Məhkəmə qərarları › İş №1(3-6)-774/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-774/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-774/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## ###### 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 21 ədəd bükümdə - ayrı-ayrılıqda 4,710 qram, 3,654 qram, 2,870 qram, 2,260 qram, 2,259 qram, 2,776 qram, 3,323 qram, 3,723 qram, 2,484 qram, 2,714 qram, 2,673 qram, 3,198 qram, 0,474 qram, 1,086 qram, 2,409 qram, 0,953 qram, 0,704 qram, 0,811 qram, 0,781 qram, 0,806 qram, 0,462 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar – 45,130 qram təşkil edən ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda üzərində “Methadone 40” əmtəə göstəricisi olan 5 (beş) ədəd konvalyutda, ümumilikdə 50 (əlli) ədəd üzərlərində "F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə olan metadon tərkibli həblər əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsinə qədər daşımış, ## ##### 2025-ci il tarixdə saat 16:30-da həmin ünvanda olan zaman özünü şübhəli apardığına görə həmin vaxt orada xidmət aparan Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlindəki çantanın içərisində satış məqsədi ilə əldə edib saxladığı xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 21 ədəd bükümdə - ayrı-ayrılıqda 4,710 qram, 3,654 qram, 2,870 qram, 2,260 qram, 2,259 qram, 2,776 qram, 3,323 qram, 3,723 qram, 2,484 qram, 2,714 qram, 2,673 qram, 3,198 qram, 0,474 qram, 1,086 qram, 2,409 qram, 0,953 qram, 0,704 qram, 0,811 qram, 0,781 qram, 0,806 qram, 0,462 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar – 45,130 qram təşkil edən külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda üzərində "Methadone 40” əmtəə göstəricisi olan 5 (beş) ədəd konvalyutda, ümumilikdə 50 (əlli) ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə olan metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi, məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şübhəli şəxsin tutulması haqqında ## ##### 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs saat 16:30-da saxlanılmışdır. Lakin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, o, faktiki olaraq saat 12:00-13:00 aralığında saxlanılmışdır. Təqsirləndirilənin ## ##### 2025-ci il tarixində saat 12:00- 13:00 aralığında faktiki olaraq saxlanılması halı ona məxsus +************ mobil nömrənin anten dairə məlumatları ilə də öz təsdiqini tapır. Belə ki, mobil operator tərəfindən təqdim edilmiş məlumatlardan da aydın görünür ki, təqsirləndirilən şəxs qeyd oluna vaxt aralığında Sabunçu qəsəbəsi ərazisində olub və son aktiv siqnal saat 13:27-də qeydə alınmışdır. Həmin siqnalın coğrafi yerləşməsi “Əslidar Məmmədəliyev küçəsi 11” ünvanını göstərir. Qeyd olunan ünvan faktiki olaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin yerləşdiyi ərazi ilə üst-üstə düşür. Hətta elektron xəritə sistemlərində aparılan axtarışlar da bu ünvanların eyni obyektə aid olduğunu göstərir. Bundan əlavə, saat 13:27-dən sonra təqsirləndirilən şəxsin mobil nömrəsi üzrə heç bir aktivliyin qeydə alınmaması onun faktiki olaraq sərbəst hərəkət imkanının məhdudlaşdırıldığını, yəni tutulduğunu göstərən mühüm haldır. Şəxsi axtarış və götürmə haqqında ## ##### 2025-ci il tarixli protokoluna əsasən şəxsi axtarış istintaq hərəkəti saat 18:00da başlamış və saat 18:15-də qurtarmışdır. Saat 13:27-dən saat 18.00-dək təqsirləndirilən şəxsə məxsus mobil nömrə üzrə təxminən 4 saat 30 dəqiqə müddətində heç bir anten aktivliyinin qeydə alınmaması (xüsusilə də əvvəlki aktivliklə müqayisədə) xüsusi diqqət çəkən haldır. Bu cür uzunmüddətli və fasiləsiz passivlik adi texniki və ya təsadüfi hal kimi qiymətləndirilə bilməz. Əksinə, bu, şəxsin həmin müddət ərzində sərbəst hərəkət imkanının faktiki olaraq məhdudlaşdırıldığı və rəsmi tutulma vaxtı ilə bağlı ciddi şübhələr yaradır. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsi saxlayan polis əməkdaşı Şahid istifadə etdiyi +************ mobil nömrəyə dair anten məlumatları da əldə edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, polis əməkdaşı da ## ##### 2025-ci il tarixində saat 12:00-13:00 radələrində Sabunçu qəsəbəsi ərazisində olmuşdur. Beləliklə, həm təqsirləndirilən şəxs, həm də onu saxlayan polis əməkdaşı eyni vaxtda eyni ərazidə olmuşlar. Lakin tutulma haqqında protokolda göstərilən saat 16:30 vaxtına uyğun olaraq təqsirləndirilən şəxsin olduğu ərazi anten məlumatları ilə müəyyən edilmir. Qeyd olunan halların mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsi hökm çıxararkən bu mühüm xüsusata heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin faktiki tutulma vaxtı ilə bağlı irəli sürdüyü arqumentləri, mobil operatorun anten dairə məlumatlarını, eləcə də həmin məlumatların rəsmi tutulma vaxtı ilə ziddiyyət təşkil etməsini nə təhlil etmiş, nə də hökmdə bu məsələyə münasibət bildirmişdir. Təqsirləndirilən şəxsin faktiki tutulma vaxtının rəsmi sənədlərdə göstərilən vaxtdan fərqli olması tutulmanın qanuniliyinə, əldə edilmiş sübutların yolverilənliyinə və ümumilikdə iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin olunmasına birbaşa təsir edən haldır, məhkəmənin qeyd olunan ziddiyyətlərə hüquqi qiymət verməməsi hökmün əsaslandırılmamış və qanunsuz olmasını göstərən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması bir neçə sübut ilə öz təsdiqini tapır. Belə ki, Bakı İstintaq Təcridxanasının tibbi arayışına əsasən, Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibbisanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı tutulanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sol dizin arxa səthində iri həcmli tünd bənövşəyi qançır, burnun sağ yan səthində sıyrılmış üzəri qərtməkli yara aşkar edilmişdir. Eyni xəsarətlər Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin ## #### 2025-ci il tarixli **** saylı rəyində də təsdiq olunmuş, onların bərk küt əşyanın təsirindən yarandığı və ## ##### 2025-ci il tarixinə uyğun gəldiyi göstərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X3 cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarında və Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Nayıbovun cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərarında da ## #### 2025-ci il tarixli **** saylı rəyə istinad edərək həmin xəsarətlərin mövcudluğu inkar edilməmiş, yəni qərarlar təqsirləndirilən şəxsin polisin nəzarəti altında olduğu zaman xəsarət aldığını göstərən məzmunda olsa da, prokuror və müstəntiq bunu təkzib edən hər hansı bir başqa material əldə etmədən cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmiş və Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsində formal şəkildə istinad etməklə, yəni heç bir fakt və sübut gətirmədən cinayət işinin başlanmasını rədd etmişdir. Məhkəmə isə qeyd olunan qərarlara istinad edərək zorakılıq faktının olmaması nəticəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixində saxlanılıb Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildikdən sonra şöbənin məhsul növbətçisi tərəfindən təqsirləndirilən şəxsin bədənində xəsarətlərin olması barədə akt tərtib edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsi saxlayan polis əməkdaşı da ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən onun üzərində hər hansı xəsarətin olması barədə məlumat verməmişdir. Bundan başqa, ittiham tərəfi də məhkəmədə təqsirləndirilən şəxsin üzərində olan həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirməmişdir. Məhkəmənin hökmdə istinad etdiyi hal - ## ##### 2025-ci il tarixində Sabunçu Rayon Məhkəməsində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxsin ona fiziki zorakılığın göstərilməsi barədə məlumat verməməsi, heç bir halda onun bədənində aşkar edilmiş xəsarətlərə bəraət qazandıran hal kimi qiymətləndirilə bilməz. Həmin vaxt təqsirləndirilən şəxs faktiki olaraq hələ də polis nəzarəti altında olmuş, fiziki və psixoloji təzyiq altında qalma ehtimalı aradan qalxmamışdır. O, yalnız ## ##### 2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına daxil olmuş və məhz polis nəzarətindən çıxdıqdan dərhal sonra ilkin tibbi müayinə zamanı saxlanılarkən xəsarət aldığını bildirmişdir. Məhkəmə faktiki olaraq xəsarətlərin ## ##### 2025-ci il tarixində, yəni təqsirləndirilən şəxsin polis nəzarəti altında olduğu müddətdə yetirildiyini qəbul edir və məhkəmənin gəldiyi nəticə əslində müdafiə tərəfin mövqeyini təkzib etmir, əksinə, dolayı şəkildə təsdiqləyir. Cinayət işi materiallarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin statusda dindirilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məhkəməyə çıxarılmış, yəni dövlət orqanının tam nəzarəti altında saxlanılmışdır. Belə olan halda, məhkəmə mühüm məsələlərə ümumiyyətlə qiymət verməmişdir: dövlət nəzarəti altında olan şəxsə xəsarət yetirilməsi necə baş vermişdir? Bu hal üzrə aparıldığı iddia edilən araşdırmanın obyektivliyi və tamlığı necə təmin olunmuşdur? Məhkəmə yanlış olaraq belə bir məntiq qurur ki, guya xəsarətlərin daha sonrakı tarixə aid olması əvvəlki etirafedici ifadələrin könüllü olduğunu sübut edir. Lakin məhkəmə-tibbi ekspertiza xəsarətin yaranma vaxtını dəqiq tarix kimi deyil, yalnız təxmini zaman intervalı kimi müəyyən edir, yəni “## ##### 2025-ci il tarixinə uyğun gəlir” ifadəsi qəti nəticə deyil. Bu isə o deməkdir ki, xəsarətlər ya məhz həmin gün, ya da həmin tarixə yaxın dövrdə yetirilmişdir. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixində Polis Şöbəsinə daxil olduqda məhsul növbətçi tərəfindən onun bədənində xəsarətlərin olması barədə akt tərtib edilməmişdir, ## ##### 2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına daxil olduqda isə xəsarətlər aşkar edilmişdir, aydın olur ki, xəsarətlər məhz 26-28 aprel tarixləri arasında yetirilmişdir. Hətta məhkəmənin mövqeyinə uyğun olaraq xəsarətlərin məhz ## ##### 2025-ci il tarixində yetirildiyi qəbul edilsə, bu halda da məhkəmənin gəldiyi nəticə əsaslandırılmış hesab edilə bilməz. Bu kontekstdə məntiqi olaraq belə nəticəyə gəlmək mümkündür ki, xəsarətlərin məhz ## ##### 2025-ci il tarixində, yəni təqsirləndirilən şəxsin dindirildiyi və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarıldığı gün yetirilməsi təsadüfi xarakter daşımır. Əksinə, bu hal onu göstərir ki, xəsarətlərin yetirilməsi təqsirləndirilən şəxsin istintaq orqanları üçün arzu olunan məzmunlu ifadə verməsinə nail olmaq məqsədi daşıyır. Hər bir halda, təqsirləndirilən şəxsə xəsarətlərin yetirilməsi faktı məhz polis nəzarəti altında olduğu müddətdə baş verməsi təkzib edilməz sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmənin xəsarətlərin ## ##### 2025-ci ilə aid olduğunu qəbul etməsi (yəni təqsirləndirilən şəxsin polis nəzarəti altında olduğu müddətdə), eyni zamanda zorakılığı istisna etməsi və bu ziddiyyəti izah etməməsi hökmün həmin hissədə məntiqi və hüquqi əsaslandırmadan məhrum olduğunu göstərir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixində saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsində fərdi evin yaxınlığında inzibati ərazidə xidmət aparan sahə inspektoru Şahid tərəfindən saxlanılmışdır. Şahid Təqsirləndirilən şəxs üzərində qanunla qadağan əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasında şübhələnərək onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib edilmiş, bundan sonra onun barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı onun faktiki yaxalandığı yerdə üzərinə baxış keçirilməməsi və əməliyyat-axtarış tədbirinin gedişatını, eləcə də sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən müvafiq sənədləşmənin aparılmaması ilə bağlı müdafiə tərəfinin dəlilini rədd edərək qeyd edir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi evin yaxınlığında şübhəli hərəkətləri ilə əlaqədar Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları (konkret olaraq sahə müvəkkili) tərəfindən saxlanılmışdır. Məhz sahə müvəkkilinin həyata keçirdiyi ilkin saxlanılma nəticəsində o, dərhal Polis Şöbəsinə gətirilmiş və yalnız orada üzərində şəxsi axtarış aparılarkən qanunsuz əşyaların olduğu müəyyən edilmişdir. Beləliklə, saxlanılma prosesi sahə müvəkkilinin xidməti fəaliyyət çərçivəsində həyata keçirilmiş, faktiki olaraq hadisə yerində ayrıca əməliyyat-axtarış tədbiri aparılması müəyyən olunmamışdır. Şəxs tutulduğu andan etibarən onun üzərinə baxışın keçirilməsi, sübutların dərhal götürülməsi və bu hərəkətlərin sənədləşdirilməsi qanunun imperativ tələbidir. Hazırkı iş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs faktiki saxlanıldığı yerdə onun üstünün yoxlanılması və əşyaların götürülməsi həyata keçirilməmiş, bu prosessual hərəkətlər yalnız o, Polis Şöbəsinə gətirildikdən sonra icra edilmişdir. Eyni zamanda, faktiki tutulma yerində şəxsi axtarış və götürmə və müvafiq sənədləşdirmənin aparılmamasının obyektiv səbəbləri də iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə hökmdə məhkəmə iclasında şahid qismində dindirilmiş sahə inspektoru Şahid ifadəsini yuxarıda qeyd olunanlarla bağlı hissədə təhrif olunmuş formada əks etdirmişdir. Belə ki, məhkəmə qeyd edir ki, guya məhkəmə istintaqı zamanı dindirilmiş şahid öz ifadəsində, Təqsirləndirilən şəxs üzərində hadisə yerində baxışın keçirilməməsinin səbəbi kimi onun qaçmaq ehtimalını göstərmişdir (Hökm səh.4, b.6). Halbuki şahid ona verilən müvafiq suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən saxlanıldığı zaman qaçmağa cəhd etməmişdir, ona müqavimət göstərməmişdir və onunla könüllü şəkildə Polis Idarəsinə getmişdir. Əməliyyat qrupunun çağırılmasına ehtiyac görməmiş, təqsirləndirilən şəxsi öz şəxsi avtomobili ilə Polis Şöbəsinə aparmışdır (## ###### 2025-ci il tarixli baxış iclası) Bu ifadədən aydın olur ki, saxlanma zamanı hər hansı təxirəsalınmaz vəziyyət mövcud olmamışdır. Eyni zamanda, sübutların itirilməsi, gizlədilməsi və ya məhv edilməsi riski barədə konkret və əsaslandırılmış hallar müəyyən edilməmişdir. Belə olan halda, əməliyyat qrupunun hadisə yerinə çağırılaraq şəxsin faktiki saxlanıldığı yerdə üstünün yoxlanılması və aşkar edilə biləcək əşyaların götürülməsi üçün istintaq hərəkətlərin həyata keçirilməsinə və müvafiq qaydada sənədləşdirilməsinə hər hansı maneə mövcud olmamışdır. Məhkəmə belə bir məntiq qurur ki, “əməliyyat-axtarış tədbiri aparılmayıbsa, deməli yerində baxış keçirilməməsi pozuntu deyil”. Məhkəmənin bü cür yanaşmasının heç bir hüquqi əsası yoxdur, Plenum Qərarına əsasən, faktiki tutulma anı əsasdır və istənilən halda, şəxs tutulduğu anda onun üzərinə baxış keçirilməli idi. Yəni məhkəmə cinayət qanununun normasını düzgün tətbiq etməmiş, onu faktlara uyğun şərh etməmişdir. Bundan başqa, şübhəli şəxsin tutulması haqqında ## ##### 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs saat 16:30-da saxlanılmışdır, şəxsi axtarış və götürmə haqqında protokola əsasən isə onun üzərində axtarış yalnız saat 18:00-da aparılmışdır. Beləliklə, tutulma ilə şəxsi axtarış arasında təxminən 1 saat 30 dəqiqəlik zaman boşluğu mövcuddur. Bu isə sübutların “qoyulması” ehtimalını ortaya qoyur, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Bu məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Layıcov Azərbaycana qarşı iş” üzrə ## ##### 2014-cü il tarixli Qərarı göstərmək olar. Beləliklə, prosessual qaydaların bu şəkildə pozulması isə sonradan əldə olunmuş sübutların etibarlılığına ciddi şübhələr yaradır və onların mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı vəsatət verərək Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ## ###### 2025-ci il tarixli 5095 nörməli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir (## ###### 2026-cı il tarixli məhkəmənin baxış iclasında təqdim edilmişdir). Məhkəmə iclasında bu vəsatət üzrə qərarın müşavirə otağında qəbul ediləcəyi bildirilsə də, çıxarılmış hökmdə həmin vəsatətə ümumiyyətlə münasibət bildirilməmiş, onun təmin və ya rədd edilməsi ilə bağlı heç bir əsaslandırma göstərilməmişdir. Vəsatətdə mübahisələndirilən ekspert rəyi tutulmadan 4 ay sonra keçirilmiş və şəxsin hadisə anındakı real vəziyyətini əks etdirmir, rəydə ekspertin gəldiyi nəticə hansı tibbi göstəricilərə və ya laborator nəticələrə əsaslandığı açıqlanmamışdır və sadəcə 2 il öncəki - ## ##### 2023-cü il tarixli ambulator narkoloji tibbi yoxlamanın nəticələrinə istinad etməklə əsaslandırılmışdır. Bu səbəbdən həmin sübutun yolverilənliyi məsələsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, məhkəmə hökmdə vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrədən göndərilmiş SMS mesajların məzmunu narkotik vasitələrin dövriyyəsinə aid “məna yükünü açıq şəkildə ehtiva edir” və bu əsasla müdafiə tərəfinin dəlilini əsassız hesab etmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş mobil operator məlumatlarından görünür ki, 19-## ##### 2025-ci il tarixləri ərzində müxtəlif nömrələrlə aparılmış SMS yazışmalar mövcuddur. Lakin həmin yazışmaların məzmununa nəzər yetirildikdə orada narkotik vasitələrin və ya psixotrop maddələrin adı, onların miqdarı, qiyməti və ya dövriyyəsinə dair konkret göstəricilər ümumiyyətlə əks olunmamışdır. Mesajlarda istifadə olunan ifadələr (məsələn, “pul at”, “konum at” və s.) ümumi xarakter daşıyır və gündəlik ünsiyyət kontekstində istifadə oluna bilən ifadələrdir. Məhkəmə bu ifadələrə öz mülahizəsinə əsaslanaraq narkotik dövriyyəsi mənası yükləmişdir. Lakin bu nəticə sübutlara deyil, yalnız ehtimala əsaslanır. SMS yazışmaları ittiham olunan əməli birbaşa təsdiq etmir, konkret cinayət epizodu ilə əlaqələndirilmir və təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsində iştirakını mübahisəsiz sübut etmir, yalnız dolayı xarakter daşıyır, onların sübut kimi mötəbərliyi şübhə altındadır və bu səbəbdən onların ittihamın əsasını təşkil etməsi hüquqi baxımdan mümkünsüzdür. Birinci instansiya məhkəməsi öz hökmündə ittihamın mühüm hissəsini təşkil edən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini ittihamdan xaric etmiş, həmçinin ittihamın əsas sübutu olan mobil telefona baxış keçirilməsi haqqında protokolu sübut kimi qəbul etməmişdir. Lakin məhkəmə bu nəticələrin hüquqi təsirlərini düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmənin özü tərəfindən ittihamın bir hissəsinin əsassız hesab edilməsi və mühüm sübutun yolverilməz sayılması ittihamın bütövlükdə etibarlılığına ciddi şübhələr yaradır. Bu halda məhkəmə qalan sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, onların qarşılıqlı uyğunluğunu və ziddiyyətlərini araşdırmamış, sübutların məcmusunu obyektiv və hərtərəfli qiymətləndirməmişdir. Nəticədə, sübutların bir hissəsinin məhkəmənin özü tərəfindən istisna edildiyi, qalan sübutların isə lazımi qaydada qiymətləndirilmədiyi şəraitdə ittiham sübut olunmuş hesab edilmişdir. Beləliklə, məhkəmə ittihamın mühüm hissəsini və əsas sübutunu istisna etsə də, qalan sübutların kifayətliliyini Cinayət- Prosessual Məcəllənin 146.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırmadan ittiham hökmü çıxarmışdır ki, bu da hökmün əsassız və qanunsuz olmasını göstərir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət almışdır. Həm əvvəlki hadisə, həm də hazırkı saxlanılma eyni ərazidə – Sabunçu rayonunda baş vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadədə vurğulamışdır ki, o, bəraət aldıqdan sonra Sabunçu ərazisindən köçməyə məcbur olmuş, çünki həmin ərazinin polis əməkdaşları onu tez-tez saxlamış, Polis Şöbəsinə aparmışdır. Bu isə hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxsə qarşı qərəzli münasibətin mövcud olması ehtimalını artırır və ittihamın obyektivliyinə ciddi kölgə salır. Belə ki, şəxs artıq eyni maddə ilə əvvəllər cinayət təqibinə məruz qaldığını bildiyi halda, təhlükəni gördüyü halda eyni ərazidə, açıq şəkildə, üzərində narkotik vasitə ilə hərəkət etməsi məntiqsizdir. Məhkəmədə dindirilmiş polis əməkdaşı Şahid ifadəsi isə əlavə ziddiyyətlər yaradır. O, verdiyi ifadədə bildirmişdir ki, təqsirləndirilən şəxs guya ondan bir neçə dəfə soruşmuşdur ki, onun üzərinə Polis İdarəsində baxış keçiriləcəkmi və o, təqsirləndirilən şəxsi əmin etmişdir ki, belə bir baxış olmayacaq, sadəcə izahat alınacaqdır və təqsirləndirilən şəxsi öz şəxsi avtomobili ilə Polis Şöbəsinə aparılmasını təmin etmişdir. Bu ifadə özü-özlüyündə ziddiyyətli və qeyri-inandırıcıdır. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilən şəxsin bu cür davranması, yəni həqiqətən üzərində narkotik vasitə var idisə, ümumiyyətlə onun bu cür suallar verməsi məntiqsizdir və verilən “baxış olmayacaq” cavabına inanaraq risk etməsi real deyil. Xüsusilə nəzərə alınsa ki, onun əlləri qandallanmayıb, hərəkət azadlığı məhdudlaşdırılmayıb, yəni polis əməkdaşının şəxsi avtomobilində sərbəst şəkildə aparılmışdır, bu halda onun üzərində həqiqətən belə bir çanta olsaydı, həmin çantanı kənarlaşdırmaq üçün tam real imkan mövcud idi (məsələn, avtomobilin pəncərəsindən və ya qapısından kənarlaşdırmaq). Yəni ittiham tərəfinin təqdim etdiyi bu hadisə ssenarisi məntiqə və real şəraitə uyğun gəlmir. Beləliklə, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən həmin sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi üçün, həmin sənədlər mümkün olmayan sübut kimi qiymətləndirilərək Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. İş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdu. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № *****/**, § 130, ## ###### 2020-ci il). Bu müqabildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № *****/** və s., § 88, ## ##### 2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № *****/**, § 92, ## ###### 2022-ci il). Eyni zamanda, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmış və təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın toplanmış sübutlarla təsdiq olunmasına dair yanlış nəticəyə gəlmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətində göstərilən əsaslarla çıxış edərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək müdafiə tərəfinin dəlillərinə hökmdə qiymət verildiyini, yanakı sübut kimi mesajların olduğunu, narkotik vasitələrin dövriyyəsi zamanı alıcı və satıcı smslərdə niyyətlərini açıq ifadə etmədiklərini, müvafiq sözlərlə gizli yazıldığını, hökmün əsaslı olduğunu, bəraət verilməsi üçün əsaslar müəyyən edilmədiyini, əvvəllər onun barəsində yalnız Sabunçu rayon Polis İdarəsi deyil, həm də Xətai rayon Polis İdarəsi tərəfindən istintaq aparıldığını, Sabunçu rayon Polis İdarəsinin polis əməkdaşlarının ona qarşı qərəzli olmasının öz təsdiqini tapmadığını bildirib təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bəraət aldıqdan sonra Sabunçu rayonunda yaşamışdır. Azadlığa çıxdıqdan sonra onu dükana gedərkən və qayıdarkən ailəsi və uşağı yanında olduqda da, olmadığı hallarda da təxminən 10 dəfəyə yaxın saxlamışlar. Hər dəfə saxlanılaraq bölməyə aparılmış, üzərinə baxış keçirilmiş və daha sonra sərbəst buraxılmışdır. Tez-tez saxlanıldığına görə daha rahat yaşamaq məqsədilə tutulmazdan təxminən 2-3 ay əvvəl NZS ərazisinə anasının yanına köçmüş və ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Lakin bir gün yaşadıqları evdə işıq və qaz kəsildiyinə görə məcbur qalaraq ailəsi ilə birlikdə Sabunçuya qayıtmışdır. Hadisə günü günorta saat 11:30-12:00 radələrində dükana gedərək alış-veriş edib geri qayıdarkən qarşısına bir cavan oğlan çıxmışdır. Həmin şəxsin onu əvvəllər saxlayan polis əməkdaşının qaynı olduğunu, yeni polis işləməyə başladığını ehtimal edir. O həmin şəxsdən nə baş verdiyini soruşmuş, özü isə dükana alış-verişə getdiyini bildirmişdir. Həmin şəxs ona məhəllədə oğurluq olduğunu və həmin şəxsi axtardıqlarını demişdir. O isə belə bir hadisədən xəbəri olmadığını bildirmişdir. Bu vaxt onu saxlayan polis əməkdaşının qaynanası və həyat yoldaşı evdən çıxaraq sahə müvəkkilini çağırmışlar. Sahə müvəkkili mülki geyimdə və mülki avtomobillə gələrək ona bölməyə getməli olduğunu bildirmişdir. O isə əvvəllər dəfələrlə saxlanıldığını və heç bir oğurluq etmədiyini bildirərək bölməyə getmək istəmədiyini demişdir. Əlindəki şirniyyatı evə qoymaq və ailəsinə xəbər vermək istədikdə isə ona imkan verilməmişdir. Həmin vaxt Naxçıvanlı Araz adlı digər əməliyyatçı da gələrək onu camaatın içində vurmuş, daha sonra qandallayaraq maşına mindirib bölməyə aparmış və orada onu döymüşlər. Bakı İstintaq Təcridxanasına prokurorluq əməkdaşları gələn zaman onlara döyülməsi barədə məlumat vermişdir. Ona “zakladka üçün gəlmisən” deyildikdə o, Sabunçu rayonunda əvvəllər saxlanıldığını və bəraət aldığını, belə bir işlə məşğul olmadığını bildirmişdir. Həmin gün onu üç müxtəlif evin qarşısına aparmışlar. Bunlardan biri sahə müvəkkilinin, ikisi isə əməliyyatçıların evi olmuşdur. Ona qarşı guya narkotik maddə ilə bağlı ittiham irəli sürülmüş, üzərində 50 ədəd “patı” olduğu iddia edilmişdir. O isə bunun mümkün olmadığını, belə bir maddənin onun üzərində ola bilməyəcəyini bildirmişdir. O bildirmişdir ki, iki gündən bir Sabunçu bölməsinə gətirildiyi halda üzərində belə bir maddə gəzdirməsi mümkün deyil və bu iddia əsassızdır. Polis əməkdaşları onun telefonunu götürmüşlər. Onun üzərində olan telefon qeydiyyatsız olmuşdur. Telefon ustası Eyyub adlı şəxslə danışaraq telefonun qeydiyyatının açılması üçün 60 manat tələb edildiyini, 30 manatını verdiyini, qalanını isə sonra ödəyəcəyini bildirmişdir. Buna görə telefonun içi tam aktiv olmamışdır. Saxlanılarkən telefon yoxlanıldıqda içinin boş olduğu müəyyən edilmişdir. Polis əməkdaşları daha sonra şüşəni sındıraraq evə daxil olmuş, ailəsini qorxutmuş və evdən “Redmi Note 9” markalı telefonu götürmüşlər. Sonra ona “telefonun kodunu aç” demişlər. O isə həmin telefonun ona aid olmadığını, evdən götürülübsə, oradan soruşulmalı olduğunu bildirmişdir. İttiham aktında guya yazışmalar olduğu göstərilmişdir. Lakin o, saxlanıldığı gündən etibarən bölmədə olduğunu, bölmədə ola-ola heç bir yazışma aparmasının mümkün olmadığını bildirmişdir. Guya axşamdan səhərə kimi “zakladka var” məzmunlu yazışmalar etdiyi iddia edilmişdir. O, ## ##### 2025-ci il tarixində günorta saatlarında saxlanılmışdır. Bildirmişdir ki, həmin vaxtdan sonra heç bir yazışma etməmişdir. Telefon nömrəsi tutulmazdan 5-6 gün əvvəl alınmışdır. Bölmədə olduğu müddətdə əl-qandallı şəkildə şəhərdə gəzdirildiyini, sonra telefon vasitəsilə tanışlarına “mal var” məzmunlu mesajların polis əməkdaşları tərəfindən göndərildiyini bildirmişdir. Həmin şəxslərin isə bu mesajlara inanmadan cavab verdiklərini qeyd etmişdir. Səhəri gün Sabunçu rayonunun müxtəlif küçələrinə aparılaraq guya “zakladka” yerləri göstərilmişdir. O isə bununla razılaşmamış, özünün belə bir fəaliyyətlə məşğul olmadığını bildirmişdir. Bundan əlavə, onu gecə boyu silah otağında saxlayaraq qeydiyyata almamışlar. Daha sonra rəhbərlikdən icazə alınaraq bir gün də artıq saxlanılması təmin edilmişdir. Rəis müavini ona “Yunis, məni tanıdın?” deyərək 8 il sonra görüşəcəklərini bildirmişdir. O isə heç bir cinayət törətmədiyini, əgər narkotik istifadə edirdisə, niyə 6 ay ərzində saxlanılmadığını, niyə başqa rayonlarda yox, məhz Sabunçu rayonunda saxlanıldığını soruşmuşdur. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq ifadəsinin təzyiq altında alındığını, döyüldüyünü və buna görə həmin ifadəni verməyə məcbur olduğunu bildirmişdir. Bu barədə şikayət etdiyini, prokurorluq əməkdaşlarının gəldiyini və İstintaq Təcridxanasında qeydə alındığını qeyd etmişdir. O, 070-290-09-20 nömrəsinin onun istifadəsində olduğunu bildirmişdir. Hadisədən əvvəl polis əməkdaşları ilə münaqişələrinin tez-tez baş verdiyini, bəraətdən sonra dəfələrlə saxlanıldığını qeyd etmişdir. Sonuncu dəfə Sabunçu rayonu, Mübariz İbrahimov küçəsində saxlanılmışdır. Xətai küçəsinin harda olduğunu bilmədiyini, saxlanılmanın məhz Mübariz İbrahimov küçəsində baş verdiyini, həmin ərazidə iki küçə olduğuna görə dəqiq fərq bilmədiyini bildirmişdir. Sahə inspektorunun qaynının polisə yeni işə başladığını, həmin şəxsin onu saxladığını və bölməyə aparılmasına səbəb olduğunu qeyd etmişdir. Sahə inspektorunun adının Mirəli olduğunu bildirmişdir. O, bölməyə getmək istəmədikdə ona qonşuluqda oğurluq olduğunu və bölməyə aparılmalı olduğunu demişlər. Evdəkilərə xəbər vermək istəsə də, buna imkan verilməmişdir. Daha sonra maşın çağırılaraq bölməyə aparılmışdır. Üzərində olan telefon qeydiyyatsız olmuşdur. Evdən götürülən telefon isə ona aid deyildi. Bölmədə ondan telefonun kodunu açması tələb edilmiş, o isə bunun mümkün olmadığını bildirmişdir. Texnik servis Eyyub adlı şəxslə telefon qeydiyyatı barədə danışdığını, onunla müəyyən razılaşma etdiyini, lakin tam ödəniş etmədiyi üçün prosesin yarımçıq qaldığını bildirmişdir. Mehdi adlı şəxsi tanıdığını, lakin onunla mübahisə etdiyinə görə blokladığını, sonradan isə onun bu işə aid olmadığını bildirmişdir. O, narkotik vasitələrdən istifadə etmədiyini, narkoloji ekspertizadan düzgün keçirilmədiyini, yalnız formal yoxlama aparıldığını qeyd etmişdir. Telefonun ona hədiyyə olunduğunu, “Redmi” markalı telefonun evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr birinci instansiya məhkəməsində elan edilərək tədqiq edilmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, ev 51, mənzil 8 ünvanında qeydiyyatda olmuş və ünvan 3 ünvanında yaşamışdır. Təqribən uzun illər narkotik maddədən istifadə etmişdir. Üzərindən şəxsi axtarış keçirilən zaman narkotik vasitələrin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, hadisəyə qədər 3-4 ilə yaxın narkotik vasitə istifadə etmişdir. Təxminən 1 gün bundan əvvəl o, İran vətəndaşı ilə danışaraq həmin şəxsin tapşırığı ilə Günəşli qəsəbəsinə getmişdir. Orada həmin şəxsin qeyd etdiyi yerdə 21 ədəd narkotik vasitə olan patı və 5 list metaton həblərin götürərək üzərində saxlamışdır. O, həmin maddələri və həbləri İran vətəndaşının qeyd etdiyi ünvana çatdırmalı imiş. Buna görə həmin şəxs ona istifadə üçün narkotik vasitə verməli imiş. ## ##### 2025-ci il tarixdə saat 16.30 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsi fərdi evin yaxınlığında piyada hərəkət edən zaman bir nəfər şəxsi görmüşdür. Həmin şəxs ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqəsini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişdir. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq o, həmin şəxsdən yayınmağa çalışmışdır. Lakin həmin şəxs ondan şübhələnmiş və 12ci Polis Şöbəsində dəvət etmişdir. 12-ci Polis Şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etdiyi təklif olunmuşdur. Bu səbəbdən o, əlində olan çantanın içərisində 21 ədəd bükümdə olan narkotik vasitə patı və 5 ədəd konvalyutda, ümumilikdə 50 ədəd həb təqdim etmişdir. Çantasından aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdırlar. Üzərindən aşkar edilərək götürülmüş patını və metadonu o, hadisədən, təxminən bir gün əvvəl Günəşli qəsəbəsində İran vətəndaşının qeyd etdiyi yerdən götürərək digər yerə aparmaq məqsədi ilə üzərində saxlamışdır. O, üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrdən başqa heç harada narkotik vasitə saxlamamışdır. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. X5 heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitə ona məxsus olmuşdur. O, saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Onun istifadəsində yalnız 070-290-09-20 GSM nömrəsi olmuşdur Təqsirləndirilən şəxs ## ###### 2025- ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş əlavə ifadəsində bildirmişdir ki, o, istintaqa verdiyi ilkin ifadəsini təsdiq etmişdir. Ona məxsus və istifadəsində olmuş ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus GSM nömrəsinə ## ####### 2024cü il tarixdən ## ##### 2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları “xxxx” MMC-dən götürülmüş 01 ədəd “CD” diskə və ona məxsus “Redmi Note 9” markalı mobil telefona baxış keçirilən zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları olan şəxslər müəyyən edilmişdir. Həmin şəxslərlə bu məzmunda yazışmaları və həmin şəxslərin anket məlumatları barədə bildirmişdir ki, o, həmin mobil nömrə sahiblərini tanımır və həmin şəxslərlə bu məzmunda yazışması olduğunu xatırlamır. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadə və bir qismini isə İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə qoymaq məqsədilə əldə etmişdir. Belə ki, o, hadisəyə qədər 3 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuşdur. Bundan başqa, onun narkotik vasitə və psixotrop maddəni ona verən İran İslam Respublikasının vətəndaşı ilə satış barədə razılığı olmamışdır. Həmin narkotik vasitə və psixotrop maddənin ölkə ərazisinə necə və hansı yolla gətirilməsi barədə məlumatı yoxdur və həmin narkotik vasitə və psixotrop maddənin ölkə ərazisinə gətirilməsində o, iştirak etməmişdir. Ona məxsus olan “ZTE” markalı mobil telefonun şifrəsini unutmuşdur. Birinci instansiya məhkəməsində ibtidai araşdırma zamanı verdiyi ifadələri elan olunduqdan sonra verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, şahid Şahid qaynatası və qaynı onu saxlayaraq mobil telefonla çəkməyə başlayıblar. Qaynı polis əməkdaşıdır. Saxlanılma Mübariz İbrahimov küçəsində, Şahid qaynatasının evinin qarşısında baş verib. Həmin ərazi Davud marketin yerləşdiyi küçədir. İlkin olaraq onu qaynata saxlayıb. Ondan həmin küçədən keçidin olub-olmaması soruşulub. Yol olmadığını deyib, “sən burada nə edirsən?” sualını verib. Qarşı tərəf “evimə gedirəm” cavabını verib. Qaynata “burada oğurluq olub, mən səni tanımıram” deyib. O isə “gəl gedək, evimi göstərim” cavabını verib. Sonradan sahə müvəkkilinin qaynı və qadınlar evdən çıxıblar. Qaynı onu telefona çəkməyə başlayıb. Daha sonra polis əməkdaşları gəlib, onu camaatın içində döyərək maşına otuzdurub bölməyə aparıblar. Heç kim tərəfindən dəvət olunmayıb, üzərində çanta olmayıb. Hadisə saat 12:00-13:00 aralığında baş verib. Saat 12:00-da saxlanılıb, 13:00-13:30 aralığında şöbədə olub. Saat 14:00-da vəkil yanına gətirilib. Vəkil vəziyyəti soruşduqda vəkillə arasında “sənin kartına 30 manat pul atıblar, guya desəm, nə olasıdır ki” söhbəti olub. Şahid onu tək saxlamayıb, yanında başqa əməliyyatçı da olub, kimliyi bilinmir. Əlində marketdən alınmış qatıq və digər ərzaq olan paket olub, marketdən çıxıb evə gedirmiş. Saat 11:00-da NZS-də evdən çıxıb, 12:00-a yaxın evə qayıdıb, sonra dükana gedib. 13:00-13:30 aralığında şöbədə olub. 12-ci Polis Şöbəsi ilə saxlanıldığı yer arasında təxminən 2 dəqiqəlik məsafə olub. Evdən götürülən telefon ev telefonu olub, evdə saxlanılıb. Digər telefonu qeydiyyata salmaq üçün istifadə edib. Ev telefonunda Azərbaycan nömrəsi olub. Üzərindəki telefon qeydiyyatsız olub, yalnız Wi-Fi ilə işləyib, mobil şəbəkəyə qoşulmayıb. Şahid xarici nömrədən istifadə etdiyini, həmin nömrə ilə evdən götürülən telefon vasitəsilə yazışmalar aparıldığı göstərmişdir. Saxlanılma zamanı qandallanaraq döyülüb, xüsusilə Şahid tərəfindən daha çox fiziki zor tətbiq olunub. Kürdəxanı təcridxanasında xəsarətlər qeydə alınıb. Qabırğası əzilib, bel və ayaqda dəyənək izləri, burun nahiyəsində zədə olub. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, ## ##### 2025-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-də sahə inspektoru vəzifəsində çalışır. Xidmət etdiyi Sabunçu rayonu, Sabunçu ərazisində Şah İsmayıl Xətai küçəsində vətəndaş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq özünü təqdim etmişdir. Daha sonra həmin şəxsin özünü şübhəli apardığını, həyəcanlı olduğunu və ondan uzaqlaşmağa cəht ediyini görüb Təqsirləndirilən şəxslə söhbətlər aparıb onun 12-ci PŞ-nə aparılmasını təmin etmişdir. 12-ci PŞdə təhqiqatçının xidməti otağında şəxsin üzərinə baxış keçirilən zaman əlində saxladığı çantanda narkotik maddə olduğu aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs çəkiliş zamanı özü əməlini etiraf etmişdir. Şəxsə qarşı heç bir təsir olmamışdır. Şəxsin üzərindən metamfetamin aşkar edilmişdir. Şəxsi Sabunçu qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində, dalanın ən qurtaracağında saxladığını bildirərək, şəxsi saxladığı küçənin dalan olduğunu bir girişi, bir də çıxışı olduğunu qeyd etmişdir. Ora ən yaxın marketin Davud market olmuş, həmin marketlə şəxsi saxladığı yer arasında 250 metr məsafə olmuşdur, raportda Təqsirləndirilən şəxs saxladığı yer kimi Sabunçu qəsəbəsi, Şah İsmayıl Xətai küçəsini qeyd etmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şahid Şahid ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. ## ##### 2025-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxsdən də özünü təqdim etməsini istəmişdir. Bu zaman həmin şəxs verilən suallardan yayınaraq özünü şübhəli apardığı üçün həmin şəxsi saxlayaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə təmin etmişdir. 12-ci Polis Şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs ## ######## 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsində olan zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onun tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddəni və metadon həblərini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı İsmayıl Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa, təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı çantanın içərisindən 21 ədəd üzəri qara rəngli yapışqan lentlə bağlanmış (izolent) şəffaf polietilen büküm, 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş həblər, 01 ədəd ZTE və 01 ədəd “Redmi Note 9” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. 21 ədəd üzəri qara rəngli yapışqan lentlə bağlanmış (izolent) şəffaf polietilen bükümlərin içərisinə baxış keçirilən zaman oradan içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq 21 ədəd bükümdəki kütlənin patı adlanan metamfetamin olduğunu, 5 ədəd konvalyutda olan həblərin isə metadon həbləri olduğunu, İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Günəşli qəsəbəsi ərazisində əldə etdiyini, bir qismini istifadə etmək məqsədi ilə, bir qismini isə İran İslam Respublikası vətəndaşının tapşıracağı yerə qoymaq məqsədilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülülər və həblər qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid Şahid verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində küçələrə ad verilsə də, evlərə nömrə verilmədiyindən şəxsin konkret olaraq hansı evin qarşısında saxladığını bilməmişdir. Təqsirləndirilən şəxslə 10-15 dəqiqə ərzində sakit şəkildə söhbət aparmış, özünü həmin ərazinin sahə inspektoru kimi təqdim edərək onun şöbədə şəxsiyyətinin müəyyən ediləcəyini, barmaq izinin götürüləcəyini və sonradan sərbəst buraxılacağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan üzərinə baxış keçirilib-keçirilməyəcəyini soruşduqda ona narahat olmamasını demişdir. Həmin məhəllədə yad şəxslərin nadir hallarda görünməsi səbəbindən ondan şübhələnmiş və kirayəçi olduğunu ehtimal etmişdir. Təqsirləndirilən şəxs əsəbləşərək titrəməyə və tərləməyə başlamış, evdə onu gözlədiklərini bildirərək getmək üçün icazə istəmişdir. Bu hal onun üzərində qanunla qadağan edilmiş əşyanın olması ilə bağlı şübhə yaratmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman hazırkı vaxtdan daha arıq göründüyü və narkotik istifadəçisinə bənzədiyini göstərmişdir. Təqsirləndirilən şəxs şəxsi avtomobillə şöbəyə aparmış və o, ön oturacaqda əyləşmişdir. Hadisə yerində onun üzərinə baxış keçirilməmiş, bunun səbəbi kimi şəxsin qaçmaq ehtimalını göstərmişdir. Təqsirləndirilən şəxs şöbəyə getməyə razılıq verdiyindən hadisə yerinə əməliyyatçıların çağırılmasını və baxış keçirilməsini zəruri hesab etməmişdir. Şəxs axşam saat 17:00-18:00 radələrində saxlanılmış, üzərinə baxış isə şöbədə həyata keçirilmişdir. Şöbəyə gətirildikdən təxminən 3 saat ərzində onun üzərinə baxış keçirilmiş, bu zaman o, növbətçi hissədə saxlanılmış və yanında məsul növbətçi, əməliyyatçı, köməkçi və həmin şəxs olmuşdur. Saxlanılma zamanı Təqsirləndirilən şəxs üzərində çanta və iri pulqabı olmuşdur. Çəkiliş zamanı onun üzərində iki ədəd telefon olmuş, lakin telefonların çantada və ya üzərində olub-olmamasını dəqiq xatırlamır. 055-424-52-08 nömrəsi onun istifadəsində olduğunu göstərmişdir. Əgər Təqsirləndirilən şəxs üzündə və burnunda xəsarətlər olsaydı, idarədə saxlanılan zaman o, bununla bağlı müraciət edərdi xəsarətlər rəsmiləşdirilərdi. 12-ci Polis Şöbəsində şəxsə qarşı fiziki və ya psixoloji təsir göstərilməmiş, ərazinin kameralarla müşahidə olunduğu və görüntülərin əldə edilməsinin mümkün olduğu qeyd edilmişdir. Xəsarətlərin saxlanılmadan əvvəl də mövcud ola biləcəyini, saxlanılma zamanı Təqsirləndirilən şəxs üzündə xəsarət müşahidə etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin tək saxladığını, “Azercell” nömrəsindən istifadə etdiyini, xarici nömrəsinin olmadığını və indiyədək xaricdə olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs Şah İsmayıl Xətai küçəsində saxlamış və orada özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə 12-ci Polis Şöbəsinə, daha sonra isə idarəyə aparılmış, ** nömrəli məktəbin arxasına aparılmamışdır. Mehdi adlı şəxsi tanımamış və həmin adda şəxsin şöbədə olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işi başlanması və icraata götürmə barədə ## ##### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman sağ əlində saxladığı çantanın içərisindən üzəri qara rəngli yapışqan lentlə (izolent) bağlanmış içərisində ağ rəngdə kristal formalı maddə olan 21 ədəd büküm, 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş həblər, habelə 01 ədəd “Redmi Note 9” markalı və 01 ədəd “ZTE” markalı mobil telefonlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin maddələrin narkotik vasitə “Patı” və metadon olduğunu, bir gün öncə İran vətəndaşının qeyd etdiyi yerdən götürərək digər yerə aparmaq məqsədi ilə üzərində saxladığnı, bir qismini istifadə etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N ***” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr və həblər saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan - 21 (iyirmi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,710 qram, 3,654 qram, 2,870 qram, 2,260 qram, 2,259 qram, 2,776 qram, 3,323 qram, 3,723 qram, 2,484 qram, 2,714 qram, 2,673 qram, 3,198 qram, 0,474 qram, 1,086 qram, 2,409 qram, 0,953 qram, 0,704 qram, 0,811 qram, 0,781 qram, 0,806 qram, 0,462 qram, ümumi təmiz çəkisi 45,130 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Üzərində “Methadone 40” əmtəə göstəricisi olan 5 (beş) ədəd konvalyutda, ümumilikdə 50 (əlli) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik maddə olan - metadon tərkibli həblərdir və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir. Metamfetaminin təmiz çəkisi 45,130 qram, qalıq 44,920 qram, metadon həbləri 50 ədəd, qalıq 45 həbdir. İş materiallarında olan videoyazıya baxış keçirilməsi haqqında ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman o, sağ əlində saxladığı çantanın içərisindən 21 ədəd üzəri qara rəngli yapışqan lentlə bağlanmış (izolent) şəffaf polietilen büküm, 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş həbləri, habelə 01 ədəd “Redmi Note 9” markalı və 01 ədəd “ZTE” markalı mobil telefonları təqdim etmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin maddələrin narkotik vasitə “Patı” və metadon olduğunu, bir gün öncə İran vətəndaşının qeyd etdiyi yerdən götürərək digər yerə aparmaq məqsədi ilə üzərində saxladığnı, bir qismini istifadə etdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ## ##### 2024-cü il tarixli **** saylı məktubu və ona əlavə olunmuş CD diskdə əks olunmuş və müvafiq çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus GSM nömrəsinə və həmin nömrədən müvafiq mesajlar göndərilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ## ######## 2023-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F 19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan və müvafiq çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı “xxxx” MMC-yə məxsus GSM nömrəsinə ## ####### 2024-cü il tarixdən ## ##### 2025-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları “xxxx” MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirildi. “## ##### 2025-ci il tarixdə saat 09:15-dən 09:22-yə qədər Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə – “Qaqa yarinin pulunu bir saatdux qabaxcadan QARDAWİVA ata hillhilersen”, “Qaqa mene he ya yox yazda qadanaiinm” məzunlu mesajlar göndərilmişdir. ## ##### 2025-ci il tarixdə saat 15:18-dən 15:19-dək Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə – “G.......h pulu atda bunan sonra. Axzivu s.....b birinci pulu alajam”, "Danışa. Bilmirem mawibdayaıu” məzmunlu mesajlar göndərilmişdir. ## ##### 2025-ci il tarixdə saat 15:20-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə – "Ə na Razina, seyças priedu poşlö”, “Ne volnuysə” məzmunlu mesajlar göndərilmişdir. ## ##### 2025-ci il tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə – “Mi kak daqivarivalis d....b.....b” məzmunlu mesaj göndərilmişdir. ## ##### 2025-ci il tarixdə saat 02:01-də Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə –“Qaqa yazdın sene vatsapda orda arlifx goymuwam maliwi vezyetden cixar” məzmunlu mesaj göndərilmişdir. ## ##### 2025-ci il tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə – “41272044446578690. Qaqa pulu vur özünde gel yuxardaki qapi var ee. Ora pilekenlerin yan” məzmunlu mesaj və kart hesabı göndərilmişdir. ## ##### 2025-ci il tarixdə saat 20:54-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə – “Qaqa konumu atmisan seklide atda bes” məzmunlu mesaj göndərilmişdir”. İş materiallarında olan mobil telefona baxış keçirilməsi barədə ## ###### 2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində olmuş “Redmi Note 9” markalı mobil telefonuna baxış keçirilən zaman mobil telefonun kontaktında “X4” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsində ## ##### 2025-ci il tarixdə aşağıdakı mövzuda yazışmalar olmuşdur: Saat 01:35-dən 01:39-a qədər “X4” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrəyə “Sen hardan Bele qelirsen”, “Yuxum tokukur seni goDiyirem”, “Alo” məzmunlu mesajlar göndərmişdir. Saat 01:40-da “X4” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrədən “Qaqa üzürlü say gələ bilmədim evdə prablem oldu evə geleai oldum”, “Üzürlü say sən canı” məzmunlu mesajlar gəlmişdir. Saat 01:41-dən 01:42-dək “X4” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrəyə “Sen niye beke eliyursen. Qaqas vermedim sene. Verdim.”, "Deyirsen 10 deyge qalib sırada yazirsan. Gele bilmedim.”, “Bugeder mesuliyetsiz insan olmaz”, “Söhbet o oatida. Getmir. Puldada getmir” məzmunlu mesajlar göndərmişdir. Saat 01:42-dən 01:43-dək “X4” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrədən “Qaqa men özüm istədim onsuz, sve geldim”, “Tnanki prablem olmasa gəlirdim” məzmunlu mesajlar gəlmişdir. Saat 01:43-də “X4” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrəyə “Ama necenci defedi ya gelirem çatıram sora. Gelebilmedim. Ya gedirem çatıram. Sora men otudub seni gozduyurem sen. Evdesen”, “Konom sendedi wekilde. Onu sene vermuwem” məzmunlu mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı mobil telefonu kontaktında “Mehdi” kimi qeyd edilən İran İslam Respublikasına məxsus olan +************ saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı yazışmaların olduğu aşkar edildi. Belə ki, Təqsirləndirilən şəxs kontaktında “Mehdi” kimi qeyd edilən İran İslam Respublikasına məxsus olan +************ saylı mobil nömrəyə narkotik vasitə və psixotrop maddə qoyduğu yerlərin şəkilərini ataraq ünvanlarım göndərmişdir. “Mehdi” kimi qeyd edilən İran İslam Respublikasına məxsus olan +************ saylı mobil nömrə isə “hər şəkil konumun arasında bir şey qoy, qarışdırdıq genə”, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı mobil telefonun kontaktında “BMW” kimi qeyd edilən +************ saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı yazışmaların olduğu aşkar edildi. “BMW” kimi qeyd edilən +************ saylı mobil nömrə isə “Allah canıvı var eləsin gözəl insan, var olasan orda yazmısane baxdıme orda şeylərə 10 qramı 70 manata nəbilim, mən sənə 60 manata atmışdım da, başımıza haqq-hesab gəldi da, sənə bir 20 manat da şey eliyəcəm atacam sən mənə bir dənə konum at gedim götürüm də 10 dənə gülü. Prosta buralara atseydiıı zor olardı da mən maşmsızam qaqa maşını sabahları götlirəcəm ustadadı buralara atseydiıı zor olardı bu deyqe sentralninin içi it günündedir belə üzbəüz olsaydıq lap pulu da verərdim sənə götürüb gedərdim, NZS-də hansı tərəfdəsən” məzmunlu səsli mesaj göndərmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən əldə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki zorakılıq edilməsi xüsusatı üzrə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında aparılmış araşdırmanın nəticəsinə dair ***-C-** nömrəli material üzrə araşdırma aparılmış və polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmaması əsası ilə Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması hissəvi rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparlmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən əldə olunmuş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərarından görünür ki, “Baş Prokurorluqdan daxil olmuş HK/*-*** nömrəli material üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılıq edilməsi xüsusatı üzrə cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının ## #### 2025-ci il tarixli **** saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - sol diz oynağının arxa səthinin qançırı və burun nahiyyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən ## ##### 2025-ci il tarixinə uyğun gəlir, sağlamlığa ağır zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir”. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli ***** saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, şahid Şahid məxsus +************ mobil nömrələrinin anten dairə məlumatlarından həmin nömrənin ## ##### 2025-ci il saat 10:00-dən növbəti gün saat 10:00-a qədər müddət ərzində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi (saat 16:24:14, 16:30:50, 17:13:15, 22:13:04), Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Bərguşad” şadlıq sarayı (saat 16:58:10, 17:10:21), X10 (saat 16:22:01, 17:59:26, 19:43:23, 22:13:04) ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrələrdən müəyyən müddətli telefon danışıqlarının (MOC) və SMS yazışma (SMSMT) və internet istifadəsi (GPRS) aparılması müəyyən olunur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli GQ-*-****-****-**** saylı məktubu ilə məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş +************ mobil nömrəsinin anten dairə məlumatlarından həmin nömrənin ## ##### 2025-ci il tarix saat 10:00-dən növbəti gün saat 10:00-a qədər müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 10:41:29), Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov 5 (saat 10:41:29), Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 10:55:37), Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov 5 (saat 10:56:49-12:09:30) və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 12:15:55-13:27:55) ünvanında olması və həmin tarixdə və saatlarda sözügedən mobil nömrələrdən müəyyən müddətli telefon danışıqlarının (MOC) və SMS yazışma (SMSMT) və internet istifadəsi (GPRS) aparılması müəyyən olunur. +************ saylı nömrə X8 adlı şəxsin (təqsirləndirilən şəxsin qohumu) adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən əldə olunmuş Bakı İstintaq Təcridxanasından verilmiş ## ###### 2025-ci il tarixli tibbi kitabçanın surətindən görünür ki, İstintaq təcridxanasına yerləşdirilərkən aparılmış müayinə zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bədənində sol dizin arxa səthində iri həcmli tünd bənövşəyi qançır, burnun sağ yan səthində sıyrılmış üzəri qərtməkli yarası olan xəsarətlərin olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından, şəxsi axtarış və götürmə haqqında protokoldan və digər sübutlardan göründüyü kimi, şəxsin üzərindən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 21 ədəd bükümdə ayrı-ayrılıqda 4,710 qram, 3,654 qram, 2,870 qram, 2,260 qram, 2,259 qram, 2,776 qram, 3,323 qram, 3,723 qram, 2,484 qram, 2,714 qram, 2,673 qram, 3,198 qram, 0,474 qram, 1,086 qram, 2,409 qram, 0,953 qram, 0,704 qram, 0,811 qram, 0,781 qram, 0,806 qram, 0,462 qram olmaqla ümumi təmiz çəkisi 45,130 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda üzərində “Methadone 40” əmtəə göstəricisi olan 5 (beş) ədəd konvalyutda, ümumilikdə 50 (əlli) ədəd üzərlərində "F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik maddə olan narkotik vasitə metadon tərkibli həblər aşkar edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununa əsasən, metadonun 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Birinci instansiya məhkəməsi əməlin tövsifi ilə bağlı yekun qənaətə gələrkən ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini xaric etmiş və gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması” barədə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət- Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın Cinayət-Prosessual Məcəllənin 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu Cinayət-Prosessual Məcəllənin 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, Cinayət-Prosessual Məcəllənin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti istintaqa məlum olmayan İran slam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs”, “istintaqla müəyyən edilməyən vaxtda”, “istintaqla müəyyən edilməyən mənbədən” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik madədənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir”. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “təqsirləndirilən şəxsə qarşı narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması (45,130 qram olmaqla 21 büküm psixotrop maddə metamfetamin və 2 qram olmaqla 50 ədəd metadone həb) və digər sübutlar (müvafiq sms yazışmaları) narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı və şəxsi axtarış zamanı aşkar olunmuş qanunsuz əşyaların külli miqdarda olmaqla 21 bükümdə xüsusi qablaşdırılmış və 5 (beş) ədəd konvalyutda (ümumi 21 ədəd bükümlərdə olmaqla 45,130 qram psixotrop maddə metamfetamin və 2 qram olmaqla 50 ədəd metadone həb) olması, habelə ibtidai istintaqda öz əməlini etiraf etməsi (yalnız məhkəmə istintaqında ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrini inkar edir) və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Birinci instansiya məhkəməsi həm də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı onun faktiki yaxalandığı yerdə üzərinə baxış keçirilməməsi və əməliyyat-axtarış tədbirinin gedişatını, eləcə də sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən müvafiq sənədləşmənin aparılmaması ilə bağlı müdafiə tərəfinin dəlili üzrə qeyd etmişdir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi evin yaxınlığında şübhəli hərəkətləri ilə əlaqədar Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları (konkret olaraq sahə müvəkkili) tərəfindən saxlanılmışdır. Məhz sahə müvəkkilinin həyata keçirdiyi ilkin saxlanılma nəticəsində o, dərhal Polis Şöbəsinə gətirilmiş və yalnız orada üzərində şəxsi axtarış aparılarkən qanunsuz əşyaların olduğu müəyyən edilmişdir. Beləliklə, saxlanılma prosesi sahə müvəkkilinin xidməti fəaliyyət çərçivəsində həyata keçirilmiş, faktiki olaraq hadisə yerində ayrıca əməliyyat-axtarış tədbiri aparılması müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər, eləcə də onun istifadəsində olan telefondakı “WhatsApp” sosial tətbiqi vasitəsilə aparılmış yazışmalarla bağlı müdafiə tərəfinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, müdafiə tərəfi həmin SMS məzmunlarında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə birbaşa dəlalət edən məlumatın olmadığına, həmçinin “WhatsApp” yazışmalarının konkret tarixlərinin göstərilmədiyinə görə onların süni şəkildə yaradıldığını iddia etmişdir. İş materiallarından isə görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan həmin telefon nömrəsindən onun saxlanılmasından əvvəlki dövrdə (## ##### 2025-## ##### 2025 ci il tarixləri aralığında) müxtəlif nömrələrə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar məzmunlu mesajlar göndərilmişdir. Belə ki, “Qaqa yarin pulunu bir saatdux qabaxcadan QARDAWİVA ata hillhilersen”, “Qaqa mene he ya yox yazda qadanaiinm”, “G.......h pulu atda bunan sonra. Axzivu s.....b birinci pulu alajam”, “Qaqa yazdın sene vatsapda orda arlifx goymuwam maliwi vezyetden cixar”, “41272044446578690. Qaqa pulu vur özünde gel yuxardaki qapi var ee. Ora pilekenlerin yan”, habelə “Qaqa konumu atmisan seklide atda bes” məzmunlu mesajlar iş materiallarında öz əksini tapmışdır. Hazırkı halda həmin mesajların məzmununda istifadə olunan ifadələr narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə aid məna yükünü açıq şəkildə ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası müdafiə tərəfinin SMS-lərlə bağlı göstərilən dəlilini əsassız hesab edir. Eyni zamanda birinci instansiya məhkəməsi vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən “WhatsApp” sosial tətbiqində olan ayrı-ayrı şəxslərlə (“X4”, “Mehdi” və “BMW” adları ilə telefona qeyd edilmiş şəxslərlə) yazışmaları sübut kimi qeyd etsə də, iş materiallarında olan fotoşəkillərdə həmin yazışmaların konkret tarixini müəyyən etmək mümkün olmadığından onların hansı zaman kəsiyində yazılması qeyri müəyyən qalır. Bu səbəbdən məhkəmə kollegiyası “Mobil telefona baxış keçirilməsi barədə” ## ###### 2025-ci il tarixli protokolu və ona əlavə olunmuş fotoşəkilləri sübut kimi qəbul etmir”. Birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlmişdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadon alıb əldə etməklə, daşımaqla və saxlamaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkum edilmiş şəxs məhkəmə iclasında ifadəsini dəyişmiş, müdafiə tərəfi məhkum edilmiş şəxsin istintaq zamanı ifadələri təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürmüş, lakin bu əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, həmin məsələ də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və işin faktiki hallarına uyğun olan hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi bu hissədə gəldiyi qənaəti onunla əsaslandırır ki, təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, hadisə günü saat 11:30-12:00 radələrində alışverişdən qayıdarkən o, polis əməkdaşının qaynı olduğunu ehtimal etdiyi şəxs tərəfindən saxlanılmış, daha sonra sahə müvəkkili və digər əməliyyatçılar tərəfindən zor tətbiq edilərək bölməyə aparıldığını və orada döyüldüyünü bildirmişdir. Ona qarşı əsassız olaraq narkotik maddə ilə bağlı ittiham irəli sürülmüş, üzərində “patı” olduğu iddia edilmişdir. Bildirmişdir ki, saxlanıldığı andan etibarən bölmədə olduğu halda telefonundan onun xəbəri və iradəsi olmadan tanışlarına “mal var” və “zakladka var” məzmunlu mesajlar polis əməkdaşları tərəfindən göndərilmişdir. O isə heç bir cinayət törətmədiyini, qeyd olunan yazışmaları özü aparmadığını və irəli sürülən ittihamların uydurma olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi onun həmin ifadəsini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadə kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, hadisədən təxminən bir gün əvvəl İran vətəndaşı ilə əlaqə saxladığını və onun tapşırığı ilə Günəşli qəsəbəsinə gedərək göstərilən yerdən 21 büküm “patı” və metadon həbləri götürdüyünü qeyd etmişdir. Bildirmişdir ki, həmin maddələri müəyyən ünvana çatdırmalı və bunun müqabilində istifadə üçün narkotik vasitə əldə etməli idi. ## ##### 2025-ci il tarixdə saxlanılarkən üzərində sənəd olmadığından və ifşa olunmaqdan qorxduğuna görə yayınmağa çalışdığını, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Daha sonra polis şöbəsinə aparıldığını, orada hüquq və vəzifələrinin izah edildiyini və üzərinə videogörüntü ilə baxış keçirildiyini bildirmişdir. Baxış zamanı çantasında olan narkotik vasitələri könüllü təqdim etdiyini və bununla bağlı protokolu imzaladığını qeyd etmişdir. O, polis bölməsində ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Eyni zamanda, telefon yazışmalarında adı keçən şəxsləri tanımadığını və bu məzmunlu yazışmaları xatırlamadığını qeyd etmişdir. Bundan savayı, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman o, özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, narkotik vasitənin bir yerə aparmağın qarşılığında 1 qram narkotik vasitə verəcəyini bildirdiyini, orada ümumilikdə 21 bükümün olduğunu bildirmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, hər hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir (yalnız şəxs istintaq təcridxanasına qəbul edilərkən müəyyən xəsarətlərin olması müəyyən edilmiş və həmin qurum tərəfindən aidiyyatı üzrə məlumat verilmişdir). Təqsirləndirilən şəxs onun barəsində həbs qətimkan tədbiri seçilən zaman əməlini etiraf etmiş, hər hansı psixoloji və ya fiziki təsir barədə məlumat verə biləcəyi halda bunu etməmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş narkoloji rəydən müəyyən edilmişdir ki, o, narkotik vasitə istifadəçisidir, lakin təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin mövqeyi ilə bağlı həm də qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ona polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməsi, yəni döyülməsi xüsusatı üzrə müvafiq araşdırma aparılmışdır. Belə ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış ***-C-** nömrəli material üzrə ## ###### 2025-ci il tarixli qərarla cinayət işinin başlanması qismən rədd edilmiş, Təqsirləndirilən şəxs bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün materiallar ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərarından görünür ki, qeyd olunan material üzrə polis əməkdaşları tərəfindən fiziki zorakılıq edilməsi xüsusatı üzrə Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə iş materiallarında olan sənədlər təhlil edilərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməsi halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, məhkəmə baxışında irəli sürülən və heç bir dəlillə təsdiq olunmayan, yalnız ifadənin psixi zorakılıq tətbiq edilməklə alınmasına dair iddia özlüyündə zorakılığın mövcudluğuna dair əsaslı şübhə yaratmır və müdafiə tərəfini bu iddianı sübut etmək vəzifəsindən azad etmir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xəsarət yetirilməsi xüsusatı üzrə Baş Prokurorluqda aparılmış araşdırma zamanı müvafiq ekspertiza keçirilmişdir. ## #### 2025-ci il tarixli **** saylı ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin törənmə müddətinin ## ##### 2025-ci il tarixinə uyğun gəldiyi müəyyən edilmişdir. İş materiallarından və verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi evin yaxınlığında saxlanılmışdır. Həmin gün saat 18:00-18:15 radələrində onun üzərində şəxsi axtarış və götürmə aparılmış, eyni zamanda müdafiəçisinin iştirakı ilə izahatı alınmışdır. Təqsirləndirilən şəxs qeyd olunan hallarda verdiyi ifadələrində əməlini etiraf etmişdir. Daha sonra növbəti günlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də eyni mövqeni davam etdirmişdir. Beləliklə, şəxsin bədənində aşkar olunmuş xəsarətlərin törənmə vaxtının ## ##### 2025-ci il tarixinə uyğun gəldiyi müəyyən edildiyi halda, Təqsirləndirilən şəxs həmin tarixdən iki gün əvvəl əməlini sərbəst şəkildə etiraf etməsi müəyyən olunur. Bu isə polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq tətbiq edilməklə etirafedici ifadə alınması iddiasının məntiqi əsasdan məhrum olduğunu göstərir”. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən aşkar edilmiş maddələrin satışı ilə məşğul olmasını etiraf etməsi üçün polis tərəfindən döyülməsi və sair təzyiqlərə məruz qoyulması və boynuna götürməyə məcbur edilməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etməsini çoxsaylı sübutlar məcmusu da mübahisəsiz təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasının sonradan, o cümlədən hazırda baxılan apellyasiya şikayətində bildirilməsi sonradan düşünülmüş özünümüdafiə üsulu kimi qiymətləndirilməlidir. Beləliklə, müdafiə tərəfi təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsaslı olmamış, təqsirləndirilən şəxsin iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlamaqla, ifadələrini dəyişməsi səbəbini əsaslı hesab etməməklə, həmçinin ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməsi qanuni olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər bəraət aldığını vurğulayaraq ona qarşı Sabunçu Rayon Polis İdarəsinin qərəzli olduğunu iddia etsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış ## #### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və ## ###### 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Sabunçu Rayon Məhkəməsinin ## ####### 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin ## ###### 2021-ci il tarixli Amnistiya haqqında Qərarının 4-cü bəndində əsasən cəzası 06 ay azaldılıb və 01 il 06 ay cəza qalıb. Bakı şəhər Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə cəzası vaxtından əvvəl şərti azad edilib. ## ###### 2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət əməllərinə görə məhkum edilmişdir. Həmçinin onun barəsində digər cinayət işi üzrə bəraət hökmünün çıxarılması hazırkı cinayət işi üzrə hər hansı preyudisial əhəmiyyət kəsb etmir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin mobil telefona baxış keçirilməsi barədə ## ###### 2025-ci il tarixli protokolu və ona əlavə olunmuş fotoşəkilləri sübut kimi qəbul etməməsi “xxxx” MMC-nin ## ##### 2024-cü il tarixli **** saylı məktubu və ona əlavə olunmuş CD diskdə əks olunmuş və müvafiq çıxarışlardan görünən, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus GSM nömrəsinə və həmin nömrədən göndərilmiş müvafiq mesajların sübut kimi qəbul edilməsini istisna etmir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrənin istifadəsində olduğunu etiraf etmişdir. Həmçinin mesajlar narkotik vasitələrin və psixtorop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərdə rast gəlinən və qanunsuz dövriyyəni bilavasitə əks etdirən, digər mövzulara aid olmasını təsdiq edə biləcək hər hansı ağlabatan izahı olmayan mesajlarla eyni xarakterlidir. Apellyasiya instansiya məhkəməsi müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, anten dairəsi məlumatı cihazın dəqiq coğrafi mövqeyini deyil, ona xidmət edən baza stansiyasının əhatə dairəsini göstərir. Bu zona yüzlərlə metr, hətta kilometrlərlə radiusu əhatə edə bilər. Siqnalın həmin zonada qeydə alınması onun məhz Polis Şöbəsinin içərisində olduğunu sübut etmir. Həmçinin telefonun saat 12:15-13:27 aralığında Sabunçu qəsəbəsi sektorunda qeydə alınması təqsirləndirilən şəxsin öz ifadəsində qeyd etdiyi hərəkətləri ilə tam uyğundur, o, həmin ərazidə yaşayıb, dükana gedib-qayıdıb. Bu dəlil də ittihamı təkzib etmir. Şəxsi saxlayan əməkdaşın öz nömrəsinin aktivlik vaxtları saat 16:22-dən başlayır və 16:24, 16:30 dəqiqələrində məhz həmin ərazidə qeydə alınıb və bu məqam protokolda göstərilən saxlanma vaxtı ilə - saat 16:30-la dəqiqliklə üst-üstə düşür. Müdafiə tərəfi iddia edir ki, şəxs saat bir radələrində saxlanılıb və polis əməkdaşları onun telefonundan tanışlarına mesajları göndəriblər. Müdafiə tərəfinin özünün istinad etdiyi digər məlumata görə, son aktivlik saat 13:27-dədir. Lakin bu iki iddia bir-birilə üst-üstə düşmür, fərqli mənzərə təsvri yaradır. Əgər telefon polisdə idisə və mesajlar göndərilirdisə, saat 13:27-dən sonra da aktivlik (mesaj, zəng) qeydə alınmalı idi. Aktivliyin saat 13:27-də kəsilməsi sadəcə həmin andan sonra nömrədən istifadə edilmədiyini (zəng, SMS, internet olmadığını) göstərir. Telefonun istifadə edilməməsi isə onun mütləq şəkildə tutulduğunu sübut etmir. Beləliklə, bununla da müdafiə tərəfinin həm də şəxsin hərəkət azadlığının 4 saat 30 dəqiqə məhdudlaşdırılması dəlili əsassızdır. Müdafiə tərəfi həm də şəxsin saxlanıldığı (saat 16:30) və şəxsi axtarış aparıldığı (saat 18:00) vaxt arasındakı boşluğu dəlil kimi təqdim edir. Lakin hazırkı işin faktiki halları və sübutlar məcmusu nəzərdən keçirildikdə onun həmin vaxt ərzində üzərində axtarış aparılmaması Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün əsaslar yaratmır. Belə ki, şəxsi axtarış videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə keçirilib, Təqsirləndirilən şəxs çantadakı maddələri könüllü təqdim edib və onları necə və hansı məqsədlə əldə etdiyini izah edib. İştirak edən bütün şəxslər protokolu hər hansı qeyd vermədən və etiraz etmədən imzalayıblar. Şahid Şahid ifadəsinə görə isə, Təqsirləndirilən şəxs şöbədə axtarışa qədər fasiləsiz müşahidə altında saxlanılıb, yəni nə üzərindəkini kənarlaşdıra, nə də ona nəsə əlavə oluna bilərdi. Göründüyü kimi, şəxsin şöbəyə dəvət edilməsi, şəxsiyyətinin müəyyənləşdirilməsi, müdafiəçinin təmin edilməsi, videoçəkilişlə şəxsi axtarışın təmin edilməsi həmin vaxt aralığına uyğun olmaqla aşkar edilmiş maddələrin onun üstünə qoyulması versiyasını istisna edir. Bundan başqa, Təqsirləndirilən şəxs əməlini şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə etiraf edib, maddələri könüllü təqdim edərək onların "patı" (metamfetamin) və metadon olduğunu, İran vətəndaşının göstərdiyi yerdən götürdüyünü bildirib. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, xəsarətlərin mövcudluğu inkar edilmir. Məhkəmə-tibbi ekspertizanın ## #### 2025-ci il tarixli **** saylı rəyinə görə xəsarətlər ## ##### 2025-ci il tarixinə uyğun gəlir. Onun üzərində şəxsi axtarış keçirilməsi, əməlini elə saxlandığı gün etiraf etməsi xəsarətlərdən iki gün əvvələ təsadüf edir. Müdafiə tərəfi də 28 aprelə uyğun gəlmə ilə bağlı ifadənin qəti deyil, təxmini interval olduğunu vurğulayır. Müdafiə tərəfinin mövqeyi nəzərə alındıqda və tarixin qəti olmadığı qəbul edildiyi halda, xəsarətlərin polis nəzarətindən, hətta Polis İdarəsinə gəlməmişdən əvvəl yaranmış olması ehtimalı da eyni dərəcədə inandırıcı olardı. Göründüyü kimi, müdafiə tərəfinin bu dəlili də əsassızdır. Şahid Şahid ifadəsində xəsarətlərin saxlanılmamışdan əvvəl də mövcud ola biləcəyini bildirmişdir. Üstəlik göstərilən xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi forması və anı barədə Təqsirləndirilən şəxs hər hansı dəlillər irəli sürməmiş və həmin xəsarətlərin birmənalı olaraq polis zorakılığı nəticəsində yetirilmiş olması bağlayan sübutlar mövcud deyildir. Göründüyü kimi, zorakılıq iddiası həmin dəlillə təsdiqlənmir və əsaslı şübhə yaratmır. Həmçinin əvvəllər narkotik vasitələrin və qanunsuz maddələrin dövriyyəsinə görə iki dəfə məhkum edilmiş, bundan sonra barəsində başqa cinayət işi üzrə istintaq aparılmış və bəraət hökmü çıxarılmış şəxsin ittiham edilən əməlin və cəzanın ağırlığını dərk etmək imkanı olmuşdur, bədənində müəyyən edilən sol dizin arxa səthində iri həcmli tünd bənövşəyi qançır, burnun sağ yan səthində sıyrılmış üzəri qərtməkli yarası kimi xəsarətlər nəticəsində onun ağırlığını dərk etdiyi itttihamı qəbul etməyə məcbur qalması məntiqinə uyğun hesab edilməsi əsaslı mövqe kimi qəbul edilməməlidir. Bundan başqa, apellyasiya instansya məhkəməsi bir daha qeyd edir ki, zorakılıqla bağlı xüsusatlar iki dəfə araşdırılmış və cinayət işinin başlanması rədd edilmişdir. Bu barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin ***-C-** saylı materialı üzrə ## ###### 2025-ci il tarixli və Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ## ###### 2026-cı il tarixli qərarı mövcuddur. Həmin qərardan müdafiə tərəfi tərəfindən hər hansı formada şikayəti verilməsi isə müəyyən edilmir və müdafiə tərəfi bu barədə hər hansı dəlil təqdim etməmişdir. Bu vəziyyət isə gəlinmiş hüquqi nəticənin qəbul edilərək onunla razılaşılması qənaətini yaradır. Bundan əlavə, müdafiə tərəfi məhkum edilmiş şəxsin üzərində psixotrop maddə və narkotik vasitə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Əvvala, bu hal, məhkum edilmiş şəxsin istintaq zamanı verdiyi ifadələri ilə uzlaşmır. Müdafiə tərəfinin məhkum edilmiş şəxsin psixotrop maddə və narkotik vasitəni satış məqsədi ilə Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması və daşınması Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli *** nömrəli Qanunun 1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkum edilmiş şəxs psixotrop maddəni və narkotik vasitəni əldə etdikdən dərhal sonra saxlanılmamış, qeyd edilən çəkidə maddələrin şəxsi istifadə məqsədi ilə üzərində saxlamaqla daşıması barədə ehtimal da mövcud olmamışdır. Onun üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitə istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası məhkum edilmiş şəxsin psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə mövqeyi ilə razılaşır. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Cinayət-Prosessual Məcəllənin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində məhkum edilmiş şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxsin ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və göstərilənlərin şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmasına yönəlmiş hal kimi nəzərə alınır. Heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət-hüquqi normaların işığında apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum edilmiş şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 234.4.3-cü maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı dövründə davranışını (59.2) cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəza ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir, həmçinin təyin edilmiş cəzanın növü və həddi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunan normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası həddində, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)- ****/**** saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar