Məhkəmə qərarları › İş №1(3-6)-787/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-787/2026

07.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-787/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Ağayev Mirəkrəm Azad oğlunun və onun müdafiəçisi Bakı şəhəri 6 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər – zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlunun, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs7 nümayəndəsi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Hüseynov Sənan Qabil oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlu, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, R dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Günel Məmmədova ) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ##.##.1982-cı il tarixində Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Gülməmmədli Ə/D, Gülməmmədli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, M.Xİyabani küçəsi 8A, mənzil 155 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ####### 2025-ci il tarixədək həbsdə olduğu, ## ####### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 il 08 ay 12 gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 03 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi və zərərçəkmiş şəxs2 dələduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyandan ödənilməmiş qalan 9500 manat hissəsi və 135 mnat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs2 ödənilməsi, vurulmuş ziyan məbləği ödənilməmiş digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olmasının izah olunması müəyyən edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll olunmuşdur. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui - istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyərək qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə İskəndərov Müqabil Abuzər oğluna özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək buna heç bir səlahiyyəti olmadığı halda yaşayış və qeyriyaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan suiistifadə və aldatma yolu ilə İskəndərov Müqabil Abuzər oğlunun istifadəsində olan torpaq sahəsinə dair rəsmi çıxarışı alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə 146 ünvanında 10000 manat, həmin ünvanda 2021ci ilin oktyabr ayında isə 5000 manat məbləğində pulu alıb, vədinə əməl etmədiyinə görə həmin pul vəsaitinin qaytarılması barədə zərəçəkmiş şəxs Müqabil İskəndərovun çox saylı təkidlərinə məruz qalaraq ona qarşı inam və etibarını qorumaq məqsədi ilə ələ keçirdiyi pulun 10000 manatını 2021-ci ilin oktyabr ayının sonlarında qaytarıb etibarını bərkitməklə ## #### 2024-cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Asan Xidmətin qarşısında həmin iş üçün 10000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə 15000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyərək qulluq mövqeyindən istifadə etməklə təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs3 özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək buna heç bir səlahiyyəti olmadığı halda yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs3 istifadəsində olan torpaq sahəsinə dair rəsmi çıxarışı alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2021-ci ilin avqust ayında Bakı şəhəri C! Hin oktyaor ayında isə 5500 manat məbləğində pulu al b. vədinə əməl etmədiyinə gora həmin pu! vəsaitinin qaytarılması barədə zərəçəkmış şəxs zərərçəkmiş şəxs3 çox saylı təqdilərinə məruz qalaraq ona qarşı inam və etibarını qorumaq məqsədi ilə ələ keçirdiyi pulun 4500 manatını 2021-cı ilin oktyabr ayının sonlarında qaytarıb etibarını bərkidməklə ## #### 2024-cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Asan Xidmətin qarşısında həmin iş üçün 4500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə 15500 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu iiə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi yalandan təqdim edərək yaşayış və qeyriyaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan suiistifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Svetalana Məmmədova küçəsində yerləşən qeyri-yaşayış sahəsinə çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2022-ci ilin sentyabr ayının əvvəllərindən ortalarınadək olan müddət ərzində bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20000 manat məbləğində pulunu Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən "Bravo" marketin qarşısında alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını aldatma və etibardan suı-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən yüksək vəzifəli tanışlarının vasitəsilə yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldıtma yolu ilə zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Svetalana Məmmədova küçəsində yerləşən qeyri-yaşayış sahəsinə çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2022-ci ilin sentyabr ayının sonlarından oktyabr ayının ortalarınadək olan müddət ərzində bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 40000 manat məbləğində pulunu Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən "Bravo" marketin qarşısında alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi yalandan təqdim edərək yaşayış və qeyriyaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan suiistifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Ziya Bünyadov prospektində yerləşən yaşayış evinə çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək ## ####### 2022-ci il tarixdə həmin ünvanda 26500 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi yalandan təqdim edərək yaşayış və qeyriyaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2022-ci ilin noyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə 20000 manat məbləğində pulunu Bakı şəhəri Yasamal rayonu Moskva Prospekti 67 ünvanında yerləşən "xxxx"ASC-nın qarşısında alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldıtrna yolu ilə zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən apartament tipli çoxmənzilli yaşayış sahəsinə çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2023- cü ilin may ayında vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə 42000 manat məbləğində pulunu Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Aura" şadlıq sarayının qarşısında alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 28 sot torpaq sahəsini almaq və həmin torpağı özəlləşdirməklə çıxarışını alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2023-cü ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin yaxınlığında 10000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs2 məxsus Xızı rayonu ərazisində yerləşən 27 sot torpaq sahəsini almaq və həmin torpağı özəlləşdirməklə çıxarışını alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində 50000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri Yasamal rayonu Moskva Prospekti 3168 ünvanında yerləşən MAİN MTK yaşayış kompleksi bina 33 mənzil 83A ünvanında yerləşən 40 kv/m əraziyə malik mənzilə çıxarışını alacağına habelə mənzilin qarşısındakı ərazidə tikinti işlərinin aparılmasına və çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək 2023-cü ilin may ayında qeyd olunan ünvanda 5000 manat, 2023cü ilin iyul ayında sənədləşməyə görə tələb olunan xərclərin artması və əlavə xərclərin tələb olunması barədə yalan məlumat verərək, həmin ünvandan bank kartı hesabına köçürtdürməklə 1000 manat və 2024-cü il fevral ayında çıxarışın götürülməsi məqsədilə dövlət rüsumunun ödənməsi barədə yalan məlumat verərək qeyd olunan ünvandan bank kartı hesabına köçürtdürməklə 583 manat vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə 6583 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yoiu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs6 məxsus Bınəqədi rayonunda yerləşən anbar təyinatlı qeyri-yaşayış sahəsinə çıxarış alacağına dair sənədləri düzəldəcəyini yalan vədlər verərək ##.##.2023cü il tarixdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Altın Tepsi” restoranında həmin vaxta 25500 manat ekvivalent olan 15000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar oiaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi yalandan təqdim edərək yaşayış və qeyriyaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan suiistifadə və aldıtma yolu ilə zərərçəkmiş şəxs1 müxtəlif sənədləşmə işlərində ona köməklik edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə edərək, 2023-cü ilin noyabr ayının ortalarından 2023-cü ilin dekabr ayının ortalarınadək olan müddət ərzində Binəqədi rayonu ərazisində yerləşən Elit ticarət mərkəzinin qarşısında 8000 manat, Binəqədi rayonu ərazisində yerləşən Elit ticarət mərkəzinin qarşısında Şır-Şır restoranında 5000 manat, Xəzər rayonu Zirə qəsəbəsində Dübəndi balıq evində 10000 manat, Xəzər Rayon icra Hakimiyyəti yaxınlığında 10000 min manat, Nizami rayonu ərazisində yerləşən metronun Koroğlu stansiyasının yaxınlığında 5000 manat və Sabunçu Rayon Kürdaxanı Bələdiyyəsində 10000 min manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə zərəçəkmiş şəxs zərərçəkmiş şəxs1 48000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi dairəsində şöbə rəisi kimi təqdim edərək yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışlar və sənədlər düzəldəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldıtma yolu ilə şahid1 məxsus Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsindəki mənzilə çıxarışını alacağına dair sənədləri düzəldəcəyi barədə zərərçəkmiş şəxs9 yalan vədlər verərək ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən Dövlət İmtahan Mərkəzinin qarşısında 4000 manat, ## #### 2024-cü il tarixdə çıxarışın götürülməsi məqsədilə dövlət rüsumunun ödənməsi barədə yalan məlumat verərək Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsindən bank kartı hesabına köçürtdürməklə 290 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə 4290 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını qanunsuz və əvəzsiz aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Bakı Dövlət Universitetinin rəhbərliyində yaxın adamlarının olması barədə yalan məlumat verərək akademik kəsirlərini həll edəcəyinə inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs11 yalan vədlər verərək ## #### 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin qarşısında 2000 manat, ## #### 2024-cü il tarixdə həmin ünvanda 800 manat, zərərçəkmiş şəxs11 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi Tramvay küçəsində olan zaman bank kartı hesabına köçürtdürməklə 1000 manat və ## #### 2024-cü il tarixdə qeyd olunan ünvandan bank kartı hesabına köçürtdürməklə 200 manat vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə 4000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Ağayev Mirəkrəm Azad oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Ağayev Mirəkrəm Azad oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək Ağayev Mirəkrəm Azad oğluna ağır cəza verilməsini xahiş etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs İsgəndərov Müqabil Abuzər oğlu apellyasiya şikayəti verərək Ağayev Mirəkrəm Azad oğluna ağır cəza verilməsini xahiş etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək Ağayev Mirəkrəm Azad oğluna ağır cəza verilməsini xahiş etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Ağayev Mirəkrəm Azad oğluna ağır cəza verilməsini xahiş etmişdir. Həmin hökmdən dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, R dövlət ittihamçısı1 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin X3 barədə təyin etdiyi cəza ağır hesab olunmaqla dəyişdirilməlidir. İş materiallarında toplanmış sənədlərdən göründüyü kimi hazırki iş üzrə tanınan 13 nəfər zərərçəkmişdən 8-nə münasibətdə zərər tam şəkildə ödənilmişdir. Həmin şəxslərin bunu təsdiq edən ərizələri mövcuddur. Digər 4 nəfər zərərçəkmişin zərəri qismən ödənilmişdir. Həmin şəxslərin də bəzilərində zərərin böyük hissəsi ödənilmişdir. X4 zərəri ödənilməmişdir. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs8 qızma, zərərçəkmiş şəxs6 Firqıt oğluna, zərərçəkmiş şəxs5 vurulmuş ziyan tam şəkildə ödənilmiş və barışıq əldə olunmuşdur. Dörd nəfər zərərçəkmişə zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3, İskəndərov Müqabil Abuzər oğluna, zərərçəkmiş şəxs2 qismən ödəniş edilmiş zərərçəkmiş şəxs7 isə ödəniş edilməmişdir. Lakin hazırda ona 5000 (beş min) manad ödəniş etmək istəyir. Beləliklə zərərçəkmiş şəxs3 oüluna 13500 manat, İskəndərov Müqabil Abuzər oğluna 14000 manat, zərərçəkmiş şəxs2 9500 manat, zərərçəkmiş şəxs7 42000 manat ödənilməmiş ziyan qalmışdir. Göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxlərə vurulan zərərin təqribən 80% ödənilmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Evlidir, himayəsində 2 uşağı vardır. Onlardan 1-i azyaşlıdır. Həyat yoldaşı onkoloji xəstədir. Bu barədə müvafiq arayış tədqim olunmuşdur. Məhz təqsirləndirilən Təqsirləndirilən şəxs həmin pulların böyük hissəsini həyat yoldaşının müalicəsinə sərt etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırıcı hallar yoxdur. Əksinə yuxarıda qeyd edildiyi kimi zərərçəkmiş şəxslərə vurulan zərərin böyük hissəsinin ödənilməsi onun məsuliyyətini yüngülləşdirici haldır. Məhkəmə bu kimi xüsusatları nəzərə almayaraq Təqsirləndirilən şəxs elan olunan ittiham üzrə sanksiyanın yuxarı həddində cəza təyin etmişdir. Bu isə məhkəmənin təqsirləndirilən şəxslərə verilən cəza siyasətində ədalətlilik prinsiplərini pozur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ####### 2025-ci il tarixədək həbsdə olduğu, ## ####### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 il 08 ay 12 gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 03 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024- cü tarixli qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 03 ay 10 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli ## #### 2024-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 3 ay müddətində, yəni ## ###### 2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 21 gün muddətində, yəni ## ###### 2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti ## ##### 2025- ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Göründüyü kimi, məhkəmə ## ##### 2026-cı il tarixli hökmündə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən cəzaçəkmə müddətinin əvvəlini onun həbs edildiyi, yəni ## #### 2024-cü il tarixdən hesablamalı olduğu halda, hökmün elan olunduğu vaxtdan, yəni ## ##### 2026-cı il tarixdən hesablamaqla və CM-in 69.3-cü maddəsinə əsasən ## #### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 il 3 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə səhvə yol vermişdir. Bununla da məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Bundan başqa, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-nin 76-cı maddəsində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini və bir sıra güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan olunduğu vaxtdan hesablanmasına dair qənaəti hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkuma məhkəməyə müraciət etmə imkanını müddət baxımından məhdudlaşdırır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Ağayev Mirəkrəm Azad oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti barədə məsələni isə məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər – zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlu, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək məhkəməkollegiyasından şikayətlərinin təmin edilməsini və təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq ona ağır cəza təyin edilməsini xahiş etdilər. Zərərçəkmiş şəxslər həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti barədə məsələni isə məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından protestin təmin edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və zərəçəkmiş şəxslərin apellyasiya şikayətlərinə münasibətdə isə birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının tələb etdiyi həddə cəza təyin edilməsinə etirazının olmadığını qeyd etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlu, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Apellyasiya şikayətlərində və apellyasiya protestində təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı etirafedici ifadəsinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar məcmusunun artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən həmin sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayətində Ağayev Mirəkrəm Azad oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi xahiş olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlunun, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 apellyasiya şikayətlərinin hər birində Ağayev Mirəkrəm Azad oğluna təyin olunmuş cəza yüngül olduğundan ona daha ağır həddə cəza təyin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası müdafiə tərəfinin, o cümlədən zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə təqsirləndirilən şəxs Ağayev Mirəkrəm Azad oğluna təyin edilmiş cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya icraatı zamanı Ağayev Mirəkrəm Azad oğluna təyin edilmiş cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə və mübahisələndirilən hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və təqsirləndirlən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin 13 nəfər zərərçəkmiş şəxsdən 8-nə münasibətdə zərərin tam şəkildə ödənilməsi, həmin şəxslərin bunu təsdiq edən ərizələrinin olması, digər 4 nəfər zərərçəkmişin zərərinin isə qismən ödənilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən hallar birinci instansiya məhkəməsi tərəfindən Ağayev Mirəkrəm Azad oğluna cəza təyin edilərkən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış və nəticədə kifayət qədər güzəşt olunmaqla məhkum edilmiş şəxsə aşağı həddə cəza təyin edilmişdir. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxslərin təyin olunmuş cəzanın ağırlaşdırılmasına dair apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə təqsirləndirilən şəxsə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddənin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir. Təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya ağırlaşdırılması, habelə növünün dəyişdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmur. Belə ki, hökmdən göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən bir qismi ilə barışıq əldə etməsi, vurulmuş ziyan məbləğindən qismən ödəniş edilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, habelə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin işin faktiki halları və iş materialları araşdırıldıqda məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü mübahisələndirən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin əsas dəlili isə məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edildiyi zaman cinayət qanunu normasının düzgün tətbiq edilməməsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, o cümlədən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə daxildir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakinməhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Həmin Məcəllənin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır.Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024- cü tarixli qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 03 ay 10 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli ## #### 2024-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 3 ay müddətində, yəni ## ###### 2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 21 gün muddətində, yəni ## ###### 2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti ## ##### 2025- ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Mübahisələndirilən hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ####### 2025-ci il tarixədək həbsdə olduğu, ## ####### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 il 08 ay 12 gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 03 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından müəyyən edir ki, məhkəmə ## ##### 2026-cı il tarixli hökmündə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən cəzaçəkmə müddətinin əvvəlini onun həbs edildiyi, yəni ## #### 2024-cü il tarixdən hesablamalı olduğu halda, hökmün elan olunduğu vaxtdan, yəni ## ##### 2026-cı il tarixdən hesablamaqla və CM-in 69.3-cü maddəsinə əsasən ## #### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 il 3 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Buna görə də mübahisələndirilən hökm cinayət qanunu normasını düzgün tətbiq olunmaqla dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin hökmlə ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəzanın müddətinin əvvəli onun həbs edildiyi, yəni ## #### 2024-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ####### 2025-ci il tarixədək həbsdə olduğu, ## ####### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 il 08 ay 12 gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 03 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılmasına dair müddəalar hökmdən xaric edilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq onu da qeyd edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-nin 76-cı maddəsində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77ci maddəsində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini və bir sıra güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan olunduğu vaxtdan hesablanmasına dair qənaəti hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkuma məhkəməyə müraciət etmə imkanını müddət baxımından məhdudlaşdırır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlu, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara a l ı r: Təqsirləndirilən şəxs Ağayev Mirəkrəm Azad oğlunun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsgəndərov Müqabil Abuzər oğlu, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəzanın müddətinin əvvəli onun həbs edildiyi, yəni ## #### 2024-cü il tarixdən hesablansın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ####### 2025-ci il tarixədək həbsdə olduğu, ## ####### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 il 08 ay 12 gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 03 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılmasına dair müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Faiq Qəniyev Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar