Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-754/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, onun nümayəndəsi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər: X4 (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və X3 ibarət tərkibdə) ## ###### 2005-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan İqtisad Universitetinin 3-cü kurs tələbəsi, subay, “Tamstore” mağazasında satıcı işləmiş, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, nömrəsiz ünvanda yaşamış, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 18 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ilk 5 ilini həbsxanada, qalan 13 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, ## ###### 2001-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsiz nömrəsiz ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs1 (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 32.5,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, evli olmasına baxmayaraq, 2025-ci ilin əvvəllərindən etibarən sevgili münasibətində olduğu, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana kombinatı nömrəsiz ünvanda qonşuluğunda yaşamış təqsirləndirilən şəxs2 ilə rahat şəkildə görüşüb intim münasibətdə olmaları və ailə qurmaları barədə sosial şəbəkələrdə söhbət apararkən, sonuncunun onu rəsmi nikah münasibətində olduğu əri Piriyev İkram Rəhim oğluna qısqanması səbəbindən qəsdən öldürmək niyyətində olmasından xəbər tutub, təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girib, sonuncuya həmin cinayətkar əməli hansı qaydada icra edəcəyini qabaqcadan planlaşdırmaq, aralarında olan sms yazışmalarında “evin zalına girərsən”, “düşündüyüm plan kimi edəcəksən”, “qonşunun kamerası buranı çəkmir”, “Səbinəgildən ehtiyatlı ol”, “sən öldür, mamanı çağırım, sonra düşün” və sair barədə məsləhət, göstəriş və məlumatları ilə yardım etmək, hadisədən sonra bu barədə hər hansı şəxsə məlumat verməyəcəyini bildirmək və cinayətin izlərini gizlətməyi qabaqcadan vəd etməklə, ## ###### 2025-ci il tarix, saat 03:10 radələrində təqsirləndirilən şəxs2 qabaqcadan əldə edib yaşadığı evin giriş hissəsinin döşəməsi üzərində olan örtüyün altında gizlətdiyi, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı 1 ədəd mətbəx bıçağını üzərində götürüb, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, nömrəsiz ünvanda yerləşən, İkram Piriyevin onunla yaşadığı fərdi evə açıq vəziyyətdə olmuş pəncərəsindən daxil olmasından sonra İkram Piriyevə sonuncunun çarpayıda yatmasına görə aktiv şəkildə müqavimət göstərmək iqtidarında olmayıb, aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edib, sol əlindəki bıçaqla ardıcıl zərbələr endirməklə döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası, sağ gicgah və ənsə nahiyəsinin 2 ədəd kəsilmiş yaralarındən ibarət, həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin sağ vidacı venanın, sağ xarici və daxili yuxu arteriyalarının zədələnməsinə səbəb olan boyunun sağ yan səthinin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçərək sol ağciyərin zədələnməsinə və soltərəfli hemopnevmotoraksa səbəb olan 1 ədəd olmaqla, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, ölümü ilə birbaşa səbəbli əlaqə təşkil edən xəsarətlər yetirməsindən baş vermiş kəskin daxili və xarici qanitirmə nəticəsində aşkar surətdə köməksiz vəziyyətdə olmuş İkram Piriyevi qəsdən öldürməsinə köməkçilik etmişdir. Müdafiəçi verdiyi apellyasiya şikayətində həmin məhkəmə hökmünün təqsirləndirilən şəxsə aid hissədə ləğv edilməsini və sonuncu barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız ehtimal və şübhələr əsasında təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-in 32.5,120.2.9cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Halbuki, təqsirləndirilən şəxs2 verdiyi ifadələrində iş üzrə cinayət əməlini təqsirləndirilən şəxsin köməkçiliyi olmadan törətdiyini göstərmiş, eləcə də, cinayət işi materiallarında sonuncunun təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməsinə köməkçilik etməsinə dair hər hansı sübut növü yoxdur. Əksinə, cinayət işi materiallarında olan yazışmaların mətnindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iş üzrə cinayət əməlini törətməkdən çəkindirmək istəmiş, sonuncunun həmin əməli törədəcəyi barədə sözlərini ciddi qəbul etməmiş, hadisə zamanı şok vəziyyətində olmuş, hadisəni törədən şəxsi tanımamış və həmin şəxsin qaçdığını görmüş, dərhal sonra kömək çağırmışdır. Bu hallar iş üzrə təqsirləndirilən şəxs2 cinayət əməlini təqsirləndirilən şəxsin köməkçiliyi olmadan törətdiyini göstərir. Lakin birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halları nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən təqsirləndirilən şəxs barəsində düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs izahat və çıxışında, onun müdafiəçisi isə çıxışında iş üzrə təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası CM-in 307-ci maddəsinin müvafiq hissəsinə tövsif edilməsini və sonuncu barəsində müvafiq maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş etməklə, faktiki olaraq apellyasiya şikayətinə dəyişiklik etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi, onun nümayəndəsi və dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini verən şəxs onu dəyişdirmək hüququna malik olduğuna, müdafiəçinin verdiyi apellyasiya şikayətində məhkəmə hökmünün təqsirləndirilən şəxsə aid hissədə ləğv edilməsi və sonuncu barəsində bəraət hökmünün qəbul edilməsi xahiş edilsə də, apellyasiya məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs izahat və çıxışında, onun müdafiəçisi isə çıxışında təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası CM-in 307-ci maddəsinin müvafiq hissəsinə tövsif edilməsini və sonuncu barəsində müvafiq maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş etməklə, faktiki olaraq Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edib, verilmiş apellyasiya şikayətini dəyişdirdiklərinə görə apellyasiya baxışının hüdudları müdafiəçinin verdiyi ilkin apellyasiya şikayətinin deyil, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya məhkəmə baxışı iclasında apellyasiya şikayətinə şifahi qaydada etdikləri dəyişiklik əsasında müəyyən edilməli, bu səbəbdən apellyasiya şikayətinə edilmiş dəyişikliyin dəlili həddində hüquqi qiymət verilməlidir. Beləliklə, apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin törətdiyi əməli düzgün tövsif etməməsi, bununla bağlı sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. İş üzrə təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməl üzrə Azərbaycan Respublikası CM-in: - 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. - 120.2.9-cu maddəsində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 32.5,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün verdiyi ifadələrində etiraf etməməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, iş materiallarında olan mümkün və mötəbər sübutların – ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və təqsirləndirilən şəxs2 verdikləri ifadələrinin təqsirləndirilən şəxsin müdafiə edilməsi ilə bağlı olan hissələri istisna olmaqla qalan hissələri, bilavasitə təqsirləndirilən şəxs2 təqsirliliyinə aid olan, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin verdikləri ifadələri, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin məhkəmə istintaqında elan edilmiş ifadələri, digər istintaq hərəkəti protokolları, müxtəlif növlü ekspert rəyləri, digər sənədlər və maddi sübutlarla yanaşı, xüsusilə təqsirləndirilən şəxs2 məxsus “Honor X6” markalı, “VNE-LX1” modelli mobil telefona baxış keçirilərkən müəyyən edilmiş, sonuncu ilə təqsirləndirilən şəxs arasında baş vermiş yazışmaların mətni (məhkəmə kollegiyası hesab edir ki, həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), həmin yazışmalarda təqsirləndirilən şəxsin təqsirləndirilən şəxs2 “evin zalına girərsən”, “düşündüyüm plan kimi edəcəksən”, “qonşunun kamerası buranı çəkmir”, “Səbinəgildən ehtiyatlı ol”, “sən öldür, mamanı çağırım, sonra düşün” və sair bu xarakterli məsləhət, göstəriş və məlumatlar verməsinin məcmusu ilə tam sübuta yetirmişdir. Buna görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 32.5,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Apellyasiya şikayətinin, eləcə də təqsirləndirilən şəxsin və onun müdafiəçisinin həmin apellyasiya şikayəti ilə bağlı izahat və çıxışlarının dəlilləri yuxarıdakı sonuncu abzasda göstərilmiş sübutların məcmusu və onlar əsasında müəyyən edilmiş işin faktiki halları ilə tam təkzib edildiyinə görə əsassızdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 120.2.9-cu maddəsinin sanksiyasında müvafiq cinayət əməlinə görə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halın olmamasını, himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasından ibarət cəzasını yüngülləşdirən halın olmasını törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əvvəllər məhkum olunmamasından ibarət şəxsiyyətini xarakterizə edən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də, törətdiyi cinayət əməlinə olan psixi münasibəti ilə birlikdə nəzərə alıb, qəbul etdiyi hökmlə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.5,120.2.9-cu maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 15 il müddətə, yəni qanunun yol verdiyi ən aşağı həddə yaxın müddətə təyin etməklə Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl etmişdir. Həm buna, həm də təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-754/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-754/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver