşıdığını da bildirdiyini, Ceyhun Mәhәrrәmovun BDYPI-nin müvәqqәti duracağında saxlanılan vә sonuncunun bildiriyinә görә Zәrәrçәkmiş şәxs oğluna mәxsus olan avtomobil barәdә onun alınması üçün heç bir ödәniş etmәdiyini vә özünә pay verildiyini bildirdiyini, hәmin avtomobillәrin satılmasından heç bir gәlirinin olmadığını bildirmişdir. 36. Mәhkәmә istintaqı zamanı şahid şahid2 ifadәsindә bildirmişdir ki, o, 2024-cü ilin aprel ayında iş axtararkәn tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunu tanımış, Ceyhun Mәhәrrәmov özünü ona Rәşad Ağabәyovun idarә etdiyi şirkәtin şәriki kimi tәqdim etmişdir. O, sürücü kimi işә düzәlmәk istәsә dә, sonradan ona maliyyә sahәsindә fәaliyyәt göstәrmәk tәklif edildiyindәn, o, bu tәklifi qәbul edib işә başlamış, daha sonra işlәrin qarışıq vә xoşagәlmәz olduğunu görüb işdәn çıxmışdır. Şahid Bayramov Ədalәt Namiq oğlu ifadәsindә hәmçinin bildirmişdir ki, Ceyhun Mәhәrrәmov onun adına bir neçә avtomobil rәsmilәşdirmiş vә onu maliyyәçi kimi müxtәlif yerlәrә göndәrilmişdir. Ceyhun Mәhәrrәmov avtomobillәri girov qoyub pul vәsaiti әldә etmiş vә bütün әlaqәlәri Rәşad Ağabәyov vasitәsilә qurmuşdur. Ödәnişlәr edilmәdiyinә görә digәr şәxsәrin narahatlığı yaranmışdır. Ceyhun Mәhәrrәmov avtomobilә dair sәrәncam vermәsi üçün etibarnamә dә vermişdir. O, Ceyhun Mәhәrrәmovun göstәrişi әsasında zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxsә zәng edәrәk özünü Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin “Samir” adlı әmәkdaşı kimi tәqdim etmiş vә Ceyhun Mәhәrrәmovu hәmin Baş Idarәnin әmәkdaşı kimi tanıdığını demişdir. O, Ceyhun Mәhәrrәmovun göstәrişi әsasında Zәrәrçәkmiş şәxs Baş Idarәyә dәvәt etmişdir. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs mәhkәmәdә verdiyi ifadәsi ilә mәhkәmәyәdәk icraat zamanı müdafiәçisinin iştirakı ilә verdiyi ifadәlәri arasında kәskin ziddiyyәtlәr olduğundan hәmin ifadәlәr elan edilәrәk tәdqiq edilmişdir. Tәqsirlәndirilәn şәxs ibtidai istintaq dövründә ## ####### 2024-cü il tarixdә dindirilәrkәn özünü elan olunmuş ittihamda özünü qismәn tәqsirli bilib ifadәsindә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs yalnız 8000 manat pulunu dәlәduzluq yolu ilә әlә keçirdiyini, sonuncunu 2015-ci ildәn tanıdığını, hәmin zamanlar Zәrәrçәkmiş şәxs ilә birlikdә Gәnclәr vә Idman Nazirliyindә işlәdiyini, Zәrәrçәkmiş şәxs isә hәmin nazirlikdә şöbә müdiri, özünün dә Zәrәrçәkmiş şәxs sürücüsü vәzifәsindә çalışdığını bildirmişdir. Daha sonra o, başqa iş tapmış vә Zәrәrçәkmiş şәxsdәn uzaqlaşmışdır. O, Zәrәrçәkmiş şәxsә heç bir zaman Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin işçisi olmağını demәmişdir. Hәmçinin, Zәrәrçәkmiş şәxs yanında işlәyәndәn sonra bir neçә şәxsin ailә sürücüsü kimi işlәmәyә başlamış, lakin hәmin işlәr onun ürәyincә olmamışdır. Zәrәrçәkmiş şәxs ilә dә tez-tez danışanda işindәn narazı olmağını da bildirmişdir. Daha sonra Zәrәrçәkmiş şәxs 2023-cü ilin dekabr ayında ona zәng edib hazırda işlәdiyi tikinti sektorunda ona uyğun iş olmasını bildirmişdir. O da Zәrәrçәkmiş şәxs ilә razılaşmış vә bundan sonra yenidәn sonuncunun yanında işlәmәyә başlamışdır. Zәrәrçәkmiş şәxs ondan arada әlavә nә iş görüb qazanc götürә bilәcәklәrini soruşduqda, o da Zәrәrçәkmiş şәxsә demişdir ki, hazırda bir neçә avtomobil alıb onları taksi xidmәtinә icarәyә vermәk qazandı bir işdir vә onun da bu sahәdә dostları vardır. Emil dә onun bu fikri ilә razılaşmışdır. Bundan sonra o, Emil üçün “turbo.az” saytından 04 әdәd “Toyota Prius” markalı avtomobil seçmişdir. Emil dә bu maşınlar üçün tәxminәn hissә-hissә olmaqla ümumilikdә 45000 manat pulu ona vermişdir. O da hәr dәfә pul verilәndә avtomobillәri gedib almış, rәsmilәşdirmә proseslәrindә iştirak etmişdir. Avtomobillәr Emilin özünün vә ya yaxınlarının adına rәsmilәşdirilmişdir. Bundan sonra o, Sumqayıt şәhәrindә taksi xidmәti şirkәti olan dostu Ağabәyov Rәşad Arif oğluna müraciәt etmiş, Rәşad da onlara bu avtomobillәri idarә edә bilәcәk 04 nәfәr sürücü vermişdir. Daha sonra, 2024-cü ilin yanvar ayından bu avtomobillәr taksi xidmәtindә işlәmәyә başlamışdır. Avtomobillәr Bakı şәhәrindә işlәmişdir. Bu proses vaxtı Emil bütün avtomobillәri baş etibarnamә ilә ona vermişdir ki, aylıq sürmәk üçün lazım olan etibarnamә işlәri vә sürücülәrin xidmәti ilә o, özü mәşğul olsun. Bundan sonra yeni qanunvericilik qәbul olunmuşdur. Istehsal tarixi 2006-cı il olduğu üçün qeyd olunan avtomobillәr taksi xidmәti ilә mәşğul olması mümkünolmamışdır. Emil bundan sonra avtomobillәri satmaq istәmişdir. Lakin onlar avtomobillәrә üçün alıcı tapmaqları mümkün olmamışdır. Bundan sonra Rәşad Ağabәyovun tanışı olan BayramovƏdalәt Namiq oğluna müraciәt etmişdir. Ədalәt cavab olaraq bildirmişdir ki, avtomobillәri girova qoymaqla pul әldә edib yeni avtomobillәr ala bilәrlәr. Lakin o, bu barәdә Zәrәrçәkmiş şәxsә demәmişdir. Daha sonra hәmin avtomobillәrin hamısını o, baş etibarnamә ilә Ədalәt Bayramova vermişdir. Ədalәt dә bu avtomobillәri Bakı şәhәri, Xәtai rayonu, Əhmәdli qәsәbәsindә yerlәşәn avtosalona girov qismindә vermiş, buna görә salon tәrәfindәn Ədalәtә ümumilikdә 8000 manata yaxın pul ödәnilmişdir. O isә bu pulu әvvәlki dövrdә taksi xidmәti ilә mәşğul olan zaman yaranmış cәrimә vә digәr xәrclәrә ödәmişdir. O, Zәrәrçәkmiş şәxslә, ilkin olaraq razılaşmışdı ki, bu taksilәri sonuncu baş etibarnamә ilә ona verir, o da bu taksilәri işlәdir. Daha sonra Emilin xәrclәrini ödәyir vә taksilәr ona qalır. O da 2024-cü ilin yanvar ayından hәmin ilin iyul ayının sonunadәk Emilә tәxminәn 45000 manat pul ödәmişdir. Yәni ki, artıq avtomobillәr onsuz da ona qalmalı imiş. Bundan sonra o, Ədalәt tәrәfindәn avtosalona verilmiş avtomobillәri buradan girovdan çıxarmaq istәmişdir. Bunun üçün avtosalona tәxminәn 15000 manat pul ödәnilmәli imiş. Onun isә pulu olmamışdır. Bundan sonra Emilәtәlә qurub ondan pul almaq istәmişdir. Bir neçә gün fikirlәşdikdәn sonra qәrara gәlmişdir ki, Emilә desin ki, guya Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsi tәrәfindәn axtarılır. Belә ki, Emil bu idarәdәn çox çәkinirmiş vә bir-iki dәfә onun yanında demişdir ki, Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindәn hansısa zәng gәlәrsә, o, çox qorxar. Bundan sonra Ədalәtdәn xahiş etmişdir ki, Emilә öz nömrәsi ilә zәng edib onu qorxutsun vә Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә dәvәt etsin. Ədalәt dә onun bu tәklifi ilә qarşılıqsız olaraq razılaşmışdır. O, bilmişdir ki, Ədalәt Emilә zәng edib belә deyәn kimi, Emil dә ona zәng edәcәk. Çünki, Emilin bütün işlәrini o görmüşdür. Ədalәt Emilә zәng edib onu Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә dәvәt edәn kimi Emil ona zәng etmiş, o da Zәrәrçәkmiş şәxsә bu idarәdә tanışlarının olmasını vә işini hәll edә bilәcәyini demişdir. Daha sonra guya ki, bu Idarәyә getdiyini, “Samir” adlı polis işçisi ilә danışdığını vә onun Emilin tutulmaması üçün 8.000 manat pul istәdiyini sonucuya demişdir. Əslindә bütün bunlar yalan xüsusatlar olmuşdur ki, Emil onun qurduğu oyuna inansın. Bundan sonra Emil çox qorxmağa başlamışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Emilin işlәdiyi tikinti sahәsinin yerlәşdiyi Abşeron rayonu, Saray qәsәbәsindә yerlәşәn tikinti yerinin kәnarına getmişdir. Burada Emil ilә görüşmüşdür. Emilin avtomobili ilә Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin inzibati binasının yanına gәlmişlәr. Emil onu avtomobildә gözlәmişdir. Emil 8000 manat pulu ona vermişdir ki, binanın içәrisinә girib “Samir” adlı polis әmәkdaşına versin. Daha sonra o, idarәnin yanına gedib qayıtmışdır. Emilin yanına gәlib demişdir ki, guya ki, “Samir” adlı işçi ilә qapıda görüşmüş vә Emilin ona verdiyi 8000 manat pulu hәmin şәxsә qapıda vermişdir. Emil dә ona inanmışdır. O isә Zәrәrçәkmiş şәxsdәn dәlәduzluq yolu ilә әldә etdiyi 8000 manat pulun bir qismini Ədalәtә vermişdir ki, aparıb salona ödәsin. Qalan pulu isә gündәlik ehtiyaclarına xәrclәmişdir. Daha sonra Emil onun yalan danışdığını hardansa başa düşmüş vә barәsindә şikayәt etmişdir. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxsBaxşәli oğlu mәhkәmәyәdәkicraat dövründә verdiyi ## ###### 2024-cü il tarixli ifadәsindә qeyd olunan hadisә ilә әlaqәdar özünü tәqsirli bilmәdiyini, Zәrәrçәkmiş şәxs Sәlim oğlunu uzun zaman tanıdığını, aralarında mülki xarakterli iş münasibәtlәrinin olduğunu, qeyd olunan avtomobillәrdәn birinin Zәrәrçәkmiş şәxs özünün, digәr 03 әdәdinin isә sonuncunun oğlu vә qızının alaraq taksi fәaliyyәti kimi dövriyyәyә onun ilә birlikdә buraxdıqlarını, hәmin avtomobillәrin icarәsindәn gәlәn gәlirlәri mütәmadi olaraq tәxminәn 2024-cü ilin yanvar ayından başlayaraq 2024-cü ilin sentyabr ayına qәdәr Zәrәrçәkmiş şәxsә hәm kartdan karta ödәniş etdiyini, hәm dә bankların komissiya haqqına görә nağd şәkildә verdiyini vә bu minvalla Zәrәrçәkmiş şәxs Sәlim oğluna vә qızı “Zәrifә” xanıma ödәniş edәrәk hazırda Zәrәrçәkmiş şәxsә borcunun olmadığını, nә Zәrәrçәkmiş şәxs, nә dә sonuncunun qızı Zәrifә Əkbәrovanın bank kartlarının hansı banklara mәxsus olduğunu xatırlamadığını, lakin hәmin kartlara özünә mәxsus “LeoBank” vә “xxxx"-a mәxsus bank kartları vasitәsilә pul köçürmәlәri etdiyini, Zәrәrçәkmiş şәxs vә qızı Zәrifә Əkbәrovaya hәr gün 150 vә daha artıq mәblәğlәrdә nağd vә kart vasitәsilә uzun aylar ödәniş etdiyini, bundan әlavә olaraq dәfәlәrlә 2500, 4000 vә 1600 manat mәblәğlәrdә nağd ödәniş etdiyini vә yekun olaraq hәmin zamanlarda pulların haqq-hesabını qeydiyyatını apardığı üçün Zәrәrçәkmiş şәxsә heç bir borcunun olmadığına әmin olduğunu vә hәbs şәraitindә saxlanıldığı üçün göndәrdiyi mәblәğlәri dәqiq xatırlamadığını bildirmişdir. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs mәhkәmәyәdәk icraat dövründә verdiyi ## #### 2025-ci il tarixli ifadәsindә özünü heç bir epizod üzrә tәqsirli bilmәyәrәk Zәrәrçәkmiş şәxs Sәlim oğluna heç bir verәcәyinin olmadığını, Zәrәrçәkmiş şәxs 04 әdәd maşın alaraq taksi fәaliyyәti ilә mәşğul olmaq üçün dövriyyәyә buraxdığını, köhnә illәrin maşınlarının taksi fәaliyyәti ilә mәşğul olmasının dayandırıldığı barәdә qanun qәbul olunduqdan sonra hәmin maşınların taksi kimi fәaliyyәti dayandırıldığını, lakin bu müddәt әrzindә Zәrәrçәkmiş şәxs Sәlim oğluna hәm nәğd şәkildә, hәm dә kart vasitәsilә mütәmadi ödәnişlәr edәrәk maşınların pulunu tam ödәdiyini, eyni zamanda Zәrәrçәkmiş şәxs Sәlim oğlunun alınan maşınların qiymәtini olduğundan baha göstәrdiyini, maşınların hәr birinә onun vә Rәşad tәrәfindәn tәmirinә görә kifayәt qәdәr xәrc çәkildiyini, hәtta hazırda Quliyev Emi Sәlim oğlunun Rәşada borcu olduğunu, әmәlindә heç bir dәlәduzluq niyyәtinin olmadığını, buna görә dә barәsindә araşdırılan cinayәt işinә xitam verilmәsini xahiş etdiyini bildirmişdir. Mәhkәmә istintaqı zamanı tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ifadәsindә bildirmişdir ki, o, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs yanında uzun müddәt sürücü kimi fәaliyyәt göstәrmiş, aralarında sәmimi münasibәt yarandıqdan sonra sonuncu ilә birlikdә taksi fәaliyyәti ilә bağlı biznes qurmaq qәrarına gәlmişlәr. Zәrәrçәkmiş şәxs mәhkәmә iclasında söylәdiklәri doğru deyil. Zәrәrçәkmiş şәxs iddia etdiyi 4 avtomobildәn yalnız biri sonuncuya, digәrlәri isә ailә üzvlәrinin adına olmuşdur. Avtomobillәrin ümumi dәyәri 43000–45000 manat aralığında dәyişmiş, ödәnişlәri isә Zәrәrçәkmiş şәxs etmişdir. Avtomobillәrin hamısı “Toyota Prius” markalı avtomobillәr olmuşdur. Tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlu ifadәsindә hәmçinin bildirmişdir ki, o, Zәrәrçәkmiş şәxsә 67500 manat mәblәğindә zәrәr vurmamışdır. O, yalnız ilk avtomobilә görә 12300 manat pulu qәbul edir, digәr avtomobillәr Zәrәrçәkmiş şәxsә yox, ailә üzvlәrinә mәxsus olmuşdur. O, pulun bir hissәsini parkda, digәr hissәsini isә evlәrinin yaxınlığındakı kafedә almışdır. 4 әdәd “Toyota Prius” markalı avtomobilin 67500 manat dәyәrindә olması ağlabatan deyil. O, heç vaxt özünü polis әmәkdaşı vә ya Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşı kimi tәqdim etmәmiş, polis orqanları ilә әvvәllәr qәrәzi olmamış vә saxlanılmamışdır. Nәyә görә salanıldığını vә hәbs edildiyini bilmir. Zәrәrçәkmiş şәxs barәsindә ona Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsindә hәr hansı materialın araşdırması barәdә mәlumatı olmamış, o, avtomobillәrin sahiblәrinә, Zәrәrçәkmiş şәxs dә daxil olmaqla ümumilikdә 11000 manatdan artıq, oğlu Sәlim Quliyevә 20000 manatdan artıq, qızına isә 9000 manatdan artıq pul qaytarmışdır. O, Zәrәrçәkmiş şәxs vә sonuncunun oğlu Sәlim Quliyevlә dәfәlәrlә danışmış, lakin qızı ilә dialoqu olmamışdır. Avtomobillәri sataraq pulunu Emin Quliyevә qaytarmış, sonuncu ilә müxtәlif yerlәrdә, o cümlәdәn Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin qarşısında görüşmüşdür. O, 4 әdәd avtomobili satıb vәsaiti Zәrәrçәkmiş şәxsә tәqdim etmiş, avtomobillәri üçüncü şәxslәrin adına Ədalәt adlı şәxs satmışdır. Avtomobillәr onun tәrәfindәn alınmış, әlavә iş qurmaq tәklifi Emin Quliyevdәn gәlmiş, lakin taksi fәaliyyәti ideyasını özü irәli sürmüşdür. Rәşad adlı şәxsin vasitәçiliyi ilә taksi biznesinә başlamış, 4 avtomobil Zәrәrçәkmiş şәxs vәsaiti hesabına alınmış, hәmin sayda avtomobilin alınmasına dair anlaşma o vә Zәrәrçәkmiş şәxs arasında olmuşdur. Zәrәrçәkmiş şәxs maddi vәziyyәti barәdә mәlumatsız olmuş, avtomobillәrdәn biri Zәrәrçәkmiş şәxsә, ikisi Sәlim Quliyevә vә biri dә qızına mәxsus olmuşdur. Oğlu ilә әlaqә saxladıqda ona mәlum olmuşdur ki, Sәlim Quliyevin adına alınan avtomobillәrin pulu sonuncu tәrәfindәn ödәnilmişdir. O, әvvәllәr sürücü kimi işlәdiyindәn, polis xüsusi geyimindә şәkil çәkdirmişdir. Mәhkәmә kollegiyası mәhkәmәnin gәldiyi nәticәni әsaslı vә qanuni hesab edir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair ## #### 2011-ci il tarixli qәrarında qeyd olunmuşdur ki, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәthüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.3-1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2015-ci il tarixli qәrarının 115-ci bәndinә әsasәn cinayәt hüququnda cinayәtin tövsifi dedikdә, törәdilmiş ictimai tәhlükәli әmәldә müvafiq cinayәt tәrkibinin müәyyәn edilmәsi başa düşülür. Tövsif törәdilmiş әmәlin faktiki hallarının cinayәt tәrkibinin әlamәtlәrinә dәqiq uyğun gәlmәsinin müәyyәn edilmәsinә yönәlmiş ardıcıl vә mәntiqi prosesdir. Buna görә dә, onun ilkin şәrti törәdilmiş әmәlin hüquqi әhәmiyyәt kәsb edәn faktiki hallarının müәyyәn edilmәsindәn vә qiymәtlәndirilmәsindәn ibarәtdir. Törәdilmiş әmәlin faktiki halları müәyyәn edilәrkәn cinayәtin obyektinә, obyektiv cәhәtinә, subyektinә vә subyektiv cәhәtinә görә istәnilәn cinayәt tәrkibinә xas olan әlamәtlәrin tәsnifatı aparılır. Bu zaman әmәlin xüsusiyyәtlәri, subyekti müәyyәn edilir, onun motiv vә mәqsәdlәri aydınlaşdırılır, nәticәlәrinin xarakteri müәyyәnlәşdirilir. Iş üzrә әhәmiyyәtli olan bütün faktiki hallar müәyyәn edildikdәn sonra şәxsin törәtdiyi, qanunla qadağan olunmuş ictimai tәhlükәli әmәlin tövsifi üçün müvafiq cinayәt hüquq norması tәtbiq edilir. Cinayәtin tövsifinin digәr şәrti törәdilmiş ictimai tәhlükәli әmәlin tәrkibinin seçilmiş normada tәsvir edilәn tәrkibә uyğunluğunun müәyyәn edilmәsindәn ibarәtdir. “Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2015-ci il tarixli Qәrarının 1, 2, 3, 4 vә 5-ci bәndlәrindә qeyd edilir ki, törәdilmiş әmәl o halda Cinayәt Mәcәllәsinin 178-ci maddәsindә nәzәrdә tutulmuş dәlәduzluq, yәni etibardan sui-istifadә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә hesab edilir ki, şәxsin niyyәti әmlakı әlә keçirәrkәn vә ya әmlak hüquqları әldә edәrkәn hәr hansı öhdәliyin yerinә yetirilmәsinә deyil, özgәnin әmlakının әvәzsiz vә qanunsuz olaraq öz mülkiyyәtinә keçirilmәsinә, yaxud da әmlak hüquqlarının әldә edilmәsinә yönәlmiş olsun. Dәlәduzluq cinayәtinin üsulu kimi aldatma dedikdә, özgә әmlakını (әmlak hüququnu) әlә keçirmәk niyyәtindә olan şәxs tәrәfindәn bilәbilә yalan, hәqiqәtә uyğun olmayan mәlumatların verilmәsi vә ya hәqiqi mәlumatların gizlәdilmәsi, yaxud da әmlakın әlә keçirilmәsinә yönәlmiş qәsdәn törәdilәn başqa hәrәkәtlәrin edilmәsi (mәsәlәn, әqdin predmeti olan saxta әşyaların vә ya saxta sәnәdlәrin tәqdim edilmәsi, onların әldә edilmәsi, malların alınması zamanı aldadıcı üsullardan istifadә edilmәsi vә ya hesablaşma görüntüsünün yaradılması vә sair) başa düşülür. Dәlәduzluğun üsulu kimi etibardan sui-istifadә etmә dedikdә, әmlakı әlә keçirmәk vә ya әmlaka olan hüququ әldә etmәk mәqsәdi güdәn şәxs tәrәfindәn әmlakın mülkiyyәtçisi, bu әmlaka sahiblik edәn vә ya sәrәncam vermәk hüququ olan şәxslә yaranmış etibarlı münasibәtlәrdәn istifadә olunması başa düşülür. Dәlәduzluq cinayәti özgәnin әmlakının (әmlaka olan hüququnun) tәqsirkarın vә ya üçüncü şәxslәrin sahibliyinә keçdiyi vә onların bu әmlaka (әmlaka olan hüquqa) dair istәdiklәri kimi sәrәncam vermәk vә ya onlardan istifadә etmәk imkanının yarandığı andan başa çatmış hesab edilir. Şәxs әmlakı (әmlaka olan hüququ) әldә edәrәk onların verilmәsinin şәrtlәri ilә bağlı öhdәliklәri yerinә yetirmәk niyyәtindә olmadıqda vә nәticәdә zәrәr çәkmiş şәxsә maddi zәrәr vurulduqda, onun әmәli o halda dәlәduzluq kimi qiymәtlәndirilir ki, tәqsirkarın özgә әmlakının talanmasına vә ya әmlaka olan hüquqa yiyәlәnmәsinә yönәlmiş niyyәti hәmin әmlakı vә ya әmlaka olan hüququ әldә edәnәdәk yaranmış olsun. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 25.1 vә 25.2-ci maddәlәrinә әsasәn birbaşa vә ya dolayı qәsdlә törәdilmiş әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) qәsdәn törәdilmiş cinayәt sayılır. Şәxs öz әmәlinin (hәrәkәt vә ya hәrәkәtsizliyinin) ictimai tәhlükәli olduğunu dәrk etmiş, onun ictimai tәhlükәli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, bu halda cinayәt birbaşa qәsdlә törәdilmiş hesab olunur. Cinayәt mәsuliyyәtinin әsasını cinayәt tәrkibinin әlamәtlәrini yaradan ictimai tәhlükәli әmәlin törәdilmәsi tәşkil edir. Cinayәtin obyektiv cәhәti – kriminal әmәlin zahiri tәrәfidir. Cinayәtin obyektiv cәhәti müәyyәn mәkanda vә zamanda baş verәn müәyyәn üsulla törәdilәn ictimai tәhlükәli hәrәkәtdәn vә ya hәrәkәtsizlikdәn, ictimai tәhlükәli nәticәdәn, hәrәkәtlә (hәrәkәtsizliklә) ictimai tәhlükәli nәticә arasında sәbәbli әlaqәdan ibarәtdir. Cinayәtin subyektiv cәhәti cinayәtin obyektiv әlamәtlәrinin şәxsin şüurunda әks olunan subyektiv obrazı vә ona münasibәtidir. Subyektiv cәhәt şәxsin ictimai tәhlükәli әmәlә vә onun nәticәsinә olan daxili psixi münasibәti olub, motiv vә mәqsәddә, qәsd vә ehtiyatsızlıqda ifadә olunur. Ictimai tәhlükәli әmәli törәtmәkdә tәqsirli olan şәxs cinayәt mәsuliyyәtinә alınır, cәzalandırılır. Cinayәt qanunvericiliyi obyektiv tәqsirlәndirmәyә, yәni tәqsir olmadan cinayәt mәsuliyyәtinә almağa yol vermir. Tәqsirin olmaması mәsuliyyәti aradan qaldırır. Qanunda birbaşa qәsdә verilәn anlayışdan müәyyәn olunur ki, şәxs öz әmәlinin ictimai tәhlükәliliyini dәrk etmәli, onun ictimai tәhlükәliliyini qabaqcadan görmәli vә bunları arzu etmәlidir. Hәmçinin tәqsir, motiv, mәqsәd, habelә bunları müşayiәt edәn emosional vәziyyәt cinayәtin subyektiv cәhәtini yaradan elementlәrdir. Cinayәt mәsuliyyәtinin әsaslarından bәhs edәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 3-cü maddәsindә tәsbit edilir ki, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 139-cu maddәsi dә bu maddәdә tәsbit olunmuş digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, habelә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Müdafiә tәrәfi mövqeyini onunla әsaslandırmışdır ki, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlu hәr hansı şәxsi aldatmamış, tәrәflәr arasında avtomobillәrin alınması ilә bağlı qarşılıqlı razılıq olmuşdur. Habelә, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlu ona qarşı irәli sürülmüş ittihamı qәbul etmәmiş, pulun yalnız zәrәrçәkmiş şәxsә yox, sonuncunun övladlarına da aid olduğunu, pulu tam şәkildә geri qaytardığını, 5 әdәd yox, 4 әdәd avtomobilin alınmasına dair pul vәsaitini götürdüyünü, Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin adını istifadә edib hәr hansı mәblәğdә Zәrәrçәkmiş şәxs pulunu әlә keçirmәdiyini söylәmişdir. Göründüyü kimi, müdafiә tәrәfi tәrәflәr arasında şifahi müqavilә münasibәtlәrinin mövcud olduğunu iddia etmәklә, tәqsirlәndirilәn şәxsin hәr hansı dәlәduzluq әmәlini törәtmәdiyini iddia etmişdir. Mәhkәmә qeyd etmişdir ki, tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmov avtomobillәrin alışına dair pul vәsaitini Zәrәrçәkmiş şәxsdәn götürmәsini inkar etmәmiş, lakin hәmin avtomobillәrin sonuncunun övladı vә qızının adına rәsmilәşdirildiyini, avtomobilә görә zәrәrçәkmiş şәxsin oğlu Sәlim Quliyevlә danışdığını vә pulun bir qisminin zәrәrçәkmiş şәxsin qızının bank kartına köçürüldüyünü әsas gәtirib ittihamda göstәrilәn avtomobillәrlә bağlı pul vәsaitinin yalnız zәrәrçәkmiş şәxs Emil Quliyevә aid olmadığı qәnaәtinә gәlmişdir. 106. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs bu xüsusatla bağlı mәhkәmәdә verdiyi ifadәsindә avtomobillәrә dair pul vәsaitinin bütövlükdә ona mәxsus olduğunu, pulu şәxsәn tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmova özünün tәqdim etdiyini, ailә üzvlәrinin әlavә gәlir yeri yaranması üçün pul ödәnişlәrinin oğlu vә qızına tәqdim edildiyini bildirmişdir. Mәhkәmә hesab etmişdir ki, bu, ağlabatan haldır. Hәm zәrәrçәkmiş şәxs, hәm dә tәqsirlәndirilәn şәxsin ifadәlәrindәn aydın olur ki, avtomobillәrә dair bütün pullar zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmova avtomobillәrә dair pul vәsaitini ödәmişdir. Belә olduğu halda, mәhkәmә hesab etmişdir ki, ödәnilmiş pul vәsaiti zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğluna mәxsus olmuş, tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmovun iddiası isә hәr hansı sübut vә dәlilә söykәnmәmişdir. Tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmov 5 әdәd yox, 4 әdәd avtomobilә görә pul vәsaitini götürmәsini demәsi ilә bağlı mәhkәmә qeyd etmişdir ki, mәhkәmә araşdırması zamanı әvvәllәr zәrәrçәkmiş şәxslә tәqsirlәndirilәn şәxs arasında hәr hansı әdavәt vә düşmәnçilik müәyyәn edilmәmiş, zәrәrçәkmiş şәxs cinayәt mәsuliyyәti barәdә xәbәrdar edildikdәn vә müvafiq andı sәslәndirdikdәn sonra ifadәsini vermişdir. Zәrәrçәkmiş şәxsin mәhkәmәdә verdiyi ifadәsi ilә mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәsi arasında hәr hansı fәrq olmamış, o, avtomobillәrinsayı vә avtomobillәrә dair verdiyi mәblәği hәr iki araşdırma mәrhәlәsinә eyni şәkildә bildirmişdir. Tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmov isә mәhkәmәyәdәk icraat dövründә ilk dindirilmәsindәn başlayaraq hәr dәfә fәrqli mәzmunda ifadә vermәklә mәsuliyyәtdәn yaxa qurtarmaq, bu mümkün olmadıqda isә mәsuliyyәtini yüngüllәşdirmәk niyyәtindә olmuş vә bu sәbәbdәn, hәr dәfәsindә fәrqli mәzmunda ifadә vermişdir. Mәhkәmә bu sәbәbdәn hesab etmişdir ki, tәqsirlәndirilәn şәxsin hәmin mövqeyi müdafiә xarakterlidir vә mәsuliyyәtdәn yaxa qurtarmaq mәqsәdi daşıyır. Tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmov Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşına pul vermәsi adı ilә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs 8.000 manat pul vәsaitini әlә keçirmәsini inkar etmәsi ilә bağlı mәhkәmә qeyd etmişdir ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs hәmin ifadәsi mәhz tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmovun tanışı olan şahid Bayramov Ədalәt Namiq oğlunun ifadәsi ilә tәsdiqlәnmişdir. Belә ki, şahid Ədalәt Bayramov ifadәsindә Ceyhun Mәhәrrәmovun xahişi ilә Zәrәrçәkmiş şәxsә zәng edib özünü Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin “Samir” adlı әmәkdaşı kimi tәqdim etdiyini, Ceyhun Mәhәrrәmovu tanıdığını Zәrәrçәkmiş şәxsә deyib sonuncunu hәmin Baş Idarәyә dәvәt etdiyini bildirmişdir. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs dә ifadәsindә oxşar mәzmunda ifadә verib hadisәlәrin axarında 8000 manat pul vәsaitini tәqsirlәndirilәn şәxs Ceyhun Mәhәrrәmova tәqdim etdiyini söylәmişdir. Göründüyü kimi, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlunun ifadәlәri ilә şahid Bayramov Ədalәt Namiq oğlunun ifadәlәri bir-birilә uzlaşır. Mәhkәmә hesab etmişdir ki, tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun bu mövqeyi dә müdafiә xarakterlidir vә hәr hansı sübuta, dәlilә söykәnmir. Bundan başqa, mәhkәmә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sәlim oğlunun tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun daha çox pul vәsaitini әlә keçirmәsi ilә bağlı mövqeyinә münasibәtdә qeyd etmişdir ki, Cinayәt-Prosessual Mәcәllәsinin 318.1-ci maddәsinә әsasәn, mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Işdәn görünür ki, mәhkәmә mәhkum edilmiş şәxsin ifadәlәrindә qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymәt vermişdir. Aparılan araşdırma zamanı mәhkum edilmiş şәxsin mәhkәmәdә irәli sürdüyü dәlillәr öz әksini tapmamışdır. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 125.8-ci maddәsinә әsasәn bu Mәcәllәnin tәlәblәrinә riayәt olunmaqla sübutlar әldә edildikdә, onların qәbul olunmasının yolverilmәzliyinin әsaslandırılması mübahisә edәn tәrәfin üzәrinә düşür. Mәhkәmә kollegiyası qeyd edir ki, dәlәduzluq әmәlinә dair ittiham tәrәfindәn tәqdim edilәn sübutların yolverilmәzliyini mübahisәlәndirәn müdafiә tәrәfi yalnız ehtimallara söykәnmişdir vә şikayәtin aidiyyәti dәlillәri sübutun yolverilmәzliyinin әsası qismindә çıxış edә bilmәz. Qeyd edilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası qeyd edir ki, mәhkum edilmiş şәxs vә müdafiәçisi apellyasiya baxışı zamanı Mәhәrrәmov Ceyhun Baxşәli oğluna әmәlinin Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi üzrә yanlış olaraq ittiham hökmünün verilmәsinә tәkid etsәlәr dә, birinci instansiya mәhkәmәsi cinayәt tәqibi ilә bağlı mühüm әhәmiyyәtә malik olan halları araşdıraraq, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 124,143 vә 145ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq tәqsirlәndirilәn şәxsin, şahidlәrin, zәrәrçәkmiş şәxsin ifadәlәrinin, istintaq vә mәhkәmә hәrәkәtlәrinin protokollarının vә digәr sәnәdlәrin sübut növü kimi qәbul edilmәsinә, hәmin sübutların vә onların mәcmusunun tam, hәrtәrәfli vә obyektiv baxılmasına әsaslanmaqla, hәr bir sübutun mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmiş vә tәqsirlәndirilәn şәxsin cinayәt әmәlinin hüquqi tövsif mәsәlәsi ilә bağlı düzgün nәticәyә gәlәrәk onun hәmin әmәlini Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tövsif etmiş, hәmçinin әmәlin törәdilmәsinin tam sübuta yetirilmәsi ilә bağlı düzgün nәticәyә gәlmişdir. Belәliklә, mәhkәmә kollegiyası yuxarıda göstәrilәn sübutlarla Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә müәyyәn olunmuş cinayәtin törәdilmәsindә tәqsirinin tam sübuta yetirildiyi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәtini әsaslı vә qanuni hesab edir. Mәhkum edilmiş şәxsin әmәlindә cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Mәhkәmәnin hökmündәn görünür ki, birinci instansiya mәhkәmәsi Mәhәrrәmov Ceyhun Baxşәli oğluna cәza tәyin edәrkәn mәhkәmә istintaqı zamanı araşdırılan vә tәdqiq edilәn tәqsirlәndirilәn şәxsin ifadәsi, zәrәrçәkmiş şәxsin, şahidin ifadәlәri vә digәr sübutlar nәzәrә almaqla, tәqsirli bilindiyi Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsinin sanksiyası daxilindә 06 (altı) il 06 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, әsaslandırılmış vә әdalәtli cәza tәyin edilmәsi ilk olaraq cinayәtkarlıqla mübarizә aparılması üçün vacib vasitә olmaqla lazımi cәzalandırma tәdbirini tәmin edir, mәhkumun islah vә tәrbiyә edilmәsinә kömәklik göstәrir, onun vә başqa şәxsin yeni cinayәt törәtmәsinin qarşısını alır. Qanuni cәzanın tәyin edilmәsi isә ilk növbәdә cәzanın mәqsәdinә, yәni әdalәtin bәrpasına vә mәhkumun islah olunmasına nail olmaq sahәsindә mühüm vasitәdir. Mәhkәmә tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun himayәsindә 02 (iki) azyaşlı uşağının olmasını, ziyanı qismәn ödәmәsini, mәhkәmәyәdәk icraat zamanı vә mәhkәmә baxışı dövründә davranışını, әvvәllәr mәhkumluğunun olmamasını tәqsirlәndirilәn şәxs Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun cәzasını yüngüllәşdirәn hal kimi nәzәrә almış, cәzanı ağırlaşdıran halları müәyyәn etmәmişdir. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, birinci instansiya mәhkәmәsi mәhkuma cәza tәyin edәrkәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 8.1, 41.2 vә 58.3-cü maddәlәrinin tәlәblәrinә riayәt etmәklә, onun törәtdiyi cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi ilә yanaşı, mәhkum edilmişin şәxsiyyәtini sәciyyәlәndirәn cәzanı ağırlaşdıran vә yüngüllәşdirәn halları müzakirә edәrәk, Mәhәrrәmov Ceyhun Baxşәli oğluna hәm tәqsirli bilindiyi cinayәtin ağırlığına, hәm dә onun şәxsiyyәtinә uyğun olan qanuni vә әdalәtli cәza tәyin etmişdir. Mәhkәmә iclasında mәhkum edilmiş şәxsin cәzasının dәyişdirilib, ona daha yüngül cәza tәyin olunması üçün әlavә әsaslar müәyyәn edilmәmişdir. Hәmçinin, qeyd olunmalıdır ki, mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsinin maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı digәr pozuntulara yol vermәsi halları müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmadır. Mәhkәmә kollegiyası, hәmçinin, hesab edir ki, mәhkum edilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 vә 410-cu maddәlәrinin tәlәblәrini rәhbәr tutaraq mәhkәmә kоllegiyası, QƏRARA ALDI: Mәhkum edilmiş Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun müdafiәçisi Mәmmәdova Sevil Vahid qızı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü mәhkum edilmiş Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun müdafiәçisi Mәmmәdova Sevil Vahid qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Bakı şәhәri Mәrkәz Vәkil Bürosunun vәkili müdafiәçi1 tәrәfindәn mәhkum Mәhәrrәmov Ceyhun Baxşәli oğlunun hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 20 (on) saat üçün cәmi 220 (iki yüz iyirmi) manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri Mәrkәz Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Bakı Apellyasiya Mәhkәmәsinin vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr. Sәdrlik edәn: Habil Mәmmәdov Hakimlәr: Emin Əliyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar