Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-742/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi “AIM” Vəkil Bürosunun vəkilli müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X3) *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs (##.##.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı iki gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 1 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, ## ###### 2026-ci il tarixdə saat 20.30 radələrində ünvan 1 ünvanın qarşısında piyada gəzən zamanı özünü şübhəli apardığı üçün Sabunçu RPI-nin 13-cü polis şöbəsinin əməıkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanda yerləşən Sabunçu RPI- nin 13-cü polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,334 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verib, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ##.##.2017-ci il tarixli Qanun tətbiq edilmiş və cəzası azaldılaraq üzərində 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ##.##.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 1 il 9 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini ## ###### 2026-cı il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir ki, bu hal onun barəsində CM-in 67.1 və 76.6.3-cü maddələrinin tələbinə uyğun cəza təyini üçün əsas yaratmışdır. Lakin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edərək əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırkı iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirməklə ona hökmlərin məcmusu qaydasında qəti cəza təyin etməli olduğu halda, qeyd olunanlara riayət etməyərək cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Hüseynova-Zeynalova Səkinə qızı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Protestdə dövlət ittihamçısı cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli onun istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolu, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Protestdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi iddia olunmuşdur. Apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə cəzası 12 ilə endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə CM-də dəyişikliklər edilməsi haqqında ##.##.2017-ci il tarixli Qanun tətbiq edilmiş və cəzası azaldılaraq üzərində 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 il 9 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## ###### 2026-cı il tarixdə cəzasını çəkdiyi üçün qeydiyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini ## ###### 2026-cı il tarixdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir ki, bu hal onun barəsində CM-in 67.1 və 76.6.3-cü maddələrinin tələbinə uyğun cəza təyini üçün əsas yaratmışdır. Belə ki, CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 17-ci bəndinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Hazırkı halda birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edərək əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırkı iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirməklə ona hökmlərin məcmusu qaydasında qəti cəza təyin etməli olduğu halda, qeyd olunanlara riayət etməyərək cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya protesti təmin edilməli, hökm cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməli,CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə cəzası 12 (on iki) ilə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə üzərində 10 (on) il 6 (altı) ay saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 20 (iyirmi) gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, # ###### 2026-cı il tarixdən # #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün, ümumilikdə 3 (üç) ay 26 (iyirmi altı) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1, 399.1.4, 403 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə 12 (on iki) ilə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə üzərində 10 (on) il 6 (altı) ay saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 20 (iyirmi) gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə ibtidai istintaq zamanı ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, # ###### 2026-cı il tarixdən # #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün, ümumilikdə 3 (üç) ay 26 (iyirmi altı) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla təyin edilmiş qəti cəzadan çıxılsın, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablansın. Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-742/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-742/2026
02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver