Məhkəmə qərarları › İş №1(3-6)-788/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-788/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-788/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8nın, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- */**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** saylı hökmü ilə (Qurbanov Teymur Əhməd oğlunun sədrliyi ilə) ##.##.1994-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A.Fətullayev küçəsi, nömrəsi ünvanda kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə, saat 23:20 radələrində özünə məxsus idarə etdiyi “xxxx LX” markalı, **-CP-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Lökbatan-Xocasən yolunun “xxxx” ticarət mərkəzinin qarşısından keçən hissəsində Lökbatan qəsəbəsi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır kimi tələbləri pozaraq, onunla eyni istiqamətdə hərəkət edən Şahid idarə etdiyi “Man TGA” markalı, **-CX-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və Şahid idarə etdiyi yük avtomobilinin yarımqoşqu hissəsi sürüşərək arxa sağ yan hissəsi ilə əks istiqamətdə hərəkət edən zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2106” markalı, 10- DV-094 dövlət-qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq cinayətkarcasına etinasızlıq edib zərərçəkmiş şəxs1 baş beyin əzilməsi və sol təpə nahiyəsinin subdural hematoması ilə müşayiət olunan sol təpə-gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən yerdəyişməyən sınıqları, soldan IV, V, VI, VII qabırğaların yerdəyişməyən, VIII, IX, X, XI qabırğaların az yerdəyişən, sağda V, VI qabırğaların az yerdəyişən sınıqları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, “VAZ 2106” markalı avtomobildə olan sərnişinlər zərərçəkmiş şəxs3 II dərəcəli koma ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, burun arakəsməsinin, çənə sümüyünün mental hissəsinin yerdəyişən sınıqları, solda uzaqlaşdırıcı sinirin parezi ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri və zərərçəkmiş şəxs2 çənə sümüklərinin yerdəyişmiş sınıqları, sol əlin İ-IV-V barmaqlarının yerdəyişmiş sınıqları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli hökmünün ləğv edilməsi və onun barəsində bəraət hökmünün çıxarılmasını, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını, Şahid Cinayət Məcəlləsinin 297.1-ci maddəsi təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyin TƏDQIQAT OBYEKTLƏRININ GÖNDƏRILMƏ ŞƏKLINƏ DAIR MƏLUMAT hissəsinin 4-cü abzasının 6-cı sətirində qeyd olunmuşdur ki, mən Təqsirləndirilən şəxs idarə etdiyi Azsamand markalı avtomobili dayandığım yerdən yolun soluna doğru istiqamətləndiyi andan “Man” markalı avtomobil toqquşma yerindən 70 metrə aralı məsafədə olmuşdur. Həmçinin, sözügedən rəyin 3-cü səhifəsində “Nəqliyyat Vasitəsi 1” haqqında məlumatda qeyd olunmuşdur ki, “Man” markalı nəqliyyat vasitəsinə hərəkət üçün təhlükə yaranan anda onun üçün toqquşma yerindən olduğu məsafə 70 metrə olmuşdur, yəni, toqquşma təhlükəsi yaranan andan əvvəl onunla Anar arasında 70 metrə məsafə olmuşdur. Sözügedən rəyin “Nəqliyyat Vasitəsi 1” haqqında məlumatda oda qeyd olunmuşdur ki, “Man” markalı nəqliyyat vasitəsinin toqquşma baş verən ana kimi hərəkəti tormozsuz olmuşdur, yəni, “Man”-ın sürücüsü toqquşma baş verən ana kimi idarə etdiyi maşını saxlamaq üçün tormozdan istifadə etməmiş və heç bir tədbir görməmişdir. Sözügedən rəyin “Nəqliyyat Vasitəsi 1” haqqında məlumatda oda qeyd olunmuşdur ki, “Man” markalı nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur, yəni tormoz verdiyi halda maşını saxlaya bilərdi. Sözügedən rəyin 4-cü səhifəsində “2-cu sual üzrə” hissəsində qeyd olunmuşdur ki, mövcud yol şəraitinə uyğun “Man” markalı nəqliyyat vasitəsi 50 km/ saatda idarə edildiyi halda tomoz versəydi – 35, 5 metr məsafədə dayanardı, 60km/saatda isə idarə etdiyi halda tormoz versəydi – 46, 8 metr məsafədə dayanardı və heç bir toqquşma da baş verməzdi. Həmçinin, həmin hissədə oda qeyd olunmuşdur ki, “Man” markalı nəqliyyat vasitəsinin sürücüsünün toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Sözügedən rəyin 5-ci səhifəsinin TƏDQIQATIN NƏTICƏSI hissəində qeyd olunmuşdur k“i,Man” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddədə qeyd olunur ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmçinin, *(*-**)-*/**** saylı cinayət işi üzrə bu məhkəmədə, şahid qismində ifadə verən “Man” markalı nəqliyyat vasitəsinin sürücüsü Şahid, iş materiallarında olan Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyi ilə öz təsdiqini tapmış hallara zidd bilə-bilə yalandan ifadə verdiyinə görə işə sədrlik edən hakim Qurbanov Teymur Əhməd oğlu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqdaşahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin, hakim yenə prosessual pozuntuya yol verərək bunu etməmiş və nəticədə qanunsuz hökm çıxarmışdır. Beləliklə iş materiallarında olan videogörüntü, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, tərəfindən iş materiallarına əlavə edilmiş toqquşma baş verən anın və yerin foto şəkli bir daha onu təsdiq edir ki, mən bu hadisədə təqsirsizdir, zərərçəkmiş şəxsdir, “Man” markalı nəqliyyat vasitəsi tərəfindən vurulduqdan sonra kəllə beyin hissəsindən travma almış, beynimin sağ hissəsində 14 mm kontuzion hissə əmələ gəlmişdir. Istintaq və birinci instansiya məhkəməsi araşdırması ona nisbətdə düzgün aparılmamış, ittiham aktı mənə nisbətdə əsassızdır, bu səbəbdən də o, bu işdə təqsirləndirilən şəxs kimi yox zərərçəkmiş şəxs kimi tanınmalı idi. Işə baxan Qaradağ Rayon Məhkəməsi isə bu xususatları görsə belə hansısa maraqlarına görə düzgün qiymət verməmiş və nəticədə maddi-hüquq və prosessual pozuntulara yol verərək ədalətsiz qərar qəbul etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndi. “Man” markalı nəqliyyat vasitəsinin sürücüsü Şahid, verdiyi ifadədə özü təsdiq edir ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmağa 1 metr qalmış ağ rəngli avtomobili, yəni, onun idarə etdiyi Azsamand markalı avtomobili dairədə görmüşdür. Belə olan halda o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən dairəyə daxil olmazdan əvvəl sürətini alaraq ona yol verməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qanunun tələbindən də görmək olar ki, göstəriş imperativdir, yəni, məcburidir. Məhkəmədə, şahid qismində ifadə verən “Man” markalı nəqliyyat vasitəsinin sürücüsü Şahid, iş materiallarında olan Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyi ilə öz təsdiqini tapmış hallara zidd biləbilə yalandan ifadə verdiyinə görə işə sədrlik edən hakim Qurbanov Teymur Əhməd oğlu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin, hakim prosessual pozuntuya yol verərək bunu etməmiş və nəticədə qanunsuz hökm çıxarmışdır. 12. Apellyasiya şikayəti verən şəxsin tələbi Onuda qeyd etmək istərdi ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndi açıq şəkildə pozulduğu halda hakim bu normanın pozuntusuna da hüquqi qiymət verməmiş və onu zərərçəkmiş şəxs kimi tanımamışdır. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçiapellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi haqqında çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa Insan Hüquqları Məhkəməsi “X3rşı”, “X2rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPMin 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CPM-nin 397-ci maddəsi ilə təsbit edilmiş həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək apellyasiya protestinin dəlilləri çərçivəsində, həm də bu dəlillərdən asılı olmayaraq məhkəmə tərəfindən maddi və prosessual qanunvericliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə axşam radələrində özünə məxsus avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan” dairəsində üzü şəhər istiqamətində hərəkət etdikdən sonra qəflətən taksi şirkəti tərəfindən ona sifariş verildiyi üçün o, dairədən sola və geriyə dönərək üzü “xxxx” ticarət mərkəzi istiqamətində dayanmışdır. Lakin müştəri sifarişi ləğv etdiyi üçün o, avtomobili yolun sağdan birinci və ikinci zolaqlarının arasında dayandırmışdır.Bir neçə saniyə dayanıb avtomobilin sol tərəfindən birinci və ikinci zolaqlarda hərəkət edən avtomobil olubolmamasına nəzər yetirmiş və avtomobillərin uzaqda olduğunu görmüşdür. Bundan sonra hərəkətə başlamış və sükanı qismən sola doğru döndərərək yolun sağdan birinci hərəkət zolağından soldan birinci hərəkət zolağına doğru keçməyə başlamışdır. O, təxminən bir neçə metr məsafə qət etmişdir ki, arxadan gələn “Man” markalı avtomobil sürətlə gələrək soldan birinci hərəkət zolağını keçib dairənin ortasında olanda onun idarə etdiyi avtomobilin sol yan hissəsindən iki qapısının ortasından toqquşmuşdur. Onun idarə etdiyi avtomobil zərbənin təsirindən yolun sağına tərəf istiqamətlənərək üzü şəhər istiqamətində dayanmışdır. O, aldığı xəsarətdən huşunu itirmişdir. Bir gün sonra özümə gəldikdə isə xəstəxanada olduğunu görmüşdür. Sonradan isə ona məlum olmuşdur ki, “Man” markalı, avtomobil onun avtomobili ilə toqquşduqdan sonra idarəetməni itirmiş və yük avtomobilinin arxa qoşqusu sürüşərək sağ yan hissəsi ilə başqa bir “VAZ 2106” markalı avtomobil ilə toqquşmuşdur. O “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır.Belə ki, o dairədə hərəkətdə olan zaman “Man” markalı avtomobil sürətlə ələrək onunla toqquşmuşdur.Belə olan halda o zərəçəkmiş şəxs kimi tanınmalı idi. O, son olaraq çıxışında ona verilən ittihamı qəbul etmədiyini və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı zərərçəkmiş şəxs2 və oğlu zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şadlıq evinə toy mərasiminə özünə məxsus olan “Vaz-2106” markalı avtomobillə gəlmişlər. Axşam radələrində ailə üzvləri ilə birlikdə toydan çıxmışlar. Həmin vaxt oğlu Adil avtomobilin qarşı sağ oturacağında, yoldaşı arxa sol oturacaqda, özü isə sükan arxasında oturmuş və avtomobili idarə edərək yola düşmüşdür. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində «xxxx» Ticarət Mərkəzinin dairəsi adlanan yerdə olarkən qarşıdan yük avtomobilinin sürətlə gəldiyini görüb idarə etdiyi avtomobilin sürətini endirmiş və avtomobili demək olar ki, saxlamışdır. Bundan sonra isə heç nəyi xatırlamamışdır. Ayıldıqda isə xəstəxənada olduğunu görmüşdür. O, hadisənin necə baş verməsini xatırlamamışdır, lakin hadisədən sonra bilmişdir ki, qarşıdan gələn yük avtomobili xxxx Ticarət Mərkəzindən gələn yol ilə hərəkətdə olan «xxxx» markalı avtomobillə toqquşmuş və nəticədən yük avtomobilinin qoşqusu onun idarə etdiyi avtomobilin sol orta tərəfindən dəymişdir.Ona vurulmuş ziyan ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə əri zərərçəkmiş şəxs1 və oğlu zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şadlıq evinə toy mərasiminə gəlmişlər. Axşam radələrində ailə üzvləri ilə birlikdə toydan çıxmışlar. Həmin vaxt oğlu Adil avtomobilin qarşı sağ oturacağında, özü arxa sol oturacaqda, əri Ramiz isə sükan arxasında oturmuş və əri avtomobili idarə edib yola düşmüşlər. Təxminən saat 23:30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində «xxxx» Ticarət Mərkəzinin dairəsi adlanan yerdə olarkən qarşıdan yük avtomobilinin sürətlə gəldiyini görüb əri idarə etdiyi avtomobilin sürətini endirmiş və qarşıdan gələn yük avtomobilin qoşqusu onların avtomobili ilə toqquşmuşdur.Bundan sonra isə heç nəyi xatırlamamışdır. Ayıldıqda isə xəstəxənada olduğunu görmüşdür. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və halhazırda ondan şikayətçidir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə atası zərərçəkmiş şəxs1 və anası zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şadlıq evinə toy mərasiminə getmişlər. Həmin vaxt toya atasına məxsus Vaz-2106 markalı avtomobillə gəlmişlər. Saat 23 radələrində ailə üzvləri ilə birlikdə toydan çıxmışlar. Həmin vaxt o, avtomobilin qarşı sağ oturacağında, anası isə arxa sol oturacaqda oturmuş, atası sükan arxasında oturmuş və atası avtomobili idarə edib yola düşmüşlər. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində «xxxx» Ticarət Mərkəzinin dairəsi adlanan yerdə olarkən qarşıdan yük avtomobilinin sürətlə gəldiyini görüb atası idarə etdiyi avtomobilin sürətini endirmiş və bu zaman toqquşma baş vermişdir. Bundan sonra heç nəyi xatırlamamışdır. Ayıldıqda isə xəstəxənada olduğunu görmüşdür. Hadisədən sonra bilmişdir ki, qarşıdan gələn yük avtomobili xxxx Ticarət Mərkəzindən gələn yol ilə hərəkətdə olan «xxxx» markalı avtomobillə toqquşmuş və nəticədə, yük avtomobilinin qoşqusu atasının idarə etdiyi avtomobilə dəymişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və hal-hazırda ondan şikayətçidir. Məhkəmə iclasında şahid Şahid ifadəsində göstərmişdir ki, 5 ildən artıq müddətdir ki, avtomobil idarə edir. “MAN” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Həmin avtomobili 2022-ci ildə almış və həmin vaxtdan hadisənin baş verdiyi günə kimi “BCE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmiş, tikinti materialları daşımışdır. ## ### 2025-ci il tarixdə axşam radələrində özünə məxsus həmin yük avtomobil ilə yarımqoşqu hissəsində yük olmadan şəhər istiqamətindən üzü “xxxx” ticarət mərkəzi istiqamətində hərəkət etmişdir. Həmin vaxt ondan öndə dövlət qeydiyyat nişanına fikir vermədiyi “Kamaz” markalı yük avtomobili hərəkət etmişdir. O, təxminən 60 km/saat sürətlə hərəkət etmiş və həmin yük avtomobilni sağdan ötmə əməliyyatı edərək keçib dairəyə yaxınlaşdıqda həmin dairənin biraz irəlisində onunla eyni istiqamətdə sağdan birinci hərəkət zolağında dayanmış olan “xxxx” markalı, avtomobil qəflətən hərəkətə başlayaraq yolun sağdan birinci hərəkət zolağından soldan birinci hərəkət zolağına keçərək dairəyə daxil olmaq istəmişdir. Həmin vaxt o, yük avtomobilini yolun hərəkət hissəsinin orta zolağı ilə hərəkət etdirmişdir. “xxxx” markalı avtomobilin onun hərəkət yoluna çıxdığını gördükdə dərhal əyləci sıxmış və sükanı sola tərəf çevirmişdir ki, həmin avtomobil ilə toqquşmasın. Buna baxmayaraq, idarə etdiyi avtomobilin ön hissəsi həmin avtomobil artıq döngədə olduğu üçün bu avtomobilin sol yan hissəsindən təxminən iki qapının ortası ilə toqquşmuşdur. Həmin avtomobil idarəetməni itirərək yolun sol tərəfinə doğru fırlanıb dayanmışdır. Bu zaman onun idarə etdiyi yük avtomobilinin arxa qoşqu hissəsi sürüşərək sağ yan arxa hissəsi qarşıdan onun hərəkətinə əks istiqamətdə “xxxx” ticarət mərkəzi istiqamətindən üzü şəhər istiqamətində hərəkət edən “VAZ 2106” markalı, avtomobilə dəymiş və həmin avtomobil də zərbənin təsirindən yolun kənarına çıxmışdır. O, dərhal avtomobili saxlayıb düşərək hər iki avtomobilə yaxınlaşmışdır ki, onlara kömək etsin. Hər iki avtomobildə olan şəxslər huşsuz vəziyyətdə olmuşlar. O, ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxsləri çıxarmışdır. Birazdan TTY avtomobili gələrək xəsarət alan şəxsləri xəstəxanaya aparmışdır.Hadisə zamanı heç bir xəsarət almadığı üçün xəstəxanaya müraciət etməmişdir.Birazdan polis əməkdaşları hadisə yerinə yaxınlaşmışdır. Iş materiallarından görünür ki, ## ###### 2025-ci il tarixdə Şahid barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Iş materiallarında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ**-*** nömrəli videomüşahidə qurğusunun 2-ci, 3-cü və TŞ**-*** nömrəli qurğunun 2-ci kameralarının ##.##.2025-ci il tarixdə saat 23”22-dən həmin gün saat 23:25-dək olan müddətdə qeydə aldığı görüntülərin köçürüldüyü 01 ədəd DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "DVD" diskdə 03 ədəd videofayl vardır. 1-ci videofayl açıldıqda görüntüdə (T$11-045-2-ci kamera) Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Lökbatan-Xochəsən yolunda yerləşən "xxxx" ticarət mərkəzinin qarşısından keçən yol görüntülənir, tarix ## ### 2025-ci il, saat 23:21:59 saniyəni göstərir. Həmin günü saat 23:23:11-də Xochəsən qəsəbəsi istiqamətindən Lökbatan qəsəbəsi istiqamətinə doğru dairənin sağ tərəfində dayanmış «xxxx” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü arxa tərəfdən düzünə istiqamətdə hərəkətdə olan "Man" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilinin sağ yan hissəsindən qarşı tərəfinə hərəkət edib sol tərəfdə yerləşən dairə istiqamətinə sola dönmə əməliyyatı aparır, saat 23:25:12-də "Man" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili ilə «xxxx” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində dairənin qarşısında toqquşur. «xxxx” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsindən çıxaraq düzünə istiqamətdə yolun Xochəsən qəsəbəsi istiqamətinə tərəf sağ tərəfdə yerləşən tikinti materiallarının satışı mağazasının qarşına doğru hərəkət edir. Ilkin toqquşmadan sonra saat 23:23:14-da isə "Man" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusu sürüşərək avtomobilin qoşqusunun arxa sağ hissəsi yolun Lökbatan qəsəbəsi istiqamətindən Xochəsən istiqamətinə doğru hissəsində dayanmış vəziyyətdə olan "Vaz 2106" markalı, **-DV-*** dövlət qeydiyyat nışanlı avtomobilin sol yan hissəsinə çırpılır və ikinci toqquşma nəticəsində "Vaz 2106" markalı, **-DV-*** dövlət qeydiyyat nışanlı avtomobil yolun hərəkət hissəsindən çıxaraq zərbənin təsirindən sağa tərəf atılır. 2-ci videofayl açıldıqda görüntüdə (T$11-045-3-cu kamera) Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi. Lökbatan-Xochəsən yolunda yerləşən "xxxx" ticarət mərkəzinin qarşısından keçən yol görüntüləndi, tarix ## ### 2025-ci il, saat 23:23:08 saniyəni göstərir. «xxxx” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil Lökbatan qəsəbəsi istiqamətində Xochəsən istiqamətinə doğru hərəkət edib dairədən Lökbatan qəsəbəsi istiqamətinə doğru sola dönmə əməliiyatı aparır və avtomobili Lökbatan qəsəbəsi istiqamətində yolun sağ kənar hissəsinə doğru hərəkət edir, avtolmobilin sola dönmə işığı yanmış vəziyyətdədir, sürücü «xxxx” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili sola doğu arxa tərəfdən düzünə istiqamətdə hərəkətdə olan “Man” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfindən qarşı tərəfinə doğru hərəkət edir. 3-cü videofayl açıldıqda görüntüdə (T$11-152-2-ci kamera) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xochəsən yolunda yerləşən "xxxx" ticarət mərkəzinin qarşısından keçən yol görüntüləndi, tarix ## ### 2025-ci il, saat 23:21:58 saniyəni göstərir.Saat 23:23:10-da sürücü «xxxx” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili sola doğu arxa tərəfdən düzünə istiqamətdə hərəkətdə olan "Man" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfindən qarşı tərəfinə doğru hərəkət etdirir və sola dönmə əməliyyatı aparır. Saat 23:25:12-də "Man" markalı. 01- CX-161 dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili ilə «xxxx” markalı. **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində dairənin qarşısında toqquşur. «xxxx” markalı, 77-CP- 180 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsindən çıxaraq düzünə istiqamətdə yolun Xochəsən qəsəbəsi istiqamətinə tərəf sağ tərəfdə yerləşən tikinti materiallarının satışı mağazasının qarşına doğru hərəkət edir. Ilkin toqquşmadan sonra saat 23:23:14-də isə "Man" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusu sürüşərək avtomobilin qoşqusunun arxa sağ hissəsi yolun Lökbatan qəsəbəsi istiqamətindən Xochəsən istiqamətinə doğru hissəsində dayanmış vəziyyətdə olan "Vaz 2106" markalı, **-DV-*** dövlət qeydiyyat nışanlı avtomobilin sol yan hissəsinə çırpılır və ikinci toqquşma nəticəsində "Vaz 2106" markalı, **-DV-*** dövlət qeydiyyat nışanlı avtomobil yolun hərəkət hissəsindən çıxaraq zərbənin təsirindən sağa tərəf atılır. Iş materiallarında olan məhkəmə tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər– baş beyin əzilməsi və sol təpə nahiyəsinin subdural hematoması ilə müşayiət olunan sol təpə-gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən yerdəyişməyən sınıqları, soldan IV, V, VI, VII qabırğaların yerdəyişməyən, VIII, IX, X, XI qabırğaların az yerdəyişən, sağda V, VI qabırğaların az yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Iş materiallarında olan məhkəmə tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – çənə sümüklərinin yerdəyişmiş sınıqları, sol əlin İ-IV-V barmaqlarının yerdəyişmiş sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Iş materiallarında olan məhkəmə tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – II dərəcəli koma ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, burun arakəsməsinin, çənə sümüyünün mental hissəsinin yerdəyişən sınıqları, solda uzaqlaşdırıcı sinirin parezi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli ****/K nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı. Iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli ****/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı. Iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli ****/K nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs3 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı. Iş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının ##.##.2025- ci il tarixli */**** nömrəli rəyindən görünür ki, “Man TGA” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Azsamand” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı, 10-DV094 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1 maddəsi ilə təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq edilir. Belə ki, “Yol hərəkəti” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 6-cı hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Cinayət işi materiallarına əlavə edilmiş videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “xxxx LX” markalı, **-CP-*** dövlət-qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman sola dönmə işığını yandırmış, lakin sağ istiqamətlə hərəkət edərək müvafiq kənar vəziyyəti tutmamışdır və onunla eyni istiqamətdə hərəkət edən Şahid idarə etdiyi “Man TGA” markalı, **-CX-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Apellyasiya şikayətininin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və eyni zamanda qeyd edir ki, ekspert rəyini şübhə altına altına alacaq müvafiq dəlillər iş materialları ilə dəstəklənmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydasını müəyyənləşdirən 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti dəqiq əks olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları ümumiləşdirərək belə qənaətə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla düzgün nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə verilmiş ittiham üzrə bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsində qeyd edilən halların hər hansı biri mövcud deyil, məhkum edilmiş şəxsin apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxslərin şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, ** saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilərlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə məhkum olunmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)- */**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar