Məhkəmə qərarları › İş №1(3-6)-744/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-744/2026

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-744/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Xüsusi ittihamçı Xüsusi ittihamçı və onun nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi3, Təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 qızının, Təqsirləndirilən şəxs Mehtiyeva Natəvan Arif qızının və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə və Mehtiyeva Natəvan Arif qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, təqsirləndirilən şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (hakim Aygün Həsənova) barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə və Mehtiyeva Natəvan Arif qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə verilmiş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığından bəraət verilməsi hökm edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsi və həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin bəraət hökmündən narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün ləğv edilməsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və Mehtiyeva Natəvan Arif qızı barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin hökm sübutlara əsaslanmır, həqiqəti əks etdirmir, qanunsuzdur və ədalətsizdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 özünü təqsirli bilməyərək göstərmişdir ki, o işdə olan vaxtı görmüşdür ki, verlişdə Arzu fikir səsləndirir ki, guya onlar uşağı 21 gün zirzəmidə saxlamışlar. Onlar da, qərara gəlmişdir ki, gedib bu məsələni aydınlaşdırsınlar. Onun qayınanası korona virusdan rəhmətə gedib. Uşağın səs yazıları vardır ki, uşaq özü deyib ki, evimizə kişilər gəlib. Arzu onu ittiham etmişdir ki, qayınanasın guya o öldürüb, o da, Arzuya bildirmişdir ki, onun öz övladı bildirir ki, Arzunun evinə kişilərin gəlir. Arzunun evinə kişilərin gəlməsini deməsi onun fikri deyil. Ancaq bu fukirlərin mənim oğlum tərəfindən deyildiiyi bildirişə də bununla bağlı heç bir sübut təqdim olunmamış, bununla da həmin ifadələrin oğluma yox, məhz Aynura aid olması sübut olunmuşdur. Ancaq buna baxmayaraq məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 özünü təqsirli bilməyərək göstərmişdir ki, guya o verilişdə qeyd etmişdir ki, o xəstə yaşlı adamdır. Arzu o qadını (qayınanasını) çərlədib öldürmüşdür. Həmin fikri deməkdə məqsədi onların arasında olan illərdi çəkən çəkişmələr olmuşdur., bu ifadələri barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 birbaşa məhkəmə zalında səsləndirsə də məhkəmə onu təqsili bilməyərək barəsində bnəraət hökmü çıxarmışdır. Məhkəmə, bu qədər sübutların olmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 əməlində CM-nin 147.1 və Mehtiyeva Natəvan Arif qızı əməlində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddəsinin tərkibinin olması ilə də razılaşmamış və hesab etmişdir ki, xüsusi ittiham qaydasında verilən şikayətdə qeyd edilən hallar həqiqəti əks etdirmir və heç bir böhtan cinayətinin tərkib əlamətləri mövcud deyil. Məhkəmə tərəfindən təqdim etdiyi video-diskdəki məlumatlar təhrif olunmuş, hər vəchlə təqsirləndirilən şəxslər təmuizə çıxarılmağa çalışılmşdır. Ona görə təqdim etdiyim videodisk apellyasiya məhkəməsində yenidən tədqiq olunmalı və orada əks olunanlara hüquqi qiymət verilməlidir. Məhkəmə hesab etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 ## ###### 2024 və ## ###### 2024-cü il tarixlərində Xəzər TV-ə yayımlanan “xxxx” adlanan verilişdə Xüsusi ittihamçı onun evində yad kişilər tərəfindən zorlanmasını bildirməsini təsdiq edəcək heç bir sübut müəyyən olunmamış, sadəcə olaraq təqdim edilən disklərdə müəyyən yazılar aparıcı tərəfindən oxunmuşdur. Qeyd edilən yazılarda konkret olaraq zorlanmaya aid məlumatların verliş çərçivəsində səsləndirilməsi məhkəmə tərəfindən təhlil edilmiş videogörüntüdə müşaiyət edilməmişdir. Məhkəmə iclas zalında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 həmin fikirləri övladının deməsini Arzuya deməsi Həmin xüsusat isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 xüsusi ittihamçıya Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi hesab edilməməlidir. Həmçinin, Məhkəmə hesab etmişdir ki, X4 xüsusi ittihamçının qayınanası X6 öldürməsi ilə bağlı fikirləri N.Mehtiyeva həmin sözlərlə xüsusi ittihamçının qayınanasını fiziki olaraq öldürmək kimi yox, yəni müəyyən söz-söhbətlər, problemlər yaratmaqla onun mənfi təsirlənməsi mənasında işlətdiyini qeyd etmişdir. Ancaq, məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 özü bu fikirlərini etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçı Xüsusi ittihamçı və onun nümayəndəsi müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və Mehtiyeva Natəvan Arif qızı barəsində ittihamedici hökm çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və onun müdafiəçisi müdafiəçi1 qızı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Mehtiyeva Natəvan Arif qızı və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayətinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Xüsusi ittihamçı qarşı ## ###### 2024-cü il tarixdə, ## ###### 2024-cü il tarixdə və ## ###### 2024- cü il tarixlərində Xəzər TVdə yayımlanan "xxxx" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 böhtan və təhqirlər, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Belə ki, ## ###### 2024-cü il tarixdə və ## ###### 2024-cü il tarixlərində Xəzər TV-də yayımlanan "xxxx" adlanan verlişdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan şərəf və ləyaqətini ləkələyən böhtanlarla həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya o öz evində yad kişilər tərəfindən zorlanmasını bildirmişdir. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təzyiqlərə məruz qaldı. Onun mənzilində o heç kimsə tərəfindən zorlanmamış, əks halda bununla bağlı çoxdan o hüquq mühafizə orqanlarına şikayətlər edərdi. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Bu hərəkətləri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. ## ###### 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "xxxx" adlanan verlişdə açıqaydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 ona qarşı şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək qeyri-rəsmi uşaq dünyaya gətirməyində ona böhtanlar atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qaldı. X2 ilə rəsmi nigahı olmuş və rəsmi nigahdan oğlu X3 dünyaya gəlmişdir. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Bu hərəkətləri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. ## ###### 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "xxxx" adlanan verlişdə açıqaydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 ona qarşı şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək qayınanası X6 da onun öldürməyi ilə bağlı ağır cinayətdə ittiham edərək böhtan atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. X6 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətcə qayınanası vəfat etməmişdən qabaq o səkkiz ilə yaxındır ki, onu görməmişdir. O qayınanası Kərimova Həqiqətlə münasibəti çox yaxşı olmuş, o onun universitetdən tələbəsi olmuşdur. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Bu hərəkətləri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Ona qarşı Xəzər TV-ə yayımlanan "Tasir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara va ittihamlara inanmışlar. Qeyd edir ki, ona atılan böhtanlar və ağır cinayətdə ittiham olmağım əsassızdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarımı çox sarsıntılara saldı, mən bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. Bu böhtanlar Xəzər TV-ə yayımlanan kütləvi informasiya vasitəsində açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən böhtanlarla və təhqirlərlərlə, həmçinin onu nüfuzdan salan böhtanlar və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Bununla əlaqədar öz təsdiqini tamamilə tapmış disk yazısıda var və qeyd olunan faktlar ona edilən böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən böhtanlar və təhqirlər, həmçinin onu nüfuzdan salan böhtan və təhqirlər və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə edilən ittihamlarda da öz əksini tapmışdır. Göstərilənlərə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi, X4 həmin məcəllənin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 özünü təqsirli bilməyərək göstərmişdir ki, o işdə olan vaxtı görmüşdür ki, verlişdə Arzu fikir səsləndirir ki, guya onlar uşağı 21 gün zirzəmidə saxlamışlar. Onlar da, qərara gəlmişdir ki, gedib bu məsələni aydınlaşdırsınlar. Onun qayınanası korona virusdan rəhmətə gedib. Uşağın səs yazıları vardır ki, uşaq özü deyib ki, evimizə kişilər gəlib. Arzu onu ittiham etmişdir ki, qayınanasın guya o öldürüb, o da, Arzuya bildirmişdir ki, onun öz övladı bildirir ki, Arzunun evinə kişilərin gəlir. Arzunun evinə kişilərin gəlməsini deməsi onun fikri deyil. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs X5 özünü təqsirli bilməyərək göstərmişdir ki, o verilişdə qeyd etmişdir ki, o xəstə yaşlı adamdır. Arzu o qadını (qayınanasını) çərlədib öldürmüşdür. Həmin fikri deməkdə məqsədi onların arasında olan illərdi çəkən çəkişmələr olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, Arzu verlişdə yalandan xərçəng (xəstələniyi) olmasını bildirsə də, verlişdə müəyyən olunmuşdur ki, Arzu xəstə deyil və sonradan Arzu verlişdən qovulub. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 özünü təqsirli bilməyərək göstərmişdir ki, xüsusi ittihamçı onun keçmiş həyat yoldaşıdır. Aruzunun onlar ilə ədəvəti 2013-cü ildən mövcuddur. Arzu yalandan iddia qaldıraraq onu, atasını, anasını məhkəməyə vermiş, lakin onun iddiası rədd edilmiş, həmçinin apellyasiya şikayəti təmin olunmamışdır. Oğlu Hüseyn evə gələndə üzərində olan şiddət xəsarətlərinin anası Arzu tərəfindən törənməsini bildirmişdir. Arzunun şiddət göstərməsi onun yazışmalarında da, əks olunub. Onun efirdən xəbəri olmamışdır, ona bildirilmişdir ki, Arzu efirdə sizi biyabır edir. Sonra o efirə getmişdir ki, məsələyə aydınlıq gətirsin. O Arzunun nikahdan kənar dünyaya uşaq gətirməsini deməmişdir. Sadəcə demişdir ki, uşaq belə deyir ki, qeyri-rəsmi münasibətdə olduğu adamdan uşaq dünyaya gətirib. Oğlu onunla 4 il yaşamışdır və həmin sözü deyəndə oğlunun təxminən 7-8 yaşı olmuşdur. Xüsusi ititham qaydasında şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülərə əsasən müəyyən olunur ki (Arzu 2 adlı fayl), “barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Xüsusi ittihamçı bildirir ki, Həqiqət xanımı xəstə salaraq sən öldürdün, Xüsusi ittihamçı isə ona bildirir ki, mən niyə öldürdüm.”Həmin diskdə olan Arzu adlı faylda isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 aparıcıya bildirir ki, bu Arzunun nikahdan kənar olan uşağıdır. Digər diskdə olan 27 adlı faylda isə aparıcı və Xüsusi ittihamçı müşahidə olunmuş, aprıcının əlində olan kağızda anonim şəxs barəsində olan müvafiq məlumatlar müzakirə olunmuş, daha sonra aparıcı bildirir ki, Aynur başqa şəxsə etiraf edib ki, onun nömrəsidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu bilə-bilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti olmamaqla cinayət tərkibi yaranmamışdır. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. CMin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq təqsirləndirilən şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi, Mehtiyeva Natəvan Arif qızı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və Mehtiyeva Natəvan Arif qızı törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilməmiş, onların hərəkətlərində Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 ## ###### 2024 və ## ###### 2024-cü il tarixlərində Xəzər TV-ə yayımlanan “xxxx” adlanan verilişdə Xüsusi ittihamçı onun evində yad kişilər tərəfindən zorlanmasını bildirməsini təsdiq edəcək heç bir sübut müəyyən olunmamış, sadəcə olaraq təqdim edilən disklərdə müəyyən yazılar aparıcı tərəfindən oxunmuşdur. Qeyd edilən yazılarda konkret olaraq zorlanmaya aid məlumatların verliş çərçivəsində səsləndirilməsi məhkəmə tərəfindən təhlil edilmiş videogörüntüdə müşaiyət edilməmişdir. Məhkəmə iclas zalında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 həmin fikirləri övladının deməsini Arzuya deməsi ........ Həmin xüsusat isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 xüsusi ittihamçıya Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi hesab edilməməlidir. Məhkəmə həmçinin X4 xüsusi ittihamçının qayınanası X6 öldürməsi ilə bağlı fikirləri ilə bağlı qeyd etmişdir ki, N.Mehtiyeva həmin sözlərlə xüsusi ittihamçının qayınanasını fiziki olaraq öldürmək kimi yox, yəni müəyyən söz-söhbətlər, problemlər yaratmaqla onun mənfi təsirlənməsi mənasında işlətdiyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar şəxs yayılan məlumatların yalan olduğunu bilə-bilə həmin məlumatların yayıldığını dərk etməli və bunu arzu etməlidir. Bununla belə, hazırki işdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 ifadəsində görünür ki, “Arzuya bildirmişdir ki, onun öz övladı bildirir ki, Arzunun evinə kişilər gəlir. Arzunun evinə kişilərin gəlməsini deməsi onun fikri deyil.” Həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 ifadəsi görünür ki, “Arzu o qadını (qayınanasını) çərlədib öldürmüşdür. Həmin fikri deməkdə məqsədi onların arasında olan illərdi çəkən çəkişmələr olmuşdur.” Belə ki, məhkəmə araşdırması nəticəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və X4 tərəfindən xüsusi ittihamçı Xüsusi ittihamçı barəsində yalan olduğunu bilə-bilə onun şərəf və layətini ləkəyən məlumatların yayılması, habelə ona ağır cinayətin törədilməsində böhtan atılması faktı öz təsdiqini tapmamış, birinci instansiya məhkəməsi haqlı olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və X4 əməlində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddəsinin tərkibinin olmaması barədə qəaətə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin II və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında məhkəməyə təqdim edilmiş sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 və X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibi yoxdur. Bununla da, məhkəmə, birinci instansiya məhkəməsinin bəraət hökmündə gəldiyi nəticə ilə razılaşmaqla bu hökmün qanuni və əsaslı olmasını qəbul edir. Eyni əsasa görə məhkəmə verilmiş apellyasiya şikayətini əsassız hesab etməklə onun təmin olunması üçün əsasların olmadığını da vurğulayır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 391, 397.1, 397.2, və 407-412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə və Mehtiyeva Natəvan Arif qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 qızı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Mehtiyeva Natəvan Arif qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar