Məhkəmə qərarları › İş №1(3-6)-781/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-781/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-781/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i : Xüsusi ittihamçı xüsusi ittiham qaydadasında şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək hər maddə üzrə altı ay olmaqla cəmi 1 il müddətə azadlıqdan məhrum etmə ilə cəzası təyin edilməsini, ona vurulmuş mənəvi zərər 300000 (üç yüz min) manat məbləğində müəyyən olunaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 207.6-cı maddəsi əsasında ictimai və ya Ictimni-xüsusl Ittiham qaydasında təqib edilməyə səbəb olan məlumatlar barəsində (saxla məhkəmə qərarı tərtib edilməsi, məhkəmənin qərarına müdaxilə edilməsi, vəzifəmin saxtalaşdırılıb təminatımın mənimsənilməsi, şəxsi işimdə saxtalıq edib, maliyyə pozuntusu ile pul silinməsi, vəkilin dövlət orqanından - itiham, istintaq orqanı olan DIN-den emək haqqı alması, vəzifəsindən suiistifadə edib, şikayətinin yazılmasına, müdafiəsinə qadağa qoyulması və s.) ibtidai araşdırmaya prosessual rəhbərliyi heyata keçirən prokurora xəbər verilməsi barədə hökm cıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim X1) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. Qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verib, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinin təmin edilmməəsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdırıb, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, 1(103)- ***/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, 1(3-6)- ***/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 11 bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməli törədən şəxs kimi iddia etsə də, iddia etidyi əməllərin məhz Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətdə iddia etdiyi cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin tərtibatı zamanı yuxarıda göstərilən nöqsanlara yol verildiyindən, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hazırki halda birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslara görə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 391, 397.1, 397.2, və 407-412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar