Məhkəmə qərarları › İş №1(3-6)-752/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-752/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-752/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünə əsasən ## ###### 1996-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Masazır qəsəbəsində ünvanını bilmədiyi evdə kirayədə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; ## #### 1992-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, 8-ci kilometr qəsəbəsində ünvanını bilmədiyi evdə kirayədə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələsi də həll olunmuşdur. İşin halları: İttihama əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirləndirilirlər ondan ötrü ki, onlar özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## #### 2025-ci il tarixdə təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından keçmək yolu ilə qanunsuz olaraq hüquqa zidd qaydada həyətə daxil olub heç kimin görmədiyi şəraitdə evin yan tərəfində olan pəncərəsi üzərindəki dəmir barmaqlıqları yerindən çıxardıb pəncərənin şüşəsini sındırmaqla yaşayış sahəsi hesab olunan evin dəhlizinə daxil olaraq evin 2-ci mərtəbəsində yerləşən yataq otağında dolabın içərisindəki saxlanc yeri hesab olunan içərisində 1 ədəd 585 əyarlı (brilyant daşla) 600 manat qiymətində qızıl klon, 1 ədəd 585 əyarlı 550 manat qiymətində qızıl boyunbağı, 1 ədəd (brilyant qaşla) 585 əyarlı 850 manat qiymətində qızıl klon, 1 ədəd 750 əyarlı toxunma 3500 manat qiymətində qızıl boyunbağı, 1 ədəd 585 əyarlı 850 manat qiymətində brilyant qaşlı qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 1400 manat qiymətində qızıl qolbaq (Qarnitur dəstin qolbağı) (brilyant qaşla), 1 cüt 585 əyarlı 1200 manat qiymətində qızıl sırğa (qarnitur dəstin sırğası) (brilyant qaşlı), 1 cüt 750 əyarlı 1200 manat qiymətində qızıl “Romb” sirkon sırğa, 1 ədəd 585 əyarlı 1400 manat qiymətində qızıl “Versage” qolbaq, 1 cüt, 585 əyarlı 600 manat qiymətində qızıl “Versage sırğa, 1 ədəd 583 əyarlı 3800 manat qiymətində qızıl qadın qolbağı (köhnə Sovet istehsalı, 3 ədəd firuzə qaşlı), 1 ədəd 585 əyarlı 1600 manat qiymətində qızıl qadın qolbağı (sirkon qaşlarla), 1 ədəd 750 əyarlı 2500 manat qiymətində qızıl qadın qolbağı, Qrazella firması, rəngli qaşlarla, 1 cüt 583 əyarlı 1600 manat qiymətində qızıl qadın üçün brilyant qaşlı qızıl, 10 qaş oval sırğa, 1 cüt 583 əyarlı 1600 manat qiymətində qızıl brilyant qadın sırğası (6 qaş oval), 1 cüt 583 əyarlı 1500 manat qiymətində 8 qaş oval qızıl “Romaşka sırğa (brilyant qaşlarla), 1 ədəd 583 əyarlı 2000 manat qiymətində qızıl boyunbağı (29 ədəd arpa dənəcikli), 1 ədəd 585 əyarlı 650 manat qiymətində qızıl klon “Versage”, 1 ədəd 585 əyarlı 450 manat qiymətində qızıl “Tros” boyunbağı, 1 ədəd 900 əyarlı 2100 manat qiymətində kəsmə qızıl “Nikolay” 10 rubl, 1 ədəd 585 əyarlı 1750 manat qiymətində üzərində klon (Tiffany & Go) olan qızıl boyunbağı, 1 ədəd 585 əyarlı 850 manat qiymətində üzərində klon (Tiffany & Go) olan qızıl qolbaq, 1 ədəd 585 əyarlı 1800 manat qiymətində qalın tros qızıl boyunbağı, 1 ədəd 585 əyarlı 500 manat qiymətində nazik tros qızıl boyunbağı, 1 ədəd 750 əyarlı 850 manat qiymətində qızıl klon, 1 ədəd 585 əyarlı 1050 manat qiymətində toxunma qızıl boyunbağı, 1 ədəd 585 əyarlı 850 manat qiymətində qızıl klon, 1 ədəd 583 əyarlı 1050 manat qiymətində qızıl nişan üzüyü (Sovet istehsalı, 5 qaş brilyantla), 1 ədəd 585 əyarlı 1300 manat qiymətində ’’Versage” qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 4000 manat qiymətində “Moruq” qızıl boyunbağı, 1 ədəd 585 əyarlı 200 manat qiymətində qızıl klon (üzərində ərəb hərfləri olan), 1 ədəd 585 əyarlı 250 manat qiymətində qızıl zəncir boyunbağı (saya kiçik kürəciklərlə), 1 ədəd 585 əyarlı 300 manat qiymətində qızıl boyunbağı (saya kiçik kürəciklərlə), 1 ədəd 750 əyarlı 950 manat qiymətində qızıl qadın üzüyü (sirkon daşla), 1 ədəd 750 əyarlı 1750 manat qiymətində “Versage” qızıl klon (üzərində ərəb hərfləri olan), 1 ədəd 585 əyarlı 1360 manat qiymətində qızıl boyunbağı, ikili halqalı, 1 ədəd 583 əyarlı 2500 manat qiymətində qızıl qadın qol saatı (Çayka), 1 ədəd 600 manat qiymətində işlənmiş qızıl olmayan metal “Trussardi” markalı kişi saatı, 1 ədəd 550 manat qiymətində işlənmiş qızıl olmayan metal “Thomas Sabo” markalı kişi saatı, 1 ədəd 583 əyarlı 6150 manat qiymətində ümumi çəkisi 41 qram olan qızıl muncuq boyunbağı, 1 ədəd 583 əyarlı 700 manat qiymətində qızıl qadın üzüyü, 1 ədəd 750 əyarlı 1700 manat qiymətində brilyant qaşlı qızıl qadın üzüyü, 1 ədəd 750 əyarlı 1200 manat qiymətində firuzə qaşlı qızıl qadın üzüyü, 1 dəst 750 əyarlı 4000 manat qiymətində brilyant qaşlı qızıl üzük və qızıl sırğa, 1 ədəd 585 əyarlı 800 manat qiymətində qaşlı, rəngli qızıl klon, 1 dəst 585 əyarlı 2500 manat qiymətində qızıl üzük və qızıl sırğa, 1 cüt 585 əyarlı 1500 manat qiymətində qızıl sırğa, 1 ədəd 750 əyarlı firuzə qaşlı 5500 manat qiymətində qızıl boyunbağı, 1 ədəd 750 əyarlı 3500 manat qiymətində ərəb qadın qızıl üzüyü, 1 dəst 583 əyarlı 2000 manat qiymətində firuzə qaşlı qadın üzüyü və sırğa, 1 ədəd 585 əyarlı 600 manat qiymətində pandora markalı qızıl qolbağı, 1 ədəd 925 əyarlı 400 manat qiymətində pandora markalı gümüş qolbağı, bir ədəd üzərində nömrə olmayan 200 manat qiymətində “İphone 8+” markalı mobil telefon olan 500 manat qiymətində qara rəngli kale markalı seyfi gizli olaraq talayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 83.660 (səksən üç min altı yüz altmış) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin Məcəllənin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə şərti cəza təyin edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün cəza hissəsində dəyişdirilməsini və təqsirləndirilən şəxs1 cəzasının CM-in 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsini və CM-nin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ittiham hökmü cəza hissəsində əsassızdır, odur ki, hökm dəyişdirilməlidir. Belə ki, məhkəmə hökm çıxararkən işə obyektiv yanaşmamış, təqsirləndirilən şəxs2 cəza təyin edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir, təqsirləndirilən şəxsə ağır cəza verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cinayət əməlini yüngülləşdirən hal kimi heç bir halı düzgün nəzərə almamış və qiymətləndirməmişdir. Halbuki təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında səmimi peşiman olduğunu bildirmişdir, dəymiş ziyanı tamamilə ödəmişdir, artıq zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin, istintaq orqanına özü könüllü təslim olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində işə cəlb olunan Zərərçəkmiş şəxs həm məhkəmə iclasında, həm də özü və nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi ərizələrdə bildirmişdir ki, təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə növündə cəza ilə əlaqədar olmayan daha yüngül cəza növü təyin edilməsini xahiş etmişdir. təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur, o, heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, əməlindən səmimi peşimançılıq çəkir. Eyni zamanda təqsirləndirilən şəxs2 ailələlidir, ailənin yeganə qazanc gətirən şəxsidir, himayəsində həyat yoldaşı və 2024-cü il təvəllüdlü 1 yaşında azyaşlı uşağı vardır. Onun həbs olunması gənc ailəsinin və azyaşlı uşağının gələcək həyatı baxımından olduqca psixoloji travma olacaq və onların dolanışığı çətinləşəcəkdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi Publik Hüquqi şəxsin verdiyi ## ######## 2025-ci il tarixli **** saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs2 hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu (F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixatrik müayinənin nəticələriuşaqlıqdan kəkələmə əlamətlərinin qeyd olunması, Bakı və Şirvan şəhərlərində ambulator qaydada müalicə olunması, 2013-cü və 2023-cü illərdə Səhiyyə Nazirliyinin Psixatriya Xəstəxanasında müayinədə olarkən “Mülayim dərəcədə ifadə olunmuş üzvi nevrozabənzər pozuntu kəkələmə ilə” diaqnozunun təyin edilməsi, ##.##.2015-ci il tarixdə keçirilmiş ambulator məhkəmə psixatrik ekspertizası zamanı “üzvi emosional-labil pozuntu kəkələmə ilə diaqnozunun” müəyyən edilməsi, həmçinin hazırki müayinə zamanı əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, astenizasiya əlamətləri biruzə verməsi və s. təsdiq edir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilsə də, idrak proseslərinin tədqiqi zamanı- ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkküründə lənglik, emosional-iradi sferasında astenizasiya əlamətləri aşkar olunur. Cinayət işi materiallarının və aparılmış psixatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası aşağıdakı qərara gəlir: təqsirləndirilən şəxs2 hal- hazırda “üzvi emosional-İabil (astenik) pozuntu aşkar olunur. Düşünürəm ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə ağır cəza təyin etmişdir. təqsirləndirilən şəxs2 AR CMnin 70-ci maddəsi tətbiq edilərək AR CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə şərti cəza təyin olunması daha məqsədəmüvafiq və ədaləti olardı. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin hökm müvəkkilinə təyin edilmiş cəza hissəsində ədalətsizdir və yüngülləşdirilməlidir. İşin faktiki gedişatından aydın olur ki, baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 83.660 manat məbləğində maddi ziyan dəymişdir. təqsirləndirilən şəxs1 hadisənin ilk günlərindən etibarən törətdiyi əməlin nəticələrini aradan qaldırmağa çalışmışdır. Belə ki, hələ istintaq gedişatında Səməd tərəfindən zərərçəkənə 3000 manat nağd pul ödənilmiş, eyni zamanda tapılan qızıl-zinət əşyaları ilə birlikdə ümumilikdə 49.605 manatlıq zərərin bərpası təmin edilmişdir. Məhkəmə baxışı dövründə də bu proses davam etdirilmiş, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən də müəyyən ödənişlər həyata keçirilmişdir. Hazırda iş üzrə qalan qalıq zərər cəmi 8000 manat təşkil etmiş, Müvəkkili təqsirləndirilən şəxs1 hadisənin ilk günlərindən etibarən törətdiyi əməlin nəticələrini aradan qaldırmağa çalışmışdır. Məhkəmə iclasına təqdim edilmiş rəsmi ərizədən və barışıq sənədlərindən görünür ki, artıq dəymiş zərər tamamilə və qalıqsız ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan sənəddə açıq şəkildə qeyd olunur ki, təqsirləndirilən şəxs1 zərəri tam ödəmiş, tərəflər arasında barışıq əldə olunmuşdur. Zərərçəkmiş tərəfin müvəkkilinə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hətta vurulan zərər tam ödənildiyi üçün zərərçəkmiş tərəf əvvəllər irəli sürdüyü mülki iddiadan da tam imtina etmişdir. İş üzrə dindirilən həm Səməd, həm də Əli məhkəmə iclaslarında ardıcıl və bir-birini tamamlayan ifadələr verərək bildirmişlər ki, hadisə zamanı götürülmüş qızıllar əslində şahid3 olmuşdur. Təqsirləndirilən şəxslər qızılları məhz Ağaxanın götürdüyünü və bütün qızıl-zinət əşyalarının onda qaldığını açıq şəkildə vurğulamışlar. Baxmayaraq ki, şahid3 hazırda bu iş üzrə təqsirləndirilən şəxs statusunda deyil, işin faktiki tərəfi ondan ibarətdir ki, o, məhkəmə gedişatında zərərçəkən tərəfə pul ödənişi etmişdir. Bu fakt zərərçəkənin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən də aydın şəkildə görünür. Səmədin və Əlinin qızılların Ağaxanda olması barədə dediklərini, Ağaxanın zərərçəkənə öz təşəbbüsü ilə pul ödəməsi faktı birbaşa təsdiq edir. Bu da müvəkkilim Səmədin və digər təqsirləndirilən Əlinin ifadələrinin həqiqətə uyğun olduğunu göstərir. İstintaq və məhkəmə gedişatında səmimi peşmanlıq nümayiş etdirmişdir. Dəymiş zərər tamamilə ödənilərək barışıq əldə edilmişdir. Qanunvericilik məhkəməyə imkan verir ki, cinayətin məqsədi və motivləri, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin xarakteri və dərəcəsi, habelə işin digər halları cəzanın yüngülləşdirilməsini zəruri etdikdə, maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən daha az və ya daha yüngül cəza növü təyin etsin. Qanunvericilik zərərin tam ödənilməsini və səmimi peşmanlığı "müstəsna hal" kimi qiymətləndirməyə imkan verir. Zərərin tamamilə ödənilməsi, təqsirini boynuna alması, zərərçəkmişlə barışıq əldə etməsi və səmimi peşmanlığı CM-nin 70-ci və ya 62-ci maddəsinin tətbiqi üçün kifayət qədər hüquqi zəmin yaradır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli və təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələrinin, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar məcmusunun artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən həmin sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətlərinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ittiham olunmuş cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların əməlini Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və cinayət əməlini Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif etməklə həmin əmələ lazımi hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hökmlə razılaşmayan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində əsas tələb kimi təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin Məcəllənin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə şərti cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmlə razılaşmayan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 isə apellyasiya şikayətində təqsirləndirilən şəxs1 cəzasının CMin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsini və CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxslərə barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onların cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və təqsirləndirlən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, müdafiəçilərin istinad etdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə məhkum edilmiş şəxslərə cəza təyin edilərkən kifayət qədər güzəşt olunmuş və onlara minimun həddə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin dəymiş zərəri ödəmələrini, zərər çəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, habelə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 “üzvi emosional-labil (astenik) pozuntu”dan əziyyət çəkməsini, təqsirləndirilən şəxs1 isə ailənin yeganə övladı olmaqla, yaşlı atasının onun himayəsində olmasını onların cəzasını yüngülləşdirən hal qismində nəzərə almışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə təqsirləndirilən şəxslərə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, onlara şəxsiyyətlərinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindikləri cinayət qanunu maddənin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir. Təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi, eləcə də cinayət məsuliyyətindən azad edilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Belə ki, işin faktiki halları və iş materialları araşdırıldıqda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla məhkum edilmiş şəxslərin yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunmaları mümkündür. Hər iki təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin dəymiş ziyanı tamamilə ödəmələri, artıq zərərçəkmiş şəxslə barışmaları, zərərçəkmiş şəxsin onlarda heç bir şikayət və tələbinin olmaması Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas kimi təqdim edilsə də, mübahisələndirilən hökmdən görünür ki, bu hal məhz təqsirləndirilən şəxslərə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış və onlara təqsirli bilindikləri maddənin sanksiyasına əsasən minimum həddə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Belə ki, şəxsə aşağı həddə cəza təyin edilməsinə səbəb olan bu və digər halların yenidən nəzərə alınmaqla onlara təyin edilmiş cəzanın şərti tətbiq edilməsini məhkəmə kollegiyası əsaslı saymır. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Apellyasiya şikayətlərində göstərilən hallar birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə, məhkum edilmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 70ci maddəsinin birmənalı tətbiqinə səbəb ola bilməz. Belə ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhudlaşdırma, inzibati xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə bilər. Apellyasiya şikayətlərindən göründüyü kimi müdafiəçilər Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiq olunmaqla cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur, məhkum edilmiş şəxslərin islah olunması yalnız onların cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunidir, birinci instansiya məhkəməsi işin faktiki hallarını kifayət qədər nəzərə alıb onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Hazırkı iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş hallar, məhkum edilmiş şəxslərin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanı şərti hesab edilməsi cəzanın məqsədlərinə xidmət edə bilməz. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təqsirləndirilən şəxs1 cəzasının CM-in 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsi barədə də dəlillərini əsassız hesab edir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hallara və yaxud bu cür halların məcmusuna sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar Cinayət Məcəlləsinin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər yalnız təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsinə imkan verən hallar olmaqla birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq ona minimum həddə cəza təyin edilmişdir və apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün müstəsna hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin tələblərinə riayət etməklə, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətlərini səciyyələndirən halları, habelı cəzalarını yüngülləşdirici halları əsas götürərək məhkum edilmiş şəxslərə həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də şəxsiyyətinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli və təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Pro Bono Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına üçün 11 manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, Pro Bono Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar