Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-767/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Xüsusi ittihamçı – Xüsusi ittihamçı iştirakı ilə, Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs (xüsusi ittihamçı) Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin yenidən baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı xüsusi ittihamçı Xüsusi ittihamçı verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilib xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilərək, xüsusi ittihamçı kimi tanınıb Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması vaxtı və yeri barədə vaxtında məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə onlun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin məhkəmənin icraatına qəbul edilməsi haqqında qərar qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin hakimi haqlı olaraq verilmiş şikayətin icraata qəbulundan imtina etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətinin mahiyyətindən görünür ki, ərizəsində ümumi formada qeyd edilib ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2026-cı ildə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına bir "şikayət" təqdim etmişdir. Həmin şikayət elektron sistemə yerləşdirilən zaman Babayevin şikayətində onu "sovet quruluşunu yenidən bərpa edilmək məqsədi ilə gəncləri dövlətə qarşı üsyan etməyə çağıırış etməkdə", "plakat yazaraq Azərbaycan dövlətini aşağıladığını", “prezidenti təhqir etdiyiıi", "Leninin sözlərindən istifadə edərək gəncləri çevrilişə çağırdığını”, “dövlət çevrilişinə cəhd etməkdə ittiham etdiyini, onu dövlətin bütün dayaqlarına hücum etməkdə” ittiham etdiyinin və onu “müxalifət yox düşmən” adlandırdığının şahidi oldu. Bundan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun şikayəti üzrə ##.##.2026cı ildə Apellyasiya məhkəməsinin zalında açıq məhkəmə prosesi gedən zamanlarda məhkəmədə iştirak edən xeyli insanların yanında hamının eşidə biləcəyi bir səslə (məhkəmə kollegiyası, polis nəfərləri, onun vəkilinin və məhkəmədə öz növbələrini gözləyən xeyli şəxslərin yanında) yazdığı həmin böhtançı şikayəti oxuyaraq oradakı sözlərlə onu bir daha ittiham etmiş və təhqir etmişdir. Bu səbəblə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, şikayət ərizəsində hansı ifadələrin böhtan (CM-nin 147.2), hansı ifadələrin isə təhqir (CM-nin 148) xarakterli məlumatlardan ibarət olması göstərilməmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində şikayət verilsə də onun konkret olaraq hansı əməllərinə görə Azərbaycan Respublikasının CM-nin hansı maddəsi ilə məsuliyyətə cəlb edilməli olduğunu və yayılmış məlumatlara görə məsuliyyətlərinin dərəcəsi fəqləndirilməmişdir. Yəni, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması xahiş edilsə də onun hansı əməlləri ilə həmin Məcəllənin 147.2-ci, hansı əməlləri ilə isə 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi fərqləndirilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş və ya iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Bundan başqa şikayət verən şəxs həmin ifadələrin məhkəməyə ünvanlanmış şikayətdə qeyd edirildiyini və məhkəmə iclasında səsləndirdiyini bildirsə də, həmin ifadələrin harda, nə vaxt, hansı ərizəsində yazdığını, bunu təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. CM-in 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarda həmçinin məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşıb hesab edir ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq haqlı olaraq şikayətin icraata qəbulundan imtina etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-767/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-767/2026
22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver