Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-732/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 234.1- 1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X2, X3 və X8 ibarət tərkibdə) ## ####### 1984-cü il ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011) ***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Respublikası Penitensiar hazırda Azərbaycan Ədliyyə Xidmətinin Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 180.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə ## ###### 2025-ci il tarixdə saat 08:44-də İsmaylova Pərvanə Sultanəli qızının ünvan 2 ünvanının qarşısında park etdiyi «Hyundai Elantra» markalı avtomobilin arxa oturacağında yatmasından və avtomobilin qabaq sağ qapısının pəncərəsinin açıq olmasından istifadə edərək qabaq sərnişin oturacağının üzərindən Pərvanə İsmaylovaya məxsus 10 manat dəyərində Çin istehsalı olan əl çantasını, içərisində 10 manat dəyərində *** ***-**-** nömrəli bir ədəd 1.700 manat dəyərində 352208778031842 və 352570248031847 imei kodlu «Samsung S24 Ultra» markalı mobil telefonu, 100 manat nağd pulu açıq talayıb zərərçəkmiş şəxs İsmaylova Pərvanə Sultanəli qızına ümumilikdə 1.820 (bir min səkkiz yüz iyirmi) manat miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bu Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,445 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ## ###### 2025-ci il tarixdə, saat 23:15-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, İ.ZüIfüqarov küçəsi *** saylı binanın arxasında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən cinayət yolu ilə əldə etdiyi 01 ədəd «Samsung S24 Ultra» markalı mobil telefon və şalvarın sağ yan cibindən bir bükümdə külli miqdarda təmiz çəkisi 3,445 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs verilmiş olan ittihamdan CM-nin 234.1-1-ci maddəsinin xaric edilməsi və Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini səmimi etiraf etdiyindən onun barəsində həmin maddəyə uyğun qərar qəbul etməklə ona həmin maddənin sanksiya həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin sənədləşmə düzgün aparılmamış və əməliyyat tədbiri düzgün həyata keçirilməmişdir. Belə ki, 36-cı PŞ-nin əməliyyatçılarına məlumat daxil olur ki, zərər çəkmiş şəxsə qarşı soyğunçuluq əməlini törədən şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra onlarda belə bir məlumat aşkar olur ki, “GUYA” Təqsirləndirilən şəxs üzərində həm də narkotik vasitə vardır. Daha sonra əməliyyat qurupu yaradılır. Hətta qərarda 48 saat müddətinə məhkəməyə məlumat verilmək öhdəliyi də göstərilir və Xətai rayon ərazisində Təqsirləndirilən şəxs saxlanılır. Lakın, o, 12.01,2026cı il və 13.01,2026-cı il tarixlərdə iş materialları ilə tam olaraq vaxt məhdudiyyəti olmadan tanış olmuşdur. Bununla bağlı qeyd edir ki, şəxs, AR vətəndaşı olsa da o, 3 yaşından Rusiya Federasiyasında yaşadığı və anası Rus millətinin nümayənədsi olduğu üçün konkret olaraq Azərbaycan dilində nə yazı yaza bilir, nədə ki, başa düşür. Şübhəli şəxsin saxlanılması ilə bağlı video görüntüyə baxılan zaman oradan da məlum olur ki, guya Təqsirləndirilən şəxs öz yolu ilə gedir və bu zaman iki əməliyyat müvəkkili ona yaxınlaşıb saxlayırlar. Video o qədər süni şəkildə çəkilir ki, şəxs öz yolu ilə gedir və onu 3 metr məsafədə kimsə videoya çəkir, lakin, şəxs ona qayıdıb demir ki, “sən kimsən məni çəkirsən”. Buradan da tədbirin nə qədər uydurma olması məlum olur. Hətta saxlanılan zaman məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində başa düşmür. Bu vaxt Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat müvəkkillərindən biri orada qeyd edir ki, “SƏNƏ HÜQUQ VƏ VƏZİFƏLƏRİN İZAH OLUNDU”. Həmin vaxt Təqsirləndirilən şəxs başını aşağı-yuxarı yelləyərək hə dediyi məlum olur. Maraqlı məqam odur ki, Təqsirləndirilən şəxs ilk vaxtda tutan polis əməkdaşları ona hüquq və vəzifəni nə vaxt izah etdi?! Hansı tərcüməçinin iştirakı ilə ona hüquqlarını izah etdilər?! Belə aydın olur ki, Təqsirləndirilən şəxs tutulmamışdan, özünün də dediyi kimi onu təlimatlandırıb ora gətirib, onun üstünə narkotik vasitəni polis əməkdaşları qoyub? Polislər bunu etiraf etməsə də aydın görünür. Bununla bağlı 16.01,2026-cı il tarixdə işin təkmili istintaqla prokurora geri qaytarılması ilə bağlı vəsatət versə də sədrlik edən Elnur Nuriyev hakim mövqeyindən deyil, prokuror mövqeyindən çıxış edərək verilmiş vəsatəti tədqiq etmədən təmin etməmişdir Hakimin bu işdə ikili standartı o zaman göründü ki, proses başlamamışdan əvvəl onun tərəfindən verilmiş vəsatəti ittihamçı ilə müzakirə etdi. İş üzrə şahidlər və əməliyyat qrupunun rəhbəri olan şahid2 və digər şahid X15 prosesdə ifadə verən zaman onuntərəfimdən onlara verilmiş sualda hər iki şahid aşağıdakıları qeyd etmişdirlər: “Bizdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsinə və daşımasına dair heç bir məlumat olmayıb, biz onu soyğunçuluq əməlinə görə saxlamışdıq, təsadüfən onun üzərində narkotik də aşkar olundu, narkotik ilə bağlı heç bir əməliyyat tədbiri keçirilməmiş, heç bir qərar qəbul edilməmişdir.” Bundan əlavə hər iki şahidə saxlanılan şəxsə hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı verilən suallara aşağıdakı kimi cavab verilmişdir: “Biz ona hüquq və vəzifələrini izah etmişik deyəndən sonra sözlərini dəyişib izah etməmişdik, sadəcə olaraq işin prosesduru belədir, ona hüquq və vəzifələri ilə bağlı məsələni formal şəkildə kamera qarşısında sual vermişik, əslində isə ona hüquq və vəzifələri izah olunmamışdır, çünki biz onu ilk dəfə həmin küçədə görürdük”. Birinci məsələ üzrə maraqlı məqam odur ki, iş materialına baxan zaman məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması ilə bağlı 36-cı PŞ-nin ə/m şahid2 raportu vardır. Həmin raportda Təqsirləndirilən şəxs narkotik vasitənin daşımasında əməliyyat məlumatı daxil olur. Bunun əsasında isə PŞ-nin rəisi tərəfindən ##.##.2025-ci il Ə *****-** nömrəli əmr tərtib olunduğu məlum olur 0 cild səhifə 17- 18). Daha sonra əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılır (İ cild səhifə 19-20). Hətta orada Təqsirləndirilən şəxs yerinin müşahidə edilməsi göstərilmişdir. Qərarın 5-ci bəndidə isə 48 saat müddətində məhkəməyə məlumat verilməsi qeyd edilmişdir. Lakin, iş içərisində məhkəməyə heç bir məlumat verilməmiş, heç bir məhkəmədən bununla bağlı cavab alınmamışdır. İnsanların müşahidəsi, insanların qüdülməsi anlamına gəlir. Buna görə də ƏAF-ın 10-cu maddəsinin III bəndində qeyd edilir ki, Bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində (insanların güdülməsi) nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. İş materialından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat təd irinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin, məhkəmədə ifadə verən şahidlər “Bizdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsinə və daşımasına dair heç bir məlumat olmayıb, biz onu soyğunçuluq əməlinə görə saxlamışdıq, təsadüfən onun üzərində narkotik də aşkar olundu, narkotik ilə bağlı heç bir əməliyyat tədbiri keçirilməmiş, heç bir qərar qəbul edilməmişdir”. Lakin, bu hissədə də sədrlik edən Elnur Nuriyev bitərəf mövqeyini ortaya qoymayaraq prokuror mövqeyindən çıxış etməklə Konstitusiya Məhkəməsinin plenumunun qərarına əsasən yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmadışdır. Yenə də o, müdafiə tərəfinə ikinci şəxs kimi baxaraq müşavirə otağından əvvəldən qəbul etmiş olduğu qərarı vermişdir. Sadəcə olaraq formal şəkildə müşavirə otağına getmişdir. Müdafiə tərəfi ikinci məsələ ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman hüquq və vəzifələrinin izah edilməməsi olmuşdur. Belə ki, məhkəmə prosesində iştirak edən şahidlər ilkin olaraq “Biz ona hüquq və vəzifələrini izah etmişik desələr də daha sonra sözlərini dəyişib hüquqlarını izah etməmişdik, sadəcə olaraq işin prosesduru belədir, ona hüquq və vəzifələri ilə bağlı məsələni formal şəkildə kamera qarşısında sual vermişik, əslində isə ona hüquq və vəzifələri izah olunmamışdır, çünki biz onu ilk dəfə həmin küçədə görürdük kimi bildirmişdirlər”. Buradan da məlum olur ki, Təqsirləndirilən şəxs müdafiə hüququ o, saxlanılan zamandan pozulmuşdur. Bunu prosesdə bir başa şahidlər, vermiş olduğu ifadəsində qeyd etmişdirlər. Yəni bu müdafiə tərəfinin təxəyyülü deyildir. Bu sırf iş üzrə ən vacib şahidlərin məhkəmə prosesində vermiş olduğu ifadələrdir və ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Hal-hazırki işdə isə işin aparıcı şahidləri konkret olaraq qeyd edir ki, sadəcə olaraq işin prosesduru belədir, ona hüquq və vəzifələri ilə bağlı məsələni formal şəkildə kamera qarşısında sual vermişik. Buradan da məlum olur ki, Təqsirləndirilən şəxs hüquqları pozulmuş və ona heç bir hüquq və vəzifələri elan edilməmiş, birmənalı olaraq onun müdafiə hüququ pozulmuşdur. Bu hissədə də məhkəmə bitərəf mövqeyini qorumamış, ittiham yönündən işə baxaraq prokurorun yanında dayanmasını bir daha əyani formada sübut etmişdir. Müdafiə tərəfi bundan əlavə qeyd edirəki, Təqsirləndirilən şəxs qətimkan tədbiri ilə bağlı Xətai rayon məhkəməsinə çıxarılan zaman üzərində narkotik vasitə olmadığını və onu polis əməkdaşları üzərinə qoyduğunu qeyd edir (İ cild səhifə 123). Bu da ona dəlalət verir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamış, və o, özünü sırf 180.1-ci maddəyə münasibətdə təqsirli bilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qanunların pozulan 9 halını məhkəmə kollegiyasının nəzərinə çatdırıram və həmin hallara müdafiəçi olaraq aşağıdakı kimi hüquqi qiymət verirəm. Belə ki, iş üzrə şahidlər və əməliyyat qrupunun rəhbəri olan şahid2 və digər şahid X15 prosesdə ifadə vermiş, lakin ifadələri yuxarıda qeyd etdiyim kimi istintaq ifadələri ilə ziddiyyət təşkil etsə də istintaq ifadələri elan edilməmiş, sədrlik edən məhkəmədə verilən İfadəni üstün saymamış, istintaq zamanı verilmiş ifadələri üstün sayaraq əsassız hökm çıxararaq Təqsirləndirilən şəxs hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs tutulan zaman əməliyyatçılar tərəfindən Konvensiyanın V maddəsinin II bəndi kobud halda pozularaq “Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməmişdir”. Bunu da sədrlik edən sübut növü kimi qəbul etmiş və şəxsin hüquqlarının pozulmadığını qeyd etmişdir. Konvensiya və Məhkəmə Hökmləri haqqında Plenumunun qərarlarının tələbləri kobud şəkildə Elnur Nuriyev tərəfindən pozulmuşdur. Bundan əlavə şahidlər və əməliyyat qrupunun rəhbəri olan şahid2 və digər şahid X14 prosesdə ifadə verərək heç bir əməliyyat tədbirinin keçirmədiklərini və sırf təsadüfən Təqsirləndirilən şəxs saxladıqlarını bildirsələr də iş materialına baxan zaman əməliyyat tədbirinin keçirildiyini, hətta bunun üçün həm əmr həm də əməliyyat qərarı tərtib olunduğu məlum olur. Qəbul edilmiş əməliyyat qərarının V bəndində isə 48 saat müddətində Xətai rayon məhkəməsinə bu barədə məlumat verilməsi nəzərdə tutulsa da heç bir məlumat verilməmişdir. Buna da sədrlik edən Elnur Nuriyev ittiham mövqeyindən yanaşaraq sübut növü kimi qəbul etmişdir. Əslində isə hakim, bu hərəkətləri ilə CPM-in 137-ci maddəsinin də tələblərini kobud şəkildə pozmuşdur. Bununla bağlı isə yuxarı məhkəmənin mövqeyi də vardır. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsi Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, R X16 ## ###### 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərarla bağlı ciddi nöqsanları qeyd etməyi zəruri hesab edir. Belə ki, Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, R X16 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” ## ###### 2023-cü il tarixli qərarına əsasən X4 olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsi aparılmaqla izlənilməsi və güdülməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya məhkəməsinin 6( ***)-**/**** nömrəli, ## ##### 2024-cü il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin baş əməliyyat müvəkkili X16 ##.##.2023-cü il tarixli "əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərarı qanunsuz hesab edilmişdir. Həmin qərardan görünür ki, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin CA üzrə əməliyyat müvəkkili X16 tərəfindən ##.##.2023-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Cinayət işinin materiallarında olan Abşeron rayon polis İdarəsinin Qobu polis bölməsinin rəisi Zaur Babazadə tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli. **-*/*-***** nömrəli məktubdan X5 barəsində əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyi və əsaslılığının yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə göndərildiyi görünsə də, bu hal iş materialları ilə təsdiq olunmur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Abşeron rayon Məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş A.F.Məmmədov barəsində 2019-2024-cü il dövründə əməliyyataxtarış tədbirlərinin qanuniliyinin yoxlanması barədə Abşeron Rayon Məhkəməsinin icraatına Abşeron rayon polis idarəsinin qeyd edilən əməkdaşı tərəfindən əməliyyat- axtarış tədbirlərinin qanuniliyinin yoxlanması ilə bağlı qərar daxıl olmadığı qeyd olunmuşdur. Bununla bağlı müdafiə tərəfi, məhkəmə istintaqı zamanı Xətai rayon məhkəməsinə əməliyyat tədbirinin yoxlanılması ilə bağlı sorğu göndərilməsini xahiş etsə də ittihamçının etirazına ehtiyyac qalmamış, sədrlik edən Elnur Nuriyev özü ittiham yönümlü qərar qəbul edərək əsassız olaraq onun vəsatətini təmin etməmişdir. Bununla da o, yuxarı məhkəmənin, yəni Sumqayıt Apellyasiya məhkəməsinin mövqeyinə kobud şəkildə hörmətsizlik etmişdir. Müdafiə tərəfiyuxarıda qeyd etdiyi qanunların tələblərini kobud şəkildə pozmuş və bununla da o, vətəndaşın haqlı narazıçılığına səbəb olmaqla vətəndaş məmnunluqunu ikinci plana salmışdır. Bir sözlə o, müdafiə tərəfinə prosesdə ikinci tərəf kimi baxaraq ittiham tərəfini üstün tutmuşdur. Bundan başqa məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir (bax hökm səhifə 8) Maraqlı məqam odur ki, məhkəmə bu hissədə hansı şahidləri nəzərdə tutub?! Ziddiyyətli ifadələr ilə yadda qalan şahidləri?! Heç istintaq ifadələri elan edilməmiş şahidləri?! Ya Təqsirləndirilən şəxs tutan zaman ona hüquq və vəzifələrinin elan etmədiklərini, bunu formal şəkildə kamera qarşısında dediklərini bildirən şahidləri?! Görünən odur ki, sədrlik edən Elnur Nuriyev özünü məhkəmə hakimi kimi deyil, polis əməkdaşlarının böyük qardaşı kimi göstərərək şahidlərin etdiyi bütün səhvləri hökmündə ört-bastır etmişdir. Bununla da o, əsassız və qanunsuz hökm çıxararaq ittiham tərəfindən çıxış etdiyini əyani olaraq sübut etmişdir. Mən, məhkəmə kollegiyasından yalnız femida video görüntüsünə baxmağı xahiş edirəm. Orada da məlum olacaq ki, birinci instansiya məhkəməsi yalan ifadələr üstündə hökm çıxarmışdır. Bundan əlavə sədrlik edən məhkəmə çıxarmış olduğu hökmdə aşağıdakı kimi qeyd edir ki: Məhkəmə hesab edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır (bax hökmdə səhifə 9) Burada da maraqlı məqam odur ki, sədrlik edən Elnur Nuriyev sırf istintaqın materialını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli işdə olan sübutlarla təsdiq olunur. Maraqlıdır ki, sədrlik edən Elnur Nuriyev hansı sübutdan danışır?! “Hollywood” filminə oxşuyan video görüntü ilə sübut olunur?! Təqsirləndirilən şəxs buraxıblar ki, küçə ilə get biz gəlib sənə yaxınlaşacıq. Çəkiliş edən əməkdaş Təqsirləndirilən şəxs 3 metr məsafədə öndə dayanır. Əgər bu ani çəkilişdirsə necə olur ki, Təqsirləndirilən şəxs çəkiliş edənə demir “AY QARDAŞ SƏN KİMSƏN MƏNİ ÇƏKİRSƏN”. Budur birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilən sübut?! O, çəkilişə baxanda görünür ki, video çəkiliş uydurmadır, yalandır. Yəni bu video görüntünü mən kimə göstərdimsə hamı bu çəkilişə güldü. Hər kəsin gülüb məzxərəyə qoyduğu çəkilişi Elnur Nuriyev sübut kimi qəbul edib. Məhkəmə kollegiyası özü də çəkilişə baxsa görəcək ki, həmin çəkiliş uydurmadır. Bununla yanaşı məhkəmənin çıxarmış olduğu hökmdə aşağıdakı kimi qeyd edir ki: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, DVD disklərdə olan videogörüntülər, üzləşdirmə protokolları, ekspert rəyi, hadisə yerini əks etdirən fotoşəkillərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir (bax hökmdə səhifə 3). Burada isə məhkəmə konkret olaraq ayırmır ki, Təqsirləndirilən şəxs hansı maddələrə münasibətdə təqsiri sübut olunur. Ona görə ki, Təqsirləndirilən şəxs onsuzda CM-nin 180.1-ci maddəsini etiraf edir. Qalır tək CM-nin 234.1-1-ci maddəsi. Lakin, məhkəmə buna ayrı-ayrılıqda aydınlıq gətirməyərək öz hökmünü özü-özlüyündə əsaslı və qanuni kimi göstərir. Amma hər iki maddə ayrı-ayrılıqda qeyd edilməli, CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs əməlinin nə ilə sübut olunması ətraflı şəkildə qeyd edilməli idi. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına Xətai rayon məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 180.1-ci maddəsini səmimi olaraq etiraf etsə də. CM-nin 234.1- 1-ci maddəsini etiraf etməmiş, həmin narkotikin ona aid olmadığını qeyd etmişdir. Bu hal İ instansiyası məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarda öz əksini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi, məqsədli şəkildə formalaşmış məhkəmə təcrübəsindən kənara çıxaraq bu hala heç bir hüquqi qiymət verməmişdir. Bununla bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "X6rşı” iş üzrə ## ###### 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Bu işdə isə Təqsirləndirilən şəxs həm qətimkan tədbiri seçilən zaman həm də Bakı Ağır Cinayətlər Məhkəməsində dəfələrlə qeyd etmişdir ki, həmin narkotik ona məxsus deyil, onu bu hala məcbur edib imza atdırmışdırlar. Lakin, sədrlik edən Elnur Nuriyev, istintaq orqanına böyük qardaşlıq etdiyindən digər yanakı sübutların tədqiq edilməsi zəruri hesab edilməmişdir. Bir sözlə Elnur Nuriyev, həmin hala qiymət vermədən hökm çıxarmış və bununla da o, həm Konvensiyanın 6-cı maddəsi olan, “Ədalətli araşdırma prinsipini” həm də Məhkəmə hökmü haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI-nı kobud şəkildə üçün?! Görünən odur ki, sədrlik edən Elnur Nuriyev bu kimi hərəkətləri ilə istintaq orqanına böyük qardaşlıq edərək təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur. Lakin, Təqsirləndirilən şəxs qətimkan tədbiri seçilən zaman 1 instansiyası məhkəməsində narkotikin ona aidiyyəti olmadığını və buna məcbur edildiyini qeyd etsə də, hökmü çıxaran məhkəmə bu hala qiymət verməyərək məqsədli şəkildə formalaşmış məhkəmə təcrübəsindən kənara çıxmaqla Plenumunun qərarını kobud şəkildə pozmuşdur. Məhz bu hissədə də hökmün ləğv edilməsi labüddür. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaların könüllü təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, təqsirləndirilən şəxsin saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatının daxil olmadığını bildirmişdir (şahid şahid2 ifadəsi bax: hökmdə səhifə 3-4) Ən sonda müdafiə tərəfi olaraq onu qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat aparatı tərəfindən keçirilmiş şəxsi axtarış kobud pozuntular ilə aparılmış, həqiqətən də Təqsirləndirilən şəxs üzərində həmin vaxt narkotik vasitə olmamış, ilkin vaxtda tutulan zaman ona hüquq və vəzifələri izah edilməmiş və ona hüquq və vəzifələri izah edilməməklə yanaşı onun müdafiə hüququ kobud halda pozulmuş, şahidlər məhkəmə prosesində fərqli ifadələr vermiş, özləri də Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin elan olunmasını formal şəkildə kamera qarşısında dediyini bildimişdirlər. Bundan əlavə Təqsirləndirilən şəxs, CM-nin 180.1-ci maddəsini səmimi olaraq etiraf edir, hətta məhkəmədə çıxışı zamanı zərər çəkmiş şəxsdən üzr belə istəmişdir. Məhkəmədən isə ona səmimi etirafını nəzərə alıb CM-nin 180.1-ci maddəsi ilə hökm çıxarmasını xahiş etmişdir. Amma məhkəmə müşavirədən əvvəl yazmış olduğu hökmdən çıxarışı cəmi 3 dəqiqə müşavirəyə getməklə gəlib elan etmişdir. Maraqlı məqam odur ki, heç vaxt 3 dəqiqəyə hökmdən çıxarışı yazmaq olmazdır. Məhz buna görə də sədrlik edən Elnur Nuriyevin müşavirə otağında qəbul edilən qərarları xidməti otağında qəbul etdiyi açıq şəkildə məlum olmuşdur. Bununla da sədrlik edən müşavirə otağının sirrini də kobud şəkildə pozmuşdur. Bundan əlavə sədrlik edən iş üzrə şübhəli məqamları qanunun vərəqlərində saxlayaraq təqsirləndirilən şəxsin xeyrinə həll etmək əvəzinə verilmiş əsassız ittihamı, istintaq orqanın xeyrinə həll edərək CPM-in 21.2-ci maddəsinin də tələblərini kobud şəkildə pozmuşdur. Ona görə ki, işdə iştirak edən şahidlər ziddiyyətli ifadələr vermiş və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar üzrə hökm çıxarılmalıdır. Bu hissədə isə şübhəli məqamları birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin xeyrinə deyil, ittiham tərəfinin xeyrinə həll etməklə təkrar olaraq o, CPM- in 21.2-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Maraqlı məqam odur ki, belə bir hallar ittiham tərəfindən aşkar olunsaydı və prokuror bu halları Apellyasiya protestində qeyd etsəydi həm İ instansiya məhkəməsi, həm də Apellyasiya instansiyası məhkəməsi bunu sübut kimi qəbul edib hakimin səhvlərini üzə çıxarmaqla Apellyasiya protestini qeyd-şərtsiz təmin edərdilər. Bu işə dövlət hesabına çıxmağıma baxmayaraq iki yazılı vəsatət və bir yazılı müdafiə nitqi verib burada qeyd etdiklərimi hakimə də bildirmişəm Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs və onun müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)- */**** nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs verilmiş olan ittihamdan CMnin 234.1-1-ci maddəsinin xaric edilməsi və Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini səmimi etiraf etdiyindən onun barəsində həmin maddəyə uyğun qərar qəbul etməklə ona həmin maddənin sanksiya həddində cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır Məhkəmə kollegiyası apellyasiya şikayətində apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxsin müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotiklə bağlı hissədə özünü təqsirli hesab etmir. Həmin narkotik vasitə ona məxsus olmayıb. Soyğunçuluqla bağlı özünü təqsirli hesab edir. Belə ki, onun evi yoxdur, küçələrdə və parklarda yaşayır. Pula ehtiyacı olduğu üçün hadisə günü pəncərəsi açıq olan bir avtomobil görmüş və sürücünün yanındakı oturacaqda çanta olduğunu görüb onu götürmək qərarına gəlmiş və götürmüşdür. Pəncərə açıq olmuş, arxa oturacaq isə qara rəngdə olmuş və o, avtomobilin içərisində heç kimi görməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, maşının içərisində heç kəsi görmədiyini, çantanı götürdükdən sonra digər küçədə içərisinə baxdığını, çantanın içərisində mobil telefon və 90 manat məbləğində pul olduğunu, həm mobil telefon həm də pulu geri qaytardığını, həbs edilməmişdən bir ay öncə “nəşə” kimi tanıdığı narkotik vasitədən istifadə etdiyini, ilk olaraq küçədə video çəkil aparıldığını, daha sonra bölməyə gətirildiyini, hədələnib döyüldüyünü, tərcüməçi ilə polis bölməsində təmin edildiyini, hüquq və vəzifələrinin ona izah edilmədiyini, narkotik vasitə almaq üçün oğurluq etməsi kimi bir ifadə vermədiyini, polis bölməsinə axşam 10 radələrində gətirildiyini, tərcüməçinin gecə 2 radələrində gəldiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İsmayılova Pərvanə Sultanəli qızı ifadəsində bildirmişdir ki, içərisində 100 manat nağd pul olan, təxminən bir ay əvvəl 15 manata aldığı, markası məlum olmayan ağ rəngli çantanı avtomobilin qabaq sağ oturacağının üstünə qoymuşdur. Hava gəlsin deyə avtomobilin qabaq pəncərələrini açaraq arxa hissədə uzandığını və həmin vaxt saat təxminən 08:30 radələri olduğunu, təxminən 1-2 dəqiqə sonra yuxuya getdiyini və bir qədər sonra qəfil yuxudan ayıldığını, bir nəfər oğlanın avtomobilin açıq pəncərəsindən istifadə edərək içəri boylanıb ona məxsus çantanı götürdüyünü görmüşdür. Yuxulu vəziyyətdə qışqıraraq “çantanı yerinə qoy” demiş və çantanı geri almaq üçün ona tərəf əl atmışdır. Lakin həmin şəxs çantanı zorla əlindən dartaraq qaçmağa başlamışdır. Dərhal avtomobildən düşüb onun arxasınca qışqıra qışqıra qaçsa da, ona çata bilməmişdir. Bundan sonra dərhal digər telefonu vasitəsilə 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, təqsirləndirilən şəxsin maşının içərisində adam olduğunu gördüyünü, təqsirləndirilən şəxsin onu vurmadığını, mobil telefonun ona qaytarıldığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə saat 08:52-də İsmaylova Pərvanə Sultanəli qızı tərəfindən DİN-in 102 xidmətinə məlumat verilmişdir. Məlumatda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ** saylı ünvanın qarşısında idarə etdiyi «Hyundai Elantra» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşdiyi zaman avtomobilin ön sağ pəncərəsinin açıq olmasından istifadə edən naməlum şəxs oturacağın üzərində olan, içərisində «Samsung S24» markalı mobil telefon, 100 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan əl çantasını götürərək qaçmışdır. Daxil olmuş məlumat və aparılmış araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi *** saylı binanın arxasında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaların könüllü təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla könüllü şəkildə bildirmişdir ki, ##.##.2025-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ** saylı ünvanın qarşısında İsmaylova Pərvanəyə məxsus «Hyundai Elantra» markalı avtomobilin salonundan, pəncərənin açıq olmasından istifadə edərək oturacağın üzərində olan çantanı götürərək qaçmışdır. O, həmin çantanın içərisində olan «Samsung S24» markalı mobil telefonu şalvarın cibindən çıxararaq təqdim etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, çantada olan 100 manat pulun 70 manatına tanımadığı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin (“patı”) almışdır. Həmin maddəni də əynində şalvarın cibindən sellofana bükülmüş vəziyyətdə təqdim etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, təqsirləndirilən şəxsin saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatının daxil olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə saat 08:52 radələrində İsmaylova Pərvanə Sultanəli qızı DİN-in 102 xidmətinə müraciət edərək ünvan 2 ünvanı qarşısında avtomobilindən içərisində mobil telefon, 100 manat pul və sənədlər olan çantasının oğurlanması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında aparılan araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də məşğul olması barədə əməliyyat məlumatı əldə olunmuşdur. Bununla bağlı raport tərtib edilərək Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin rəhbərliyinə təqdim edilmişdir və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuşdur. ##.##.2025-ci il tarixdə saat 23:15 radələrində Xətai rayonu, İ.Zülfüqarov küçəsi 101 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaların könüllü təqdim edilməsi təklif olunmuşdur. O, videoçəkiliş zamanı etiraf etmişdir ki, həmin gün səhər saatlarında Pərvanə İsmaylovaya məxsus avtomobildən çantanı götürərək qaçmış, çantanın içində olan «Samsung S24» markalı telefonu təqdim etmişdir. Həmçinin bildirmişdir ki, çantadakı 100 manat pulun 70 manatını metamfetamin (“patı”) almaq üçün istifadə etmiş, həmin maddəni də könüllü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş: ## ###### 2025-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, istintaq zamanı ##.##.2025-ci il tarixdə baş vermiş soyğunçuluq hadisəsinin görüntüsü olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk öncə Zərərçəkmiş şəxs qızma məxsus «Hyundai Elantra» markalı avtomobilin dayandığı binanın qarşısından ətrafa baxaraq keçir, daha sonra isə həmin avtomobilə yaxınlaşıb ətrafa nəzər yetirdikdən sonra saat 08:44-də qabaq sərnişin oturacağından ağ rəngli əl çantasını götürdükdən sonra qaçaraq oradan uzaqlaşır. Həmin vaxt Pərvanə İsmaylova da, onun arxası ilə digər istiqamətdə qaçır. ## ###### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung S24 bükülmüş maddə aşkar olunur. Həmin maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisi 4,01 qram olması aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°151» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs (imza)» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,445 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ## ###### 2025-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Whatsapp Video 2025-08-27 at 12.57.46” adlı videogörüntüyə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin videogörüntü 03 saniyə davam edir və həmin görüntüdə bir nəfər əynində boz rəngli şalvar, qara rəngli qısaqol kofta və əlində göy rəngli sellofan torba olan şəxs ətrafa boylanaraq hərəkət edir. “Whatsapp Video 2025-08-27 at 12.59.18” adlı videogörüntüyə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin videogörüntü 01 dəqiqə 08 saniyə davam edir. Həmçinin videogörüntüdən görünür ki, əynində boz rəngli şalvar, qara rəngli qısaqol kofta və əlində göy rəngli sellofan torba olan şəxs binanın qarşısında dayanmış vəziyyətdə olan avtomobillərdən “Hyundai Elantra” markalı avtomobilin qabaq sağ tərəfinə yaxınlaşır, ətrafa nəzər yetirdikdən sonra görüntünün 48-ci saniyəsində, yəni saat 08:44-də qabaq sərnişin oturacağından əl çantasını götürdükdən sonra qaçaraq oradan uzaqlaşır. Görüntünün sonlarında bir nəfər qadının da həyəcanlı halda qaçması müəyyən olunur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində boz rəngli şalvar, qara rəngli qısaqol kofta və əlində göy rəngli sellofan torba olan şəxs onun özüdür. ## ###### 2025-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yolla piyada hərəkətdə olan zaman Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılır və polis əməkdaşları olmaları bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya olub-olmaması, əgər varsa təqdim etməsi bildirilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung S-24 ultra” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddəni təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan bükümün elektron tərəzi vasitəsi ilə miqdarı çəkilir və həmin bükümün 4,01 qram olması müəyyən edilir. Daha sonra həmin büküm polis əməkdaşı tərəfindən zərfə qablaşdırılaraq möhürlənir və imzalarla təsdiqlənir. ## ###### 2025-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst oxuyub yaza bilmədiyindən və rus dilli olduğu üçün videoçəkiliş tərcüməçi gələnədək dayandırılır. 2-ci CD-R formatlı diskdə olan görüntüdən görünür ki, tərcüməçinin iştirakı ilə baxışın davamı həyata keçirilir. X12 tərəfindən içərisində psixotrop maddə metamfetamin olan zərf açılaraq içərisindəki bükümə baxış keçirilir və yenidən miqdarı çəkilən zaman həmin bükümün 4,05 qram olması müəyyən edilir. Daha sonra həmin büküm yenidən həmin zərfə qablaşdırılaraq möhürlənir. Bundan sonra təhqiqatçı tərəfindən digər zərf açılaraq içərisindəki mobil telefona baxış keçirilir və sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin mobil telefonu dayanmış vəziyyətdə olan avtomobilin qabaq sərnişin oturacağından götürdüyü əl çantasından götürmüşdür. Daha sonra həmin mobil telefon yenidən həmin zərfə qablaşdırılaraq möhürlənir. ## ######## 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanının qarşısıında İsmayılova Pərvanə Sultanəli qızının etibarnamə əsasında idarə etdiyi Hyundai Elantra markalı, **-UE-*** d.q.n avtomobildən soyğunçuluq nəticəsində dəymiş zərərin həcmi 1710 (bir min yeddi yüz on) manat təşkil edir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. ## ###### 2025-ci il tarixli qəbzdən görünür ki, İsmayılova Pərvanə Sultanəli qızı özünə məxsus bir ədəd Çin istehsalı olan əl çantasını, bir ədəd 355508778031842 və 352570248031847 imei kodlu “Samsung S24 ultra” markalı mobil telefonu, bir ədəd hesabında pul vəsaiti olmayan **************** nömrəli “Leobank” plastik kartını, bir ədəd AA******* nömrəli şəxsiyyət və bir ədəd BD****** nömrəli sürücülük vəsiqələrini, BB****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, R X9 təhvil almışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi, məhkəməyədək icraat zamanı verdiyi ifadənin ona məxsus olmadığına, tərcüməçi ilə təmin edilmədiyinə, polis əməkdaşları tərəfindən hədələnib döyüldüyünə dair hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbs edilməmişdən bir ay öncə “nəşə” kimi tanıdığı narkotik vasitədən istifadə etdiyini, ilk olaraq küçədə video çəkil aparıldığını, daha sonra bölməyə gətirildiyini, hədələnib döyüldüyünü, tərcüməçi ilə polis bölməsində təmin edildiyini, hüquq və vəzifələrinin ona izah edilmədiyini, narkotik vasitə almaq üçün oğurluq etməsi kimi bir ifadə vermədiyini, polis bölməsinə axşam 10 radələrində gətirildiyini, tərcüməçinin gecə 2 radələrində gəldiyini bildirmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ## ###### 2025-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, o, ## ###### 2025-ci il tarixdə Hyundai Elantra markalı avtomobildən çanta oğurlamış, həmin çantada olan 100 manat puldan 70 manatına Neftçilər metrosu yaxınlığında, anket məlumatlarını bilmədiyi şəxsdən “patı” adı ilə tanıdığı narkotik vasitə almışdır. Həmçinin ona verilən suallara cavab olaraq sonuncu saxlanılan, həmçinin şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən görünür ki, sonuncu həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq kesab edir ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkcə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ilkin izahatları ilə deyil, həmçinin, iş materiallarında olan digər sübutlarda da təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayətlərin tövsifi problemi araşdırma və məhkəmə araşdırma praktikası üçün ən mürəkkəb və mühüm problemdir. İlk olaraq qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin konstruksiyasını təhlil edərkən bu nəticəyə gəlmək olar ki, o həddən artıq yüklənmişdir, çünki bir normada eyni anda bir neçə müstəqil cinayət tərkibi nəzərdə tutulmuşdur. Tamamilə aydındır ki, bu cinayətlərin tərkibi həm obyektiv, həm də subyektiv tərəflərinə görə, cinayətin subyekti və hətta predmeti baxımından fərqlənir. Təəssüf ki, maddənin mətninin hüquqi konstruksiya baxımından qeyri-kamil olduğu məlum olur və bu da müvafiq normaların tətbiqi prosesində müəyyən çətinliklərə səbəb olur. Hüquq tətbiqi praktikasının subyektləri üçün bir çox hallarda tövsif əlamətlərinin dəqiq şərhinin qeyri-mümkünlüyü cinayət tərkibində onların uğursuz hüquqi ifadəsi ilə əvvəlcədən müəyyən edilir ki, bu da cinayət qanununun ixtiyari şərhinə və yanlış tətbiq edilməsinə səbəb olur. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” anlayışı mürəkkəb cinayət-hüquqi kateqoriya kimi böyük cinayətlər qrupunu birləşdirir. Qanunvericinin cinayətləri təsvir etmək üçün istifadə etdiyi düzgün seçilmiş texniki - hüquqi alətlər onların tərkibinin əlamətlərinin düzgün başa düşülməsinin və deməli, səhvsiz tövsif edilməsinin mühüm amilidir. Əməlin obyektiv tərəfi tövsif prosesində cinayətin elementlərini ayırd etmək üçün ilkin əsaslardan biri kimi çıxış etdiyinə və cinayət məsuliyyətinin müqəddiməsi olduğuna görə onu tədqiq edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin növlərini araşdırmaq daha məqsədəuyğundur. Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin geniş spektri təqdim olunur. Bu cinayət növünü tövsif edərkən, törədilmiş əməlin cinayət subyektinin konkret hərəkəti, ictimai təhlükəli nəticələrin başlanması ilə təzahür edən əlamətləri, habelə əməl və nəticələri, əməlin bu və ya digər cinayət hüquq normasında nəzərdə tutulmuş əlamətləri arasında səbəb-nəticə əlaqəsi arasında dəqiq uyğunluğu müəyyən etmək lazımdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin düzgün tövsif edilməsi üçün zəruri və həlledici şərti olaraq törədilmiş əməlin əlamətlərinin dəqiq sosial-hüquqi təhlilini göstərmək olar. Cinayətin faktiki hallarının və müvafiq cinayət hüququ normasının əlamətlərinin müəyyən edilməsi cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində qanunun aliliyinə riayət edilməsinin əsas şərtlərindən biridir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin tövsifi problemi təkcə cinayət hüququnda ən çətin problemlərdən biri deyil, həm də təhqiqat və məhkəmə araşdırması praktikası üçün ən mühüm problemdir. Cinayət Məcəlləsinin 234-cü maddənin normalarının müddəaları narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə və ya satış məqsədinin olmamasından asılı olmayaraq daşınmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Məcəlləsinin 234cü maddələrinin dispozisiyaları blanket xarakter daşıyır ki, bu da cinayətləri tövsif edərkən digər qanunlara, qərarlara, qaydalara və göstərişlərə istinad etməyə məcbur edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində hər hansı əməliyyatları yalnız müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün icazəsi və ya lisenziyası (xüsusi razılığı) olan əks tərəflə aparmalıdırlar. Bu tələbin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu zaman ehtimal olunur ki, hər hansı bir müəssisə narkotik vasitələr və ya psixotrop maddələrlə bağlı fəaliyyətlə məşğuldursa (məsələn, tərkibində bu vasitələr və maddələr olan dərman vasitələrinin istehsalı ilə məşğul olan farmakoloji müəssisə) o, ilk növbədə, onları lisenziya əsasında və böyük miqdarda istehsal edir, ikincisi, labüd olaraq hansısa nəqliyyat vasitəsi ilə xəstəxanalara, apteklərə və onlardan istifadə edən digər müəssisələrə daşımalıdır. Narkotik vasitələrin daşınması ilə bağlı hər hansı digər fəaliyyət cinayət hesab olunur. Məhkəmə təcrübəsində müəyyən hüquq normalarının tətbiqində bir çox çətinliklər var, narkotik vasitələrin satış məqsədi olmadan, satış məqsədi ilə daşınmasını həyata keçirən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və bu vəsaitlərin və maddələrin saxlanması ilə bağlı çətinliklərə görə şəxslərin qanunsuz məhkum edilməsi faktları mövcuddur. Tövsif edərkən, çətinliklər narkotik vasitələrin satış məqsədi olmadan daşınması ilə onların satış məqsədilə daşınması kimi əməllərin biri birindən ayrılmasından qaynaqlanır. Əksər hallarda şəxsi istifadə üçün narkotik vasitələri daşıyan şəxslər onların daşınmasına görə cinayət məsuliyyətinə cəlb olunurlar. Hesab edirik ki, narkotik vasitənin az miqdarda istifadəsi məqsədi ilə bir yaşayış məntəqəsi daxilində narkotik vasitənin daşınması daşınma sayıla bilməz. Şəxsin hərəkətlərində cinayət tərkibinin olması - satış məqsədi olmadan qanunsuz daşınma - narkotik vasitəni və ya psixotrop maddəni və ya onların analoqlarını satmaq məqsədi olmadan həmin cinayət tərkibinin qanunsuz saxlama hallarının məhdudlaşdırılması məsələsi niyyətin istiqaməti, daşınmasının faktiki halları, narkotik vasitələrin və ya onların analoqlarının miqdarı, ölçüsü, həcmi, onların olduğu yer, habelə işin digər halları nəzərə alınmaqla, hər bir konkret halda həll edilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz daşınmasının ən xarakterik şərti daşıyıcıda külli miqdarda və ya müxtəlif çeşiddə, həmçinin, çoxsaylı bağlamalarda narkotik vasitənin aşkar edilməsidir. Məhkəmə kollegiyası nəzərə alır ki, ## ###### 2025-ci il tarixdə, saat 23:15-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, İ.ZüIfüqarov küçəsi *** saylı binanın arxasında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın şalvarın sağ yan cibindən bir bükümdə külli miqdarda təmiz çəkisi 3,445 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ## ###### 2025-ci il tarixdə, saat 23:15-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, İ.ZüIfüqarov küçəsi *** saylı binanın arxasında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən cinayət yolu ilə əldə etdiyi 01 ədəd «Samsung S24 Ultra» markalı mobil telefon və şalvarın sağ yan cibindən bir bükümdə külli miqdarda təmiz çəkisi 3,445 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da cinayət işi üzrə digər sübutlarla məcmu halında məhkumun narkotik vasitəni olan psixotrop maddə metamfetamini məhz satış məqsəd olmadan əldə etməsinə dəlalət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai və məhkəmə istintaqları zamanı toplanmış, biri digərini tamamlayan digər mötəbər və mümkün sübutlar məhkumun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir və təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin xaric edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətməsini müəyyən edərək əməlində cinayətlərin residivinin yaranmasınna görə cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci və 234.1-1-ci maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı cəzanın məqsədlərinə nail olmaq üçün ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarınınn həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 234.1- 1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlu tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-732/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-732/2026
08.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver