Məhkəmə qərarları › İş №1(3-6)-776/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-776/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-776/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, hakimlər X1 və X2 ibarət tərkibdə) *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ## ###### 1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü dəyişdirilərək 2000 manat cərimə cəzasından azad edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 6, ev 9 b ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, ünvan 2 159-173 ünvanı yaxınlığında park edilmiş avtomobilin təkərinin havasının boşaldılmasına oradan keçən Zərərçəkmiş şəxs irad bildirməsini cüzi bəhanə edərək aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozub bu qaydalara etinasızlıq göstərərək digər şəxslərə qarşı laqeydlik nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutub xuliqanlıq niyyəti ilə üzərindəki tiyəsinin uzunluğu 145 mm, dəstəyinin uzunluğu 120 mm, qırmızı-göy-ağ rəngli plastik materialdan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəxt bıçağı ilə iki dəfə İmran Abbasovun döş nahiyəsinə vuraraq ona döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yarası, ağciyərin və diafraqmanın zədələnməsi, hemopnevotoraks ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan xəsarətlər yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin tələbini dəqiqləşdirərək ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini və buna görə də ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü təqsirli bilməməsi və ona bəraət verilməsi barədə dəlillərini əsassız sayaraq həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində özünü təqsirli bilməsə də, o, cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, valideyinlərinin hər ikisinin rəhəmətə getməsi səbəbindən və maddi vəsaitinin olmamasına görə Bakı şəhərinin müxtəlif rayonlarında küçələrdə yaşayır. ##.##.2025-ci il tarixdə, gecə saat 12 radələrində ünvan 2 153-173 ünvanında zibillikdən yemək üçün çörək toplayan zaman tanımadığı bir nəfər şəxs onu söyərək “rədd ol buralardan” demişdir. O, həmin şəxsə “mənimlə işin olmasın” deyib çıxıb getmək istəyərkən həmin şəxs onu yanına çağırmışdır. O, həmin şəxsin yanına gedərkən sonuncu onu söyüb təhqir edərək üzərinə bıçaq çıxartmışdır. Həmin şəxsin bu hərəkəti ona çox pis təsir etdiyindən əlindəki sellofanda olan özünə məxsus dəstəyi ağ-göy-qırmızı rəngli bıçağı çıxarıb üstünə getmişdir. Həmin şəxs arxaya çönüb qaçmaq istəyəndə yerə yıxılmışdır. O, həmin şəxsə yaxınlaşıb əlindəki bıçaqla sinə və qarın nahiyələrinə iki dəfə zərbə endirərək yerə yıxılmışdır. Həmin şəxs isə ayağa qalxaraq qaçıb getmişdir. O, isə onun arxasınca qaçmayaraq gəzə-gəzə Neapol dairəsi tərəfə getmişdir. Məhəllələrin birində istifadə etdiyi bıçağı yuyaraq sellofandakı meyvələri doğrayıb yeməyə başlamışdır. Daha sonra məhəllələrdəki zibilliklərdən çörək yığarkən polis əməkdaşları ona yaxınlaşaraq şöbəyə dəvət etmişlər. Şöbədə olarkən bıçaqla xəsarət yetirdiyi şəxsin Abbasov İmran Rəhman oğlu olmasını bilmişdir. İmran Abbasovu bıçaqla vurmaqda məqsədinin yalnız qorxutmaq olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində və hazırki apellyasiya baxışı zamanı özünü təqsirli bilməməsi, lakin məhkəməyədək icraat dövründə ona qarşı irəli sürülən ittihamın məzmununa uyğun etirafedici ifadələr verməsini nəzərə alaraq yaranmış ziddiyyətin səbəbi kimi təqsirləndirilən şəxs tərəfindən hər hansı ağlabatan dəlillərə istinad olunmadığını, habelə zərərçəkmiş şəxs və şahid ifadələrinin, həmçinin iş materiallarında olan digər sübutların Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə uzlaşaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ona istinad olunan cinayət əməlini tam sübuta yetirdiyini qeyd edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə və məhkəmə baxışı zamanı (özünü təqsirli bilməməsi) verdiyi ifadələri arasında yaranmış ziddiyyətin səbəbini araşdıraraq həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasov İmran Rəhman oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, yaşadığı binanın altında olan “Araz” marketdən lazımsız və təkrar emala yararlı olan kağız və kartonları yığıb satmaqla məşğuldur. Həmin işlə o, axşam saatlarında məşğul olur, çünki həmin mağazada sistem bu formada qurulmuşdur. ## ####### 2025-ci il tarixdə, saat 23 radələrində qeyd etdiyi kimi “Araz” marketə getmək üçün yaşadığı binanın blokundan çıxan zaman blokun qarşısında sağ tərəfdə park edilmiş qonşusu Şahid məxsus “Mitsubishi Lancer” markalı avtomobilin ilk öncə sağ arxa, daha sonra isə sağ qabaq təkərinin sonradan tanıdığı Təqsirləndirilən şəxs əyilərək əlindəki bıçaqla deşməsini müşahidə etmişdir. Həmin vaxt o, Elnura yaxınlaşaraq iradını bildirmişdir. Eyni zamanda Elnurdan etdiyi əməlin səbəbini soruşduqda, o, Şahidla ədavəti olduğu üçün bunu etdiyini bildirmişdir. O, Vüsalın burada qaldığını, onu çağıraraq bu məsələni bildirəcəyini, ona ziyan vurduğunu, nə sözü varsa Vüsalın özünə deyərək söhbət etmələrini bildirmişdir. Bu sözlərdən sonra Elnur oradan uzaqlaşıb binanın arxa hissəsinə tərəf gemişdır. Həmin vaxt avtomobilin sahibi olan Şahid mağazadan çıxaraq onun yanından keçdiyi görmüş və Vüsala olanları bildirmişdir. Vüsala məsələni danışdıqdan sonra onunla birlikdə binanın arxa hissəsinə keçib Elnurun orada dayandığını görmüşlər. Elnura yaxınlaşıb üzbəüz söhbət etməyə çalışmışlar. Həmin vaxt Elnurun əlində bıçaq olduğu üçün ondan bıçağı yığışdıraraq avtomobilin sahibi Şahidla arasında hər hansı ədavəti varsa onunla söhbət edib həll etmələrini istəmişdir. Onun bu sözlərindən sonra Elnur ona sərt reaksiya verərək üzərinə gəlmişdir. O, arxasında olan arabanı fırladıb qabağa atmışdır ki, ara məsafəsi olsun, çünki onun əlində və yanında özünü müdafiə etmək üçün heç bir əşya olmamışdır. O, Elnurun daha da aqressiv davrandığını görüb ordan qaçan zaman ayağı çökəkliyə düşmüş və üzü üstə yerə yıxılmışdır. Bu zaman Elnur onu üstünə çıxıb ona iki bıçaq zərbəsi vurmuşdur. O, nə qədər Elnura vurmamasını bildirsədə, sonuncu amansızcasına onu bıçaqla vurmaqda davam etmiş və sonra çıxıb getmişdir. Bundan sonra Vüsal Məmmdədov dərhal DİN-nin “102” xidmətinə və təcili tibbi yardıma zəng vurmuşdur. Bir müddət sonra ətrafına tanımadığı şəxslər yığılmış, təcili tibbi yardım avtomobilinə mindirilərək Sabunçu rayon xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istər hadisə vaxtı, istərsə də istintaq zamanı verilən sualları düzgün cavablandırırmış, özünü məhkəmədə apardığı kimi aparmamışdır. Həmin hadisə 10-15 dəqiqə davat etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamış və onu bağışlamır, məhkəmədən ona qanuni cəza verilməsini xahiş etmişdir. Həmin iclasda şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Abbasov İmran Rəhman oğlu onun qonşusu olmaqla münasibətləri daima yaxşı olmuşdur. ## ####### 2025-ci il tarixdə, saat 23 radələrində özünə məxsus "Mitsubishi Lancer" markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin yaxınlığındakı zibilliyin yanında saxlayıb evinə bazarlıq etmək üçün yaxınlıqdakı "Araz" marketə getmişdir. Marketdən çıxıb evinə gedərkən İmranla rastlaşmış, bir nəfər tanımadığı qara papaqlı, gödəkçədə, ayaqyalın vəziyyətdə olan şəxsin isə oradan uzaqlaşdığını görmüşdür. Həmin vaxt İmran ona məxsus avtomobilin gedən şəxs tərəfindən nə vəziyyətə salındığını göstərmişdir. O, İmrandan nə baş verməsi ilə maraqlandıqda İmran ona həmin şəxsin onunla ədavəti olduğunu və bu səbəbdən belə etdiyini deməsini ona bildirmişdir. Avtomobilə nəzər yetirdikdə təkərləri artıq boşalmış vəziyyətdə olmuşdur. Bundan sonra o, İmranla birlikdə binanın arxa hissəsinə keçmiş, orada zibilliyin yanında həmin şəxsi görüb yaxınlaşmışlar. Həmin şəxsdən kimliyini soruşduqda, sonuncu heç bir cavab vermədən onun üzünə baxmışdır. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilnişdir. Həmin vaxt İmran Elnurdan təkərləri niyə deşdiyini və düşmənçiliyinin səbəbi ilə maraqlandıqda, aralarında mübahisə yaranmışdır. O, Elnurun əlində bıçağı gördükdə ondan çəkinmişdir. Onlardan başqa orada heç kim olmamışdır. Bu zaman İmran təkrarən ondan söz soruşduqda, Elnur özüdən çıxıb üz-üzə durub bıçaq atmağa başladı. Bunu görən İmran bir neçə addım qaçdıqda ayağı pilləkənə ilişib yıxılmış, Elnur da ona çatıb üstünə çıxaraq 2-3 bıçaq zərbəsi endirmişdir. Həmin an o, yerində donub qalmışdır. Onun kimisə çağırmağa imkanı olmamışdır. Hadisə vaxtı aralarında 4-5 metr məsafə olmuşdur. Hadisəni törətdikdən sonra Elnur metroya tərəf getmişdir. Bundan sonra o, dərhal təcili tibbi yardıma və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra təcili tibbi yardım avtomobili və polis əməkdaşları hadisə yerinə gəlmiş və İmranı xəstəxanaya aparmışlar. “Baxış keçirilməsi haqqında” ## ####### 2025-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 2 159-173 ünvanın yaxınlığıdır. Müayinə olunan ərazi yaşayış binalarının əhatəsindədir. Əhalinin sıx gəlişigedişi üçün istifadə edilir. Həmin ərazinin yaxınlığında “Araz” market və “Beynəlxalq Bank” yerləşir. Ətrafda müxtəlif nəqiliyyat vasitələri park edilmişdir. Ərazinin işıqlandırılması zəifdir. Ətrafda çoxlu sayda müxtəlif obyektlər yerləşir. Müayəniə zamanı asfalt üzərində heç bir qan və ya qana bənzər izlər aşkar edilməmişdir. Müayinə zamanı heç bir sübut əhəmiyyətə malik əşya aşkar edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə, saat 04:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim etmə və götürmə barədə” ## ####### 2025-ci il tarixli protokoldan və foto şəkildən görünür ki, Təqsirləndirilən şəxs istintaqa 1 ədəd dəstəyi göy, ağ, qırmızı rəngli skoçla sarılmış vəziyyətdə bıçağı təqdim edərək hadisə vaxtı Abbasov İmran Rəhman oğlunu məhz həmin bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. “Şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” ## ####### 2025-ci il tarixli protokoldan və foto şəkildən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 2 159-173 ünvanını göstərərək ##.##.2025-ci il tarixdə gecə saat 12 radələrində sonradan adının Abbasov İmran Rəhman oğlu olduğunu bildiyi şəxsi üzərində gəzdirdiyi bıçaqla bu ərazidə vurduğunu, xəsarət yetirildikdən sonra İ.Abbasov qaçaraq getmişdir. Xəsarət yetirilən zaman o, yerə yıxılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökmdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü dəyişdirilərək 2000 manat cərimə cəzasından azad edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsin ## ###### 2025ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Abbasov İmran Rəhman oğlunda döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yarası, ağciyərin və diafraqmanın zədələnməsi, hemopnevotoraks müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi ##.##.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi və dərəcəsinə görə ümimilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərərvurmaya aid edilir. “xxxx” Publik Hüquqi şəxsin ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri olunmur. Bunu cinayət işi materialları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı muayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Onda xasiyyətin psixopatik tipli cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik müəyyən edilimir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin (maddi sübutların ekspertizası) ## ###### 2025-ci il tarixli, ***/****-TBŞ nömrəli rəyindən görünür ki, təqdim edilmiş sənədə (şəxsiyyət vəsiqəsinin kserosurəti) əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B/III/-dir. Ekspertizaya təqdim edilmiş Abbasov İmran Rəhman oğluna məxsus 01 (bir) ədəd qısaqol mayka (futbolka) və qolsuz mayka (alt paltarı) üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız B antigeni alındı. ABO sistemi üzrə alınmış B antigeni tək halda B(III) qruplu qanı formalaşdırdığı üçün qan ləkələrinin həmin qruplu şəxsə (şəxslərə) məxsus olduğunu söyləmək olar. Göstərilən halda bu qan ləkələrinin ABO sistemi üzrə eyni qan qruplu Abbasov İmran Rəhman oğluna məxsus olması inkar olunmur. Təqdim edilmiş 01(bir) ədəd bıçağın üzərində qan aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin (maddi sübutların ekspertizası) ## ###### 2026-cı il tarixli, ***/MTKŞ-**** nömrəli rəyindən görünür ki, təqdim edilmiş Abbasov İmran Rəhman oğluna məxsus qısaqol koftanın və qolsuz maykanın hər birinin ön səthinin sağ yarısında bir ədəd, arxa səthinin sağ yarısında bir ədəd deşilmiş-kəsilmiş zədələr var, bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Abbasov İmran Rəhman oğluna məxsus qısaqol koftanın və qolsuz maykanın üzərində olan deşilmişkəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Abbasov İmran Rəhman oğluna məxsus qısaqol koftanın və qolsuz maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələr, qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Məhkəmə kollegiyası "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli Qərarında verilən tövsiyələrə əsaslanaraq, həmçinin qeyd edir ki, cinayət əməli o vaxt xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına az ağır və ya ağır xəsarət yetirir və yaxud da həyatdan məhrum edir). Həmin Qərarın 6-cı bəndində, həmçinin qeyd olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni (hazırki halda xuliqanlıq niyyəti qəsdən sağlamlığa ağır zərər vurma) mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli Qərarında qeyd edilir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X3 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Hazırki işə münasibətdə birinci innstansiya məhkəməsi tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab etmişdir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, istintaq orqanı tərəfindən düzgün olaraq onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası əməlin tövsifinə münasibətdə birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün məhkəməyədək icraat zamanı ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqqında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir, ona bəraət verilməsi üçün hazırki apellyasiya baxışı zamanı hər hansı əsas müəyyən olunmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməməsini və həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 60 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən həm işin halları, həm də təqsirləndiirlən şəxsin və zərərçəkmiş şəxsin mənafeləri baxımından ədalətli tarazlığı müəyyən edə bilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Sabit Bəhrəmzadə Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar