Məhkəmə qərarları › İş №1(3-6)-733/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-733/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-733/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmü ilə ##.##.1992-ci ildə Nefçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Şeron MTK” mənzil 57 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək ona cinayətin predmetinin dəyərinin 50%-i (əlli faiz) miqdarında, yəni 28050 (iyirmi səkkiz min əlli) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə) miqdarında cərimə edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs İlham oğlunun yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, “Şeron MTK” mənzil 57 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs İlham oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs İlham oğlunun yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs İlham oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama aktına və hökmə əsasən Təqsirləndirilən şəxs İlham oğlu ## ###### 2025ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumilikdə xeyli miqdarda - 95370 (doxsan beş min üç yüz yetmiş) manat məzənnəsində 56100 (əlli altı min yüz) ABŞ dolları valyuta vəsaitini əvvəlcədən gömrük orqanına şifahi və ya yazılı formada bəyan etməməklə müşayət etdiyi ona məxsus bir ədəd qara rəngli kiçikölçülü əl çantasında 10.000 (on min) ABŞ dolları və bir ədəd qara rəngli çantanın içərisindəki şalvarın ciblərində 46100 (qırx altı min yüz) ABŞ dolları olmaqla yerləşdirmiş, ## ###### 2025-ci il tarixdə J2 *** saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib saat 02 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən “X4 Hava Limanı“nda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində “Yaşıl kanal” buraxılış sistemindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən valyuta vəsaitləri saxlanıldıqları yerlərdən aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu və onun müdafiəçisi Müdafiəçi birgə apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğluna verilmiş ittihamın bəyan edilmiş 10.000 ABŞ dolları həddində azaldılmasını və cinayət məsuliyyətini yüngülləşdirən halların məcmusunu nəzərə alıb, ona maddənin sanksiyasında nəzərdə tutulmuş cinayətin predmetin dəyərinin 40% miqdarında cərimə cəzasının təyin edilməsini xahiş etmişlər. Həmin hökmdən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası CM-nin 206.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün cinayət qanunun norması düzgün tətbiq edilməklə, həmçinin ona etdiyi təklifə uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxs gömrük nəzarətindən keçərkən aşkar edilən məbləğdən qanunla icazə verilən həddə pul məbləği çıxılmalıdır. Burada əməlin tövsifi işin hallarında bilavasitə asılıdır. Hazırki işdə icazə verilən həddə pul məbləği ilə bağlı da təqsirləndirilən şəxsə ittiham verilməsi qanunsuzdur. Bu xüsusat istintaqda və məhkəmədə araşdırılmışdır. İş üzrə şahid olan gömrük orqanının əməkdaşı şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “....bunun ardınca sərnişindən ona aid olan bir ədəd kiçik ölçülü əl çantasında və bir ədəd çantada gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs kiçik ölçülü əl çantasında cəmi 10.000 ABŞ dolları məbləğində vəsaitin olduğunu, digər çantada gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olub-olmadığı soruşulduqda isə, digər çantada gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olmadığını bildirmişdir.” Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəlcədən əl çantasına qoyduğu 10.000 ABŞ dollarını qalan pullarından ayıraraq, gömrük orqanına bəyan etmişdir. Başqa sözlə o, gömrük nəzarətindən keçərkən üzərində cəmi 10.000 ABŞ dolları olduğunu bildirmiş və təqdim etmişdir. Sənədləşdirmə işlərinə gömrük orqanına bəyan etmədən keçirilməsinə qanunla icazə verilən 10.000 dollar pul vəsaitini də, digər çantadan aşkar edilmiş 46.100 ABŞ dolları ilə birlikdə sənədləşdirilmiş və istintaq orqanı bütün məbləğə, yəni 56.100 ABŞ dollan ilə bağlı CM-nin 206.1 maddəsi ilə ittiham vermişdir. Əgər digər çantada əlavə pul vəsaiti aşkar edilməsəydi, şəxs bəyan etdiyi 10.000 dollarla gömrük nəzarətindən keçidində heç bir maneə olmayacaqdı. Bu halda şəxsin niyyəti vahid niyyətlə törətməsi kimi qiymətləndirməsi, onunla qanunla qorunan hüquq və mənafeyinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əvvəlcədən pullarını bölərək, icazə verilən həddə olan hissəsini əl çantasında qoyaraq gömrük əməkdaşına bəyan etmişdir. Qalan hissəsini isə gizlədərək bəyan etməmişdir. Bundan başqa təqsirləndirilən şəxs saxlandığı ilk vaxtdan təhqiqat və istintaq orqanı ilə səmimi olmuş, özünü təqsirli bilmişdir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilmiş, ürəyindən əməliyyat olmuş və II qrup əlildir. Onun himayəsində 3 azyaşlı körpə uşağı var, ailə başçısı olaraq, ailənin yeganə qazanc gətirənidir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məsuliyyətini ağırlaşdıran hər hansı bir hal yoxdur. Şəxsin cinayət məsuliyyətini bu qədər yüngülləşdirən halların olmasına baxmayaraq, məhkəmənin təyin etdiyi cəza həm düzgün deyil, həm də ədalət və humanizm prinsiplərinə ziddir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs İlham oğluna qarşı irəli sürülmüş ittihamdan məlum olur ki, o, ## ###### 2025-ci il tarixdə ümumilikdə xeyli miqdarda - 95370 (doxsan beş min üç yüz yetmiş) manat məzənnəsində 56100 (əlli altı min yüz) ABŞ dolları məbləğində pul vəsaitini qaçaqmalçılıq yolu Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Göründüyü kimi, istintaq orqanı tərəfindən cinayətin törədildiyi günə ABŞ dollarının manata münasibətdə məzənnəsi müəyyən edilməklə təqsirləndirilən şəxsə qarşı bəlli həcmdə ittiham irəli sürülmüşdür. Cinayət qanunvericiliyində cərimə cəzası manatla müəyyən edilmiş, digər valyuta növləri ilə cərimə cəzası nəzərdə tutulmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs İlham oğlunu CMnin 206.1-ci maddəsi ilə təqsirli bilib onu xarici valyuta ilə (28050 ABŞ dolları məbləğində) cərimə cəzasına məhkum etmiş, eyni zamanda həmin məbləğin manata münasibətdə məzənnəsinin müəyyən edilmə vaxtı düzgün göstərilməmişdir. Belə ki, məhkəmə hökmün nəticə hissəsində qeyd etmişdir ki, təyin edilmiş 28050 ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatı məzənnəsi nəzərə alınmaqla cərimə cəzasının miqdarı müəyyən edilsin. Valyuta məzənnələrinin müxtəlif dövrlərdə müxtəlif dəyərlərdə olmasını nəzərə alsaq bir müddət sonra ABŞ dollarının manat qarşısında dəyərdən düşməsini və ya dəyər qazanmasını dəqiq müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qeyri müəyyən məbləğdə cərimə cəzası təyin edilmişdir. Göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs İlham oğluna CM-nin 206.1-ci maddəsi ilə digər valyuta növü ilə, həmçinin Azərbaycan manatına münasibətdə məzənnəsi müəyyən edilməklə konkret məbləğ müəyyən edilmədən cərimə cəzasını təyin etməklə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməməklə yanaşı analoji işlər üzrə məhkəmə təcrübəsindən kənara çıxmaqla tamamilə fərqli və düzgün olmayan yekun nəticəyə gəlmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən kifayət qədər hal olmadığı təqdirdə məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və işin digər halları nəzərə alınmadan yüngül cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs İlham oğlunun törətdiyi cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş verməmiş, bu səbəbdən məhkəmə onu ilk dəfə cinayət hadisəsi törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamış, həmin halı cəzasını yüngülləşdirən hal kimi qiymətləndirərkən öz mövqeyini əsaslandırmamışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin əməlində onun cəzasını yüngülləşdirən kifayət qədər hal olmadığı təqdirdə məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası təyin etsə də, qeyd olunan cəza növünü də aşağı həddə təyin etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs İlham oğluna maddənin sanksiyasında nəzərdə tutulmuş cinayətin predmetin dəyərinin 40% miqdarında cərimə cəzasının təyin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı Abdulla Abullayev apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından protestin təmin edilməsini və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmünün cinayət qanunun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Apellyasiya şikayətində və apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası ilk növbədə əməlin hüquqi tövsifi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1ci maddəsi ilə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətinin və protestinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk olaraq müdafiə tərəfinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əvvəlcədən əl çantasına qoyduğu 10.000 ABŞ dollarını qalan pullarından ayıraraq gömrük orqanına bəyan etdiyindən ona verilmiş ittihamda cinayətin predmetin dəyərinin həmin həddə azaldılması barədə dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi- cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na * nömrəli əlavənin 6-cı bəndinə əsasən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar gömrük sərhədindən keçirilən zaman yazılı formada bəyan edilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İlham oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Səfərinin məqsədi 1 il öncə tanışı olan Türkiyə Respublikası vətəndaşı "Samit" adlı şəxsə borc olaraq verdiyi 56100 ABŞ dolları məbləğində pulu geri almaq olmuşdur. Samitlə 01 il öncə Türkiyədə olarkən tanış olmuş, restoran açmasına ortaq olaraq ona hissə-hissə olmaqla ümumilikdə 56100 ABŞ dolları məbləğində pul vermişdir. Açdıqları restoranın işləri yolunda getmədiyi üçün verdiyi pulu geri götürmüşdür. Samitdən 56100 ABŞ dollarını geri alaraq otele geri dönmüş, pulun 10000 ABŞ dollar hissəsini ona aid qara rəngli əl çantasının içərisinə yerləşdirmiş, yerdə qalan 46100 ABŞ dolları hissəsini isə digər çantanın içərisində ona məxsus olan 03 ədəd şalvarın ciblərinə yerləşdirmişdir. ##.##.2025-ci il tarixdə gecə saatlarında Bakı şəhərində hava limanında saxlanılmışdır. Gömrük yoxlaması aparılan zaman onda 10000 ABŞ dolları məbləğdə xarici valyuta vəsaitlərinin olduğunu demiş, daha sonra yoxlama zamanı və digər çantadan 46100 ABŞ dolları, ümumilikdə 56100 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Əlavə olaraq qeyd etdiki, əməlindən peşmandır, himayəsində üç azyaşlı uşağı var, həmçinin II qrup əlildir. Bunları nəzərə alaraq yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid Dövlət Gömrük Komitəsi HNBGİ-nin Sərnişin şöbəsinə təhkim olunmuş DGK-nın “Azərterminalkompleks” X8 Dəstəyin təşkili İdarəsinin kiçik mütəxəssisi şahid3 göstərmişdir ki, ##.##.2025-ci il tarixdə xidmət apardığı zaman Baş İdarənin aidyyəti struktur bölməsi tərəfindən aparılan risk analizi nəticəsində verilən məlumatla nəzarətə götürülən İstanbul - Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs İlham oğlu müşayiət olunan baqajları ilə birlikdə gömrük nəzarətinin "Yaşıl Kanal”-na daxil olaraq çıxış qapısına tərəf gedərkən onun tərəfindən saxlanılaraq yoxlanışdan keçirilmə üçün gömrük nəzarətinin "Qırmızı Kanal”-na istiqamətləndirilmişdir. Əvvəlcə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs İlham oğlundan müşaiyət etdiyi yüklərdə gömrük nəzarətinə bəyan olunası hər hansı predimetin olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs isə bəyan olunası hər hansı predmetin olmadığını qeyd etdi. Sonra Təqsirləndirilən şəxs 10000 ABŞ dolları pul olduğunu bildirdi. Daha sonra yoxlama zamanı Təqsirləndirilən şəxs İlham oğluna aid qara rəngli kiçik ölçülü çantanın içərisində şalvarların ciblərinə malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə bölüşdürülərək yerləşdirilmiş, öncədən gömrük orqanına bəyan edilməyən 46100 ABŞ dolları pul aşkar edilərək götürülmüşdür. ##.##.2025-ci il tarixli “Yoxlama aparılması haqqında” protokoldan görünür ki, keçirilmiş gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs İlham oğlununa aid qara rəngli, kiçik ölçülü üzərində "WEIXIER" yazısı olan dəridən olan əl çantasının (barsetka) içərisinə 100 ədəd, hər biri 100 ABŞ dollarından ibarət əsginaslarda olmaqla ümumilikdə 10000 (on min) ABŞ dolları məbləğində xarici valyuta vəsaitlərinin olduğu, üzərində "Beıchao" yazısı olan kiçik ölçülü, narıncı rəngdə tutacağı olan, parça materialdan hazırlanmış çantanın içərisində 03 ədəd şalvarın ciblərinə bölüşdürülərək yerləşdirilmiş, əvvəlcədən gömrük orqanına bəyan edilməyən 461 ədəd, hər biri 100 ABŞ dollarından ibarət əsginaslarda olmaqla ümumilikdə 46100 (qırx altı min yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaitlərinin olduğu aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyutanın gömrük sərhədindən keçirilən zaman yazılı formada bəyan edilməli olmasını imperativ tələb olaraq müəyyən etmişdir ki, hazırki işdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun gömrük sərhədindən keçərkən ona məxsus iki müxtəlif çantadan ümumilikdə 56100 ABŞ dolları aşkar edilməsi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyutanın gömrük sərhədindən keçirildiyi zaman onun bütövlükdə 56100 ABŞ dolları məbləğinə münasibətdə yazılı formada bəyan etmək öhdəliyi mövcud olduğu halda bunu etməmiş, iş materiallarına əsasən yalnız şifahi formada ona məxsus çantaların birində 10000 (on min) ABŞ dolları məbləğində vəsaitin olmasını bildirmişdir. Məhkəmə kollegiyası 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyutanın gömrük sərhədindən keçirilən zaman yazılı formada bəyan edilməli olmasını bir daha vurğulayaraq apellyasiya şikayətinin təqsirləndirilən şəxsə icazə verilən həddə pul məbləği (10000 ABŞ dolları məbləği) ilə bağlı da ittiham verilməsinin qanunsuz olması dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə xarici valyutanın gömrük sərhədindən keçirilən zaman yazılı formada bəyan edilməsi öhdəliyi həmin valyutanın təkibinə daxil olan 10000 (on min) ABŞ dolları ekvivalentinə qədər olan məbləğin (qanunla icazə verilən həddin) şifahi bəyan edilməsi imkanı nəzərdə tutulmamışdır. Buna görə də apellyasiya şikayətinin həmin hissədə dəlilləri əsassız olduğundan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs İlham oğlu ## ###### 2025-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumilikdə xeyli miqdarda - 95370 (doxsan beş min üç yüz yetmiş) manat məzənnəsində 56100 (əlli altı min yüz) ABŞ dolları valyuta vəsaitini əvvəlcədən gömrük orqanına şifahi və ya yazılı formada bəyan etməməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu barəsində onun cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması barədə dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. ** saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli xasiyyətnamədən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs İlham oğlunun barəsində həmin mənzildə qeydiyyatda olduğu müddət ərzində ** saylı Mənzil Kommunal İstismar Sahəsinə Binəqədi rayonu 6-cı Polis bölməsindən heç bir şikayət daxil olmamışdır. Dövlət Tibi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin elektron çıxarışından aydın olur ki, Təqsirləndirilən şəxs İlham oğlu 2-ci qrup əlildir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs İlham oğlunun himayəsində ##.##.2018-ci il təvəllüdlü İlham, ##.##.2020-ci il təvəllüdlü Ayaz və ##.##.2022-*ci ilk təvəllüdlü İlay adlı 03 azyaşlı uşağı vardır. Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İlham oğlunun barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İlham oğlunun əməlini səmimi etiraf edib peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını (CM-nin 59.1.4), ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, 2-ci qrup əlil olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müvafiq hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İlham oğluna təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, onun cəzasını ağırlaşdıran halların olmaması, himayəsində iki azyaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, 2-ci qrup əlil olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması, habelə törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri kimi halların birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmadığını qeyd edir. Başqa sözlə, məhkəmə kollegiyası yuxarıda göstərilən xüsusatarı əsas götürərək Təqsirləndirilən şəxs İlham oğluna birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunduğundan daha aşağı miqdarda cərimə cəzasına və daha aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla da onun islah olunmasına inanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən apellyasiya protestinin təqsirləndirilən şəxsin əməlində onun cəzasını yüngülləşdirən kifayət qədər hal olmaması barədə dəlilləri əsassız hesab edir və həmin dəlillərə münasibətdə Təqsirləndirilən şəxs İlham oğlunun cəzasının ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmünü mübahisələndirən dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlilli qismində həmçinin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs İlham oğluna CM-nin 206.1-ci maddəsi ilə digər valyuta növü ilə, həmçinin Azərbaycan manatına münasibətdə məzənnəsi müəyyən edilməklə konkret məbləğ müəyyən edilmədən cərimə cəzası təyin edilməklə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2016-cı il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, gömrük sərhədindən qeyri-qanuni yolla keçirilmiş xarici valyutanın dəyəri həmin valyutanın cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Manatına münasibətdə məzənnəsi əsasında tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cü maddəsinin 3-cü bədində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Hazıki iş üzrə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs İlham oğlu ## ###### 2025-ci il tarixdə ümumilikdə xeyli miqdarda - 95370 (doxsan beş min üç yüz yetmiş) manat məzənnəsində 56100 (əlli altı min yüz) ABŞ dolları məbləğində pul vəsaitini qaçaqmalçılıq yolu Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İlham oğluna cinayətin predmetinin dəyərinin 50%-i (əlli faiz) miqdarında, yəni 28050 (iyirmi səkkiz min əlli) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə) miqdarında cərimə edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cərimə cəzasına münasibətdə cinayət hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs İlham oğluna təyin olunmuş cinayətin predmetinin dəyərinin 50%-i (əlli faiz) miqdarında, yəni 28050 (iyirmi səkkiz min əlli) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə) miqdarında cərimə edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək ona cinayətin predmetinin dəyərinin 40%-i (qırx faiz) miqdarında, yəni 28050 (iyirmi səkkiz min əlli) ABŞ dollarının cinayətin törədildiyi günə manata münasibətdə məzənnəsi ilə 38.148 (otuz səkkiz min yüz qırx səkkiz) manat cərimə edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs İlham oğluna cinayətin predmetinin dəyərinin 40%-i (qırx faiz) miqdarında, yəni 28050 (iyirmi səkkiz min əlli) ABŞ dollarının cinayətin törədildiyi günə manata münasibətdə məzənnəsi ilə 38.148 (otuz səkkiz min yüz qırx səkkiz) manat cərimə edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İlham oğlu yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, “Şeron MTK” mənzil 57 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs İlham oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs İlham oğlunun yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs İlham oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Alibi Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə üçün sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Alibi Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar