Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-757/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızının iştirakları ilə, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim X3 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) ## ##### 2026-cı il tarixli hökmünə əsasən ## ###### 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi ev 7, mənzil 35 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi döngə 6, ev 12 ünvanında yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında tikiləcək yaşayış kompleksində satışa çıxarılacaq binalardan güzəştli şərtlərlə 4 otaqlı mənzil alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxs5 2023-cü ilin may ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin qarşısında 18300 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs5 xeyli miqdarda 18300 (on səkkiz min üç yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs5 vasitəsilə qiyabi olaraq tanıdığı zərərçəkmiş şəxs8 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında tikiləcək yaşayış kompleksində satışa çıxarılacaq binalardan güzəştli şərtlərlə 2 otaqlı mənzil alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, 2024-cü ilin aprel ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında sonuncunun zərərçəkmiş şəxs5 vasitəsilə göndərdiyi 51000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs8 külli miqdarda 51000 (əlli bir min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs7 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında tikiləcək yaşayış kompleksində satışa çıxarılacaq binalardan güzəştli şərtlərlə 2 otaqlı mənzil alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxs7 2024cü ilin may ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin qarşısında 50000 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs7 külli miqdarda 50000 (əlli min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs9 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ünvan 8 ünvanında tikiləcək yaşayış kompleksində satışa çıxarılacaq binalardan güzəştli şərtlərlə 2 otaqlı mənzil alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxs9 2024-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında 20000 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs9 xeyli miqdarda 20000 (iyirmi min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Bakı şəhəri, Binəqədi rayonu ərazisində təməli qoyulmuş hündür mərtəbəli binadan nağd qiymətə 2 otaqlı mənzil alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin aprel ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında zərərçəkmiş şəxs5 40000 manat və 2024-cü ilin iyul ayının ortalarında həmin ünvanda 39500 manat olmaqla ümumilikdə 79500 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs5 külli miqdarda 79500 (yetmiş doqquz min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ünvan 8 ünvanında inşa edilmiş binadakı kirayədə yaşadığı 3 otaqlı mənzili guya özünə məxsus mənzil kimi təqdim edib həmin mənzili ona satacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən "Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında zərərçəkmiş şəxs4 20000 manat və 2024-cü ilin avqust ayının ortalarında həmin ünvanda 21000 manat olmaqla ümumilikdə 41000 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs4 xeyli miqdarda 41000 (qırx bir min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs10 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu X20 Dubay şəhərindən "Toyota Fielder” markalı avtomobil satın alıb ## ###### 2024-cü il tarixədək Bakı şəhərində təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs10 ## ####### 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 60 ünvanında yerləşən “Mega Store” adlı mağazanın qarşısında “Fiat Doblo” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin içərisində 19500 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs10 xeyli miqdarda 19500 (on doqquz min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ünvan 8 ünvanında tikiləcək yaşayış kompleksində satışa çıxarılacaq binalardan güzəştli şərtlərlə 3 otaqlı mənzil alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs3 2024-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsində yerləşən “Zərifə Əliyeva adına” olan parkın qarşısında 20000 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs3 xeyli miqdarda 20000 (iyirmi min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman iş yoldaşı zərərçəkmiş şəxs6 işgüzar və şəxsi əlaqələrinin geniş olması, eləcə də avtomobil alqısatqısı ilə məşğul olub qazanc əldə etməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, avtomobil alqı-satqısı ilə bağlı biznes fəaliyyətinə sərmayə olaraq pul vəsaiti qoyduğu halda daha sonra qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin noyabr ayının ortalarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin, 5-ci Polis Bölməsinin qarşısında 7000 manat alıb və həmin gün istintaqa məlum olmayan istifadəsində olan bank kart hesabına 2000 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxs6 tərəfindən istintaqla məlum olmayan ünvandan köçürülməsinə nail olub ümumilikdə xeyli miqdarda 9000 manat məbləğində pul vəsaiti ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs6 xeyli miqdarda 9000 (doqquz min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu Cənubi Koreya Respublikasından “Kia Sportage” markalı avtomobili satın alıb # ###### 2024-cü il tarixədək Bakı şəhərində təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsində 12000 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs2 xeyli miqdarda 12000 (on iki min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Daxili İşlər Nazirliyinin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri, R rütbəsində xidmət etdiyi zaman zərərçəkmiş şəxs2 vasitəsi ilə qiyabi olaraq tanıdığı zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verərək inam yaradıb, sonuncunu “Chevrolet Cruise” markalı avtomobili satacağına dair yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs1 tərəfindən # ###### 2024-cü il tarixdə, saat 00:42-də +************ mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” elektron pul qabı hesabına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, keçid 1260 ünvanında yerləşən “Ruslan” marketdə olan "Milli Ön” Ödəmə terminalı vasitəsi ilə 4800 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub həmin məbləğdə pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 4800 (dörd min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cinayət işinin prokurora qaytarılmasını, əks halda əməlini Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, cəzasından narazıdır. Faktiki hallar tam araşdırılmamışdır. Himayəsində iki azyaşlı uşağı var və uşaqlarına aliment ödəyir. Dövlətə 10 il qüsursuz xidmət etmişdir. Qismən günahkar olmasına baxmayaraq zərərçəkmiş şəxslərə 5000 ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin əməlini Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, ## ###### 2016-cı il tarixdən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayının xüsusi təyinatlı taborunda, 2017-ci ilin təxminən mart ayından etibarən isə X6 Alayının 2-ci patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət etmiş, 2024-cü ilin dekabr ayında isə vəzifədən azad edilmişdir. Son illər dolanmaqda çətinlik çəkdiyinə görə müxtəlif banklara və kredit təşkilatlarına böyük məbləğlərdə kredit borcları yaranmış, borclarını bağlamaq üçün çarəsizlikdən idman-mərc oyunlarına qurşanmış, külli miqdarda pul uduzmuşdur. Zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs5 uzun müddətdir tanıyır. Anarla aralarında borc pulun alınması ilə bağlı münasibətlər olmuş, aldığı pulları faizi ilə birlikdə qaytarmışdır. 2023-cü ildə digər şəxslərə də borcu olmuş, atasına bu barədə dedikdən sonra atası öz evini satmış və onun banka, iş yoldaşlarına olan borcunu ödəmişdir. zərərçəkmiş şəxs5 borc aldığı 18.300 manat pulu da həmin vaxt qaytarmışdır. 2023-cü ildə heç bir iş yoldaşına borcu qalmamışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 ilə heç bir münasibəti olmamış, onu ümumiyyətlə tanımamışdır. zərərçəkmiş şəxs8 MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən ünvan 10 təşkil etməyi deməmiş, onun pulunu mənimsəməmişdir. zərərçəkmiş şəxs5 vasitəsilə zərərçəkmiş şəxs8 hər hansı məbləğdə, o cümlədən 51.000 manat pul vəsaiti almamışdır. 2024- cü ilin aprel ayının ortalarında zərərçəkmiş şəxs5 özünə qazanc əldə etmək məqsədi ilə Qadirdən 51.000 manat pul almış və ona həmin puldan verməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs5 vasitəsilə tanımışdır. O, zərərçəkmiş şəxs5la birlikdə zərərçəkmiş şəxs7la Sumqayıt şəhərində görüşmüş, ona guya MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində inşa edilən binalardan güzəştli şərtlərlə ucuz qiymətə iki otaqlı mənzil alacağı barədə vəd vermiş və 50.000 manat pulu 2024-cü ilin may ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5- ci Polis Bölməsinin qarşısında Muraddan almışdır. Bu zaman yanlarında zərərçəkmiş şəxs5 da olmuş, pulu aldıqdan sonra Anara həmin puldan 2.500 manat pul vermiş, ona ümumilikdə 47.500 manat pul qalmış və pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 uzun müddətdir tanıyır. 2024-cü ilin aprel-may ayları ərzində Orxanın Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa olunan binalardan güzəştli ipoteka ilə mənzil almaq istədiyini bilmiş və ona guya tanışları vasitəsilə köməklik edə biləcəyini deyib onu aldatmağa nail olmuşdur. 2024-cü ilin iyun ayının əvvəllərində Orxana sözü gedən binalardan güzəştli ipoteka şərtləri ilə 02 otaqlı mənzil almaq üçün onunla “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında görüşüb ondan əlbəəl 20.000 manat pul almışdır. Bu zaman yanlarında başqa şəxslər olmamış, pulu alan zaman guya üç ay ərzində mənzilin təhvil veriləcəyini demiş, lakin pulları idman mərc oyunlarında uduzmuşdur. 2024- cü ilin aprel ayının əvvəllərində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 Binəqədi rayonu ərazisində tikilən evlərdən mənzil alınmasını təşkil edəcəyi adı ilə 41.300 manat pul vəsaiti almış, həmin pulu da mərc oyunlarında uduzmuşdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 2017-ci il tarixdən etibarən tanımağa başlamışdır. Farizin MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən ünvan 11 almaq istəsədiyini bilmiş və guya tanışları vasitəsilə ona köməklik etmək üçün 17.000 manat pul almış, lakin təxminən iki ay sonra pulu tam şəkildə özünə geri qaytarmışdır. Sonradan borcları yarandığı üçün, eləcə də mərc oyunları oynayıb borclarını qaytarmaq üçün yenidən onun pulunu ələ keçirmək qərarına gəlmiş və 2024-cü ilin iyul ayında özünə yeni mənzil aldığını, öz yaşadığı, güzəştli şərtlərlə aldığı üç otaqlı mənzili sata biləcəyini demişdir. Fariz maraqlanmağa başlamış və ona həmin mənzilə 50.000 manatdan çox pul ödədiyini, təxminən 27.000 manatdan çox ipoteka borcunun qaldığını deyərək 55.000 manat ona verməsini, qalan pulu da sonradan ödəməsini təklif etmişdir. Fariz əlində 41.000 manat pul olduğunu deyən zaman onun pulunu ələ keçirmək üçün razılığını bildirmiş və geri qalan 14.000 manat pulu isə bankla danışıb ipoteka borcunun üzərinə əlavə edə biləcəyini demişdir. Ümumilikdə Farizdən 41.000 manat pulu almışdır. Sonra həmin pulu qumar oyunlarında uduzmuş, Farizə də müxtəlif bəhanələr deyərək pulunu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 Raif oğlu iş yoldaşı olmuşdur. ## ####### 2024-cü il tarixdə, gecə növbəsində olan zaman zərərçəkmiş şəxs10 atası üçün “Toyota Fielder” markalı avtomobil almaq istədiyini öyrəndikdən sonra bu məsələdən istifadə edib onun pulunu almaq qərarına gəlmişdir. Fərhad ona təxminən 20.000 manat civarında pulu olduğunu bildirdiyinə görə, bu işdə ona kömək etmək adı ilə həmin pulu ondan alaraq müxtəlif idman-mərc oyunlarına qoyub əlavə qazanc əldə edəndən sonra Fərhadın pulunu qaytarmaq barədə fikirləşmişdir. Ona görə də Fərhada yalandan dayısı oğlu Namiqin adını verərək onun vasitəsi ilə həmin avtomobili 19.500 manata təşkil edə biləcəyini demiş, Fərhadın ona inanması üçün onun yanından Namiqə zəng etmək görüntüsü yaratmış, lakin faktiki olaraq həmin vaxt heç kəsə zəng etməmiş, telefonunu yalandan qulağına qoyaraq Fərhada sözlər eşitdirmişdir ki, ona inansın. Fərhada dayısı oğlu Namiqin adını versə də, Namiqin bu məsələdən ümumiyyətlə xəbəri olmamışdır. zərərçəkmiş şəxs10 yalandan Namiqin onun istədiyi «Toyota Fielder» markalı avtomobildən artıq sifariş verdiyini və həmin avtomobilin X17 Əmirliklərinin Dubay şəhərinə gəldiyini, ən geci ## ###### 2024-cü İl tarixdə Bakı şəhərində olacağını, bu avtomobilin bir çox müştərisi olduğuna görə tez bir vaxtda pulu çatdırmasını bildirmiş, hətta internet saytlarında olan avtomobil alqı-satqı elanlarından Fərhadın almaq istədiyi «Toyota Fielder» markalı avtomobilin şəkillərini taparaq «Whatsapp» ilə ona göndərmişdir. Fərhad onun dediklərinə inanaraq 19.500 manat məbləğində pulu düzəldib ## ####### 2025-ci il tarixdə, saat təxminən 04:55 radələrində xidmətdə olarkən, Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən «Mega Store» adlı mağazanın avtomobil duracağında, xidmət apardıqları 77-PF216 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində ona əlbəəl şəkildə vermişdir. Həmin pulu verərkən yanlarında ikisindən başqa heç kəs olmamış, sonuncu pulu verməzdən əvvəl «Mega Store» adlı mağazanın avtomobil duracağında yerləşən “xxxx” ASC-nin bankomatından aldığı kredit məbləğini nağdlaşdırmış, qalan pulu da cibindən çıxardıb üstünə qoyaraq 19.500 manat məbləğində pulu tam olaraq sayıb ona vermişdir. Həmin pulu alandan sonra ona arxayın olmasını və söz verdiyi vaxtda avtomobilin ona təhvil veriləcəyini bildirmişdir. Fərhaddan aldığı pulun hamısını müxtəlif vaxtlarda hissə-hissə olmaqla «Misli» idman-mərc oyunları operatorunda müxtəlif mərc oyunlarına qoyub uduzmuşdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 uzun müddətdir tanıyır, onunla şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. 2024-cü ilin oktyabr ayında xidmətdə olan zaman söhbət əsnasında Muxtarın güzəştli şərtlərlə ev axtardığını bilib onun pulunu ələ keçirmək qərarına gəlmiş və ona ünvan 8 ünvanında yerləşən MİDA tərəfindən tikilmiş binlardan üç otaqlı mənzili güzəştli ipoteka ilə mənzil almaqda guya tanışları vasitəsilə köməklik edəcəyini demişdir. Eyni üsulla 2024-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsində yerləşən Zərifə Əliyeva adına olan parkın qarşısında Muxtarla görüşərək sonuncudan 20.000 manat pulu nağd formada almış, həmin pulu da idman mərc oyunlarında uduzmuşdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 da iş yoldaşı olmuş, bir yerdə xidmət etmişlər. Ona pul lazım olduqda o, bir neçə dəfə Kamrandan borca faizlə pul almış və faizləri ilə birlikdə qaytarmışdır. O, Kamranı aldatmamış və onun pulunu mənimsəməmişdir. İdman-mərc oyunlarında pulları uduzduğuna görə vəziyyəti daha da çətinləşmiş, borclarını necə qaytaracağını bilməmiş, buna görə yollar axtarmışdır. Ona görə də tanışı zərərçəkmiş şəxs2 pul almaq qərarına gəlmişdir. Fəridi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr ərazisində avtoyuma məntəqəsi işlətməsi ilə əlaqədar tanımışdır. zərərçəkmiş şəxs2 avtomobil alqı-satqısı ilə də məşğul olmuş, 2024-cü ilin təxminən oktyabr ayında Fəridlə birlikdə X24 şərikli avtomobil almaq istəsə də, sənədləşmə işlərində problem olduğuna görə avtomobili Azərbaycan Respublikasına gətirə bilməmişdir. Bu alqısatqı ilə əlaqədar Fəridin onda 12.000 manat məbləğində pulu qalmış, ## ###### 2024-cü il tarixdə, saat təxminən 10:00 radələrində Fəridə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsinə gedib Fəridlə görüşmüşdür. Fəridin birgə işlərindən qalan 12.000 manat məbləğində pulunu almaq üçün bu pulu qaytararkən ona başqa bir avtomobil təklif etmək ağlına gəlmişdir. Fəridlə görüşüb pulu verəndən sonra ona özü üçün Cənubi Koreya Respublikasindan “KİA Sportage” markalı minik avtomobili sifariş verdiyini və həmin avtomobilin 0# ###### 2024-cü il tarixdə Bakı şəhərində olacağını, elə 12.000 manat pula həmin avtomobili ona sata biləcəyini demişdir. Fərid də onun sözünə inanaraq bu təklifi ilə razı olmuş və avtoyuma məntəqəsi ilə üzbəüz yerləşən *** saylı uşaq bağçasının qarşısında, saat təxminən 11:00 radələrində 12.000 manat məbləğində nağd pulu əlbəəl şəkildə ona vermişdr. Lakin o, heç bir avtomobil sifariş verməmiş, bu yalanı Fəridin pulunu almaq üçün danışmışdır. Bunu etməkdə məqsədi həmin 12.000 manat pulu da idman-mərc oyunlarında udub artırandan sonra həm Fəridin, həm də Fərhadın pulunu qaytarmaq olmuşdur. Fəridin də ona inanması üçün internet elanlarından tapdığı “Kia Sportage” markalı avtomobilin və Koreya Respublikasından Azərbaycan Respublikasına gəlib çatma vaxtına dair qrafikin şəkillərini də «Whatsapp» ilə ona göndərmişdir. Fəriddən aldığı 12.000 manat məbləğində pulu da hissə-hissə olmaqla 2024- cü ilin dekabr ayının sonlarına qədər «Misli» idmanmərc oyunları operatorunda müxtəlif mərc oyunlarına qoyub uduzmuşdur. Həmin ərəfələrdə aralarında dostluq münasibətləri olan şahid2 da uzun müddət 5.000 manat məbləğində borcu olmuş, Sənan həmin pulu kredit kartından çıxarıb ona verdiyini və hər gün ona faiz hesablandığını dediyinə görə onu pis vəziyyətdə qoymamaq üçün pul tapmaq üçün yollar axtarmışdır. Bu səbəbdən yenə də zərərçəkmiş şəxs2 dəyərindən ucuz qiymətə avtomobil təklif edib ondan Sənanın borcunu qaytarmaq üçün pul almaq qərarına gəlmişdir. ## ###### 2024-cü il tarixdə Fəridə yenə də internet elanlarından tapdığı 1G1PE5SB0F7151909 ban kodlu, ağ rəngli «Chevrolet Cruise» markalı avtomobilin fotoşəkillərini “Whatsapp” ilə ona göndərib, bu avtomobilin bacanağının tanışına məxsus olduğunu, problemə düşdüyünə görə elə bu gecə 5.000 manat pul lazım olduğunu, avtomobili dəyərindən ucuz qiymətə 10.000 manat pula satdığını bildirmişdir. zərərçəkmiş şəxs2 özünün pulu olmadığını, lakin avtomobil almaq istəyən başqa bir tanışına şəkilləri göstərəcəyini bildirmiş, bir müddət sonra isə ona həmin tanışının avtomobilin şəkillərini görüb bəyəndiyini və almaq istədiyini demişdir. Fəridə əgər pulu elə indi versə, növbəti gün günorta saatlarında avtomobili Bakı şəhərinə gətizdirəcəyini demiş, Fərid də tanışının razı olduğunu və pulu dərhal göndərəcəyini bildirmişdir. Fəridə özünə məxsus mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi «M10» hesab nömrəsini göndərib tanışının bu pulu həmin hesabına göndərməsini tapşırmışdır. 0# ###### 2024-cü il tarixdə, saat təxminən 00:40 radələrində Fəridin həmin tanışı onun hesabına 4.800 manat məbləğində pulu köçürmüşdür. Həmin şəxsi şəxsən tanımır, sonradan onun Əfran Məmmədov olduğunu bilmişdir. Əfranın göndərdiyi 4.800 manat məbləğində pulu da şahid2 ona bildirdiyi hesab nömrəsinə köçürmüş, sonuncunun bu məsələlərdən heç bir məlumatı və ya hər hansı formada iştirakı olmamışdır. Pul aldığı şəxslər ondan pullarını tələb etməyə başlamışlar. Heç bir yerdən pul tapa bilmədiyinə görə çarəsiz vəziyyətdə qalmışdır. Bir neçə müddət müxtəlif bəhanələrlə onları yola versə də, artıq işinin düz gətirmədiyinə görə belə alındığını, əgər ona vaxt verilərsə pullarını tam olaraq qaytarcağını desə də barəsində şikayət etmişlər. Törətdiyi bu əməllərdən tamamilə peşimandır. zərərçəkmiş şəxs5 dələduzluq etməkdə onunla əlbir olmuş, lakin zərərçəkmiş şəxs5 barəsində heç bir tədbir görülməmişdir. Maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilmir. O zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs7 47.500 manat pulunu, zərərçəkmiş şəxs9 20.000 manat pulunu, zərərçəkmiş şəxs5 41.300 manat pulunu, Fariz Davudovun 41.000 manat pulunu, zərərçəkmiş şəxs10 19.500 manat pulunu, zərərçəkmiş şəxs3 20.000 manat pulunu, zərərçəkmiş şəxs2 12.000 manat pulunu, zərərçəkmiş şəxs1 4.800 manat pulunu aldatmaq yolu ilə ələ keçirmişdir. Ona qarşı irəli sürülmüş külli miqdarla razı deyil, ona görə də özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilir. Maddi vəziyyətinə görə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilmir. Törətdiyi əməldən peşman olmasını, iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxsləri tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2013-cü ildən etibarən DİN-in ƏÇPA-nın Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs ilə əvvəllər birlikdə xidmət etmiş, xidmət etdikləri müddət ərzində aralarında yoldaşlıq münasibətləri yaranmış, onu tanıdığı gündən Səid özünü maddi cəhətdən imkanlı və əlaqəli şəxs kimi göstərərək Bakı şəhəri ərazisində bir çox yerlərdə mənzil və digər daşınmaz əmlaklarının olması barədə söhbətlər etmişdir. 2023-cü ilin aprel ayının sonlarında Səidlə birlikdə eyni ərazidə xidmətdə olarkən aralarında yaranan söhbət zamanı Səid onun Sumqayıt şəhərində yaşadığını bilmiş və söhbət əsnasında MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində tikiləcək mənzillərdən güzəştli ipoteka şərtləri ilə mənzil almaqda ona köməklik edə biləcəyini demişdir. Onunla iş yoldaşı olduğu, eyni zamanda Səidin imkanlı və əlaqəli şəxs olduğunu, eləcə də atasının Fövqəladə Hallar Nazirliyində yaxşı vəzifədə işlədiyini düşünərək ona inanmış və ondan özü üçün sözü gedən binlardan mənzil almaqda köməklik etməsini xahiş etmişdir. Bu zaman Səid bunun üçün orada işləyən adını qeyd etmədiyi tanışına 20.000 manat pul verilməli olduğunu, qalan pulu da hissə-hissə olmaqla müəyyən olunmuş qrafiklə ödəməyə başlayacağını, mənzilin tikintisi başa çatdıqdan sonra da təhvil veriləcəyini demişdir. O, Səidlə razılaşmış və 2023-cü ilin may ayının əvvəllərində Səidlə ünvan 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Bölməsinin qarşısında görüşmüş, görüş zamanı ikisindən başqa şəxslər olmamış, bu zaman sözü gedən binalarda güzəştli ipoteka şərtləri ilə 04 otaqlı mənzil almasında köməklik göstərməsi üçün ona 18.300 manat pul vermiş və qalan hissəsini qısa müddət ərzində düzəldib xəbər edəcəyini demişdir. Səid pulu alarkən binanın inşaatı başa çatdıqdan sonra sonra mənzili təhvil alacağını demişdir. 2024-cü ilin mart ayının ortalarında isə Səidlə xidmətdə olan zaman Səid ona Binəqədi rayonu ərazisində inşa olunan yeni tikili bina üçün Fövqəladə Hallar Nazirliyindən müəyyən icazə sənədlərinin alınması ilə bağlı məsələləri həmin nazirlikdə çalışan atasının həll etdiyini bildirərək guya həmin binadan aşağı qiymətlə qardaşı üçün mənzil aldıqlarını deyib ona da eyni qaydada oradan iki otaqlı mənzili aşağı qiymətə almaqda köməklik edə biləcəyini və bunun üçün 80.000 manat lazım olduğunu demişdir. O bu dəfə də Səidin dediklərinə inanmış və ona həmin binadan mənzil almağında köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra qohumlarından və tanışlarından borc pullar alıb 2024-cü ilin aprel ayının əvvəllərində xidmətdə olan vaxt 40.000 manat pulu ünvan 4 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında Səidə vermişdir. Səid pulu alandan sonra tez bir zamanda şirtkətin sahibinə pulu çatdıracağını və onun üçün ən gözəl mərtəbədə iki otaqlı mənzil alacağını bildirmişdir. Ona təşəkkürünü bildirmiş və iki ay ərizində özünə məxsus olan avtomobili, eləcə də Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini satmışdır. Bu zaman götürdüyü borcları qaytarmış və əlində 39.500 manat pul qalmışdır. Bundan sonra 2024-cü ilin iyul ayının ortalarında yenə eyni ünvanda xidmətdə olan zaman pulu Səidə əlbəl vermiş, bu zaman yanlarında və ətrafda başqa şəxslər olmamışdır. Səid ondan evin kimin adına rəsmiləşdiriləcəyini soruşanda öz adına rəsmiləşəcəyini demiş və şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmişdir. Bundan əlavə Səidin güzəştli şərtlərlə mənzil düzəldə biləcəyini tanış və yaxın dostluq münasibətində olduğu zərərçəkmiş şəxs8 demişdir. Çünki Qadirin də özünə MİDA tərəfindən Sumqayıt şəhərində tikilən binalardan güzəştli şərtlərlə mənzil almaq istədiyini, lakin buna nail ola bilmədiyini bilmişdir. Qadirlə Səidi əlaqələndirmiş və onlar telefonla görüntülü danışmışlar. Sonradan məlum olmuşdur ki, onların aralarında olan razılığa əsasən Səid Qadirə yalan ved verərək guya MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində tikiləcək mənzillərdən güzəştli ipoteka şərtləri ilə 02 otaqlı mənzil almaq adı ilə 51.000 manat pul istəmişdir. 2024-cü ilin aprel ayının ortalarında Səidlə Qadir arasında razılıq əldə olunduqdan sonra sonuncu Səidə çatdırması üçün ona 51.000 manat pul vermiş və həmin pulu həmin gün Səidə ünvan 4 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında xidmətdə olduğu vaxt təhvil vermişdir. Bu zaman Qadirə “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemində zəng edərək pulu Səidə çatdırdığını demiş və telefonu Səidə verdikdə sonuncu 51.000 manatı aldığını təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs MİDA tərəfindən Sumqayıt şəhərində inşa edilən binalardan güzəştli şərtlərlə ucuz qiymətə iki otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə DİN-in ƏÇPA-nın 1-ci Patrul Bölüyünün V, tanışı zərərçəkmiş şəxs7 da aldadaraq 50.000 manat pulu 2024-cü ilin may ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin, 5-ci Polis Bölməsinin qarşısında ələ keçirmiş, həmin vaxt onların yanında olmuş və Səidin həmin adla pul almasının şahidi olmuşdur. Sonradan Səidin pulun 2.000 manatını qaytardığını eşitmiş, digər hadisələrdən xəbəri yoxdur, həmin vaxt yanlarında və ətrafda başqa şəxslər olmamışdır. 2024-cü ilin dekabr ayının əvvəllərində MİDA evlərinin satışa çıxarılması ərəfəsində Səidin guya anasının ağır onkoloji xəstə olmasını bahanə edib xidmətdən yayındığını öyrənmiş, Səidin mobil nömrəsinə zəng çatmadığından onunla əlaqə yarada bilməmiş, sonradan həmin vaxt DİN-in ƏÇPA-nın Patrul Bölüyünün Vnin müavini zərərçəkmiş şəxs9 Səidin atası ilə görüşdüyünü bilmişdir. Bu zaman Səidin anasının xəstə olmadığı, onları yalandan aldadaraq dələduzluq etməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs onun ümumilikdə 97.800 manat, onun vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs8un isə 51.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Səidin onun barəsində dedikləri yalandır. Onun özünə külli miqdarda ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs8 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxsləri tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2013-cü ildən etibarən DİN-in ƏÇPA-nın Xüsusi Təyinatlı Taborun polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı olmamış, onu polis əməkdaşı olan tanışı zərərçəkmiş şəxs5 vasitəsilə tanımışdır. 2024-cü ilin mart ayının sonlarında Anarla görüşən zaman Anar onunla birlikdə xidmət edən Təqsirləndirilən şəxs adlı polis nəfərinin köməkliyi ilə MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində tikiləcək mənzillərdən güzəştli ipoteka şərtləri ilə mənzil almaq üçün ona 18.300 manat pul verib növbəyə yazıldığını, bundan başqa yaxın gələcəkdə həmin şəxsin köməkliyi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində inşa olunan yeni tikili binadan aşağı qiymətlə mənzil alacağını bildirərək Təqsirləndirilən şəxs imkanlı ailədən olduğunu, Bakı şəhəri ərazisində çox sayda mənzillərinin və daşımaz əmlaklarının olduğunu, eyni zamanda atasının Fövqəladə Hallar Nazirliyində yaxşı vəzifədə işlədiyini deyərək həmin şəxs barəsində müsbət danışıqlar etmişdir. Anar Səid barəsində o qədər inam və etibarla danışmışdır ki, Səidi tanımasa da, ona qarşı inamı yaranmışdır. Həmin vaxt Anardan özü üçün Sumqayıt şəhərində inşa olunan MİDA evlərindən güzəştli qiymətlə iki otaqlı mənzil almaq üçün həmin şəxsin köməklik edibedə bilməyəcəyini maraqlanmasını xahiş etmiş, bundan sonra Anar onu Səidlə əlaqələndirmiş və onlar telefonla danışan zaman Səid bu məsələdə ona köməklik edə biləcəyini söyləyib bir neçə gün ərzində xəbər verəcəyini demişdir. Danışıqlarından bir neçə gün sonra Səid Anarla birlikdə olarkən MIDA-nə aid binalardan birində 4-cü mərtəbədə 2 otaqlı evi güzəştli qiymətlə ona 51.000 manata ala biləcəyini söyləmiş və qiymətin münasib olduğunu görüb onunla razılaşmışdır. 2024-cü ilin aprel ayının ortalarında tanışı Anar vasitəsi ilə həmin mənzilin alınması məqsədilə Təqsirləndirilən şəxs 51.000 manat pul çatdırmış, pul Səidə verilən zaman Anar ona istifadəsində olan nömrənin “Whatsaap" ani mesajlaşma mübadiləsi sistemində görüntülü zəng edərək pulu Səidə çatdırdığını bildirmiş və telefonu Səidə vermişdir. Səidlə də görüntülü danışan zaman 51.000 manat pulu Anardan aldığını təsdiqləmiş, 2024-cü ilin dekabr ayının əvvəllərində MİDA evlərinin satışa çıxarılması ərəfəsində Anar onunla əlaqə saxlayaraq Səidin onları aldatdığını bildirib həmin şəxsin onlardan başqa şəxsləri də müxtəlif üsullarla aldadaraq dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirdiyini eşitmiş və aldadıldığını başa düşmüşdür. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Səidin onu tanımaması barədə dedikləri yalandır. Səidlə dəfələrlə telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs7 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxsləri tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2014-cü ildən etibarən DİO-da 2023-cü ildən isə DİN-in ƏÇPAnın 1-ci Patrul Bölüyünün V vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından etibarən tanımağa başlamış, sonuncu həmin bölüyün polis nəfəri olmaqla Binəqədi Rayon Polis İdarəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs həmin bölükdə xidmət edən və uzun illərdir tanıdığı zərərçəkmiş şəxs5 vasitəsilə tanımış, onlar bir neçə dəfə görüşüb söhbət edən zaman Səid ona MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində inşa edilən binalardan güzəştli şərtlərlə ucuz qiymətə mənzil almağı təklif edərək bu işdə ona köməklik edə biləcəyini və bu işləri görəcək tanışının olduğunu demişdir. Səid həmin şəxsin adını və anket məlumatlarını deməsə də, həmin şəxsin onun qohumuna da bu formada güzəştli şəkildə MİDA-nın inşa etdiyi binalardan mənzil alıb verdiyini demişdir. Səidin polis əməkdaşı olması səbəbindən sözlərinə inanmağa başlamış və mənzillərin satış qiyməti barədə ondan soruşmuşdur. Yaşadığı bir otaqlı mənzili satıb Təqsirləndirilən şəxs köməkliyi ilə həmin binadan 2 otaqlı mənzil almağı düşünmüşdür. Səid 50.000 manata nağd formada həmin binadan 2 otaqlı mənzil ala biləcəyini, daha sonra verdiyi məbləğin əlavə dəyər vergisinin də ona qaytarılacağını demişdir. Səidin sözlərinə tam formada inandığı üçün bu işdə ona köməklik etməsini xahiş etmişdir. Səid məsələnin hansı formada həll ediləcəyini soruşan zaman o evin nağd formada alınması ilə bağlı 50.000 manat ödəniş verməli olduğunu, geri qalan məsələləri isə özünün həll edəcəyini və onun heç bir məsələyə qarışmamasını demişdir. Təxminən bir həftə içərisində yaşadığı evi sataraq 50.000 manat pulu 2024-cü ilin may ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin, 5-ci Polis Bölməsinin qarşısında Səidə vermişdir. Bu zaman yanında Anar da olmuş, Səid pulu götürdükdən sonra ən geci 2-3 ay ərzində mənzil məsələsinin həll olunacağını demişdir. Bundan sonra Səiddən xəbər gözləməyə başlamış, həmin tarixdən sonra Səidlə bir neçə dəfə görüşüb söhbət edən zaman mənzillə bağlı məsələnin hansı yerdə olduğunu və nə zaman həll olunacağını soruşanda o hər dəfə eyni cavabı verərək bu məsələdə ona kömək edən şəxsin mənzil almaq üçün çalışdığını və tez zamanda müsbət xəbər çıxacağını demişdir. Bundan bir neçə gün sonra, yəni 2024-cü ilin may ayının ortalarında Səid ona verdiyi 50.000 manat puldan 2.000 manatı Anar vasitəsilə ona geri qaytararaq həmin pulun artıq olduğunu bildirmiş, bundan sonra ona daha da güvəni yaranmışdır. Səid 2024-cü ilin dekabr ayına qədər müxtəlif bəhanələrlə gözləməyini bildirsə də, ## ###### 2024-cü ildə Səidin polisdən çıxdığını və artıq işə getmədiyini eşitmişdir. Səid barəsində maraqlanan zaman sonuncunun ondan başqa da bir neçə nəfər şəxsə qarşı müxtəlif üsullarla dələduzluq edərək pullarını ələ keçirməsini eşitmişdir. Bundan sonra Səidlə əlaqə saxlamaq üçün nə qədər çalışsa da, heç bir nəticəsi olmadığı üçün aldadıldığını başa düşmüşdür. O Səidə 50.000 manatı Anarın yanında verib, o getdikdən sonra Anarla Səidin arasında hansı söhbətin olmasından məlumatı yoxdur. Səidə verdiyi 50.000 manatdan 2.000 manatı Səid Anar vasitəsilə ona qaytarıb, evin 48.000 manata alınacağını bildiribdir. Ona dəymiş ziyandan 48.000 manat isə hal-hazıradək ödənilməyibdir. Pulunun ödənilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs9 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digərlər zərərçəkmiş şəxsləri tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2012-ci ildən DİO-da, 2024-cü ildən isə tutduğu vəzifədə xidmət edir, Təqsirləndirilən şəxs ilə əvvəllər birlikdə xidmət etmiş və xidmət etdikləri müddət ərzində o kollektivdə özünü maddi cəhətdən imkanlı şəxs kimi xarakterizə etmiş, eləcə də xidmətində hər hansı bir ciddi nöqsanları olmamışdır. 2024- cü ilin aprel may ayları ərzində özü üçün MİDA tərəfindən inşa olunan binalardan güzəştli ipoteka ilə mənzil almaqda köməklik göstərilməsi üçün ətrafında olan şəxslərdən maraqlanmış və həmin ilin may ayının sonlarında tabeçiliyində xidmət edən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq MİDA tərəfindən ünvan 8 ünvanında tikiləcək binalardan onun üçün adını qeyd etmədiyi tanışı vasitəsilə güzəştli ipoteka şərtləri ilə mənzil almaqda köməklik edə biləcəyini demişdir. Ondan şərtlərlə dəqiq maraqlanıb məlumat verməsini xahiş etmiş, bir neçə gündən sonra Səid ona yaxınlaşaraq guya tanışı vasitəsilə maraqlandığını və sözü gedən binalardan güzəştli ipoteka ilə iki otaqlı mənzil almaq üçün əvvəlcədən 20.000 manat pul verilməli olacağını demişdir. Səiddən işin alınmayacağı təqdirdə məsələnin necə olacağını soruşduqda sonuncu onu özünə inandıraraq bütün məsuliyyəti öz üzərinə götürdüyünü, həmin şəxsin onun yaxın tanışı olduğunu, atasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışdığını və onun geniş əlaqələrinin olduğunu, eləcə də həmin binaların tikintisi üçün icazənin verilməsində atasının rolunun olduğunu bildirmişdir. Səid özünə də Yasamal rayonundakı MİDAdan ev aldığını, orada yaşadığını demiş, həm də Səidin dedikləri ilə əvvəl maraqlananda ona deyilənlərlə üst-üstə düşmüşdür. Bu sözlərdən sonra Səid özünə qarşı daha da inam yaratmış və onunla razılaşmışdır. Almaq istədiyi mənzilin qiyməti 74.000 manat olmuş, ilkin 20.000 manat, düzələndən sonra 54.000 manatı nağd şəkildə ödəməli imiş. Beləliklə 2024-cü ilin iyun ayının əvvəllərində Səidlə danışıb sözü gedən binalardan güzəştli ipoteka şərtləri ilə iki otaqlı mənzil almaq üçün onunla Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən "Azadlıq Prospekti" metrostansiyasının yaxınlığında görüşüb ona əlbəl 20.000 manat pul vermişdir. Səidə pulu verən zaman yanlarında başqa şəxslər olmamış, pulu Səidə verən zaman o, üç ay ərzində mənzilin təhvil veriləcəyini demişdir. Ona inandığı üçün gözləməyə başlamış, Səidin dediyi müddət tamam olanda mənzilin təhvilindən hər hansı bir xəbər çıxmadığını görüb ona narazılığını bildirdikdə Səid guya ölkə ərazisində keçiriləcək "COP29" tədbiri ilə bağlı gecikmələrin olduğunu bəhanə edib bir qədər gözləməsini xahiş etmişdir. Ona inandığı üçün gözləməyə başlamış və 2024cü ilin dekabr ayının əvvəllərində Səid guya anasının ağır onkoloji xəstə olmasını bəhanə edərək xidmətdən yayınıb işə gəlmədiyini eşitmişdir. Həmin ərəfədə artıq Səidin onu aldatmasından şübhələnməyə başlamış, sonra isə onun MİDA evlərindən güzəştli ipoteka ilə mənzil almaq və digər adlarla ondan başqa bir neçə nəfər iş yoldaşlarını aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirdiyini öyrənmişdir. Bundan sonra Səidlə əlaqə saxlaya bilmədiyi üçün onun atası ilə əlaqə saxlamış va həmin vaxt Səidin anasının xəstə olmadığını, atasının bu məsələdən xəbərinin olmadığını və Səidin harada olması barədə valideyinlərinin belə məlumatının olmadığı müəyyənləşdirmişdir. Səidin xidmətə çıxmaması barədə aidiyyəti üzrə məruzə etmiş və həmin gün atasını yanına dəvət etmişdir. Səidin atası Oqtay Abdullayev oğlu tərəfindən bir neçə nəfər şəxsin aldadılaraq pul vəsaitlərinin ələ keçirildiyini bildikdən sonra həmin məbləğləri qaytaracağına söz versə də, bu günə kimi heç kimə hər hansı bir məbləğdə pul qaytarmamışdır. Pulu qaytarılmadığından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digərlər zərərçəkmiş şəxsləri tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2016-cı ildən etibarən DİN-in ƏÇPA-nın 2-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən etibarən tanımağa başlamış, həmin vaxt DİN-in ƏÇPA-nın 2-ci patrul Bölüyünün polis nəfəri olmaqla Binəqədi Rayon Polis İdarəsində xidmət etmişdir. 2023-cü il tarixdə MİDA tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi 197 ünvanında yerləşən ünvan 11 almaq istəsə də, bu istəyi baş tutmamış, bu barədə Təqsirləndirilən şəxs bilən zaman “MİDA” Yasamal binalarından onun üçün mənzil təşkil edə biləcək tanışının olduğunu, əgər istəsə ona həmin binalardan güzəştli ipoteka ilə mənzil ala biləcəyini bildirmişdir. Səidə inandığı üçün ona köməklik etməsini xahiş etmişdir. Səidin istəyinə uyğun olaraq üç otaqlı mənzil üçün 17.000 manat pulu sonuncuya versə də, təxminən iki ay sonra Təqsirləndirilən şəxs ona verdiyi 17.000 manat pulu geri qaytararaq güzəştli ipoteka ilə mənzil almaq məsələsini həll edə bilmədiyini bildirmişdir. 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs onunla söhbət edərək yeni mənzil aldığını və halhazırda güzəştli ipoteka ilə alıb yaşadığı 3 otaqlı mənzili satmaq istədiyini, özünün yeni aldığı evə köçəcəyini və yaşadığı ünvan 8 ünvanında yerləşən MİDA tərəfindən tikilmiş mənzilini əgər istəsə ona sata biləcəyini deyərək həmin mənzilə 50.000 manatdan çox pul ödədiyini, təxminən 27.000 manatdan çox ipoteka borcunun qaldığını bildirmişdir. Uzun illərdir kirayədə yaşadığı və özünə mənzil almaq istədiyi üçün qiymətdə razılaşsa evi almaq istədiyini demiş və Səid 55.000 manat ona verməyini, geri qalan 27.000 manat ipoteka borcunu isə hər ay hissə-hissə olmaqla ödəməyini təklif etmişdir. Bu zaman Səidə əlində 41.000 manat pul olduğunu demiş və sonuncu pulu ona verməyini, geri qalan 14.000 manat pulu isə bankla danışıb ipoteka borcunun üstünə əlavə edə biləcəyini bildirmişdir. İlkin razılıq əldə etdikdən sonra 2024-cü ilin iyul ayının əvvəllərində 20.000, bir ay sonra, yəni həmin ilin avqust ayının ortalarında 21.000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən "Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında Səidə əlbəl vermişdir. Hər iki pul eyni ünvanda verilmiş, 2024-cü ilin iyul-avqust aylarında Səidə iki dəfəyə olmaqla ümumilikdə 41.000 manat pulu sonuncunun yaşadığı mənzili almaq üçün vermişdir. Həmçinin Səid mənzilin atasının adına olduğunu və “COP-29” tədbirindən sonra evi onun adına sənədləşdirəcəyini demişdir. ## ###### 2024-cü il tarixdən etibarən Səid işə gəlməməyə başlamış, onunla əlaqə saxlayan zaman anasının ağır xəstəliyə tutulmasını və ev məsələsinin ən geci dekabr ayının 15-nə qədər həll edəcəyini demişdir. Ona inandığı üçün gözləməyə başlamış, lakin həmin tarix gəlib çatan zaman ondan heç bir xəbər çıxmadığına görə maraqlanmış, bu zaman Səidin ondan başqa bir neçə nəfər şəxsə qarşı da ayrı-ayrı üsulardan istifadə etməklə dələduzluq edərək pullarını ələ keçirməsini eşitmiş, bundan sonra onunla əlaqə saxlamaq üçün nə qədər çalışsa da, heç bir nəticəsi olmadığı üçün aldadıldığını başa düşmüşdür. Halhazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs10 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digərlərini tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2019-cu ildən etibarən DİO-da, 2020-ci ilin mart ayından isə DİN-in ƏÇPA-nın polis nəfəri vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs DİO-da işlədiyi müddətdən etibarən tanımağa başlamış, çünki sonuncu da həmin bölüyün polis nəfəri olmaqla Binəqədi Rayon Polis İdarəsində xidmət etmişdir. Təqsirləndirilən şəxslə birlikdə illərlə DlO-da eyni yerdə xidmət etdikləri üçün iş yoldaşı kimi onunla yaxın münasibəti, eləcə də ona inam və güvəni yaranmışdır. 2024-cü ilin oktyabr ayında atasına avtomobil almaq üçün internetdə avtomobil elanı paylaşılan səhifələrə baxmışdır. Həmin ərəfədə Səidlə növbədə olan zaman yenidən internetdən avtomobil axtarmışdır. Bu zaman Səid ondan hansı markalı avtomobil almaq istədiyini soruşmuş, atasına taksi fəaliyyəti ilə məşğul olsun deyə “Toyota Fielder” markalı avtomobil almaq istədiyini demişdir. Bu zaman Səid ona bibisioğlu Namiq adlı şəxsin xaricdən avtomobil gətirməklə məşğul olduğunu və avtomobili ölkəmizdən alsa baha olacağını, lakin bir qədər gözləyib xarici ölkədən gətizdirsə daha ucuz başa gələcəyini deyərək bu barədə yanında bibisioğlu kimi qələmə verdiyi Namiq adlı şəxslə telefonda danışmışdır. Danışıq zamanı Səid məsələni bibisioğluna izah etdikdən sonra avtomobili mümkün qədər ucuz qiymətə gətirməsini xahiş etmişdir. Danışıqları bitdikdən sonra Səid onunla söhbət edərək özünün xahişindən sonra bir ay içərisində istədiyi markalı avtomobili bibisioğlu Namiqin 19.500 manata gətirəcəyini, lakin avtomobilin ödənişini sabah etməli olduğunu bildirmişdir. Səidə inandığı üçün ## ####### 2024-cü il tarixdə, onlayn qaydada “BirBank” mobil tətbiqi vasitəsi ilə “xxxx” ASC-dən 18.000 manat məbləğində kredit götürmüş, ## ####### 2025-ci il tarixdə Səidlə birlikdə xidmətdə olarkən **-PF-*** dövlət qeydiyyat markalı xidməti avtomobillə Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Mega Store” adlı mağazanın avtomobil duracağında yerləşən “xxxx” ASC-nə məxsus bankomatın olduğu yerə getmişlər. O avtomobildən tək düşüb bankomatdan 17.980 manat məbləğində pulu çıxartmış, özünün işləyərək yığdığı 1.520 manat pulu da üzərinə qoyub cəmi 19.500 manat məbləğində nağd pulu avtomobilin içərisində əlbəəl şəkildə Səidə vermişdir. Səid də pulu sayaraq götürüb ona “arxayın ol, ən geci ayın 10-u maşın səndədir” demişdir. Bir ay gözlədikdən sonra 2024-cü ilin noyabr ayında Səidlə əlaqə saxlayıb avtomobilin nə zaman çatacağını soruşan zaman ona narahat olmamağını, avtomobilin Gürcüstan Respublikasına çatdığını və tezliklə Bakı şəhərində olacağını deyərək onu arxayın salmışdır. Səidin vəd verdiyi tarix gəlib çatsa da, avtomobildən heç bir xəbər çıxmamış, Səiddən nəyə görə bu işin gecikdiyini soruşanda, Səid avtomobilin olduğu konteynerin gəmidə ən aşağı hissəyə qoyulduğuna görə konteynerin açılmasının gecikdiyini və hər şeyin qaydasında olduğunu bildirib bir daha onu arxayın etmişdir. Hətta həmin ərəfələrdə onun narahat olduğunu görüb “Whatsapp” ilə avtomobilin videogörüntülərini göndərmişdir. Səidin göndərdiyi videogörüntülərdə olan avtomobillərin yürüş məsafələrinin fərqli olduqlarını görüb bunu ona deyəndə, Səid texniki səhv olduğunu, ona əvvəlcədən razılaşdıqları kimi fotoşəkillərini göstərdiyi 9203 km. gediş məsafəsi olan avtomobili təhvil verəcəyini bildirmişdir. 2024-cü ilin dekabr ayının təxminən əvvəllərindən etibarən Səid anasının xəstə olduğunu bildirib işə gəlməmiş, ## ###### 2025- ci il tarixdə isə iş yoldaşlarının olduğu “Whatsapp” qrupundan çıxmış və bundan sonra onun mobil telefon nömrəsinə zəng çatmamışdır. Sonradan onun ailə üzvləri ilə görüşüb bu barədə danışanda Səidin qardaşı analarının heç bir ağır xəstəliyinin olmadığını, xəstəxanaya da düşmədiyini demişdir. Səidin qardaşından dayısı oğlu Namiqin nömrəsini götürüb Namiqlə danışanda, Namiq ona Səidlə təxminən 7-8 aydır avtomobil alveri ilə əlaqədar heç bir iş görmədiyini və ona “Toyota Fielder” markalı avtomobili satmaq barədə 2024-cü ilin oktyabr ayında aralarında heç bir telefon danışığının olmadığını və ümumiyyətlə məsələdən məlumatsız olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Ona dəymiş maddi ziyandan heç nə ödənilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslər tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2018-ci ildən etibarən DİN-in ƏÇPA-nın 2-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2018-ci il tarixdən etibarən DİO-da xidmətə qəbul olub işə başladığı gündən tanımış, onunla eyni yerdə xidmət etdiyi üçün iş yoldaşı kimi onunla yaxın münasibəti olmuş və zamanla ona qarşı inam və güvəni yaranmışdır. 2024-cü ilin oktyabr ayında xidmətdə olan zaman söhbət əsnasında Təqsirləndirilən şəxs mənzil axtardığını və ipoteka ilə mənzil almaq istədiyini demişdir. Bu zaman Səid ona ünvan 8 ünvanında yerləşən MİDA tərəfindən tikilmiş binalardan üç otaqlı mənzili güzəştli ipoteka ilə mənzil almasını təklif etmişdir. Orada olan mənzillərin artıq satılmasını, oradan neçə mənzil əldə edə biləcəyini soruşan zaman o həmin yerdə mənzil təşkil edə biləcək tanışının olduğunu, əgər istəsə ona da həmin ərazidən güzəştli ipoteka ilə mənzil ala biləcəyini demiş, lakin həmin şəxsin adını və ya anket məlumatlarını bildirməmişdir. Səidə inandığı üçün bu işdə ona köməklik etməsini xahiş edərək bu sahədən o qədər də yaxşı anlayışı olmadığını bildirmişdir. Səid heç nədən narahat olmamasını və onun hətta “MİDA’’-da tanışı olduğunu, polis olduğu üçün ona 4 faizli ipoteka ilə mənzil almaqda çox rahat kömək edəcəyini demişdir. Ondan məsələnin hansı formada həll ediləcəyini soruşan zaman Səid bu işlə bağlı 20.000 manat ilkin ödəniş verməli olduğunu, geri qalan sənədləşməni isə özü həll edəcəyini və onun heç bir məsələyə qarışmamasını bildirmişdir. Səid bu işdə ona kömək etmək üçün ipoteka fondunda olan, lakin adını və anket məlumatlarını demədiyi tanışının bu məsələni ən geci 1-2 ay ərzində müsbət həll olunacağını və 4 faizli güzəştli ipoteka ilə mənzil alınıb ona təhvil veriləcəyini demişdir. Səidə inandığı üçün bu işdə ona köməklik etməsini bir daha xahiş etmiş, aralarında olan danışıqdan təxminən bir neçə gün sonra Səidlə əlaqə saxlayaraq dediyi 20.000 manat məbləği hazırladığını bildirmişdir. Bundan sonra onlar 2024-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsində yerləşən Zərifə Əliyeva adına olan parkın qarşısında görüşmüş və 20.000 manat pulu nağd formada Səidə əlbəl vermişdir. Bundan sonra Səid şəxsiyyət vəsiqəsinin şəklini çəkib ona göndərməsini və özünün ona xəbər edəcəyini bildirmişdir. Həmin tarixdən sonra Səidi tez-tez işdə gördüyü üçün məsələnin hansı yerdə olduğunu və nə zaman həll olunacağını soruşmuşdur. Səid isə hər dəfə eyni cavabı verərək bu məsələdə ona kömək edən şəxsin mənzil almaq üçün çalışdığını və tez zamanda müsbət xəbər çıxacağını bildirmişdir. Səidə güzəştli ipoteka ilə mənzil almaq üçün 20.000 manat verməyindən təxminən iki ay sonra Səid işə gəlməməyə başlamış, onun barəsində maraqlanan zaman ondan başqa bir neçə nəfər şəxsə qarşı da başqa üsullarla dələduzluq edərək pullarını ələ keçirməsini eşitmiş və aldadıldığını başa düşmüşdür. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalandırılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxsləri tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 2020-ci ildən etibarən DİN-in ƏÇPA-nın 2-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxslə birlikdə illərlə DlOda eyni yerdə xidmət etdikləri üçün iş yoldaşı kimi onunla yaxın münasibəti, eləcə də ona qarşı inam və güvəni yaranmışdır. 2024-cü ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs onunla söhbət edərək özünə avtomobil almaq istədiyini, lakin 7.000 manat pulunun çatmadığını, həmin pulu ona borc olaraq verməyini xahiş etmiş, sonuncu ondan borc olaraq aldığı pulu ən geci 10 gün içində geri qaytaracağını demişdir. Səidə inandığı üçün ona istədiyi 7.000 manat pulu borc olaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin qarşısında vermişdir. Təxminən 4-5 gün sonra Səid onunla görüşüb ona 7.200 manat pul qaytarmış, həmin 200 manatı ona nə üçün verdiyini soruşan zaman Səid özü üçün aldığı avtomobili daha yaxşı qiymətə satıb xeyir qazandığı üçün və ona kömək etdiyi üçün təşəkkür formasında verdiyini, sonra isə maşın alqı-satqısı ilə məşğul olduğunu deyərək lazım olsa pul verməyini, işi gördükdən sonra ona qazanc kimi əlavə pul verəcəyini demişdir. Səid onun inam və etibarını qazanmaq üçün özünü yaxşı əlaqəli bizneslə anlayışı olan şəxs kimi təqdim etmişdir. Onun bir neçə gün ərizində əlavə 200 manat qazanc verməyi ona olan inamını daha da artırmışdır. Sonradan onun əsl məqsədinin onun inamımı qazanmaq olduğunu bilmişdir. Təxminən bir həftə sonra Səid onunla görüşüb “əlimyandı” avtomobil satılmasını və həmin işdə də xeyri olacağını, bunun üçün isə 7.000 manat pulunun çatmadığını bildirib qısa müddətlik 7.000 manat pulu birgə biznes üçün istəmişdir. Səidə etiraz etməyərək istədiyi 7.000 manat pulu 2024-cü ilin noyabr ayının ortalarında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin qarşısında əlbəəl vermişdir. Təxminən bir neçə saat sonra Səid onunla telefon əlaqəsi saxlayıb daha yaxşı avtomobili almaq üçün əlavə 2.000 manat pulunun çatmadığını və həmin pulu kart vasitəsi ilə ona göndərməyini, avtomobili alıb-satdıqdan sonra ümumilikdə ona 9.000 manat və üstündə əlavə olaraq 500 manat qazanc verəcəyini bildirmişdir. Həmin pul isə birgə bizneslərində əldə olunacaq qazanc olmuşdur. Səidin istədiyi 2.000 manat pulu adını hazırda xatırlamadığı başqa tanışının vasitəsilə Səidin göndərdiyi nömrəsini unutduğu karta göndərmiş, təxminən bir neçə gün sonra işdə Səidlə söhbət edən zaman o 1-2 gün sonra pulunu qazancı ilə birlikdə geri qaytaracağını bildirsə də, daha sonra anasının ağır xəstəliyə tutulmasını deyərək anasını xəstəxanadan çıxartmaq üçün əlavə 12.000 manat pul lazım olduğunu demiş və pulu kredit götürüb geri qaytaracağını demişdir. Lakin o pulu olmadığını demişdir. Səid ## ###### 2024-cü ildən etibarən işə gəlməməyə başladığını görmüş, ondan başqa bir neçə nəfər şəxsə qarşı da müxtəlif üsullarlarla dələduzluq edərək pullarını ələ keçirməsini eşitmişdir. O təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs faizə pul verməyib, Təqsirləndirilən şəxs maşına sataraq gəlir əldə edəcəklərini deyərək onun 9000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tanıyır. Digər zərərçəkmiş şəxsləri ilə tanımır. Fərdi qaydada sahibkarlıqla məşğul olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 294 ünvanında avtoyuma məntəqəsini icarəyə götürüb işlədir, eləcə də fərdi qaydada avtomobil alqısatqısı ilə də məşğul olur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs işlətdiyi avtoyuma məntəqəsinin yerləşdiyi ərazidə patrul xidməti aparması ilə əlaqədar tanımış, onunla aralarında əvvəllər yaxşı münasibətləri olmuş, ona qarşı dələduzluq etməsinə qədər heç vaxt narazılıq, davadalaş, ədavəti olmamışdır. Səidlə tanışlığı yarananda Səid özünü maddi cəhətdən çox imkanlı, yüksək vəzifələrdə işləyən tanışları olan bir adam kimi təqdim etmiş, Səidin deməsinə görə Bakı şəhərində müxtəlif yerlərdə bir neçə evləri olmuş, özü də dövlət işindən əlavə maşın alveri ilə məşğul olmuşdur. Onun bu sözlərinə aldanıb onun həqiqətən nüfuzlu, imkanlı, tanışlı-bilişli insan olmasına inandığından aralarında etibarlı münasibətlər yaranmışdır. 2024-cü ilin oktyabr ayında X14 Ştatlarından şərikli avtomobil almaq istəsə də Səid həmin məsələ ilə əlaqədar müxtəlif bəhanələr gətirmiş, axırda işin alınmadığını bildirmiş, avtomobil Azərbaycan Respublikasına gəlib çıxmamış və bu iş üçün Səidə verdiyi 12.000 manat məbləğində pulu Səiddə qalmışdır. Səidlə ilk gördüyü iş bu olmuşdur. 2024-cü ilin noyabr ayının təxminən 16-17-də, saat təxminən 15 radələrində Səid işlədiyi yerə gəlmiş, anasının ağır xəstə olduğunu, müalicə etdirmək üçün İsrail Respublikasına aparmalı olduğunu, müalicə xərcləri üçün pula ehtiyacı olduğuna görə atasının avtomobilini də dəyər-dəyməzinə satdığını, pul tapmaqda çətinlik çəkdiyini, çətin vəziyyətdə olduğunu danışmış, lakin sonradan bunların da yalan olduğunu bilmişdir. ## ###### 2024-cü il tarixdə, saat təxminən 10 radələrində Səid “Fiat Doblo” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı xidməti polis avtomobili ilə gələrək əvvəlki avtomobil işlərindən qalan 12.000 manat məbləğində pulu ona qaytarmış, sonuncu pulu verəndən sonra bir daha anasının müalicəsi üçün təcili pul axtardığını, pul çıxartmaq üçün məcbur qalıb hər işə əl atdığını, qardaşı üçün Cənubi Koreya Respublikasından “KİA Sportage” markalı minik avtomobili aldığını, 0# ###### 2024-cü il tarixdə Bakı şəhərində olacağını bildirib həmin avtomobili elə 12.000 manat pula ona satmasını təklif etmişdir. Səidlə aralarında etibarlı münasibətlər olduğundan, ansaının ağır xəstəliyinə görə çətin vəziyyətdə qalmasının dediyinə görə sözlərinə inanaraq ona kömək etmək qərarına gələrək razılaşmış, elə orada, saat təxminən 11 radələrində 12.000 manat məbləğində nağd pulu əlbəəl şəkildə ona vermişdir. Pulu verərkən Səidin yanında başqa bir tanımadığı polis əməkdaşı da olmuş, həmin şəxs bu söhbətin əvvəldən axıra qədər şahidi olmuşdur. Pulu verəndən sonra Səid ona hətta “Whatsapp” ilə avtomobilin şəkillərini və gəmi ilə gəlib çatma vaxtını da göndərmiş, bundan sonra tam arxayın şəkildə avtomobilin Azərbaycan Respublikasına gəlməsini gözləməyə başlamışdır. Bu söhbətdən bir müddət sonra ## ###### 2024-cü il tarixdə Səid ona özünün bacanağının əmisi oğluna məxsus 2015-ci il buraxışlı “Chevrolet Cruise” markalı minik avtomobilini dəyərindən ucuz qiymətə 10.000 manata satmağı təklif etmiş, sonuncu bacanağının əmisi oğlunun təcili pula ehtiyacının olduğunu demişdir. Səidə pulunun olmadığını, lakin ona kömək üçün müştəri tapa biləcəyini desə də Səid həmin gecə qohumuna pul çatdırmalı olduğunu, özünün üstündə ABŞ dolları olduğunu yalandan deyib, həmin avtomobili ona satmaq üçün dil tökməyə başlamışdır. Səid hətta həmin avtomobilin *G*PE*SB*F******* nömrəli ban kodunu ona göndərmişdi ki, avtomobilin vəziyyəti ilə maraqlansın. Səid ona həmin avtomobilin dövlət qeydiyyat nömrəsinin **-TY-*** və ya **-DY-*** nörmələrindən biri olduğunu desə də, sonradan maraqlananda məlum oldu ki, onun dediyi *G*PE*SB*F******* nömrəli ban kodlu avtomobilin dövlət qeydiyyat nömrəsi tamam başqa nömrədir. Səidlə aralarında dostluq münasibətləri olduğundan sözlərinə aldanaraq kömək üçün öz tanışı Əfrana bu barədə məlumat verərək Səidin ona danışdıqlarını ona çatdırmışdır. Əfran da Səidin bu yalan sözlərinə aldanaraq həmin avtomobili almağa razılaşmış və Səidin ona “Whatsapp” ilə göndərdiyi, özünə məxsus olduğunu bildirdiyi “M 10” kart hesab nömrəsinə 0# ###### 2024-cü il tarixdə, saat 00:42-də 4.800 manat məbləğində pulu Binəqədi rayonu, 7-ci mkr, keçid 1260 ünvanında yerləşən “Ruslan” marketdə olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Səidin onlara deməsinə görə avtomobil həmin gün saat təxminən 17 radələrində Bakı şəhərinə gəlməli olmuş, onlar da Əfranla birlikdə həmin avtomobili yoxladaraq qalan pulu da həmin vaxt avtomobilin sahibinə ödəməli idilər. Səid heç avtomobilin sahibinin adını, telefon nömrəsini onlara deməmiş, lakin avtomobil Səidin dediyi vaxtda Bakı şəhərinə gəlməmişdir. Səidə zəng edib bu məsələ ilə əlaqədar maraqlanan zaman o, yalandan avtomobilin sahibinə zəng çatmadığını, ailə üzvlərinin də nigaran olduğunu, heç bir xəbər ala bilmədiklərini bildirmiş və maraqlanıb xəbər verəcəyini demişdir. Həmin gün axşam saatlarında Səid ona zəng edərək yalandan avtomobilin guya yolda xarab olub qaldığını və növbəti gün saat 12 radələrinədək Bakı şəhərinə gəlib çatacağını bildirmiş, lakın bu dəfə də Səidin söz verdiyi vaxtda avtomobil gəlib çıxmadığına görə Səidə Əfranın pulunu geri tələb etdiyini demişdir. Səid də özünün guya xəstəxanada anasının yanında olduğunu, anasının xəstəliyinə görə heç işə də gedə bilmədiyini növbəti gün gətirib pulu şəxsən ona qaytaracağını demiş, növbəti gün, yəni ## ###### 2024-cü il tarixdə Səid pulu qaytarmamış, onun telefon nömrəsinə dəfələrlə zəng etsə də, zənglərinə cavab verməmişdir. Maraqlanan zaman onun bir neçə gündür artıq işə getmədiyini öyrənmiş, Səidin onu və tanışı Əfranı aldatdığını başa düşmüşdür. Səidin ondan 12.000 manat məbləğində pulu “KİA Sportage” markalı minik avtomobilini satmaq adı ilə almışdır. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir və pulunun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tanıyır, digər zərərçəkmiş şəxsləri, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımır, onlarla qohumluğu və ya ədavəti yoxdur. Fərdi qaydada kosmetik məhsulların satışı ilə məşğul olan mağaza işlədir. zərərçəkmiş şəxs2 təxminən 7 ildir tanıyır, onunla aralarında dostluq münasibətləri var, aralarında heç vaxt narazılıq, dava-dalaş olmamışdır. zərərçəkmiş şəxs2 onun yaşadığı binanın yanında avtoyuma məntəqəsi vardır, onunla tanışlığı da avtomobilini orada yudurarkən yaranmışdır. ## ###### 2024-cü il tarixdə, axşam saatlarında zərərçəkmiş şəxs2 ona zəng edərək bir nəfər tanışının qohumuna təcili pul lazım olduğuna görə 2015-ci il buraxılışılı “Chevrolet Cruise” markalı minik avtomobilini 10.000 manata satdığını, özünün pulu çatmadığına görə ala bilmədiyini bildirib, dəyərindən ucuz olduğuna görə həmin avtomobili almağını təklif etmişdir. Fəriddən həmin tanışının kim olduğunu soruşanda ona Təqsirləndirilən şəxs adını verərək uzun müddətdir aralarında etibarlı münasibətləri olduğunu, Səidin X6 Alayının ikinci patrul bölüyünün polis nəfəri vəzifəsində işlədiyini, ona çox inandığını, Səidin avtomobil alqı-satqısı ilə məşğul olmaqla onun özü üçün də Koreya Respublikasından avtomobil gətizdirəcəyini və ona bu iş üçün 12.000 manat məbləğində pul verdiyini bildirmişdir. Fəridin bu sözlərindən sonra həmin şəxsə inamı yaranmış və avtomobili almağa razı olmuşdur. zərərçəkmiş şəxs2 deməsinə görə Təqsirləndirilən şəxs ona həmin avtomobilin qohumuna məxsus olduğunu və ona təcili pul lazım olduğuna görə dəyərindən ucuz qiymətə satdığını, elə bu gecə 5.000 manat pul tapmalı olduğunu, çıxılmaz vəziyyətdə qaldığına görə pul tapmaqda kömək etməsi üçün ona müraciət etdiyini bildirmişdir. Fərid də Təqsirləndirilən şəxs yalan sözlərinə inanaraq, aralarında olan etibarlı münasibətlərə görə ona kömək etmək üçün Səidin danışdığı bu söhbəti ona çatdırmışdır. Həm zərərçəkmiş şəxs2, həm də özü Təqsirləndirilən şəxs yalan sözlərinə aldanmış və ilkin olaraq elə həmin gecə 5.000 manat məbləğində pulu Səid Abullayevə göndərməyə razı olmuşdur. zərərçəkmiş şəxs2 da bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və bir müddət sonra ona “Whatsapp” ilə Səidin ona bildirdiyi “M 10” elektron hesab nömrəsini göndərmişdir. 0# ###### 2024-cü il tarixdə, saat 00:42-də Təqsirləndirilən şəxs +*** ** *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10" elektron hesabına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, keçid 1260 ünvanında yerləşən “Ruslan” marketdə olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 4.800 manat məbləğində pul köçürmüşdür. Ödəmə terminalının limiti dolduğuna görə qalan 200 manatı Təqsirləndirilən şəxs hesabına köçürə bilməmiş, pul köçürməsinə dair qəbzin şəkilini Fəridə göndərib ona məlumat vermişdir. Fərid bu barədə Səidə məlumat vermiş, Səid də ## ###### 2025-ci il tarixdə günorta saatlarında maşının onlarda olacağına söz vermiş və onları inandırmaq üçün həmin avtomobilin fotoşəkillərini, *G*PE*SB*F******* nömrəli ban kodunu və dövlət qeydiyyat nömrəsinin fotoşəkillərini “Whatsapp” ilə Fəridə göndərmişdir. Səidin onları aldatdığını başa düşəndən sonra Fəridlə Səidin onlara bildirdiyi həmin avtomobilin ban kodu ilə dövlət qeydiyyat nömrəsini yoxlayanda onun verdiyi məlumatların tamamilə yalan olduğunu öyrənmişlər. Səidin deməsinə görə avtomobil 0# ###### 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Bakı şəhərində olmalı idi və onlar birlikdə həmin avtomobili yoxladaraq qalan pulu da həmin vaxt Səidin qohumu olan avtomobilin sahibinə ödəməli idilər. Səid avtomobilin sahibinin adını, telefon nömrəsini deməmiş, bu işlə əlaqədar həm Fərid həm də özü ancaq Səidi tanımış, avtomobilin satışı ilə əlaqədar bütün söhbəti ancaq Səidin özü aparmışdır. 0# ###### 2024- cü il tarixdə Fərid Səidə zəng edib maraqlananda, Səid yalandan avtomobilin sahibinə zəng çatmadığını, ailə üzvlərinin də harada olduğunu bilmədiklərini deyərək bu barədə maraqlanıb onlara xəbər verəcəyini bildirmiş, Səid bu söhbəti edən zaman ondan şübhələnmişdir. Bu barədə Fəridə deyəndə, Fərid onun sözlərinə əvvəlcə inanmaq istəməmiş, Səidi uzun illərdir tanıdığını demişdir. Bir müddət sonra Səid Fəridə avtomobilin növbəti gün, saat 12 radələrində Bakı şəhərində olacağını desə də, yenə də dediyi vaxtda avtomobildən heç bir xəbər çıxmamış və bundan sonra isə qəti şəkildə Fəridə Səiddən pulunu geri qaytarmasını tələb etməsini demişdir. Səid pulunu geri istədiyini bilib əvvəlcə yalandan xəstəxanada müalicə alan anasının yanında olduğunu, növbəti gün gətirib pulu şəxsən qaytaracağını desə də, bu söhbətdən sonra ümumiyyətlə Fəridin telefon zənglərinə cavab verməkdən yayınmışdır. Bundan sonra onlar başa düşmüşlər ki, Səid həm Fəridi, həm də onu aldatmış, onlara avtomobil satacağını yalandan vəd verərək onun 4.800 manat, Fəridin isə 12.000 manat məbləğində pulunu aldadaraq ələ keçirmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Azərbaycan Respublikasının Baş prokuroru, R Kamran Əliyev tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli ibtidai istintaqın aparılmasının həvalə edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılması göstərilsə də, lakin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində çoxsaylı digər şikayətlər əsasında araşdırmalar aparılması nəzərə alınaraq cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədi ilə cinayət işinin ibtidai istintaqının qeyd olunan istintaq orqanına həvalə edilməsi məqsədəmüvafiq hesab edilmiş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılmasının Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilməsi qərara alınmışdır (cild 2, i/v 166-167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayının 19 noyabr 2016-cı il tarixli, Ə***(ş/h)-***-** nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2016-cı il tarixdən 2016-cı il tarixdən polis sıravisi xüsusi rütbəsi verilməklə DİN-in X6 Alayının Xüsusi təyinatlı 1-ci taborunun 1-ci bölüyünün polis nəfəri vəzifəsinə təyin edilmişdir (cild 2, i/v 79). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayından verilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2016-cı il tarixdən ## ###### 2024-cü il tarixədək Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi X6 Alayının Xüsusi təyinatlı birinci taborunda və həmin Alayın 2-ci Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə Alayın ## ###### 2024-cü il tarixli, *-**-**/Ə(ş/h)***/**** nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur (cild 2, i/v 77). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayından verilmiş ## ###### 2025-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən göstərə bilməmiş, rəhbərlik tərəfindən verilən əmr və tapşırıqların icrasına məsuliyyətsiz yanaşmışdır. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilməmiş, xidməti işlə əlaqədar çətinliklərə qarşı dözümsüzlük göstərmişdir. Xidməti etdiyi müddətdə mənfi xarakterizə olunur (cild 2, i/v 78). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayının ## ###### 2024-cü il tarixli, *-**-**/Ə(ş/h)***/**** nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci madəsinin 9-cu bəndinə əsasən DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir (cild 2, i/v 80). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*-***** nömrəli məktub və məktuba əlavə edilmiş məlumatdan çıxarışdan görünü ki, Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. **-BP-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobil ## ### 2021-ci il tarixdən şahid2 sahibliyinə verilmişdir. Həmçinin, həmin avtomobil üzrə ## #### 2023-cü il tarixdən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsindən istifadə hüququna etibarnamə verilmişdir (cild 2, i/v 26-27). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir (cild 2, i/v 28-29). Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının * №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş ## #### 2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu, 7-ci Sallaxana küçəsi ev 7, mənzil 35-də yaşadığı müddətdə heç bir davranış pozuntusuna yol verməmiş, qonşuları tərəfindən nümayəndəliyə şikayət daxil olmamışdır (cild 2, i/v 120). Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının * №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş ## #### 2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli arayışdan və iş materiallarına əlavə edilmiş məhkəmə elektron sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə ## ###### 2022-ci il təvəllüdlü qızı X11 və ## ####### 2019-cu il təvəllüdlü Abdullayev Oqtay Səid oğlu daxildir (cild 2, i/v 123). “xxxx” MMC-dən daxil olmuş ## #### 2025-ci il tarixli, PPO-LEG/****/**** nömrəli məktubdan və məktuba əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, ##.##.2024-cü il tarixində, saat 00:42:46 radələrində Ödəniş terminalından 4800 (dörd min səkkiz yüz) manat +************ nömrəli "m10" hesabına, bu hesabdan isə həmin tarixdə saat 00:45:20 radələrində "xxxx" ASC-yə aid 416973*********** nömrəli kart hesabına 4.400 manat, 00:43:25 radələrində isə Misliaz-a (Provayderə) 400 manat köçürülmüşdür. +************ nömrəli "m10" hesabı Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir (cild 2, i/v 100-102). Azərbaycan Respublikası Azerlotereya Açıq Səhmdar Cəmiyyətindən verilmiş ## #### 2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, misli.az virtual mühitində mövcud olan ******** nömrəli şəxsi kabinet Təqsirləndirilən şəxs məxsusdur. Mədaxil arayışlarına əsasən Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdən ## ###### 2025cü il tarixədək müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 443.349,50 manat pul vəsaitini misli.az saytına yükləmiş, məxaric arayışlarına əsasən ## ###### 2024-cü il tarixdən 1# ###### 2024-cü il tarixədək müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 158.328,19 manat pul vəsaiti məxaric edilmişdir (cild 2, i/v 143-163). - Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilmiş ## #### 2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİNin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir (cild 2, i/v 104). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, i/v 225-226). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsindən verilmiş ## #### 2025-ci il tarixli, **/*-*****/** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin 2023-2024-cü illər ərzində qiymətli əşyalar, əmlak, ev, nəqliyyat vasitəsi almaları müəyyən edilməmişdir. Ələ keçirdiyi pul vəsaitlərini hara xərcləməsi barədə hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamışdır (cild 2, i/v 136). Bakı şəhəri Nərimanov rayon məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 192- 196). ## ###### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 4800 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini təsdiq edən xxxx MMC-dən daxil olmuş məktub və 01 ədəd qəbz maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (cild 3, i/v 70-91). Bakı şəhəri Yasamal rayon məhkəməsindən məktubla daxil olmuş Təqsirləndirilən şəxs barəsində aparılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati iş üzrə materiallardan görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin ## #### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 13:40-da Bakı şəhəri, Yasamal rayonu, MİDA-2 yaşayış kompleksi ərazisində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman qanuni tələblərinə məhəl qoymadığı üçün İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1- ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri, Yasamal rayon məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X21 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Birinci instansiya məhkəməsi əməlin tövsifi ilə bağlı belə nəticələrə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək bəzi zərərçəkmiş şəxslərdən güzəştli şərtlərlə mənzil alınmasına köməklik etməsi və ucuz qiymətə maşın gətirəcəyi adı ilə pul aldığını etiraf etsə də, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs8 və zərərçəkmiş şəxs6la bağlı olan epizodları qəbul etmədiyini, onlara heç bir vəd vermədiyini, zərərçəkmiş şəxs6 faizlə borc kimi pul alıb artıqlaması ilə qaytardığını, həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 18.300 manat pulun alınması ilə bağlı dələduzluq etmədiyini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə mənzil satışı ilə bağlı 41.300 manat pul aldığını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 aldığı 50.000 manat pulun 2.500 manatını zərərçəkmiş şəxs5 verdiyini, zərərçəkmiş şəxs5 onunla birgə dələduzluqda iştirak etdiyini bildirmişdir. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən və işin faktiki hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis orqanlarında işlədiyi dövrdə həm öz iş yoldaşları, həm də digər şəxslərin etibarından istifadə edərək, onlara güzəştli şərtlərlə mənzil almaq və ucuz qiymətə avtomobil əldə etmək barədə yalandan vəd verməklə xeyli və külli miqdarda pul vəsaitlərini alıb ələ keçirməklə dələduzluq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qabaqcadan düşünərək həm həqiqətin şüurlu surətdə təhrif edilməsinə, həm də həqiqət haqqında susmaqla, yəni faktların mövcud olması və ya olmaması barədə yalan məlumat verməklə, yəni zərərçəkmiş şəxslərə güzəştli şərtlərlə mənzil alınmasında köməklik etmək, avtomobil satmaq niyyətində olmadan, onları aldadıb etibarlarından sui-istifadə edərək, zərəçəkmiş şəxslərə məxsus xeyli və külli miqdarda pul vəsaitini könüllü şəkildə ələ keçirməyə nail olmuş, onları aldadaraq dələduzluq cinayətini törətmişdir. Bütün göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs6la bağlı epizodlar üzrə özünü təqsirli bilməməsi ona elan edilmiş cinayət məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər qeyd edir ki, işin faktiki halları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə münasibətlər barədə şifahi razılığa gələrkən onlara bilə-bilə yalan danışmış və yalan vədlər vermiş və bununla artıq özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olduğunu şəksiz nümayiş etmişdir. Tərəflər arasında hər hansı borc, habelə işgüzar və ya digər mülki xarakterli münasibətlər mövcüd olmamışdır. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilə bilməz. Bundan başqa, cinayət işinin ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, habelə əməlinin tövsifinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, dəymiş ziyanı qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-757/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-757/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver