AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ1(3-6)-747/2026 03.08.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1ǝvəǝX3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamınınǝmüdafiəsiǝüzrəǝşöbəsininǝprokuroruǝX6, Təqsirləndirilən şəxs Təqsirləndirilənǝşəxs, Müdafiəçi – SumqayıtǝRegionalǝVəkilǝBürosununǝvəkiliǝmüdafiəçi1 iştirakları ilə, ##.##.1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 76 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə”ǝnövündəǝqətimkanǝtədbiriǝseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.4-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakimlər Rəfail Sadıxov) ## ###### 2025ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinəǝdairǝcinayətǝtəqibinəǝxitamǝverilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakimlər Rəfail Sadıxov) ## ###### 2025ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən cəza təyin edilməməsi, Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gün həbsdə saxlama müddəti 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icrasının əvvəlinin Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00- dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsinin qoyulması, üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmün Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair hissədə ləğv edərək, təqsiri sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarılmasınıǝxahişǝetmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir mötəbə sübuta əsaslandırılmamışdır. halbuki, zərərçəkmiş şəxsin ifadəsindən də göründüyü kimi, onunla Xəyyam arasında heç bir danışıq olmamışdır. Zərərçəkmiş iddia edir ki, o, pulları oğlu Süleymanana vermiş, oğlu da təqsirləndirilən şəxsə vermişdir. Təsadüfi deyildir ki, 2024-cü ilin noyabr ayında keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsə tərəfimizdən bir sıra suallar verilmiş, zərərçəkmiş şəxs suallarımızdan yayınmış, onun dindirməsi yarımçıq qalmış, bundan sonra zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə iclası dəfələrlə zərərçəkmiş şəxsin gəlmədiyinə görə, habelə, onun oğlu Süleymanın guya Amerikadan videokonfransa 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir order order_xeyyam order.pdf Endir ərizə Elektron Ərizə.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat vasitəsilə prosesə qatılacağı, guya məhkəməyə gələcəyi bəhanəsi ilə təxirə salınmışdır. Məhkəmə sübut kimi “Whatsapp” ani mesajlaşma tətbiqində olan Təqsirləndirilən şəxs ilə X5 yazışmalarına da istinad etmişdir. Həmin yazışmaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Süleyman Quluzadəyə “qaqa sən düzəltməlisən. İndicə qız dedi ki, düzəldin”, “hər şey qaydasındadı”, “narahatçılıq heç nə yoxdur”, “ indi danışmışam, sabah işinlə bağlı xəbər deyiləcək. İşin üzərindəyəm narahat qalma”, “şəxsiyyət vəsiqəsinin üzünü çıxar gələndə, 2 dənə çıxarsan bəsdi” kimi sözlər yazmışdır. (cild 1, i.v.14-33). Bu yazışmaların məzmunun təqsirləndirilən şəxsin verdiyi ifadəyə uyğun gəlir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə göstərmişdir ki, X5 Taryel adlı şəxsin vasitəsi ilə tanımış, Taryel Meksika Respublikasına viza almağa kömək etmək kimi işlərlə məşğul olurmuş. Taryel ilə Süleyman arasında əvvəl aralarında olan viza məsələsində münasibətləri alınmadığı üçün Süleyman ona ABŞ-a viza almaq üçün hər hansı tanışının olub olmaması barədə soruşduqda Süleymana tanıdığı bir şəxsin olduğunu bildirmişdir. Çünki təxminən 2023-cü ilin əvvəllərində taksi kimi fəaliyyət göstərən zaman, onun taksi kimi idarə etdiyi avtomobilə müştəri qismində əyləşən Günel adlı xanımla (sonradan adının Səbinə olduğunu öyrəndiyi) söhbət zamanı tur bilet satışı və Viza düzəlməsinə əli girdiyini bildirmişdir. Taksidə həm söhbət zamanı əgər ona müştəri gəlirsə qazancdan ona da verəcəyini bildirmişdir. Günel sifarişdə nömrəsinin olduğunu bildirərək lazım olsa onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Heç kimdən pul almamışdır. Sadəcə həmin şəxsləri adını Günel bildiyi şəxslə calaşdırmışdır. zərərçəkmiş şəxs1 Mayıl qızına viza məsələsinin həll olunacağı ilə bağlı “narahat olmaması” demişdir. Lakin bunun səbəbi Natavanın oğlu X5 anasının xəstə və narahat olduğu üçün elə deməsini ondan xahiş etməsiǝolmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək X4 barəsində olan Bakı şəhəri Xətai rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün onun məhkum edildiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cazanın həddi ilə bağlı edilmiş təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilərək dəyişdirilməsiǝxahişǝedilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1 vǝ 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Belə ki, hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə 23.800 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin məhkəməyədək icraat dövründə və məhkəmə dövründə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi üçün kifayət qədər zamanı olmasına baxmayaraq, ziyan ödənilməmiş, ümumiyyətlə bu istiqamətdə heç bir təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan hər hansı məbləğdə ödəniş edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş şəxsin ona vurulmuş maddi ziyanın ödənilməsində israrlı və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair" ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş şəxs törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxsdir və zərərçəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Bundan başqa, hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq törətmiş olduğu cinayət əməlini etiraf etməmiş, özünü ümumiyyətlə təqsirli bilməmişdir və belə olan halda törətmiş olduğu əməldən peşmançılıq hissi də keçirməmişdir. Məhkəmə bu halı və vurulmuş ziyanın aradan qaldırılmadığını nəzərə almadan təqirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin etməkdə haqlı olmamış və məhkəmənin bu mövqeyi hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası nə cinayətin xarakterinə, nə ictimai təhlükəlilik dərəcəsinə, nə də ki törədilmə hallarına uyğun olmamışdır. Cəza təyini zamanı məhkumun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmadığı halda Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə nail olmaq mümkün deyildir. Bu məqsədə nail olmaq üçün üsul və vasitələrin tətbiqi cinayət işinin konkret hallarından və təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətindən asılı olaraq dəyişir. Təqsirləndirilən şəxs törətdiyi cinayətdə təqsirini ümumiyyətlə etiraf etməməsi, barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsini bildirməsi isə onun islah yoluna qədəm qoymaq niyyətində olmadığını göstərir. Hesab ediilir ki, bu qəbildən olan şəxslərin islah olunmasında inandırma metodundan (daha yüngül həddə və ya növdə cəza təyin etmə) deyil, məcburetmə metodundan (qanunda nəzərdə tutulmuş daha sərt cəzanın təyini) istifadə daha effektiv olardı. Lakin, cəzanın növü müəyyən edilərkən bu hal məhkəmənin diqqətindən kənarda qalmışdır. Hesab edilir ki, cəza təyin edilərkən nəzərə alınmalı olan törədilmiş cinayətin xarakteri va ictimai təhlükəlilik dərəcəsinə, eləcə də təqsirkarın şəxsiyyətinə münasibətdə protestin yuxarıda şərh olunan dəlilləri məhkəmənin gəldiyi nəticədən fərqli olaraq Təqsirləndirilən şəxs camiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyünü istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə taqsirli bilib ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etdiyi halda, qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş hamin cəzanın həddini də aşağı müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya protestinin isə təmin edilməməsini, dövlət ittihamçısı isə apellyasiya protestinin təmin edilməsini, lakin apellyasiya şikayətinin təmin edilməməsi xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 178.2.4-cü, 263.1ci və 264-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü, 263.1-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərər çəkmiş şəxslərin, şahidlərin dolğun, ətraflı və biribiri ilə uzlaşan ifadələri, sonuncu ilə təqsirləndirilən şəxsin arasında keçirilmiş üzləşmə protokolu və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verilmiş ittiham üzrə özünü CM-nin 263.1-ci və 264-cü maddələri ilə qismən təqsirli bilsə də, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilməməsi onun ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri həm ayrı-ayrılıqda, həm də zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən nəticə etibarı ilə cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırıb, təqsirləndirilənǝşəxsinǝifadələrininǝözünüǝmüdafiəǝxarakteriǝdaşımasınaǝdəlalətǝedir.ǝ Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs verdiyi ifadəsini düzgün olaraq əsas götürməmiş, belə ki, təqsirləndirilən şəxsin ifadəsi səmimi olmamış, bu səbəbdən məhkəmə kollegiyası onun ifadəsini özünümüdafiə xarakteri daşıyan, məsuliyyətini yüngülləşdirmək üçün planlaşdırılmış formada verilmiş vəǝişinǝfaktikiǝhallarıǝiləǝtəkzibǝedilənǝifadəǝkimiǝqəbulǝedir. Birinci instansiya məhkəməsi toplanmış sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-nin 178.2.4-cü, 263.1-ci və 264cüǝmaddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətlərində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətlərinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində istinad etdiyi dəlillər birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılıb hökmdə əsaslandırıldığından məhkəmə kollegiyası eyni halların yenidən sadalanmasına zərurət görməyərək belə qənaətə gəlir ki işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsǝəməlini CM-in 178.2.4-cü maddəsi ilə tövsif etməkdə tam haqlı olmuşdur Apellyasiya protestinə münasibətdə məhkəmə kollegiyası aşağıda qeyd edilən qaydadaǝşərhǝverməyiǝzəruriǝhesabǝedir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, işin faktiki hallarını, Təqsirləndirilən şəxs daha ağır cəza təyin etmə tələbini nəzərə almamış, hökmdə cinayət və cinayət prosessual qanunvericiliyin normalarını sadalasa da, yuxarıda qeyd edilən hallara etinasız yanaşıb təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəza təyin etməsini kifayət qədər əsaslandırmayaraq yekun qənaətəǝgəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə 23.800 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin məhkəməyədək icraat dövründə və məhkəmə dövründə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi üçün kifayət qədər zamanı olmasına baxmayaraq, ziyan ödənilməmiş, ümumiyyətlə bu istiqamətdə heç bir təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan hər hansı məbləğdə ödəniş edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş şəxsin ona vurulmuş maddi ziyanın ödənilməsində israrlı və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair" ## ##### 2002ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş şəxs törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxsdir və zərərçəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Bundan başqa, hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq törətmiş olduğu cinayət əməlini etiraf etməmiş, özünü ümumiyyətlə təqsirli bilməmişdir və belə olan halda törətmiş olduğu əməldən peşmançılıq hissi də keçirməmişdir. Məhkəmə bu halı və vurulmuş ziyanın aradan qaldırılmadığını nəzərə almadan təqirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin etməkdə haqlı olmamış və məhkəmənin bu mövqeyi hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası nə cinayətin xarakterinə, nə ictimai təhlükəlilik dərəcəsinə, nə də ki törədilmə hallarına uyğun olmamışdır. Cəza təyini zamanı məhkumun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmadığı halda Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi ilə onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş daha artıq həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyiniǝqeydǝedərəkǝcinayətǝqanunuǝnormasınıǝdüzgünǝtətbiqǝetməmişdir.ǝ CPM-nin 403.0.1-ci maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasınınǝdüzgünǝtətbiqǝedilməməsiǝhesabǝedilir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsiǝvəǝyaǝdəyişdirilməsiǝüçünǝəsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq azadlıqdanǝməhrumǝetməǝcəzasıǝtəyinǝedilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 399.1.4, 403.0.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətiǝtəminǝedilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin hökmə əsasən CM-nin CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraqǝonaǝ02ǝ(iki)ǝilǝmüddətəǝazadlıqdanǝməhrumǝetməǝcəzasıǝtəyinǝedilsin.ǝǝǝ CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixə və ## #### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək həbsdə saxlandığı cəmi 4 gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (gün) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PenitensiarǝXidmətininǝBakıǝİstintaqǝTəcridxanasınaǝhəvaləǝedilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli ## ###### 2026-ci il tarixdən hesablansın. Hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412 maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), FaiqǝQəniyevǝvəǝƏfqanǝƏləkbərov
Məhkəmə qərarları › İş №1(3-6)-747/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-747/2026
03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver