Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-759/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 qızının, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-180/2025 saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən ona Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarına əsasən təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 04 (dörd) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarına əsasən nəzərə alınmış şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu 1 (bir) ay 5 (beş) gün, hökmlə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 3 (üç) ay 25 (iyirmi beş) gün hissəsinin azadlıqdan məhrum etmə cəzasına müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 1 (bir) ay 28 (iyirmi səkkiz) gün və ## ### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay olmaqla, cəmi 4 (dörd) ay 5 (beş) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanması, təqsirləndirilən şəxs1 barəsində qətimkan təbirinin seçilməməsi və onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmünə əsasən halhazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınması, cəzasının əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək cəzasının yüngülləşməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasına ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini, şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Müdafiəçi-Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsinin onun hüququ olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsinin onun hüququ olduğunu və təqsirləndirilən şəxsin həmin ərizəsinin təmin edilib apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ərizəsini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-in 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, həmin hökmdən digər proses iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığından, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(002)- ***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən təqsirləndirilən şəxsin imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-759/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-759/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver