Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-756/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli müddətin bərpa edilməməsinə dair qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq və ilkin məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyev (sədrlik edən), Elmin Rüstəmov, Vüqar Quliyev) ## ###### 2025-ci il tarixli, (***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasya şikayəti və müddətin bərpasına dair vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, (***)-****/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayəti vermə hüququnun bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, (***)-****/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişlər. Dövlət ittihamçısına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi həmin qərarı qəbul edərkən belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünü ## ###### 2026-cı il tarixdə almış və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 384-cü maddəsində qeyd olunan apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürərək apellyasiya şikayəti verməmişdir. Odur ki, məhkəmə prosesində apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatət ilə bağlı heç bir əsaslı, üzrlü səbəb müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair hazırkı vəsatət rədd edilməlidir. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünü ## ###### 2026-cı il tarixdə almışdır. Cinayət işinin materiallarından göründüyü kimi mübahisələndirilən hökm məhkum ## ###### 2026-cı il tarixdə alınmasına baxmayaraq apellyasiya şikayəti müddətin bərpasına dair vəsatətlə birlikdə yalnız ## #### 2026-cı il tarixdə verilmiş, məhkumun, habelə müdafiəçinin uzun müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-nin 193, 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin ## ### 2026-cı il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-756/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-756/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver