Məhkəmə qərarları › İş №1(3-6)-738/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-738/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-738/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlunun və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, “xxxx” MMC-də mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Elsevər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci və 151-ci və 152.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Elsevər oğlu Azərbaycan Respublikasının CM-nin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Elsevər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci və 152.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin dörd gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutmaqla hesablayaraq 2 il müddətinə islah işləri cəzası 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs Elsevər oğluna qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Elsevər oğlu təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs Elsevər oğlu 2025-ci ilin aprel-may aylarında «Instaqram» sosial şəbəkəsində tanış olduğu ## ###### 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs aralarına olan münasibətlər barədə valideyinlərinə deyəcəyi ilə psixi təzyiq göstərib özündən asılı vəziyyətə salaraq ## ### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən yaşayış olmayan yarımtikilidə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edib, cinsi orqanını sonuncunun bədənin intim nahiyələrinə toxundurmaqla cinsi ehtirasını sonlandırıb, seksual xarakterli digər hərəkətlər etmişdir Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Elsevər oğlunun Azərbaycan Respublikası CM-nin 151 və 151-ci və 152.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sabunçu rayon məhkəməsinin 1 (*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli hökmünün ləğv olunması və Təqsirləndirilən şəxs Elsevər oğlunun məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Elsevər oğlunun Azərbaycan Respublikası CM-nin 151ci və 152.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sabunçu rayon məhkəməsinin 1 (*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli hökmünün ləğv olunması və Təqsirləndirilən şəxs Elsevər oğlunun məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə cinsi əlaqədə olmasını inkar etsə də, qəfildən məhkəmədə etirafedici ifadələr verir. Amma nədənsə birinci instansiya məhkəməsi də məhkəmə istintaqı zamanı ifadələr arasında olan bu kəskin ziddiyyətə əhəmiyyət verməyərək səbəbini aydınlaşdırmamışdır. Bundan əlavə, istintaq və məhkəmə prosesləri, işin halları ilə bağlı zərərçəkmiş şəxs də oxşar məzmunlu faktları sadalayaraq ifadə verərkən əvvəl valideynlərinin, sonra isə araşdırmanı aparan polis əməkdaşlarının psixoloji təzyiqləri təsiri altında olduğunu bildirir, bu barədə özü də apellyasiya şikayətində qeyd edib. Iş materiallarında olan ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında olan sevgi münasibətlərindən sonuncunun qardaşı Elvin Hüseynzadə məlumatlı olmuş, öz yanından araşdırma apararaq Fatimənin yetkinlik yaşına çatmayan şəxs olduğunu müəyyən etmiş və bundan sonra qardaşına həmin qızla əlaqə saxlamağa qadağa qoymuşdur. Bu halı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil kimi göstərsə də qeyri-obyektiv istintaq aparan polis orqanı Elvin Hüseynzadənin şahid qismində dindirməklə təqsirləndirilən şəxsin dəlillərini yoxlamağa heç bir təşəbbüs göstərməmişdir. Halbuki, istintaq orqanı Elvin Hüseynzadəni dindirib və istifadəsində olan ***-***-**-** nömrəli telefon vasitəsi ilə aparılmış yazışmalara baxış keçirtsəydi asanlıqla müəyyən edə bilərdi ki. Əli ilə Fatimə arasında olan əlaqə hansı müddətdən kəsilib(belə ki, Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Əlinin böyük qardaşı onların münasibətləri barədə məlumat əldə etdikdən sonra ona SMS yazaraq Əli ilə əlaqələrinə son qoymağını tələb edərək onun nömrəsinin Əlinin telefonunda blok etmişdir ki, o, Əli ilə əlaqə yarada bilməsin və bundan sonra Əli ilə əlaqələri kəsilmişdir). Öz növbəsində birinci instansiya məhkəməsi də məhkəmə istintaqı zamanı bu boşluğu aradan qaldırmamışdır. Bundan başqa, istintaq zamanı yetkinkik yaşma çatmayan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə əlaqəsi kəsildikdən sonra “Tik Tok” sosial şəbəkəsində “Elmar” adlı digər bir şəxslə tanış olaraq münasibət saxladığı, hətta sonuncuya valideynlərindən gizli pul verməsi və evdən qaçmasının birbaşa səbəbkarı olması müəyyən olunsa da, qeyri-obyektiv istintaq aparan polis orqanı telefon danışıqları və bank hesabları üzərindən aparılmış pul köçürmələri haqqında məlumatları əldə etməklə(belə ki, Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, öz istifadəsində olan ***-***-**-** nömrəli telefondan ***-***-**-** nömrəli telefona zəng vurmaqla Elmar adlı şəxslə əlaqə saxlayırmış və sonuncunun göndərdiyi bank kartı hesabına anasının telefonunda olan “Birbank” mobil tədbiqi vasitəsi ilə 500 manat məbləğində pul köçürmüşdür ) “Elmar” adlı şəxsin müəyyən olunaraq dindirməklə zərəçəkmiş şəxs ilə hansı münasibətdə olmalarını yoxlamağa heç bir təşəbbüs göstərməmişdir. Belə ki, istintaq orqanının sübut kimi əsaslandığı məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs qeyritəbii yolla cinsi əlaqə olması müddətini dəqiq müəyyən etmək mümkün olmamışdır, istintaqa zərəçəkmiş və təqsirləndirilən şəxslərin hər biri tərəflərindən verilən ifadələrdə onların sonuncu dəfə 25 və ya ## ### 2025-ci il tarixdə görüşdükləri qeyd olunur, əgər ehtimal etsək ki, həmin vaxt həqiqətən də tərəflər arasında sonuncu dəfə qeyri-təbii yolla cinsi əlaqə baş vermişdir, necə ola bilər ki, sonuncu fiziki təmasdan 5 aydan da artıq bir müddət keçdikdən sonra müəyyən olunan cinsi əlaqə əlamətləri məhz Təqsirləndirilən şəxs ilə cinsi əlaqənin nəticəsi kimi qiymətləndirilsin? Halbuki, istintaq orqanı qeyd olunan bu şübhəyə müasir texnoloji üsullardan istifadə edib, həmin dövr üçün tərəflərin istifadəsində olan mobil telefon cihazlarının üzərindən aparılmış qarşılıqlı zənglər və anten dairəsi barədə məlumatları əldə edərək (belə ki, Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, öz istifadəsində olan ***-***-**-** nömrəli telefondan ***-***-**-** nömrəli telefona zəng vurmaqla Əli Hüseyzadə ilə əlaqə saxlayırmış) onlara baxış keçirməklə, əlavə məhkəmə-tibbi ekspertizası təyin edərək ekspertlər qarşısında 5 aylıq müddətə və cinsi əlaqənin mütamadiliyinə dair müvafiq suallar qoymaqla çox asanlıqla aydınlıq gətirə bilərdi. Amma nə istintaq orqanı, nə də işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işdə olan bu şübhəli məqamı aradan qaldırmaq üçün heç bir təşəbbüs göstərməmişdirlər. Düzdür, istintaq orqanı bu boşluğu saxta üsulla aradan qaldırmaq məqsədi ilə artıq ekspert rəyi alındıqdan sonradan zərəçəkmiş şəxsi əlavə dindirərək ifadəsində qeyd etdirmişdir ki, guya Əli eyni usulla və eyni təzyiqlər göstərməklə ##.##.2025-ci il tarixdən ##.##.2025- ci il tarixədək olan müddət ərzində onunla 7-8 dəfə iradəsinə zidd olaraq cinsi əlaqə olmuş, guya utandığından bu xüsusat barədə ilkin ifadəsində qeyd etməmişdir. Amma birinci instansiya məhkəməsi işə qərəzli yanaşma nümayiş etdirməklə zərəçəkmiş şəxsin ifadələri arasında olan bu ziddiyyətə də əhəmiyyət verməmişdir. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, iş üzrə zərərçəkmiş şəxsin özü də hazırda etiraf edir ki, ibtidai istntaq və məhkəmə zamanı valideynlərinin tənbehlərinin təsiri altında hadisə barədə təhrif olunmuş, şişirdilmiş, əksər məqamlar barədə həqiqətə uyğun olmayan ifadələr vermişdir. Hələ ilkin araşdırma zamanı o, polisdə Əlinin ona qarşı heç bir hədə-qorxu gəlmədiyini, ona heç bir təzyiq göstərmədiyini, onunla öz istəyi ilə könüllü olaraq saf niyyətlə görüşdüyünü, onunla cinsi əlaqədə olmadığını, tanışlıq zamanı Əliyə 17 yaşı olmasını dediyini şifahi olaraq dəfələrlə bildirsə də, polislər ona inanmamışlar. Polislər o, hələ onlara Əli barədə heç bir məlumat verməmişdən əvvəl onun evdən qaçmağından şübhələnərək onu “qayda belədir” deyərək tibbi ekspertizaya göndərmişlər, ekspertiza müayinəsi zamanı da təsadüfdən həmin vaxt artıq bir neçə müddət idi ki, quru qidalar qəbul etdiyindən, əsasən “Fast Food” məsulları ilə qidalandığından bağırsağında qəbzlik yaranmış və o, “böyük bayıra” çıxdıqda əziyyət çəkirmiş, qanaxmaları olurmuş, ekspert də bağırsağındakı genişlənməni görüb onun qeyri-təbii yolla cinsi əlaqədə olmasından şübhələnərək ona bu barədə suallar verməyə başlamış, hər hansı bir oğlanla münasibəti olub-olmadığını soruşmuşdur. Həmin vaxt valideynləri yanında olduğundan və onlar artıq telefonunda Əli ilə sevgi yazışmalarını gördüklərindən onu müayinə edən ekspertə Əlinin adını çəkərək onunla münasibətlərindən şübhələndiklərini bildirmişlər, o da həmin vaxt stres, həyacan və qorxu vəziyyətində olduğundan, məsələnin bu cür ağır nəticələnə biləcəyini anlamadan valideynlərinin sözünü təsdiqləyərək Əli ilə görüşüb onunla intim münasibətlərindən danışmışdır. Bundan sonra isə artıq hər şey ciddiləşməyə doğru getməyə başlamış, Əlini həbs etmişlər, məsuliyyətindən çəkinərək həqiqəti valideylərinə danışa bilməsə də, polislərə təklikdə bu barədə deyirmiş, amma polislər ona inanmırmışlar, həm özləri, həm də ki, valideynləri vasitəsi ilə ona təzyiq göstərirmişlər ki, Əli barədə onların dediyi kimi ifadələr verməsə özünü məsuliyyətə cəlb edəcəklər, onları aldadırmışlar ki, onsuzda Əli barədə barışıq ərizəsi veriblər, barışıq olduğu üçün məhkəmə Əlini həbsdən azad edəcək. Əli özü də istintaqda həqiqəti danışsa da onu aldatmışlar ki, məhkəmədə olmayan şeyləri yalandan etiraf edərək peşmançılıq bildirsin, məhkəmə də bunu nəzərə alıb onu həbsdən azad edəcək. Lakin belə olmamış, məhkəmə istintaqın yazdıqlarını əsas götürüb Əliyə real cəza vermişdir. Hazırda da o, baş verənlərə görə vicdan əzabı çəkir, onu saf duyğularla sevən, onunla ailə qurmaq istəyən Təqsirləndirilən şəxs törətmədiyi hərəkətlərə görə, onun uşaq uydurmaları əsasında həbs olunmasını özünə bağışlaya bilmir. Bu barədə valideynlərinə də açıb dərdini danışmış, onlar da onu anlayışla qarşılayaraq razılıq vermişlər ki, hadisə barədə artıq hazırda həqiqəti danışsın. Qeyd olunanlardan göründüyü kimi, iş üzrə ilkin araşdırma, ibtidai istintaq və məhkəmə qeyri-obyektiv, səthi və qərəzli aparılmışdır. zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin araşdırma, ibtidai istintaq və birinci instansiyadakı məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs polislərin təzyiqi və hədə-qorxularının, valideynlərinin tənbehlərinin təsiri altında hadisə barədə təhrif olunmuş, şişirdilmiş, əksər məqamlar barədə həqiqətə uyğun olmayan ifadələr vermişdir, nəticədə Əliyə törətmədiyi əməllərə görə bu cür sərt cəza veriləcəyini gözləmirdi. Hələ ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs polisdə Əlinin ona qarşı heç bir hədə-qorxu gəlmədiyini, ona heç bir təzyiq göstərmədiyini, onunla öz istəyi ilə könüllü olaraq saf niyyətlə görüşdüyünü, onunla cinsi əlaqədə olmadığını, tanışlıq zamanı Əliyə 17 yaşı olduğunu dediyini şifahi olaraq dəfələrlə bildirsə də, onlar Zərərçəkmiş şəxs inanmadılar. Polislər Zərərçəkmiş şəxs hələ onlara Əli barədə heç bir məlumat verməmişdən əvvəl onun evdən qaçmağından şübhələnərək onu “qayda belədir” deyərək tibbi ekspertizaya göndərdilər, ekspertiza müayinəsi zamanı da təsadüfdən həmin vaxt artıq bir neçə müddət idi ki, quru qidalar qəbul etdiyindən, əsasən “Fast Food” məsulları ilə qidalandığından bağırsağımda qəbzlik yaranmış və o, “böyük bayıra” çıxdıqda əziyyət çəkirmiş, qanaxmaları olurdu, ekspert də bağırsağımdakı genişlənməni görüb onun qeyri-təbii yolla cinsi əlaqədə olmağından şübhələnərək mənə bu barədə suallar verməyə başladı, hər hansı bir oğlanla münasibəti olub-olmadığını soruşdu. Həmin vaxt valideynləri yanımda olduğundan və onlar artıq telefonunda Əli ilə sevgi yazışmalarını gördüklərindən onu müayinə edən ekspertə Əlinin adını çəkərək onunla münasibətlərindən şübhələndiklərini bildirdilər, o da həmin vaxt stres, həyacan və qorxu vəziyyətində olduğundan, məsələnin bu cür ağır nəticələnə biləcəyini anlamadan valideynlərinin sözünü təsdiqləyərək Əli ilə görüşüb onunla intim münasibətlərindən danışdı. Bundan sonra isə artıq hər şey ciddiləşməyə doğru getməyə başladı, Əlini həbs etdilər, məsuliyyətindən çəkinərək həqiqəti valideylərinə danışa bilməsə də, polislərə təklikdə bu barədə deyirdi, amma polislər ona inanmırdılar, həm özləri, həm də ki, valideynlərim vasitəsi ilə ona təzyiq göstərirdilər.Hazırda da mən baş verənlərə görə vicdan əzabı çəkir, onu saf duyğularla sevən, onunla ailə qurmaq istəyən Təqsirləndirilən şəxs törətmədiyi hərəkətlərə görə həbs olunmasını özünə bağışlaya bilmir. Hökmdən dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələr: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Ilkin olaraq qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlunun müdafiəçisi apellyasiya şikayətini əsaslandırarkən “təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaşını bilməmişdir” qeyd edib faktiki olaraq özünün təqsirliliyini mübahisələndirmişdir ki, belə olan halda məhkəmə kollegiyası həmin hallara qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Elsevər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci və 151-ci və 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olmasi qənaətinə gəlmiş və təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Elsevər oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs Ə.Süleymanova ilə cinsi əlaqədə olduğunu, sonuncunun yaşı barədə məlumatlı olduğunu bildirmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlu birjinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, “Whatsapp” vasitəsilə danışan zaman Fatimənin yaşının az olmasını bilmişdir. Fatimə ilə danışan zaman onu yaxından tanımaq üçün onunla görüşmək istədiyini bildirmişdir. Fatimə ilə ilk dəfə Sabunçu rayonu, Ramana qəsəbəsində görüşmüşlər, söhbət etmişlər. Ilk dəfə onunla görüşəndə aralarında yaxın münasibət olmamışdır. Sonra o, Fatiməyə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən yaşayış olmayan yarımtikilidə görüşməyi təklif etmişdir. Fatimə çox utancıq olduğu üçün onunla orada görüşüb onu daha yaxından tanımaq istəmişdir. Orada Fatimə ilə bir neçə dəfə görüşərək onunla qeyri-təbii yolla əlaqədə olmuşdur. O, Fatiməni heç nəyə məcbur etməmişdir. Fatimə öz razılığı ilə onunla münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs Elsevər oğlu tərəfindən istinad edilmiş bu dəlil birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və sonuncunun zərərçəkmiş şəxsin yaşından məlumatlı olması, zərərçəkmiş şəxs ifadələrində yaşı barədə məlumatlandırdığını qeyd etmişdir) dolğun, ətraflı və biri-biri ilə həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələri ilə uzlaşan ifadələri, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair ## ###### 2025-ci il tarixli *** nömrəli rəydən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Elsevər oğlunun yuxarıda sadalana hallara qurulmuş uğursuz müdafiə taktikası iş üzrə kifayət qədər toplanmış biri digərini tamamlayan sübutlarla (özünün məhkəmə iclasında verdiyi etiraf edici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və s.) təkzib edildiyindən, apellyasiya şikayətlərinin dəlillərini müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilən ifadələr kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətində istinad edilmiş dəlillər əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Elsevər oğlunun özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci və 152.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilməməklə ifadəsində göstərdiyi hallar ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmiş və bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlunun ittiham olunan əməlləri törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası CM-nin 151-ci və 152.1ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğluna təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi sonuncu ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Elsevər oğluna cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elsevər oğlunun cinayət əməlini təkrar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs Elsevər oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda göstərilən cəzasının yüngülləşdirən və ağırlaşdırıcı halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş və apellyasiya baxışı zamanı ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Elsevər oğlunun Azərbaycan Respublikası CM-nin 151-ci və 152.1-ci maddəsi ilə məhkum olunmasına dair ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Elsevər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci və 152.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar