Məhkəmə qərarları › İş №1(3-6)-773/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-773/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-773/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Əhmәdov Zәfәr Vahid oğlunun sәdrliyi vә mәruzәsi ilә, X1 vә X3 ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi Əlizadә Xәdicә Nahid qızının katibliyi, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru Yusifov İlkin Fәrhad oğlunun, Müdafiәçi – Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi1, Tәqsirlәndirilәn şәxs – Tәqsirlәndirilәn şәxs iştirakı ilә, ## #### 1975-ci il tarixdә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, orta tәhsilli, mәhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şәhәri, Salam Qәdirzadә küçәsi 59 ünvanında yaşayan vә barәsindә hәbs qәtimkan tәdbiri seçilmәklә hazırda Ədliyyә Nazirliyinin PXnin Bakı İstintaq Tәcrixdanasında saxlanılan Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)- ****/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmündәn tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin (sədrlik edən hakim Aygün Qurbanova, hakimlər Fərid Namazov, Telman Hüseynov) *(***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmü ilә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 234.1-1ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin törәdilmәsindә tәqsirli bilinәrәk hәmin maddә ilә ona 4 (dörd) il müddәtә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi, Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş “hәbs” qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması, cәzasının әvvәlinin ## ##### 2025-ci il tarixdәn hesablanması, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzasını çәkdiyi müddәtdә narkomaniyadan mәcburi müalicә tәyin edilmәsi vә ##.##.2024-cü il tarixdәn Bakı şәhәr NM-da (F19x2) diaqnozu ilә dispanser qeydiyyatda olmasının nәzәrә alınması hökm edilmişdir. Hökmlә hәmçinin maddi sübut vә mәhkәmә mәsrәflәri mәsәlәlәri dә hәll edilmişdir. Mәhkәmәnin hökmünә әsasәn Tәqsirlәndirilәn şәxs satış mәqsәdi olmadan qanunsuz olaraq narkotik vasitәni külli miqdarda vә psixotrop maddәni xeyli miqdarda әldә edib üzәrindә saxlamaqla, daşımaqla Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmişdir. Belә ki, Tәqsirlәndirilәn şәxs istintaqla müәyyәn edilmәmiş vaxtda vә mәnbәdәn, satış mәqsәdi olmadan qanunsuz olaraq külli miqdarda tәmiz çәkisi 6,383 qram olan qәhvәyi rәngli toz şәkillimaddә kustar üsullahazırlanmış narkotik vasitә heroini vә xeyli miqdarda tәmizçәkisi 1,845 qram olan ağrәngli kristallardan ibarәtmaddә kustar üsullahazırlanmış psixotrop maddә metamfetamini әldә edib üzәrindә saxlamaqla daşımışvә ## ##### 2025-ci il tarixdә saat 10:30da Daxili İşlәr Nazirliyinin Əlahiddә Çevik Polis alayının 8-ci Patrul bölüyünün әmәkdaşları tәrәfindәn Bakı şәhәri yaxınlığında piyada hәrәkәtdә olan zaman şübhәli olduğu üçün saxlanılaraqBakışәhәriSabunçu Rayon Polis idarәsinin 14-cü Polis şöbәsinәaparılmış, orada üzәrinә keçirilәn şәxsi axtarış vә götürmә istintaq hәrәkәti zamanı әynindә olan gödәkçәsinin cibindәn 01 (bir) әdәd bükümdә külli miqdarda tәmiz çәkisi 6,383 qram olan qәhvәyi rәngli toz şәkilli maddә kustar üsulla hazırlanmış narkotik vasitә heroin vә 01 (bir) әdәd bükümdә xeyli miqdarda tәmiz çәkisi 1,845 qram olan ağ rәngli kristallardan ibarәt maddә kustar üsulla hazırlanmış psixotrop maddә metamfetamin aşkar edilib götürülmüşdür. Hökmdәn tәqsirlәndirilәn şәxs apellyasiya şikayәti verib әmәlinin başqa bir maddәyә tövsif edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә müdafiәçisi apellyasiya şikayәtini müdafiә edir, apellyasiya şikayәtinә dәyişiklik edәrәk şikayәtdә әmәlin hüquqi tövsifini mübahisәlәndirsәlәr dә, hazırda cәzadan narazı olduqlarını vә tәyin edilmiş cәzanın azaldılmasını, dövlәt ittihamçısı şikayәtin tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin hazırki iş üzrә hökmünün dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişlәr. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini cinayәt işinin materialları ilә әlaqәli surәtdә araşdırıb, tәrәflәrin çıxışlarını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn qüvvәdә saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (CPM) 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә görә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayәtindә Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi әmәlin hüquqi tövsifini mübahisәlәndirsә dә sonradan apellyasiya şikayәtinә düzәliş edәrәk, tәqsirli olubolmamasını mübahisәlәndirmәmiş. Sadәcә cәzadan narazı olduğunu bildirmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış vә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış mötәbәr sübutlara birgә qiymәt verәn vә hәmin sübutlara әsaslanan birinci instansiya mәhkәmәsi iş üçün mühüm әhәmiyyәt kәsb edәn bütün halları aydınlaşdırmaqla Tәqsirlәndirilәn şәxs ona ittiham olunmuş cinayәt әmәlini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini CM-in 234.1-1-ci maddәsi ilә düzgün tövsif etmişdir. Tәqsirlәndirilәn şәxsin әmәlinin cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Tәqsirlәndirilәn şәxs tәyin edilәn cәza mәsәlәsinә gәldikdә isә mәhkәmә kollegiyası qeyd edir ki, tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtindәn göründüyü kimi o, barәsindә maddәnin sanksiyasında nәzәrәdә tutulmuş aşağı hәddә cәza tәyin edilmәsini xahiş etmişdir Mәhkәmәnin hökmündәn görünür ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn cәzanı yüngüllәşdirәn hal kimi onun törәtdiyi cinayәt әmәlini etiraf etmәsini, himayәsindә yetkinlik yaşına çatmayan 1 uşağının olmasını vә ağırlaşdıran halların müәyyәn olunmadığını qeyd etmәklә, sonuncuya tәqsirli bilindiyi CM-in 234.1-1-ci maddәsinin sanksiyası daxilindә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. "Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında" Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2003-cü il tarixli qәrarında mәhkәmәlәrә tövsiyә olunmuşdur ki, hәr bir konkret halda tәqsirlәndirilәn şәxslәrә cәzaların tәyin edilmәsinә fәrdi yanaşılmalı, cinayәt qanununun vәzifәlәri vә cәzanın mәqsәdindәn bәhs edәn Cinayәt Mәcәllәsinin 2 vә 41-ci maddәlәrinin müddәalarının hәyata keçirilmәsini sözsüz tәmin etmәlidirlәr. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarında qeyd olunur ki, mәhkәmәlәr cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlidirlәr. CM-in 58.3-cü maddәsinә әsasәn mәhkәmә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Hәmçinin, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun bir sıra qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddәsi, CM-in 53.4 vә Cәzaların İcrası Mәcәllәsinin 112.1-ci maddәsi ilә bağlı Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2004cü il vә ## #### 2011-ci il tarixli qәrarlar). Cinayәt qanununun әdalәt prinsipindәn bәhs edәn CM-nin 8-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmalıdır. Cinayәtin ictimai tәhlükәliliyinin xarakteri qәsdin obyektindәn, tәqsirin formasından vә әmәlin Cinayәt Mәcәllәsinin 15-ci maddәsi ilә hansı cinayәtlәr kateqoriyasına aid edilmәsindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi isә onun törәdilmә hallarına (mәsәlәn, cinayәtkar niyyәtin hәyata keçirilmә dәrәcәsi, üsulu, vurulmuş zәrәrin hәcmi vә baş vermiş nәticәlәrin ağırlığı, iştirakçılıqla törәdilmiş cinayәtlәrdә tәqsirli şәxslәrin rolu vә s.) әsasәn müәyyәn edilir. Tәqsirlәndirilәn şәxs vә müdafiәçisi Tәqsirlәndirilәn şәxs ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının daha yüngül cәza ilә әvәz edilmәsini xahiş etsә dә, mәhkәmә kollegiyası Tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirlәndirilәn şәxsin şәxsiyyәtini nәzәrә alaraq, onun cәmiyyәtdәn tam tәcrid edilmәdәn islah olunmasını vә cәzanın CM-in 41.2-ci maddәsindә nәzәrdә tutulmuş digәr mәqsәdlәrinә nail olunmasını mümkün hesab etmir. Belәliklә, mәhkәmә kollegiyasının qәnaәtinә görә birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxsә cәza tәyin edәrkәn, cәza tәyin etmәnin ümumi әsaslarını özündә әks etdirәn CM-nin 8, 41.2 vә 58.3-cü maddәsinin tәlәblәrinә әmәl etmiş vә törәdilmiş cinayәtlәrin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, Tәqsirlәndirilәn şәxs şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә cәzanı ağırlaşdıran halların müәyyәn olunmadığını, hәmçinin, tәyin edilәn cәzanın tәqsirlәndirilәn şәxsin islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alaraq Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi cinayәtә görә qanuni vә әdalәtli cәza tәyin etmişdir. Mәhkәmә iclasında tәqsirlәndirilәn şәxsin cәzasının daha da yüngüllәşdirilmәsi üçün әlavә әsaslar müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası tәrәfindәn iş üzrә ibtidai istintaq vә mәhkәmә baxışı zamanı iş üzrә bütün hallarının araşdırılmasına vә mahiyyәtcә düzgün vә әsaslı olan yekun nәticәyә gәlinmәsinә tәsir edә bilәcәk, nә ibtidai istintaq orqanı tәrәfindәn, nә dә ki birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol verilmәsi halları müәyyәn edilmәmişdir. CPM-in 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtlәrinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtlәrini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, verilmiş apellyasiya şikayәtlәri әsassız olduğundan tәmin edilmәmәli, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin Tәqsirlәndirilәn şәxs CM-nin 234.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair *(***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmü qanuni vә әsaslı olduğundan tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmadır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, tәqsirlәndirilәn şәxslәrin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә CPM-in 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin Tәqsirlәndirilәn şәxs CM-nin 234.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair *(***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi1 tәrәfindәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 12 (on iki) saat üçün cәmi 132 (yüz otuz iki) manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardan CPM-nin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr. Hakimlәr Zәfәr Əhmәdov (sədrlik edən), Faiq Qәniyev, Əfqan Əlәkbәrov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar