Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-768/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR CPM-nin 293.3.2-ci maddəsi ilə cinayət qanunu ilə əməli törədən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs AR CM-nin 147.2-ci maddəsinə əsasən, onu ağır cinayət törətməkdə ittiham edərək böhtan atmaqla onu ittiham etmişdir. Hadisənin yeri: Binəqədi rayon İpəkyolu restoranın yanı. Hadisə vaxtı ## #### 2024-cü il. Ona dəymiş ziyanlar: 1)Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu ağır cinayətdə ittiham edərək maddi ziyan vurmuşdur. 2)işgüzar nüfuzuna 100.000 manat ziyan vurmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilərək onun barəsində həmin maddənin saksiyasında ən ağır cəzanın verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar xüsusi ittiham qaydasında icraat materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Sözügedən Qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2.3-cü mddəsinə əsasasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gələrək, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l ı r: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-768/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-768/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver