Məhkəmə qərarları › İş №1(3-6)-771/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-771/2026

07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-771/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhər ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər - Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Əsgərova-X3 və X1 ibarət tərkibdə) ## ###### 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Hökmlə həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İŞİN HALLARI: Bəraət almış şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan olunmuşdur ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,360 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ## ### 2024-cü il tarixdə saat 13:10da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən *** nömrəli məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilib, üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,360 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli bəraət hökmünün ləğv edilməsi, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs öz imzası ilə təsdiq etdiyi ##.##.2024-cü il tarixli ərizəsində hüququqlarının müdafiəsi üçün * saylı vəkil bürosunun vəkili şahid1 ona müdafiəçi qismində təyin edilərək təqdim edildiyini, barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçisi şahid1 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi şahid1 işrirakı ilə ifadə vermiş və həmin ifadə müdafiəçi şahid1 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Müdafiə hüququnun konstitusion hüquq olaraq ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır və hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (bax: Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 2011 -ci il 20 may tarixli Qərarı). Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə müəyyən hərəkətləri etmək qadağan edilmişdir. Belə ki, həmin Məcəllənin 92.10.1 və 92.10.3-cü maddələrinə görə, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq, özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək qadağan olunur. Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddələri ilə müdafiəçiyə müəyyən hərəkətlərin qadağan edilməsi bu Məcəllənin 92.11 -ci və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddələrində nəzərdə tutulan vəkilin keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrinin lazımınca həyata keçirilməsinə, eləcə də müdafiə etdiyi şəxsin qanuni mənafelərinin qorunmasına xidmət edir. Bu özünü əsasən müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan, habelə özbaşına müdafiədən imtina etmənin qadağan olunmasında büruzə verir. İbtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, onun şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmiş, ilkin araşdırma mərhələsindən başlanaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur (bu halın düzgünlüyü iş materiallarına əlavə olunmuş müvafiq vəkil qurumunun orderi və istintaq hərəkətlərinin protokolları ilə təsdiqlənmişdir.). Xüsusilə vurğulanmalıdır ki, şəxsi axtarış və götürmə protokolunu etibarsız sayan məhkəmə bunun səbəbini müdafiəçinin həmin hərəkətdə iştirak etməməsi ilə əsaslandırmağa çalışsa da, həmin mövqe mövcud Cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd yanaşma olmuşdur. Bundan başqa, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili şahid1 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və ifadəsində bildirmişdir ki, istifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. 42-ci PB Nardaran qəsəbəsində yerləşir. 050-334-78-65, 055-234-78- 65 və ***-***-**-** saylı mobil nömrələr onun istifadəsində olmuşdur. ***-***-**-** saylı mobil nömrəsi işlək olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi qismində büroya daxil olmuş qərar nəticəsində təyin olunmuşdur. 42-ci PB-də Təqsirləndirilən şəxs görmüşdür. Təhqiqatçı ilə arasında telefon danışığının olub-olmadığını xatırlamır. Vəkil bürosu Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşir. Ola bilsin ki, həmin vaxt onun mobil telefonu büroda qalmışdır. Hadisələrin üzərindən çox vaxt keçdiyi üçün bəzi halları xatırlamır. Telefonu büroda qalan vaxt başqa şəxslərin onun telefonu ilə danışıq edib-etmədiyini bilmir. 051-388-78-65 və ***-***-**-** saylı mobil nömrələr onun adına olsa da, ailə üzvlərinin istifadəsində olmuşdur. İlk növbədə məhkəmə diqqət etməmişdir ki, mobil nömrənin ərazi dairəsi barədə məlumatlar birmənalı dəlil sayıla bilməz. Ona görə ki, anten məlumatlarında müvafiq mobil nömrənin hər-hansı anten qülləsinin əhatə dairəsində olması həmin mobil telefonun məhz həmin qüllənin yerləşdiyi ünvanda olması və ya birmənalı olaraq yaxın ərazidə olması kimi dərk edilə bilməz. Açıq informasiya resursları təsdiqləyir ki, mobil telefonun mobil operatorun hansı anteninə qoşulması bir çox texniki faktorlardan asılı olduğundan - telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan asılı olması, bu səbəblərdən mobil telefonun müəyyən zaman kəsiyində 500 metrdən 35 km (bəzi hallarda 50-100 km) məsafəyədək yerləşən antenlərə qoşulmasının mümkünlüyü mobil telefonun harada olması ilə bağlı qəti deyil, nisbi fikrə gəlməyin mümkünlüyünü deməyə əsas verir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Təqsirləndirilən şəxs oğıunun müdafiə hüququnun pozulması barədə məhkəmənin mövqeyi sübutlara deyil, mülahizələrə əsaslnmış və nəticədə ittiham tərəfinin təqdim etdiyi sübutlar əsassız olaraq şübhə altına alınmışdır. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs CM-nin 234.1 -1 -ci maddəsi ilə bəraət verərkən hansı səbəbdən şahidlərin ibtidai istintaqda, eləcə də məhkəmdə verdikləri ifadələrini, ilkin təhqiqat araşdırması zamanı tərtib edilmiş, ##.##.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolu, üzərinə keçirilmiş şəxsi axtarış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, DVD-yə köçürülmüş bir ədəd səsli videogörüntünu, müdafiə hüququna münasibətdə Təqsirləndirilən şəxs öz imzası ilə təsdiq etdiyi ##.##.2024cü il tarixli ərizəsini sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş və bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu apellyasiya protestini müdafiə edərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün tam qanuni və əsaslı olduğunu bildirib, verilmiş apellyasiya protestinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində müəllif məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs bəraət verilməsinə dair hökmün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş ekspertiza rəylərini, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından, yalnız verilmiş protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Protest müəllifi apellyasiya protestində Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən müdafiə hüququnun pozulmadığını, sübutların qanunvericiliyin tələblərinə əməl edilməklə əldə ediliyini, həmin sübutlarla ittihamın təsdiq edildiyini bildirmişdir. Məhkəmə kollegiyası protestin qeyd edilən dəlillərini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayının 24-ü üç nəfər polis əməkdaşı Respublika Narkoloji Dispanserin həyətində olan zaman onu saxlayaraq 42-ci polis bölməsinə aparmışlar. Ona narkotik vasitədən istifadə etdiyini bildirmişlər. Onun qan analizi təmiz olduğu üçün buraxmışlar. Təxminən 5-6 gün sonra, may ayının 30-da eyni polis əməkdaşları onu yenidən saxlayaraq Sabunçu RPİ-nə aparmışlar. Orada onun cibinə 02 qram narkotik vasitə olan metamfetamin yerləşdirib videoçəkiliş vasitəsilə üzərinə baxış həyata keçirmişlər. Əvvəllər narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitə olan marixuana və heroin istifadə etmişdir. Narkotik vasitə olan heroini çəkərək istifadə etmişdir. Narkotik vasitə olan heroindən 2021-ci ilə qədər istifadə etmişdir. O, Respublika Narkoloji Dispanserdə yatmamış, sadəcə ağrılarından azad olmaq üçün metadon istifadə etmək üçün getmişdir. Təxminən 3 ay olarmış ki, metadon istifadə etmişdir. O, həbs olunub azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Azadlığa çıxıb işlə məşğul olmuş, sonradan isə ağrılarından azad olmaq üçün metadondan istifadə etmişdir. O, fəhləliklə məşğul olmuşdur. Polis əməkdaşları onu Respublika Narkoloji Dispanserinin qapısından aparmışlar. Respublika Narkoloji Dispanseri 42-ci PB-dən təxminən 300-400 metr məsafədə yerləşir. O, saxlanılan dövrdə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, müalicə aldığı dövrdə narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşlarının onunla nə qərəzinin olduğunu bilmir. Onun üzərində metamfetamin olmamışdır. Ona fiziki təsir göstərilmişdir. Sabunçu RPİ-də onu döymüşlər. Birinci dəfə saxlanılan zaman onu 42-ci PBnə aparmışlar. İkinci dəfə saxlanılan zaman onu Sabunçu RPİ-ə aparmışlar, şəxsi axtarış videoçəkilişi də orda olmuşdur. Çəkilişdə üzərində 01 büküm narkotik vasitə olmuşdur. O, Respublika Narkoloji Dispanserdə yoxlanmış, sonra onu 42-ci PB-dən buraxmışlar. Onun üzərində *** *** ** ** saylı nömrə olan mobil telefon olmuşdur. ***-***-**-** saylı nömrə onun adına olmasına baxmayaraq atası işlətmişdir. Bu nömrə üzərindəki mobil telefonda olmamışdır. Hal-hazırda da həmin nömrə işləkdir və atası işlədir. May ayının 30-da Sabunçu RPİ-dən sonra bölməyə gətirilməmişdir. Videoçəkiliş Sabunçu RPİ-də aparılmışdır. Çəkilişin nə üçün idarədə həyata keçirildiyini bilmir. Respublika Narkoloji Dispanseri ilə onun evi arasında təxminən 2 km məsafə olmuşdur. Onun evi Abşeron küçəsi, döngə 3, ev 2A ünvanda yerləşmişdir. Atası da orada yaşamışdır. Onu üzərində narkotik vasitənin olmasını boynuna almadığı üçün idarədə döymüşlər, lakin heç bir xəsarət izi qalmamışdır. May ayının 24-ü saxlanan zaman üzərində mobil telefon olmuşdur. Polis əməkdaşlarının onunla nə problemləri olduğunu bilmir. O, metamfetamin istifadə etməmişdir. Onun saxlanmasında şahid5 iştirak etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman şahid5 iştirak etməmişdir. şahid5 ilk dəfədir ki, məhkəmə iclas zalında görür. şahid7 onu Sabunçu RPİ-də döymüş, lakin onun saxlanmasında iştirak etmişdir. şahid6 onu Sabunçu RPİ-də döymüşdür. Onun üzərində metamfetamin olmamışdır. Ona evindən narkotik vasitə çıxaracaqlarını, 75 yaşlı atasını da həbs edəcəklərini bildirmişdirlər. Ona videoçəkilişdən əvvəl 0.2 qram narkotik vasitə qoyacaqlarını demişdirlər. Barəsində həbs qətimkan tədbiri seçilən zaman o məhkəmədən çıxıb təkrar MSY-yə qayıdacağı üçün ona fiziki təsir göstərəcəklərini bilmişdir, təzyiq altında olduğu üçün məhkəmədə o cür ifadə vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır. O, metamfetamin istifadə etməmişdir. Polis əməkdaşlarının dedikləri ilə razılaşmağının səbəbi, onu 75 yaşlı atasını da həbs etməklə təhdid etmələri olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə ona heç bir təzyiq olmamış, lakin əvvəldən ona məhkəmədə necə ifadə verməli olduğunu demişlər. O, məhkəmədən çıxıb təkrar polis əməkdaşlarının yanına gedəcəyi üçün qorxmuş və məhkəmədə o cür ifadə vermişdir. ***-***-**-** saylı mobil nömrə onun adınadır, həmin nömrədən həm o, həm də atası istifadə etmişdir. Onun atasını 1 kiloqram narkotiklə tutacaqlarını demişdirlər. Atasının əvvəllər məhkumluğu olmamışdır. 077-340-19- ** saylı nömrə anasının adınadır, lakin onun istifadəsində olmuşdur. Saxlanılan zaman həmin nömrə onun üzərində olmuşdur. O, müdafiəçi şahid1 görməmişdir. Məhkəmədə əməliyyatçıların ona öyrətdiyi kimi danışmışdır. Onu saxladıqdan sonra Sabunçu RPİ-yə aparmışlar. O, idarədə müdafiəçini görməmişdir. Müdafiəçini ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə görmüşdür. O, hər gün saat 11:00-da gedib narkoloji dispanserdə dərman qəbul etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 10 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Hərdən fəhləlik edib 15-20 manat pul alıb el arasında “şüşə” kimi deyilən psixotrop maddə alıb istifadə edir. ## ### 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Nardaran qəsəbəsindən Zabrat qəsəbəsinə narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün getmişdi. Həmin vaxt üzdən tanıdığı adını bilmədiyi şəxsdən 01 ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetamin alaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, yaşadığı evin yaxınlığında olarkən münasib bir yer tapıb istifadə etsin. Belə ki, o, Zabrat qəsəbəsindən çıxıb Nardaran qəsəbəsində yerləşən *** nömrəli məktəbin yaxınlığına getmişdir. Saat təxminən 13:10-da orada piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmişlər. Ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində, üzərində saxlamağında, daşımağında və satışını həyata keçirməsi barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək həmin polis bölməsinə getmişdir. Polis Bölməsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuşdur. Bu səbəbdən üzərində olan psixotrop maddəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində psixotrop maddə metafetamin olduğundan istəməmişdir ki, müdafiəçisi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və bu barədə rəsmi ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində “şüşə” adlanan psixotrop maddəni və 2 ədəd 50 qəpik pulları, qolsuz gödəkçəsinin sol yan cibindən 1 ədəd kent markalı siqareti təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd bükümdə içərisində ağ rəngli kristalşəkilli maddəni hansı məqsədlə, haradan və kimdən əldə etməsi barədə soruşulduqda bildirmişdir ki, həmin maddənin “şüşə” olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi 2 ədəd 50 qəpik pul və 1 ədəd kent markalı siqaret özünə geri qaytarılmışdır. Polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd bükümdə olan içərisində ağ rəngli kristalşəkilli maddə möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddə ekspertiza mərkəzinə göndəriləcəkdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metafetamini ## ### 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. O, həmin şəxsi tanımır, sadəcə həmin şəxsi üzdən tanıyır. Həmin şəxs barəsində heç bir məlumatı yoxdur. O, narkotik vasitə və psixotrop maddə aludəçisidir, bu səbəbdən şəxsi istifadəsi üçün psixotrp maddəni əldə edərək üzərində saxlamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Polis əməkdaşları tərəfindən saxlandığı üçün həmin psixtrop maddəni istifadə edə bilməmişdir. Ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır.(cild 1, iş vərəqi 68- 70) Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid5 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatına əsasən o və Bakı şəhər Baş Polis İdarəsinin iki əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. 2024-cü ilin may ayının 30-da saat 13:10 radələrində *** saylı məktəbin qarşısında Təqsirləndirilən şəxs yerini müəyyən edərək saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs 42-ci Polis Bölməsinə gətirilmiş, bölmədə üzərinə baxış keçirilən zaman sağ cibində metamfetamin aşkar edilmişdir. Daha sonra narkotik vasitə ekspertizaya göndərilmişdir. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur, o, şahid6 və şahid7. Əməliyyat məlumatı Baş Polis İdarəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs saat 13:10 radələrində saxlamışlar. O, Sabunçu RPİ NMB-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs piyada şəkildə saxlanılmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs onlar saxlamazdan bir neçə gün əvvəl başqa əməkdaşlar tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə aparılması barədə məlumatı yoxdur. Əməliyyat məlumatı narkotik vasitələrin daşınması və alqı-satqısı ilə məşğul olması barədə olmuşdur. *** nömrəli məktəbin Narkoloji Dispanserin yaxınlığında olub-olmamasını xatırlamır. *** nömrəli məktəb Nardaranda, Narkoloji Dispanser isə Maştağa qəsəbəsində yerləşir. Əməliyyat qrupunun rəhbəri o olmamışdır. Təqsirləndirilən şəxs 42-ci Polis Bölməsinə gətirilən zaman üzərində mobil telefon olubolmamasını xatırlamır. Təqsirləndirilən şəxs bölməyə gətirilən zaman heç bir əşyası növbətçi hissəyə təqdim edilməmişdir. 42-ci polis bölməsi və Sabunçu RPİ arasında məsafə çox yaxın deyil, lakin uzaq da deyil. şahid3 adı ona tanış gəlmir. O, Sabunçu RPİ-də az müddət işləmişdir. 42-ci polis bölməsinin rəis müavinin kim olduğunu xatırlamır. Əməliyyat tədbiri zamanı o öz mobil telefonunu üzərində götürməmiş, avtomobilində saxlamışdır. Hadisənin üstündən çox vaxt keçdiyinə görə bəzi detallar yadından çıxmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra günün geri qalan vaxtında bölmədə olmuşdur. Şəxsi axtarış videoçəkilişi bölmədə təhqiqatçının otağında aparılmış, səhv etmirsə, otaq birinci mərtəbədə yerləşmişdir. 42-ci Polis Bölməsinin əməliyyatı nəticəsində saxlanmış şəxsin üzərinə şəxsi axtarışın İdarədə keçirilməsi halı təcrübəsində olmamışdır. Təqsirləndirilən şəxs barədə ilkin əməliyyattəhqiqat hərəkətləri yekunlaşdıqdan sonra İdarəyə qayıtmışdır. Təqsirləndirilən şəxs Nardaran qəsəbəsində, *** saylı məktəbin qarşısında saxlanılmış və 42-ci PB-ə aparılmışdır. Həmin tarixdə o Sabunçu RPİ-də səhər saatlarında olmuş, geyimini dəyişmiş, mobil telefonunu oraya qoymuş, sonra əməliyyat tədbirinə getmişdir. Mobil telefon üzərində olmayanda digər əməkdaşlarla rabitə qurğuları vasitəsilə əlaqə saxlamışlar. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Onun telefonu idarədə olan vaxt telefonundan başqa şəxsin zəng vura bilməsi mümkündür. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olmasını xatırlamır. Şahid şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sabunçu RPl-nin NMB-nin əməliyyat müvəkkili polis vəzifəsində işləyir, polis Rıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə ## ### 2024-cü il tarixdə Sabunçu rayon Polis idarəsində əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları baş əməliyyat müvəkkili R şahid7 və baş əməliyyat müvəkkili, R şahid6 daxil edilmişlər. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 13:10-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən *** nömrəli məktəbin yaxınlığında müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqı-satqısı ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gəlməyə razılaşmış və həmin şəxsi həmin bölməyə aparmışlar. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparılana kimi tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil şahid1 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu rayon Polis İdarəsinin 42- ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində “şüşə” adlanan psixotrop maddəni və 2 ədəd 50 qəpik pulları, qolsuz gödəkçəsinin sol yan cibindən 1 ədəd kent markalı siqareti təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni ## ### 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, digər qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə içərisində ağ rəngli kristalşəkilli maddə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 99-101) Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid7 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin may ayının 30-da Sabunçu rayonu, Nardaran qəsəbəsində *** saylı məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onu 42-ci Polis Bölməsinə dəvət etmiş, bölmədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Şəxsin üzərindən bir bükümdə ağ rəngdə şəffaf selofanda kristalşəkilli narkotik vasitə aşkar edilmişdir. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur, o, şahid6 və Sabunçu RPİ-nin bir əməkdaşı. Əməliyyat qrupunun rəhbəri Sabunçu RPİ-nin əməkdaşı olmuşdur. Əməliyyat məlumatı Baş Polis İdarəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Nardaran qəsəbəsində saxlamışlar. Təqsirləndirilən şəxs piyada şəkildə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o da orada olmuşdur. Təqsirləndirilən şəxs üzərindən bir büküm kristalşəkilli narkotik vasitə aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra 42-ci Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs onlar saxlamazdan bir neçə gün əvvəl başqa əməkdaşlar tərəfindən saxlanılması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra həmin gün ərzində Sabunçu RPİyə getməmişdir. Hadisə baş verən günü üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirməzdən əvvəl üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirdikdən sonra bölmədə onun hansısa əşyası növbətçi hissəyə verilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar olunub-olunmadığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlayan gün Maştağa qəsəbəsində Narkoloji Dispanserdə olmamışdır. Hadisə baş verməzdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxsla bağlı Narkoloji Dispanserdə olmamışdır. O, Təqsirləndirilən şəxs qarşı fiziki təsir göstərməmişdir. ## ### 2024-cü il saat 13:10-dan 15:25-dək 42-ci PB-də olmuşdur. Təqsirləndirilən şəxs Nardaranda saxlamışlar. Şahid şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, R xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə ## ### 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis idarəsində əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis Rı şahid5 və Bakı şəhər Baş polis idarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, R şahid6 Hüseyin oğlu daxil edilmişlər. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 13:10-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən *** nömrəli məktəbin yaxınlığında müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqı-satqısı ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə getməyə razılaşmış və həmin şəxsi həmin bölməyə aparmışlar. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 42ci Polis Bölməsinə aparılana kimi onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil şahid1 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində “şüşə” adlanan psixotrop maddəni və 2 ədəd 50 qəpik pulları, qolsuz gödəkçəsinin sol yan cibindən 1 ədəd kent markalı siqareti təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni ## ### 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, digər qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə içərisində ağ rəngli kristalşəkilli maddə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 126-128) Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid6 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin may ayının sonlarında şəxs barədə narkotik vasitələrin əldə olunması, daşınması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat məlumatında qeyd olunmuş şəxsin yerinin müəyyənləşdirilməsi üçün əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Nardaran qəsəbəsində *** saylı məktəbin yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 42-ci polis bölməsinə gətirilmişdir. Əməliyyat qrupu 3 nəfərdən - o, şahid7 və digər əməkdaşdan ibarət olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs Nardaran qəsəbəsində *** saylı məktəbin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs piyada şəkildə saxlanılmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs güc tətbiq edilməsi üçün heç bir zərurət yaranmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra 42-ci Polis Bölməsinə gətirmişlər. O, şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ cibindən bir büküm şəffaf kristalşəkilli narkotik vasitə aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Əməliyyat məlumatında narkotik vasitələri istifadəsi, daşıması və satışı barədə məlumat qeyd edilmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra 42-ci Polis Bölməsinə aparmış, orada təhqiqatçının otağında üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxladıqları gün Sabunçu RPİ və Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olub. Hadisə baş verən günü telefonunun üstündə olub-olmadığını xatırlamır, ola bilər ki, telefonu Baş İdarədə qalmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman mobil telefon aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefon və ya pul qabının növbətçi hissəyə təhvil verilməsinin şahidi olmamışdır. şahid2 kim olduğunu bilmir. Səddam adlı şəxs 42-ci Polis Bölməsinin əməkdaşıdır. Səddamın videoçəkilişdə iştirak edib-etmədiyini xatırlamır. 2024cü ilin may ayının 30-da Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə olmamışdır. Təqsirləndirilən şəxs Nardaran qəsəbəsində yerləşən *** saylı məktəbin yanında saxlamışlar. Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserlə *** saylı məktəb demək olar ki, eyni ərazidədir. 42-ci Polis Şöbəsi ilə Sabunçu RPİ bir-birindən uzaq məsafədə yerləşir. O, Təqsirləndirilən şəxs qarşı fiziki təsir göstərməmişdir. Mobil nömrəsinin sonu 00- 27 olmamışdır. ## ### 2024-cü il saat 13:10-dan 15:25-dək o, Nardaran qəsəbəsində olmuşdur. Gün ərzində tədbirin təfərrüatlarını dəqiqləşdirmək üçün Sabunçu RPİ-yə gedibgəldiyi olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 42-ci PB-yə aparmışlar. Şahid şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, R xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə ## ### 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis idarəsində əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis Rı şahid5 və Bakı şəhər Baş polis idarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, R şahid7 daxil edilmişlər. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 13:10da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən *** nömrəli məktəbin yaxınlığında müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqı-satqısı ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Sabunçu rayon Polis İdarəsinin 42ci Polis Bölməsinə gəlməyə razılaşmış və həmin şəxsi həmin bölməyə aparmışlar. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparılana kimi tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil şahid1 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis gölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində “şüşə” adlanan psixotrop maddəni və 2 ədəd 50 qəpik pulları, qolsuz gödəkçəsinin sol yan cibindən 1 ədəd kent markalı siqareti təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni ## ### 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, digər qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə içərisində ağ rəngli kristalşəkilli maddə qablaşdınlaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 129-131) Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Təhqiqatçı şahid2 tərəfindən iş sənədləşdirilmiş və üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən narkotik vasitə aşkar edildiyi üçün iş istintaqa göndərilmişdir. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs telefonu ilə bağlı onu dəvət etmişdir. Telefon nəzarət-baxış bölməsində saxlanılmışdır. Təqsirləndirilən şəxs telefonu şəxsi axtarış zamanı üzərində olmamışdır. Telefon ola bilər ki, onun üzərində olmuş, o da bölmədən çıxmış, sonra geri qayıtmışdır. O, bu telefonu şəxsi marağı üçün istifadə etməmişdir. Şahid şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, adı sonradan onlara Təqsirləndirilən şəxs kimi məlum olan şəxsi qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, alqısatqısı ilə məşğul olması barədə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Bakı şəhər Baş Polis İdarəsinin CAİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə ## ### 2024cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis idarəsində əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis Rı şahid5, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkilləri, polis Rları şahid6 Hüseyin oğlu və şahid7 daxil edilmişlər. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 13:10-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən *** nömrəli məktəbin yaxınlığında saxlanılaraq onu Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirdilər. Onun üzərində özünə məxsus olan mobil telefonu əməliyyat müvəkkilləri polis bölməsinin növbətçi hissəsinə təhvil vermişdilər. Sonradan həmin şəxsin üzərində şəxsi axtarış aparılması üçün təhqiqatçıya təhvil verilmişdir. Sonradan ona məlum olmuşdur ki Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. O da həmin narkotik vasitənin mənbəyini öyrənmək üçün həmin şəxsə məxsus olan “Vertex” markalı sadə qara rəngli mobil telefonu bölmənin növbətçi hissəsindən götürüb üzərində saxlamışdır ki, zəng və ya sms gəldiyi təqdirdə həmin istiqamətdə əməliyyat tədbirləri keçirərək narkotik vasitənin mənbəyini müəyyən etsinlər. Həmin telefonu üzərində gəzdirmişdir. ## ### 2024-cü il tarixdə xidməti zərurətlə əlaqədar olaraq Sabunçu rayonu ərazisində bir neçə ünvanda olmuşdur. Ola bilsin ki, həmin şəxsin istifadəsində olan mobil nömrənin anten məlumatları o olduğu ünvanları yəni, diskə baxış zamanı aşkar olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan 099-755-79-72 «xxxx» GSM nömrəyə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatlar olan həmin mobil telefon ondadır. Həmin mobil telefonu istintaqa təqdim edə bilər. Məlum olduğu kimi narkotik vasitələrin istifadə və satışı cinayətlərinin sayı günü gündən çoxaldığı üçün həmin sahədə bir sıra əməliyyat axtarış tədbirləri keçirtmək üçün narkotik vasitələrlə bağlı saxlanılan şəxslərin mobil telefonlarından əməliyyat yolu ilə istifadə olunaraq əlaqəli şəxslərin olduqları yer və şəxsiyyətləri müəyyənləşdirilir. O da bu səbəbə telefonu özündə saxlamışdır. (cild 1, iş vərəqə 137-140) İbtidai istintaq zamanı verdiyi ifadəsi birinci instansiya məhkəmə iclasında elan edildikdən sonra şahid şahid3 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, telefon narkotik vasitələrin satışı ilə bağlı sübutları əldə etmək üçün yoxlanılmış, lakin heç bir şey tapılmadığı üçün telefon avtomobilində qalmışdır. Təqsirləndirilən şəxs telefonundan sübut əhəmiyyətli heç bir şey aşkar edilməmişdir. Sonradan müstəntiq onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs məxsus telefonun onda qalıb-qalmadığını soruşmuş, o da telefonu aparıb bölməyə təhvil vermişdir. Telefonda olan nömrəni hazırda xatırlamır. Mobil telefonda olan nömrəni müstəntiq müəyyən etmişdir. Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilmiş nömrənin necə olduğunu xatırlamır. Onun mobil telefonu Təqsirləndirilən şəxs saxlanılan gün üzərində və ya avtomobilində olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, mobil telefondan istifadə edir. Onun mobil nömrəsi ***-***-**-** saylı nömrədir və mobil telefonundadır. Bu nömrəni yalnız o istifadə etmişdir və uzun müddətdir ki, onun istifadəsində olmuşdur. O hazırda bağlara gedib fəhləlik edir, Ləhic bağları adlanan ərazidə işləyir. Oğlu Nasir saxlanılan günü onun mobil telefonu üzərində olmuşdur. Həmin gün telefonu ilə kiminləsə danışıb-danışmadığını xatırlamır. Nardaran ərazisində “Halal Petrol” adlanan ərazini tanıyır, yaşadığı evin qarşısında yerləşir. Oğlu saxlanılan gün, yəni 2024-cü ilin may ayının 30-da Zabrat qəsəbəsində olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, onun istifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. 42-ci PB Nardaran qəsəbəsində yerləşir. 050-334-78-65, 055-234-78-65 və ***-***-**-** saylı mobil nömrələr onun istifadəsində olmuşdur. ***-***-**-** saylı mobil nömrəsi işlək olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi qismində büroya daxil olmuş qərar nəticəsində təyin olunmuşdur. 42-ci PB-də Təqsirləndirilən şəxs görmüşdür. Təhqiqatçı ilə arasında telefon danışığının olub-olmadığını xatırlamır. Vəkil bürosu Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşir. Ola bilsin ki, həmin vaxt onun mobil telefonu büroda qalmışdır. Hadisələrin üzərindən çox vaxt keçdiyi üçün bəzi halları xatırlamır. Telefonu büroda qalan vaxt başqa şəxslərin onun telefonu ilə danışıq edib-etmədiyini bilmir. 051-388- 78-65 və ***-***-**-** saylı mobil nömrələr onun adına olsa da, ailə üzvlərinin istifadəsində olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı ilkin istintaq hərəkətləri 42-ci PB-nin inzibati binasında, onun xidməti otağında həyata keçirilmişdir. 2024-cü ilin may ayından sonra o otağını dəyişmişdir. Həmin otaqda təmir işləri getmiş, lakin gözəçarpan qədər əsaslı dəyişikliklər olmamışdır. O, xidməti otağında tək oturmamış, ondan başqa üç əməkdaş da olmuşdur. Təqsirləndirilən şəxs Baş İdarənin əməliyyat tədbiri əsasında saxlanmış, idarənin əməkdaşları onların əməkdaşları ilə birgə tədbir keçirmişdirlər. Təqsirləndirilən şəxs üzərindən səhv etmirsə, mobil telefon aşkar edilməmişdir. Təqsirləndirilən şəxs telefonu nəzarət buraxılış məntəqəsində təhvil alınmışdır. Təqsirləndirilən şəxs müqavilə vəkili çağıra bilərdi. Onlar sonuncuya dövlət hesabına müdafiəçi təyin etmiş, buna görə ərizə almışlar. Ərizəni o da, müstəntiq də qeydiyyatdan keçirə bilərdi, yəni ola bilər ki, müstəntiq ərizəni idarədə qeydiyyatdan keçirmişdir. İdarə ilə bölmə arasında 25 km məsafə olar. Ərizəni alan zaman ola bilsin ki, bölmənin dəftərxanası fəaliyyətdə olmamış, buna görə də idarədə qeydiyyata alınmışdır. Onun istifadəsində olan mobil nömrənin sonu “05” və “02” ilə bitmişdir. Yəqin ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun mobil telefonu üstündə olmuşdur. O, Sabunçu RPİ-yə tez-tez gedib-gəlmişdir. İlkin təhqiqat hərəkətlərini Sabunçu RPİ-də keçirməyi mümkün olmamışdır. Ola bilsin ki, o növbəsi bitdikdən sonra idarəyə getmiş, həmin vaxt kimisə tutduqlarını bildirdikləri üçün təkrar bölməyə qayıtmışdır. “Şübhəli şəxsin tutulması haqqında” ## ### 2024-cü il tarixli protokoldan və həmin tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə, saat 14:35- də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni ## ### 2024-cü il tarixdən, saat 13:10-dan tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 23- 24) Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş, müdafiəçisi şahid1 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 33) “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ### 2024-cü il tarixli qərar və həmin tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində ağ rəngli psixotrop maddəyə bənzər maddə, 02 ədəd 50 qəpiklik pulu və əynindəki qolsuz qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Kent” markalı siqaret təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün el arasında şüşə kimi tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin bükülünü ##.##.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını bildirir. Üzərindən aşkar edilən 02 ədəd 50 qəpik pul və bir ədəd “Kent” markalı siqaret qutusu heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (cild 1, iş vərəqə 34-36) Məhkəmə-kimyəvi ekspertizasının ## ### 2024-cü il tarixli, *-**-**/*-*/**** saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № **” dairəvi möhür əksi olan, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,360 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il ## #### tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 2,360 qram, tədqiqata sərf edildi - 0,1 qr, qalıq 2,260 qram. (cild 1, iş vərəqə 44-48) “Diskə baxış keçirilməsi haqqında” ## #### 2024-cü il tarixli protokoldan görünür ki, otaqda ümumilikdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 oğlu, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis Rı şahid5, Bakı şəhər Baş polis idarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, R şahid6 Hüseyin oğlu, Bakı şəhər Baş polis idarəsinin Cinayət Axtarış İdarəsinin baş məliyyat müvəkkili, R şahid7 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu görünür. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins alvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində ağ rəngli psixotrop maddəyə bənzər maddə, 02 ədəd 50 qəpik pulu və əynindəki qolsuz qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Kent” markalı siqaret təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün el arasında şüşə kimi tanıdığı narkotik vasitə olduğunu qeyd edir. Həmçinin Təqsirləndirilən şəxs həmin bükülünü ##.##.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını bildirir. Üzərindən aşkar edilən 02 ədəd 50 qəpik pul və bir ədəd “Kent” narkalı siqaret qutusu heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı başqa əşya və ya predmet aşkar edilmir. (cild 1, iş vərəqə 57) Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar olunan şəxsin özü olduğunu bildirdi. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 123-124) “Diskə baxış keçirilməsi haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan 099-755-79-72 «xxxx» GSM nömrəyə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatlar 01 ədəd CD diskdə “xxxx” MMC-dən götürülmüşdür. Baxış keçirildikdə diskin yaddaşında olan fayllar açılaraq, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. (cild 1, iş vərəqə 136) “Götürmə aparılması haqqında” ## ###### 2024-cü il tarixli qərar və həmin tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş şahid3 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs məxsus “Vertex” markalı sadə qara rəngli mobil telefon götürülmüşdür. (cild 1, iş vərəqə 141-142) “Mobil telefona baxış keçirilməsi haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, telefonun üzərində 099-755-79-72 “xxxx” GSM nömrəsinin olması aşkar edilmişdir. (cild 1, iş vərəqə 145) “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, şahid şahid6 istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 12:00:00 - ##.##.2024 16:00:00-dək Xaçmaz rayonu, Ləcət kəndi ərazisində çıxmış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 12:59:53-də Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev 25, ##.##.2024 15:59:54-də Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 ərazisində çıxmış, Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 12:29:37-##.##.2024 13:26:36- dək Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Oskar Əfəndiyev küçəsi,ev 6v, ##.##.2024 14:26:36 və ##.##.2024 14:43:43-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C ərazisində çıxmışdır. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 məxsus ********* saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 12:58:44 ; ##.##.2024 13:16:35; ##.##.2024 13:18:18-də ünvan 4 ünvanında çıxmış, ##.##.2024 13:57:53 və ##.##.2024 14:23:14-də ünvan 3 ünvanında çıxmış, ##.##.2024 14:54:43 və ##.##.2024 15:58:44-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Mehmandarov küç 183 ünvanında çıxmışdır. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 məxsus ********* saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 13:17:00-##.##.2024 15:53:35-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi ünvanında çıxmışdır. Əməliyyatçı şahid7 məxsus ********* saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 14:07:42-dən ##.##.2024 15:49:42-dək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, ünvan 2 ünvanında çıxmış, ##.##.2024 12:35:37-dən ##.##.2024 12:47:46-dək və ##.##.2024 13:46:47-dən ##.##.2024 13:58:56-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, *** saylı qazanxanada çıxmışdır. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 məxsus ********* saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 12:00:00 - ##.##.2024 16:00:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 69 və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev 25 ərazilərində çıxmışdır. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, əməliyyatçı şahid5 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatları saat 12:42-dən 15:15-dək Bakıxanov qəsəbəsi ərazisində çıxmış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatları saat 13:44-dən 14:08-dək Bakıxanov qəsəbəsi ərazisində çıxmış, Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 məxsus ********** saylı mobil nömrənin anten məlumatları saat 12:58-dən 15:58-dək olan saatlarda Bakıxanov qəsəbəsi, “Fidan” şadlıq sarayı ərazisində çıxmışdır. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 məxsus ********** saylı mobil nömrənin anten məlumatları ##.##.2024- cü il tarixdə saat 10:51-də Zabrat qəsəbəsi ərazisində, 10:54:34-dən 11:02:45-dək Bakı şəhəri, Sabunçu rayonu., Elşən Mehdiyev küçəsi döngə 1 ərazisində çıxmışdır. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 məxsus ********* saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024-cü il tarixdə saat 11:23:12-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi,ev 6v ərazisində, 11:48:10- da Bakı şəhəri,Sabunçu rayonu, S.Mehmandarov 4 ərazisində çıxmışdır. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili şahid1 məxsus ********* saylı mobil nömrənin anten məlumatları ##.##.2024-cü il tarixdə, saat 19:26:53-dan ##.##.2024cü il tarix, saat 09:00:48-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Maştağa yolunun kənarı ərazisində çıxmışdır. Birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq düzgün olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə materialları bir daha araşdıraraq qeyd edir ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ## ###### 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Fadin Rusiyaya qarşı” ş üzrə ##.##.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq - hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8- ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə kollegiyası verilmiş protestin dəlilləri ilə bağlı qeyd edir ki, ilkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və satışına dair polis orqanına əməliyyat məlumatı daxil olmuş, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ## ### 2024-cü il tarixli qərarda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirlərin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmış, həmin tarixli “əməliyyat qrupunun yaradılması barədə” əmr ilə də Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis Rı şahid5 Nadir oğlu, Bakı şəhər Baş polis idarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, R şahid6 Hüseyin oğlu və Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili R şahid7 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı, R şahid2 ## ### 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 2024-cü ilin may ayının 24-ü üç nəfər polis əməkdaşının Respublika Narkoloji Dispanserin həyətində olan zaman onu saxlayaraq 42-ci polis bölməsinə apardığını, ona narkotik vasitədən istifadə etdiyini bildirdiklərini, qan analizi təmiz olduğu üçün buraxdıqlarını, təxminən 5-6 gün sonra, may ayının 30-da eyni polis əməkdaşlarının onu yenidən saxlayaraq Sabunçu RPİ-nə apardıqlarını, orada cibinə 02 qram metamfetamin yerləşdirib videoçəkiliş vasitəsilə üzərinə baxış həyata keçirdiklərini, Respublika Narkoloji Dispanserdə yatmadığını, ora sadəcə ağrılarından azad olmaq üçün metadon istifadə etmək üçün getdiyini, tutulmamışdan təxminən 3 ay olarmış ki, metadon istifadə etdiyini, həbs olunub azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etmədiyini, azadlığa çıxıb işlə məşğul olduğunu, sonradan isə ağrılarından azad olmaq üçün metadondan istifadə etdiyini, fəhləliklə məşğul olduğunu, polis əməkdaşlarının onu Respublika Narkoloji Dispanserinin qapısından aparmaqlarını, Respublika Narkoloji Dispanseri 42-ci PB-dən təxminən 300-400 metr məsafədə yerləşdiyini, müalicə aldığı dövrdə narkotik vasitədən istifadə etmədiyini, polis əməkdaşlarının onunla nə qərəzinin olduğunu bilmədiyini, üzərində metamfetamin olmadığını, ona fiziki təsir göstərildiyini, Sabunçu RPİ-də polislər tərəfindən döyüldüyünü, birinci dəfə saxlanılan zaman 42-ci PB-nə aparıldığını, ikinci dəfə saxlanılan zaman idarəyə aparıldığını, şəxsi axtarış videoçəkilişinin də idarədə oluğunu, üzərində *** *** ** ** saylı nömrə olan mobil telefon olduğunu, ***-***- **-** saylı nömrənin onun adına olduğunu, amma həmin nömrəni atasının işlətdiyini, həmin nömrənin üzərindəki mobil telefonda olmadığını, hal-hazırda da həmin nömrənin işlək vəziyyətdə olduğunu və atasının işlətdiyini, 2024-cü ilin may ayının 30-da Sabunçu RPİ-dən sonra bölməyə gətirilmədiyini, videoçəkiliş Sabunçu RPİ-də aparıldığını, çəkilişin nə üçün idarədə həyata keçirildiyini bilmədiyini, Respublika Narkoloji Dispanseri ilə onun evi arasında təxminən 2 km məsafə olduğunu, üzərində narkotik vasitənin olmasını boynuna almadığı üçün idarədə döyüldüyünü, heç bir xəsarət izinin qalmadığını, 24 May 2024-cü ildə saxlanan zaman üzərində mobil telefon olduğunu, metamfetamin istifadə etmədiyini, onun saxlanmasında şahid5 iştirak etmədiyini, üzərinə şəxsi axtarış keçirilən zaman şahid5 iştirak etmədiyini, şahid7 onu Sabunçu RPİ-də döydüyünü, saxlanmasında iştirak etdiyini, şahid6 onu Sabunçu RPİ-də döydüyünü, üzərində metamfetamin olmadığını, ona qarşı fiziki təsir olunduğunu, polislərin ona evindən narkotik vasitə çıxaracaqlarını, 75 yaşlı atasını da həbs edəcəklərini bildirdiklərini, polislərin ona videoçəkilişdən əvvəl 0.2 qram narkotik vasitə qoyacaqlarını dediklərini, barəsində həbs qətimkan tədbiri seçilən zaman onun məhkəmədən çıxıb təkrar MSY-yə qayıdacağı üçün ona fiziki təsir göstərəcəklərini bildiyini, təzyiq altında olduğu üçün məhkəmədə o cür ifadə verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadığını, polis əməkdaşlarının dedikləri ilə razılaşmağının səbəbini, onu 75 yaşlı atasını da həbs etməklə təhdid etmələri olduğunu, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə ona heç bir təzyiq olunmadığını, lakin polislərin əvvəldən ona məhkəmədə necə ifadə verməli olduğunu dediklərini, məhkəmədən çıxıb təkrar polis əməkdaşlarının yanına gedəcəyi üçün qorxduğunu, ona görə də məhkəmədə o cür ifadə verdiyini, ***-***-**-** saylı mobil nömrənin onun adına olduğunu, həmin nömrədən həm o, həm də atasının istifadə etdiyini, ***-***-**-** saylı nömrənin anasının adına olduğunu, lakin onun istifadəsində olduğunu, saxlanılan zaman həmin nömrənin onun üzərində olduğunu, ***-***-**-** saylı mobil nömrənin isə onun adına olduğunu, lakin atasının istifadəsində olduğunu, müdafiəçi şahid1 görmədiyini, həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə əməliyyatçıların ona öyrətdiyi kimi danışdığını, saxlanıldıqdan sonra Sabunçu RPİ-yə aparıldığını, idarədə müdafiəçini görmədiyini, müdafiəçini ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə gördüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, şahid3 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxsn məxsus olan “Vertex” markalı sadə qara rəngli mobil telefon götürülərək ona baxış zamanı telefonun üzərində 099-755-79-72 “xxxx” GSM nömrəsinin olması aşkar edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs atası Təqsirləndirilən şəxs Əkbər oğlu ifadəsində mobil telefondan istifadə etdiyini, ***-***-**-** saylı nömrə işlətdiyini, həmin mobil nömrənin hazırda telefonunda olduğunu, həmin nömrəni yalnız onun istifadə etdiyini, oğlu Təqsirləndirilən şəxs saxlanılan günü mobil telefonunun üzərində olduğunu, Təqsirləndirilən şəxs saxlanılan gün, yəni 2024-cü ilin may ayının 30-da onun, Zabrat qəsəbəsində olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiəçi “Vertex” markalı sadə qara rəngli mobil telefonun məhkəmə prosesinə gətirilməsini və sübut qismində tədqiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək “Vertex” markalı sadə qara rəngli mobil telefon məhkəyə gətirilmiş, cinayət işinin materiallarına əlavə edilmiş, həmin mobil telefon məhkəmə iclasında müdafiə və ittiham tərəfinin iştirakı ilə tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsn məxsus olan “Vertex” markalı sadə qara rəngli mobil telefonun daxilində nəinki 099-755-79-72 “xxxx” GSM nömrəsi, ümumiyyətlə heç bir mobil nömrə yoxdur. Bununla bağlı məhkəmə tərəfindən Sabunçu RPİ-nə sorğu verilərək “Vertex” markalı mobil telefonun daxilində olmuş nömrənin məhkəməyə göndərilməsi bildirilmişdir. Sabunçu RPİ-dən daxil olmuş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, həmin mobil telefonda nömrənin olmaması icraatda olan cinayət işləri üzrə təsirləndirilən şəxslərdən götürülərək seyfdə saxlanılan mobil telefonların arasında saxlanılan zaman itmiş olmasıdır. Cinayət işinin istintaq materiallarında olan şahid şahid3 dindirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokolda şahid şahid3 bildirmişdir ki, o təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus mobil telefonu üzərində saxlayaraq gəzdirmişdir ki, zəng və ya sms gəldiyi təqdirdə həmin istiqamətdə əməliyyat tədbirləri keçirdərək narkotik vasitənin mənbəyini müəyyən etsinlər. Ola bilsin ki, Nasirin istifadəsində olan mobil nömrənin anten məlumatları o olduğu ünvanları göstərir. İşdə olan ## ###### 2024-cü il tarixli götürmə aparılması haqqında qərarda göstərilmişdir ki, iş üzrə şahid şahid3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus olan “Vertex” markalı mobil telefon götürülmüşdür. Nəzərə alsaq ki, təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və təqsirləndirilən şəxsə məxsus mobil telefonu həmin tarixdə polis əməkdaşı şahid3 əməliyyat tədbirləri keçirmək məqsədi ilə götürərək üzərində saxlamış və ## ###### 2024-cü ildə isə həmin mobil telefonu istintaqa təhvil vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə məxsus mobil telefon beş aydan artıq müddətdə (##.##.2024 – ##.##.2024) polis əməkdaşında qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məxsus mobil telefonun beş aydan artıq müddətə polis əməkdaşında qalmasının nə ibtidai istintaq orqanı tərəfindən, nə də şahid qismində dindirilmiş polis əməkdaşı tərəfindən ağlabatan və məntiqi izahı olmamışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxsin üzərindən mobil telefon aşkar edilməsi nə şəxsi axtarış və götürmə aparılması haqqında protokolda, nə də həmin protokolun mənbəyi olan şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsündə öz əksini tapmamışdır. Yalnız şahid qismində dindirilmiş polis əməkdaşı şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində mobil telefon olduğunu, həmin mobil telefonu bölmədə növbətçi hissəyə təhvil verdiklərini, daha sonra növbətçi hissədən götürüb şəxsi axtarış aparılması üçün təhqiqatçıya təhvil verildiyini bildirmişdir. Müstəntiq tərəfindən tərtib edilərək imza edilmiş ## ###### 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs məxsus olan “Vertex” markalı sadə qara rəngli mobil telefonun daxilində 099-755-79-72 “xxxx” GSM nömrəsinin olması qeyd edilsə də, müdafiə tərəfi israrla mobil telefonda 099-755-79-72 nömrəsinin deyil, məhz 077-340-19-57 nömrəsinin olduğunu bildirməsi, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Əkbər oğlunun da 099- 755-79-72 nömrəsinin ona məxsus olduğunu və öz istifadəsində olduğunu bildirməsi, həmçinin, ibtidai istintaq orqanında qeyd edilən nömrənin itməsi nəticəsində həmin nömrənin məhkəməyə təqdim edilməsinin mümkün olmaması təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus olan “Vertex” markalı mobil telefonun daxilində 099-755-79- 72 “xxxx” GSM nömrəsinin aşkar edilməsini və ümumilikdə müstəntiq tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolun həqiqiliyini və mötəbərliyini şöbhə altına alır. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ## ### 2024-cü il tarixdə saxlanılan zaman polis əməkdaşlarının onu Sabunçu RPİ-nin 42-ci PB-nə deyil, Sabunçu RPİ-ə apardıqlarını, idarədə polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulduğunu və üzərinə videokamera ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin İdarədə olduğunu bildirmişdir. Cinayət işinin materiallarında göstərilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 13:10-da saxlanılaraq Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,360 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfi vəsatət verərək təhqiqatçı şahid2 və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisi olmuş şahid1 sahibliyində və istifadəsində olan mobil nömrələrin müəyyən edilməklə həmin nömrələrin ## ### 2024-cü il saat 12:00-dan ##.##.2024-cü il saat 16:00-dək anten dairəsinin müəyyən edilməsi üçün “Azercell”, “xxxx”, “xxxx” mobil rabitə operatorlarına sorğu verilməsi, iş üzrə şahidlər şahid5 istifadəsində olan 050-203-73-37, şahid6 Hüseyin oğlunun istifadəsində olan 070-509-00-27, şahid7 istifadəsində olan 055-295-25-35, şahid3 istifadəsində olan 051-919-11-19 mobil nömrələrin ## ### 2024-cü il saat 12:00-dan ##.##.2024-cü il saat 16:00-dək anten dairəsinin müəyyən edilməsi üçün “Azercell”, “xxxx”, “xxxx” mobil rabitə operatorlarına sorğu verilməsi, bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 077-340-19-57 mobil nömrənin ## ### 2024-cü il saat 12:00-dan ##.##.2024-cü il saat 16:00-dək anten dairəsinin müəyyən edilməsi üçün “xxxx” rabitə operatoruna sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək mobil operatorlara müvafiq sorğular verilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmiş və həmin sənədlər məhkəmə iclasında müdafiə və ittiham tərəfinin iştirakı ilə tədqiq edilmişdir. Belə ki, “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42- ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024-cü il, saat 13:44- dən 14:08-dək olan müddət ərzində Bakıxanov qəsəbəsi ərazisində olmuşdur. Bundan başqa, “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42- ci Polis Bölməsinin təhqiqatçısı, R şahid2 məxsus ********* saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024 13:17:00-##.##.2024 15:53:35-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi ünvanında olmuşdur. Bundan başqa, “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, əməliyyatçı şahid5 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatları ##.##.2024-cü il, saat 12:42-dən 15:15-dək Bakıxanov qəsəbəsi ərazisində olmuşdur. Məhkəmə qeyd edir ki, ilkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2024-cü il, saat 14:35-də Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı şahid2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, həmin gün saat saat 15:00-dan 15:25-ə qədər olan müddətdə Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Qeyd edilməlidir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci X2 qəsəbəsi, Sabunçu Rayon Polis İdarəsi isə Bakıxanov qəsəbəsində yerləşir. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il, saat 14:35-də Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı şahid2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, həmin gün saat 15:00-dan 15:25-ə qədər olan müddətdə Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin, təhqiqatçının istifadəsində olmuş mobil nömrənin anten dairə məlumatlarına əsasən həmin müddət ərzində, yəni ##.##.2024-cü il, saat 14:35-də şübhəli şəxsin tutulması və ##.##.2024-cü il, 15:00-dan 15:25-dək şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti keçirilən zaman təhqiqatçı şahid2 42-ci PB-də deyil, ##.##.2024- cü il saat 13:17:00 - ##.##.2024-cü il saat 15:53:35dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi ünvanında olmuşdur. Maraqlı hal isə ondan ibarətdir ki, Sabunçu Rayon Polis İdarəsi elə məhz Bakıxanov qəsəbində yerləşir. Təhqiqatçının ##.##.2024 13:17:00 - ##.##.2024 15:53:35dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olmasına baxmayaraq, Nardaran qəsəbəsində yerləşən 42-ci polis bölməsində onun tərəfindən Təqsirləndirilən şəxs ##.##.2024-cü il, saat 14:35-də şübhəli şübhəli şəxs qismində tutulması və 15:00-dan 15:25dək Nasirin Həsənovun üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti keçirilməsinin ağlabatan və məntiqi izahı olmamışdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, həm şəxsi axtarış və götürmə aparılması haqqında protokolda, həm də həmin protokolun mənbəyi olan videogörüntüdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşı şahid5 həmin istintaq hərəkətində iştirak etdiyi müəyyən edilmişdir. Lakin, şahid5 məxsus ********** saylı mobil nömrənin anten dairə məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, o, ##.##.2024-cü il, saat 12:42-dən 15:15-dək Bakıxanov qəsəbəsi ərazisində olmuşdur. Beləliklə polis əməkdaşı, iş üzrə şahid qismində dindirilmiş şahid5 ##.##.2024-cü il, saat 12:42-dən 15:15-dək Bakıxanov qəsəbəsində olmasına baxmayaraq, Nardaran qəsəbəsində yerləşən 42-ci polis bölməsində həmin gün saat 15:00dan 15:25-dək Nasirin Həsənovun üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti keçirilməsində iştirak etməsi məntiqi görünmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şübhəli şəxsin tutulması haqqında ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm ilkin təhqiqat zamanı, həm də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili şahid1 istifadəsində olan mobil nömrələrin anten məlumatlarına əsasən o, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və üzərinə şəxsi axtarış keçirilməsi zamanı nə Nardaran qəsəbəsində yerləşən 42ci PB-də, nə də ünvan 5 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsində deyil, məhz Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsində olmuşdur. Yaranmış ziddiyətlə əlaqədar olaraq müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili şahid1 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və ifadəsində bildirmişdir ki, istifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. 42-ci PB Nardaran qəsəbəsində yerləşir. 050-334-78-65, 055-234-78-65 və ***- ***-**-** saylı mobil nömrələr onun istifadəsində olmuşdur. ***-***-**-** saylı mobil nömrəsi işlək olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi qismində büroya daxil olmuş qərar nəticəsində təyin olunmuşdur. 42-ci PB-də Təqsirləndirilən şəxs görmüşdür. Təhqiqatçı ilə arasında telefon danışığının olub-olmadığını xatırlamır. Vəkil bürosu Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşir. Ola bilsin ki, həmin vaxt onun mobil telefonu büroda qalmışdır. Hadisələrin üzərindən çox vaxt keçdiyi üçün bəzi halları xatırlamır. Telefonu büroda qalan vaxt başqa şəxslərin onun telefonu ilə danışıq edib-etmədiyini bilmir. 051-388- 78-65 və 050- ***-**-** saylı mobil nömrələr onun adına olsa da, ailə üzvlərinin istifadəsində olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, müdafiəçinin istifadəsində olmuş 050-334- 78- 65, 055-234-78-65 və ***-***-**-** saylı mobil nömrələrin olduğu mobil telefonun vəkil bürosunda qalması həqiqəti əks etdirmir. Belə ki, Bakı Şəhəri * saylı vəkil bürosu Bakıxanov qəsəbəsi Mehmandarov 1 ünvanında yerləşir. Lakin həmin nömrələrin anten dairə məlumatları ilə müəyyən edilmişdir ki, müdafiəçi şahid1 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və üzərinə şəxsi axtarış keçirilməsi zamanı Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsində olmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, müdafiəçi mobil telefonunun vəkil bürosunda qaldığını bildirsə də, həmin mobil telefonda olan nömrələr vasitəsi ilə yuxarıda qeyd edilən vaxtlarda (saat, dəqiqə) danışıq-zəng əməliyyatı aparılmışdır. Ona görə də, məhkəmə müdafiəçinin ifadəsində göstərdiyi xüsusatları həqiqəti əks etdirməyən ifadə kimi qiymətləndirir. Göründüyü kimi ## ### 2024-cü il tarixli “vəkilin şübhəli şəxsə təqdim edilməsi” haqqında protokolda, “şübhəli şəxsin tutulması” haqqında qərar və protokolda, “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi” haqqında protokolda, “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi” haqqında protokolda, “şəxsi axtarış və götürmə aparılması” haqqında qərarda müdafiəçinin iştirakı formal olaraq qeyd edilmiş, müdafiəçi şahid1 həmin sənədləri sonradan imza etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-ə ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən imza edilmiş 42-ci PB-ə verilmiş həmin ərizənin üzərinə vurulmuş “daxil olma” möhürü 42-ci polis bölməsinə deyil, Sabunçu RPİ-ə məxsus möhürdür. Bu hal onu deməyə əsas verir ki, həmin ərizə 42-ci polis bölməsinə deyil, məhz Sabunçu RPİ-də yazılmış və ərizə idarədə qeydiyyatdan keçirilmişdir. Həmin ərizənin Sabunçu RPİdə qeydiyyatdan keçirilməsinin ağlabatan və məntiqi izahı olmamışdır. Yuxarıda sadalanan hallar Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə aparılması, bölmədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması və üzərində şəxsi axtarış və götürmə aparılması ilə bağlı məhkəmə kollegiyasında əsaslı şübhələr yaratmışdır. Hazırki halda iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi “polis əməkdaşları tərəfindən saxlanılan zaman 42-ci PB-nə deyil Sabunçu Rayon Polis İdarəsinə aparılmasını, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamasını, aşkar edilmiş psixotrop maddənin polislər tərəfindən onun üzərinə qoyulmasını, idarədə üzərinə şəxsi axtarış və baxış keçirilməsini, müdafiəçi şahid1 idarədə görmədiyini, yalnız barəsində həbs qətimkan tədbiri keçirilən zaman məhkəmədə görməsini” mübahisəsiz edir. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini əsaslı sayaraq ona elan olunan bəraətin əsasına qoyur, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrə isə tənqidi yanaşaraq onları qəbul etmir. Məhkəmə kollegiyası ittiham tərəfindən mübahisələndirilən hökmlə razılaşaraq qeyd edir ki, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş şahid7, şahid6 və şahid5 şahid qismində dindirmə protokollarındakı ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, sonuncuların bu ifadələri hazır şəkildə yazılaraq onlara imzalatdırılmışdır, şahidlərin həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıyır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamin gəzdirməsinə dair ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici izahatı və sonrakı mərhələdə verdiyi etirafedici ifadəsi təqsirləndirilən şəxsin həqiqi iradəsini əks etdirmir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 13:10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən *** nömrəli məktəbin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 42ci Polis Bölməsinə aparılmış, həmin Polis Bölməsinin təhqiqatçısı tərəfindən 14:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 15:00 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu vaxtdan 1 saat 50 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulmasından sonra üzərinə 1 saat 50 dəqiqə sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 1 saat 50 dəqiqə vaxtın keçməsi psixotrop maddənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Məhkəmə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı bir sıra xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı şahid2 tərəfindən ** saylı Vəkil Bürosunun vəkillərinin növbətçilik siyahısı iş materiallarına əlavə edilərək müdafiəçi dəvət edilməsi barədə qərar qəbul edilib həmin Vəkil Bürosuna göndərilmişdir. Həmin Vəkil Bürosunun vəkili şahid1 Təqsirləndirilən şəxs təqdim olunması barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs da hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. ## ### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulması barədə həmin gün saat 14:35-də tərtib olunmuş protokolla o və müdafiəçisi Vüqar Nəcəfov elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçinin həmin protokolda, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası vardır. Lakin cəmi 25 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində və ərizəsində göstərmişdir ki, “...müdafiəçinin iştirakı olmadan üzərimə baxış keçirilməsinə etiraz etmir”. Halbuki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində vəkili ümumiyyətlə idarədə görmədiyini, ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə gördüyünü bildirmişdir. Bu xüsusat da öz-özlüyündə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkildən imtina etməsi hissədə verdiyi həmin izahatın və ərizənin həqiqəti əks etdirməməsinə, Təqsirləndirilən şəxs həmin ifadəsini və ərizəsini təsir altında imza etməsi barədə dəlillərinin əsaslı olmasına dəlalət edir. “Şübhəli şəxsin məhkəmənarkoloji ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan, ilkin izahatdan, “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” ## ### 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs izahatını almış, onu məhkəmə-narkoloji ekspertiza təyin olunması ilə bağlı qərarla, məhkəmə fiziki-kimyəvi ekspertizasının ## ### 2024-cü il tarixli *-**-**/*-*/**** saylı rəyi ilə tanış etmişdir. Protokollar və ilkin izahat şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Göründüyü kimi şübhəli şəxs Təqsirləndirilən şəxs tutulan zaman müdafiəçi ilə təmin edilməsini tələb etmiş, şəxsi axtarış keçirilən zaman isə qeyri müəyyən səbəbdən müdafiəçidən imtina etmiş, lakin şəxsi axtarış istintaq hərəkətindən sonrakı zəruri sənədlərdə vəkilin iştirakı göstərilməklə, Təqsirləndirilən şəxs yenidən həmin müdafiəçi ilə təmin edilmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkildən imtina etməsi ilə bağlı ərizənin sonuncu tərəfindən yazılmasına, həmin ərizənin doğruluğuna və mötəbərliyinə əsaslı şübhələr yaradır. Bütövlükdə, müşahidə olunan bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəxsin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qismində tutulma haqqında protokolun tərtibi prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etməsi ağlabatan və real hesab oluna bilməz. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şübhəli şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli olan, şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək vəzifəsini daşıyan təhqiqatçının hərəkətləri müdafiə hüququnun kobud şəkildə pozulması ilə nəticələnən vəziyyət yaratmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ## ### 2024-cü il tarixdə, saat 19:00-dan 19:30-dək olan müddət ərzində müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilmiş, həmin dindirmə protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi şahid1 və müstəntiq tərəfindən imza edilmişdir. Bu hissədə məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi Bakı şəhəri * saylı vəkil bürosunun vəkili şahid1 istifadəsində olmuş mobil nömrələrin anten dairə məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-də ## ### 2024-cü il tarixdə, saat 19:00-dan 19:30-dək olan müddət ərzində müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən zaman müdafiəçi orada olmamış, həmin müddət ərzində Sabunçu rayonu Zabrat qəsəbəsində olmuşdur. Göründüyü kimi ## ### 2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda müdafiəçinin iştirakı formal olaraq qeyd edilmiş, müdafiəçi şahid1 həmin protokolu sonradan imza etmişdir. Göründüyü kimi şübhəli (təqsirləndirilən) şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi müdafiəçinin vəzifəsi kimi təsbit edilmişdir. Amma hazırkı cinayət işi üzrə bütün halların obyektiv tədqiqindən sonra yaranan mənzərə bundan ibarətdir ki, sanki müdafiəçi ## ### 2024-cü il tarixdə, saat 14:35-də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra videoçəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.11.1-ci maddəsinə əsasən bütün mümkün vasitələrdən istifadə etməklə müdafiəni həyata keçirmək vəzifəsi olmasına baxmayaraq), bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən hüquqlarının dövlət hesabına təyin olunmuş müdafiəçi şahid1 tərəfindən müdafiə edilməsinə etirazının olmamasına dair yazılı ərizə verməsi, eyni zamanda, bütün prosessual hərəkətlərə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı israrla bildirmişdir ki, vəkili ilə görüşmək imkanı olmamış, vəkili ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında görmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən istintaq hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından və ## ### 2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan psixotrop maddənin qablaşdırılaraq götürüldüyü zərf, şübhəli şəxsin izahatı, məhkəmə fizikikimyəvi ekspertizasının rəyi (rəyin psixotrop maddənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüz sübut hesab edildiyindən, şübhəli və təqsirləndirilən şəxsin əleyhinə olan ## ### 2024-cü il tarixli şübhəli və ## #### 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolların da mötəbərliyini şübhə altına almış olur. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti protokoldan fərqli olaraq çəkilişə əsasən cəmi 6 dəqiqə 46 saniyə davam etmiş, protokoldan fərqli olaraq şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 20-ci maddəsinə əssən heç kəsə şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməməsi hüquqları izah olunmamışdır. Həmçinin videoçəkilişi kimin aparması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Bundan başqa, şəxsi axtarış və götürmə aparılması barədə yazılı protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni ##.##.2024-cü il tarixdə səhər saatlarında Zabrat qəsəbəsində üzdən tanıdığı şəxsdən 10 manat özü istifadə etmək üçün aldığını bidirmişdir. Amma videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hansı tarixdə almasını, hansı məbləğ müqabilində almasını bildirməmiş, yalnız Zabrat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı 1 saat 50 dəqiqə vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” ## ### 2024-cü il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən DVD formatlı disk və onun əsasında tərtib edilən həmin tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən sözügedən polis əməkdaşlarının ifadələrinə də tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının ## ### 2024-cü il tarixli *-**-**/*-*/**** saylı rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan narkoloji yoxlamanın ## ######## 2024cü il tarixli **** saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.4-cü maddəsinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 144-ci maddəsinə əsasən sübutların yoxlanılması cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. 247.2-ci maddəsinə əsasən axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Təqsirləndirilən şəxs Azarbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübut hazırki cinayət işinin materiallarında mövcud deyildir. Belə vəziyyətdə hazırki cinayət işi üzrə əldə edilmiş sübutlar mötəbər sübutlar hesab edilə bilməz. Mötəbər olmayan sübutla şəxs təqsirləndirilə bilməz, təqsiri sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, birinci instansiya məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini və həmin narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Bununla da, göstərilən şəraitdə (belə ki, tutulana qədər şəxsin üzərində xəsarət olmamışdır, lakin istintaq təcridxanasına daxil olanda üzərində xəsarətlər olub) üzərində xəsarətlər olmuş təqsirləndirilən şəxsin özünü hansısa səbəbdən məhkəməyədək ibtidai istintaq dövründə öz əleyhinə ilkin ifadə verərək (videogörüntü zamanı cibindən narkotik vasitəni çıxarıb masanın üzərinə qoyaraq ona məxsus olması barədə ifadəsi) təqsirli bilməsi həqiqətə uyğun olmasına şübhələr yaradır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə qeyd edilən şəraitdə verdiyi şübhəli ifadəsindən başqa hər hansı bir sübutun olmadığı şəraitdə isə onun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ikin ifadəsi hazırda onun əlehinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli, ** saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin həmin şübhəli olan ilkin ifadəsi onun əlehinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə narkotik vasitənin cibindən çıxararaq stolun üzərinə qoyması, onun əməlinin etirafedici ifadəsinin sübutu kimi də qəbul edilə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı zor tədbiq olunaraq əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X7 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (## ####### 1998-ci il) “Selmuni Fransaya qarşı” (## ### 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və * saylı Protokollarının müddəalarından fərqli olaraq 3- cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamnda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (## #### 2006cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin, ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” ## #### 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda, şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin II hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitələrin onun olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddələsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin II və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin II bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin digər dəlilinə, yəni Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici ifadələr verməsinə gəldikdə qeyd edir ki, əvvala ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq həm Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində vermələri barədə dəlillərini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onun müdafiə hüququnun pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların CPM-in 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Birinci instansiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya protestində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə bəraət verilməsinə dair *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar