Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-755/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Nağıyeva Milana Varis qızının katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, ## ##### 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Emin-85”, “MASTER-121” və “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, məhkum olunmuş, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi, X6 və X4 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan maddə ilə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Hökmlə mülki iddia baxılmamış saxlanılmış, ekspertiza xərcləri və maddi sübut məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək və əmlak hüquqlarını əldə etmək məqsədilə tanışları Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs2 aldatma yolu ilə 2023-cü ilin yanvar ayının ortalarında sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrədən zəng edərək özünü “Nicat” adlı şəxs kimi təqdim edib xüsusi mülkiyyət hüququ ilə zərərçəkmiş şəxs2 məxsus və internet səhifələrində “icarəyə verilir” elanı qeyd olunmuş ünvan 6 ünvanında yerləşən dəyəri 1.005.490 manat təşkil edən daşınmaz əmlakı icarəyə götürərək orada avtomobil ehtiyyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirib özünün respublika ərazisində olmadığından qabaqcadan əlbir olduğu Quliyev Vahab Camal oğlunun adına icarə müqaviləsi bağlamaqla rəsmiləşdirilməsini xahiş edib zərərçəkmiş şəxs2 razılığını almaqla onunla sövdələşdikdən sonra ## ###### 2023- cü il tarixdə sonuncu ilə Vahab Quliyev arasında Bakı şəhəri, Azadlıq prospekti 132 ünvanında yerləşən Bakı şəhəri ** saylı notariat ofisində “icarə müqavilə”sinin bağlanaraq ilk ay üçün nəzərə tutulan 1.500 manat icarə haqqını sonuncu vasitəsi ilə zərərçəkmiş şəxs2 təqdim edib özlərini vicdanlı icarəçi kimi göstərərək sonuncunun etibarını qazanmasına nail olub bundan sui-istifadə edərək, qeyd olunan ##.##.2023-cü il tarixli icarə müqaviləsində zərərçəkmiş şəxs2 və daşınmaz əmlaka dair qeyd olunan məlumatlar əsasında istintaqla araşdırılan şəraitdə Rusiya Federasiyası, Kurqan vilayəti, Kurqan notarial dairəsi tərəfindən Yılmaz Abdullayevin adından sonuncunun həmin vaxt, yəni ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində olmasına baxmayaraq qrupun üzvü Vahab Quliyevə verilmiş Azərbaycan Respublikası ərazisində yerləşən istənilən daşınmaz və daşınar əmlakı, o cümlədən ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək, girov qoymaq, icarəyə vermək və s. hüquq verən rəsmi sənəd hesab edilən ## ###### 2023-cü il tarixli, 45 AA ******* nömrəli etibarnamə, zərərçəkmiş şəxs2 ilə əvvəllər rəsmi nikah münasibətlərində olmuş şahid17 adından isə hüquq verən rəsmi sənəd hesab edilən ## ###### 2023-cü il tarixli, 45 AA ******* nömrəli razılıq ərizələrini qabaqcadan əlbir olduğu Vahab Quliyev, Şeyda Ramazanov və qeyriləri ilə birlikdə istifadə etmək məqsədi ilə saxtalaşdıraraq qanunsuz hazırlamaqla zərərçəkmiş şəxs2 və şahid17 əvəzindən istintaqa məlum olmayan şəraitdə və vaxtda həmin sənədlərdə imza edərək istintaqla araşdırılan Kurqan notarial dairəsinin məlumatlarını özündə əks etdirən möhürlə təsdiq etdikdən sonra Vahab Quliyevin adına tərtib olunmuş etibarnamədən və şahid17 adından olan razılıq ərizəsindən istifadə edərək qabaqcadan əlbir olduğu qrupun digər üzvü X7 adına ## ###### 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisində guya ki, daşınmaz əmlakın 350.000 manata sonuncuya satılmasına dair formal altı-satqı müqaviləsi bağlayaraq sonradan həmin daşınmaz əmlakı qabaqcadan əlbir olduğu Şeyda Ramazanovun adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsində ##.##.2023-cü il tarixdə 308013118387-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına nail olub, Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus 1.005.490 (bir milyon beş min dörd yüz doxsan) manat dəyərində əmlakını ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmaqla əmlak hüquqlarını əldə edərək dələduzluq etmiş, Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və qanunsuz hazırlamış, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, qabaqcadan əlbir olduğu X7 adına qanunsuz yolla ələ keçirilərək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsində ##.##.2023-cü il tarixdə 308013118387-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın faktiki dəyərindən açıq şəkildə daha ucuz olmaqla 400.000 manat məbləğində pul vəsaitinə satıldığını və həmin əmlakın aylıq 8.000 manat olmaqla hazır icarədə olmasını tanıdığı şahid15 və şahid16 yalandan bildirib aldadaraq sonuncunun bacısı zərərçəkmiş şəxs1 həmin daşınmaz əmlakın dəyərinin yarısını, yəni 200.000 manatını özü tərəfindən, qalan yarı dəyərinin isə şahid15 tərəfindən ödəməklə almaq istəməsi barədə müraciətinə qabaqcadan əlbir olduğu qrupun digər üzvləri ilə birlikdə razılıq verərək ## #### 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisində qrupun üzvü Şeyda Ramazanov ilə zərərçəkmiş şəxs1 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılaraq sonuncuya məxsus 200.000 manat məbləğində pul vəsaitini alaraq həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Vahab Quliyev, Şeyda Ramazanov və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ayrı ayrılıqda apellyasiya şikayətləri verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işdə olan faktiki halları tam araşdırmadan, ibtidai istintaqın qərəzli və saxta sübutlarına əsasən, eyni zamanda yalançı şahidlərin ifadələri ilə ədalətsiz hökm vermişdir. Heç kimlə əvvəlcədən saxta sənədin hazırlanmasında iştirak etməmişdir. Sadəcə gündəlik işləri olduğu üçün həmin mülkə alıcı tapmış, qanuni yolla ** saylı notariat kontorunda alqı-satqıda iştirak etmiş və 1800 manat dəyərində haqqını almışdır. Iş materialları ilə müəyyən olunur ki, ittiham verilən şəxs(lər)lə (Təqsirləndirilən şəxs ilə) zərərçəkmiş şəxs (zərərçəkmiş şəxs2) arasında inam, etibar münasibətləri olmamış, zərərçəkmiş şəxsin etibarından sui-istifadə olunmamış, o, aldadılmamışdır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs2 bir-birlərini tanımamış ki, belə olan halda dələduzluqdan söhbət gedə bilməz. Hadisənin mahiyyəti şəxsin əmlak hüquqlarının qanunsuz olaraq əldə edilməsindən ibarətdir. Bundan başqa, Təqsirləndirilən şəxs baş vermiş hadisənin bilavasitə iştirakçılarının (Şeyda Ramazanov, Vahab Quliyev və sair) niyyətlərindən, alqı-satqı müqaviləsinin saxta etibarnamə əsasında həyata keçirilməsindən xəbəri olmayıb. Alqı-satqının həqiqi olmadığını, obyektin qanunsuz olaraq ələ keçirilməsini Təqsirləndirilən şəxs yalnız iki nəfər, yəni Şeyda Ramazanov və Vahab Quliyev deyə bilərdi ki, onların da işdə ifadələri yoxdur. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Ibtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Ona görə də, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinin bəraət hökmü çıxarılmasını, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya instansiyasında çıxışında birinci instansiya məhkəməsinin onun barəsində çıxarmış olduğu ittiham hökmünün ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılması olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlar tam olaraq sadalanmamaqla, bəzi sübutların hazırki qərarda qeyd olunmasını əsaslı hesab edir. Birinci instansiya məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, obyekti mənimsəməmiş, digər şəxslərlə onun heç bir əlbirliyi olmamış, sadəcə müştəri tapmışdır. Müstəntiq onu yalnız zərərçəkmiş şəxs2lə üzləşdirmiş və üzləşdirmə təxminən beş dəqiqə davam etmişdir. Həmin vaxt Yılmaz ona nömrədən zəng gəldiyini demiş, lakin həmin nömrənin kimin adına olması müəyyən edilməmişdir. Onun telefonu tapılmamış, səs yazıları ekspertizaya təqdim edilmiş, lakin həmin səs yazılarının kimə aid olması və onun kiminlə danışması barədə heç bir məlumat olmamışdır. Ittiham aktında göstərilmiş şahidlərin heç biri onu tanımamışlar. Lakin, həmin şəxslər onun hansısa sənədlərlə bağlı onlardan pul istədiyini demişlər. Həmin şəxslər məhkəmədə istintaqda belə ifadə vermədiklərini demişlər. O, Vahab adlı şəxsi tanımamış və Vahabla iş birliyi olmamışdır. Nicat adlı şəxsin kim olduğunu bilməmişdir. O, yalnız Şeydanı tanımış, Şamil Şeydanı gətirərək obyekt satdığını demişdir. zərərçəkmiş şəxs2 onunla özü əlaqə saxlamış, həmin vaxt o, Yılmaza onun adamlarının obyekt aldıqlarını və onu tanımadığını bildirmişdir. Sonra Yılmaz obyekti ona satdıqlarını demişdir. Bundan sonra onlar Abdulahla Şeydanı axtarmağa başlamışlar. Yılmaz polisə şikayət edəndən sonra isə nə Vahab axtarışa verilmiş, nə də Şeydanın çıxışına məhdudiyyət qoyulmuş və həmin şəxslər ölkə ərazisini tərkib edib getmişlər. O, zərərçəkmiş şəxs2 əmlakının Samirəyə satılmasında iştirak etmişdir, çünki Samirə onun müştərisi olmuşdur. zərərçəkmiş şəxs2 razılıq ərizəsindən onun məlumatı olmamış və həmin sənədləşdirmə ** saylı notariusda aparılmışdır. Yılmazın obyekti ilk dəfə Şeydanın adına sənədləşdirilmişdir. O, həmin obyekti görmədiyi üçün qiymətini bilməmiş, ümumiyyətlə obyekti ev kimi bilmişdir. Yılmazın obyektinin çıxarışını görmüş, lakin oranın çıxarışında obyekt ev kimi göstərilmişdir. Alqı-satqılarla bağlı Şeydagil ona min səkkiz yüz manat pul vermişlər. Makler tanışı Şamil ona zəng edərək sənədlərin qaydasında olub-olmadığını yoxlamasını xahiş etmiş və bu səbəbdən tanımadığı şəxslərin obyektlərinin satışında iştirak etmişdir. O, birinci alqı-satqı həyata keçiriləndə obyekti görməmiş və ikinci alqı-satqı olanda Şeyda videoları ona göndərmişdir. Alqı-satqılar baş verərkən qanunsuz hansısa proses getdiyindən məlumatlı olmamış, Yılmaz ona zəng edəndən sonra məlumatlı olaraq Şeydanı axtarmağa başlamışdır. Rusiyadan gələn sənəddə nömrənin səhv yazılmasından onun məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində elan və tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, elan olunmuş ittiham ilə razı deyil. Quliyev Vahab Camal oğlu və X7 tanımamış, onlarla heç bir münasibəti və əlaqəsi olmamışdır. zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri düzgün deyil və daşınmaz əmlakın üzərində satılması barədə elan görmüşdür. şahid16 ifadəsində göstərdikləri düzgün deyil. şahid15 ifadəsində göstərdikləri ilə razı deyil, belə ki, sonuncuya çıxarış göstərməmiş, lakin Abbası obyektə aparıb göstərmiş və ondan əvvəl başqa müştəriyə təklif etdiyini bildirmişdir. Notariat ofisinə gələndə Abbas pulu ona vermiş, o da pulu xəzinənin qarşısındakı stolun üzərinə qoymuş, Samirə də oradan götürüb kassaya ödəmişdir. Görüşləri zamanı şahid13 problemin olduğunu bildirdikdə bunu Şeydaya demişdir ki, daşınmaz əmlakı alırsa problemi yoluna qoysun. Rəşad zərərçəkmiş şəxs2 görüntüsünü istədikdə Şeydaya demiş, sonuncu da həmin videogörüntünü göndərmiş, o da Rəşada göndərmişdir. şahid10 ümumi işlər ilə bağlı lazım olan notariat məlumatlarını almışdır. Elçin ilə telefonundan aşkar edilmiş yazışmalar olmuş, lakin ondan sənədlər istənilmişdir. şahid8 iki ədəd yapışqanlı satılır elanı almamışdır. Rasif ifadəsində yalan göstərmişdir. ##.##.2023-cü il tarixdə Quliyev Vahab Camal oğlu ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 anten dairəsində olmuşlar, lakin hansı əmlakın olmasını bilməmişdir. zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, həmin şəxs ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Quliyev Vahab Camal oğlu, şahid12 və şahid13 tanımamış, şahid13 notariat ofisində işləyən şəxs kimi bir-iki dəfə görmüş, həmin şəxslər ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. şahid15 ilə bir ildən artıqdır ki, tanışdır, sonuncunun şəriki və dostu olan şahid16 ilə birgə mərmər satışı ilə məşğul olduqlarını bilmiş, şahid15 mərmər satışında kömək göstərmiş, yəni müştəri tapıb zəhmət haqqını almışdır. zərərçəkmiş şəxs1 da qardaşı şahid16 vasitəsi ilə yalnız bir dəfə görmüş və sonuncu ilə də heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. “Nicat” adı ilə tanıdığı heç kim olmamış və olmamışdır. X7 2023-cü ilin yaz aylarının əvvəllərində 5- 6 dəfə görmüş, həmin şəxs ilə bir neçə dəfə işgüzar münasibətləri olmuş, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. şahid17 da tanımamış, həmin şəxs ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin yaz aylarının əvvəllərində Abşeron rayonu, Fatmai qəsəbəsi ərazisində yerləşən bağ evindən şahid15 Bakı Metropolitenin “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən ofisinə getmək istəyərkən, Masazır qəsəbəsində yerləşən iki mərtəbəli daşınmaz əmlakın icarəyə verildiyini görmüş, obyektin üzərində yapışdırılan “Satılır” elanında qeyd olunan 077-320-17-22 mobil telefon nömrəsinə zəng edərək, qiyməti barədə soruşmuşdur. Həmin şəxs özünü Şeyda kimi təqdim etmiş və obyekti 600000 manata satdığını demişdir. Şeyda adlı şəxsdən obyektə dair sənədlərin olubolmadığını soruşmuş və sonuncu çıxarışı olduğunu demişdir. Həmin çıxarışın surətini götürmək istədiyini demiş, həmin şəxs ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisinin qarşısına gəlməyini bildirmişdir. Həmin yerə getidkdən sonra Şeyda adlı şəxs çıxarışı göstərmiş, çıxarışın üzərində obyektin “yaşayış sahəsi” olduğunu görüb sonuncudan çıxarışın həqiqətdə təklif etdiyi daşınmaz əmlaka aid olub-olmamasını, aid olduğu halda texniki pasportu verməsini tələb etmiş, lakin Şeyda həmin daşınmaz əmlaka dair texniki pasport verməmişdir. Sonra çıxarışın surətini götürüb aparmış və Şeydanın mobil telefon nömrəsini öz mobil telefonunda qeyd etmişdir. Bundan sonra həmin daşınmaz əmlakı alması üçün əvvəllər tanıdığı bir nəfər şəxsə təklif etmiş, lakin çıxarışın üzərində yaşayış sahəsi yazıldığını gördüyünə görə həmin şəxs daşınmaz əmlakı almaqdan imtina etmişdir. Daha sonra həmin daşınmaz əmlakı şahid15 satmağı təklif etmiş, sonuncu da razılığını bildirmişdir. şahid15 daşınmaz əmlakın qiymətinin 600000 manat kimi təklif edildiyini demiş, çıxarışı göstərdiyi vaxt sonuncu çıxarışın üzərində yaşayış sahəsi yazıldığını görmüş və çıxarışı təyinatına uyğun olmadığına, yəni qeyri-yaşayış sahəsi kimi qeyd olunmadığı üçün sonuncu daşınmaz əmlakın dəyərinin 600000 manat kimi deyil, 400000 manata ala biləcəyini bildirmişdir. Bundan sonra şahid15 və Şeyda Ramazanov 2023-cü ilin mart ayının 9-da ünvan 6 ünvanda yerləşən Şeyda Ramazanovun özünə məxsus olduğunu bildirdiyi daşınmaz əmlaka baxmağa getmişlər. Onlardan bir qədər sonra isə Seymur Quliyev də həmin daşınmaz əmlaka gəlmişdir. Onlar birlikdə söhbət etdiyi vaxt Abbas daşınmaz əmlakı 400000 manata almağı Şeydaya təklif etmiş, lakin Şeyda həmin məbləğin çox aşağı olduğunu demişdir. Oradan ayrılıb getdikdən bir gün sonra, yəni ## #### 2023-cü il tarixdə Şeyda Ramazanov zəng edib anasının xərçəng xəstəliyi ilə əlaqədar olaraq təcili Rusiya Federasiyasının Moskva şəhərinə getməli olduğunu və daşınmaz əmlakı 400000 manata satmağa razı olduğunu bildirmişdir. şahid15 zəng edib bu barədə məlumat vermiş və sonuncu daşınmaz əmlakı danışılan pul, yəni 400000 manat almağa razılaşmışdır. X8 zəng edərək, şahid15 razılıq verdiyini bildirmiş və sonuncu onları ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisinə dəvət etmişdir. şahid15 və şahid16lə birlikdə ** saylı notariat ofisinə getmiş və orada Şeyda Ramazanovun gözləmə zalında gözlədiyini görmüşdür. Orada şahid15 verdiyi 200000 manat məbləğdə pulunu notariat ofisinin xəzinəsinə ödəmək üçün xəzinənin qarşısında gözləyən zaman şahid16 və tanımadığı bacısı zərərçəkmiş şəxs1 ilə notariat ofisinə gəlmişlər. Onlarda olan 200000 manat məbləğdə pulu birlikdə notariat ofisinin xəzinəsinə ödəmişlər. Sonra zərərçəkmiş şəxs1 400000 manat ödəniş olması barədə xəzinədən qəbz alıb özündə saxlamışdır. Bundan sonra ** saylı notariat ofisinin Rəşad adlı işçisi tərəfindən X9 Musayeva arasında daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə və həmin müqaviləyə müvafiq sənədlər hazırlanmış, lakin zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini evdə unutduğu üçün götürməyə getmiş, vəsiqəsini gətirdikdən sonra isə, Rəşad adlı şəxs hazırladığı sənədləri notariat ofisinin notariusuna təqdim etmişdir. Bundan sonra notarius tərəfindən həmin alqı-satqı müqaviləsi təsdiqlənmiş, müqavilənin bir nüsxəsi zərərçəkmiş şəxs1 verilmiş və oradan uzaqlaşmışlar. Rəşad adlı şəxs sənədləşmə işlərinə nəzarət etmişdir. Həmin gün Rəşad adlı şəxsin mobil telefon nömrəsini almışdır ki, notariusla bağlı işləri olacağı halda sonuncu ilə telefonla zəng edib danışıb həll etsin. Alqısatqını rəsmiləşdirdikdən 14 gün sonra əvvəllər tanımadığı Yılmaz adlı şəxs zəng edərək, şahid15 zərərçəkmiş şəxs1 ilə şərikli şəkildə aldığı, ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın sahibi olduğunu, mobil telefon nömrəsini Rəşad adlı ** saylı notariat ofisinin əməkdaşının ona verdiyini və zərərçəkmiş şəxs1 aldığı obyektin saxta yolla satıldığını bildirmişdir. Sonra şahid15 zəng edib bu barədə məlumat vermiş və sonuncunun təklifi ilə Şeyda Ramazanova zəng edib, özünü obyektin sahibi kimi təqdim etmiş şəxsin zəng etdiyini demiş və obyekti geri sataraq pulu geri almaq istədiklərini demiş, eləcə də, Yılmaz adlı şəxsin mobil telefon nömrəsini “WhatsApp” vasitəsilə Şeyda Ramazanova göndərmişdir. Şeyda Ramazanov bildirmişdir ki, Rusiya Federasiyasının Moskva şəhərində olduğu üçün 190000 manat məbləğdə pulu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Elit” hotelinin yaxınlığından götürməyini, qalan 210000 manat məbləğdə pul vəsaitini isə Bakı şəhərinə qayıtdıqdan sonra verəcəyini bildirmşdir. Yılmaz adlı şəxsə zəng edərək Şeyda Ramazanov adlı şəxsin dediklərini bildirmiş və pulu tam aldıqdan sonra daşınmaz əmlakı geri müqavilə ilə Şeyda Ramazanovun adına qaytardıqdan sonra məsələni Şeyda Ramazanov ilə birlikdə öz aralarında həll etmələrini bildirmişdir. Şeyda Ramazanov ilə normal zənglə danışa bilməmiş, çünki sonuncu normal telefon zənginə cavab verməmiş və yalnız “WhatsApp” sosial media üzərindən istifadə etdiyi 077- 320-17-22 mobil telefon nömrəsinə edilən zənglərə cavab vermişdir. Daha sonra isə şahid15 zəng edib bu barədə məlumat vermiş, sonra iki dəfə Şeyda adlı şəxsin qeyd etdiyi ünvana getmiş və orada 4-5 saat gözlədikdən sonra ofisə gəlib demişdir ki, Şeyda adlı şəxs 190000 manat məbləğdə pulu gətirən şəxsin “indi gəlir, bu saat çatır” ifadələrini işlədərək 4- 5 saat gözlətmiş, sonra isə Şeyda adlı şəxsin telefon nömrəsinə ümumiyyətlə zəng çatmamış, yəni telefonunu söndürdüyü üçün şahid15 zəng edib həmin şəxsin gəlmədiyini bildirmişdir. şahid15 isə daha orada gözləməməyini və ofisə qayıtmağını demişdir. Bir neçə gün sonra isə onlar Yılmaz adlı şəxsin polisə şikayət etdiyini öyrənmişlər. 46 saniyədən ibarət olan videogörüntü barədə heç bir məlumatı olmamış və görüntüdə Emin adının səsləndirilməsinin səbəbini bilməmişdir. Mobil telefonuna baxış keçirilən zaman aşkar edilmiş, yəni “## ###### 2023-cü il tarixdə saat 15 radələrində şahid14 tərəfindən ona məxsus WhatsApp Plus sosial media hesabına bir ədəd çıxarış fotoşəkili göndərilmiş, çıxarış üzərində zərərçəkmiş şəxs2 məxsus olduğu bilinən ünvan 2 ünvanda yerləşən 250.2 kv.metr sahəli daşınmaz əmlakın mülkiyyət hüququ üzrə sonuncuya məxsus olduğu qeyd olunmuş”, lakin ilkin ifadəsində isə həmin çıxarışı yalnız ## #### 2023-cü il tarixdə gördüyünü qeyd etməsini xatırlamamışdır. şahid14 ifadəsində göstərdikləri həqiqətdir, belə ki, həmin çıxarış ofisində olan kompyuterin yaddaşında mövcud olmuşdur. Həmin çıxarışı mobil telefonuna kimin göndərməsini xatırlamamış, həmin çıxarışı öz telefonundan ofislərində olan kompyuterin yaddaşına köçürmüşdür. Həmin mobil telefon sınmışdır. Mobil telefonuna baxış keçirilən zaman aşkar edilmiş, yəni şahid14 qeyd olunan çıxarışın fotoşəklini ona göndərməsi ## ###### 2023-cü il tarixdə baş vermiş, o isə ifadəsində ünvan 6 ünvanda yerləşən 250.2 kv. metr sahəli daşınmaz əmlakın X7 məxsus olması ilə bağlı çıxarışı yalnız ## #### 2023-cü il tarixdə gördüyünü, həmçinin maklerlik işləri ilə məşğul olduğunu göstərməsi, belə olan halda o, ## #### 2023-cü il tarixdə X7 çıxarışı aldığı zaman ünvanların eyni olmasına fikir verməmiş və baxmamışdır. ## ###### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək olan müddət ərzində ünvan 4 ünvanda yerləşən 250.2 kv metr sahəli daşınmaz əmlakla bağlı maraqlanmamış və şahid14 daşınmaz əmlakın çıxarışının fotoşəkilini ## ###### 2023-cü il tarixdə mobil telefonuna göndərməsinin səbəbini xatırlamamışdır. Mobil telefonun baxış keçirilən zaman aşkar edilmiş «Glçğn Papa» sözləri yazılmış şəxs Bakı şəhərində yerləşən “Sahil” bağı kimi tanınan yerdə təsdiq mərkəzində işləyən və dörd ildir ki, tanıdığı Elçin adlı şəxsdir, sonuncunun soyadını, atasının və digər anket məlumatlarını bilməmişdir. Özünə məxsus “WhatsApp Plus” sosial media üzərindən göndərdiyi və ya daxil olan heç bir məlumatı silməmişdir. zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri barədə məlumatlar verməmişdir. Şeyda Ramazanova zəng vurmuş, sonuncu 190000 manatı həmin gün və Bakı şəhərinə qayıdandan sonra geri qalan 210000 manat pulu qaytaracağını desə də, sonradan sonuncu ümumilikdə 400000 manat məbləğdə puldan heç nə qaytarmamışdır. Yılmaz ilə danışan vaxt “dələduzlar” sözünü işlətməmişdir. zərərçəkmiş şəxs2 ilə danışarkən, sonuncuya demişdir ki, Şeyda Ramazanovdan pulu tam aldıqdan sonra həmin obyekti yenidən Şeyda Ramazanovun mülkiyyətinə qaytarılması üçün alqı-satqı edəcəklər, obyekt Şeydaya qayıtdıqdan sonra isə zərərçəkmiş şəxs2 Şeyda ilə danışıb öz obyektini geri istəsin. Bu məqsədlə də, zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini özünə məxsus “WhatsApp plus” sosial media üzərindən Şeyda Ramazanovun “WhatsApp” sosial media hesabına göndərmişdir. zərərçəkmiş şəxs2 özünü zərərçəkmiş şəxs1 nümayəndəsi və ya sonuncunu arvadı kimi təqdim etməmiş, Samirəyə zəng etməsini zərərçəkmiş şəxs2 irad tutmamışdır. zərərçəkmiş şəxs2 şahid15 ilə görüşüb danışmışlar. Yılmazın telefon nömrəsini Şeydaya göndərmişdir ki, onlar özləri danışıb işlərini həll etsinlər. zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini Şeyda Ramazanova özünə məxsus “WhatsApp plus” sosial media hesabından göndərmiş, ona görə də mobil telefonuna sınmış mobil telefonundan “WhatsApp plus” sosial media hesabında olan bütün məlumatların tam köçürülməsinə baxmayaraq, məhz həmin mesajın indiki telefonunda olmamasını heç nə ilə izah edə bilməmişdir. Həmin tarixlərin birində Şeyda Ramazanovdan çıxarışı almaq üçün Bakı şəhəri ** saylı notariat ofisinin yanına getmiş, lakin digər tarixdə həmin ərazidə olmağının səbəbini izah edə bilməmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etməmişdir. Mobil telefonunda “X2 Masazır” adı ilə yalnız bir 077-320-17-22 mobil telefon nömrəsi qeyd olunmuşdur. Vahab Quliyevə məxsus nömrəni bilməmiş və həmin şəxsi tanımamışdır. Mobil telefonunda Dilşad xanım kimi qeyd etdiyi abunəçi qadındır və sonuncu faizə pul verən şəxs kimi tanımışdır. Makler kimi evləri və mənzilləri Dilşad adlı şəxsə girov qoymaqda köməklik edib qazanc əldə etmişdir. Maklerlik fəaliyyəti ilə məşğul olmaq üçün “xxxx” Şirkətinə dair VÖEN-ləri vardır, şahid15 işçisi kimi işləmək və ya əmlakları girov qoyub pul qazanmaq üçün isə VÖEN açdırmamışdır. Mobil telefonuna baxış keçirilən zaman götürülmüş, yəni “WhatsApp” sosial media üzərindən Dilşad xanım adlı kontaktla arasında Quliyev Vahab Camal oğluna məxsus fotoşəkilli sənədin fotoşəkili göndərilməsindən xəbəri yoxdur və sənədin fotoşəklini nəyə görə göndərdiyini xatırlamamışdır. Istifadəsində olmuş “Samsung” markalı “Galaxy A 23” modelli mobil telefon aparatında olan “WhatsApp” sosial media üzərindən aparılmış, 2022- ci ilin dekabr ayından 2023-cü ilin mart ayı da daxil olmaqla, cinayət işi üzrə cinayət hadisələrin baş verdiyi ərəfəyə uyğun gələn tarixlərə aid bütün yazışmaları və zənglərin silinməsi, 2022-ci ilin dekabr ayından əvvələ və 2023-cü ilin mart ayından sonrakı tarixlərdə olan yazışmaların və zənglərin saxlanılmasını xatırlamamışdır. Vahab Quliyevə məxsus +99470-377-79-69 mobil telefon nömrəsini ## ###### 2023-cü il tarixdə, saat 19:08də, yəni hazırki cinayət işi üzrə Rusiya Federasiyasının Kurqan şəhərində zərərçəkmiş şəxs2 adından Quliyev Vahab Camal oğluna saxta etibarnamə verilən tarixdə “WhatsApp” sosial media üzərindən şahid10 göndərməyi müəyyən olunsa da bunu xatırlamamış, ancaq ola bilsin ki, Vahab Quliyevin telefon nömrəsini kimsə göndərmiş, o da həmin nömrəni Elçinə göndərmişdir. ## ###### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində maklerlik işləri ilə məşğul olmuşdur. Həmin daşınmaz əmlakın zərərçəkmiş şəxs2 məxsus olduğunu öyrəndikdən X5dan tələb etmişdir ki, həmin daşınmaz əmlakı geri qaytarmaq üçün verdiyi 400000 manat məbləğdə pulu geri qaytarsın və onlar daşınmaz ənlakın alqı-satqısına dair ## #### 2023-cü il tarixli alqı-satqı müqaviləsini ləğv etdirsinlər. Şeydanı tapmaq çətinlik yaratdığına görə sonuncuya demişdir ki, heç olmasa tanıdığı kiməsə həmin daşınmaz əmlakla bağlı etibarnamə versin, həmin etibarnamə əsasında Şeyda ilə zərərçəkmiş şəxs1 arasında bağlanılmış 10 marnt 2023- cü il tarixli alqı-satqı müqaviləsi ləğv olunsun və obyekt Şeyda Ramazanova geri qaytarılsın. X5 özü zərərçəkmiş şəxs2 ilə arasında olan problemini həll etsin. Sonra Şeyda razılaşmış, dostu Rasəf Babayevdən şəxsiyyət vəsiqəsinin fotoşəklini istəmiş, sonuncu öz şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərdikdən sonra həmin vəsiqə ilə Şeyda Ramazanov etibarnamə hazırlatdırmış və fotoşəklini “Whatsapp” sosial media üzərindən ona göndərmiş, o da zərərçəkmiş şəxs2 göndərmişdir ki, sonuncunun daşınmaz əmlakını onlardan çıxarılması üçün hərəkətlər etdiyini isbat etsin. şahid8 ifadəsində göstərdikləri tam doğrudur. Belə ki, Rasəf Babayevə güvəndiyi üçün şəxsiyyət vəsiqəsinin fotoşəklini istəmişdir ki, Şeyda Ramazanov ilə Rasəf Babayevin arasında ümumi mülki etibarnamə hazırlatdırıb, Rasəf Babayev tərəfindən ## #### 2023- cü il tarixli alqısatqı müqaviləsini ləğv etdirsinlər və Şeydadan ödənilmiş 400000 manat məbləğdə pulu aldıqdan sonra obyekti sonuncuya geri qaytarsınlar, bundan sonra Şeyda ilə Yılmazın arasında olan obyekt mübahisəsindən kənarda qalsınlar. Rasəf Babayevin bu barədə məlumatı olmamışdır. Həmin gün nə Şeyda Ramazanov, nə də Vahab Quliyevi tanımamış, ona zəng edərək, makler kimi notrial hərəkətlərini yaxşı bildiyinə görə köməklik istəyən hazırda kim olduğunu xatırlamağı bir nəfər makler tanışının xahişini nəzərə alıb onun xahişini yerinə yetirmək üçün ** saylı notariat ofisində yuxarıda göstərilən hərəkətləri həyata keçirmişdir. Lakin həmin vaxt Şeyda və Vahabı tanımadığı üçün onların etdikləri işlərin də qanunsuz olduğunu bilməmişdir. Yalnız makler kimi bu işdə iştirak etmiş, ona görə də, Şeyda Ramazanov 300 manat məbləğdə zəhmət haqqı pulu vermişdir. X11 ilə tanışlığı yalnız 2023-cü ilin mart ayında, şahid15 sözügedən daşınmaz əmlakı almaq istədiyi zaman olmuşdur. 2023-cü ilin fevral ayında Bakı şəhəri ** saylı notariat ofisində Şeyda Ramazanov və Vahab Quliyev kömək edərkən, həmin daşınmaz əmlakın məhz şahid15 aldığı daşınmaz əmlak olduğunu bilməmişdir. Həmin video görüntünü Şeyda Ramazanov göndərmiş, adını çəkməsini də özü istəmişdir ki, şübhəsi olmasın. Bakı şəhəri ** saylı notariat ofisində 350000 manat məbləğdə pulu kassaya ödəməmiş, çünki şəxs özü olmadığı halda notarial hərəkətlər icra olunmur. Şeyda Ramazanov və Vahab Quliyev Notariat Kontorunun həyətində deyil, binanın içərisində olmuşlar. şahid11 ifadəsində göstərdikləri tamamilə doğrudur. şahid11 sənədləri düzgün formada yoxlanışa görə tanış notarius tapmaqda köməklik etmişdir. Xatırlamadığı müştəri müraciət edərək etibarnamənin mətnini istəmişdir. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, obyektini ## ###### 2023-cü il tarixdə Vahab adlı şəxsə icarəyə vermiş və sonradan əmlakın onun adından çıxarılaraq başqa şəxsə satıldığını bilmişdir. Notariusla əmlakı alan adamın nömrəsini istədikdə ona Eminin adını vermişlər. Emin əvvvəlcə Samirənin onun arvadı olduğunu demiş və daha sonra görüşlərdən imtina etmişdir. Emin sonra zəng edərək əmlakını geri aldığını demiş, lakin bundan sonra Eminin Vahabla birlikdə eyni bir əmlakı təkrar özgəninkiləşdirdiyi, sonra da ölkədən Vahab və Şeydanı qaçırdığı məlum olmuşdur. Ona ümumilikdə bir milyondan çox ziyan dəymişdir. Onda Nicatın səs yazması olmamış, onların aralarında yalnız danışıq olmuşdur. Onun əmlakı əvvəllər ev olmuş, əmlakın çıxarışı ilə bağlı sənədləri də ev kimi olmuş və o, həmin evi icazə ilə obyekt etmişdir. O, əmlakını obyektə keçirəndən sonra qeyriyaşayış sahəsi olması ilə bağlı çıxarışı olmamış və çıxarış almaq üçün gedəndə hadisələrdən məlumatlı olmuşdur. O, əmlakını icarəyə verərkən heç bir sənədi qarşı tərəfə verməmişdir. O, əvvəlki məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, obyektin ona qaytarılmadığını, obyektin üzərində həbs olduğunu və hələ də Samirə xanımın mülkiyyətində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən 250 kv metr sahəsi olan daşınmaz əmlak mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair sənədləri tam hazır etdikdən sonra icarəyə vermək qərarına gəlmiş və bu məqsədlə internet sosial şəbəkəsində elan yerləşdirmişdir. Bundan sonra mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və həmin şəxs özünü Quliyev Vahab Camal oğlu kimi təqdim edərək, həmin elana qoyulmuş daşınmaz əmlakı icarəyə götürmək istədiyini bildirmişdir. Bundan sonra ## ###### 2023-cü il tarixdə həmin şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ** saylı notariat ofisində görüşmüş və həmin şəxsin Quliyev Vahab Camal oğlu olmasını öyrənmişdir. Vahab Quliyev ünvan 5 ünvanında yerləşən 250 kv metr sahəsi olan daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən Vahab Quliyev daşınmaz əmlakı icarəyə götürməsi ilə bağlı hər ay 1500 manat məbləğində pul ödəməli olmuşdur. Vahab Quliyev daşınmaz əmlakda avtomobil ehtiyyat hissələrinin topdan satışı ilə məşğul olacağını və ticarətin başında Nicat adlı şəxsin durduğunu bildirmişdir. Bundan sonra mobil telefonuna ***-***-**-** saylı «WhatsApp» nömrəsindən zəng gəlmiş və həmin şəxs özünü Nicat kimi təqdim edərək, hazırda Türkiyədə olduğunu, yaxın müddət ərzində daşınmaz əmlakı işə salacağını bildirmişdir. Bir müddət keçdikdən sonra daşınmaz əmlakın qarşısından keçdiyi zaman orada heç bir işin getmədiyini görüb Nicat adlı şəxsin «WhatsApp» nömrəsinə zəng edərək, daşınmaz əmlakının bağlı olduğunu, heç bir işin getməməsinin səbəbini soruşduqda, sonuncu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı işinin yubandığını bildirmiş və sonuncuya inanmışdır. Daha sonra daşınmaz əmlakın son səndləşmə işi olan Abşeron rayon Icra Hakimiyyətindən istismar aktı alıb sənədləri qeyriyaşayış sənədi ilə əvəzləmək üçün Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyestrinə getdikdə, orada ünvan 5 ünvanında yerləşən 250 kv metr sahədən ibarət daşınmaz əmlakının Vahab adlı şəxs tərəfindən başqa bir şəxsə satıldığını öyrənmişdir. Ilk öncə ** saylı notariat ofisində aldanılmasını və icarə müqaviləsi yerinə, Vahab Quliyevə etibarnamə verməsini başa düşüb ilk öncə ** saylı notariat ofisinə getmiş, lakin orada həmin kontorda icarə müqaviləsi bağlandığını bildirmişlər. Daha sonra Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin Vahab Quliyevin adından alqı-satqı müqaviləsinin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən ** saylı notariat kontorunda bağlanıldığını bildirmişlər. Bu səbəbdən də ## #### 2023-cü il tarixdə Bakı şəhəri ərazisində yerləşən ** saylı notariat ofisinə getmiş və orada Rusiya Federasiyasının Kurqan şəhərindən gəlmiş etibarnamənin və keçmiş arvadı şahid17 adından razılıq ərizəsini göstərib, həmin sənədlər əsasında yaxarıda göstərilən mülkün satıldığını bildirmişlər. ** saylı notariat ofisinin notartiusu olan şahid1 heç vaxtı Rusiya Federasiyasının Kurqan şəhərində olmadığını, həmin səndərin saxta olduğunu və bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Notariusdan çıxıb getdikdən sonra Nicat adlı şəxs zəng etmiş, həmin əmlakın səhvən satıldığını və ## #### 2023-cü il tarixədək olan müddət ərzində əmlakının yenidən adına rəsmiləşəcəyini bildirmiş, lakin verdiyi vədinə əməl etmədiyinə görə məcbur qalıb ## #### 2023-cü il tarixdə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Bundan sonra ** saylı notariat ofisinin işçisi olan Raşad adlı şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək, mülkünü sonuncu dəfə almış zərərçəkmiş şəxs1 nümayəndəsi olan Emin adlı şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. Bundan sonra Eminə zəng edərək, həmin obyekti heç kimə satmadığını və sənədlərin saxtalaşdırıldığını bildirmişdir. Emin isə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 10 ünvanında yerləşən 250 kv metrdən ibarət daşınmaz əmlakın arvadı Samirənin adına rəsmiləşdirildiyini, əgər belə bir problem mövcuddursa, heç yerə şikayət etməməyi tövsiyyə etmiş, belə ki, şikayət etdiyi halda dələduzlardan pulunu alıb əmlakını qaytara bilməyəcəyini demişdir. 10-14 gün ərzində Emin müxtəlif vədlər və bəhanələr vermişdir. Daha sonra Emin zəng edərək, mülkünü ona satan şəxsdən pulunu geri aldığını, etibarnamə gözlədiyini, etibarnaməni alan kimi alqı-satqını ləğv etdirəcəyini, mülkünü də ona qaytaracağına söz vermişdir. Bu söhbətdən sonra 2-3 saat keçdikdə Nicat «WhatsApp» vasitəsi ilə mesaj yazaraq, mülkünün pulunu Samirə və Eminə qaytardığını, Şeydan Ramazanov adından etibarnamə alınacağını və alqı- satqının ləğvinə razı olduğunu bildirmişdir. Lakin 04 aprel 2023-cü il tarixə kimi heç bir dəyişiklik baş vermədiyinə görə, notarius işçisi olan Rəşad adlı şəxsdən zərərçəkmiş şəxs1 ***-***-**-** saylı mobil nömrəsini alıb sonuncuya zəng edərək, Samirəyə aldığı mülkün ona məxsus olduğunu, saxta sənədlər əsasında ona satıldığını və buna görə də məsuliyyət daşıdığını bildirmişdir. Samirə isə bu barədə başqa bir şəxsin danışacağını bildirmişdir. Bir neçə dəqiqədən sonra mobil telefonuna Emin adlı şəxs zəng edərək, arvadı Samirəyə zəng etməyini irad tutmuşdur. Bir neçə saat keçdikdən sonra mobil telefonuna ***-***-**-** saylı mobil nömərədən zəng gəlmiş və həmin şəxs özünü Abbas kimi təqdim edərək, görüşmək istədiyini bildirmişdir. Eləmin gün, yəni 04 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abbas ilə onun Bakı Metropolitenin “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən ofisində görüşmüşlər. Həmin ofisdə Abbas Təqsirləndirilən şəxs onunla işlədiyini bildirmişdir. Həmçinin Abbas demişdir ki, Şeyda Ramazanov onunla Təqsirləndirilən şəxs tanış etmiş və Şeyda Ramazanova 200000 manat faizə pul lazım olduğunu bildirmişdir. O, isə Şeyda Ramazanova həmin məbləğdə pulu girovsuz verə bilməyəcəyini demiş, lakin, Şeyda Ramazanov ona ünvan 5 ünvanında 250 kv metr ibarət daşınmaz əmlakın olduğunu bildirmişdir. O, isə həmin əmlakı öz adına sənədləşdirdikdən sonra həmin məbləğdə pulu ona verə biləcəyini, bir aydan sonra 210000 manat məbləğində faizi ilə birlikdə pul geri qaytarıldığı halda yenidən Şeyda Ramazanovun adına sənədləşdirilicəyini bildirmiş və sonuncu da razılaşmışdır. Bu səbəbdən də daşınmaz əmlakı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən ** saylı notariat ofisində tanışı Samirə adlı qadının adına rəsmiləşdirmişdir. Abbas qeyd etmişdir ki, notariat ofisində həmin daşınmaz əmlak 400000 manat məbləğində alınmasını özü yazdırmış, yəni 200000 manat məbləğində pulu Şeyda Ramazanova vermiş, qalan 200000 manat məbləğində pulu isə yenidən özü götürmüşdür. Dediklərinə görə, bu üsulla sonuncu özünü sığortalamış və əgər ## ##### 2023-cü il tarixədək Şeyda pulunu verməsə, həmin məbləği, yəni 210000 manat məbləğində pulu verib daşınmaz əmlakını geri ala bilər. Abbasın dedikləri ilə razılaşmamışdır. Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən ** nömrəli notariat ofisində Kurqan şəhərindən göndərilmiş sənədlərdə göstərilmişdir ki, guya ##.##.2023-cü ildə Kurqan şəhərində notarius X13 yanında olaraq həmin mülkünə dair Quliyev Vahab Camal oğluna etibarnamə vermiş, arvadı şahid17 da yanlarında olaraq buna razılığını vermişdir. Həmin sənədlər tam saxtadır, həmin vaxt Bakı şəhərində olmuş, Kurqan şəhərini isə tanımamış və orada olmamış, mülkünü satacağı halda Bakı şəhərində və ya Abşeron rayonunda özü sata bilərdi, belə ki, Rusiyada hazırlanmış həmin sənədlərə ehtiyac olmazdı. Bundan başqa arvadı şahid17 ilə ## ######## 2012-ci ildə boşanmış və mülkü satmağa görə razılığı lazım deyil. Həmçinin arvadı Leyla son dəfə Rusiya Federasiyasında 2020-ci ildə olmuşdur. Belə başa düşmüşdür ki, həmin sənədləri saxtalaşdıran şəxs boşanmağını bilmədikləri üçün əvvəlki məlumatlara əsasən evli olduğunu görüb belə sənədləşmə etmişlər. Habelə onların adından yazılmış həmin sənədlərdə, yəni Kurqan şəhərində tərtib edilmiş baş etibarnamədə, razılıq ərzisində olan xətlər və imzalar nə ona, nə də ki, arvadı Leylaya məxsus deyil. Baş vermiş cinayət hadisəsi nəticəsində 700.000 manat məbləğində maddi ziyan dəymişdir. Xarici pasportu vardır və pasport yaşadığı evdədir. Ümumiyyətlə Rusiya Federasiyasının Kurqan şəhərində heç vaxtı olmamışdır. Rusiya Federasiyasının Kurqan şəhər notariat dairəsinin xüsusi notariusu tərəfindən tərtib olunmuş etibarnamədə olan imza və xətlər ona məxsus deyil, həmin sənədi görməmiş və sənədi imza etməmişdir. Quliyev Vahab Camal oğlu, X7, şahid15 və Təqsirləndirilən şəxs Rafael oğlunu əvvəllər tanımamış, Quliyev Vahab Camal oğlunu daşınmaz əmlakı sonuncuya icarəyə verdikdən sonra tanımış, şahid15 və Təqsirləndirilən şəxs Rafael oğlunu isə cinayət ortalığa çıxdıqdan sonra tanımışdır. Təqsirləndirilən şəxs Rafael oğlu və X7 isə heç vaxtı görməmiş, Eminlə ancaq telefon vasitəsi ilə danışmışdır. Nicat adlı şəxsin anket məlumatlarını bilməmişdir. ünvan 3 ünvanda yerləşən əmlakı 2019-cu ildə 200000 manata almış, əmlakı alan zaman iki mərtəbəli ev olmuş, sonradan evi qeyri-yayış etmək qərarına gəlmişdir. Bunun üçün lazimi yerlərə müraciət etmiş və sənədlər toplamışdır. 2022-ci ilin may ayından torpaq sahəsinin üzərində olan iki mərtəbəli evi sökdürüb orada iki mərtəbəli obyekt inşa etdirmişdir. Bunun üçündə 700000 manat pul xərcləmişdir. Daşınmaz əmlakın torpağının dəyəri 400000 manatdır. Daşınmaz əmlakı inşa etdiyi vaxtdan hazırki vaxta qədər isə hesab etmişdir ki, dəyəri 1000000 manatdır. Həmin daşınmaz əmlakın çıxarışı yaşayışdır və çıxarışda ümumi sahəsi 250.2 kv metr göstərilmişdir. Lakin daşınmaz əmlakımın ümumi sahəsi 565.2 kv metrdir. Belə ki, çıxarış alman zaman üzərində olmuş iki mərtəbəli evin sahəsi 250.2 kv metr olmuş, evin ətrafı boş olmuş, hazırda isə mövcud 565.2 kv metr sahədə tikili vardır. Bununla bağlı sənədləri vardır və təqdim etmişdir. Daşınmaz əmlakı ələ keçirildikdən sonra öyrənmişdir ki, oranı almaq istəyən bir neçə müştəri olmuş, belə ki, daşınmaz əmlakını 850000 manata və 1000000 manata almaq istəmişlər. Obyektin ətrafında bir neçə torpaq sahəsi və daşınmaz əmlak satılmasını da öyrənmiş, orada işləyən tanıdığı maklerlər ilə məsləhətləşmiş və bilmişdir ki, özünə məxsus həmin daşınmaz əmlakın dəyəri 1000000 manatdır. Həmin ərazdə torpaq sahələri və daşınmaz əmlaklar yüksək qiymətə satılmışdır. Daşınmaz əmlak özünə məxsusdur, xəbəri və razılığı olmadan özgəninkiləşdirilmiş, heç vaxt oranı satmaq niyyətində olmamış, iş materiallarında olan etibarnaməni o, verməmiş, imza etməmiş, arvadının razılığı olmamış və onlar ümumiyyətlə həmin tarixlərdə Rusiya Federasiyasında olmamışlar. Vahab Quliyevlə yalnız bir nömrəsi ilə əlaqə saxlayıb danışmış, həmin nömrəni istintaqa vermiş və həmin mobil telefon nömrəsi +99455-271-45- 69 olmuşdur. Daşınmaz əmlakın icarəyə verilməsi barədə elanı makler kimi fəaliyyət göstərən şahid12 “bina.az” internet sosial şəbəkəsində yerləşdirmiş və elanda da öz mobil telefon nömrəsini yerləşdirmişdir. Həmin elan satış elanı deyil, icarə elanı olmuş və heç vaxt həmin qeyri- yaşayış sahəsini satmaq niyyəti olmamışdır. Ilk dəfə ## ###### 2023-cü il tarixdə icarə müqaviləsi bağladığı zaman Vahab Quliyev notariat ofisində icarə haqqı olan 1500 manat məbləğdə ödənişi etmişdir. Onların danışıqlarına görə, Vahab Quliyev ikinci dəfə icarə haqqını ## ###### 2023-cü il tarixdə deyil, ## #### 2023-cü il tarixdə ödəməli olmuşdur. Vahab Quliyev ilə son dəfə ## ###### 2023-cü il tarixdə telefonla əlaqə saxlayıb danışmış və bundan sonra sonuncunu axtarmamışdır. Əvvəllər Quliyev Vahab Camal oğlu ilə görüşüb danışdığı üçün sonuncunun səsi ilə “Nicat” adlı şəxsin səsinin arasında fərq olduğunu xatırlamışdır. Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərinin hamısı tam yalandır. Təqsirləndirilən şəxs ilə arasında olan söhbətləri ilkin ifadəsində göstərdiyi kimi olmuşdur. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayarkən, şikayət etməməyini, şikayət etsə, dələduzların qaçacaqlarını demiş və beləliklə, vaxtı uzatmışdır. Təqdim edilən videogörüntüdəki səs yazılarını diqqətlə dinləmiş, həmin səslə danışan şəxsi tanımamış, həmin videogörüntüdə danışan şəxs o, deyil. Eyni zamanda həmin videogörüntüdə olan ümumi vətəndaş pasportu ona məxsus deyil, saxta yolla hazırlanmış, saxta ümumi vətəndaş pasportunda olan fotoşəkil köhnə fotoşəklidir və yeni ümumi vətəndaş passportunda həmin fotoşəkil artıq dəyişdirilmişdir. Eyni zamanda özünə məxsus həqiqi ümumvətəndaş pasportunda bir neçə sərhədkeçmə haqqında möhürlərin çıxarırdan vardır, təqdim olunan videogörüntüdə görünən saxta ümumvətəndaş pasportunda isə yalnız bir ədəd möhür çıxarımı vardır və həmin möhür çıxarımı da özünə məxsus həqiqi ümumvətəndaş pasportunda əsk olunmamışdır. şahid15lə onun ofisində görüşdüyü vaxt sonuncu göstərdiklərini demiş, hətta bildirmişdir ki, “bu aralar iş-güc yoxdu, obyekt kimə lazımdı ki Şeyda 10 apreldə mənim pulumu verməsə, gətir 210000 manatımı ver, obyektini götür, apar.” Lakin Abbasa demişdir ki, nə üçün ona məxsus obyekti 210000 manata satır. Sonra isə, həmin ofisi tərk edib getmişdir. Təqdim edilən səs yazılarını diqqətlə dinləmiş, Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatında «WhatsApp» sosial media üzərindən göndərilən, sonuncuya məxsus səs yazıları məhz onunla «WhatsApp» sosial media üzərindən “Nicat” adı ilə özünü təqdim edib danışmış şəxsin səsi ilə eyni səsdir və həmin səsi dərhal tanımışdır. Əvvəllər özünü “Nicat” kimi təqdim eədn şəxslə danışmış və belə bir şəxsin mövcud olduğunu zənn etmişdir. Özünə məxsus qeyri-yaşayış sahəsinin dələduzluq yolu ilə ələ keçirildiyini öyrəndikdən sonra “Emin” adlı şəxslə də danışdıqdan sonra səsindən sonuncunun onunla “Nicat” adı ilə danışan şəxs olduğunu başa düşümüşdür. Belə ki, özünü “Nicat” kimi təqdim edən şəxsin və Təqsirləndirilən şəxs rus dilli olduqlarını, eyni ləhcə ilə danışdıqlarını da bilmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəl qeyri-yaşayış sahəsini qaytaracağım bildirdiyinə görə sonuncunun səhvini başa düşdüyünü və əmlakını qaytarmaq kimi niyyətində olduğunu başa düşmüşdür. Sonra Eminə zəng edib danışmış və “Nicat” kimi özünü təqdim edən şəxs olduğunu başa düşdüyünü bildirmişdir. Emin də etiraf etmişdir ki, 050-825 -07-77 nömrəsi ilə danışan “Nicat” adlı şəxs elə onun özüdür. Sonra Emin “WhatsApp” sosial media üzərindən danşaraq, ona etibarnamə göndəriləcəyini (Etibarnamənin ona haradan və kim tərəfindən göndərildiyini demədi), həmin etibarnamə ilə ona məxsus qeyri-yaşayış sahəsini X7 tərəfindən başqa bir nəfərə etibar olunacağını, həmin şəxsin əmlakı Quliyev Vahab Camal oğluna qaytaracağını, sonuncu tərəfindən əmlakının özünə qaytarılacağını demişdir. Sonra Emin özü birbaşa deyil, notariat ofisində işləyən Rəşad adlı şəxs vasitəsilə kompyuter monitorundan etibarnamənin surətini göndərmiş və həmin etibarnamənin surətini təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə ## #### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək “WhatsApp” sosial media üzərindən əlaqə saxlayıb danışsa da, ## #### 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinə dair zərərçəkmiş şəxs1 artıq çıxarış verildiyini öyrəndiyinə görə, həmin tarixdə də artıq şikayət ərizəsi yazmış və Eminə də şikayət edəcəyini demişdir. Emin isə ## #### 2023-cü il tarixdə daşınmaz əmlakı qaytaracağına söz verdikdən sonra bir həftə də əlavə gözləmiş, lakin Təqsirləndirilən şəxs daşınmaz əmlakını qaytarmadığını başa düşmüş və bir həftə sonra, yəni ## ##### 2023-cü il tarixdə ## #### 2023-cü il tarixli Binəqədi RPI-nə şikayət etmişdir. ünvan 3 ünvanda yerləşən əmlakı 2019-cu ildə 200000 manata almış, əmlakı alan zaman iki mərtəbəli ev olmuş, sonradan evi qeyri-yayış etmək qərarına gəlmmiş, bunun üçün lazimi yerlərə müraciət etmiş və sənədlər toplamışdır. 2022- ci ilin may ayından torpaq sahəsinin üzərində olan iki mərtəbəli evi sökdürüb orada iki mərtəbəli qeyri-yaşayış inşa etdirmişdir. Bunun üçündə 700000 manat pul xərcləmişdir. Daşınmaz əmlakının torpağının dəyəri 400000 manat olmuşdur. Daşınmaz əmlakı inşa etdiyi vaxtdan hazırki vaxta qədər isə hesab etmişdir ki, daşınmaz əmlakı 1000000 manatdır. Həmin daşınmaz əmlakın sahəsi 250.2 kv metr deyil, 565.2 kv metrdir. Belə ki, çıxarışda daşınmaz əmlakın sahəsi 250.2 kv metrdir, lakin digər sənədlərdə 565.2 kv metrdir. Heç vaxt həmin obyektini satmaq niyyətində olmamış və obyektin satılması ilə bağlıda elan yerləşdirməmişdir. Daşınmaz əmlakını icarəyə vermək üçün almış və icarəyə verilməsi ilə bağlı elan yerləşdirmişdir. Daşınmaz əmlakı Vahab Quliyevə icarəyə vedikdən sonra hər gün daşınmaz əmlakın qarşısı ilə gedibgəlmişdir. Oradan keçən zamanda daşınmaz əmlakına nəzarət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır, belə ki, daşınmaz əmlakını Vahaba icarəyə verdikdən sonra hər gün oraya gedib-gəlmişdir. Heç vaxt daşınmaz əmlakının satılması ilə bağlı elan yerləşdirilməmişdir. Bundan başqa daşınmaz əmlakının ətrafında makler işləyən şəxslər ilə münasibəti vardır, onlar əmlakının satılması elanını görüb dərhal ona xəbər verərdilər. Təqsirləndirilən şəxs mobil telefonunda olan səsləri təqdim edilmiş, səsləri dinləmiş, mobil telefonda təqdim edilən səslər Təqsirləndirilən şəxs və özünü mənə Nicat kimi təqdim edən şəxsin səsləridir. Çünki Təqsirləndirilən şəxs ilə də danışmışdır. Iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli */****-**/**** saylı rəyi ilə razıdır və ona məxsus ünvan 7 ünvanında yerləşən qeyriyaşayış obyektinin 2023-cü ilin fevral ayına olan orta bazar qiymətinin 1005490,00 manat götürülməsinə etirazı yoxdur. Nicat adlı şəxsi ilə danışdıqda daşınmaz əmlakının ələ keçirilməsini aşkara çıxarmamış, daşınmaz əmlakının ələ keçirilməsini aşkara çıxardıqdan sonra isə Təqsirləndirilən şəxs ilə danışdıqda bilmişdir ki, sonuncu özünü Nicat kimi təqdim edən şəxsdir. Lakin Emin ona vədlər verdiyi üçün, yəni şikayət etməməyini, daşınmaz əmlakımın geri qaytarılacağını və yanlışlıq olmasını bildirdiyinə görə sakit qalmışdır. Ancaq istintaq zamanı Eminin səsi təqdim olunduqda dərhal demişdir ki, Nicat adlı, yəni sonuncu ilə Emin eyni şəxsdir. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, qardaşına obyekt almaq istədiyini demiş və qardaşı da bu haqda dostu Abbasa bildirmişdir. Abbas onun qardaşına obyekti şərikli almağı təklif etmişdir. Əvvəlcə qardaşı Emingillə birlikdə gedib obyektə baxmış, sonradan qardaşı onu həmin yerə aparmış və o da obyekti çöldən görmüşdür. Bundan sonra notariusda alqısatqı olmuş, o, Emini və Şeydanı bir dəfə orada görmüşdür. On gün sonra ona zəng edərək əmlakın saxta sənədlərlə satıldığı barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, həmin şəxs ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. X3, şahid12, şahid13 tanımamış, şahid13 notariat ofisində işləyən şəxs olduğunu istintaq zamanı öyrənmiş, həmin şəxslər ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. X7 yalnız bir dəfə notariat ofisində görmüş, sonuncu ilə əvvəllər heç bir tanışlığı, münasibəti və ya düşmənçiliyi olmamışdır. şahid16 qardaşıdır. şahid15 atası uzun illər dost olduqları və əvvəllər onlarla qonşu olduğu üçün tanımış, qardaşı Seymurla şahid15 uzun illərdir dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs yalnız bir dəfə notariat ofisində görmüş, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya ’ düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs haqqında yalnız bir məlumatı olmuşdur ki, sonuncu makler olmuş, makler kimi Abbasa alması üçün daşınmaz əmlaklar tapmış və sonuncu da Eminin təklif etdiyi əmlakları almışdır. Rusiya Federasiyasının Moskva şəhərində olan özünə məxsus əmlakı sataraq Azərbaycana gəlmiş, orada qardaşı şahid16 ilə məsləhətləşərək, Bakı şəhəri və ya Abşeron rayonu ərazisində daşınmaz əmlak kimi işlətmək üçün özünə hər hansı bir daşınmaz əmlak almaq qərarına gəlmişdir. Bunun üçün qardaşı şahid16 ilə məsləhətləşdikdən sonra 2023-cü ilin əvvəllərində Seymur bildirmişdir ki, bu barədə dostu şahid15lə danışmış və sonuncu Seymura təklif etmişdir ki, Təqsirləndirilən şəxs adlı makler vasitəsi ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak tapmış və baxması üçün qardaşı Seymuru da həmin yerə çağırmışdır. Sonra Seymur və Abbas daşınmaz əmlaka baxmağa getmişdir. Seymur oradan daşınmaz əmlakın fotoşəkillərini göndərmiş və daşınmaz əmlakı fotoşəkllərindən bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Bu barədə Seymura məlumat verdikdən sonra sonuncu bir dəfə həmin daşınmaz əmlakın içərisində Şeyda adlı şəxsi gördüyünü, lakin həmin şəxs ilə heç bir danışığı olmadığını, şahid15 isə daşınmaz əmlakın 400000 manata satıldığını bildirirək, həmin daşınmaz əmlak özü və birlikdə şərikli almağı Seymura təklif etmişdir. Seymurla məsləhətləşəndən sonra şahid15 təklif etdiyi daşınmaz əmlakı notarial qaydada Abbas ilə şərikli almağa razılıq vermişdir. Bu məqsədlə, ## #### 2023-cü il tarixdə qardaşı Seymur və şahid15 ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisinə getmişlər. ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın sahibinin X7 olduğunu və alqı-satqı müqaviləsinin həmin şəxslə bağlamalı olduğunu yalnız notariat ofisində olarkən öyrənmişdir. Həmin gün notariat ofisində Şeyda Ramazanov ilə alqı-satqı müqaviləsi bağlamışlar, öz payına düşən 200000 manat məbləğdə pulu notariat ofisində kassaya ödəmişdir. Həmin vaxt şahid15 də öz payına düşən 200000 manat pulu əvvəlcədən kassaya ödəmişdir. Onlar notariat ofisində ödəmə yolu ilə Şeyda Ramazanova ümumilikdə 400000 manat məbləğdə pul vermişlər. Sonra notariat kontorunda alqı-satqı müqaviləsinin əsli verilmiş və bildirilmişdir ki, ünvan 8 ünvanda yerləşən obyekt artıq mülkiyyətindədir. Sonra onlar hamısı notariat kontorunu tərk etmişlər. Bundan 04 gün sonra ## #### 2023-cü il tarixdə 308013118387- ÖZO! reyestr nömrəsi ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən adına ünvan 4 ünvanda yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının tanınması çıxarış verilmişdir. 2023-cü ilin aprel ayında zərərçəkmiş şəxs2 əlaqə saxlayaraq, özünü təqdim etmiş, ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın sahibi olduğunu və həmin daşınmaz əmlakın saxta yollarla satıldığını bildirmişdir. Sonra onlar bu barədə maraqlanmış və bu məqsədlə qardaşı şahid16 zərərçəkmiş şəxs2 ilə şahid15 məxsus ofisdə görüşmüş, həmin vaxtı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs daşınmaz əmlakı saxta yolla onlara satmışdır. Həmin daşınmaz əmlakı ticarət məqsədi ilə şahid15 ilə şərikli almış, əvvəllər həmin daşınmaz əmlakın kimə məxsus olmasını, yəni faktiki sahibi barədə heç bir məlumatı olmamışdır. Daşınmaz əmlaka baxmağa qardaşı şahid16 dostu şahid15 ilə birlikdə getmiş, Seymura, Seymur isə Abbasa güvəndiyi üçün onlar həmin daşınmaz əmlaka dair çıxarış və ya digər hər hansı rəsmi sənədi soruşmamışlar. ## #### 2023-cü il tarixdə onlar ** saylı notariat ofisində olduğu vaxt qardaşı Seymur, Abbas və Emin ilə danışıb daşınmaz əmlakın sənədlərində hər hansı bir problemin olub-olmadığını soruşmuş, lakin Emin həyəcanlı şəkildə uca səslə danışaraq, sənədlərin heç birində heç bir problem olmadığını demişdir. Qeyd edilən daşınmaz əmlaka baxmağa getməmiş, sadəcə olaraq qardaşı Seymur bu işlərlə məşğul olduğuna görə daşınmaz əmlakın alınması üçün 200000 manat məbləğdə pul ödəmişdir. ## #### 2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair X7 ilə arasında ** saylı notariat ofisində tərtib edilərək, bir nüsxəsi ona verilmiş müqavilə ilə tanış olduğu vaxt müqavilədə daşınmaz əmlakın Şeyda Ramazanovun çıxarış ilə mülkiyyətində olması barədə də qeydlər olmuşdur. Notariat ofisində ünvan 4 ünvanda yerləşən əmlakın mülkiyyətində olmasına dair çıxarışın elektron variantda olacağı bildirilmiş, lakin notariat ofisində alqı-satqı vaxtı daşınmaz əmlakın arxiv sənədləri, yəni ilkin sənədləri göstərilməmiş, yalnız sonda alqı-satqı müqaviləsi təqdim edilmişdir. ## #### 2023-cü il tarixdə ** saylı notariat ofisinə gec getmiş, çünki şəxsiyyət vəsiqəsi evdə qalmış və vəsiqəsini götürmək üçün evə qayıtdığına görə bir qədər gecikmiş, oraya çatanda Təqsirləndirilən şəxs vasitəçiliyi ilə Şeyda Ramazanov ilə şahid15 arasında artıq notarial sənədləşdirmələrin həyata keçirildiyini müşahidə etmiş, lakin həmin sənədləşdirmələrdə iştirak etməmiş, çünki bu işlə qardaşı şahid16 məşğul olmuş və sonuncu şahid15 etibar etmişdir. Daşınmaz əmlaka dair Şeyda Ramazanovun adına olan çıxarışı görməmiş, lakin həmin çıxarış şahid15 görüb-görməməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamış, onun bəhs etdiyi arvadı Samirə o, deyil, ## #### 2023-cü il tarixdən etibarən ünvan 4 ünvanda yerləşən 250 kv metr sahəli daşınmaz əmlak mülkiyyətinə ayrılsa da, Təqsirləndirilən şəxs ilə heç bir şəxsi münasibəti olmamışdır. zərərçəkmiş şəxs2 zəng edərək, daşınmaz əmlakı həqiqi sahibinin özü olduğunu dediyi vaxt bu barədə yalnız qardaşı şahid16 məlumat vermiş, Seymurun şahid15 ilə əlaqə saxlayıb bu barədə maraqlandığını bilmişdir. Təqsirləndirilən şəxs arvadı kimi təqdim etdiyi qadın olmamışdır. Daşınmaz əmlakı almamışdan əvvəl Təqsirləndirilən şəxs daşınmaz əmlakın görüntüsünü qardaşı Seymura göndərmiş və bildirmişdir ki, “yaxın uşaqlarındı, Masazırdadı, maksimum bir aya qaytarırlar, obyekt 8000 arendadı indi” məzmunlu səsli mesaj göndərmişdir. Bu barədə qardaşı Seymur demişdir. Qeyd olunanlardan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iştirak etmiş və ifadələri tədqiq edilmiş iş üzrə şahidlərin ifadələrini, ekspertiza rəylərini, protokolları, çıxarışları, alqı-satqı müqavilələri, etibarnamələri, razılıq ərizələrini öz qərarında təkrar sadalamağa ehtiyac görmür və hesab edir ki, işdə olan həmin sübutlar da təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətilərinin dəlillərinin əsassız olduğunu tam təsdiq edir. Belə ki, birinci instansiya məhkəməsində iştirak etmiş və ifadələri tədqiq edilmiş iş üzrə şahidlər – şahid13, şahid16, şahid15, şahid14, şahid12, şahid10, şahid7, şahid6, şahid5, şahid4 və şahid1 vermiş olduqları ifadələr, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2023-cü il tarixli, */*** nömrəli ekspert rəyi, ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/*** nömrəli ekspert rəyi, ## ###### 2024-cü il tarixli */*** nömrəli ekspert rəyi, ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/****-**/**** nömrəli ekspert rəyi və ## #### 2024-cü il tarixli, */*** nömrəli ekspert rəyi ilə, «telefona baxış keçirilməsi haqqında» ## ###### 2023-cü il tarixli protokol, «mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2024-cü il tarixli protokol, mülkiyyət hüquqlarına dair çıxarışlar, alqı-satqı müqavilələri, pul köçürmələrinə dair olan qəbzlər və digər sənədlər qeyd olunun cinayət əməllrinin təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verilən zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə nəticəyə gələrək, onu həmin maddələr ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Ibtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadələri, şahid ifadələri, iş materiallarında olan sənədlər və digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan suiistifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər-bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməllərində cinayət tərkibinin olmamasını qeyd edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə istintaqı hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qəbul etmir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri heç kimlə əvvəlcədən saxta sənədin hazırlanmasında iştirak etməməsi, işinin yalnız həmin mülkə alıcı tapması, alqı-satqıda iştirak etməsi, bunun müqabilində 1800 manat dəyərində haqqını alması, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 arasında inam, etibar münasibətlərinin olmaması kimi dəlillərdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini qəbul etmir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Işin faktiki halları ilə Təqsirləndirilən şəxs Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, aralarında edəcəkləri cinayət əməlləri ilə bağlı rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs2 aldadaraq 2023-cü ilin yanvar ayının ortalarında onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrədən zəng edərək özünü “Nicat” adlı şəxs kimi təqdim etmiş, mülkiyyət hüququ ilə zərərçəkmiş şəxs2 məxsus və internet səhifələrində “icarəyə verilir” elanı qeyd olunmuş dəyəri 1.005.490 manat təşkil edən daşınmaz əmlakı icarəyə götürərək orada avtomobil ehtiyyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirib, özünün respublika ərazisində olmadığından qabaqcadan əlbir olduğu Quliyev Vahab Camal oğlunun adına icarə müqaviləsi bağlamaqla rəsmiləşdirilməsinə nail olmuş, ilk ay üçün nəzərə tutulan 1.500 manat icarə haqqını Vahab Quliyev vasitəsilə zərərçəkmiş şəxs2 təqdim edib özlərini vicdanlı icarəçi kimi göstərmiş, qeyd olunan ##.##.2023-cü il tarixli icarə müqaviləsində zərərçəkmiş şəxs2 və daşınmaz əmlaka dair qeyd olunan məlumatlar əsasında Rusiya Federasiyası, Kurqan vilayəti, Kurqan notarial dairəsi tərəfindən Yılmaz Abdullayevin adından sonuncunun həmin vaxt, yəni ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində olmasına baxmayaraq qrupun üzvü Vahab Quliyevə verilmiş Azərbaycan Respublikası ərazisində yerləşən istənilən daşınmaz və daşınar əmlakı, o cümlədən ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək, girov qoymaq, icarəyə vermək və s. hüquq verən rəsmi sənəd hesab edilən ## ###### 2023-cü il tarixli, 45 AA ******* nömrəli etibarnamə, zərərçəkmiş şəxs2 ilə əvvəllər rəsmi nikah münasibətlərində olmuş şahid17 adından isə hüquq verən rəsmi sənəd hesab edilən ## ###### 2023-cü il tarixli, 45 AA ******* nömrəli razılıq ərizələrini qabaqcadan əlbir olduğu Vahab Quliyev, Şeyda Ramazanov və qeyriləri ilə birlikdə istifadə etmək məqsədi ilə saxtalaşdıraraq qanunsuz hazırlamaqla zərərçəkmiş şəxs2 və şahid17 əvəzindən istintaqa məlum olmayan şəraitdə və vaxtda həmin sənədlərdə imza edərək istintaqla araşdırılan Kurqan notarial dairəsinin məlumatlarını özündə əks etdirən möhürlə təsdiq etdikdən sonra Vahab Quliyevin adına tərtib olunmuş etibarnamədən və şahid17 adından olan razılıq ərizəsindən istifadə edərək qabaqcadan əlbir olduğu qrupun digər üzvü X7 adına ## ###### 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisində guya ki, daşınmaz əmlakın 350.000 manata sonuncuya satılmasına dair formal altısatqı müqaviləsi bağlayaraq sonradan həmin daşınmaz əmlakı qabaqcadan əlbir olduğu Şeyda Ramazanovun adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsində ##.##.2023-cü il tarixdə 308013118387-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına nail olmuşdur. Nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus 1.005.490 (bir milyon beş min dörd yüz doxsan) manat dəyərində əmlakını ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs təkrarən həmin əmlakın qabaqcadan əlbir olduğu X7 adına qanunsuz yolla ələ keçirdikləri dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın faktiki dəyərindən açıq şəkildə daha ucuz olmaqla 400.000 manat məbləğində pul vəsaitinə satıldığını və həmin əmlakın aylıq 8.000 manat olmaqla hazır icarədə olmasını tanıdığı şahid15 və şahid16 yalandan bildirib aldadaraq sonuncunun bacısı zərərçəkmiş şəxs1 həmin daşınmaz əmlakın dəyərinin yarısını, yəni 200.000 manatını özü tərəfindən, qalan yarı dəyərinin isə şahid15 tərəfindən ödəməklə almaq istəməsi barədə müraciətinə qabaqcadan əlbir olduğu qrupun digər üzvləri ilə birlikdə razılıq verərək ## #### 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən ** saylı notariat ofisində qrupun üzvü Şeyda Ramazanov ilə zərərçəkmiş şəxs1 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılaraq sonuncuya məxsus 200.000 manat məbləğində pul vəsaitini alaraq həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Vahab Quliyev, Şeyda Ramazanov və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Quliyev Vahab Camal oğlu, X7 və qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri də işin faktiki halları ilə ziddiyyət təşkil edir və apellyasiya şikayətinin təmin olunması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamllarla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona Cinayət Məcəlləsin 178.4-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və ona Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətməyə görə 10 (on) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun barəsində təyin edilən cəza müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimal həddinə yaxındır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, apellyasiya şikayətinin təmin edilmədən, məhkəmə hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-755/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-755/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver