Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-779/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, təqsirləndirilən şəxslərin müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 İsmayıl oğlunun və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İbadov İlham İbad oğlunun, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 iştirakları ilə, ## ####### 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Vərməziyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə; ## #### 1994-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Vərməziyar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə” hoteldə müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, - təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə; ## #### 1994-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, “ASAN xidmət” mərkəzində təsərrüfat işçisi vəzifəsində işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, - təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi İbadov İlham İbad oğlu tərəfindən, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1 İsmayıl oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X3 (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X4 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs3 qohumu təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı təqsirləndirilən şəxs2 ilə özgənin xüsusilə külli miqdarda əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla tamah niyyəti ilə gizli olaraq talama barədə aralarında razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə, 2025-ci ilin may-iyun aylarında cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs2 təşəbbüsü ilə qohumu X11 yaşadığı ünvan 5 ünvanında yerləşən ** saylı mənzildə olan sonuncuya məxsus dəmir seyfin içərisindəki pul vəsaitlərini və digər əmlakı gizli üsulla talama cinayət əməlinin həyata keçirilməsi ilə bağlı cinayətkar qrupun bütün üzvləri arasında rol bölgüsü aparılmış, ## #### 2025-ci il tarixdə qrup üzvləri arasında əvvəlcədən əldə edilmiş razılıq əsasında təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxsanı Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qohumunun fərdi yaşayış evinə aparıb cinayət əməlini törədəcəkləri mənzildə həmin vaxt bir neçə saat ərzində hər hansı bir şəxsin olmayacağı barədə ona və digər qrup üzvü təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra, həmin tarixdə saat 15 radələrində cinayət əməllərini pərdələmək məqsədi ilə digər şəxslər tərəfindən tanınmamaq üçün təqsirləndirilən şəxs3 papaq geyinməklə qara rəngli gün eynəyində, qrup üzvü təqsirləndirilən şəxs1 “xxxx” çatdırılma şirkəti kuryerinin geyim formasında, motodəbilqə baş geyimində, həmçinin əvvəlcədən əldə etdiyi kəsici elektrik və digər dəmir alətləri kuryer çantasında daşımaqla birlikdə ünvan 5 ünvanına gedib təqsirləndirilən şəxs3 həmin binanın yaxınlığında dayanıb gözətçilik etməklə, eləcə də qrup üzvü təqsirləndirilən şəxs2 Abşeron rayonu Novxanı qəsəbəsində Zərərçəkmiş şəxsa və ailə üzvlərinin bilavasitə yanında olmaqla həmin mənzil sahibinin, həmçinin ailə üzvləri və qohumlarından hər hansı bir şəxsin mənzilə gələcəkləri halda məlumatlandırılacağına tam əmin olduqdan sonra, təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə və vaxtda əldə edərək əvvəlcədən verdiyi açarla qrup üzvü təqsirləndirilən şəxs1 həmin yaşayış binasında olan ** saylı mənzilin giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin kiçik yataq otağında olan saxlanc yeri hesab edilən metal seyfin qapısını gətirdiyi kəsici alət vasitəsilə kəsib açaraq seyfin içərisində olan həmin dövrün məzənnəsi ilə 1.395.700 manat təşkil edən 821.000 ABŞ dolları və 205.000 manatdan ibarət ümumilikdə 1.600.700 manat təşkil edən nağd pul vəsaitlərini, 7100 manat dəyərində qızıl imza döş nişanını və qızıl sikkəni gizli olaraq talayıb digər qrup üzvləri ilə aralarında bölüşdürməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsaya 1.607.800 manat məbləğində xüsusilə külli miqdarda ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. təqsirləndirilən şəxs1 qardaşı təqsirləndirilən şəxs2 və qohumu təqsirləndirilən şəxs3 ilə özgənin xüsusilə külli miqdarda əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla tamah niyyəti ilə gizli olaraq talama barədə aralarında razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə, 2025-ci ilin may-iyun aylarında cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs2 təşəbbüsü ilə qohumu X11 yaşadığı ünvan 5 ünvanında yerləşən ** saylı mənzildə olan sonuncuya məxsus dəmir seyfin içərisindəki pul vəsaitlərini və digər əmlakı gizli üsulla talama cinayət əməlinin həyata keçirilməsi ilə bağlı cinayətkar qrupun bütün üzvləri arasında rol bölgüsü aparılmış, ## #### 2025-ci il tarixdə qrup üzvləri arasında əvvəlcədən əldə edilmiş razılıq əsasında təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxsanı Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qohumunun fərdi yaşayış evinə aparıb cinayət əməlini törədəcəkləri mənzildə həmin vaxt bir neçə saat ərzində hər hansı bir şəxsin olmayacağı barədə təqsirləndirilən şəxs3 və ona məlumat verməsindən sonra, həmin tarixdə saat 15 radələrində cinayət əməllərini pərdələmək məqsədi ilə digər şəxslər tərəfindən tanınmamaq üçün təqsirləndirilən şəxs1 “xxxx” çatdırılma şirkəti kuryerinin geyim formasında, moto-dəbilqə baş geyimində, həmçinin əvvəlcədən əldə etdiyi kəsici elektrik və digər dəmir alətləri kuryer çantasında daşımaqla cinayətkar qrupun digər üzvü təqsirləndirilən şəxs3 papaq geyinməklə qara rəngli gün eynəyində birlikdə ünvan 5 ünvanına gedib qrup üzvlərindən təqsirləndirilən şəxs3 həmin binanın yaxınlığında dayanıb gözətçilik etməklə, eləcə də təqsirləndirilən şəxs2 Abşeron rayonu Novxanı qəsəbəsində Zərərçəkmiş şəxsa və ailə üzvlərinin bilavasitə yanında olmaqla həmin mənzil sahibinin, həmçinin ailə üzvləri və qohumlarından hər hansı bir şəxsin mənzilə gələcəkləri halda məlumatlandırılacağına tam əmin olduqdan sonra, təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə və vaxtda əldə edərək əvvəlcədən ona verdiyi açarla təqsirləndirilən şəxs1 həmin yaşayış binasında olan ** saylı mənzilin giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin kiçik yataq otağında olan saxlanc yeri hesab edilən metal seyfin qapısını gətirdiyi kəsici alət vasitəsilə kəsib açaraq seyfin içərisində olan həmin dövrün məzənnəsi ilə 1.395.700 manat təşkil edən 821.000 ABŞ dolları və 205.000 manatdan ibarət ümumilikdə 1.600.700 manat təşkil edən nağd pul vəsaitlərini, 7100 manat dəyərində qızıl imza döş nişanını və qızıl sikkəni gizli olaraq talayıb digər qrup üzvləri ilə aralarında bölüşdürməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsaya 1.607.800 manat məbləğində xüsusilə külli miqdarda ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. təqsirləndirilən şəxs2 qardaşı təqsirləndirilən şəxs1 və qohumu təqsirləndirilən şəxs3 ilə özgənin xüsusilə külli miqdarda əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla tamah niyyəti ilə gizli olaraq talama barədə aralarında razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə, 2025-ci ilin may-iyun aylarında özünün təşəbbüsü ilə qohumu X11 yaşadığı ünvan 5 ünvanında yerləşən ** saylı mənzildə olan sonuncuya məxsus dəmir seyfin içərisindəki pul vəsaitlərini və digər əmlakı gizli üsulla talama cinayət əməlinin həyata keçirilməsi ilə bağlı cinayətkar qrupun bütün üzvləri arasında rol bölgüsü aparılmış, ## #### 2025-ci il tarixdə qrup üzvləri arasında əvvəlcədən əldə edilmiş razılıq əsasında onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxsanı Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qohumunun fərdi yaşayış evinə aparıb cinayət əməlini törədəcəkləri mənzildə həmin vaxt bir neçə saat ərzində hər hansı bir şəxsin olmayacağı barədə digər qrup üzvləri təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 məlumat verməsindən sonra, həmin tarixdə saat 15 radələrində cinayət əməllərini pərdələmək məqsədi ilə digər şəxslər tərəfindən tanınmamaq üçün qrup üzvü təqsirləndirilən şəxs1 “xxxx” çatdırılma şirkəti kuryerinin geyim formasında, moto-dəbilqə baş geyimində, həmçinin əvvəlcədən əldə etdiyi kəsici elektrik və digər dəmir alətləri kuryer çantasında daşımaqla digər qrup üzvü təqsirləndirilən şəxs3 papaq geyinməklə qara rəngli gün eynəyində birlikdə ünvan 5 ünvanına gedib qrup üzvü təqsirləndirilən şəxs3 həmin binanın yaxınlığında dayanıb gözətçilik etməklə, eləcə də təqsirləndirilən şəxs2 Abşeron rayonu Novxanı qəsəbəsində Zərərçəkmiş şəxsa və ailə üzvlərinin bilavasitə yanında olmaqla həmin mənzil sahibinin, həmçinin ailə üzvləri və qohumlarından hər hansı bir şəxsin mənzilə gələcəkləri halda məlumatlandırılacağına tam əmin olduqdan sonra, təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə və vaxtda əldə edərək əvvəlcədən verdiyi açarla qrup üzvü təqsirləndirilən şəxs1 həmin yaşayış binasında olan ** saylı mənzilin giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin kiçik yataq otağında olan saxlanc yeri hesab edilən metal seyfin qapısını gətirdiyi kəsici alət vasitəsilə kəsib açaraq seyfin içərisində olan həmin dövrün məzənnəsi ilə 1.395.700 manat təşkil edən 821.000 ABŞ dolları və 205.000 manatdan ibarət ümumilikdə 1.600.700 manat təşkil edən nağd pul vəsaitlərini, 7100 manat dəyərində qızıl imza döş nişanını və qızıl sikkəni gizli olaraq talayıb digər qrup üzvləri ilə aralarında bölüşdürməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsaya 1.607.800 manat məbləğində xüsusilə külli miqdarda ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçiləri müdafiəçi3 və müdafiəçi1 İsmayıl oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 xalası X11 yaşadığı mənzildən oğurluq etdiyini səmimi olaraq etiraf etmiş, cinayəti tək törətdiyini, cinayətin törədilməsində qardaşı təqsirləndirilən şəxs2 və qohumu təqsirləndirilən şəxs3 iştirak etmədiklərini, həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etmədiklərini bildirmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxs1 qeyd olunan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətdiyini sübuta yetirilməmiş, bununla bağlı cinayət işinin materiallarında hər hansı bir təsdiqedici sənəd, sübut yoxdur. təqsirləndirilən şəxs1 oğurluq törətdikdən sonra təqsirləndirilən şəxs3lə görüşməsi, sonra isə pulu saxlamaq üçün bir hissəsini qardaşı Seymura verməsi faktı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi kimi başa düşülməməlidir. Bununla bağlı təqsirləndirilən şəxs1 verilmiş ittihamdan onun təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi hissəsi sübuta yetirilmədiyindən və əməlində həmin cinayətin tərkibi olmadığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(4-1)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayəti üzrə dəyişdirilməlidir. Bundan başqa təqsirləndirilən şəxs1 cəmi 1,600700 manat məbləğində pul vəsaitlərini, 7100 manat dəyərində qızıl imza döş nişanını oğurladıqdan sonra əməlindən peşman olmuş və həmin əmlakı qaytarmaq qərarına gəlmişdir. Bunun da məntiqi nəticəsi olaraq təqsirləndirilən şəxs1 oğurluğun predmetini qoruyub saxlamış, hər hansı bir müdaxilə etməmiş, istintaq dövründə isə tam şəkildə zərərçəkmiş şəxs qismində tanınmış şəxsə təhvil vermişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxs X11 məhkəməyə yazılı ərizə təqdim edərək, oğurluq nəticəsində ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxs1 və digər şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. təqsirləndirilən şəxs1 əvvəllər oğurluq cinayəti törətməmiş, bu tip cinayətlər törətməyə meyilli şəxs olmamışdır. təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar olmamışdır. təqsirləndirilən şəxs1 dəymiş ziyanı tam olaraq ödəməsi və zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Müdafiə tərəfi olaraq hesab edirəm ki, yuxarıda qeyd etdiklərimə əsasən, təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunması mümkündür. Bunun əksini müəyyən edən hal isə yoxdur. Bu səbəbdən də, təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən qərar çıxarılmalı olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayəti üzrə dəyişdirilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 müdafiəçiləri İbadov İlham İbad oğlu və müdafiəçi1 İsmayıl oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs3 əməlinin Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilərək, həmin maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və ya təqsirləndirilən şəxs3 münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək, şərti cəza təyin edilməsini xahiş etmişlər. Müdafiəçi İbadov İlham İbad oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sənədlərdən göründüyü kimi, təqsirləndirilən şəxs3 bədənində çoxsaylı xəsarətlər aşkar olunmuşdur. Bu da, təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi onun ibtidai istintaq zamanı fisiki təsirə və işkəncələrə məruz qaldığını və istintaq zamanı verdiyi güya oğurluqda iştirakı barədə ilk ifadəsinin fiziki təsirə məruz qaldığından verdiyini tam tasdiq edir. Göründüyü kimi, təqsirləndirilən şəxs3 heç bir oğurluqda iştirak etməmiş. Onun əməli təqsirləndirilən şəxs1 törətdiyi oğurluq cinayəti barəsində xəbər verməməkdən ibarət olub və bu səbəbdən təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hökmündə qeyd edildiyi kimi, “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan, “nikahın pozulması” haqqında AZ-İ №****** şəhadətnamədən, AA4902696,AA6102824, AZE10657037 və AZE12079713 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, təqsirləndirilən şəxs3 ilə X5 nikahı Şərur Rayon Məhkəməsinin qətnaməsindən çıxarışa əsasən pozulmuş, həmin nikaha ## ##### 2022-ci il tarixdə xitam verilmişdir. təqsirləndirilən şəxs3 ailə tərkibi ## ######## 1958-ci il təvəllüdlü anası X8, ## ### 2019-cu il təvəllüdlü oğlu Yusif Rzazadə, # ####### 2009-cu il təvəllüdlü oğlu Sinan Rzazadə və ## ######## 2012-ci il təvəllüdlü oğlu Elcan Rzazadədən ibarətdir. X11 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxsanın təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur və təqsirləndirilən şəxslərə cəza verilməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası CPMnin 351-ci maddəsinə əsasən məhkəmə hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmalıdır. Lakin, məhkəmə istintaqı zamanı həmin ziddiyətli məqamlara, suallara cavab tapılmamış və məhkəmənin hökmündə də həmin məsələlərin həllinə məhkəmə cəhd belə göstərməmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində üç uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs3 ilk dəfə cinayəti törətməsi, dəymiş ziyanı təm ödəyərək zərər çəkmiş şəxslərlə razılıq əldə etməsi, əməlindən səmimi peşmanlığı, yaşayış yeri üzrə müsbət xərəkterizə olunması, himayəsində azyaşlı və yetkinlik yaşına çatmamış övladının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib cəzatəyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, habelə təyinolunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda sadalanan halları nəzərə almaqla, məhkəmə məhkum təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza və onu azadlıqdan məhrum etməyə bilərdi. Müdafiəçi müdafiəçi1 İsmayıl oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü sübutların düzgün qiymətləndirilməməsi, ziddiyyətli ifadələrin aradan qaldırılmaması, müdafiə tərəfinin əsas arqumentlərinin nəzərə alınmaması və ən əsası qanunsuz üsullarla əldə edilmiş ifadələrə istinad edilməsi nəticəsində çıxarılmışdır. İş materiallarından açıq görünür ki, Vüsal hadisə zamanı başqa yerdə olmuşdur və oğurluq barədə əvvəlcədən məlumatı olmamışdır. Hadisədən yalnız sonradan xəbər tutmuşdur. Bu işdə olan cinayət işinin materialları və digər təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapır. Belə ki, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadəsində bildirmişdir ki, Vüsal hadisəni öyrəndikdə ondan dərhal pulu qaytarmağı və Seymura xəbər verməyi tələb etmişdir. Bu, onun cinayətkar niyyətimin olmadığını və hadisədən yalnız faktiki baş verdikdən sonra xəbər tutduğumu göstərir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs3 oğurluq edilən mənzilə daxil olmamış, seyfın açılmasında iştirak etməmiş və talanmış əmlakdan hər hansı pay almamışdır. Bu isə hüquqi olaraq o deməkdir ki, V.Bayramov nə icraçı, nə köməkçi, nə də qabaqcadan əlbir iştirakçı kimi çıxış edib. Cinayətin "qabaqcadan əlbir olan bir qrup" şəxs tərəfindən törədilməsi tam sübuta yetirilməmişdir. İş üzrə ən ağırlaşdırıcı element olan cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" ittihamın əsasını təşkil etməsidir. Lakin, iş materiallarında əvvəlcədən razılaşmanı təsdiq edən birbaşa sübut mövcud deyildir. Həmçinin, heç bir yazışma, planlaşdırma, koordinasiya sübutu təqdim edilməyib və bütün şəxslər cinayətdən sonra əlaqədə olduğu müəyyən olunmuşdur. Müdafiəçisi olduğu digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı açıq şəkildə bildirmişdir ki, cinayəti təkbaşına törədib və digər şəxslərin əvvəlcədən xəbəri olmamışdır. İstntaqı zamanı vermiş olduğu ifadələrlə ibtidai istintaqda vermiş olduğu ifadələr arasındakı ziddiyyətləri bağlı açıq şəkildə ilkin ifadələr işgəncə altında alındığını, elektrik cərəyanına məruz qaldığını və müdafiəçi olmadan dindirildiyini bildirmişdir. Lakin, məhkəmə hökmündə bu hallar araşdırılmamış və qiymət verilməmişdir. İşgəncə altında alınmış ifadələr sübut kimi qəbul edilə bilməz və ittihamın əsasını təşkil edilə bilməzdi. Bununla da Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 125.2.2-ci maddsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İşin faktiki hallarına nəzərə alınaraq onun əməli CM-nin 307-ci maddəsinə tövsüf edilə bilərdi. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxs3 cinayət hadisəsindən sonrakı davranışı, cinayətin açılmasında fəal iştirakı, vurulmuş ziyanın aradan qaldırılması və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi hallarını nəzərə almaqla ona CM- nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilə bilərdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 İsmayıl oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü sübutların düzgün qiymətləndirilməməsi, ziddiyyətli ifadələrin aradan qaldırılmaması, müdafiə tərəfinin əsas istqumentlərinin nəzərə alınmaması və ən əsası qanunsuz üsullarla əldə edilmiş ifadələrə istinad edilməsi nəticəsində çıxarılmışdır. İş materiallarından açıq görünür ki, Seymur hadisə zamanı başqa yerdə olmuşdur (Novxanı bağ evində) və oğurluq barədə əvvəlcədən məlumatı olmamışdır. Hadisədən yalnız sonradan xəbər tutmuşdur. Bu işdə olan cinayət işinin materialları və digər təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapır. Belə ki, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadəsində bildirmişdir ki, "hadisənin üzərindən bir müddət keçdikdən sonra axşam Seymurla əlaqə saxlayıb nə etməsi ilə maraqlanmış, habelə növbəti günü yenidən Seymurla əlaqə saxladıqda sonuncu ona bağ evinə getdiyini bildirmişdir. Bir müddət sonra Seymurla yenidən əlaqə saxladıqda onun bir daha bağ evində olduğunu öyrənmiş, habelə bağ evindən nə zaman qayıdacaqları barədə soruşduqda isə Seymur bilmədiyini demişdir. Onun Seymurdan harada olub-olmaması ilə maraqlanmaqda məqsədi oğurluq etmək istəyini reallaşdırmaq olmuşdur və oğurladığı 80 ədəd bağlamada (paçka) təxminən 800.000 ABŞ dolları məbləğində pul olmuşdur. Seymur və Vüsalın həmin hadisədən xəbəri olmadığını və aralarında qabaqcadan razılaşmadıqlarını bildirmişdir. Bu isə hüquqi olaraq o deməkdir ki, təqsirləndirilən şəxs2 nə icraçı, nə köməkçi, nə də qabaqcadan əlbir iştirakçı kimi çıxış edib. Cinayətin "qabaqcadan əlbir olan bir qrup" şəxs tərəfindən törədilməsi tam sübuta yetirilməmişdir. İş üzrə ən ağırlaşdırıcı element olan cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" ittihamın əsasını təşkil etməsidir. Lakin, iş materiallarında əvvəlcədən razılaşmanı təsdiq edən birbaşa sübut mövcud deyildir. Həmçinin, heç bir yazışma, planlaşdırma, koordinasiya sübutu təqdim edilməyib və bütün şəxslər cinayətdən sonra əlaqədə olduğu müəyyən olunmuşdur. Müdafiəçisi olduğum digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı açıq şəkildə bildirmişdir ki, cinayəti təkbaşına törədib və digər şəxslərin əvvəlcədən xəbəri olmamışdır. İstintaqı zamanı vermiş olduğu ifadələrlə ibtidai istintaqda vermiş olduğu ifadələr arasındakı ziddiyyətləri bağlı açıq şəkildə ilkin ifadələr işgəncə altında alındığını, elektrik cərəyanına məruz qaldığını və müdafiəçi olmadan dindirildiyini bildirmişdir. Lakin məhkəmə hökmündə bu hallar araşdırılmamış və qiymət verilməmişdir. İşgəncə altında altında alınmış ifadələr sübut kimi qəbul edilə bilməz və ittihamın əsasını təşkil edilə bilməzdi. Bununla da Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 125.2.2-ci maddsinə əsasən zorakılıq. hədə-qorxu, aldatma. işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kinu qəbul edilməsinə yol verilmir. Qeyd olunanlardan əlavə məhkəmə tərəfindən qərar qəbul edilərək mütləq nəzərə almalı olduğu: cinayətkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı, cinayətin açılmasında fəal iştirakı, vurulmuş ziyanın aradan qaldırılması və zərərçəkmiş şəxslə barışıq əldə edilib-edilməməsi hallarını nəzərə almamışdır. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2, onların müdafiəçisi müdafiəçi1 İsmayıl oğlu və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi İbadov İlham İbad oğlu tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını və ya məhkum edilmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş etdilər. Eyni zamanda təqsirləndirilən şəxslər və müdafiəçiləri bildirdilər ki, iş üzrə zərərçəkmiş şəxs olan X11 təqsirləndirilən şəxslərin yaxın qohumu olmaqla onunla barışmışlar. X11 vurulmuş ziyan tam həcmdə ödənilmişdir. Qeyd olunan halların nəzərə alınmasını xahiş edirlər. Dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu məhkəmə baxış iclasında apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Zərərçəkmiş şəxs X11 məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, ona dəymiş ziyanın tam həcmdə təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini, təqsirləndirilən şəxslərin onun yaxın qohumları olmasını, onlara qarşı heç bir tələb və şikayətinin olmadığı bildirərək, ailə münasibətlərinin nəzərə alınaraq, onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək, məhkum edilmiş şəxslərin şəxsiyyətini tədqiq edərək və onları xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdikləri cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etmələrini, öz vəziyyətinə tənqidi münasibət bəsləmələrini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirmələrini, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olduğunu, məhkəmə iclasındakı davranışlarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, işin digər mühüm və diqqətə layiq hallarını, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək, törətdikləri cinayət əməlinin maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilərək islah olunmalarının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, hökmlə məhkum edilmiş şəxslərə Cinayət Məcəlləsinin 177.4-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin məzmununun təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bəraət verilməsi və təqsirləndirilən şəxs3 törətdiyi əməlin CM 307.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, həmin dəlilləri təkzib edəcək birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hissəsini tam təkrarlamamaqla, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə bəzi məqamları hazırki qərarda qeyd etməyi zəruri və əsaslı hesab edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xalası Gülnarəgillə bağ evində olarkən Teymur ona zəng edib harada olduğunu soruşduqda bağ evində olduğunu bildirmişdir. Daha əvvəl də Teymur aradabir iş yerinə gəlmiş, lakin Teymurun iş yerində olan açarı götürüb surətini çıxaracağını düşünə bilməmişdir. O, xalasıgili evinə yola saldıqdan sonra Qara Qarayev prospektində olan evdə olarkən Teymur zəng edib harada olmasını soruşaraq onunla danışmaq istədiyini bildirmişdir. O, Teymura evdə, həyətdə olduğunu dedikdən sonra Teymur əlində çanta ilə yanına gəlmiş, çantanın nə olması ilə maraqlandıqda deyəcəyini bildirmişdir. O, çantanı açıb içərisində pul olduğunu görmüş, Teymurdan həmin pulun kimə məxsus olmasını soruşduqda xalasıgildən pul oğurladığını bildirmişdir. O, qorxduğundan pulu xalasıgilə aparıb verməmiş, pulu saymamış, lakin bağlamalarda ABŞ dolları olduğunu görmüşdür. O, pulun hamısını götürüb saxlamış, pulun yarısını evdə gizlətmişdir. Daha sonra uşaqlar gəldiyi üçün vaxt edə bilməyib binanın blokunda bir yerə qoymuşdur. Teymur ondan evin qapısı barədə soruşmuş, lakin o, Teymurun cinayətkar niyyətinin olduğunu düşünməmişdir. Anbarın iki açarı olmuş, həmin açarlar xalası oğlu Elçində olmuşdur. Elçin xalası Gülnarəgildə qaldığından həmin evin açarı birincidə olmuşdur. Teymur ona zəng edib harada olduğunu soruşduqda ona anbarda olduğunu bildirmişdir. Teymur anbara gəlib açarı görüb açarlar barədə soruşmuşdur. Teymurun ondan açarlar barədə soruşması hadisədən bir neçə gün əvvəl baş vermişdir. Topa şəkildə olan açarlardan ikisi anbarın, ikisi qıfıl açarı, biri isə xalası Gülnarənin evinin açarı olmuşdur. O, evdə olan seyf barədə Teymura bildirmişdir. O, pulu tam olaraq blokun yuxarı hissəsinə qoymaq istəmiş, lakin uşaqlar həyətdən evə gəldiklərinə görə çatdıra bilməmiş, pulun bir hissəsini yerləşdirmişdir. O, Teymurun xalası Gülnarəgildən pul oğurladığını əvvəlcədən bilməmiş, sonradan öyrənmiş, Teymur pulu ona gətirib saxlamasını istəmişdir. Xalası Gülnarə oğurluq baş vermiş evində daimi yaşamamışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, təqsirləndirilən şəxs3 arabir xalası Gülnarənin evinə gəlmişdir. Teymurun açarı götürməsi barədə nə özünün, nə də Vüsalın məlumatı olmamışdır. O, ## #### 2025-ci il tarixdə, saat 15-16 aralığında Novxanı qəsəbəsində yerləşən bağ evində olmuşdur. O, xalasıgillə Yasamal rayonundakı evdən təxminən saat 12:00-13:00 radələrində çıxmış, 30- 40 dəqiqə müddətində Novxanıya çatmış, qardaşı Teymur da həmin gün səhər saatlarında onunla əlaqə saxlayaraq hal-əhval tutmuş, başqa nəsə deməmişdir. Daha sonra Teymur saat 14:00 radələrində onunla yenidən əlaqə saxlayaraq harada olduğunu soruşmuş, o da sonuncuya Novxanıdakı bağ evində olduqlarını bildirmişdir. Teymur həmin gün ondan evin ünvanını, blok və mənzil nömrəsini soruşmamışdır. Lakin daha əvvəl Teymurla söhbətlərində sonuncu ona ev barədə sual vermişdir. Qardaşı Teymurun əvvəllər oğurluğa görə məhkum olunmasını bilmişdir. Xalası Gülnarənin evində nə qədər pul olduğunu bilməmişdir. Xalası Gülnarə Bakı Dövlət Universitetində müəllimə kimi fəaliyyət göstərir. Digər xalasının oğlu kompüter satışı ilə məşğul olan zavod işlədir. O, tibb bacısı olan xalası Tutunun sürücüsü kimi işləmişdir. Anbarı işlədən xalası Tutunun oğlu Elçindir. Elçin xalası Gülnarə ilə yaşadığından və həmin evdə seyf gördüyündən oğurlanmış həmin pulların da sonuncuya məxsus olmasını ehtimal edir. Pulların seyfə qoyulmasını görməmiş, lakin seyfi görmüş və pulların seyfdə saxlanıldığını bilimişdir. Vüsal anbarda malların çatdırılması ilə məşğul olmuşdur. O, Teymurun oğurladığı pulun xalasına məxsus olduğunu bilməmişdir. Gecə saat 02:00-03:00 radələrində ona zəng edildikdən sonra pulun xalasına məxsus olduğunu bilmişdir. Hadisənin növbəti günü səhər saatlarında Teymurla danışarkən sonuncuya özünün sürücü işlədiyinə görə zərərçəkmiş şəxs tərəfdən şikayətçi olmayacaqlarını düşünərək onun adını verməsini bildirmişdir. Elçin xalası Gülnarə ilə birlikdə yaşamış, anbarın açarları və evin açarı topa şəkildə Elçində olmuşdur. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, o, “ASAN xidmət” mərkəzində İsmayılov Ramiz Əziz oğlunun sürücüsü kimi fəaliyyət göstərmişdir. O, şəxsi sürücü deyil, “ASAN xidmət” mərkəzinin avtomobilini idarə etməklə mərkəzin işçisi olmuşdur. Novxanı qəsəbəsinə də **-AS-*** qeydiyyat nişanlı xidməti avtomobillə getmişdir. İş materiallarında olan videoda görünən yer yaşadığı binanın qarşısıdır. Polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş olan vaxt ailəsi evdə olmamışdır. Oğurluq puldan hər hansı məbləğ xərclənilməmişdir. Evin tavanı qalın alçipandandır. Pulları özü sellofana qoyub tavana yerləşdirmişdir. Pulların hamısını tavana yerləşdirmək istəmiş, lakin ailə üzvləri evə gəldiyindən pulların hamısını tavana yerləşdirməyə fürsəti (imkanı) olmamışdır. İbtidai istintaq zamanı ilkin ifadələri həqiqəti əks etdirmir, sonradan verdiyi ifadəsi isə doğrudur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə ## #### 2025-ci il tarixdə şübhəli (videoçəkilişlə qeydə alınmış), habelə ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. təqsirləndirilən şəxs2 həmin ifadələrdə göstərmişdir ki, Zərərçəkmiş şəxsa onun xalası, təqsirləndirilən şəxs3 dayısı oğlu, təqsirləndirilən şəxs1 isə qardaşıdır. Zərərçəkmiş şəxsanın evində sürücü olaraq işləmişdir. Uzun zamandır maddi sıxıntılar çəkmişdir. O, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 da maddi sıxıntılar çəkməsini bilmiş, hər üçünün də kifayət qədər borcları olmuşdur. Öz aralarında söhbət zamanı Zərərçəkmiş şəxsanın evindən oğurluq edib borclarını bağlamaq qərarına gəlmişlər. Onlar Zərərçəkmiş şəxsanın evində külli miqdarda pul vəsaiti olmasından məlumatsız olmuş, evdə təxminən 150000-200000 manat aralığında pul olduğunu düşünmüşlər. Təxminən iyirmi gün bundan əvvəl fikirlərini qətiləşdirib evdən oğurluq etməyi tam olaraq qərarlaşdırmış, bunun üçün plan quraraq evə daxil olub oğurluq etməyin planını qurmağa başlamışdır. Elə həmin zaman xalası oğlu Elçin İsmayılovun açarlarının işlədiyi obyektdə olmasını görüb açarı gizli şəkildə götürərək evin açarının bir nüsxəsini çıxarmış və xalası oğlu Elçin İsmayılovun bu barədə məlumatı olmamışdır. O, gizli formada evin açarını götürərək bir nüsxəsini çıxarmış və açarın əlavə nüsxəsini çıxardıqdan sonra təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1la birgə görüşüb konkret olaraq aralarında vəzifə bölgüsü aparmışlar. Belə ki, o, evin boş olması ilə bağlı təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 məlumat verməli, təqsirləndirilən şəxs1 özü ilə birlikdə seyfin açılması üçün laqonda götürməli, təqsirləndirilən şəxs3 isə binanın yaxınlığında dayanmaqla binaya nəzarət etməli, evə kimlərsə gələrsə, bu barədə təqsirləndirilən şəxs1 məlumat verməli olmuşdur. Buna görə ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3lə birgə görüşmüş, evin açarını təqsirləndirilən şəxs1 şəxsən verib plana uyğun hərəkət etməsini bildirmişdir. Qabaqcadan razılaşmalarına əsasən evdən çıxacaq pulun 50 faizi ona, 30 faizi təqsirləndirilən şəxs3, 20 faizi isə təqsirləndirilən şəxs1 çatmalı olmuşdur. Onun maddi vəziyyəti digərlərinə nisbətdə daha pis olduğundan razılaşmaya əsasən pulun 50 faizini özü götürməli olmuşdur. təqsirləndirilən şəxs3 boşandığı üçün müəyyən məbləğdə aliment borcu olmuş, yəni bir növü subay sayılmışdır. Qardaşı təqsirləndirilən şəxs1 isə subay olduğundan az məbləğdə pulun sonuncuya çatmasına razılıq vermişdir. Pulun bölünməsi ilə bağlı təklifi özü vermişdir. ## #### 2025-ci il tarixdə o, xalası Zərərçəkmiş şəxsanı mənzildən götürərək bağlarına aparmış, Elçin İsmayılovun da mənzildə olmadığını dəqiqləşdirdikdən sonra bu barədə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 məlumat vermişdir. Onların evə konkret olaraq hansı saatda daxil olması ilə bağlı məlumatı olmasa da, ## #### 2025-ci il tarixdə, saat 17 radələrində təqsirləndirilən şəxs3 ona zəng edərək artıq mənzilə daxil olub çıxdıqlarını bildirmişdir. O, təqsirləndirilən şəxs3 mənzildən hansı məbləğdə pul çıxmasını soruşduqda sonuncu təxminən 800000 ABŞ dolları məbləğində pulun çıxmasını bildirmiş, pulların harada olmasını soruşduqda təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 pulları özləri ilə birlikdə saxladıqlarını demişlər. O, məbləğin çox olmasını görüb etdiyi bu əmələ görə peşman olmuşdur. Axşam saatlarında təqsirləndirilən şəxs1 oğurluqdan ona çatan payı çantaya qoyaraq yaşadığı Bakı şəhəri Nizami rayonu metronun “Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən yaşayış ünvanının yaxınlığına gətirmiş, həmin vaxt ailə üzvləri mənzildə deyil, binanın həyətində olmuşdur. Buna görə də mənzilə tək qalxmış, çantadakı pulları saydıqda 72 bağlama, yəni 720000 ABŞ dolları olmasını görmüşdür. O həmin puldan 31 bağlamanı götürərək mənzilin tavanında, çilçırağın (lüsturun) arxa hissəsində gizlətmiş, geri qalan 41 bağlamanı isə çantaya qoyaraq aşağıya düşmüşdür. təqsirləndirilən şəxs1la təqsirləndirilən şəxs3 onun aşağıda, yəni yaşadığı yaşayış binasının həyətində gözləmişdir. O həmin pulu sonunculara təqdim etdikdə təqsirləndirilən şəxs1 öz narazılığını bildirmiş, narazılıq da ona görə yaranmışdır ki, əslində pul 80 bağlama, yəni 800000 ABŞ dolları olmalı olmuşdur. təqsirləndirilən şəxs3 iddia edərək təqsirləndirilən şəxs1 pulun üzərindən götürdüyünü demiş, buna görə təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 arasında narazılıq yaranmışdır. təqsirləndirilən şəxs3 pulun miqdarının az olmasına görə təqsirləndirilən şəxs1 şübhələnməsi sonuncunun xoşuna gəlməmiş, elə buna görə də təqsirləndirilən şəxs1 məbləğin üzərindən götürülməsinə görə, daha dəqiq desə, təqsirləndirilən şəxs3 şübhələnməsinə görə küsərək pulu götürmədən uzaqlaşmışdır. təqsirləndirilən şəxs3 həmin pulun qalmasını, sabahsı gün pulu gəlib götürüb başqa bir yerdə gizlədəcəyini demişdir. O da buna görə pul olan çantanı blokda su çəninin alt hissəsində gizlətmişdir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 pulu ilkin olaraq gətirdiyi çantanı dəyişərək başqa çanta ilə əvəz etmiş, həmin çantanı da kənarda zibil qutusuna tullamışdır. Cinayət hadisəsi nəticəsində əldə edilmiş puldan heç bir məbləğdə pul xərcləməmiş, törətdikləri əməlin cinayət olmasını dərk etmişdir. Etdiyi əmələ görə peşman olmuş və cinayətin törədilməsi zamanı onlara başqa şəxslərin köməkliyi olmamışdır. Cinayət hadisəsinin baş verdiyi ünvandan əlyazma şəklində tapılmış kağız vərəqi özü yazmamış, təqsirləndirilən şəxs1la təqsirləndirilən şəxs3 birgə planın bir parçası olaraq ortaq qərara gəlib həmin yazının yazılmasına razılaşmışlar. Həmin kağız vərəq təqsirləndirilən şəxs1 tərəfindən mənzilə qoyulmuş, kağızın ora qoyulmaqda məqsədi zərərçəkiş şəxsin sonradan problem yaratmaması və polisə müraciət etməməsi ilə bağlı qorxutmaq məqsədi ilə tərtib edilmişdir. O, xalası Zərərçəkmiş şəxsanın evindəki seyfdə pul olduğunu təxmin etmişdir. Elçin İsmayılova məxsus anbarın topa açarların içərisində oğurluq etdikləri mənzilin də açarı olmuşdur. O, təxminən 15-20 gün əvvəl planladıqları kimi oğurluq etmək məqsədi ilə həmin açarın üzünü çıxarmaq məqsədi ilə götürmüş, həmin vaxt Elçin İsmayılov anbarı açıq qoyub getmiş və o da anbarda qaldığından Elçin İsmayılovun xəbəri olmamışdır. Həmin açarın üzünü metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı ilə üzbəüz yerləşən yerdə çıxartdırmış, açarın üzünü çıxaran adamı tanımamış və həmin şəxsi birinci dəfə görmüşdür. Orada açar çıxarmaq üçün yer olduğunu bildiyindən getmiş, açarı götürüb özü ilə birlikdə apardıqdan təxminən 20 dəqiqə sonra açarı yenidən yerinə qoymuşdur. Açarın üzünü çıxartdıranda bu barədə heç kimə deməmiş, təxminən 3-4 gün sonra metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında təqsirləndirilən şəxs3lə və təqsirləndirilən şəxs1la görüşəndə açarın üzünü çıxartdırdığını deyib açarı saxlamaq üçün təqsirləndirilən şəxs1 vermişdir. O, yalnız 72 ədəd bağlamada olan ABŞ dollarını görmüş, qalan əmlakların kim tərəfindən oğurlanması barədə heç nə bilməmişdir. təqsirləndirilən şəxs3 seyfdə 2000 manat pul olduğunu, həmin pulu təqsirləndirilən şəxs1la aralarında böldüyünü demişdir (Cild 1, i.v. 155-159; 214- 217;). Həmçinin, təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə ## ###### 2025-ci tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 həmin ifadəsində hazırkı məhkəmə iclasında verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə vermişdir (Cild 3, i.v. 103-105;). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun hadisədən məlumatı olmamışdır. Belə ki, Teymur ona hadisə günü zəng edərək “Elmlər Akademiyası” tərəfə gəlməsini bildirdiyindən sonuncunun yanına, “Bravo” marketin qarşısına getmişdir. O, Teymurun geyim və çantasını gördükdə nə olduğunu soruşmuş, Teymur isə cavabında ona evə getdikdə danışacağını bildirmişdir. Teymurla onun yaşadığı evə getmiş, Teymur yuyunduqdan sonra paltarını götürərkən pul düşmüşdür. O, Teymurdan pulların nə olduğunu soruşduqda sonuncu hadisə barədə ona bildirmişdir. O, Teymura düzgün hərəkət etmədiyini və pulu götürüb çıxmasını bildirmişdir. Teymur çıxandan sonra o da öz işi ilə məşğul olmuş, növbəti gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, ibtidai istintaq zamanı ilkin ifadələrini işgəncə altında vermişdir. Barəsində qətimkan tədbiri ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində olarkən hakim ona özünü təqsirli hesab edibetməməsini soruşmuş, o da özünü cinayət işi üzrə təqsirli hesab etmədiyini bildirmişdir. Həmin vaxt bədənində və üzündə xəsarət izləri də olmuşdur. Onda oğurlanmış pullardan hər hansı məbləğdə pul olmamışdır. Oğurluq hadisəsi barədə yalnız təqsirləndirilən şəxs1 onlara gəldikdən sonra məlumatı olmuşdur. Onun yaşadığı ev Bakı şəhəri Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşir, zərərçəkmiş şəxsin evi ilə onun evi arasındakı məsafə təxminən 15-20 dəqiqədir. Teymurun oğurluq üçün evə girərkən onu həyətdə gözləməsi ilə bağlı qeyd olunanlar doğru deyildir. O, hadisə vaxtı hadisə yerinə yaxın olmamışdır. Anbara nə qədər malların daxil olmasını bilməmişdir. Elçin ona malın sayını deyərək daşımasını bildirmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 ifadəsinə əlavə olaraq göstərdi ki, o, uşaqlarına aliment ödəyir. Barəsində qətimkan tədbiri ilə bağlı məsələ məhkəmədə həll edilərkən oğurlanmış pullara görə şikayət edilməyəcəyini düşünməsi barədə qərarda qeyd olunan ifadələri bildirməmişdir. O, əvvəllər kiməsə şillə vurmasına görə məhkum olunmuşdur. Ona öz işləri ilə bağlı hesabına daxil olmuş pullar ittihama qeyd edilmişdir. İş materiallarında olan videogörüntüdə Teymurun yanında binadan çıxan şəxs həqiqətən də özüdür. O, Teymurun geyimi və çantası ilə bağlı sual vermişdir. Günel onun kirayə yaşadığı mənzilin sahibidir. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından videoçəkilişlə alınmış ifadəsi doğru deyildir. Onun evə qoyulmuş əlyazma kağızdan xəbəri yoxdur. Arvadı ilə boşandıqdan sonra arvadından məlumatı yoxdur. Azyaşlı uşaqları əvvəlcə anası ilə birlikdə qalmış, lakin sonuncu yenidən ailə qurduğundan problem yaranmış, bu səbəbdən uşaqlar onunla birlikdə qalmağa başlamışdır. Hazırda övladlarına öz (təqsirləndirilən şəxs3) anası baxmaqla qulluq edir. Uşaqlarının anası onlarla görüşmür. O, yenidən ailə həyatı qurmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə ## #### 2025-ci il tarixdə şübhəli (videoçəkilişlə qeydə alınmış), habelə ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. B.təqsirləndirilən şəxs3 həmin ifadələrdə göstərmişdir ki, Zərərçəkmiş şəxsa onun bibisidir. Teymur və təqsirləndirilən şəxs2 qardaşları isə onun bibisi oğullarıdır. Təxminən iki olar ki, Bakı şəhərinə işləmək məqsədi ilə gəlmiş, yaşadığı ünvanda təxminən bir ilə yaxın vaxtdır kirayədə yaşamışdır. O, iki ay əvvəl bibisi oğulları Seymur və təqsirləndirilən şəxs1la bibisi Zərərçəkmiş şəxsanın evindəki seyfi yarmağı planlaşdırmışdır. Bu fikri təqsirləndirilən şəxs2 vermişdir. Belə ki, təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsanın yaşadığı evdə usta işləmiş, təqsirləndirilən şəxs2 dediyinə görə Zərərçəkmiş şəxsanın evindəki seyfdə pul olmuş, lakin təqsirləndirilən şəxs2 pulun miqdarını bilməmişdir. Təxminən 2 aydır aralarında həmin seyflə bağlı söhbətlər getmiş, söhbət zamanı təqsirləndirilən şəxs1 hər şeyi öz üzərinə götürəcəyini, seyfi oğurlayacağını bildirmişdir. Aralarında olan rol bölgüsünə əsasən təqsirləndirilən şəxs1 evə daxil olub seyfdəki pulu götürməli, təqsirləndirilən şəxs2 evdə kimsənin olmadığına nəzarət etməli, o isə küçədə dayanıb anidən evə kiminsə gələcəyi halda məlumat verməli olmuşdur. təqsirləndirilən şəxs1 evə “xxxx” şirkətinin kuryeri formasında daxil olmağı planlaşdırmış, həmin geyimi o, təxminən 20 gün öncə birlikdə internet vasitəsilə üst geyimini 25 manata, baş geyimini 35 manata, çantanı isə 70 manata sifariş vermişlər. Geyimin pulunu təqsirləndirilən şəxs1 vermişdir. Qeyd olunan dəst geyimdən 2 ədəd sifariş vermişlər. Belə ki, o da həmin geyimdən geyinməli olmuş, lakin sonradan onun funksiyasının kənarda gözləmək olacağını və kuryer formasında gözləməli olduğu halda diqqət çəkəcəyini düşünmüşdür. Evə isə açar vasitəsilə daxil olmağı planlaşdırmışlar. təqsirləndirilən şəxs1 hansı mənzilə daxil olacağını əvvəlcədən bilmiş, təqsirləndirilən şəxs2 sonuncuya mənzilin olduğu binanı göstərmiş, mənzilin də yerini şifahi olaraq izah etmişdir. Mənzil liftdən çıxan kimi üzbəüz yerləşmişdir. təqsirləndirilən şəxs2 evin açarını gətirərək təxminən 20 gün öncə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında bir yerdə olduqları vaxt təqsirləndirilən şəxs1 vermiş, lakin o, təqsirləndirilən şəxs2 açarı necə əldə etdiyini bilməmişdir. təqsirləndirilən şəxs1 evə daxil olarkən seyfi kəsmək üçün çantasında laqonda götürmüşdür. Hadisə baş verən günü təqsirləndirilən şəxs2 ona zəng edərək Zərərçəkmiş şəxsanın bağda olduğunu demiş, təqsirləndirilən şəxs1 da onu götürmüş və birlikdə Zərərçəkmiş şəxsanın yaşadığı ünvana tərəf getmişlər. O, təqsirləndirilən şəxs1 evə girməmişdən öncə qapını 3 dəfə vurmağını demişdir ki, evdə kimsə olarsa çıxsın. təqsirləndirilən şəxs1 da 3 dəfə qapıya vurmuş, lakin heç kəs çıxmamış və mənzilə daxil olub pulu götürmüşdür. Təxminən 1 saat ərzində təqsirləndirilən şəxs1 mənzildə olan seyfi kəsmək üçün işləmiş, həmin vaxt ərzində təqsirləndirilən şəxs1 diqqət çəkməmişdir. Həmçinin, o, küçədə nəzarət etmiş və bu vaxt ərzində ev yiyəsinin qohumları binaya tərəf gəlməmişlər. təqsirləndirilən şəxs1 seyfi kəsdikdən sonra seyfin içərisindən götürdüyü pulu qara çantanın içərisinə qoymuş və həmin qara çantanı da kuryer çantasının içərisinə yerləşdirmişdir. təqsirləndirilən şəxs1 mənzildən çıxıb binanın aşağısına enmiş və birlikdə oradan onun yaşadığı mənzilə getmişlər. Mənzildə çantanı açmış, təqsirləndirilən şəxs1 paltarını çıxardıb hamama girmiş və o həmin vaxt pulu saymışdır. Ümumilikdə çantada 80 bağlamada ABŞ dolları və 1 bağlamada AZN olmaqla, hər bağlamada müvafiq olaraq 10000 ABŞ dolları və 10000 manat olmuşdur. Ümumilikdə isə 800000 ABŞ dolları və 10000 AZN aşkar olunmuşdur. Sonradan pulu təqsirləndirilən şəxs1 özü də saymışdır. Onun yaşadığı evdən çıxandan sonra təqsirləndirilən şəxs1 ikisinin əziyyətinin daha çox olduğunu demiş və oğurlanmış 10000 manat pulun 5000 manatını ona xərcləməsi üçün vermişdir. Əvvəlcədən aralarında olan razılığa əsasən oğurlanmış pulun 50%-i təqsirləndirilən şəxs2, 20%-i təqsirləndirilən şəxs1, 30%-i isə ona çatmalı olmuş və bu bölgü ümumi danışığa əsasən müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs2 evli, özü evli olub boşanmış, təqsirləndirilən şəxs1 isə subay olduğundan xərclərinə mütənasib olaraq hesablanmışdır. təqsirləndirilən şəxs1 oğurluq edərkən üzərində geyinmiş üst geyimi, baş geyimini və onun üçün alınmış həmin geyimdən olan əlavə bir dəsti götürərək Lökbatan qəsəbəsinə getmiş, lakin o, həmin geyimləri sonuncunun nə etdiyini bilməmişdir. Həmin gün axşam o, Teymur və təqsirləndirilən şəxs2la sonuncunun yaşadığı binanın aşağısında görüşmüş, təqsirləndirilən şəxs2 pulun olduğu çantanı götürüb yaşadığı mənzilə qalxmışdır. O, gec olduğu üçün təqsirləndirilən şəxs2la birlikdə qalxmamışdır. təqsirləndirilən şəxs2 pulu sayıb gəlmiş və ümumilikdə 710000 ABŞ dolları olduğunu demişdir. O həmin vaxt puldan götürmədiyini demiş, bu səbəbdən də təqsirləndirilən şəxs2 küsüb getmiş, təqsirləndirilən şəxs1 da xəbərinin olmadığını, yəni puldan götürmədiyini demişdir. Həmçinin qeyd etmişdir ki, seyfdən pulu götürdükdən sonra təqsirləndirilən şəxs1 seyfə bir kağız atmış və həmin kağızda “polisə xəbər vermə, yoxsa kimin adamı olduğunuzu sosial şəbəkələrdə paylaşacam” yazısı olmuşdur. Həmin yazını o diktə etmiş, təqsirləndirilən şəxs1 isə yazmışdır. Həmin qeydi seyfə atmaqda məqsədləri bibisini qorxudaraq şikayətinin qarşısını almaq olmuşdur. Oğurlanan pul məbləğindən ona yalnız 5000 manat pul çatmışdır. Həmin pulun 2500 manatını “Avtovağzal” ərazisində yerləşən ödəmə terminalları vasitəsilə “xxxx” ASC-də krediti olduğu üçün kredit ödənişi üçün xərcləmiş, 700 manat pulu İstanbulda yaşayan tanışı Bəhruzun bank kartı hesabına, 1000 manat pulu İstanbulda yaşayan tanışı Asimin bank kartı hesabına göndərmişdir. Oğurluq etdikləri mənzildən qeyd etdiyi pul məbləğindən başqa hər hansı məbləğdə pul və ya əşya oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi və yekunda pulun bölünməsi ilə əlaqədar əvvəlcədən aralarında razılıq əldə olunmuşdur. Oğurlanmış pulları hesablayarkən pulların miqdarının 800000 ABŞ dolları və 10000 AZN olduğunu gördüyünü, lakin sonradan təqsirləndirilən şəxs2 hesablayarkən pulların 710000 ABŞ dolları və 10000 AZN olduğunu qeyd etmiş, eləcə də o, 90000 ABŞ dollarının təqsirləndirilən şəxs1 tərəfindən götürüldüyündən şübhə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor tətbiq olunmamış və ya təsir göstərilməmiş, ifadəsini səmimi şəkildə vermişdir. Evdən oğurluq etdikdən sonra təqsirləndirilən şəxs1la birlikdə kirayədə yaşadığı mənzilə gəlmiş, həmin vaxt orada çantanı açıb təqsirləndirilən şəxs1 yanında pulları saymış və 80 ədəd bağlamada ABŞ dolları valyutasında pul, təxminən 17000-18000 manat 100-lük əskinaslardan ibarət pul vəsaitləri olmuşdur. O, başqa oğurlanan əmlak görməmişdir. Mənzilə oğurluq etmək üçün girmədiyindən konkret seyfdə nə olduğunu da görməmişdir (Cild 1, 124-128; 188-191;). Həmçinin, təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə ## ###### 2025-ci tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs3 həmin ifadəsində hazırkı məhkəmə iclasında verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə vermişdir (Cild 3, i.v. 87-88;). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən üç otaqlı 60 kvadrat metr sahəyə malik ** nömrəli mənzil onun mülkiyyətindədir və təxminən 2014-cü ildən etibarən həmin ünvanda tək yaşayır. Bir qədər aralıda yerləşən yaşayış binasında bacısı Tutu İsmayılova, sonuncunun həyat yoldaşı İsmayılov Ramiz Əziz oğlu, onların üç övladları İsmayılov İlkin Ramiz oğlu, İsmayılov Elçin Ramiz oğlu və İsmayılova Nuray Ramiz qızı yaşayırlar. O, tək yaşamasına baxmayaraq mütəmadi olaraq bacısının övladları onun yaşadığı mənzilə gəlib-getmiş, bir ailə kimi yaşamışlar. 2014-cü ildən həmin ünvanda yaşasa da, nə ona məxsus mənzildən, nə də qonşu mənzillərdən heç vaxt oğurluq hadisəsi olmamışdır. Belə ki, ## #### 2025-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildən çıxıb tibbi müayinə olunmaq məqsədi ilə “X14”na getmiş, daha sonra isə yenidən öz yaşadığı mənzilə qayıtmışdır. Həmin saatı dəqiqliklə xatırlamır. Daha sonra bacısı Tutu İsmayılova onunla əlaqə saxlayıb Novxanı qəsəbəsində yerləşən bağda olduğunu və dərmanını unutduğunu deyərək ondan sürücü təqsirləndirilən şəxs2la birlikdə bağa gəlib dərmanı verməyini xahiş etmiş, o da etiraz etməyib razılaşmışdır. Həmçinin, təqsirləndirilən şəxs2la qohumluq münasibətləri olduğundan sonuncu ilə birlikdə gedib qayıdacaqlarını düşünmüşdür. Evdə olan zaman əvvəlcə təqsirləndirilən şəxs2 onu götürmək üçün mənzilə gəlmiş, bir neçə dəqiqə sonra, təxminən saat 14 radələrində hazırlaşıb evdən çıxmaq istəyəndə Elçin İsmayılov bişirmək üçün 1-2 ədəd toyuq gətirmişdir. Lakin, həmin vaxt Seymur İsmayılovla birlikdə mənzildən çıxmış, Elçin İsmayılov da içəri girməmişdir. Daha sonra birlikdə həyətə enmiş, təqsirləndirilən şəxs2 avtomobilə əyləşmiş, o isə yaxınlıqda olan “Bravo” supermarketə daxil olub bir neçə ədəd günəbaxan tumu almışdır. Elçin İsmayılov xəstə olduğuna görə öz evlərinə çıxıb getmişdir. O, marketdən çıxanda təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirərək marketin qarşısına gəlmiş və birlikdə Novxanı qəsəbəsində yerləşən bacısının bağ evinə getmişlər. Bağ evində bacısı və bacısının qız övladından başqa heç kim olmamış, o, bacısı, bacısının övladı və təqsirləndirilən şəxs2la birlikdə təxminən 3-4 saat bağda vaxt keçirmişdir. Daha sonra təxminən saat 18:30 radələrində o, bacısıgillə birlikdə təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə yaşadığı ünvanın yaxınlığına gəlib avtomobildən enmiş, bacısı və övladı isə öz yaşadıqları ünvana getmişlər. O, yaşadığı mənzilə qalxıb açarla qapının kilidini açmaq istəyəndə kilidin açıq vəziyyətdə olduğunu görmüşdür. Mənzilə daxil olanda hər hansı dağınıqlıq müşahidə etməmiş, lakin mənzildən yanıq iyi gəlmişdir. İlkin olaraq elə başa düşmüşdür ki, mənzildə yanğın baş vermiş, ancaq sonradan yanğın baş vermədiyini görmüşdür. Evdən yanıq iyinin gəlməsi onu çox qorxutmuşdur. Daha sonra ona məxsus yataq otağına baxanda hər hansı şübhəli halla qarşılaşmamış, uşaq otağı kimi adlandırdığı digər otağa daxil olanda mənzildə ona məxsus dəmir seyfin yerdə ağzının kəsilmiş formada olduğunu görmüşdür. Həmin seyfdə ona məxsus uzun illər əziyyətlə qazandığı həm milli valyutada, həm də ABŞ dolları valyutasında olan pul vəsaitlərinin olmadığını görmüşdür. O, naməlum şəxs və ya şəxslərin onun yaşadığı mənzilə qapıdan daxil olaraq seyfin içərisində olan pul vəsaitlərini oğurladığını başa düşmüşdür. Həmçinin, həmin otaqda olan masanın üzərində “polisin xəbəri olsa kimin adamı olduxunuzu bilirik butun sosiyal şəbəkələrdə paylaşlacaqsınız” məzmunlu kağızın olduğunu görmüş, lakin həmin yazının kim tərəfindən yazılması ilə bağlı heç bir fikri olmamışdır. O həmin kağıza toxunmamış və kağız masanın üzərində qalmışdır. Həmin seyfin içərisinə sonuncu dəfə hadisədən 20 gün əvvəl baxmış və seyfdəki pullar yerində olmuşdur. Daha sonra yaşadığı mənzildən çıxıb bacısının yaşadığı ünvana getmiş və baş verən hadisəni danışmışdır. Hadisə ona çox ağır təsir etdiyi üçün özünü pis hiss etmiş və baş verənləri xatırlamamışdır. O, istintaqa ilkin ifadəsində ona məxsus mənzildən 835000 ABŞ dolları və 205000 manat nağd pul, eləcə də seyfin içərisində olan qızıldan hazırlanmış 400 manat dəyərində “Heydər Əliyevin imzası” nişanı və 6700 manat dəyərində Heydər Əliyevin 100 illik yubileyinə aid qızıl xatirə sikkəsinin oğurlandığını qeyd etmiş, lakin həmin vaxt hadisənin təsiri altında stress keçirdiyi üçün pulun miqdarını tam dəqiqləşdirə bilməmiş, daha sonra pulun miqdarını dəqiq hesablayaraq nağd pul vəsaiti olaraq ona məxsus 821000 ABŞ dolları və 205000 manat pulun oğurlandığını müəyyən etmişdir. Ona məxsus mənzildən başqa hər hansı əmlak oğurlanmamışdır. Mənzilin açarları ondan başqa yalnız bacısının ailə üzvlərində olmuşdur. O, bacısının ailəsi ilə bir ailə kimi olduğundan demək olar ki, bacısının ailə üzvləri mütəmadi olaraq onun yaşadığı mənzildə olmuşdur. Heç vaxt mənzilin açarını kiməsə verməmiş, belə bir hal ümumiyyətlə baş verməmişdir. Hazırda dəymiş ziyandan 193300 manat ödənilməmiş qalmışdır. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsa ifadəsinə əlavə edərək göstərdi ki, onun əvvəlcədən sağlamlığında problem olmuş, hətta hadisə günü özünü pis hiss etdiyindən həkimə getmiş, həkimdən tez qayıtmalı olmuşdur. Bacısının həmin gün qəbul etməli dərmanı onun evində qaldığından Seymur bağdan gəlib onu götürərək birlikdə bağa getmişlər. Elçin həmin gün qrip olmuş, özü belə vəziyyətlərə qarşı həssas olduğundan xəstə şəxslərdən kənar olmağa çalışmışdır. Onda onkoloji xəstəlik aşkar olunmuş, lakin hazırda müalicə almışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı əsəbləri korlanmışdır. Hadisə günü bağda olarkən özünü çox narahat hiss etmiş, orada bir-iki saat oturduqdan sonra evə gəlmişdir. O, hər zaman evin qapısını açarla iki dəfə bağlayır. Açarı qapıya salarkən qapının açıq olduğunu gördüyündən uşaqların evdə olduğunu düşünmüşdür. Evdəki kondisioner köhnə olduğundan onu söndürmək mümkün olmamış, bu səbəbdən əvvəlcə kondisionerdən qorxmuşdur. O, evə daxil olarkən tüstü, yanıq qoxusu gəldiyini hiss etdiyindən qısaqapanma olduğunu, Elçini elektrik cərəyanının vurduğunu və nəsə pis hadisənin baş verdiyini düşünmüşdür. Qapını itələyib açmış, Elçini orada görmədikdə özünü daha yaxşı hiss etmiş, hamamın işığı yanılı, havalandırmanın isə açıq vəziyyətdə olduğunu görmüşdür. O özünü ələ aldıqdan sonra seyfi görüb evə adam (oğru) girdiyini başa düşmüşdür. təqsirləndirilən şəxs2 ona çox yaxın olmuş, hətta hadisədən sonra da sonuncuya zəng etmişdir. Seymur onun vəziyyətini görüb qucağına alaraq nə baş verdiyini soruşmuşdur. O, hadisə barədə dərhal polis orqanına məlumat vermiş, axşam vaxtı polisdən gəlmiş, növbəti gün axşam saatlarında isə təqsirləndirilən şəxslər tərəfindən hadisənin törədildiyini, eləcə də sonuncuların etirafını eşitmişdir. Yasamal RPİ-nin polis əməkdaşları açarın kimdə olması barədə ondan soruşduqda açarın bacısının uşaqlarında olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsa ifadəsinə əlavə edərək göstərdi ki, pullar onun evindən aşkar olunmaqla onun özünə məxsusdur. O, böyük bir nəsilin nümayəndəsi, yeganə sağ qalmış ağbirçəyidir. Belə ki, qohum-əqrəba, nənəbabadan, ataanadan qalan nəslin yeganə nümayəndəsi özüdür. Bu səbəbdən ailədəki hər şey də onun özünə məxsusdur. İbtidai istintaq zamanı ona vurulmuş 835.000 ABŞ dolları ziyandan 821.000 ABŞ dolları, 205.000 manat vurulmuş ziyandan isə 11.700 manat pul qaytarılmış, digər hissələr qaytarılmamış qalmışdır. Elçin İsmayılov subay olmaqla daha çox onunla birlikdə yaşayır. Bacısının hər üç oğluna evin açarlarını vermişdir. Onun hazırda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və ya tələbi yoxdur, ona vurulmuş ziyanın ödənilməyən hissəsini də təqsirləndirilən şəxslərlə aralarındakı qohumluq münasibətinə görə onlara bağışlayır və onlarla barışmışdır. Təqsirləndirilən şəxslər hadisədən əvvəl ondan hər hansı məbləğdə pul istəməmişdir. Belə bir hal olduğu halda qohum kimi onlara əlindən gələn köməkliyi etməyə hazır olmuşdur. Vüsal və Seymurun maddi imkanları yaxşı olmuş, lakin Teymurun maddi imkanından xəbəri olmamış, sonuncu ümumiyyətlə onun evinə gəlib-getməmiş, Seymur və Vüsaldan fərqli olaraq evinin yerini də bilməmişdir. Seymur onu tez-tez aparıb-gətirməmiş, onun yolu yaxın olduğundan özü gedibgəlmişdir. Təqsirləndirilən şəxslər ona hədə-qorxu gəlməmişdir. Onun 60 yaşı olmaqla bütün həyatı boyu işləyib qazanmışdır. Əvvəllər dil-ədəbiyyat müəllimi işləmiş, daha sonra universitetdə dərs deməyə başlamışdır. Ana tərəf nəsildən qalan ən yaşlı şəxs özüdür. Həmin pullarla bacısı oğlu Elçin və bacısı əri Ramizin hər hansı bağlılığı yoxdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxsa təqdim etdiyi barışıq ərizəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını, onlarla barışdığını, oğurlanmış və qaytarılmayan pullarını təqsirləndirilən şəxslərə bağışlayaraq tələb etmədiyini, cəza təyini məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş İsmayılov Elçin Ramiz oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Seymur və təqsirləndirilən şəxs1 xalası oğulları, təqsirləndirilən şəxs3 isə qohumudur, sonuncularla ədavəti və ya düşmənçiliyi yoxdur. Onun oğurluq hadisəsinin baş verməsindən evə gəldikdən sonra xəbəri olmuş, qısa müddət sonra isə cinayət əməlinin kimlər tərəfindən törədildiyini öyrənmiş, hadisənin necə törədilməsi ilə bağlı isə hər kəsin bildiyi qədər bilmişdir. O, biznes fəaliyyəti ilə məşğul olmur. Təqsirləndirilən şəxslərin guya onun biznes fəaliyyəti ilə məşğul olmaqla oğurlanmış pulların özünə məxsus olmasına dair qeyd etdikləri xüsusatlar doğru deyildir. ünvan 8 ünvanında xalası Zərərçəkmiş şəxsa yaşayır və o mütəmadi olaraq həmin evə gedib-gəlmişdir. O, faktiki olaraq ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qardaşı İlkinin İT avadanlıqları üzrə “İnnovision” adlı elektron avadanlıqların alqı-satqısı ilə məşğul şirkəti vardır, orada malların idxalı deyil, satışı həyata keçirilir. O isə həmin şirkətin təsisçisi və ya işçisi deyildir, arabir kömək məqsədi ilə şirkətə gedir. Anbar da həmin şirkətə məxsus anbardır. Seymur və Vüsal həmin şirkətdə işləməmiş, sadəcə kömək məqsədi ilə gəlib getmişlər. Ümumiyyətlə, təqsirləndirilən şəxslər onlarla birlikdə işləməmişdir. X11 RPİ-yə ## #### 2025-ci il tarixdə ərizə ilə müraciət edərək ## #### 2025-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı mənzilə qayıtdıqda qapının kilidinin açıq vəziyyətdə olmasını aşkar etdiyini, uşaq otağında olan ona məxsus dəmir seyfin kəsilmiş vəziyyətdə olduğunu gördüyünü və dəmir seyfin içərisində özünə məxsus 835.000 AŞB dolları və 205.000 manat pul vəsaitinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını göstərərək həmin şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməklə ona vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir (Cild 1; i.v. 6-7;). “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, oğurluq hadisəsi ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən törədilmişdir. Mənzildə olan uşaq otağı kimi adlanan yataq otağında kəsilmiş vəziyyətdə yerə qoyulmuş dəmir seyfin olması müəyyən edilmişdir. Həmin otağa baxış keçirilərkən çarpayının üzərində içərisi boş olan qızıl-zinət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş boş qutunun olması aşkar edilmişdir. Həmçinin sol hissədə olan masanın üzərində “Polisin xəbəri olsa kimin adamı olduxunuzu bilirik butun sosiyal şəbəkələrdə paylaşlacəqsınız” məzmunlu kağız parçasının qoyulması müəyyən edilmişdir. Həmin kağız parçası baxış zamanı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1, i.v. 7-26;). BŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin rəis müavini polis Rı Rafiq Məmmədovun ## #### 2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X11 məxsus ünvan 4 ünvanından pul vəsaitlərinin gizli olaraq talanması ilə nəticələnən oğurluq cinayətini törətmiş şəxslərin # #### 1994-cü il təvəllüdlü təqsirləndirilən şəxs1, # #### 1994-cü il təvəllüdlü təqsirləndirilən şəxs2 və # ####### 1983-cü il təvəllüdlü təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir (Cild 1, i.v. 30;). “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, ünvan 1 ünvanında yaşamaqla həmin mənzilin mülkiyyətçisi X1 yazılı razılıq ərizəsi və iştirakı, eləcə də iki nəfər hal şahidinin iştirakı ilə həmin ünvanda baxış istintaq hərəkəti aparılmışdır. Mənzilə baxış zamanı baxışda iştirak edən təqsirləndirilən şəxs3 tərəfindən oğurluq hadisəsi törədilərkən əynində olduğunu bildirdiyi geyim əşyaları, yəni bir ədəd üzərində “Rayban” yazısı olan qara rəngli gün eynəyi, bir ədəd üzərində “Thug life” yazısı olan gün papağı, bir ədəd üzərində “Lora Piana” yazısı olan qara rəngli qısaqol köynək, bir cüt üzərində “Champion’’ yazısı olan qaragöy rəngli ipli idman ayaqqabısı, eləcə də baxış zamanı mənzildən aşkar edilmiş təqsirləndirilən şəxs3 məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi, C******** nömrəli pasport, “Umico” kartı, sürücülük vəsiqəsi, idman mərc oyunları qəbzləri, dövlət sosial sığorta şəhadətnaməsi, ****** nömrəli YAP üzvlük vəsiqəsi və içərisində 159 manat olan bir ədəd üzərində “HT” yazısı olan qara rəngli pul qabı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1, i.v. 41-50;). “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 işlədiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən Xocasən yolunun üzərindəki avtomobil təmiri sexində - “TİR” parkında həmin yerin faktiki sahibi X12 yazılı razılıq ərizəsi və iştirakı, habelə iki nəfər hal şahidinin iştirakı ilə videoçəkilişlə baxış və götürmə istintaq hərəkəti aparılmışdır. Baxış zamanı baxışda iştirak edən təqsirləndirilən şəxs1 bildirməsinə əsasən həmin ünvanda olan köhnə hamam-tualet kimi istifadə edilən tikilinin tavan hissəsindən bir ədəd sarı rəngli sellefon paketə bükülmüş 9 ədəd bağlamada hər biri 100-lük pul əskinaslarından ibarət olan ümumilikdə 90000 ABŞ dolları və 1 ədəd bağlamada hər biri 100-lük pul əskinaslarından ibarət olan ümumilikdə 11700 manat pul aşkar edilmiş, eləcə də həmin avtomobil təmir sexində saxlanc yeri kimi istifadə edilən tikilidə seyfin kəsilməsi üçün istifadə edilmiş bir ədəd üzərində “Makita” yazısı olan elektrikli kəsici alət müəyyən edilmişdir. Baxış davam etdirilərək iş üzrə əhəmiyyət kəsb edən “xxxx" kuryer şirkətinin geyim əşyalarının tullandığı yeri müəyyən etmək məqsədi ilə yaxınlıqda olan zibil qutularına baxış keçirilmiş, lakin həmin geyim əşyalarını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı 9 ədəd bağlamada hər biri 100-lük pul əskinaslarından ibarət olan ümumilikdə 90000 ABŞ dolları və 1 ədəd bağlamada hər biri 100-lük pul əskinaslarından ibarət olan ümumilikdə 11700 manat pul, eləcə də bir ədəd üzərində “Makita” yazısı olan elektrikli kəsici alət götürülmüşdür (Cild 1, i.v. 57-63;). Qeyd edilən istintaq hərəkətləri fasiləsiz videoçəkilişlə aparılmış və bir ədəd “DVD” disk protokola əlavə edilmişdir. Həmin videoçəkilişə məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə baxılarkən protokolda göstərilmiş halların tam olaraq öz əksini tapdığı müəyyən edilməklə təqsirləndirilən şəxs1 istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 2517/2518 məhəlləsi ev 37B giriş 3-də yerləşən ***A nömrəli mənzildə və həmin mənzilin yerləşdiyi blok sahəsində mənzilin sahibi təqsirləndirilən şəxs2 yazılı razılıq ərizəsi və iştirakı, habelə iki nəfər hal şahidinin iştirakı ilə videoçəkilişlə baxış və götürmə istintaq hərəkətləri aparılmışdır. İstintaq hərəkətində iştirak edən təqsirləndirilən şəxs2 bildirməsinə əsasən həmin mənzilin yerləşdiyi blok sahəsində təxminən mənzildən 7-8 metr aralıda olan su çəninin alt hissəsində qara rəngli sellofanın içərisində olan 01 ədəd tünd boz rəngli bel çantası aşkar edilmişdir. Həmin bel çantasının içərisində olan pul vəsaitlərinin çoxluğu ilə əlaqədar “pul sayan” aparat vasitəsilə həmin pul vəsaitlərinin sayılması mənzildə təşkil edilmişdir. Sayım zamanı hər biri 100-lük ABŞ dolları valyutasında olan pul bağlamalardan ibarət olması müəyyən edilmişdir. Çantanın içərisində olan pul vəsaitlərinin ümumi sayının 41 ədəd bağlamada hər birində 100 ədəd ABŞ dolları, 01 ədəd bağlamada 64 ədəd ABŞ dolları və 01 ədəd bağlamada 46 ədəd ABŞ dolları olması aşkar edilmişdir. Daha sonra təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdikləri, mənzilin qonaq otağının tavanında gizlətdiyi şəffaf rəngli sellefonlara bükülmüş pul vəsaitlərini könüllü təqdim etmişdir. Həmin pul vəsaitlərinin sayımı zamanı 31 ədəd hər birində 100 ədəd olmaqla 100- lük ABŞ dolları pul əskinaslarından ibarət ümumilikdə 310000 ABŞ dolları olması müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 yaşadığı mənzildən 310000 ABŞ dolları və mənzilin yerləşdiyi blok sahəsindən 421000 ABŞ dolları olmaqla ümumilikdə cinayət yolu ilə əldə edilmiş 731000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Həmin pul vəsaitləri iş üzrə əhəmiyyət kəsb etdiyindən baxış zamanı götürülmüşdür. (Cild 1, i.v. 67-73;). Qeyd edilən istintaq hərəkətləri fasiləsiz videoçəkilişlə aparılmış və bir ədəd yaddaş qurğusu protokola əlavə edilmişdir. Həmin videoçəkilişə məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə baxılarkən protokolda göstərilmiş halların tam olaraq öz əksini tapdığı müəyyən edilməklə təqsirləndirilən şəxs2 istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. “Könüllü təqdim etmə barədə” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, X12 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə edərək cins şalvarının sağ ön yan cibində gizlətdiyi “Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə aid” qızıl sikkəni və qızıldan hazırlanmış “Ümumilli Lider Heydər Əliyevin imzası” nişanı könüllü istintaqa təqdim etmişdir (Cild 2, i.v. 15;). “Maddi ziyanın ödənilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan və müvafiq ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxsaya dəymiş maddi ziyandan bir hissəsinin ödənilməsi üçün 821.000 (səkkiz yüz iyirmi bir min) ABŞ dolları, 11.700 (on bir min yeddi yüz) manat pul, 6700 (altı min yeddiz yüz) manat dəyərində “Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə aid” qızıl sikkə və qızıldan hazırlanmış 400 (dörd yüz) manat dəyərində “Ümumilli Lider Heydər Əliyevin imzası” nişanı Zərərçəkmiş şəxsaya təqdim edilmişdir (Cild 2, i.v. 19; 42;). “Təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış video görüntülərin olduğu diskə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hökmün 30-cu bəndində qeyd edilmiş məktuba əlavə edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə 2(iki) ədəd videogörüntünün olması müəyyən edilmişdir. Diskdə olan “VİD-20250717-WA0148” adlı 08 saniyə davam edən videogörüntünün cinayət hadisəsi baş verən günü, yəni ## #### 2025-ci il tarixdə, saat 16:43:37-də qeydə alınması müəyyən olunmuşdur. Belə ki, videogörüntüdə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 “xxxx” kuryer şirkətinin geyim formasında yaşayış binasının blokundan çıxaraq hərəkət etməsi qeydə alınmışdır. Diskdə olan “VİD-20250717-WA0149” adlı 18 saniyə davam edən videogörüntüyə baxış zamanı həmin videogörüntünün cinayət hadisəsi baş verən günü, yəni ## #### 2025-ci il tarixdə saat 18:39:34-də qeydə alınması müəyyən edilmişdir. Cinayətkar qrupun üzvləri təqsirləndirilən şəxs1 “xxxx” kuryer şirkətinin geyim formasında və təqsirləndirilən şəxs3 qara rəngli qısa qol köynək, cins şalvar, ipli idman ayaqqabısı geyinməklə qara rəngli gün eynəyindən istifadə edərək əlində ağ rəngli bir ədəd qutu ilə birlikdə hərəkət etmələri aşkar edilmişdir (Cild 2, i.v.20;). Qeyd edilən diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı protokolda göstərilən halların tam şəkildə öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin # ###### 2025- ci il tarixli cavabından görünür ki, təqsirləndirilən şəxs3 Lənkəran Hərbi Məhkəməsinin ## ##### 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2- ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzasına məhkum edilmiş, sonuncu dəfə Ağdam Hərbi Məhkəməsinin ## ###### 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 6(altı) ay müddətə azadlıqdan məhrum etmə və 300 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, ## ###### 2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir (Cild 2, i.v. 43-44;). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin # ###### 2025- ci il tarixli cavabından görünür ki, təqsirləndirilən şəxs1 Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Şərur Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının 6(altı) ay 2 (iki) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (Cild 2, i.v. 45-46; Cild 3, i.v. 46-64;). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin # ###### 2025- ci il tarixli cavablarından görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 2, i.v. 47;). “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” # ####### 2025ci il tarixli protokoldan görünür ki, baxış zamanı “xxxx” MMC tərəfindən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş CD diskdə olan +************ saylı mobil telefon nömrəsinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 adına qeydiyyatda olması, eləcə də həmin mobil telefon nömrəsinin ## ##### 2025-ci il tarixədək istifadə edilməsi müəyyən edilmişdir (Cild 2, i.v. 216;). “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” # ####### 2025ci il tarixli protokoldan və protokola əlavə edilmiş müvafiq çıxarışlardan görünür ki, baxış zamanı “xxxx” MMC-i tərəfindən müvafiq məhkəmə qərarı əldə edilmiş CD diskdə +************, +************ və +************ saylı mobii telefon nömrələrinə dair məxsusluq tarixçəsi, müştəri zənglərinin detallaşması, SMS detallaşması və zənglərin məxsusluq tarixçəsi ilə bağlı məlumatların qeyd olunduğu faylların olması görülmüşdür. Belə ki, diskdə olan faylların hər birinə ayrılıqda baxış keçirilmişdir. Baxış keçirilərkən +************ saylı mobil telefon nömrəsinin məxsusluq tarixçəsinə nəzər yetirdikdə həmin mobil telefon nömrəsinin cinayətkar qrupun üzvü # #### 1994-cü il təvəllüdlü təqsirləndirilən şəxs2 adına qeydiyyatda olması, həmin mobil nömrənin ## ####### 2016-cı il tarixdən “xxxx” şəbəkəsində aktivləşdirildiyi müəyyən edilmişdir. +************ saylı mobil telefon nömrəsinin müştəri zənglərinin detallaşmasından görünür ki, ## #### 2025-ci il tarixdə saat 12:52:50 və 13:06:57-də həmin mobil nömrənin anten dairəsi cinayətkar qrupun digər üzvü təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanında, daha sonra ## #### 2025-ci il tarixdə saat 13:18:03-də ünvan 3 37-39 ünvanında (zərərçəkmiş şəxs X11 yaşadığı ünvanın yaxınlığı) qeydə alınması aşkar edilmişdir. Həmçinin ## #### 2025-ci il tarixdə saat 13:18:03də +************ saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxsanın istifadəsində olan +************ saylı mobil telefon nömrəsi arasında 8 saniyə davam edən danışıq aparılmışdır. +************ saylı mobil telefon nömrəsinin anten dairəsinin ## #### 2025-ci il tarixdə saat 14:03:03-dən saat 17:41:45-dək Abşeron rayonu Novxanı bağ massivi ərazisində qeydə alınmışdır. Bundan başqa həmin mobil telefon nömrəsinin anten dairəsindən görünür ki, ## #### 2025-ci il tarixdə saat 22:56:24-dən ## #### 2025-ci il tarixdə saat 00:33:22-dək təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 39 ünvanında olmuşdur. Diskə baxış zamanı +************ saylı mobil telefon nömrəsinin məxsusluq tarixçəsinə nəzər yetirdikdə həmin mobil telefon nömrəsinin cinayətkar qrupun üzvü # ####### 1983-cü il təvəllüdlü təqsirləndirilən şəxs3 adına qeydiyyatda olması, həmin mobil nömrənin ## ###### 2013-cü il tarixdən “xxxx” şəbəkəsində aktivləşdirildiyi müəyyən edilmişdir. +************ saylı mobil telefon nömrəsinin müştəri zənglərinin detallaşmasından görünür ki, ## #### 2025-ci il tarixdə saat 15:45:38-dən saat 16:48:18-dək ünvan 3 37-39 ünvanında (zərərçəkmiş şəxs X11 yaşadığı ünvanın yaxınlığı) qeydə alınması aşkar edilmişdir. Bundan başqa, diskdə olan +************ saylı mobil telefon nömrəsinin məxsusluq tarixçəsinə nəzər yetirdikdə həmin mobil telefon nömrəsinin cinayətkar qrupun üzvü # #### 1994-cü il təvəllüdlü təqsirləndirilən şəxs1 adına qeydiyyatda olması və həmin mobil telefon nömrəsinin ## ### 2025-ci il, saat 23:43:33-dək istifadə edilməsi müəyyən edilmişdir (Cild 2, i.v. 221-232;). “Könüllü təqdim edilmiş mobil telefonlara baxış keçirilməsi haqqında” ## ###### 2025- ci ii tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayəkar qrupun üzvü təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Xiaomi Redmi 14C” markalı mobil telefonda “Qalereya” adlı hissəyə daxil olduqda orada ## #### 2025-ci il tarixdə mobil telefon vasitəsi ilə qeydə alınmış 8 fotoşəklin olması görülmüşdür. Həmin fotoşəkillərə baxış zamanı ## #### 2025-ci il tarixdə saat 15:46-da yaşayış binasının həyətinin fotoşəklinin, saat 16:03-də liftin 8-ci mərtəbəsinə qalxdığını əks etdirən və bir ədəd mənzilin giriş qapısının foto şəklinin, saat 16:04-də zərərçəkmiş şəxs X11 yaşadığı mənzilin giriş qapısının fotoşəklinin, saat 16:16-da masanın altında olan bir ədəd dəmir seyfin fotoşəklinin, saat 16:40-da bir ədəd qara rəngli çantada müxtəlif sellofanlara bükülmüş və açıq vəziyyətdə olan pul vəsaitlərinin fotoşəklinin, saat 17:03-də qrupun digər üzvü təqsirləndirilən şəxs3 də iştirakı ilə qeydə alınmış sonuncunun yaşadığı mənzildə qeydə alınmış pul vəsaitlərinin açıq vəziyətdə düzülmüş fotoşəklinin olması aşkar edilmişdir. Bundan başqa “Bolt” mobil tətbiqində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 keçmiş gedişlərin siyahısına nəzər yetirdikdə ## #### 2025-ci il tarixdə, saat 22:35-də Bakı şəhəri Qara Qarayev prospekti 39 ünvanına taksi ilə gedişin olduğu müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (Cild 3, i.v. 32-43;). “Bank əməliyyatlarına dair məlumatlara baxış keçirilməsi haqqında” # ###### 2025ci il tarixli protokoldan görünür ki, “xxxx” ASC tərəfindən ## ####### 2025-ci il tarixli, ****/***/***** nömrəli müşayiət məktubuna əlavə edilmiş 2 ədəd və “X16” ASC tərəfindən ## ###### 2025-ci il tarixli, *****-**** nömrəli müşayiət məktubuna əlavə edilmiş 1 ədəd diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı disklərdə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 bank kartı hesabları üzrə aparılmış maliyyə əməliyatlarının olması müəyyən edilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar olunmamışdır (Cild 3, i.v. 77;). “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru R X2 tərəfindən təqsirləndirilən şəxs3 həbs olunan zaman xəsarətlər almasını bildirməsi barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanmış ***-C-** saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “xxxx” Publik hüquqi şəxsin Xətai rayon şöbəsinin # ######## 2025-ci il tarixli ***/**** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs3 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsasən xəsarətlərin dərəcəsi və əmələ gəlmə müddəti barədə qəti fikir bildirmək mümkün olmamışdır (Cild 3, i.v. 118-119;). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş ****/**** saylı tibb kitabçasından görünür ki, təqsirləndirilən şəxs1 ## #### 2025-ci il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs1 həbsdən əvvəl zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, sağ göz altı nahiyədə tünd-bənövşəyi qançır, sağ bilək nahiyədə qərtməkli yara aşkar olunmuşdur (Cild 4;). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş ****/**** saylı tibb kitabçasından görünür ki, təqsirləndirilən şəxs2 ## #### 2025-ci il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs2 zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, sağ qalça çuxuru nahiyədə köhnə çapıq qeyd olunmuşdur (Cild 4;). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş ****/**** saylı tibb kitabçasından görünür ki, Razyev Vüsal Bayram oğlu ## #### 2025-ci il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs3 tutulan zaman zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, sağ qulaq seyvanı, sağ çiyin, qarnın ön divarında sarımtıl rəngli qançırları, sol sarğı nahiyədə tünd-bənövşəyi qançırı, sağ bilək və hər iki diz nahiyədə qərtməkli yaraları qeyd olunmuşdur (Cild 4;). Azərbaycan Respublikasnın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər “ASAN xidmət” mərkəzində təsərrüfat işçisi vəzifəsində çalışmış və öz ərizəsi ilə işdən azad olunmuş, həmin mərkəzdə çalışdığı dövrdə daim nizam-intizamı qorumuş, rəhbərliyinin verdiyi göstərişləri vaxtında və lazımi səviyyədə yerinə yetirmiş, müəyyən edilmiş qulluq reqlamentinə riayət etmişdir (Cild 4;). “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan, “Nikahın pozulması” haqqında AZ-İ №****** şəhadətnamədən, AA4902696, AA6102824, AZE10657037 və AZE12079713 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, təqsirləndirilən şəxs3 ilə X5 nikahı Şərur Rayon Məhkəməsinin qətnaməsindən çıxarışa əsasən pozulmuş, həmin nikaha ## ##### 2022-ci il tarixdə xitam verilmişdir. təqsirləndirilən şəxs3 ailə tərkibi ## ######## 1958-ci il təvəllüdlü anası X8, ## ### 2019-cu il təvəllüdlü oğlu Yusif Rzazadə, # ####### 2009-cu il təvəllüdlü oğlu Sinan Rzazadə və ## ######## 2012-ci il təvəllüdlü oğlu Elcan Rzazadədən ibarətdir (Cild 4;). “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, təqsirləndirilən şəxs2 ailə tərkibi # ###### 1995-ci il təvəllüdlü arvadı X13, ## ######## 2023-cü il təvəllüdlü oğlu Zeynal Mənsimov və # #### 2017-ci il təvəllüdlü qızı Zeynəb Mənsimovadan ibarətdir (Cild 4;). “Ölüm haqqında” IV-****** nömrəli şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxs3 atası Rzayev Bayram Abdulla oğlu # ###### 1996-cı il tarixdə “ağciyər vərəmi”, “miokard infarkt” səbəbindən ölmüşdür (Cild 4;). İş üzrə zərərçəkmiş şəxs X11 tərəfindən məhkəməyə təqdim olunan və Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu tərəfindən ##.##.2026-cı il tarixdə, reyestrdə 8İ- 10206 nömrə ilə qeyd edilmiş ərizələrin məzmunundan görünür ki, X11 təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ilə barışmışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərin ona qarşı heç bir öhdəlikləri qalmamışdır. Ailə münasibətlərinin, qohum olmalarının, zərərin tam ödənilməsinin, onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində yüngül cəzalar verilməsini və humanist qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinmələrinə yol verilmir. CM-in 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin maddələr ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 177.4-cü maddəsinə görə CM-in 177.1—177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Eyni zamanda, təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun Cinayət Məcəlləsinin 177.1- 177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs3 törətmiş olduğu əməlin tövsifi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin təqsirli bilindiyi maddədən başqa maddəyə tövsif edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir və bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkum tərəfindən verilmiş şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs1 barəsində verilmiş apellyasiya şikayətlərinə münasibətdə ilk olaraq qeyd edir ki, verilmiş şikayətlərin məzmunundan görünür ki, şikayət müəllifləri təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin edilmi cəzanın şərti tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş hallar, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş cəzanı şərti hesab edilməsi cəzanın məqsədlərinə xidmət edə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər və müdafiəçiləri məhkəmə baxış iclası zamanı, həmçinin, təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslərə cəza təyin edilən zaman Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsi cəzasının məqsədi ilə uzlaşmır. Müdafiə tərəfinin digər dəlillərinə - Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cinayət işi üzrə bir zərərçəkmiş şəxs var və həmin zərərçəkmiş şəxs də notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim edərək, ona vurulmuş ziyanın tam ödənildiyini və məhkum edilmiş şəxslərlə barışdığını bildirmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs X11 təqsirləndirilən şəxslər Teymur və təqsirləndirilən şəxs2ların xalası, təqsirləndirlən şəxs təqsirləndirilən şəxs3 isə bibisidir. Onlar yaxın qohum olmaqla hazırda barışmış, dəyən ziyan tam olaraq zərərçəkmiş şəxsə ödənilmişdir. Zərərçəkmiş şəxsanın təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı və təqsirləndirilən şəxs2 himayəsində isə iki azyaşlı uşağının olması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin hər biri ilə barışmaqla sonunculara qarşı hər hansı şikayət və tələbinin olmaması, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxsin qohumluq münasibətində (doğma xala-bibi) olmaları, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 31 yaşında olmaqla cavan olmaları, təqsirləndirilən şəxs3 iki yetkinlik yaşına çatmayan uşağının olması, onların heç birinin hazırki vaxtda məhkumluqlarının olunmaması, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaları, müsbət xarakterizə olunmaları yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslərə törətdikləri cinayət əməlinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin həmin maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi məqsədəmüvafiq hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, ailə vəziyyətlərini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini mümkün hesab edir. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə məhkum edilmiş şəxslərə cəzalarını yüngülləşdirən halların məcmusunu qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha az cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu tərəfindən ##.##.2026-cı il tarixdə, reyestrdə 8İ-10206 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, X11 iş üzrə məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, qohum olmalarını da nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində yüngül və humanist qərar qəbul edilməsi xahiş etmişdir. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan, “nikahın pozulması” haqqında AZ-İ №****** şəhadətnamədən, AA4902696, AA6102824, AZE10657037 və AZE12079713 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, təqsirləndirilən şəxs3 ilə X5 nikahı Şərur Rayon Məhkəməsinin qətnaməsindən çıxarışa əsasən pozulmuş, həmin nikaha ## ##### 2022-ci il tarixdə xitam verilmişdir. təqsirləndirilən şəxs3 ailə tərkibi ## ######## 1958-ci il təvəllüdlü anası X8, ## ### 2019-cu il təvəllüdlü oğlu Yusif Rzazadə, # ####### 2009-cu il təvəllüdlü oğlu Sinan Rzazadə və ## ######## 2012-ci il təvəllüdlü oğlu Elcan Rzazadədən ibarətdir (Cild 4;). “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, təqsirləndirilən şəxs2 ailə tərkibi # ###### 1995-ci il təvəllüdlü arvadı X13, ## ######## 2023-cü il təvəllüdlü oğlu Zeynal Mənsimov və # #### 2017-ci il təvəllüdlü qızı Zeynəb Mənsimovadan ibarətdir (Cild 4;). “Ölüm haqqında” IV-****** nömrəli şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxs3 atası Rzayev Bayram Abdulla oğlu # ###### 1996-cı il tarixdə “ağciyər vərəmi”, “miokard infarkt” səbəbindən ölmüşdür (Cild 4;). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə onların törətdikləri cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsləri xarakterizə edən hallara görə təyin olunmuş cəzalar həddindən artıq sərtdir və buna görə də onlar haqqında CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin cəzaların yüngülləşdirilməsini məqsədə uyğun hesab edir. Belə qənaətə gələrkən isə məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda təsvir edilmiş normaları ilə, həmin normalara verdiyi təfsirlə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqe və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə yanaşı həmçinin cinayət qanunun aşağıdakı normalarının tələblərində və həmin normalara da verdiyi şərhdən çıxış edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin, bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum Qərarlarında göstərilən hüquqi mövqeləri əsas götürərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı və təqsirləndirilən şəxs2 himayəsində isə iki azyaşlı uşağının olmasını, CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxs X11 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, təqsirləndirilən şəxslərin hər biri ilə barışmaqla sonunculara qarşı hər hansı şikayət və tələbinin olmaması, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxsin qohumluq münasibətində (doğma xala-bibi) olmalarını, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 31 yaşında olmaqla cavan olmalarını, təqsirləndirilən şəxs3 iki yetkinlik yaşına çatmayan uşağının olmasını, onların heç birinin hazırki vaxtda məhkumluqlarının olunmaması, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmalarını, müsbət xarakterizə olunmalarını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş 10 il azadlıqdan məhrum etmə cəzası azaldılaraq, təqsirləndirilən şəxslərə 04 il azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi İbadov İlham İbad oğlu tərəfindən, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1 İsmayıl oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilə endirilsin. təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## #### 2025-ci il tarixdən hesablansın. təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilə endirilsin. təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## #### 2025-ci il tarixdən hesablansın. təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilə endirilsin. təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## #### 2025-ci il tarixdən hesablansın. təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-779/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-779/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver