Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-737/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi vә mәruzәsi ilә, X5 vә Mәmmәdov Əli İrfan oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X4, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru Yusifov İlkin Fәrhad oğlunun, Mәhkum edilmiş şәxs – Tәqsirlәndirilәn şәxs, Müdafiәçi – “Xәzәr Konsaltinq” Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, ## ##### 1993-cü ildә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, subay, ali tәhsilli, işlәmәyәn, әvvәllәr mәhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan vә Bakı şәhәri, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Seyid İbad Ağa küçәsi ev 36-46 ünvanında yaşayan, barәsindә polisin nәzarәti altına vermә qәtimkan tәdbiri seçilmiş Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 vә 178.2.4-cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә (hakim Vüsal Qurbanov) Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 vә 178.2.4-cü maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmәsi, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә 2 (iki) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasının, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.3 vә 178.2.4-cü maddәlәri ilә hәmin Mәcәllәnin 46.2-ci maddәsi tәtbiq edilmәklә ona 1 (bir) il 6 (altı) ay müddәtinә dövlәt, özәl vә yerli özünüidarә müәssisәlәrindә rәhbәr vә maddi mәsul vәzifәlәri tutma hüququndan mәhrum edilmәklә 1 (bir) il 9 (doqquz) ay müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasının tәyin edilmәsi, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 66.2 vә 66.4-cü maddәlәrinә әsasәn tәyin olunmuş әlavә cәzanı tamamilә birlәşdirmәklә, әsas cәzaları isә qismәn toplamaq yolu ilә Tәqsirlәndirilәn şәxs 1 (bir) il 6 (altı) ay müddәtinә dövlәt, özәl vә yerli özünüidarә müәssisәlәrindә rәhbәr vә maddi mәsul vәzifәlәri tutma hüququndan mәhrum edilmәklә 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasının tәyin edilmәsi, Tәqsirlәndirilәn şәxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddәt Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn azadlıqdan mәhrum etmәnin bir günü azadlığın mәhdudlaşdırılmasının iki gününә bәrabәr olmaq hesabı ilә ona tәyin edilmiş azadlığın mәhdudlaşdırılması әsas cәzasından 6 (altı) gün çıxılması vә üzәrindә qәti olaraq 1 (bir) il 6 (altı) ay müddәtinә dövlәt, özәl vә yerli özünüidarә müәssisәlәrindә rәhbәr vә maddi mәsul vәzifәlәri tutma hüququndan mәhrum edilmәklә 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasının saxlanılması, azadlığın mәhdudlaşdırılması növündә cәzanın icrası müddәtinin Tәqsirlәndirilәn şәxs cәzanı icra edәn orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Tәqsirlәndirilәn şәxs üzәrinә Bakı şәhәrinin hüdudlarını tәrk etmәmәk, axşam saat 23:00-dan sәhәr saat 06:00-dәk yaşayış yerini tәrk etmәmәk, elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәnin işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk, müvafiq mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk vәzifәsinin qoyulması hökm edilmişdir. Hökmlә hәmçinin qәtimkan tәdbiri vә mәhkәmә mәsrәfi mәsәlәlәri dә hәll edilmişdir. İşin halları: Mәhkәmәnin hökmünә görә, Tәqsirlәndirilәn şәxs 2023-cü ilin sentyabr ayında “xxxx” MMC-nin Hüquq Departamentindә aparıcı hüquqşünas vәzifәsindә işlәyәrkәn qulluq mövqeyindәn istifadә etmәklә özgәnin әmlakını qanunsuz vә әvәzsiz olaraq etibardan suiistifadә etmә vә aldatma yolu ilә әlә keçirmәk mәqsәdilә heç bir sәlahiyyәti olmadığı halda “xxxx” MMC-yә mәxsus 198.000 (yüz doxsan sәkkiz min) manat pul vәsaitini mәnimsәyәrәk ziyan vurduğuna görә Gәncә şәhәr prokurorluğunda istintaqı aparılan cinayәt işi üzrә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmiş X7 qohumu Zәrәrçәkmiş şәxs 5000 (beş min) manat mәblәğindә pulu verәcәyi halda guya “xxxx” MMC-yә vurduğu maddi ziyanın ödәnilmәsi, hәmin MMC-nin ondan şikayәtin olmaması barәdә MMC-nin adından Gәncә şәhәr prokurorluğuna vә Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinә rәsmi mәktubla müraciәt edilәcәyinә dair yalan vәd verib aldadaraq ## ######## 2023-cü ii tarixdә Abşeron rayonu, Mehdiabad qәsәbәsindә yerlәşәn marketdә olan “MilliÖn” elektron ödәmә terminalı vasitәsilә cinayәtdәn xәbәrsiz olan atası şahid2 mәxsus “xxxx” ASC tәrәfindәn verilmiş bank kartına Zәrәrçәkmiş şәxs köçürdüyü 1200 (min iki yüz) manat, ## ######## 2023- cü il tarixdә Abşeron rayonu, Mehdiabad qәsәbәsi, Q.Qarayev küçәsindә yerlәşәn “Şok” marketin qarşısında sonuncudan 4300 (dörd min üç yüz) manat pul vәsaitini alıb vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk şәxsi ehtiyaclarına sәrf etmәklә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ümumilikdә 5500 (beş min beş yüz) manat mәblәğindә xeyli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Bundan başqa o, tәkrarәn özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә istintaqa dәqiq günü mәlum olmayan 2024-cü ilin fevral-mart aylarında cinayәtdәn xәbәri olmayan atası şahid2 olan Sәlim-X2 mәxsus, Bakı şәhәri, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Seyid İbad Ağa küçәsi 36-46 ünvanında yerlәşәn anbarın giriş qapısının açarını guya Sәidә Sәlim-Zadәdәn razılıq aldığını bildirmәklә әldә edib saxlanc yeri hesab edilәn hәmin anbara qanunsuz daxil olaraq orada saxlanılan ümumi dәyәri 8000 (sәkkiz min) manat olmaqla hәr birinin dәyәri ayrı-ayrılıqda 2000 (iki min) manat olan 04 (dörd) әdәd xalça toxuma üçün nәzәrdә tutulmuş xanaları vә 01 (bir) әdәd markası, modeli, texniki göstәricilәri istintaqa mәlum olmayan dәyәri 2500 (iki min beş yüz) manat olan transformatoru cinayәtdәn xәbәri olmayan tanışının kömәkliyi ilә gizli olaraq talayıb zәrәrçәkmiş Sәlim-X2 10.500 (on min beş yüz) manat ziyan vuraraq tәkrar oğurluq etmişdir. Hökmdәn narazı qalan mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәti verәrәk, Sabunçu Rayon Mәhkәmәsinin hökmünün lәğv edilmәsini, әmәlindә cinayәt tәrkibi olmadığını nәzәrә alaraq barәsindә bәraәt hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, işin halları tam vә hәrtәrәfli araşdırılmamış, işin hәqiqi vә faktiki halları nәzәrә alınmamışdır. Birinci instansiya mәhkәmәsinin hökmü başdanbaşa ittihamı müdafiә etmәyә yönәlmişdir. Mәhkәmә istintaqı zamanı işin müәyyәn edilmiş hallarından aydın olur ki, istintaq orqanı tәrәfindәn tam vә hәrtәrәfli araşdırma aparılmadan ehtimallar әsasında ittiham aktı tәrtib edilәrәk mәhkәmәyә göndәrilmişdir. Ona qarşı yönәlmiş ittihamlar heç bir mötәbәr sübutla öz tәsdiqini tapmır. İstinad olunan cinayәtlәrin heç birini törәtmәmişdir. Bu sәbәbdәn dә barәsindә bәraәt hökmü çıxarılmalıdır. Birinci instansiya mәhkәmәsinin gәlmiş olduğu qәnaәtdәn dә aydın olur ki, mәhkәmә iş üçün әhәmiyyәtli vә vacib olan bütün halları, hәtta mәhkәmә iclası zamanı tәqdim edilәn sübutların heç birini nәzәrә almamış, sübutları hökmün mәzmununda qeyd etmәyәrәk hәr hansı hüquqi qiymәt vermәkdәn yayınmışdır. Mәhkәmә iclasında çıxış edәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi1 hәr biri ayrı-ayrılıqda apellyasiya şikayәtini müdafiә edәrәk, birinci instansiya mәhkәmәsinin hökmünün lәğv edilmәsini vә şәxs barәsindә bәraәt hökmünün çıxarılmasını xahiş etmişlәr. Mәhkәmә iclasında çıxış edәn dövlәt ittihamçısı Yusifov İlkin Fәrhad oğlu apellyasiya şikayәtinin tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә görә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddәlәrin mahiyyәtinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsini apellyasiya müraciәtinin hüdudlarında, cinayәt vә cinayәt prosessual qanunvericiliyinin normalarına riayәt edilmәsini hәr bir halda, o cümlәdәn apellyasiya şikayәti vә ya apellyasiya protestinin dәlillәrindә bu barәdә tәlәb irәli sürülmәdikdә dә yoxlayır. Göstәrilәn qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli vә birinci instansiya mәhkәmәsinin hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, mәhkum edilmiş şәxsin apellyasiya şikayәtindәn göründüyü kimi, o, ittihamda göstәrilәn cinayәtlәrin onun tәrәfindәn törәdilmәmәsini qeyd etmәklә faktiki olaraq verilmiş ittiham üzrә tәqsirlilik mәsәlәsini mübahisәlәndirmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış vә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış mötәbәr sübutlara birgә qiymәt verәn vә hәmin sübutlara әsaslanan birinci instansiya mәhkәmәsi iş üçün mühüm әhәmiyyәt kәsb edәn bütün halları aydınlaşdırmaqla Tәqsirlәndirilәn şәxs ona ittiham olunmuş cinayәt әmәllәrini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәllәrini Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 vә 178.2.4-cü maddәlәri ilә düzgün tövsif etmişdir. Mәhkum edilmiş şәxsin әmәlinin cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası göstәrilәn qәnaәtә gәlәrkәn, ibtidai istintaq orqanı tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılaraq qiymәtlәndirilәn sübutların artıq birinci instansiya mәhkәmәsi tәrәfindәn mәhkәmә istintaqı zamanı tam, hәrtәrәfli, dolğun şәkildә vә bir-biri ilә qarşılıqlı әlaqәdә tәdqiq edilmәklә, cinayәt vә cinayәt prosessual qanunvericiliyin tәlәblәrinә әsasәn yoxlanılaraq yekun nәticәyә gәlindiyini qeyd edir. Bu sәbәbdәn dә mәhkәmә tәrkibi hesab edir ki, hazırda hökmün mәzmununda göstәrilәn sübutların tәkrarәn geniş şәkildә sadalanmasına lüzum yoxdur, lakin mәhkәmә verilmiş apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә ayrı-ayrı sübutları sadalamaqla onlara diqqәt yetirilmәsini zәruri hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsindә tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 vә 178.2.4-cü maddәlәri ilә elan olunmuş ittiham üzrә özünü tәqsirli bilmәyәrәk ifadәsindә göstәrmişdir ki, o, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadәk “xxxx” MMC-dә hüquqşünas kimi fәaliyyәt göstәrmişdir. “xxxx” MMC-dә fәaliyyәtә başladıqdan sonra ona mәlum olmuşdur ki, MMC-dә vaxtı ilә bölgә tәmsilçisi vәzifәsindә işlәyәn X7 MMC-dәn 198.000 (yüz doxsan sәkkiz min) manat pul vәsaitini mәnimsәdiyinә görә işdәn xaric edilmiş vә faktla bağlı MMC tәrәfindәn hüquq-mühafizә orqanlarına müraciәt edilmiş, X7 barәsindә cinayәt işi başlanılaraq barәsindә axtarış elan edilmişdir. Zәrәrçәkmiş şәxsla tanışlığı onun әmisi oğlu ilә bağlı yaranmışdır. Daha sonra onun әmisi oğlu hәbs olunmuşdur. Mәlum mәsәlә ilә bağlı Taleh Axundovun qohumu Zәrәrçәkmiş şәxs 2023-cü ilin yanvarfevral aylarında MMC-yә gәlәrәk onunla görüşәrәk Taleh Axundovun MMC-yә vurduğu ziyanın ödәnilmәsinә kömәk etmәk istәdiyini bildirmiş, MMC-nin hüquqşünası kimi Zәrәrçәkmiş şәxs qәbul edәrәk onunla danışmışdır. Söhbәt әsnasında Zәrәrçәkmiş şәxs ona bildirmişdir ki, әlindә 5000 (beş min) manat pulu vә Abşeron rayonu, Mәhәmmәdli qәsәbәsindә 47 sot torpaq sahәsi vardır, hәmin torpaq sahәsini MMC-nin mülkiyyәtinә keçirә bilәr vә satdığı zaman qohumu Taleh Axundovun MMC-yә vurduğu ziyanı ödәyә bilәr. Bu barәdә MMC-nin rәhbәrliyinә bildirmiş, lakin rәhbәrlik razı olmadığına görә o, Zәrәrçәkmiş şәxs bu barәdә mәlumat vermişdir. Bu zaman Zәrәrçәkmiş şәxs ondan xahiş etmişdir ki, hәmin torpaq sahәsinә müştәri tapmaqda ona kömәk etsin ki, torpaq sahәsini satsın vә satışdan әldә edilmiş pulla MMC-yә vurulmuş ziyanı ödәsin. Bundan sonra Zәrәrçәkmiş şәxs ilә biri-birlәrinin mobil telefon nömrәlәrinin götürmüşlәr. Zәrәrçәkmiş şәxs torpaq sahәsini 100000 (yüz min) manata satmaq istәdiyini bildirәrәk, müştәri tapdığı halda qeyd etdiyi mәblәğin üzәrinә qoyulan pulu ona verәcәyini bildirmişdir. 2023-cü ilin sentyabr ayının 8-dә әvvәllәrindә özünә borc pul lazım olduğu üçün Zәrәrçәkmiş şәxs zәng edәrәk ondan borc pul istәmişdir. Ceyhun da hәmin günü hәmin kart hesabına 1.200 (min iki yüz) manat pul göndәrib ona xәbәr vermişdir. Hәmin dövrdә ailә üzvlәri xәstә olduğundan pula ehtiyacı var idi. ## ######## 2023-cü il tarixdә özünә borc pul lazım olduğu üçün Zәrәrçәkmiş şәxs zәng edәrәk ondan 3000 (üç min) manat mәblәğindә borc pul istәmişdir. ## ######## 2023-cü il tarixdә Zәrәrçәkmiş şәxs ilә tәxminәn saat 19:00 radәlәrindә Abşeron rayonu, Mehdiabad qәsәbәsi, Qara Qarayev küçәsindә yerlәşәn “Şok” adlı marketin yanında görüşmüşlәr, Zәrәrçәkmiş şәxs 2000 (iki min) manat әlbәәl borca pul almışdır. Elә hәmin ünvanda Zәrәrçәkmiş şәxs ona demişdir ki, 1000 (min) manat pulu da borc kimi ona sәhәri gün verәcәk. Hәmin günün sәhәri ## ######## 2023-cü il tarixdә Ceyhun ilә danışaraq Mehdiabad qәsәbәsinә görüş tәyin etmişlәr vә oraya satışa kömәklik etmәk üçün tanışı Əliağa adlı şәxs dә gәlmişdir. Daha sonra onlar Zәrәrçәkmiş şәxs satışa qoyduğu Abşeron rayonu, Mәmmәdli qәsәbәsinә getmiş, orada Zәrәrçәkmiş şәxs 47 sot torpaq sahәsini göstәrmişdir. Torpaq sahәsinә baxış keçirdikdәn sonra onlar yenidәn Abşeron rayonu, Mehdiabad qәsәbәsi ünvanında yerlәşәn “Şok” adlı marketin yaxınlığına getmiş vә orada Zәrәrçәkmiş şәxs ona 1000 (min) manat borc pul vermişdir. Ümumilikdә ona 4200 (dörd min iki yüz) manat pul vermişdir. Pulu sayaraq götürmüş vә Ceyhuna demişdir ki, torpağın satılması üçün tanıdığı şәxslәrә bildirәcәk, hәmçinin 1 ay әrzindә dә pulu qaytaracaqdır. Bir neçә gün sonra Əliağa adlı tanışı ona zәng vuraraq Elvin adlı şәxsin torpaq sahәsi ilә maraqlandığını demiş vә üçü hәmin ünvana gedib torpaq sahәsinә baxış keçirmişlәr. O, Elvin adlı şәxslә Zәrәrçәkmiş şәxs tanış etmiş vә onları bir-birlәri ilә razılıq әldә etmәsi üçün әlaqәlәndirmişdir. Hәtta notariusa gedib, ilkin olaraq 25000 manata razılaşdırmışdılar. Ondan sonra onların aralarında danışıq olmayıb. Bu epizodala bağlı onu qeyd edir ki, mәblәğ 5500 manat deyil, 4200 manatdır. Digәr epizod üzrә bildirmişdir ki, Sәlim-X2 uzun müddәtdir ki, atası ilә münasibәti var. Sәidә Sәlim-Zadә atasının yaşadığı Sabunçu rayonu Maştağa qәsәbәsi, Seyid İbad Ağa küçәsi ev 63 ünvanında yerlәşәn evin yaxınlığındakı peşә mәktәbindә uzun müddәt direktor vәzifәsindә çalışıb, atasının da onunla әlaqәsi o zamandan bәri yaranmışdır. Lakin özünün hәmin qadın ilә münasibәti olmamışdır vә onunla heç bir zaman görüşmәmişdir. Sәlim-X2 hәmin ünvanda özü tәrәfindәn tikilmiş içәrisinә özünә mәxsus әşyaları yığdığı anbar kimi tikili vardır vә hәmin tikiliyә atası nәzarәt edirmiş. Sәlim-X2 da әşyaların saxlanması üçün nәzәrdә tutulmuş anbarın açarını atasına tәhvil vermişdir ki, әşyalara nәzarәt etsin. Özü dә bir neçә dәfә atası ilә birlikdә anbarda olmuşdur. Bir neçә il bundan әvvәl hәmin anbarda olan zaman orada sayını xatırlamadığı xalça toxuma xanalarının olduğunu görmüşdür. 2023-cü ilin sonlarında tanışı Mürvәt Quliyevlә sahibkarlıq fәaliyyәtinә başlamağa qәrar vermişlәr. Düşünüb qәrara gәlmişlәr ki, Quba rayonunda sex götürsünlәr vә xalça toxuma işi ilә mәşğul olsunlar. Aralarında razılıq әldә etdikdәn sonra 2023-cü ilin noyabr ayında atasından Sәlim-X2 istifadәsindә olan mobil nömrәni alaraq ona zәng vurmuş vә özünü tәqdim etdikdәn sonra Sәidә xanıma demişdir ki, Quba rayonunda xalça toxuma sexi açmaq niyyәti var vә әgәr razılıq verәrsә hәmin xanaları götürmәk istәyir. Sәidә xanım ondan xalça toxuma xanalarının hamısını götürmәk istәyib-istәmәdiyini soruşduqda hamısını götürmәk istәmәdiyini, 04 (dörd) әdәd xalça toxuma xanasını götürmәk istәdiyini demiş vә telefon әlaqәsi zamanı Sәidә Sәlimzadәnin hәmin xanaların birini 500 (beş yüz) manat olmaqla ümumilikdә 2.000 (iki min) manata satmağa hazır olduğunu bildirmişdir. Hәmçinin Sәidә xanım ona demişdir ki, istәdiyi vaxt xanaları götür apar, sat amma xanaların pulunu yәni, 2.000 (iki min) manat pulu razılığa әsasәn gәtir ver. Sәidә xanımla aralarında әldә edilmiş razılığa әsasәn 2.000 (iki min) manat pulu 04 (dörd) ay hәr ay 500 (beş yüz) manat olmaq şәrtilә ödәmәli imiş. 2024-cü ilin әvvәllәrindә atası xәstәliyi ilә bağlı müalicә aldığı zaman açar onda olmuşdur. Çünki, o, Sәidә xanımla razılaşmışdır ki, xalça toxuma xanalarını oradan götürәcәkdir. 2024-cü ilin fevral ayının әvvәllәrindә dostu Mürvәt ilә birlikdә hәmin ünvana gedәrәk Sәidә Sәlim-Zadә ilә әldә etdiklәri razılığa әsasәn 04 (dörd) әdәd xalça toxuma xanalarını sökәrәk “Ford Transit” markalı yük maşınına yığmış, Mürvәt isә hәmin xanaları Quba rayonuna apararaq orada sexә qoymuşdur. Bu hadisәdәn bir neçә gün sonra Sәidә xanım ona zәng vurduqda ona mәlumat vermişdir ki, xanaları anbardan çıxarmışdır vә 4 ay әrzindә xanaların pulu ona çatacaqdır. Bu hadisәdәn müәyyәn müddәt sonra Sәidә xanım ona zәng vuraraq 2.000 (iki min) manat pulu tәlәb etmişdir. Hәmin vaxt maddiyatla bağlı problemi olduğundan vә kifayәt qәdәr pulu olmadığına görә ona qeyd edilәn mәblәği verә bilmәmişdir. Lakin Sәidә xanıma demişdir ki, pulu tezliklә ona ödәyәcәk. Lakin Sәidә xanım ondan şikayәt etmişdir. Anbardan isә onun tәrәfindәn transformator götürülmәmişdir. Birinci instansiya mәhkәmәsindә zәrәrçәkmiş şәxs qismindә dindirilәn Zәrәrçәkmiş şәxs ifadәsindә qeyd etmişdir ki, X7 әmisi oğludur vә o, “xxxx” MMC-nin Qazax şәhәri üzrә bölgә tәmsilçisi işlәmişdir. 2023-cü ildә “xxxx” MMC 198.000 (yüz doxsan sәkkiz min) manat mәnimsәmә faktına görә әmisi oğlu Taleh Axundov barәsindә hüquq mühafizә orqanlarına müraciәt ünvanlamışdır. Buna görә dә, әmisi oğlu Taleh Axundov barәsindә Gәncә şәhәr prokurorluğunda Azәrbaycan Respublikası CM-nin 179.3.2, 308.2 vә 313-cü maddәlәri ilә cinayәt işi başlanılmışdır. Cinayәt işinin istintaqı tamamlandıqdan sonra cinayәt işi Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinә göndәrilmişdir. Cinayәt işi mәhkәmәyә göndәrilmәmişdәn әvvәl, yәni 2023-cü ilin iyun ayında “xxxx” MMC-nin baş ofisinә gedәrәk müraciәt etmişdir. Mәqsәdi MMCyә dәymiş ziyanı ödәyib barışıq әrizәsi әldә etmәk olmuşdur. MMC-yә müraciәt etdikdәn sonra oradan ona bildirilmişdir ki, MMC-nin hüquqşünası vә cinayәt işindә MMC-nin nümayәndәsi olan Tәqsirlәndirilәn şәxs müraciәt etmәlidir. Ayazın mobil telefon nömrәsini alaraq onunla danışıb 2023-cü ilin iyul ayının sonlarında onunla Nizami rayonu әrazisindә görüşmüşdür. Ayaza Talehin әmisi oğlu olmasını vә dәymiş ziyanı ödәmәk istәyinin olduğunu deyib kömәklik göstәrmәsini xahiş etmişdir. Ayaz da ona bildirmişdir ki, bu işә görә onun özünә 5.000 (beş min) manat, MMCyә isә vurulmuş ziyana görә 20.000 (iyirmi min) manat pul verәcәyi halda MMC tәrәfindәn maddi ziyanın tam şәkildә ödәnilmәsi, şikayәtin olmaması barәdә Gәncә şәhәr prokurorluğuna vә Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinә rәsmi mәktubla müraciәt edәcәkdir. Bu zaman Tәqsirlәndirilәn şәxs demişdir ki, nağd pul yoxdur, lakin 45 sot torpaq sahәsi vardır vә dәymiş ziyanın әvәzindә onu verә bilәr. Ayaz da MMC-nin rәhbәrliyi ilә danışıb xәbәr edәcәyini demişdir. Bir neçә gün keçdikdәn sonra Ayaz ona zәng edәrәk görüşmәk istәdiyini bildirmişdir. Görüş zamanı Ayaz ona bildirmişdir ki, rәhbәrlik torpaq sahәsini istәmir vә nağd pul tәlәb edir. Bir neçә gündәn sonra Ayaz ona yenidәn zәng edәrәk görüşmәk istәdiyini demiş vә onlar görüşmüşlәr. Ayaz ondan tәklifi barәdә fikirini soruşmuş, bu zaman Tәqsirlәndirilәn şәxs tәklifini qәbul etdiyini, torpağı satıb, onun pulu ilә zәrәri ödәyәcәyini vә onun işin hәlli müqabilindә ondan istәdiyi 5.000 (beş min) manat pulu hissә-hissә verәcәyini demişdir. Hәmçinin onu da demişdir ki, әgәr torpaq sahәsini satmağa kömәk etsә vә sata bilsә әlavә olaraq da 5.000 (beş min) manat pul verәcәkdir. ## ######## 2023-cü il tarixdә Tәqsirlәndirilәn şәxs ona zәng vuraraq bildirmişdir ki, tәcili pul lazımdır, çünki Taleh Axundovun işi ilә bağlı Gәncә şәhәrinә gedir vә bi sәbәbdәn dә ona 1.500-2.000 manat pul çatdırmağını xahiş etdi. O isә Tәqsirlәndirilәn şәxs demişdir ki, onda hәmin mәblәğdә pul yoxdur, 1.200 (min iki yüz) manat pulu var. Tәqsirlәndirilәn şәxsla görüşüb hәmin mәblәği ona vermәk istәdiyini dedikdә, Tәqsirlәndirilәn şәxs gәlә bilmәyәciyini bildirәrәk atasına mәxsus “xxxx” kartının fotoşәkilini “WhatsApp” ani mesajlaşma mobil tәtbiqi vasitәsilә göndәrmişdir. O da hәmin günü Abşeron rayonu, Mehdiabad qәsәbәsindә yerlәşәn әrzaq mağazasının birindәki “MiliÖn” elektron ödәniş sistemi vasitәsilә Tәqsirlәndirilәn şәxs ona göndәrdiyi kart hesabına 1.200 (min iki yüz) manat pul köçürmüş vә bu barәdә Ayaza mәlumat vermiş, Tәqsirlәndirilәn şәxs da pulun kart hesabına köçdüyünü tәsdiqlәmişdir. ## ######## 2023-cü il tarixdә Tәqsirlәndirilәn şәxs ilә telefon әlaqәsi saxlamışlar vә Mehdiabad qәsәbәsi, Q.Qarayev küçәsindә yerlәşәn “Şok” marketin qarşısına görüş tәyin etmişlәr. Tәqsirlәndirilәn şәxs görüşә markasını bilmәdiyi avtomobillә gәlmişdir vә yanında da bir nәfәr kişi olmuşdur. Ayaz hәmin ünvana çatdıqdan sonra avtomobildәn düşәrәk ona yaxınlaşmış, hәmin kişi isә avtomobilin yanında gözlәmişdir. Ayaz hәmin kişinin atası olduğunu demişdir. Ayazla bir qәdәr piyada gәzişdikdәn sonra tәklikdә cibindәn 4.300 (dörd min üç yüz) manat pulu çıxarıb әmisi oğlunun işi ilә bağlı Ayaza vermiş vә saymasını xahiş etmişdir. Tәqsirlәndirilәn şәxs da pulu götürәrәk cibinә qoymuşdur. Bundan sonra isә Ayaz atasının onu gözlәdiyi avtomobilә yaxınlaşaraq avtomobilin qabaq sağ oturacağına, atası kimi tәqdim etdiyi yaşlı kişi isә sükan arxasına әylәşmiş vә onlar çıxıb getmişlәr. Lakin Tәqsirlәndirilәn şәxs әmisi oğlunun işindә heç bir kömәklik etmәmiş, cinayәt işi mәhkәmәyә göndәrilmiş, lakin dәymiş ziyanın ödәnilmәsi vә şikayәtin geri götürülmәsi barәdә MMC tәrәfindәn rәsmi mәktubla mәhkәmәyә müraciәt olunmamışdır. Bundan sonra o, “xxxx” MMC-yә getmiş vә maraqlandıqdan sonra Tәqsirlәndirilәn şәxs işdәn çıxarılmasını, başqa şәxslәri dә aldatmasını öyrәnmişdir. Başa düşmüşdür ki, Tәqsirlәndirilәn şәxs onu aldatmış vә pulunu әlә keçirmişdir. Tәqsirlәndirilәn şәxs ilә dәfәlәrlә danışmış, nә üçün onu aldatmasını soruşmuş vә pulunu geri qaytarmasını istәmişdir. Lakin Tәqsirlәndirilәn şәxs ona pulunu qaytaracağını bildirib müxtәlif bәhanәlәr gәtirәrәk pulu qaytarmamış, daha sonra isә zәnglәrә cavab vermәmişdir. Tәqsirlәndirilәn şәxs ümumilikdә 5.500 (beş min beş yüz) manat pul vәsaitini Tәqsirlәndirilәn şәxs ona görә vermişdir ki, Tәqsirlәndirilәn şәxs ona әmisi oğlu Taleh Axundov barәsindә aparılan araşdırma ilә әlaqәdar xxxx MMC-nin adından şikayәtin olmaması, bu barәdә Gәncә şәhәr prokurorluğuna vә Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinә rәsmi mәktubla müraciәt edәcәyinә vәd vermişdir. Hәmçinin Tәqsirlәndirilәn şәxs ona demişdir ki, işin hәlli üçün dövlәt ittihamçısı ilә danışacaq vә әmisi oğlunun maddәsini yüngüllәşdirәcәkdir. Zәrәrçәkmiş şәxs suallara cavab verәrәk bildirmişdir ki, Tәqsirlәndirilәn şәxs ifadәsindә göstәrdiyi xüsusatlar yәni, guya qeyd edilәn mәblәği Tәqsirlәndirilәn şәxs borc kimi verdiyini bildirdiklәri hәqiqәti әks etdirmir, bunlar özünü müdafiә xarakteri daşıyır. Tәqsirlәndirilәn şәxsla onun yaxın münasibәti olmamışdır ki, Tәqsirlәndirilәn şәxs ondan borc pul istәsin vә o da Tәqsirlәndirilәn şәxs borc pul versin. O Tәqsirlәndirilәn şәxs “xxxx” MMC-dәn tanımışdır. Sonda zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ona vurulmuş ziyanın ödәnildiyini vә tәqsirlәndirilәn şәxsә qarşı heç bir şikayәt vә tәlәbinin olmadığını bildirmişdir. Birinci instansiya mәhkәmәsindә zәrәrçәkmiş şәxs qismindә dindirilmiş Sәlim-X2 ifadәsindә qeyd etmişdir ki, Sabunçu rayonu, ** nömrәli Bakı Peşә Liseyinin direktoru vәzifәsindә çalışdığı zaman tәxminәn 20 il bundan әvvәl özünә mәxsus hәr birinin dәyәri ayrıayrılıqda 2.000 (iki min) manat olan 06 (altı) әdәd xalça toxumaq üçün nәzәrdә tutulmuş xanaları vә digәr әşyalarını ** nömrәli Bakı Peşә Liseyinin yaxınlığında, özünә mәxsus olan әşyalarının saxlanması üçün istifadә etdiyi anbara yerlәşdirmişdir. Hәmin xalça touma xanaları böyük ölçüyә malikdirlәr, hündürlüyü tәxminәn 2,5 metr, eni isә 3 metrdir. Xalça toxuma xanaları böyük ölçülәrә malik olduğundan vә evdә şәrait olmadığından onları anbara yerlәşdirmişdir. Tәqaüdә çıxdıqdan sonra yaşayış yeri anbarın yerlәşdiyi ünvandan kәnarda olduğundan anbarın açarının bir surәtini mәktәbin yaxınlığında yaşayan 30 il müddәtә yaxındır ki, tanıdığı şahid2 vermişdir ki, anbardakı әşyalara nәzarәt etsin. Tәqaüdә çıxdıqdan sonra arabir şahid2 ilә telefon әlaqәsi saxlayırmış. Sonuncu dәfә 2024-cü ilin mart ayında әşyalarına baxış keçirmәk mәqsәdilә anbara gәlmiş vә anbara baxış keçirәn zaman aşkar etmişdir ki, hәr birinin dәyәri ayrı-ayrılıqda 2.000 (iki min) manat olan 04 (dörd) әdәd xalça toxuma xanaları yerindә yoxdur. Bundan sonra dәrhal Füzuli Əbilovun istifadәsindә olan mobil nömrәyә zәng vurmuş, şahid2 telefon әlaqәsi zamanı ona demişdir ki, bir müddәt xәstәliyi ilә bağlı müalicә aldığı üçün hәmin otağın açarını oğlu Ayaza vermiş, xalça toxuma xanalarının oğlu tәrәfindәn ondan xәbәrsiz götürüldüyünü demişdir. Bundan sonra şahid2 aldığı oğlu Tәqsirlәndirilәn şәxs istifadәsindә olan mobil nömrәyә zәng vurmuş vә Tәqsirlәndirilәn şәxs 04 (dörd) әdәd xalça toxuma xanalarının harada olduğunu soruşduqda Tәqsirlәndirilәn şәxs ona demişdir ki, xanaları özü götürmüşdür vә gәtirib yerinә qoyacaq, әgәr gәtirib yerinә qoya bilmәsә dә pulunu verәcәkdir. Baş vermiş bu hadisәdәn bir neçә ay әvvәl 2023-cü ilin noyabr ayında Tәqsirlәndirilәn şәxs ona dәfәlәrlә zәng vurub bildirmişdir ki, Siyәzәn rayonunda onun qohumu xalça toxuma sexi açmaq istәyir vә xalça toxuma xanalarına ehtiyacı var. Buna görә dә ondan xanaları satmağı tәklif etmişdi. Lakin o Tәqsirlәndirilәn şәxs demişdir ki, әgәr xalça toxuma xanalarını almaq istәyirsә onları satmağa hazırdır, amma әvvәlcә aralarında razılıq әldә edilmәlidir, hәr bir xana üçün 2.000 (iki min) manat pul ödәmәyә hazırdırsa xalça toxuma xanalarını sata bilәr. Bir neçә gün Tәqsirlәndirilәn şәxs xәbәr gözlәmişdir ki, ona mәxsus oğurladığı 04 (dörd) әdәd xalça toxuma xanasını yerinә gәtirib qoysun ya da ki pulunu ona versin. Dәfәlәrlә ona zәng vuraraq demişdir ki, kim ixtiyar verib ki, icazәsi olmadan anbardan ona mәxsus 04 (dörd) әdәd xalça toxuma xanasını aparsın. Tәqsirlәndirilәn şәxs hәmin xanaları yerinә qoymasını ya da ki, 8.000 (sәkkiz min) manat pulunu geri ödәmәsini tәlәb etmişdir. Lakin Tәqsirlәndirilәn şәxs xәbәr çıxmadığı vә daha sonra telefon zәnglәrinә cavab vermәdiyi üçün bu barәdә yazılı şәkildә Sabunçu Rayon Polis İdarәsinә müraciәt ünvanlamışdır. Bir neçә gün sonra isә tәkrar anbara baxış keçirdikdә aşkar etmişdir ki, 2 il bundan әvvәl 2022-ci il tarixdә anbara yerlәşdirdiyi dәyәri tәxminәn 2.500 (iki min beş yüz) manat olan transformator da yerindә yoxdur, oğurlanıb. Nәticәdә Tәqsirlәndirilәn şәxs ondan icazәsiz ona mәxsus anbara daxil olaraq, hәr birinin dәyәri ayrı-ayrılıqda 2.000 (iki min) manat olan 04 (dörd) әdәd xalça toxuma xanasını vә dәyәri 2.500 (iki min beş yüz) manat olan markasını xatırlamadığı transformatoru oğurlamışdır. Sәlim-X2 cavab verәrәk bildirmişdir ki, o, sadәcә şahid2 anbarın açarını etibar etmişdir vә yalnız ona anbara daxil olmasına icazә vermişdir. Sonda zәrәrçәkmiş şәxs Sәlim-X2 tәqsirlәndirilәn şәxs tәrәfindәn vurulmuş ziyanın ödәnilmәdiyini vә tәqsirlәndirilәn şәxsdәn şikayәtçi olduğunu bildirmişdir. Birinci instansiya mәhkәmәsindә şahid qismindә dindirilmiş “xxxx” şirkәtinin nümayәndәsi İsmayılov Yusif Əyyub oğlu ifadәsindә qeyd etmişdir ki, o, “xxxx” şirkәtinin hüquq departamentinin rәhbәridir. Ayaz onun işçisi olub. 2023-cü il tarixdә Zәrәrçәkmiş şәxs onun qәbuluna gәlәrәk әmisi oğlu X7 mәnimsәmә faktı ilә bağlı MMC-dә işlәmiş Tәqsirlәndirilәn şәxs şikayәtin geri çәkilmәsi müqabilindә pul aldığını, lakin şikayәtin geri çәkilmәdiyini bildirmişdir. Zәrәrçәkmiş şәxs onun qәbuluna gәlәn zaman artıq Tәqsirlәndirilәn şәxs müqavilәnin müddәtinin keçmәsi ilә bağlı işdәn azad edilmişdir. O, Zәrәrçәkmiş şәxs bildirmişdir ki, Tәqsirlәndirilәn şәxs ondan aldığı pul ilә bağlı heç bir mәlumatı yoxdur. Mәlum hadisәdәn öncә Tәqsirlәndirilәn şәxs şirkәtdә işlәyәn zaman onun qәbuluna gәlәrәk X7 yaxınlarının onun yanına gәlәrәk mәnimsәmә faktı ilә bağlı әvәzlәşmәk üçün torpaq sahәsi tәklif etdiklәrini demiş, lakin hәmin vaxt torpaq sahәsi dәymiş maddi ziyanla mәblәğ baxımından әvәzlәşdirilmәdiyindәn nağd pul formada dәymiş maddi ziyanın ödәnilmәsini Tәqsirlәndirilәn şәxs bildirmişdir. Lakin bundan sonra baş vermiş hadisәlәrdәn heç bir mәlumatı olmamışdır. Şikayәtin geri götürülmәsi ilә bağlı hüquq mühafizә orqanlarına müraciәt etmәk sәlahiyyәti yalnız şirkәt rәhbәrliyinә mәxsusdur, Tәqsirlәndirilәn şәxs belә bir sәlahiyyәti olmamışdır. Əlavә olaraq bildirmişdir ki, hal-hazırda mәnimsәmә cinayәtindә ittiham olunan әmәkdaşlarla bağlı müvafiq tәdbirlәr görülür. Ayaz adlı şәxs müxtәlif şәxslәrdәn fәrqli mәblәğdәrdә pul vәsaiti әldә edәrәk şirkәtin kassasına ödәyәcәyini vәd etmişdir. Ayaz şirkәtdә işlәdiyi dövrdә problemli işçi kimi yadda qalmışdır. Hәmin şәxslә müddәtli әmәk müqavilәsi bağlandığı üçün müqavilәnin vaxtı bitdiyindәn әmәk fәaliyyәtilә son verilmişdir. Birinci instansiya mәhkәmәsindә şahid qismindә dindirilmiş şahid2 ifadәsindә qeyd etmişdir ki, 20 ilә yaxın müddәtdir ki, Sәlim-X2 tanıyır. Onu yaşadığı Sabunçu rayonu, Maştağa qәsәbәsi ünvanında yerlәşәn ** nömrәli Peşә mәktәbindә direktor işlәyәn vaxtdan tanıyır vә onunla yaxın münasibәtlәri olmuşdur. Sәidә Sәlim-Zadә ** nömrәli Peşә mәktәbindәn tәqaüdә çıxdıqdan sonra yolu uzaq olduğu üçün içәrisindә özünә mәxsus әşyalarını saxladığı Sabunçu rayonu, Maştağa qәsәbәsi, Seyid İbad Ağa küçәsi ünvanında yerlәşәn anbarın açarını ona vermişdir ki, anbara nәzarәt etsin. O da hәmin müddәt әrzindә anbara nәzarәt etmişdir. Oğlu Ayaz uzun müddәt işi ilә әlaqәdar Bakı şәhәrindә olmamışdır. Ayaz 2022-ci il tarixdә Bakı şәhәrinә qayıtmış vә Xәtai rayonu әrazidә yerlәşәn evlәrin birindә kirayә yaşamışdır. 2023-cü ilin sentyabr, oktyabr ayında oğlu Ayaz onun yanında anbarda olan zaman orada xalça toxuma xanalarını görmüş vә ondan Sәlim-X2 istifadәsindә olan mobil nömrәni istәyәrәk demişdir ki, Sәidә xanımla ilә әlaqә saxlayacaq, әgәr xalça toxuma xanalarını istifadә etmirsә xalça toxuma xanalarını aparıb satacaq. Bundan sonra Ayaz onun yanında Sәidә Sәlim-Zadәyә zәng etmiş vә onunla danışmışlar. Sәidә Sәlim-Zadә ilә 04 (dörd) әdәd xalça toxuma xanası üçün hәr birinin dәyәri 500 (beş yüz) manat olmaqla ümumilikdә 2.000 (iki min) manata razılıq әldә etdilәr. X3 xanıma demişdir ki, müştәri tapdıqdan sonra xalça toxuma xanalarını satmaq üçün söküb aparacaq vә hәr ay 500 (beş yüz) manat olmaqla 2.000 (iki min) manat pul ödәyәcәk. 2024-cü ilin mart ayında xәstәliyi ilә bağlı müalicә alırmış. Hәmin vaxt Ayaz yanına gәlәrәk demişdir ki, Sәidә Sәlim-Zadә ilә razılaşıb vә anbardan xalça toxuma xanalarını çıxarmaq istәyir. Hәmin vaxt xәstә olduğu üçün Sәidә Sәlim-zadәyә zәng edib dәqiqlәşdirә apara bilmәmiş vә açarı oğlu Ayaza vermişdir. Hәmin günün sonunda Ayaz açarı ona tәhvil vermiş vә demişdir ki, xalça toxuma xanalarını söküb anbardan çıxarmışdır. Bu hadisәdәn müәyyәn müddәt sonra 2024-cü ilin may-iyun aylarında Sәidә Sәlim-Zadә ilә telefon әlaqәsi saxlayan zaman ona demişdir Ayaz xalça toxuma xanalarını anbardan çıxarıb, sәnә pulunu çatdırıbmı? Sәidә xanım isә ona demişdir ki, Tәqsirlәndirilәn şәxs polisә verәcәk, çünki o oğurluq etmişdir, dәfәlәrlә ona zәng etsә dә zәngә cavab vermәmişdir. Bundan sonra o, dәrhal Ayaza zәng vurmuş, mәsәlәni izah etmiş vә ona demişdir ki, ya xanaları ya daki pulu aparıb Sәidә Sәlim-Zadәyә tәhvil versin. X13 cavab verәrәk bildirmişdir ki, Sәidә Sәlim-Zadә yalnız onun anbara daxil olmasına icazә vermişdir vә açar da yalnız onda olmuşdur. Sadәcә olaraq 2024-cü ilin mart ayında o, xәstәliyi ilә әlaqәdar müalicә aldığı zaman oğlu Ayaz ona demişdir ki, Sәidә Sәlim-Zadә ilә razılaşıblar vә xalça toxuma xanalarını anbardan çıxaracaqdır. Bu sәbәbdәn dә açarı Ayaza vermişdir. Lakin transformator isә anbarın içәrisindә olmayıb, bağlamanın içәrisindә küçә divarına söykәdilmiş vәziyyәtdә olmuşdur. Transformator da daxil olmaqla bir neçә hәyәtdә olan әşyanı Sәidә Sәlim- Zәdәnin göndәrdiyi şәxslәr oradan götürәrәk aparmışlar. Bundan başqa, ## ######## 2023-cü il tarixdә oğlu Ayaz ondan xahiş etmişdir ki, onu Mehdiabad qәsәbәsi, Qara Qarayev küçәsi ünvanında yerlәşәn “Şok” adlı marketin qarşısına aparsın. Oğlu Ayaz demişdir ki, hәmin ünvanda bir nәfәr şәxs ilә görüşәcәkdir. Lakin ünvana getmәmişdәn qabaq görüşәcәyi şәxs ilә görüşmәsinin sәbәbini ona demәmişdir. O da Ayazı hәmin ünvana avtomobillә aparmışdır. Mehdiabad qәsәbәsindә yerlәşәn “Şok” adlı marketin qarşısına çatdıqdan sonra Ayaz avtomobildәn düşәrәk bir qәdәr uzaqlaşmış vә orada bir nәfәr kişi ilә görüşüb piyada hәrәkәt edib söhbәtlәşmişlәr. O isә bu zaman avtomobilinin yanında olmuş vә onların nә barәdә söhbәt etmәsindәn dә xәbәri olmamışdır. Tәxminәn 15-20 dәqiqәdәn sonra Ayaz geri qayıdıb avtomobilә әylәşmiş, avtomobilә qayıtdıqdan sonra ona demişdir ki, görüşdüyü şәxsin ona borcu var, ona görә onunla görüşmüşdür. Amma o Tәqsirlәndirilәn şәxs hәmin şәxsdәn borcunu vә yaxudda ki digәr pul vәsaitinin alıb-almadığını bilmәmişdir. Birinci instansiya mәhkәmәsindә şahid qismindә әlavә şahid qismindә dindirilmiş Sәlimov Elvin İlham oğlu ifadәsindә qeyd etmişdir ki, Tәqsirlәndirilәn şәxs bu gündә daxil olmaqla 3-cü dәfәdir görür. O, Maştağa qәsәbәsindә müәllim işlәyәn zaman ona torpaq sahәsi lazım idi. O Ayazı bir tanışının tanışı vasitәsi ilә tanımışdır. Torpaq sahәsi dә Abşeron rayonu, Mәhәmmәdli qәsәbәsindә yerlәşirdi. Torpağın sahibi kimi çıxış edәn şәxs Ayazın ona tәqdim etdiyi Ceyhun adlı şәxs idi. Ceyhun da özünü Bakı şәhәr Baş Polis İdarәsinin keçmiş әmәkdaşı kimi tәqdim etmişdi vә torpaq sahәsinin dә özünә mәxsus olduğunu bildirmişdi. Onlar torpağın tam şәkildә verilmәsini istәdilәr, ehtiyat fondu torpağı idi. Torpaq 46000 manata satılacaq idi. Onun 23000 manatı nağd formada, qalan hissәsini isә ya tikinti materialları ilә mübadilә olunması, ya da hissәhissә ödәnişlә verilmәsi nәzәrdә tutulmuşdur. Bütün şәrtlәrә razılaşmışdılar. Yasamal rayonu әrazisindә ** nömrәli notariat kontoruna getmişlәr. Orada sәnәdlәrin yoxlanılması zamanı mәlum olmuşdur ki, torpaq bölgüyә getmir. Belә ki, hәmin pul müqabilindә 46.6 sot torpaq sahәsini almalı idilәr, amma bölgüyә getmәdi. Bununla bağlı Abşeron rayonu * saylı әrazi üzrә reyestr xidmәtinә müraciәt etmişlәr. Oradan da bildirdilәr ki, torpaq sahәsi ehtiyyat fondu sahәsinә aiddir deyә, bölgüyә getmir. Bundan sonra alqı-satqı baş tutmamışdır. Daha sonra Ayaz ondan zәng vasitәsi ilә alqı-satqının baş tutub tutmadığını soruşmuşdur. O, baş tutmadığını bildirmişdir. Bundan başqa, birinci instansiya mәhkәmәsi iş üzrә dindirilmiş tәqsirlәndirilәn şәxs, zәrәrçәkmiş şәxslәr vә şahid ifadәlәri ilә yanaşı, Azәrbaycan Respublikasının Cinayәt- Prosessual Mәcәllәsinin 124-cü maddәsinin tәlәblәrinә uyğun olaraq istintaq vә mәhkәmә hәrәkәtlәrinin digәr protokollarını, o cümlәdәn ekspertiza rәyini vә digәr sәnәdlәri dә sübut növlәri kimi mötәbәrliyi vә mümkünlüyü üzrә qiymәtlәndirilmәklә tәdqiq etmişdir. İş materiallarında olan vә birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş “Tәqdim olunan әşyaya baxış keçirilmәsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müәyyәn edilmişdir ki, tәqdim edilmiş fotoşәkildә 01 (bir) әdәd metal materialdan olan ağ rәngli boya ilә boyanmış xalça toxuma üçün nәzәrdә tutulmuş xananın olması görünür. İş materiallarında olan vә birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş “Hadisә yerinә baxış keçirilmәsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan görünür ki, hadisә yeri Bakı şәhәri, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Seyid İbad Ağa küçәsi 36-46 ünvanıdır. Vәtәndaş Sәlim-X2 iştirakı ilә hadisә yerinә baxış keçirilәrkәn müәyyәn edildi ki, oğurluq әmәlinin baş verdiyi anbar “Mәdәniyyәt vә Sәnәtkarlıq üzrә Bakı Dövlәt Peşә Tәhsil Mәrkәzi”nin ** nömrәli Peşә liseyinin yaxınlarında yerlәşir. Anbar qeyd edilәn ünvanda dәmir darvaza ilә tәchiz olunmuş hәyәtin әrazisindә yerlәşir. Hәyәtin giriş qapısından daxil olduqdan giriş qapısından tәxminәn 40-50 metr irәlidә anbar yerlәşir. Anbarın hündürlüyü tәxminәn 2.90 metrdir, uzunluğu 17 metr, eni isә 9 metr olmaqla 153 kv.metrdir. Anbar daş materialdan tikilmişdir vә ağ boya ilә boyanmışdır. Anbarın giriş qapısının iç tәrәfi taxta materiala bәnzәr qәhvәyi rәngli üzlüklә üzlәnmişdir. Anbara içәri daxil olduqda müәyyәn edildi ki, içәridә mebellәr 5 (beş) әdәd xalça, 1 (bir) әdәd divan, 1 (bir) әdәd qab yuyan maşın, 1 (bir) әdәd böyük ölçülü xalça toxuma xanası, 01 (bir) әdәd kiçik ölçülü xalça toxuma xanası, 02 (iki) әdәd stol, 03 (üç) әdәd stul, 03 (üç) әdәd kombi aparatı vә digәr әşyalar var. Anbar 06 (altı) әdәd rәngli plastik pәncәrә ilә tәchiz edilib. Pәncәrәlәrin şüşәlәri yerindәdir. Hamısı saz vәziyyәtdәdir. Üzәrlәrindә heç bir sındırma izlәri yoxdur. Giriş qapısı saz vәziyyәtdәdir, kilid sistemi üzәrindә, heç bir sındırma izlәri yoxdur. Hadisә yerinә baxış zamanı vәtәndaş Sәlim-X2 anbarda yerlәşәn, uzunluğu 25 metr, eni 3 metr olan xalça toxuma xanasını göstәrәrәk 04 (dörd) әdәd hәmin xanadan oğurlandığını bildirdi, xananın üzәrinә baxış zamanı xana üzәrindә istehsal tarixi vә markası ilә bağlı yazılar aşkarlanmadı. Baxış zamanı Sәlim-X2 bildirdi ki, hәmçinin anbardan dәyәri 2500 (iki min beş yüz) manat olan transformator da oğurlanıb lakin, markasını vә istehsal tarixini xatırlamır. Hadisә yerinә baxış istintaq hәrәkәti açıq vә qapalı mәkanda gündüz vaxtı keçirildi. Hadisә yerinә Sabunçu RPİ-nin kriminalisti dәvәt edildi. Kriminalist tәrәfindәn tәhqiqat üçün yararlı izlәr aşkar edilmәdi. Hadisә yerindә tәhlükәsizlik video müşahidә kameraları yoxdur. Hadisә yerinә baxış zamanı hadisә yerinin fotoşәkillәri çәkildi. İş materiallarında olan vә birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ## ######## 2024-cü il tarixli, */**** nömrәli rәyindәn görünür ki, ekspertiza tәyini haqqında qәrarda göstәrilәn, fotoşәkillәri tәqdim edilmiş, Azәrbaycan Respublikası istehsalı vә 30 il әvvәl alınmış 04 (dörd) әdәd xalça toxuma xanalarının istifadәdә olması nәzәrә alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiymәti ilә ümumi dәyәri tәxminәn 4.000,00 (04 әdәd x 1000 man) manat müәyyәn olunur. Tәlәb vә tәklifdәn asılı olaraq müәyyәn edilmiş qiymәtdә dәyişiklik olması istisna edilmir. Qәrarda qeyd edilәn 01 (bir) әdәd transformatorun markası, modeli, texniki göstәricilәri vә sair mәlum olmadığından hәmin transformator üzrә tәdqiqat aparılmadı. Qeyd edilәn sübutlara istinad edәn birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs törәtdiyi әmәllәri etiraf etmәmәsi barәdә ifadәsinә tәnqidi yanaşmış vә hәmin ifadәni mәsuliyyәtdәn boyun qaçırmaq mәqsәdilә vermәsi qәnaәtinә gәlmişdir. Birinci instansiya mәhkәmәsi haqlı olaraq hesab etmişdir ki, müdafiә tәrәfinin bu mövqeyi nәinki öz tәsdiqini tapmamış, әksinә mәhkәmә iclasında bir-birini tamamlayan sübutlar, o cümlәdәn zәrәrçәkmiş şәxslәrin vә şahidlәrin ifadәsi, istintaq hәrәkәti protokolları vә işdә olan digәr istintaq sәnәdlәri ilә tam tәkzib edilmişdir. Göründüyü kimi Tәqsirlәndirilәn şәxs tәrәfindәn tәqsirli bilindiyi cinayәt qanunun maddәlәri ilә nәzәrdә tutulan cinayәt әmәllәrinin törәdilmәsi birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş sübutlarla öz tәsdiqini tapmışdır. Mәhkum edilmiş şәxsә tәyin edilәn cәza mәsәlәsinә gәldikdә isә mәhkәmә kollegiyası aşağıdakıları qeyd edir: Mәhkәmәnin hökmündәn görünür ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn onun tәrәfindәn törәdilmiş cinayәtlәrin xarakterini vә ictimai tәhlükәliliyini, Tәqsirlәndirilәn şәxs şәxsiyyәtini nәzәrә alaraq Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi Cinayәt Mәcәllәsinin 177.2.2 177.2.3, 177.2.4, 178.2.3 vә 178.2.4-cü maddәlәrinin sanksiyası hәddindә azadlığın mәhdudlaşdırılması növündә cәzası tәyin etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn, cәza tәyin etmәnin ümumi әsaslarını özündә әks etdirәn Cinayәt Mәcәllәsinin 8, 41.2 vә 58.3-cü maddәsinin tәlәblәrinә әmәl etmiş vә törәdilmiş cinayәtlәrin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, törәdilmiş cinayәt әmәllәrinin sayının çoxluğunu, onun şәxsiyyәtini, tәyin edilәcәk cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini, cәzasını yüngüllәşdirәn halın olmasını, ağırlaşdıran halların olmamasını nәzәrә alaraq ona tәqsirli bilindiyi cinayәt qanunu normasının sanksiyasında müәyyәn edilmiş hәddә әdalәtli olmaqla mәhkum edilmiş şәxsin şәxsiyyәtinә, törәtdiyi cinayәtlәrin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә uyğun azadlıqdan mәhrum etmә ilә bağlı olmayan cәza tәyin etmiş vә mәhkәmә baxışı zamanı onun tәqsirli bilindiyi maddәlәr üzrә tәyin edilmiş cәzasının yüngüllәşdirilmәsi üçün әlavә hәr hansı hal müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası nәzәrә alır ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 404-cü maddәsinә әsasәn cinayәt qanununun müvafiq maddәsi ilә müәyyәn edilmiş hüdudlardan kәnara çıxmasa da, hәm sәrtliyinә, hәm dә yüngüllüyünә görә açıq-aydın әdalәtsiz olan cәza cinayәtin ağırlığına vә mәhkumun şәxsiyyәtinә uyğun olmayan cәza hesab edilir. Mәhz bu cür (“açıq-aydın” yüngül vә yaxud “açıq-aydın” ağır) cәza Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 41.2-ci maddәsindә tәsbit edilmiş cәzanın mәqsәdlәri baxımından qeyrimәqbul hesab edilә bilәr. Mәhkәmә kollegiyası mәhkum edilmiş şәxsә tәyin edilmiş cәzanı açıq-aydın әdalәtsiz hesab etmir, bu sәbәbdәn dә birinci instansiya mәhkәmәsi tәrәfindәn tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsi üçün heç bir qanuni әsas görmür. Mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol verilmәsi halları da müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarının dәyişdirilmәdәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә Azәrbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, qərara a l d ı: Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-737/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-737/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver