Məhkəmə qərarları › İş №1(3-6)-751/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-751/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-751/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, zərərçəkmiş zərərçəkmiş şəxs1 İlqar oğlunun, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçiləri Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X3 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) ## #### 1993-cü ildə Bakı şəhərində doğulmuş (FİN: *******), Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı qəsəbəsi, Seyidli məhəlləsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək tutulduğu, həbsdə olduğu 01 (bir) gün müddətin bir günə bir gün hesablanmaqla yəni 01 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 39.500 (otuz doqquz min beş yüz) manat, mənəvi ziyana görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun 180 (yüz səksən) manatı, cəmi 39.780 (otuz doqquz min yeddi yüz səksən) manat məbləğində pulun tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs1 İlqar oğluna ödənilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 İlqar oğluna özü haqqında müxtəlif söhbətlər apararaq, istənilən bankdan yüksək məbləğdə aşağı faizlə kənd təsərrüfatı təyinatlı kreditinin götürülməsi ilə bağlı işləri həll edə bilməsi, habelə həmin işləri bankda işləyən tanışları vasitəsilə həll edə biləcəyi imkanına malik olması fikrini formalaşdırmaqla, bununla bağlı zərərçəkmiş şəxs1 bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, sonuncunun inam və etibarını qazandıqdan sonra, zərərçəkmiş şəxs1 aşağı faizlə 350.000 manat məbləğində pul vəsaitinin kənd təsərrüfatı təyinatlı kreditin bankdan götürülməsinə köməklik göstərməsi barədə ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan həmin məbləğdə pulun kredit yolu ilə götürülməsi üçün əvvəlcədən müəyyən qədər məbləğdə pulun bank əməkdaşlarına hörmət edilməsi barədə yalandan deyib, əslində həmin pulu ələ keçirmək niyyəti ilə, habelə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən icra etməyəcəyini bilərək zərərçəkmiş şəxs1 aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq ## ###### 2024cü il tarixdə zərərçəkmiş şəxs1 tanışı İbrahimov Eltun Qurban oğlu tərəfindən Zaqatala rayonu Bəhmənli kəndində yerləşən «E1» marketdən «Million» aparatından cinayətdən xəbərsiz şahid6 məxsus olmaqla Leobanka aid son səkkiz rəqəmi ******** nömrəli plastik kart hesabına göndərdiyi 5.000 (beş min) manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq ## ###### 2024- cü tarixdə zərərçəkmiş şəxs1 tanışı İbrahimov Eltun Qurban oğlu tərəfindən Zaqatala rayonu Bəhmənli kəndində yerləşən «E1» marketdən «Million» aparatından cinayətdən xəbərsiz Vüqar S.H adlı şəxsə məxsus olmaqla Unibanka aid son səkkiz rəqəmi ******** nömrəli plastik kart hesabına göndərdiyi 5.000 (beş min) manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq yenidən ## #### 2024-cü tarixdə zərərçəkmiş şəxs1 tanışı İbrahimov Eltun Qurban oğlu tərəfindən Zaqatala rayonu Bəhmənli kəndində yerləşən «E1» marketdən «Million» aparatından cinayətdən xəbərsiz Vüqar S.H adlı şəxsə məxsus olmaqla Unibanka aid son səkkiz rəqəmi ******** nömrəli plastik kart hesabına göndərdiyi 3.000 (üç min) manat pulu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 Zaqatala şəhəri Nizami 36 küçəsində yerləşən “Büllur” adlı supermarketdəki “Million” terminalından cinayətdən xəbərsiz X10 məxsus olmaqla Leobanka aid son səkkiz rəqəmi ******** nömrəli plastik kart hesabına göndərdiyi 4.000 (dörd min) manat pulu, ## ##### 2024-cü II tarixdə zərərçəkmiş şəxs1 Zaqatala rayonu Muxax kənində yerləşən “Oba” adlı supermarketdəki million terminal vasitəsilə Kapitalbanka aid 523915********** nömrəli plastik kart hesabına göndərdiyi 5.000 (beş min) manat pulu, ## ##### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 Zaqatala rayonu Muxax kənində yerləşən “Oba” adlı supermarketdəki million terminal vasitəsilə cinayətdən xəbərsiz Gülnar N.S adlı şəxsə məxsus olmaqla “Unibank”a aid son səkkiz rəqəmi ******** nömrəli plastik kart hesabına göndərdiyi 12.000 (on iki min) manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq ## ### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 Abşeron şəhəri H.Əliyev prospekti X15 yerləşən marketdəki million aparatı vasitəsilə “Kapital” banka aid 416973********** nömrəli plastik kart hesabına göndərdiyi 500 (beş yüz) manat pulu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 Zaqatala rayonu Suvagil kəndində yerləşən Aysel adlı marketdəki million aparatı vasitəsilə Kapital banka aid 523915********** nömrəli plastik kart hesabına göndərdiyi 2000 (iki min) manat pulu, həmçinin 2024-cü ilin iyul ayının sonlarınadək zərərçəkmiş şəxs1 hazırda istintaqa dəqiq məlum olmayan cinayətdən xəbərsiz müxtəlif şəxslərin plastik kart hesablarına Zaqatala rayonundan köçürmə yolu ilə göndərdiyi təxminən 23.500 (iyirmi üç min beş yüz) manat pulları, eyni zamanda sonuncu dəfə isə 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə zərərçəkmiş şəxs1 İlqar oğlunun cinayətdən xəbərsiz atası Kərimov İlqar Məmməd oğlu vasitəsilə verdiyi 3.000 manat pulu ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğlunun ümumilikdə 63.000 (altmış üç min) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğluna külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif etmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətində hökmdən narazı olduğnu, hakimin işinə obyektiv baxmasından razı qalsa da, ibtidai istintaq zamanı yalançı şahidlərin yalançı ifadələrinin diqqətdən kənar qaldığını, birinci məhkumluğunu, qismən təqsirli olduğu üçün əməlindən peşiman olmasını, ailəli olmaqla həyat yoldaşının evdar qadın olmasını, himayəsində bir azyaşlı uşağının olması, ailəsinin aşağı sosial vəziyyətinin olmasını nəzərə alıb Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməklə sansksiyada nəzərdə tutulan cəzadan daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, çıxarılmış hökm təyin edilmiş cəza və mülki iddia hissəsində əsassız və ədalətsizdir. İbtidai və məhkəmə istintaqı zamanı zərərçəkmiş zərərçəkmiş şəxs1 iddia etdiyi 63.000 manat pulun təqsirləndirilən Təqsirləndirilən şəxs ödənilməsi faktı, hətta heç kimə məlum olmayan müxtəlif şəxslərin plastik kart hesablarına Zaqatala rayonundan köçürmə yolu ilə zərərçəkmiş şəxs1 göndərdiyi pulların Ə.Nurlan tərəfindən mənimsənilməsi öz təsdiqini tapmamışdır. 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə zərərçəkmiş şəxs1 İlqar oğlunun atası Kərimov İlqar Məmməd oğlu vasitəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs 3.000 manat pulun verilməsi barədə zərərçəkmiş və şahid qismində yaxın qohumları ifadə versələr də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və həmin şahidlərin mobil nömrələrinin anten dairələrinin müəyyən edilməsi üçün göndərilmiş qərarlara əsasən heç bir qeydlərin olmadığı aşkar edilmişdir. Beləliklə, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı ehtimal olunan cinayətin törədilmə yeri, vaxtı və s. hər hansı mötəbər sübuta əsaslanmamış, bir sözlə, sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş zərərçəkmiş şəxs1 çoxdan tanıdığını, vaxtilə ona çox böyük yaxşılıqlar etdiyini, münasibətlərinin əvvəllər çox yaxşı olmasını, övladının xəstə olması səbəbindən ondan borc aldığını və tezliklə qaytaracağını bildirməsinə baxmayaraq, həmin vaxt övladı rəhmətə getdiyindən pulu vaxtında qaytara bilmədiyinə görə zərərçəkmiş şəxs1 ondan şikayətçi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 ümumilikdə aldığı 36.400 manat pulu qaytara bilmədiyini etiraf edir və buna görə özünü hazırki gün də borclu hesab edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, ailəli olmaqla himayəsində 1 azyaşlı övladı vardır, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. İş materiallarında toplanmış sübutların məcmusundan da görünür ki, müvəkkilinin ittiham olunduğu əməllər üzrə təqsiri sübuta yetirilmir. Ona görə də müvəkkilinin barəsində aparılan cinayət təqibi üzrə onun zərərçəkmişin əmlakını ələ keçirməsi və ona maddi ziyan vurmasına dair hər hansı mötəbər sübut olmadan ağır cinayət əməlində ittiham olunması qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, müvəkkili barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham sübuta yetirilmədiyindən, zərərçəkmiş zərərçəkmiş şəxs1 verdiyi ifadəsinə dair xüsusatlar cinayət işinin materialları ilə öz təsdiqini tapmadığına və ya əksinə iş üzrə toplanmış sübutlar bilavasitə onun təqsirsizliyini təsdiq etdiyinə görə, müvəkkilinə elan olunmuş ittihama bəraətverici əsaslarla xitam verilməli və onun təqsirsizliyi barədə bəraətverici qərar çıxarılmalıdır. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham ilə bağlı təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, hesab edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il hökmü həmin hökmün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın həcminin azaldılaraq məbləğin 63.000 manatdan 39.500 manata salınmaqla əməlin tövsifinin dəyişməsi hissəsində məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsaslarına görə ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində təklif etdiyi cəza həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cinayət qanunvericiliyin tələblərinə uyğun yeni ittiham hökmü çıxarılmalıdır. İttihama əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 İlqar oğlunun ümumilikdə 63.000 (altmış üç min) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğluna külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə qərarında göstərmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs pulları bank kartlarına köçürmə yolu ilə göndərildiyini, yalnız sonuncu dəfə isə 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə 3.000 manat pulu atası İlqar Kərimov vasitəsilə verdiyini, telefonunda yaranmış problemə görə köçürdüyü pullara dair qəbzlərin hamısını təqdim edə bilmədiyini qeyd etmiş, ittiham üzrə qeyd edilən bütün vəsaitlərin köçürülməsi barədə qəbzlər cinayət işi materiallarına əlavə edilsə də, 2024-cü ilin iyul ayının sonlarınadək zərərçəkmiş şəxs1 hazırda istintaqa dəqiq məlum olmayan cinayətdən xəbərsiz müxtəlif şəxslərin plastik kart hesablarına köçürmə yolu ilə təxminən 20.500 manat məbləğində pulun köçürülməsi faktını təsdiq edən qəbzlər ibtidai araşdırma orqanına, həmçinin məhkəməyə təqdim edilməmiş və cinayət işinə əlavə edilməmişdir. Məhkəmə qeyd olunan arqumentini əslində zərərçəkmiş şəxsin ifadəsini qeyd etməklə özü təkzib edib- zərərçəkmiş şəxs həmin qəbzlərin telefonunda yaranmış problemə görə köçürdüyü pullara dair qəbzlərin hamısını təqdim edə bilmədiyini göstərməsini hansı səbəbdən qəbul etməməsini əsaslandırmadan sadəcə “məhkəmə hesab edir ki” bildirməklə kifayətlənmişdir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə zərərçəkmiş şəxs1 İlqar oğlunun cinayətdən xəbərsiz atası Kərimov İlqar Məmməd oğlu vasitəsilə verdiyi 3.000 manat pulu ələ keçirməsi” epizodu ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, qərarına əsasən müdafiə tərəfinin vəsatəti təmin edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-527-80-90, 055-440-85-31, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 050-404-65-92, şahidlər İlqar Kərimova məxsus 050-570-45-93, şahid4 məxsus 055-674-88-63, şahid3 məxsus 050-427-67-27 mobil nömrələrinin 10-## #### 2024-cü il tarixlərində anten dairələrinin müəyyən edilməsi üçün müvafiq qərarlar qəbul edilərək icra edilməsi üçün müvafiq mobil operatorlara göndərilmiş, müvafiq mobil operatorlar tərəfindən təqdim edilmiş CD disklərdə olan məlumatlardan müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 050-404 65-92 mobil nömrənin, şahid3 məxsus 050-427-67-27 mobil nömrənin, İlqar Kərimova məxsus 050-570-45-93 mobli nömrənin anten dairələri göstərilən tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi ətrafında, ümumiyyətlə Bakı şəhəri ərazisində qeydə alınmamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus telefon nömrələrinin anten məlumatları da eyni zamanda həmin ərazidə qeydə alınmamışdır. Həmçinin şahidlər İlqar Kərimovla, şahid3la təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında həmin müddət ərzində telefon danışıqları qeydə alınmamışdır. İlqar Kərimova məxsus 050-570-45-93 nömrəsinin anten dairəsi həmin dövrdə əsasən Zaqatala rayonu, Suvagil kəndi ərazisi üzrə qeydə alınmışdır. şahid4 məxsus 055-674-88-63 mobil nömrənin anten dairəsi isə faktiki yaşadığı “Melissa Park” Yaşayış Kompleksinin ətrafında qeydə alınmışdır. Şahid İlqar Kərimov həmin müddətdə telefonun yaşadığı evdə qaldığını desə də, məhkəmə yenə də həmin ifadəni nədənsə həqiqət kimi qəbul etməmişdir. Halbuki, yaşlı adam olan İlqar Kərimovun Bakı şəhərinə gələrkən telefonunu həqiqətən evdə unutması tam real bir hadisədir və bunu təkzib edəcək heç bir sübut tədqiq edilməmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətlərinə və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə və apellyasiya protestinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına dair yeni hökm çıxarılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğlu verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X13 verilmiş apellyasiya protestini müdafiə və apellyasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə yeni ittiham hökmü çıxarılmasını, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək, belə hesab edir ki, əsassız olduğu üçün apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışlarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsinin sübuta yetirilmədiyi qeyd edilərək şəxsə bəraət verilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlillərindən görünür ki, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətləri və apellyasiya protestinə dair mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs İbrahimova Nuridə Ələsgər qızının oğlu Şirxanla dostluq münasibəti olmuş, onu Şirxanla Müslüm tanış etmiş, Müslüm Şirxanın dostu olmuş, Şirxan 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs olunmuşdur. O, Şirxana görə Nuridənin ona göndərdiyi pulları müəyyən yerlərə çatdırmış, belə ki, Şirxan Bakı İstintaq Təcridxanasında qumar oynayıb pul uduzmuş, həmin qumar borcu pullarını məhz o, aparıb Şirxana verməli olmuşdur. Bakı İstintaq Təcridxanasında Şirxanla görüşməmiş, başqa adamlar vasitəsilə pulu Şirxana göndərmişdir. Şirxanın yanında olan şəxslər onunla əlaqə saxlayaraq Şirxanın bəzi şeylərə ehtiyacı olduğunu demişlər, o, isə lazımi əşyaları alıb aparıb ona vermişdir. O, Şirxanın yanına gedib-gəlmiş, Nuridə xanımın verdiyi pulları onun problemlərinə xərcləmiş, bunu Nuridə xanım da bilmiş, lakin niyə etiraf etməməsinin səbəbini bilmir. Ümumilikdə İbrahimova Nuridə Ələsgər qızından Şirxanın xərcləri üçün 3.000 manat məbləğində pul almışdır. Belə ki, həmin məbləğdə pulu Nuridə xanım gün ərzində iki dəfə 600 manat olmaqla və 2.400 manatı bir dəfəyə kartına göndərmişdir. Müslümlə Nuridə İbrahimova arasında olan məsələdən isə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı bu epizodla bağlı üzləşmə olmuş, imzalar onundur, vəkili də yanında olmuş, lakin imzaladığı protokolu oxumamışdır. O, əvvəlcə Mətləbin əmisi oğlu ilə ev ustası kimi işə başladığı vaxt tanış olmuş, daha sonra onun vasitəsilə Mətləblə tanış olmuş, çox yaxın dostluq münasibətində olmuşlar. Həmin ərəfədə onun hazırda dünyasını dəyişmiş övladı Zəhra xəstə olmuş, övladının müalicəsi üçün pul lazım olduğundan o, ətrafında olan çox adamdan borc pul almış, sonra borclarını ödəmişdir. Həmin ərəfədə Mətləbdən də borca pul almışdır. Belə ki, həmin ərəfədə o, Mətləbdən ümumilikdə övladının müalicəsi ilə bağlı təxminən 38.000 manat pul almış, həmin pulları Mətləb ona üç-dörd dəfəyə yaxınları olan Fəridə, Gülnar, Nurlan və Vüqar adlı şəxslərin adlarına olan və adətən onun istifadəsində olan bank kartlarına göndərməklə çatdırmışdır. O, aldığı pulları uşaqlarının * saylı Respublika Xəstəxanasında və Mərkəzi Klinik xəstəxanada olan dövrdə ödəniş və dərmanlarına, həmçinin həmin dövrdə müxtəlif şəxslərdən aldığı borcların qaytarılmasına xərcləmişdir. Mətləb onun övladının xəstə olmasını və pulu ona görə istədiyini bilmiş, pulu məhz ona görə ona vermişdir. O, Mətləbin ona göndərdiyi pulları atasının bankdan kredit götürüb ona göndərməsini bilməmiş, Mətləbə kredit götürəcəyi ilə bağlı heç bir söz deməmiş, Eltundan pul almamış, Eltunla ümumiyyətlə əlaqəsi, tanışlığı və kredit düzəltməklə bağlı söhbəti olmamışdır. O, “Məhsul” adlanan kafedə 3.000 manat qəbul etməmiş, heç vaxt orada olmamış, həmin ərəfədə polis tərəfindən axtarışda olduğundan dayısının yanında tikintidə olmuş, Bakı şəhərinə az-az gəlmişdir. Şahidlər bununla bağlı yalan ifadələr vermişlər. Zərərçəkmiş şəxs Nuridə İbrahimovadan aldığı 3000 manat pulu qaytarmışdır, zərərçəkmiş şəxs Nuridə İbrahimovanın ona qarşı şikayət və tələbi yoxdur. O yalnız zərərçəkmiş şəxs1 kart vasitəsi ilə ona göndərdiyi pulları götürmüşdür. Həmin pulları Mətləbdən borc olaraq almış, heç bir dələduzluq niyyəti olmamışdır. zərərçəkmiş şəxs1 aldığı pulu qaytarmağa hal-hazırda maddi imkanı yoxdur. Ailə üzvləri onunla müəyyən məbləğdə razılığa gəlməyə çalışsa da zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 razı olmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 İlqar oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs İbrahimova Nuridə Ələsgər qızını tanımır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla isə əmisi oğlu Elbrus vasitəsi ilə tikintidə işləyən zaman tanış olmuşdur. Həmin şəxslərlə qohumluğu və ya ədavəti yoxdur. Nurlan tikintidə işləyən zaman söhbət əsnasında yaxın qohumunun bankda işlədiyini, “şapka” qarşılığında aşağı faizlə, yüksək məbləğdə kənd təsərrüfatı krediti verdiyini, bir çox şəxlərə kreditin alınmasına köməklik etdiyini bildirmişdir. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığından o da kredit götürmək istəmiş, bu barədə Nurlana danışanda sonuncu bankda tanışları olduğunu, onların məhz bu işlərlə məşğul olduqlarını, onun işini də həll edəcəyini bildirmişdir. O bu barədə atası ilə də məsləhətləşmiş, atası razı olmuşdur. Bundan sonra Nurlana görüşərək onun üçün kredit təşkil etməsini xahiş etmişdir. Nurlana əvvəllər kredit üçün müvafiq təşkilatlara müraciət etmədiyini demişdir. Nurlan onun kredit götürəcəyinə kömək edəcəyini, ondan təsərrüfatla məşğul olan başqa şəxs tanıyıb-tanımadığını soruşmuş, bu zaman o, Nurlana tanışı Eltunun da təsərrüfatla məşğul olduğunu demiş, Nurlan da ona bu işi həll edəcəyini demişdir. Təxmnən 350.000 manat kredit verilməsi ilə bağlı aralarında danışıq olmuşdur. 2024-cü ilin fevral ayında Nurlanla “WhatsApp” vasitəsi ilə tez-tez danışmış, sonra Nurlan ona Gülnar adlı xanıma məxsus Rusiya mobil nömrəsi verib onunla əlaqə saxlamağı, həmin şəxsin bankda işlədiyini, hər dəfə də xanımın onun qohumu, xalasıqızı, gah həyat yoldaşı, gah da əmisiqızı olduğunu, sonda isə bankda işlərini həll edən adam olduğunu bildirmişdir. Nurlan və Gülnar onunla Azərbaycan və Rusiya operatorlarına məxsus nömrələrlə danışmışlar. İlkin olaraq Nurlanın “WhatsApp”-da atdığı kart hesabına 7.500 manat, sonra isə Gülnarın kart hesabına 12.000 manat pul köçürmüşdür. Müəyyən müddətdən sonra 4.000 manat da istəmiş və o, ona həmin məbləğdə pulu göndərmişdir. O, Nurlanla danışıb bu işin həqiqət olub-olmadığını soruşanda Nurlan onu hər dəfə inandırmışdır ki, iş həll olunacaq. Gülnarla danışanda da Gülnar bankda işlədiyini demiş, lakin hansı bankda işlədiyini deməmiş, eynilə 12.000 manat, sonra 5.000 manat da köçürsə işlərin həll olunacağını demişdir. Gülnar Bakı şəhərində yaşamış, təxminən 27-28 yaşı olmuş, hətta Gülnar onu qorxudaraq “WhatsApp”da olan yazışmaları sildirmişdir. Bir qədər vaxt keçəndən sonra 2024-cü ildə onu Bakı şəhərinə, “28 May” metro stansiyasının qarşısına çağırıb pullarını qaytaracaqlarını demişlər. O, özünə məxsus VÖEN və şəxsiyyət vəsiqəsi kimi lazımi sənədləri götürüb metrostansiyasının qarşısında olan zaman bir şəxs gəlib ona sağ əlini, sonra isə sol əlini qaldırmağı demiş. O, sol əlini qaldıran kimi tanımadığı və adlarını bilmədiyi BMCMİ-nin əməkdaşları onu saxlayıb idarəyə aparmışlar. BMCMİ əməkdaşları ona narkotik vasitəyə görə saxlanıldığını bildirmişlər. O, idarədə günahsız olduğunu demiş, lakin ona inanmamışlar və gecə kürəkəni gəlib 7.000 manat verərək onu buraxdırmışdır. İdarədən çıxıb Nurlana zəng edib bunun səbəbini soruşanda Nurlan ona bu işin onunla əlaqəli olmadığını demişdir. Bundan sonra müxtəlif Rusiya operatorlarına məxsus nömrələrdən ona zənglər gəlmiş, ona “bizim qardaşımızı nə üçün şikayət etmisən” deyərək qorxutmuşlar. Sonda o, polisə şikayət etmiş və Nurlan həbs olunmuşdur. Nurlanın övladının xəstə olduğunu bilməmiş, Nurlan ona maddi dəstək üçün müraciət etməmiş, sonradan Nurlanın uşağının xəstəlikdən öldüyünü bilmişdir. O, Nurlanın övladının rəhmətə getdiyini 2024-cü ilin sentyabr ayında, həbsdən çıxandan sonra bilmişdir. O, 2024-cü ilin iyul ayının 31-dən sentyabr ayının 3-dək həbsdə olmuş, həbsdən çıxandan sonra Nurlana pul ödəməmişdir. Nurlan onu aldadaraq ondan 60.000 manat, Bakı şəhərində onun, kürəkəninin və Nurlanın yanında gətirdiyi xanımın iştirakı ilə kafedə isə atasından 3.000 manat, ümumilikdə 63.000 manat pul almış, bu günə qədər də heç bir vəsait qaytarmamışdır. Hətta Nurlanın anası, qohumları və Zaur adlı tanışı onunla görüşüb 4.000 manat pul verəcəklərini və kredit borcunu ödəyəcəklərini demiş, lakin səhərisi günü Zaura zəng edəndə o Nurlanın anasının gəlmədiyini demişdir. Sonradan Nurlanın anası onunla görüşmüş və ona Nurlanın Gülnar adlı şəxsə gözəllik salonu üçün avadanlıq aldığını bildirmişdir. Eltun İbrahimov dostudur, o, Eltunla Nurlanı qiyabi olaraq telefonla danışmaqla tanış etmiş, Nurlan onun da kredit götürməyinə kömək etməyə söz vermişdir. Eltun 13.000 manat pul vəsaitini Nurlanın və dostunun kart hesabına atmış, lakin sonradan Eltun ondan şikayət etmiş, çünki köçürdüyü pulu onun mənimsədiyini düşünmüşdür. Buna görə o, bir ay müddətinə həbsdə qalmış, Eltuna dəymiş 13.000 manat zərəri ödəyib azad olunmuşdur. İbtidai istintaq zamanı Nurlanın kart hesabına köçürdüyü bütün məbləğlərin qəbzlərini deyil, sadəcə olaraq onda qalan qəbzləri təqdim etmişdir. Nurlan ona 350.000 manat kredit düzəldəcəyini demiş, buna görə də o, Nurlana 63.000 manat pul vermiş, iddia etdiyi 63.000 manatın içərisində Eltunun ödədiyi həmin 13.000 manat və BMCMİ-nə verdiyi 7.000 manat da mövcuddur. Onda qalan qəbzləri istintaq orqanına və məhkəməyə təqdim etmişdir. Mülki iddiasını tam müdafiə edir və təmin olunması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İbrahimova Nuridə Ələsgər qızı verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun işi ilə bağlı tanımışdır. Digər zərərçəkmiş şəxsi isə tanımır. Onlarla qohumluğu və ya ədavəti olmamışdır. Oğlu Şirxan İbrahimov ## ###### 2024-cü il tarixdə həbs edilmiş, bu ərəfədə “İnstagram” sosial şəbəkəsi vasitəsilə adını sonradan bildiyi Nurlan adlı şəxs sms yazaraq Şirxanı tanıdığını, onun həbsdən çıxmasına köməklik edə biləcəyini demişdir. O, Nurlanın istifadəsində olan 070-527-80-90 mobil nömrəsi ilə əlaqə saxlamış, Nurlan Şirxanın həbsdən çıxarılmasına kömək edəcəyini deyib, ona 14.000 manat pul lazım olduğunu demiş və ilkin olaraq 3.000 manat istəmişdir. O, Tovuz rayonundan Nurlanın ona göndərdiyi **************** saylı bank kartına ##.##.2024-cü il tarixdə saat 14:42-də 600 manat və həmin tarixdə saat 14:45də 2400 manat pul göndərmişdir. Bir ay sonra isə Nurlan onu Təmkin adlı şəxslə tanış edib, Təmkinin Daxili İşlər Nazirliyində işlədiyini, lazım olduqda onunla +12694151111 nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Təmkin ondan 11.000 manat pul istəmiş, o, razı olmuş, Təmkinin təqdim etdiyi kart hesabına ##.##.2024-cü il tarixdə, saat 14:48-də Aşağı Quşçu kəndində olan mağazadakı aparatdan 2000 manat, saat 14:56-da 5***********2836 kart nömrəsinə 2.000 manat, saat 14:59-da ^***********2836 kart nömrəsinə 2.000 manat, saat 15:01-də 5***********2836 kart nömrəsinə 800 manat, saat 15:04-də 250 manat, ##.##.2024-cü il tarixdə saat 15:31-də Aşağı Quşçu kəndində olan mağazadakı aparatdan onun göndərdiyi 416973******3957 kart nömrəsinə 2.000 manat göndərmişdir. Təmkin oğlunun sənədlərini hazırlayacağını, daha sonra oğlunu məhkəmə zamanı sağ salamat ona verəcəyini deyib onu inandırmışdır. ## ###### 2024-cü il tarixdə oğlunun məhkəməsi olmuş, həmin gün Təmkin təkrar qaydada onunla əlaqə saxlayıb, ## ###### 2024-cü il tarixdə oğlunu saat 16:00-da çıxaracağını deyib qalan 2.000 manatıda göndərməyini istəmiş, o isə Təmkinə üzərində 1.900 manat pulu olduğunu, həmin məbləği götürməsini və oğlu həbsdən çıxan zaman da ona əlavə 1.000 manat pul verəcəyini demiş, Təmkin razı olmuş və o, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində olan Dörd yol marketdəki aparatdan saat 21:36-da Təmkinin ona göndərdiyi 416973******3957 kart nömrəsinə 1.900 manat pul göndərmişdir. Sonradan Təmkinin vədinə əməl etmədiyini görüb dəfələrlə əlaqə saxlamaq istəsə də, Təmkin onun zənglərinə cavab verməmiş, Nurlana məxsus nömrə ilə əlaqə saxlasa da, o da zənglərə cavab verməmişdir. Oğlunun həbsdən çıxarılmasına köməklik edəcəkləri barədə vəd vermiş Nurlanın və Təmkinin ona göndərdikləri hesab nömrələrinə ümumilikdə 13.950 manat pul göndərmiş və onlar pulunu ələ keçirərək, vədlərinə əməl etməmişlər. Sonradan Təmkinin əsl adının Müslüm olduğunu öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 3.000 manat ziyan ödənilmiş, Təqsirləndirilən şəxsla barışıq əldə etmiş, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kərimov İlqar Məmməd oğlu verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanıyır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 oğludur, digər zərərçəkmiş şəxs Nuridə İbrahimovanı isə tanımır. Təqsirləndirilən şəxs oğlunun dostu kimi evinə gəlmiş, o, Nurlanı qonaq kimi qəbul etmişdir. Mətləb təxminən 2024-cü ilin əvvəllərində ona Nurlanın pul qarşılığında qohumu vasitəsilə aşağı faizlə yüksək məbləğdə kredit düzəltdiyini, şapka nə qədər çox olarsa, kreditin məbləğinin də bir o qədər çox olacağını bildirmişdir. O da kənd təsərrüfatı ilə məşğul olduğundan, ailələrinin maddi imkanı yaxşı olmadığından oğlu Mətləblə birlikdə kredit əldə emək qərarına gəlmişlər. Onun Nurlanla şəxsən söhbəti olmamış, Mətləb özü Nurlanla danışmışdır. Uzun müddət yığdıqları pulları, tanışlarından aldıqları borc pulları, həmçinin bankdan kredit götürdüyü pulları hissə-hissə oğlu Mətləbə vermiş və o da Nurlanın ona göndərdiyi kart hesablarına göndərmişdir. Bu məsələ uzandığından Nurlanla özü danışmaq qərarına gəlmiş, təxminən 2024-cü ilin iyul ayının son həftəsində Bakı şəhərinə gəlmişdir. Bakı şəhərini yaxşı tanımadığından kürəkəni Fərrux onu qarşılamış, onlara getmiş, daha sonra Nurlanla telefon əlaqəsi saxlayaraq “20 yanvar” metrostansiyasının yaxınlığında kürəkəni Fərrux, tanışı Qüdrətlə birlikdə Nurlan və onun yanında gəlmiş Səbinə adlı qadınla görüşmüş, bir yerdə “Məhsul” kafesində oturmuşlar. Orada Nurlanla kredit barəsində danışmış, Nurlan yanında olan xanımın bankın əməkdaşı olduğunu, onların işi ilə məşğul olduğunu, krediti həmin xanımın düzəldəcəyini demişdir. Nurlandan onların kredit məsələsinin nə zaman düzələcəyini soruşduqda Nurlan əlavə 3.000 manat verildiyi halda kreditin 1 həftə ərzində veriləcəyini demişdir. O da 3.000 manatı sayaraq Nurlana vermişdir. Həmin söhbətdən bir müddət keçsə də kredit düzəlməmiş, Nurlanın onları aldatdığını başa düşmüşlər. X6 da 13.000 manat pul götürüb Nurlana vermiş və Nurlan hər ikisinə kredit düzəldəcəyinə söz vermişdir. Lakin Nurlan krediti düzəltməmiş, pulu qaytarmadığından həmin şəxs oğlu Mətləbdən pulu geri istəmiş, lakin pul oğlunda olmadığına görə pulu geri qaytara bilməmişlər. Avqust ayında oğlu həbs olunmuş, bir ay həbsdə qalmışdır. Həmin şəxsin pulunun yarısını qaytardıqdan və dövlət rüsumunu ödədikdən sonra oğlunu buraxmışlar. Nurlana son verdiyi 3.000 manatı kartla deyil, nəğd şəkildə vermiş, ümumilikdə Nurlana 63.000 manat pul verilmiş, həmin puldan ödəniş olunmamış, həmin pulun təqsirləndirilən şəxsdən tutulmasını tələb edir. Bakı şəhərinə gələn zamanı telefonu kənddə qalmış, Nurlanla kürəkəninin telefonu vasitəsi ilə əlaqə saxlamış, Nurlanın bir neçə telefon nömrəsi, hətta Rusiya Federasiyasına aid telefon nömrəsi də olmuşdur. Nurlana verdikləri pullardan əksər hissəni bankdan kredit götürmüşlər. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş şahid3 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanıyır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qaynıdır, digər zərərçəkmiş şəxs Nuridə İbrahimovanı isə tanımır. Ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, X15 1, bina 22, mənzil 107 ünvanında yaşayır. Nurlanı Mətləbin dostu kimi tanımışdır. Mətləbdən bal alıb Nurlana çatdırmışdır. Lakin həmin vaxt Mətləbin Nurlana pul verdiyi haqqında məlumatı olmamışdır. Mətləb ondan borca pul istəmiş, bir neçə dəfə vermiş və Mətləb borca aldığı pulları qaytarmışdır. Mətləb yenə pul istəyəndə pulu niyə istədiyini soruşmuş, Mətləb də dostu Nurlan vasitəsilə kredit düzəltdiyini demişdir. 2024-cü ilin iyul ayının sonuncu həftəsində qaynatası İlqar Zaqatala rayonundan Bakı şəhərinə gəlmiş, qaynatası İlqar, qaynı Mətləb, tanışları Qüdrətlə birlikdə “20 yanvar” metrostansiyasının yaxınlğında olan “Məhsul” kafesində Nurlan və Nurlanla birlikdə gəlmiş Gülnar adlı qadınla görüşmüşlər. Nurlan Gülnarın bankda işlədiyni, kredit məsələsi ilə Gülnarın məşğul olduğunu bildirmişdir. Söhbət zamanı qaynatası İlqar Nurlandan kreditin nə zaman verikləcəyini soruşmuş, Nurlan da əlavə 3.000 manatın lazım olduğunu, onu verdikdən 1 həftə sonra 350.000 manat kreditin veriləcəyini bildirmişdir. Qaynatası İlqar da 3.000 manat pulu onun, qaynı Mətləbin və tanışları Qüdrətin yanında sayaraq Nurlana vermiş, Nurlan da həmin pulu bir də sayaraq götürmüş, bir həftəyə kredit məsələsinin həll olunacağını bildirmişdir. Həmin görüşdən bir müddət keçəndən sonra maraqlandıqda Nurlanın qaynını aldatdığını, 60.000 manatdan çox pulunu ələ keçirdiyini bilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş şahid4 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanıyır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həmkəndlisi İlqar Kərimovun oğlu kimi tanıyır, digər zərərçəkmiş şəxs Nuridə İbrahimovanı isə tanımır. Onlarla qohumluğu və ya ədavəti yoxdur. O Bakı şəhərində yaşasa da rayonun ağsaqqalı kimi kiminsə nəsə problemi olanda ona müraciət edir. 2024-cü ilin yay aylarında İlqar ona zəng edərək oğlu Mətləbin Nurlan adlı dostu olduğunu, bankda işlədiyini, onlara aşağı faizlə yüksək məbləğdə kənd təsərrüfatı üçün kredit düzəltməyi vəd etdiyini, buna görə Nurlana təxminən 50-60 min manat pul verdiklərini, əlavə 3.000 manat pul da istədiyini, tezliklə Bakı şəhərinə gələcəyini demişdir. O da İlqara Bakı şəhərinə gələndə onunla əlaqə saxlamağı və görüşməyi demişdir. 2024-ci ilin iyul ayının son həftəsində İlqar ona zəng edərək “20 yanvar” metrostansiyası yaxınlığında görüşməyi xahiş etmiş, o da “Melisa yaşayış kompleksi”ndə yaşadığından evindən çıxaraq piyada “20 Yanvar” Abidəsinin yanına gəlmiş, orada İlqar, Mətləb və İlqarın kürəkəni Fərruxla görüşmüşdür. Biraz sonra həmin yerə əvvəllər tanımadığı Nurlan yanında bir xanımla gəlmiş, onlar birlikdə yaxınlıqda olan “Məhsul” kafesində oturmuşlar. Nurlan yanında olan xanım vasitəsi ilə kreditin düzəldiləcəyini, adının Səbinə olduğunu demişdir. İlqar Nurlandan kreditin nə zaman veriləcəyini soruşmuş, Nurlan da 3.000 manat pul lazım olduğunu, pul verildikdən 1 həftə ərzində 350.000 manatlıq kreditin hesablarına köçürüləcəyini demişdir. Bundan sonra İlqar onların yanında 3.000 manat pulu sayaraq Nurlana vermişdir. Həmin görüşdən bir müddət sonra Nurlanın İlqargili aldatdığını, pullarını ələ keçirdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs İbrahimova Nuridə Ələsgər qızını tanıyır, digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğlunu isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti olmamışdır. Bu işlərlə bağlı Nurlanın heç bir günahı olmamış, Nuridə xanımın oğlu Şirxan İbrahimovun həbsdən buraxılması üçün pul almış, lakin sonradan həmin pulu qaytara bilməmişdir. Belə ki, Şirxan onun tanışı olmuş, Nurlanın bu işlə əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini 329.1-ci maddəsinin tələblərinə əsasən məhkəmədə şahid şahid2 istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində şahid2 göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Nuridənin oğlu Şirxan İbrahimov onun tanışı olub onu təxminən 5 ildir ki, tanıyır. Onun həbsdə olması barədə məlumatı olmuşdur. 2024-cü ilin yay aylarında xatırlamadığı tarixdə tanışı Nurlan adlı şəxs bildirmişdir ki, o, Şirxanın anası Nuridəni aldatmış, Şirxanın həsbdən buraxılmasına köməklik edəcəyi vədini verib, ümumilikdə 3.000 manat pul almışdır. Nuridə həmin 3.000 manat pulu onun kart hesabına göndərmişdir. Nuridə ilə onları Nurlan tanış eləmiş və onu DİN-nin əməkdaşı olduğunu demişdir. Nurlan bildirmişdir ki, onlar bu dəqiqə çətin vəziyyətdədirlər, aldadıb 3000 manat pullarını dələduzluq yolu ilə ələ keçirib, o da ondan pul alıb, aldada bilər. O, Nuridə ilə özünə məxsus xarici nömrəsi olan +12694151111 vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, qərara gəlmişdir ki, Nuridənin oğlunun həbsdən çıxarılmasını bildirib pul əldə etsin, çünki Nuridəgil onu Şirxanın tanışı olaraq tanımışlar, inamları olmuşdur. Nuridə ilə telefon danışığı zamanı, ona bildirmişdir ki, oğlu Şirxanın həbsdən azad olunmasına köməklik etməyi üçün 11.000 manat pul lazımdır. Nuridə də onun dedikləri ilə razılaşmış və onun adına olan kart hesabına ümumilikdə 10.950 manat pul göndərmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə 7.050 manat, ## #### 2024-cü il tarixdə 2.000 manat və ## ###### 2024-cü il tarixdə 1.900 manat pulu kart hesabına köçürmə etmişdir. O da əldə etdiyi pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Etdiyi əməlin cinayət olduğunu bilir, etdiyi əməldən peşmandır. Yaxın vaxtlarda çalışır ki, Nuridəyə vurduğu 10.950 manat ziyanı tez bir müddətdə geri qaytarsın. Məhkəmə iclasında məhkəmənin təşəbbüsünə əsasən əlavə şahid qismində dindirilmiş İbrahimov Eltun Qurban oğlu verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs İbrahimova Nuridə Ələsgər qızını tanımır, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğlunu tanıyır, onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. O, Zaqatala rayonu, Bəhmətli kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla yanaşı özünə məxsus mağazada kənd təsərrüfatı bitkilərinin satışı ilə məşğul olur. Təxminən 2023-cü ilin mart ayında zərərçəkmiş şəxs1 ondan təsərrüfat məqsədilə arpa və buğda almış və bunun nəticəsində ona 635 manat məbləğində borcu yaranmışdır. zərərçəkmiş şəxs1 borcu iki ay ərzində qaytaracağını bildirmiş, o, razı olmuş, lakin iki ay keçdikdən sonra o, zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq borcunu tələb etdikdə, zərərçəkmiş şəxs1 borcun qaytarılması müddətinin yenidən uzadılmasını xahiş etmişdir. O, bir müddət sonra yenidən borcun qaytarılmasını tələb etdikdə, zərərçəkmiş şəxs1 kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar ilik 5% olmaqla kredit götürəcəyini və həmin kredit hesabına borcunu qaytaracağını bildirmişdir. O, Mətləbdən kredit şərtləri ilə maraqlandıqda Mətləb ona kənd təsərrüfatı fəaliyyəti üçün kreditlərin illik 5% faizlə veriləcəyi və ümumilikdə 200.000 manat məbləğində kredit ayrılacağını bildirmişdir. O, əvvəllər kredit almaq məqsədilə müraciət etmiş və fərdi sahibkar kimi “Access Bank”ın müştərisi olmuş, həmin bankdan ona illik 10% faizlə kredit verilmişdir. Bu səbəbdən illik 5% faizlə kredit təklifinin daha sərfəli olduğunu düşünmüş, kredit götürmək istədiyini demiş, zərərçəkmiş şəxs1 isə kredit əldə etmək üçün 5.000 manat məbləğində depozit qoyulmasının zəruri olduğunu bildirmişdir. O, razı olmuş və zərərçəkmiş şəxs1 təqdim etdiyi bank kartına 5.000 manat pul vəsaiti köçürmüş, bir müddət sonra zərərçəkmiş şəxs1 yenidən 5.000 manat məbləğində pul lazım olduğunu bildirdikdə o, yenidən 5.000 manat məbləğində pul köçürmüş, daha sonra əlavə olaraq 3.000 manat pul da göndərmiş və kreditin rəsmiləşdirilməsi məqsədilə ümumilikdə zərərçəkmiş şəxs1 təqdim etdiyi bank kartlarına 13.000 manat məbləğində pul köçürmüşdür. Həmçinin bu məqsədlə özünə məxsus torpaq sahəsi və obyektin şəkillərini də zərərçəkmiş şəxs1 göndərmiş və kreditin rəsmiləşdirilməsi ilə bağlı məlumat gözləmişdir. zərərçəkmiş şəxs1 kreditin Bakı şəhərində yaşayan tanışı vasitəsilə rəsmiləşdiriləcəyini, köçürülən pul vəsaitlərinin onun vasitəçiliyi ilə həmin şəxsə çatdığını bildirmiş, lakin o, özü Mətləbin dediyi kredit işini həll edəcək adamı tanımamış və onunla birbaşa əlaqəsi olmamışdır. Məhz bu səbəbdən də iş alınmadıqda o, pulunu zərərçəkmiş şəxs1 tələb etmişdir. Bundan təxminən altı ay keçməsinə baxmayaraq kredit məsələsi həll olunmadığından o, Mətləb barəsində polisə müraciət etmiş, zərərçəkmiş şəxs1 polis şöbəsinə çağırılmış, onun atası İlqar Kərimov tərəfindən ona 1.500 manat pul və girov qismində 3 sot torpaq sahəsi verilmiş, o, Mətləbə qarşı olan şikayətini geri götürmüşdür. Ona girov kimi verilən torpaq sahəsini bir il müddətində satmamış, lakin Mətləb onun pulunu qaytarmadığından o, təxminən altı ay əvvəl həmin torpaq sahəsini 2.900 manata satmışdır. Beləliklə, ümumilikdə Mətləbə verdiyi 13.000 manat pul vəsaitindən 4.400 manatı ona qaytarılmış, qalan məbləğ isə ödənilməmişdir. O, pul vəsaitini zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyinə görə qalan məbləği də məhz zərərçəkmiş şəxs1 tələb edir. Sonradan zərərçəkmiş şəxs1 atası ilə borc müqaviləsi bağlanmış və tərəflər dəymiş ziyanın ödənilməsini həmin müqavilə əsasında tənzimləmişlər. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Zərərçəkmiş şəxs İbrahimova Nuridə Ələsgər qızı tərəfindən təqdim edilmiş qəbzlərin kserosurətlərindən görünür ki, ## #### 2024-cü il tarixdə saat 14:45-də Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən “Mahmud market” adlanan mağazada olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 523915********** nömrəli kart hesabına 2400 manat pul köçürülməsi, ## #### 2024-cü il tarixdə saat 14:48-də Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən “Mahmud market” adlanan mağazada olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 523915********** nömrəli kart hesabına 600 manat pulun köçürülməsi, ## #### 2024-cü il tarixdə saat 14:48-də Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən “Mahmud market” adlanan mağazada olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 5***********2836 kart hesabına 2000 manat pulun köçürülməsi qəbzi, ## #### 2024-cü il tarixdə həmin ünvandan saat 14:56-da 5***********2836 kart hesabına 2.000 manat pulun köçürülməsi, ## #### 2024-cü il tarixdə həmin ünvandan saat 14:59-da 5***********2836 kart nömrəsinə 2.000 manat pulun köçürülməsi, ## #### 2024-cü il tarixdə saat 15:01-də Tovuz rayonu, Aşağı Quşçu kəndində olan Mpay vasitəsilə 5***********2836 kart nömrəsinə 800 manat pulun köçürülməsi, ## #### 2024-cü il tarixdə saat 15:04-də Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən Yurd marketdə yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə 250 manat pulun köçürülməsi, ## #### 2024-cü il tarixdə saat 15:31-də Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən “Mahmud market” adlanan mağazada olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 2.000 manat pulun köçürülməsi və ## ###### 2024-cü il tarixdə saat 21:36 da Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, 4 yol Market adlanan mağazada olan “EManat” ödəmə terminalı vasitəsilə 416973******3957 kart hesabına 1.900 manat pulun köçürülməsi, ümumilikdə 13.950 manat pul vəsaitinin köçürülməsi müəyyən edilmişdir (cild 1, i/v 12-13). - Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən İbrahimov Şirxan Azər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir (cild 1, i/v 83-100). - İbrahimov Eltun Qurban oğlunun Zaqatala rayon Polis Şöbəsinə ünvanlanmış ## #### 2024-cü il tarixli ərizəsindən görünür ki, tanışı zərərçəkmiş şəxs1 İlqar oğlu ona aşağı faizlə kredit düzəltmək adı ilə ##.##.2024-cü ildən ## #### 2024-cü ilədək ondan hissə-hissə 13.000 manat pul alıb onu aldatmışdır (cild 1, i/v 154). - Zərərçəkmiş şəxs İbrahimov Eltun Qurban oğlu tərəfindən təqdim edilmiş qəbzlərin kserosurətlərindən görünür ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən EL market-də yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ## ###### 2024-cü ildə, saat 09:46-da şahid6 adına olan “Leobank”a məxsus **************** nömrəli kart hesabına 100 manat pulun köçürülməsi, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən EL market-də yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ## ###### 2024-cü ildə, saat 09:55-də şahid6 adına olan “Leobank”a məxsus **************** nömrəli kart hesabına 4900 manat pulun köçürülməsi, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən EL market-də yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ## ###### 2024-cü ildə, saat 17:56- da Vüqar S.H adına olan “Unibank’a məxsus **************** nömrəli kart hesabına 900 manat pulun köçürülməsi, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən EL market-də yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ## ###### 2024-cü ildə, saat 17:46-da Vüqar S.H adına olan “Unibank’a məxsus **************** nömrəli kart hesabına 4.100 manat pulun köçürülməsi, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən EL market-də yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ## #### 2024-cü ildə, saat 16:51-də Vüqar S.H adına olan “Unibank”a məxsus **************** nömrəli kart hesabına 3.000 manat pulun köçürülməsi, ümumilikdə 13.000 manat pul vəsaitinin köçürülməsi müəyyən edilmişdir (cild 1, i/v 158). - Qəbzlərin kserosurətlərindən görünür ki, 19 mart 024-cü il tarixdə saat 10:02-də ünvan 3 ünvanında fəaliyyət göstərən “Büllur market” adlanan mağazada olan “E Manat” ödəmə terminalı vasitəsi ilə **************** nömrəli, Məmmədova Fəridə adlı kart hesabına 4.000 manat pulun köçürülməsi, ## ##### 2024-cü il tarixdə saat 18:53-də Zaqatala rayonu Muxax kəndində fəaliyyət göstərən “Oba market” adlanan mağazada olan “E Manat” ödəmə terminalı vasitəsi ilə 523915********** nömrəli, M..F...K adlı kart hesabına 5000 manat pulun köçürülməsi, ## ##### 2024-cü il tarixdə saat 19:15-də Zaqatala rayonu Muxax kəndində fəaliyyət göstərən “Oba market” adlanan mağazada olan “E Manat” ödəmə terminalı vasitəsi ilə **************** nömrəli, Gülnar N.S adlı kart hesabına 12.000 manat pulun köçürülməsi, ## ### 2024-cü il tarixdə saat 21:14-də Abşeron rayonu, Heydər Əliyev prospekti X15 Market-də olan “E Manat” ödəmə terminalı vasitəsi ilə 416973********** nömrəli, H....A.....S adlı kart hesabına 500 manat pulun köçürülməsi, ## ### 2024-cü il tarixdə saat 15:21-də Zaqatala rayonu Suvagi kəndində fəaliyyət göstərən Aysel marketdə olan “E Manat” ödəmə terminalı vasitəsi ilə 523915********* nömrəli, M....F...K adlı kart hesabına 2.000 manat pulun köçürülməsi, ## #### 2024-cü il tarixdə saat 10:54-də Zaqatala rayonu Suvagil kəndində fəaliyyət göstərən Aysel marketdə olan “E Manat” Ödəmə terminalı vasitəsi ilə 523915********* nömrəli, M....F...K adlı kart hesabına 2.000 manat pulun köçürülməsi müəyyən edilmişdir (cild 2, i/v 80-85). - ## ###### 2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Kərimov İlqar Mətləb oğlunun iştirakı ilə keçirilmiş ifadənin yerində yoxlanılması zamanı, sonuncunun göstərdiyi yerə, yəni Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən “Məhsul” kafesinin qarşısına gəlmişlər. İlqar Kərimov ifadəsində göstərdiklərini bir daha yerində göstərdi. Bildirdi ki, 2024-cü ilin iyul ayının son həftəsində Bakı şəhəri, X1 küçəsində yerləşən “Məhsul” kafesinə o, şahid3 və keçmiş həmkəndlisi Qüdrət adlı şəxslə yollanmış, həmin “Məhsul” adlı kafedə Təqsirləndirilən şəxs və yanında bir xanım gəlib onlarla görüşmüş, Nurlan yanındakı xanımın adının Səbinə olduğunu bildirib, qohumu olduğunu, hazırda bankda işlədiyini və onlara krediti düzəldəcək şəxsin olduğunu demiş, o, Nurlandan soruşduqda ki, kreditin verilməsi nə zaman olacaq, Nurlan bildirmişdir ki, onların sənədləşməsi son mərhələdədir, lakin müraciətlər çox olduğu üçün gecikmələr olur, növbəni tezləşdirməsi üçün 3.000 manat pul verməli olduqlarını, pul verildikdən sonra təxminən 1 həftə ərzində 350.000 manat kreditin hazır olacağını və şəxsi hesabına köçəcəkdir, o da həmin pulu şahid3 və Qüdrətin yanında sayaraq Təqsirləndirilən şəxs təhvil vermiş, o da pulu yenidən sayıb 3.000 manat olduğunu gördükdə götürmüşdür. İfadənin yerində yoxlanması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilmədi və götürülmədi. İfadənin yerində yoxlanması zamanı fotoşəkil çəkildi və protokola əlavə edildi. Protokol ucadan oxundu. İştirakçı tərəfindən qeydlər, əlavə və düzəlişlərin edilməsi təklif olunmadı, şikayət və etiraz daxil olmadı. Protokolun doğruluğu imzalarla təsdiq edildi (cild 2, i/v 94-97). - Zaqatala rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Pərvin Rüstəmov tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarından görünür ki, zərərçəkmiş şəxs1 İlqar oğlu və şahid6 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir (cild 2, i/v 101-104). - Qeyd olunan qərardan görünür ki, cinayət işi materialları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs İbrahimov Eltun Qurban oğluna məxsus pul vəsaitini ələ keçirmək niyyəti sonuncunun ona pul vəsaitini plastik kart hesablarına göndərməzdən əvvəl yaranmışdır. Təqsirləndirilən şəxs İbrahimov Eltun Qurban oğlundan ümumilikdə 13 (on üç) min manat məbləğində pulu sonuncunun aşağı faizlə yüksək məbləğdə kənd təsərrüfatı təyinatlı krediti almaqda köməklik edəcəyi vədi verərək aldığı iş üzrə dindirilmiş şahid ifadəsində, digər təqsirləndirilən şəxsin ifadəsi, ödəniş qəbzlərində və cinayət işinə əlavə edilmiş digər sənədlərdə əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin pulun dələduzluq yolu ilə əldə etməsi məqsədi ilə zərərçəkmiş şəxs1 İlqar oğlunun etibarından sui-istifadə etməklə ilk öncə Mətləbi, daha sonra zərərçəkmiş şəxs1 vasitəsi ilə Eltun İbrahimovu özünə və verdiyi vədlərə inandırmış və sonuncuya məxsus 13 min manat pulu vahid niyyətlə hissəhissə olmaqla əldə etmişdir. Bununla yanaşı cinayət işinin istintaq materialarından görünür ki, zərərçəkmiş şəxs1 İlqar oğlu Eltun İbrahimovun etibarından sui-istifadə etməmiş, ona məxsus pulun dələduzluq yolu ilə əldə olunması üçün qəsdən hər hansı hərəkət etməmiş və Eltuna məxsus pulun dələduzluq yolu ilə mənimsənilməsini arzu etməmiş, qeyd olunan 13 min manat pul Təqsirləndirilən şəxs tərəfindən əldə olunmasında hər hansı maddi marağı olmamışdır. Belə olan halda cinayət işi üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 İlqar oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından zərərçəkmiş şəxs1 barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Eltun İbrahimova məxsus 13 min manat pulun əldə olunması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs şahid6 məxsus plastik kart hesabından istifadə etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş şahid6 Eltun İbrahimovu tanımadığını, Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, sonuncunun ondan gördüyü işin qarşılığında pul göndərəcəkləri adı ilə plastik kartını tələb edərək götürdüyünü və ona göndərilmiş puldan hər hansı maddi marağı olmamışdır. Eyni zamanda təqsirləndirilən şəxs qismində dindirilmiş Nurlan Əhəmdov da şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Belə olan halda cinayət işi üzrə təqsirləndirilən şəxs şahid6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından şahid6 barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməlidir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli, hökmündən görünür ki, şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Həmin hökmə əsasən müəyyən edilmişdir ki, şahid2 tamah niyyəti ilə etibarından suiistifadə etmə və aldatma yolu ilə İbrahimova Nuridə Ələsgər qızının 13.950 manat pulunu ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ona İbrahimova Nuridə Ələsgər qızının həbsdə olan oğlu İbrahimov Şirxan Azər oğlunu buraxdıracağına dair yalan vəd verib aldatmaqla N.İbrahimovadan özü 3.000 manat pulu aldığını, onun oğlunu buraxdıra biləcək şəxs axtardığını deməsi onun da Nuridə İbrahimovanı aldadıb pulunu ələ keçirə biləcəyinə dair məsləhətlər, göstərişlər və məlumatlar verdikdən sonra Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə 10.950 manat pulunu Nuridə İbrahimovadan alıb özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. - Doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ## ######## 2018-ci il təvəllüdlü X11 vardır. - Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cüi il tarixli, **** nömrəli arayışdan görünür ki, X7 ## ###### 2024-cü ildə “Orqan çatmamazlığı ilə infeksion mənbəyə qarşı ümumi iltihab” səbəbindən ölmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş ## ###### 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 42-43). -## ######## 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Polis Şöbəsinə könüllü olaraq gəlmiş və MSYnə təhvil verilmişdir (cild 2, i/v 31). - ## ######## 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 54-55). - ## ###### 2025-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və olduğu yer müəyyən olunduğu andan dərhal tutulması qərara alınmışdır (cild 2, i/v 173-175). - ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ##### 2025-ci ildə, saat 12:30-da saxlanılaraq Yasamal RPŞ-nə gətirilmişdir (cild 2. i/v 202). - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 10 aperl 2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 244- 250). - ## ### 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (cild 3, i/v 45-49). - İbrahimova Nuridə Ələsgər qızının ## #### 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını, barışdığını, gələcəkdə bu işlə bağlı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. - İbrahimova Nuridə Ələsgər qızı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, şikayəti və tələbinin olmadığını, onunla barışdığını, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. - Zərərçəkmiş zərərçəkmiş şəxs1 İlqar oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində fəaliyyət göstərən “Al” marketdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ödəmə terminalı vasitəsi ilə 523915********* nömrəli, “M....F...K” adlı kart hesabına 1000 (min) manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, qəbzlərin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasına əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihama görə sonuncu ümumilikdə 63.000 (altmış üç min) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğluna külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə qeyd etmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğluna məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsi barədə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 63.000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə göstərilmiş bütün epizodlar üzrə məbləğlərin həqiqətən ödənilməsini təsdiq edən bütün sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş qəbzlərin kserosurətləri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdiyi kart hesablarına köçürülmüş və Təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş pul vəsaitinin ümumi məbləğinin 39.500 manat olması müəyyən edilir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs pulları bank kartlarına köçürmə yolu ilə göndərildiyini, yalnız sonuncu dəfə isə 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə 3000 manat pulu atası İlqar Kərimov vasitəsilə verdiyini, telefonunda yaranmış problemə görə köçürdüyü pullara dair qəbzlərin hamısını təqdim edə bilmədiyini qeyd etmişdir. Göründüyü kimi ittiham üzrə qeyd edilən bütün vəsaitlərin köçürülməsi barədə qəbzlər cinayət işi materiallarına əlavə edilsə də, 2024-cü ilin iyul ayının sonlarınadək zərərçəkmiş şəxs1 hazırda istintaqa dəqiq məlum olmayan cinayətdən xəbərsiz müxtəlif şəxslərin plastik kart hesablarına köçürmə yolu ilə təxminən 20.500 (iyirmi bir min beş yüz) manat məbləğində pulun köçürülməsi faktını təsdiq edən qəbzlər ibtidai araşdırma orqanına, həmçinin məhkəməyə təqdim edilməmiş və cinayət işinə əlavə edilməmişdir Dövlət ittihamçısının vəsatəti əsasında müvafiq kartlarla bağlı verilmiş sorğulara görə təqdim edilmiş bank məlumatları ilə isə həmin kart hesablarına məhz zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən ittihamda qeyd edilən, lakin qəbzləri təqdim olunmayan vəsaitlərin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərilməsini və sonuncu tərəfindən dələduzluq yolu ilə əldə edilməsini təsdiq edən hal kimi qəbul edilməsi mümkün deyildir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə zərərçəkmiş şəxs1 İlqar oğlunun cinayətdən xəbərsiz atası Kərimov İlqar Məmməd oğlu vasitəsilə verdiyi 3.000 manat pulu ələ keçirməsi” epizodu ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, qərarına əsasən müdafiə tərəfinin vəsatəti təmin edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-527-80-90, 055-440-85-31, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 050-404-65-92, şahidlər İlqar Kərimova məxsus 050-570-45-93, şahid4 məxsus 055-674-88-63, şahid3 məxsus 050-427-67-27 mobil nömrələrinin 10-## #### 2024-cü il tarixlərdə anten dairələrinin müəyyən edilməsi üçün müvafiq qərarlar qəbul edilərək, icra edilməsi üçün müvafiq mobil operatorlara göndərilmişdir. Məhkəməyə müvafiq mobil operatorlar tərəfindən təqdim edilmiş CD disklərdə olan məlumatlardan müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 050-404- 65-92 mobil nömrənin, şahid3 məxsus 050-427-67-27 mobil nömrənin, İlqar Kərimova məxsus 050-570-45-93 mobli nömrənin anten dairələri göstərilən tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi ətrafında, ümumiyyətlə Bakı şəhəri ərazisində qeydə alınmamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus telefon nömrələrinin anten məlumatları da eyni zamanda həmin ərazidə qeydə alınmamışdır. Həmçinin şahidlər İlqar Kərimovla, şahid3la təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında həmin müddət ərzində telefon danışıqları qeydə alınmamışdır. İlqar Kərimova məxsus 050-570-45-93 nömrəsinin anten dairəsi həmin dövrdə əsasən Zaqatala rayonu, Suvagil kəndi ərazisi üzrə qeydə alınmışdır. şahid4 məxsus 055-674-88-63 mobil nömrənin anten dairəsi isə faktiki yaşadığı “Melissa Park” Yaşayış Kompleksinin ətrafında qeydə alınmışdır. Şahid İlqar Kərimov həmin müddətdə telefonun yaşadığı evdə qaldığını, ona görə də qohumu şahid3 məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxsla əlaqə saxladığını bildirmişdir. Lakin baxış keçirilmiş telefon məlumatlarında ittihamın irəli sürüldüyü dövrdə şahid3la şahid4 arasında, şahid4la İlqar Kərimov arasında, şahid3la Təqsirləndirilən şəxs arasında telefon danışıqlarının qeydə alınması da müəyyən edilməmişdir. Qeyd edilən epizodlar üzrə ümumilikdə 23.500 (iyirmi üç min beş yüz) manat pul vəsaitinin həqiqətən Təqsirləndirilən şəxs ödənilməsi faktı nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə öz təsdiqini tapmamışdır. Göründüyü kimi ittiham tərəfi təqsirləndirilən şəxsin “həmçinin 2024-cü ilin iyul ayının sonlarınadək zərərçəkmiş şəxs1 hazırda istintaqa dəqiq məlum olmayan cinayətdən xəbərsiz müxtəlif şəxslərin plastik kart hesablarına Zaqatala rayonundan köçürmə yolu ilə göndərdiyi təxminən 20.500 (iyirmi min beş yüz) manat pulları” barədə ittihamı sübuta yetirmək üçün hansısa mötəbər sübuta istinad etməmiş, “2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən “Məhsul” adlı kafedə zərərçəkmiş şəxs1 İlqar oğlunun cinayətdən xəbərsiz atası Kərimov İlqar Məmməd oğlu vasitəsilə verdiyi 3.000 manat pulu ələ keçirməsi” epizodu yalnız zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının ifadələrinə əsaslanmışdır. Məhkəmə baxış zamanı işin faktiki halları tam, obyektiv araşdırılmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 39.500 manat pul vəsaitini ələ keçirməsi faktı öz təsdiqini tapmışdır. Belə olan halda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 cinayət əməli üzrə dəymiş zərər 63.000 manat deyil, 39.500 manat kimi müəyyən edilməldir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 aldatmaması, ona istənilən bankdan yüksək məbləğdə aşağı faizlə kənd təsərrüfatı təyinatlı kreditinin götürülməsi ilə bağlı işləri həll edə bilməsi, habelə həmin işləri bankda işləyən tanışları vasitəsilə həll edə biləcəyi imkanına malik olması fikrini formalaşdırmaqla, bununla bağlı zərərçəkmiş şəxs1 bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verməməsi, zərərçəkmiş şəxs1 ümumilikdə 39.500 manat pul vəsaitini uşaqlarının xəstəliyi ilə bağlı müxtəlif şəxslərdən aldığı borcların qaytarılması üçün almasını, bunu zərərçəkmiş şəxs1 da bildiyinə dair, həmçinin zərərçəkmiş şəxs Nuridə Əhmədovadan aldığı 3.000 (üç min) manat məbləğində vəsaitinin sonuncunun oğlunun problemlərini həll etmək üçün alması barədə ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərilən fikirlər kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası keçirilmiş araşdırmanın nəticəsində belə hesab edir ki, dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifində səhvə yol verilməsi, müdafiə tərəfi isə şikayətlərində Təqsirləndirilən şəxs barəsində bəraət verilməsi barədə mövqeyini müdafiə etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlər və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş Təqsirləndirilən şəxs münasibətdə cinayət əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Kollegiya iş üzrə gəldiyi qənaətini əsaslandırmaq üçün apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərara əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Həmin qərara əsasən qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Zərərçəkmiş zərərçəkmiş şəxs1 bildirdiyinə görə Nurlan onu aldadaraq ondan 60.000 manat, Bakı şəhərində onun, kürəkəninin və Nurlanın yanında gətirdiyi xanımın iştirakı ilə kafedə isə atasından 3.000 manat ümumilikdə 63.000 manat pul almış, bu günə qədər də heç bir vəsait qaytarmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən İlqar Kərimov da ifadəsində göstərmişdir ki, ... yığdıqları pulları, tanışlarından aldıqları borc pulları, həmçinin bankdan kredit götürdüyü pulları hissə-hissə oğlu Mətləbə vermiş və o da Nurlanın ona göndərdiyi kart hesablarına göndərmişdir. Məhkəmənin də əsaslandığı kimi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs pulları bank kartlarına köçürmə yolu ilə göndərdiyini bildirmişdir. İstintaq zamanı təqdim edilən qəzblərin tədqiqi ilə İbrahimov Eltun Qurban oğlu tərəfindən ümumilikdə 13.000 manat pul vəsaitinin köçürülməsi, həmçinin, müxtəlif vaxtlarda Məmmədova Fəridə adlı kart hesabına 4.000 manat, M..F...K adlı kart hesabına 50.00 manat, Gülnar N.S adlı kart hesabına 12.000 manat, H....A.....S adlı kart hesabına 500 manat, M....F...K adlı kart hesabına 2.000 manat, M....F...K adlı kart hesabına 2000 manat, “M....F...K” adlı kart hesabına 1.000 manat, cəmi 26.500 manat pul vəsaitinin köçürülməsi, ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən 39.500 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirilməsi təsdiqini tapmışdır. Kollegiya hesab edir ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs1 Nurlanın kart hesabına köçürdüyü bütün məbləğlərin qəbzlərini deyil, sadəcə olaraq onda qalan qəbzləri təqdim etdiyini bildirsə də, həqiqətən göndərildiyi halda kart hesablarına pul vəsaitinin göndərilməsini təsdiq edən qəbzlərin əldə edilməsini təmin etmək mümkün olardı. Bundan başqa, birinci instansiya məhkəməsində kart hesablarına məhz zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən ittihamda qeyd edilən, lakin qəbzləri təqdim olunmayan vəsaitlərin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərilməsi və sonuncu tərəfindən dələduzluq yolu ilə əldə edilməsi faktının araşdırılması üçün dövlət ittihamçısının vəsatətinə əsasən müxtəlif kartlarla bağlı sorğular verilmiş, lakin iddia edilən fakt öz təsdiqini tapmamışdır. Məhkəmə kolegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğluna 63.000 manat ziyan vurmaqla dələduzluq cinayəti törətməsi barədə elan edilmiş ittiham məhz zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İlqar oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi əsasında formalaşmış, göstərilən məbləğin əsaslılığı müəyyən edilməmiş, verilmiş ittihamla toplanmış sübutlar biri digərinə uyğun olmamışdır. Kollegiya qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi barədə qanunun tələbi nəzərə alınarsa, ittiham orqanı elan edilmiş ittihamı sübut etməyə borcludur, bu halda təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin onun təqsirsizliyini sübut etməsinə kifayət etməməsi barədə qənaətə gəlmək olmaz. Şahid qismində dindirilən İlqar Kərimov həmçinin göstərmişdir ki, təxminən 2024-cü ilin iyul ayının son həftəsində Bakı şəhərinə gəlmiş, kürəkəni Fərrux onu qarşılamış, onlara getmiş, daha sonra Nurlanla telefon əlaqəsi saxlayaraq “20 yanvar” metrostansiyasının yaxınlığında kürəkəni Fərrux, tanışı Qüdrətlə birlikdə Nurlan və onun yanında gəlmiş Səbinə adlı qadınla görüşmüş, bir yerdə “Məhsul” kafesində oturmuşlar və orada 3.000 manatı sayaraq nağd şəkildə Nurlana vermişdir. Faktla bağlı şahid qismində dindirilmiş şahid4 ifadsində göstərmişdir ki, ...2024-ci ilin iyul ayının son həftəsində İlqar ona zəng edərək “20 yanvar” metrostansiyası yaxınlığında görüşməyi xahiş etmiş, o da “Melisa yaşayış kompleksi”ndə yaşadığından evindən çıxaraq piyada “20 Yanvar” Abidəsinin yanına gəlmiş, orada İlqar, Mətləb və İlqarın kürəkəni Fərruxla görüşmüş,... biraz sonra həmin yerə əvvəllər tanımadığı Nurlan yanında bir xanımla gəlmiş, onlar birlikdə yaxınlıqda olan “Məhsul” kafesində oturmuşlar... İlqar onların yanında 3.000 manat pulu sayaraq Nurlana vermişdir. Zərərçəkmiş şəxsin Bakı şəhərində onun, kürəkəninin iştirakı ilə Nurlana 3.000 manat pul verməsi barədə dəlillərlə bağlı təqsirləndirilən Təqsirləndirilən şəxs “Məhsul” adlanan kafedə 3.000 manat qəbul etməmiş, heç vaxt orada olmamışdır. Bununla bağlı qeyd edilən faktın araşdırılması məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarına əsasən müdafiə tərəfinin vəsatəti təmin edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-527-80-90, 055-440-85-31, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 050-404-65-92, şahidlər İlqar Kərimova məxsus 050-570-45-93, şahid4 məxsus 055-674-88-63, şahid3 məxsus 050-427-67-27 mobil nömrələrinin 10-## #### 2024-cü il tarixlərdə anten dairələrinin müəyyən edilməsi üçün müvafiq qərarlar qəbul edilərək, icra edilməsi üçün müvafiq mobil operatorlara göndərilmiş, tədqiqatın nəticəsi olaraq həmin epizodla bağlı fakt öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, iddia etdiyi 63.000 manatın içərisində Eltunun ödədiyi həmin 13.000 manat və BMCMİ-nə verdiyi 7.000 manat da mövcuddur. Zaqatala rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Pərvin Rüstəmov tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarına əsasən zərərçəkmiş şəxs1 İlqar oğlu və şahid6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığı, Təqsirləndirilən şəxs Eltun İbrahimova məxsus 13.000 manat pulun əldə olunması zamanı şahid6 məxsus plastik kart hesabından istifadə etdiyi müəyyən edildiyindən, həmin epizod üzrə Təqsirləndirilən şəxs təqsirli bilinməsi barədə nəticə qanuni hesab edilmişdir. Eyni zamanda zərərçəkmiş zərərçəkmiş şəxs1 BMCMİ-nin əməkdaşlarının onu saxlayıb idarəyə apardıqlarını, BMCMİ əməkdaşlarının onun narkotik vasitəyə görə saxlanıldığını bildirdiklərini, və gecə kürəkəninin gəlib 7.000 manat verərək onu buraxdırdığını qeyd edərək həmin saxlanılmanın təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən təşkil edilməsini iddia edərək idarədə verdiyi 7.000 manatın da Nurlan tərəfindən ödənilməsini tələb etmişdir. Lakin zərərçəkmiş şəxsin hüquq mühafizə orqanları tərəfindən hər hansı səbəbdən saxlanılmasının təqsirləndiriln şəxs tərəfindən təşkil edilməsi heç bir baxımdan ağlabatan deyil və ödənildiyi iddia edilən məbləğin təqsirləndirilən şəxsdən tələb edilməsi qanunsuz və əsassızdır. Hətta zərərçəkmiş zərərçəkmiş şəxs1 Gülnarın onu qorxudaraq “WhatsApp”da olan yazışmaları sildirdiyini bildirsə də, Gülnar tərəfindən hansı adla qorxudulmasını əsaslandırmamış, bu faktla bağlı hər hansı şikayət və müraciəti olmamış, sadəcə olaraq sübuta yetirilə bilməyən dəlillərini “Whatsap” mesajlarının silinməsi adı altında ört basdır etməyə çalışmışdır. Apellyasiya protestində iddia edilən kimi ittihamın həcminin azaldılaraq məbləğin 63.000 manatdan 39.500 manata salınmaqla əməlin tövsifinin dəyişməsi hissəsində məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması deyil, əksinə məhkəmənin araşdırdığı və sübutların mümkünlüyü qaydasına uyğun olaraq tədqiq etdiyi sübutlar nəticəsində təsdiqini tapan məbləğ üzrə ittiham verilməsi müəyyən edilir. Apellyasiya protestində göstərilmişdir ki, məhkəmə zərərçəkmiş şəxs həmin qəbzlərin telefonunda yaranmış problemə görə köçürdüyü pullara dair qəbzlərin hamısını təqdim edə bilmədiyini göstərməsini hansı səbəbdən qəbul etməməsini əsaslandırmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs 3.000 manat pulun nağd verilməsi ilə bağlı epizodunun məhkəmə araşdırması zamanı tədqiqi ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 050-404 65-92 mobil nömrənin, şahid3 məxsus 050-427-67-27 mobil nömrənin, İlqar Kərimova məxsus 050-570-45-93 mobli nömrənin anten dairələri göstərilən tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi ətrafında, ümumiyyətlə Bakı şəhəri ərazisində qeydə alınmamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus telefon nömrələrinin anten məlumatları da eyni zamanda həmin ərazidə qeydə alınmamışdır. İlqar Kərimova məxsus 050-570-45-93 nömrəsinin anten dairəsi həmin dövrdə əsasən Zaqatala rayonu, Suvagil kəndi ərazisi üzrə qeydə alınmışdır. şahid4 məxsus 055-674-88-63 mobil nömrənin anten dairəsi isə faktiki yaşadığı “Melissa Park” Yaşayış Kompleksinin ətrafında qeydə alınmışdır. Protestdə şahid İlqar Kərimovun həmin müddətdə telefonun yaşadığı evdə qaldığını desə də, məhkəmə yenə də həmin ifadəni nədənsə həqiqət kimi qəbul etmədiyi, yaşlı adam olan İlqar Kərimovun Bakı şəhərinə gələrkən telefonunu həqiqətən evdə unutmasının tam real bir hadisə olması qeyd edilmişdir. Göründüyü kimi, dövlət ittihamçısı apellyasiya protestində pulu nağd şəkildə verilməsi zamanı iştirak etdiklərini iddia edən zərərçəkmiş şəxs1 və şahid3 anten dairələrinə əsasən ümumiyyətlə Bakı şəhərində olmamaları, eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən ərazidə olmaması faktının təsdiq edilməsini önəm vermədən, İlqar Kərimovun Bakı şəhərinə gələrkən telefonunu həqiqətən evdə unutması ehtimalını əsas götürməsi və məhkəmənin də bu ehtimalın real ola bilməsini nəzərə almamasını səhv tutmuşdur. Apellyasiya protestinin dəlillərinə nəzər saldıqda hesab edilir ki, protestin qənaətinə əsasən məhkəmə mövcud sübutları tədqiq edərək, mövcud sübutlara deyil, həmin sübutları mümkünsüz hesab edə biləcək fərziyyələrin mövcud ola biləcəyi ehtimalına əsasən qərar qəbul etməli idi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərində Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətində zərərçəkmiş zərərçəkmiş şəxs1 iddia etdiyi 63.000 manat pulun təqsirləndirilən Təqsirləndirilən şəxs ödənilməsi faktı, hətta heç kimə məlum olmayan müxtəlif şəxslərin plastik kart hesablarına Zaqatala rayonundan köçürmə yolu ilə zərərçəkmiş şəxs1 göndərdiyi pulların Ə.Nurlan tərəfindən mənimsənilməsinin öz təsdiqini tapmadığı, ehtimal olunan cinayətin törədilmə yeri, vaxtı və s. hər hansı mötəbər sübuta əsaslanmadığı, sübuta yetirilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin təqsirli bilindiyi cinayət əməlinin həqiqətən baş verməsini və onun tərəfindən törədilməsini təsdiq edən kifayət qədər və mötəbərliyi şübhə doğurmayan sübutlar ittiham tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Şikayətdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş zərərçəkmiş şəxs1 övladının xəstə olması səbəbindən borc aldığını, lakin pulu vaxtında qaytara bilmədiyinə görə zərərçəkmiş şəxs1 ondan şikayətçi olduğu göstərilsə də, zərərçəkmiş şəxslər və şahidlər hazırki məsələdən ümumiyyətlə xəbərsiz olduqlarını bildirmişlər. Qeyd edilən əsaslar təqsirləndirilən şəxsə bəraət verilməsi üçün yetərli olmadığından apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığı barədə dəlilləri əsassız hesab edilir. Cinayət işi materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair məsələyə hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs pul məbləğini Mətləbdən borc olaraq aldığını, heç bir dələduzluq niyyəti olmadığını qeyd etsə də, qeyd edilən dəlillər müdafiə xaraterli olmaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Kollegiya tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması barədə apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Belə ki, çoxsaylı sübutlarla müəyyən edilən işin həqiqi halları tərəflər arasında borc və ya başqa formada mülki hüquq münasibətlərinin yaranmasını istisna edir. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmaması və ya sübuta yetirilmədiyi barədə müdafiəçinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş zərərçəkmiş şəxs1 İlqar oğluna məxsus külli miqdarda, yəni 63.000 manat pul vəsaiti deyil, 39.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi, eyni zamanda zərərçəkmiş şəxs İbrahimova Nuridə Ələsgər qızının 3.000 (üç min) manat pulunu ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi, şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş İbrahimova Nuridə Ələsgər qızına ümumilikdə 10.950 (on min doqquz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi faktı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Buna görə də, məhkəmə kollegiyası hökmün ləğv olunaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsinə heç bir əsas görməyərək dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Kollegiya həmçinin qeyd edir ki, məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiəçinin apellyasiya şikayətində şəxsin əməlində cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilməməsinə dair göstərilən dəlillər öz təsdiqini tapmadığından şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə istinad təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxs Nuridə İbrahimova ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd ilə tətbiqini düzgün müəyyən etmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayətində hökmün dəyişdirilməsi, barəsində əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməklə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə əsaslar müəyyən etmir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilsə də, bu cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 26 (iyirmi) saat üçün cəmi 286 (iki yüz səksən altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar