Məhkəmə qərarları › İş №1(3-6)-740/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-740/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-740/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs İsgəndərov Emil Yunus oğlu və onun müdafiəçisi – “De Fendo” Vəkil Bürosunun vəkili Yəhyayev Azər İsfəndiyar oğlunun (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı3 verdiyi apellyasiya protestinə (bundan sonra – apellyasiya protesti) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (hakim İbadzadə Anar Qənimət oğlu) ## #### 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, İsgəndərov Emil Yunus oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, məhkəmə məsrəfi və maddi sübutla bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə İsgəndərov Emil Yunus oğlu (bundan sonra - təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,367 qram olmaqla, xeyli miqdar təşkil edən psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin kütlə ## ####### 2025-ci il tarix, saat 18:00-da Emil İsgəndərovun Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılıb, orada üzərinə keçirilmiş yoxlama zamanı əynində olmuş şalvarın sol yan cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Apellyasiya protestində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün təqsirləndirilən şəxsin cəzadan azad edilməsinə dair müddəalar xaric olunub, cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 7.5-ci bəndində təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş şəxslər barəsində amnistiyanın tətbiq edilməməsinin nəzərdə tutulmasına əsasən iş üzrə təqsirləndirilən şəxsin törətdiyi əmələ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2020 və ## ######## 2022ci il tarixli hökmləri ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in müvafiq olaraq 234.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə münasibətdə məhkumluğunun ödənilməməsi və ya götürülməməsinə görə cinayətlərin təhlükəli residivinin mövcud olması səbəbindən həmin Qərarın 7.5-ci bəndində amnistiyanın tətbiqinə dair nəzərdə tutulmuş məhdudiyyətin təsiri dairəsinə düşdüyü halda, həmin Qərarın 1.16 və 5.1-ci bəndlərini tətbiq etməklə, təqsirləndirilən şəxsi təyin edilmiş cəzadan azad etməsi müvafiq cinayət qanunu normasını düzgün tətbiq etməməsi ilə nəticələnmişdir. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərinə uyğun izahat verib, çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində birinci instansiya məhkəməsinin qəbul etdiyi hökm Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin düzgün tətbiq edilməməsi hissəsində mübahisələndirilməklə, dəlilləri Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Apellyasiya protestində birinci instansiya məhkəməsinin qəbul etdiyi hökm sübutların tam, hərtərəfli araşdırılması və qiymətləndirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsifi, barəsində təyin edilmiş cəzanın növü və həddi ilə bağlı hissələrdə mübahisələndirilmədiyinə görə məhkəmə kollegiyası göstərilən halların müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. - 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin məhkəmənin ## ######## 2022-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən onun barəsində Salyan Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə tətbiq olunmuş cəzadan 5 ay 25 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, ona həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməsi yolu ilə qəti olaraq 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2022-ci il tarixdən hesablanması qərara alınmış, təqsirləndirilən şəxs cəzasını ## ###### 2023-cü il tarixdə çəkib qurtarmışdır. Məhkəmə kollegiyası yuxarıdakı sonuncu abzasda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2020 və ## ######## 2022-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-in müvafiq olaraq 234.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli hökmü ilə barəsində həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ## ###### 2023-cü il tarixdə çəkib qurtardığına, hazırki iş üzrə cinayət əməlini ## ####### 2025-ci il tarixdə, nəticədə həmin Məcəllənin 83.3.3-cü maddəsində müəyyən edilmiş 2 illik müddət bitməmiş, məhkumluğu ödənilməmiş qəsdən törətdiyinə və həmin əmələ görə də azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi mövcudur. İş üzrə birinci instansiya məhkəməsi isə qəbul etdiyi yekun qərarında təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını qeyd etsə də, residivin növünü konkret olaraq müəyyən etməmiş, əksinə, residivin növü ilə bağlı Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsi əvəzinə, residivin sadə növünün nəzərdə tutulduğu 18.1-ci maddəsinə istinad etməklə düzgün hüquqi mövqe nümayiş etdirməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının həddi Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində təhlükəli residivə görə müəyyən edilmiş minimum həddə uyğun olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş şəxslər barəsində amnistiya tətbiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının: - 1-ci hissəsinə əsasən onun bəndlərində nəzərdə tutulmuş əsaslar üzrə məhkumların müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi zamanı həmin Qərarın 7-ci hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmalı olduğuna və - 7.5-ci bəndinə əsasən iş üzrə təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi mövcud olduğuna görə ona həmin Qərarın 1.16-cı bəndi tətbiq edilə bilməz. İş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlində residivin təhlükəli növünün olmasını, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 7.5-ci bəndində nəzərdə tutulmuş “təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş şəxslər” ifadəsini təqsirləndirilən şəxsin hazırkı iş üzrə törətdiyi cinayət əməlinə münasibətdə nəzərə almaması ona həmin Qərarın 1.16-cı bəndini səhv tətbiq etməsi ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən apellyasiya protestinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası CPM-in: - 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. - 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, həmin məhkəmə hökmündən “İsgəndərov Emil Yunus oğlu barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə, Azərbaycan Respublikası CPM-in 44.2.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan azad edilsin.” barədə müddəalar xaric edilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ## ####### 2025ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, ## ####### 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyinə görə Bakı şəhəri Nəsimi RPİ-nin MSYdən azad edilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 gün müddət ona həmin məhkəmə hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmalı, onun cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmalı və o, məhkəmə iclasında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 12 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 132 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193.5, 397.1, 397.2, 398.1.4, 399.1.4 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı dövlət ittihamçısı3 verdiyi apellyasiya protesti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Həmin məhkəmə hökmündən “İsgəndərov Emil Yunus oğlu barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə, Azərbaycan Respublikası CPM-in 44.2.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan azad edilsin.” barədə müddəalar xaric edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən İsgəndərov Emil Yunus oğlunun ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona həmin məhkəmə hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. İsgəndərov Emil Yunus oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İsgəndərov Emil Yunus oğlu barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. İsgəndərov Emil Yunus oğlu məhkəmə iclasında dərhal həbsə alınsın. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilsin. Həmin məhkəmə hökmü verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili Yəhyayev Azər İsfəndiyar oğluna təqsirləndirilən şəxs İsgəndərov Emil Yunus oğluna göstərdiyi hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar