Məhkəmə qərarları › İş №1(3-6)-783/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-783/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-783/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi vә mәruzәsi ilә, X2 vә Mәmmәdov Əli İrfan oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X1, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru Yusifov İlkin Fәrhad oğlunun, Mәhkum edilmiş şәxs – Tәqsirlәndirilәn şәxs, Müdafiәçi – Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi2 iştirakları ilә, ## ### 1991-ci ildә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2014-cü il tarixli hökmü ilә CM-nin 177.3.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 08 il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuş, ##.##.2021-ci ildә cәzasının sonu ilә azad edilmiş, mәhkumluğu ödәnilmәmiş vә götürülmәmiş, Bakı şәhәri, Xәzәr rayonu, Binә qәsәbәsi, Vaqif küçәsi, döngә 4, ev 23 A-da qeydiyyatda olmaqla yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası Cinayәyt Mәcәllәsinin 177.2.1, 177.2.3, vә 234.1-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk mәhkum edilmәsinә dair Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- **)-*/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmü ilә (hakim Emin Rüstəmov) Tәqsirlәndirilәn şәxs Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.3 vә 234.1ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.3-cü maddәlәri ilә 2 (iki) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası, Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә 1 (bir) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, Cinayәt Mәcәllәsinin 66.2-ci maddәsinә әsasәn tәyin edilmiş cәzaları qismәn toplamaq yolu ilә üzәrindә qәti olaraq 3 (üç) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasının saxlanılması Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn ##.##.2025-ci il tarixdәn ##.##.2025-ci il tarixәdәk şübhәli şәxs kimi tutulduğu 2 (bir) gün müddәt bir günә bir gün hesabı ilә ona tәyin olunmuş cәzaya hesablanması vә üzәrindә 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün müddәtinә azadlıqdan mәhrum etmә cәzasının saxlanılması hökm edilmişdir. Hökmlә hәmçinin qәtimkan tәdbiri, tibbi xarakterli tәdbirlәr, maddi sübut vә mәhkәmә mәsrәfi mәsәlәlәri dә hәll edilmişdir. İşin halları: Mәhkәmәnin hökmünә görә, Tәqsirlәndirilәn şәxs istintaqa mәlum olmayan vaxtda vә istintaqa mәlum olmayan mәnbәdәn satış mәqsәdi olmadan qanunsuz olaraq tәmiz çәkisi 0,434 qram olan kustar üsulla hazırlanmış psixotrop maddә metamfetamini xeyli miqdarda әldә edib üzәrindә saxlamaqla ## #### 2025-ci il tarixdә Bakı şәhәri, Xәzәr rayonu, Binә qәsәbәsi, F.Aynulov küçәsindә yerlәşәn ** saylı Birlәşmiş Şәhәr Xәstәxanasının yaxınlığına kimi daşımış, hәmin gün orada saat 15 radәlәrindә piyada hәrәkәtdә olduğu vaxt Xәzәr RPİ-nin 3-cü Polis Şöbәsinin әmәkdaşları tәrәfindәn keçirilәn әmәliyyat tәdbirlәri nәticәsindә psixotrop maddәlәrin qanunsuz dövriyyәsindә şübhәli şәxs kimi saxlanılaraq orada videoçәkiliş aparılmaqla üzәrinә yoxlama keçirilәn zaman әynindә olan göy rәngli şalvarının sağ cibindә 01 әdәd şәffaf rәngli sellofana bükülmüş tәmiz çәkisi 0,434 qram olan kustar üsulla hazırlanmış hәmin xeyli miqdarda psixotrop maddә metamfetamin 01 әdәd bükümdә Tәqsirlәndirilәn şәxs aşkar edilәrәk götürülmüşdür. Bundan başqa o, tamah niyyәtilә özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdilә tanışı X4 ilә birlikdә qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşәrәk 2025-ci ilin iyul ayının ortalarında saat 20 radәlәrindә Zәrәrçәkmiş şәxs mәxsus ünvan 1 ünvanında yerlәşәn yaşayış evinin hasarından aşaraq hәyәtә, ordan isә bir mәrtәbәli evin pәncәrәsini açaraq Yaşar Hacıyevlә birlikdә evin yaşayış sahәsinә qanunsuz daxil olaraq evdәn Zәrәrçәkmiş şәxs mәxsus olan 01 әdәd 200 manat dәyәrindә istifadә olunmuş «LG» markalı paltaryuyanı, 01 әdәd 100 manat dәyәrindә istifadә olunmuş soyuducu motorunu, 01 әdәd 70 manat dәyәrindә istifadә olunmuş su sayğacını, 01 әdәd 100 manat dәyәrindә istifadә olunmuş dәmir qapını, hәr biri 50 manat ümumi dәyәri 100 manat olan 02 әdәd istifadә olunmuş әtçәkәn maşını, hәr biri 100 manat ümumi dәyәri 200 manat olan 02 әdәd istifadә olunmuş dәmir sobanı, 03 әdәd cәmi 50 manat dәyәrindә istifadә olunmuş aliminium qazanı, 01 әdәd 400 manat dәyәrindә istifadә olunmuş divanı, 01 әdәd 500 manat dәyәrindә istifadә olunmuş paltar dolabını, 100 manat dәyәrindә istifadә olunmuş aliminium qapı vә pәncәrәni, hәyәtdәn isә cәmi 200 manat dәyәrindә 300 metr uzunluğunda istifadә olunmuş elektrik naqilini götürüb hasardan aşaraq X4 ilә birlikdә özlәri ilә aparmaqla çıxıb gedәrәk hәmin әmlakları istintaqla müәyyәnlәşdirilmәsi mümkün olmayan şәxslәrә satıb әldә etdiklәri pulları öz aralarında bölüşdürәrәk şәxsi ehtiyaclarına sәrf edib özgәnin әmlakını qabaqcadan әlbir olan bir qrup şәxs halında yaşayış sahәsinә qanunsuz daxil olmaqla gizli olaraq talayıb zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ümumilikdә 2020 manat mәblәğindә ziyan vurmaqla oğurluq etmişdir. Hökmdәn narazı qalan mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәti verәrәk, әdalәtli qәrar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayәtindә qeyd edilmişdir ki, işinә yenidәn baxılmasını vә әdalәtli qәrar çıxarılmasını xahiş edir. Mәhkәmә iclasında çıxış edәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi2 hәr biri ayrı-ayrılıqda apellyasiya şikayәtini müdafiә edәrәk, tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsini xahiş etmişlәr. Mәhkәmә iclasında çıxış edәn dövlәt ittihamçısı Yusifov İlkin Fәrhad oğlu apellyasiya şikayәtinin tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә görә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddәlәrin mahiyyәtinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsini apellyasiya müraciәtinin hüdudlarında, cinayәt vә cinayәt prosessual qanunvericiliyinin normalarına riayәt edilmәsini hәr bir halda, o cümlәdәn apellyasiya şikayәti vә ya apellyasiya protestinin dәlillәrindә bu barәdә tәlәb irәli sürülmәdikdә dә yoxlayır. Göstәrilәn qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli vә birinci instansiya mәhkәmәsinin hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış vә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış mötәbәr sübutlara birgә qiymәt verәn vә hәmin sübutlara әsaslanan birinci instansiya mәhkәmәsi iş üçün mühüm әhәmiyyәt kәsb edәn bütün halları aydınlaşdırmaqla Tәqsirlәndirilәn şәxs ona ittiham olunmuş cinayәt әmәlini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun әmәlini Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.3 vә 234.1-ci maddәlәri ilә düzgün tövsif etmişdir. Mәhkum edilmiş şәxsin әmәlinin cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası göstәrilәn qәnaәtә gәlәrkәn, sübutların artıq birinci instansiya mәhkәmәsi tәrәfindәn mәhkәmә istintaqı zamanı tam, hәrtәrәfli, dolğun şәkildә vә bir-biri ilә qarşılıqlı әlaqәdә tәdqiq edilmәklә, cinayәt vә cinayәt prosessual qanunvericiliyin tәlәblәrinә әsasәn araşdırılmaqla yekun nәticәyә gәlindiyini qeyd edir vә bu sәbәbdәn hesab edir ki, hazırda hökmün mәzmununda göstәrilәn sübutların tәkrarәn geniş şәkildә sadalanmasına lüzum olmadığından, yalnız verilmiş şikayәtin dәlillәrinә münasibәtdә bәzi sübutlara diqqәt yetirilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsindә tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Tәqsirlәndirilәn şәxs ifadәsindә özünü ittiham olunduğu әmәllәrin törәdilmәsindә qismәn tәqsirli bilәrәk bildirdi ki, narkotik vasitәlәrdәn ara-sıra istifadә edir. ##.##.2025-ci il tarixdә günorta saatlarında tanışı Yaşarla birlikdә Binә qәsәbәsindә olarkәn polis әmәkdaşları tәrәfindәn saxlanılmışlar. Polislәr ona şübhәli olduğunu bildirәrәk üzәrinә baxış keçirmişlәr. Baxış zamanı üstündәn qanunsuz maddә aşkar edilmәmişdir. Lakin psixoloji tәzyiqlәrә mәruz qaldığından videoçәkiliş zamanı psixotrop maddә üstündә gәzdirmәsini etiraf etmişdir. Bundan başqa Zәrәrçәkmiş şәxs onunla eyni küçәdә yaşadığı üçün tanıyır. X5 isә Zәrәrçәkmiş şәxs qohumudur. 2025-ci ilin iyul ayının ortalarında Yaşarla Elbrusun evinә daxil olaraq oğurluq etmәk istәmişlәr. İlk öncә hasardan aşaraq hәyәtә daxil olmuşlar. Sonra isә evin pәncәrәsindәn evә girmişlәr. Otaqları axtararkәn orada divan, kreslo, qab-qacaq vә paltarların olduğunu görmüşlәr. Hәmin әşyaları pәncәrәdәn çıxarmaq mümkün olmayacağını bildiklәrindәn daxil olduqları pәncәrәdәn yenidәn hәyәtә çıxmışlar. Sonra isә hasardan aşaraq getmişlәr. İbtidai istintaq zamanı psixoloji tәzyiqlәr nәticәsindә hәmin hәyәtdәn naqillәr oğurladığını demişdir. Birinci instansiya mәhkәmәsindә zәrәrçәkmiş qismindә dindirilmiş Zәrәrçәkmiş şәxs ifadәsindә göstәrmişdir ki, ünvan 1 ünvanında fәrdi yaşayış evi vardır. Hәmin evdә daimi yaşayış yoxdur, ara-sıra evә baş çәkir. Sonuncu dәfә ## ######## 2025-ci il tarixdә evә gәldikdә evdәn oğurluq olunması aşkar edilmişdir. Hәmin vaxt evә baxış keçirdikdә evdәn namәlum şәxs tәrәfindәn «LG» markalı paltaryuyan, soyuducu motoru, su sayğacı, dәmir qapı, әtçәkәn maşın, dәmir soba, aliminium qazanlar vә sair әşyaların oğurlandığını aşkar etmişdir. Evdәn oğurluq olması barәdә DİN-nin 102 xidmәtinә zәng edib mәlumat verildikdәn sonra Xәzәr RPİ-nin 3- cü PŞ-nә әrizә ilә müraciәt edilmişdir. Oğurluq nәticәsindә ümumilikdә 2020 manat maddi zәrәr dәymişdir. Sonradan mәlum olmuşdur ki, evә qanunsuz daxil olan vә evdәn oğurluq edәn şәxslәr X6 vә X4r. Dәymiş maddi ziyan ödәnmәmişdir. Qohumu vә tәşkilatçı olduğu üçün Yaşardan şikayәtçidir. Seymura qarşı şikayәti yoxdur. Birinci instansiya mәhkәmәsindә şahid qismindә dindirilmiş Xәzәr RPİ-nin 3-cü PŞ-nin CA üzrә әmәliyyat müvәkkili şahid1 ifadәsindә bildirmişdir ki, Bakı şәhәri, Xәzәr rayonu, Binә qәsәbәsi әrazisindә Yaşar vә Seymur adlı şәxslәrin narkotik vasitә vә psixotrop maddәlәrin qanunsuz dövriyyәsi ilә mәşğul olması barәdә Xәzәr RPİ nin 3-cü PŞ-nә mәlumat daxil olmuşdur. Bununla bağlı onların cinayәt әmәllәrini aşkar etmәk mәqsәdilә әmәliyyat tәdbirlәrinin keçirilmәsindәn sonra ondan vә Xәzәr RPİ-nin 3 cü PŞ-nin CA üzrә әmәliyyat müvәkkili şahid2 ibarәt әmәliyyat qrupu yaradılmışdır. ##.##.2025-ci il tarixdә, saat 15 radәlәrindә keçirilmiş әmәliyyat tәdbirlәri nәticәsindә Bakı şәhәri, Xәzәr rayonu, Binә qәsәbәsi әrazisindә yerlәşәn ** saylı BŞX-nm yaxınlığında X5 vә Tәqsirlәndirilәn şәxs saxlanılmışdır. Videoçәkilişlә üzәrinә baxış keçirilәn zaman Tәqsirlәndirilәn şәxs әynindәki göy rәngli şalvarın sağ yan cibindәn bir әdәd şәffaf sellofana bükülmüş bükümü çıxararaq tәqdim etmiş vә içәrisindә “şüşә” kimi tanıdığı psixotrop maddә metamfetamin olduğunu bildirmişdir. Hәmin bükümü Suraxanı rayonu әrazisindә tanımadığı şәxsdәn şәxsi istifadәsi üçün aldığını demişdir. Hәmin büküm zәrfә qoyularaq qablaşdırılmış vә araşdırmaya tәqdim olunmaq üçün götürülmüşdür. Daha sonra onlar Tәqsirlәndirilәn şәxs Xәzәr RPİ-nin 3-cü PŞ-nә aparmışlar. Saxlanılan zaman vә 3-cü PŞ dә Tәqsirlәndirilәn şәxs üzәrindә aparılan şәxsi axtarış, baxış vә götürmә zamanı ona qarşı heç bir fiziki vә psixoloji tәzyiq göstәrilmәmişdir. Bundan başqa, birinci instansiya mәhkәmәsi iş üzrә dindirilmiş tәqsirlәndirilәn şәxs, zәrәçәkmiş şәxs vә şahid ifadәlәri ilә yanaşı, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 124-cü maddәsinin tәlәblәrinә uyğun olaraq istintaq vә mәhkәmә hәrәkәtlәrinin digәr protokollarını, o cümlәdәn ekspertiza rәylәrini vә digәr sәnәdlәri dә sübut növlәri kimi mötәbәrliyi vә mümkünlüyü üzrә qiymәtlәndirilmәklә tәdqiq etmişdir. Belә ki, birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş ##.##.2024-cü il tarixli şәxsi axtarış, baxış vә götürmә aparılması barәdә prokotoldan görünür ki, ##.##.2025-ci il tarixindә Tәqsirlәndirilәn şәxs Xәzәr rayonu, Binә qәsәbәsi, F.Aynulov küçәsi, ** saylı BŞX-nin yaxınlığında saxlanılmış, videogörüntü ilә üzәri yoxlanan zaman әynindәki göy rәngli şalvarın sağ yan cibindәn 01 әdәd şәffaf sellofana bükülmüş kütlә aşkar edilәrәk götürülmüşdür. Tәqsirlәndirilәn şәxs üzәrindәn aşkar edilmiş bükümün içindә psixotrop maddә “metamfetamin” olduğunu, onu hәmin gün Suraxanı qәsәbәsindәn tanımadığı şәxsdәn 10 manata şәxsi istifadәsi üçün aldığını bildirmişdir. Protokola dair şikayәt vә qeyd olmamış, müdafiәçi vә Tәqsirlәndirilәn şәxs tәrәfindәn imzalanmışdır. Birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzi tәrәfindәn keçirilmiş materialların mәhkәmә ekspertizasının ##.##.2025-ci il tarixli */**** saylı rәyindәn aydın olur ki, tәdqiqata tәqdim edilmiş, üzәrindә DİN “Zәrflәr üçün № ***” möhür әksi olan, “Sövqatov (imza)”sözlәri, soyadlar vә imzalar olan zәrfdәki 01 әdәd bükümdә tәmiz çәkisi 0,434 qram olan ağ rәngli, kristalşәkilli maddә kustar üsulla hazırlanmış psixotrop maddә- metamfetamindir. Metamfetamin 2005-ci il ## #### tarixli Azәrbaycan Respublikasının qanunu ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilәn “psixotrop maddәlәr”in siyahısına (Siyahı İ) daxildir. Birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş ##.##.2025-ci il tarixli hadisә yerinә baxış keçirilmәsi haqqında protokoldan görünür ki, hәmin tarixdә Bakı şәhәri Xәzәr rayonu, Binә qәsәbәsi, Vaqif küçәsi, döngә 4 dә yerlәşәn Elburus Hacıyevә mәxsus fәrdi yaşayış evindә baş vermiş oğruluq hadisәsi ilә bağlı baxış keçirilmişdir. Birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş Azәrbaycan Respublikası DİN-nin Kriminaltik Tәhqiqatlar İdarәsinin ## ####### 2025-ci il tarixli 3-13-11/7-*****/**** №-li mәktubundan görünür ki, Bakı şәhәri Xәzәr rayonu, Binә qәsәbәsi, Vaqif küçәsi, döngә 4-dә yerlәşәn Elburus Hacıyevә mәxsus fәrdi yaşayış evindә baş vermiş oğruluq hadisәsi ilә bağlı müqayisәli tәdqiqatlar nәticәsindә әl izlәrindәn 02 әdәdinin (ADİS mәlumat bankına Xәzәr RPİnin 3-cü PŞ-dәn daxil olan) ##.##.1991-ci ildә Bakı şәhәrindә anadan olmuş Tәqsirlәndirilәn şәxs sol әlinin ovucu (02 dәfә) (dolabın güzgüsü) ilә 02 әdәdinin (ADİS mәlumat bankına Xәzәr RPİ-nin 3-cü PŞ-dәn daxil olan) ##.##.1989-cu ildә Bakı şәhәrindә anadan olmuş X4 әlinin ovucu (02 dәfә) (dolabın güzgüsü) ilә eynilik müәyyәn edilmişdir. Birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Respublika Narkoloji Mәrkәzi tәrәfindәn keçirilmiş ambulator mәcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** saylı rәyindәn görünür ki, Tәqsirlәndirilәn şәxs kannabinoidlәrin vә psixostimulyatorların birgә qәbulu nәticәsindә yaranan Asılılıq Sindromu (Narkomaniya Xәstәliyi) aşkar olunur. Narkomaniyadan mәcburi mualicәyә ehtiyacı vardır. Ərazi narkoloji dsipanserindә qeydiyyata alınması mәslәhәt görülür. Göstәrilәnlәrә әsasәn birinci instansiya mәhkәmәsi toplanmış vә mәhkәmә istintaqında tәdqiq edilmiş sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırıb mәcmu halda hüquqi qiymәt verәrәk düzgün olaraq hesab etmişdir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn ittihamda qeyd olunan әmәllәrin törәdilmәsi onun qismәn etirafedici ifadәsi, mәnbәyinin mötәbәrliyi vә әldә edilmәsinin qanuniliyi şübhә doğurmayan vә iş üzrә yekun nәticәyә gәlmәyә imkan verәn zәrәrçәkmiş şәxsin vә şahidlәrin ifadәlәri, ekspertiza rәylәri, istintaq hәrәkәtlәrinin aparılması haqqında protokollar vә iş üçün mühüm әhәmiyyәt kәsb edәn digәr sübutlarla tәsdiq edilәrәk sübuta yetirilmişdir. Birinci instansiya mәhkәmәsi hәmçinin mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs mәhkәmә iclasında özünü qismәn tәqsirli bilmәsi barәdә verdiyi ifadәsinә haqlı olaraq tәnqidi yanaşaraq hesab etmişdir ki, onun bu ifadәsi qeyri-sәmimi olmaqla yanaşı işin hәqiqi hallarına uyğun gәlmәmәklә digәr mötәbәr sübutlarla tam tәkzib olunur vә o, hәmin ifadәsini cinayәt mәsuliyyәtindәn yayınmaq mәqsәdi ilә vermişdir. Mәhkum Tәqsirlәndirilәn şәxs tәyin edilәn cәzanın yüngüllәşdirilmәsi ilә bağlı mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi mәhkuma cәza tәyin edәrkәn törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsini, xarakterini, mәhkumun şәxsiyyәtini, cәzasını yüngüllәşdirәn hal kimi zәrәrçәkmiş şәxsin şikayәtçi olmamasını vә ağırlaşdıran hal kimi әmәlindә cinayәt residivinin olmasını, habelә tәyin olunacaq cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alaraq ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzası tәyin etmәklә qanuni, әsaslı vә düzgün nәticәyә gәlmişdir. Belә ki, iş materialları ilә müәyyәn edilir ki, mәhkum edilmiş şәxsin әmәlindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18.1-ci maddәsinә әsasәn cinayәtlәrin residivi müәyyәn edilmiş vә birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 65.2-ci maddәsinin tәlәblәrinin rәhbәr tutaraq Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi maddәlәr üzrә әn aşağı hәddә azadlıqdan mәhrum etmә növündә cәza tәyin etmiş, cinayәtlәrin mәcmusu üzrә cәza tәyin edәrkәn dә tәyin edilmiş cәzaları qismәn toplamaq yolu ilә aşağı hәddә qәti cәza tәyin etmişdir. Hazırda apellyasiya şikayәtinә münasibәtdә mәhkum edilmiş şәxsin cәzasının yüngüllәşdirilmәsinә, elәcә dә onun barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 62 vә ya 70-ci maddәlәrinin tәtbiq olunmasına hәr hansı bir hüquqi әsas yoxdur. Əlavә olaraq qeyd olunmalıdır ki, mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsinin maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol vermәsi halları müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, mәhkum edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, mәhkum edilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ##.##.2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara a l d ı: Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi2 tәrәfindәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cәmi 110 (yüz on) manat pul dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar