Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-794/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim X3 oğlunun sədrliyi, hakimlər X2 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə) *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ##.##.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2- ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü maddələri ilə 06 il müddətə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə cinayətlərin məcmusu qaydasında qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 07 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş və çəkilmiş 07 ay 18 gün azadlıqdan məhrum etmə cəzası, həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il və ##.##.2024- ##.##.2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 10 gün müddət və Abşeron Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə saxlandığı 02 gün müddət, yəni tutulduğu və həbsdə olduğu cəmi 08 ay müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilərək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs təkrarən satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, xeyli miqdarda psixotrop maddəni, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib saxlamaqla daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,845 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən «Ayxan» marketin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,845 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq təmiz çəkisi 0,043 qram narkotik vasitə heroini və xeyli miqdarda təmiz çəkisi 0,231 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində şübhəli şəxs qismində tutulduğundan ## #### 2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş və orada həmin tarixdə X7 əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sağ qolunun ikiqat bükülmüş hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 0,043 qram, ## #### 2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,231 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq tərkibində xeyli miqdarda ümumilikdə 0,15 qram narkotik vasitə metadon təsiredici maddəsi olan “Cappu” etiketli 01 ədəd 0,5 litrlik plastik butulkada olan 150 ml həcmində məhlulu, üzərində “Faran” yazısı olan 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı olan, tərkibində xeyli miqdarda təmiz çəkisi 0,04 qram narkotik vasitə metadon təsiredici maddəsi olan dərman tabletini, üzərində “krka” 300mq” yazısı olan 01 ədəd blister kəsiyində və 01 ədəd blistersiz üzərlərində “P300” yazısı olan, tərkibində ümumilikdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən 0,6 qram preqabalin təsiredici maddəsi olan ağ/qəhvəyi rəngli dərman kapsullarını və xeyli miqdarda təmiz çəkisi 0,231 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ## ##### 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi nömrəsiz evin qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasına gətirilib ##.##.2024-cü il tarixdə saat 00:50-də həmin şöbənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan tərkibində xeyli miqdarda ümumilikdə 0,15 qram narkotik vasitə metadon təsiredici maddəsi olan “Cappu” etiketli 01 ədəd 0,5 litrlik plastik butulkada olan 150 ml həcmində məhlul, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən üzərində “Faran” yazısı olan 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı olan, tərkibində xeyli miqdarda təmiz çəkisi 0,04 qram narkotik vasitə metadon təsiredici maddəsi olan dərman tableti, üzərində “krka” 300mq” yazısı olan 01 ədəd blister kəsiyində və 01 ədəd blistersiz üzərlərində “P300” yazısı olan, tərkibində ümumilikdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən 0,6 qram preqabalin təsiredici maddəsi olan ağ/qəhvəyi rəngli dərman kapsulları və xeyli miqdarda təmiz çəkisi 0,231 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,404 qram olan narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Məmmədli kəndinə qədər daşımış, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ## ### 2024-cü il tarixdə saat 17:40-da Abşeron rayonu, Məmmədli kəndi, Ə.Hacıyev küçəsində şübhəli şəxs qismində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,404 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,258 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin inzibati binasına qədər daşımış, ## #### 2024-cü il tarixdə saat 19 radələrində həmin ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin Nəzarət Buraxılış Məntəqəsində özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,258 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3975,0 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, ##.##.2024- cü il tarixdə saat 01:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi, ** saylı orta məktəbin yaxınlığında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13- cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd sellofan torbanın içərisindən 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 945,0 qram, 1095,0 qram, 1005,0 qram, 930,0 qram, ümumi təmiz çəkiləri 3975,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirlən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və sonuncu epizod üzrə Təqsirləndirilən şəxs təqsirli olması sübut olunmadığından həmin epizod üzrə ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan tarixdə üzərində hər hansı bir narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman şiddətə məruz qaldığını, döyüldüyünü, əsassız olaraq Polis Bölməsinə aparıldığını və orada fiziki təsirə məruz qaldığını,təkrar döyüldüyünü, qara rəngli sellofan torbanı polis əməkdaşları təörəfindən əlinə verilərək təqdim edilməyə məcbur edildiyini, hüquqularının müdafiə edilmədiyini,müdafiəçi ilə təmin edilmədiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nın əməkdaşları şahid3 və şahid2 kopiyalanmış, eyni məzmunlu ifadələrində göstərmişlər ki, ##.##.2024-cü il tarixdə saat 01:40-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ruhulla Axundov küçəsi ** saylı orta məktəbin yaxınlığından keçən zaman əlində qara rəngli torba olan bir nəfər qadının özünü şübhəli aparmasına görə onu orada saxlayaraq şəxsiyyətini öyrənmək istədikdə həmin qadın oradan uzaqılaşmaq istəmiş, buna görə də onu saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə apararaq orada əlində olan qara torbada külli miqdarda narkotik vasitə marixuana aşkar etmis və bu faktı sənədləşdirmişlər. Həmin şahidlər ifadələrində göstərmişlər ki, şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün guya vəkil dəvət olunmuş, hüquq və vəzifələri ona izah edilmiş, ona üzərinə baxış keçiriləcəyi elan edilmiş, Təqsirləndirilən şəxsmın öz razılığı ilə müdafiəçinin iştirakı olmadan onun üzərinə baxış keçirilmişdir, lakin həmin şahidlər hansı vəkilin dəvət olunmasını,vəkilin qadın və ya kişi olmasım göstərə bilməmişlər, əgər vəkil dəvət olunmuşdursa, niyə vəkilin adı və soyadı qeyd olunmamış və əgər dəvət olunmuşsa nə üçün baxış keçirilməsinə iştirak etməmişdir, buradan da məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman və onun üzərinə baxış keçirilən anda müdafiəçi dəvət olunmamış, müdafiəçi iştirak etməmiş, onun hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saat 01:40-da tutulan zaman videoçəkilişdən istifadə olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən 13- cü Polis Şöbəsinə dəvət olunmuş və Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmiş, baxış keçirilən zaman orada müdafiəçi olmamışdır. Cinayət işinə əlavə edilmiş sonuncu cildin 25-ci səhifəsində Təqsirləndirilən şəxs tutulması barədə qərar kompyuterdə yazılmış, təhqiqatçının və şübhəli şəxs Təqsirləndirilən şəxs ad və soyad da kompyuterdə yazılsa da vəkil Könül Əzimovanın adı və soyadı əllə yazılmışdır və bu da ona dəlalət edir ki, vəkil Könül Əzimova ##.##.2024cü il tarixdə saat 02-55dən saat 03-50 dəqiqəyədək aparılmış həmin istintaq hərəkətində iştirak etməmiş və qərar onun tərəfindən sonradan əllə yazılmaqla imzalanmışdır və bu da bir daha onu göstərir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları kobud qaydada pozulmuşdur, müdafiəçi iştirak etməmiş, ciddi saxtakarlığa yol verilmişdir. Həmin cəlddə 27 və 28-ci səhifədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə protokolundan da görünür ki, həmin protokol təhqiqatçı Tərlan Mayılov tərəfindən kompyuterdə tərtib edilmiş, polis əməkdaşları şahid3 və şahid2, eləcə də şahid şahid1 ad və soyadları kompyuterdə yazılsa da vəkil Könül Əzimovanın adı və soyadı əllə yazılmışdır. Bütün bunları onun göstərir ki, həmin istintaq hərəkətinin keçirilməsində vəkil iştirak etməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxsmın hüquqları kobud qaydada pozulmuşdur. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitəlrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında Məhkəməyə ##.##.2025-ci il tarixdə və ##.##.2026-cı il tarixdə tərəfimdən vəsatətlə müraciət edilsə də nədənsə həmin vəsatətlər Məhkəmə tərəfindən təmin edilməmişdir. Həmin vəsatətlər təmin edilmiş olsaydı yuxarıda qeyd edilmiş istintaq hərəkətlərinin keçirilməsi zamanı, vəkilin həmin istintaq hərəkətinin keçirilməsində iştirakı olmadığı və bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud qaydada pozulması, sənədlərin saxtalaşdırılması aşkar olunardı. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və sonuncu epizod üzrə təqsirləndirilən şəxsin təqsirli olması sübut olunmadığından həmin epizod üzrə ona bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Həmin Məcəllənin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Hazırki işdən göründüyü kimi təqsirləndirilən şəxsə qarşı ümumilikdə 6 epizod üzrə ittiham irəli sürülərək Təqsirləndirilən şəxs təkrarən satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, xeyli miqdarda psixotrop maddəni, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib saxlamaqla daşıması, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi müəyyən olunmuş və birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin apellyasiya şikayətinin əsas dəlili qismində sonuncu epizod üzrə Təqsirləndirilən şəxs təqsirli olması sübut olunmadığından həmin epizod üzrə ona bəraət verilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sonuncu epizodu ondan ibarət olmuşdur ki, Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3975,0 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, ##.##.2024- cü il tarixdə saat 01:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi, ** saylı orta məktəbin yaxınlığında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13- cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd sellofan torbanın içərisindən 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 945,0 qram, 1095,0 qram, 1005,0 qram, 930,0 qram, ümumi təmiz çəkiləri 3975,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1,234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, dostuna məxsus olan və “Ayxan” marketin qarşısında yerləşən evdə narkotik vasitə istifadə etmiş, həmin vaxt bölmə rəisinin muavini gəlmiş, onları saxlayıb bölməyə aparmış, həmin vaxt üzərində 1 qrama yaxın heroin olmuş, həmin epizod üzrə verilmiş ittihamı qəbul etmiş, müvəqqəti saxlama yerində üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmuş, həmin epizod üzrə verilmiş ittihamı qəbul etmiş, həmçinin 19 aprel tarixində olan epizod üzrə verilmiş ittihamı da qəbul etmiş, yalnız 4 kq marixuananı qəbul etmədiyini bildirmiş, həmin zaman o, Mehdiabad qəsəbəsində yaşayan dostundan narkotik vasitə istəmiş, dostu ona, “konumda” 2 qram narkotik vasitə var, 1 qramını özünə götür, 1 qramını isə mənə verərsən demiş, ona şəkil göndərmiş, lakin həmin şəkildə 25 qram “patı”, 25 qram “kakos” və 4 kq “nəşə” yazılmış, o isə dostuna irad bildirmişdir ki, burada çox narkotik vasitə yazılıb, mən bu “konuma” gedə bilmərəm. Dostu isə ona, əvvəl həmin “konumda” 25 qram “patı”, 25 qram “kakos” və 4 kq “nəşə” olduğunu, lakin indi isə 2 qram “kakos” olduğunu, 1 qramının pulunu verərsən, 1 qramını da mənə verərsən dediyini bildirmiş, o həmin “konuma” getmiş, lakin nə qədər axtarsada narkotik vasitəni tapa bilməmiş, “konuma” getdiyi taksiyə oturan zaman onu saxlamışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, bölmədə onu döydüklərini, sonra qardaşını həbs etməklə hədələdikləri üçün, 4 kq narkotik vasitəni boynuna götürdüyünü, ona göndərilən şəkildə ancaq yazı olduğunu, marixuananın şəklinin olmadığını, “konuma” getdiyini, onu saat 02 radələrində saxladıqlarını, ona göndərilən şəkilin həqiqəti əks etdirmədiyini, barəsində həbs qətimkan tədbiri seçilərkən, 2 qram narkotik vasitəni götürməyə getdiyini və onu döydüklərini demədiyini, müstəntiqin ona təzyiq göstərdiyini, 2 qram “kakos” götürməyə getsədə, götürmədiyini, ona yalnız sonuncu epizod üzrə təzyiq göstərdiklərini, Səyyad adlı polis əməkdaşının ona şillə vurduğunu, sənədlərə qol çəkəndən sonra müdafiəçinin gəldiyini və sonuncu epizod üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq şahid şahid8 ifadəsini təsdiq etdiyini, saxlanılarkən üzərində metadon suyu və preqabalin həb olduğunu, saxlanılarkən ona zor tətbiq olunmadığını bildirmişdir. Şahid şahid3 dediklərinin heç birinin doğru olmadığını, onun “konuma” getdiyini, həmin vaxt polis əməkdaşlarının həmin yerdə əməliyyat tədbiri qurduqlarını, “konumun” əks tərəfində narkotik vasitə axtardığını, bu zaman polis əməkdaşının onu saxladığını, saxlanılan zaman əlində heç nə olmadığını, çiynində çantanın olduğunu, sonra şahid3 ona şillə vurduğunu və telefonunun kilidini açmağını bildirdiyini, kilidi açıb telefonu ona verdiyini, şahid3 onun telefonunda “konumun” olduğunu gördüyünü və elə onu axtardığını bildirdiyini, sonra şahid3 4 kq narkotik vasitə gətirdiyini və onu ailəsini həbs etməklə hədələdiyini, sonra bölmədə də onu döydüyünü, digər polis əməkdaşı Məhəmmədin onu döymədiyini, “lomkada” olduğuna görə nə desələr qəbul etdiyini və sənədlərə oxumadan qol çəkdiyini bildirmişdir. Üzərində xəsarətin olmadığını bildirmişdir. Saxlanılarkən ətrafda başqa insanları görmədiyini, “konuma” 1-2 qram “patı” götürməyə getdiyini, lakin tapmadığını, saxlanıldığı yerin 13-cü Polis Şöbəsinə yaxın olduğunu, onu 15-20 dəqiqəyə şöbəyə apardıqlarını bildirmişdir. Şahid şahid2 yalan danışdığını, əlində bağlama olmadığını bildirmişdir. Ona “konumda” 1 qram “kakos” və 1 qram “patı” olduğunu bildirdiklərini, şəkildə 25 qram heroin, 25 qram “patı” və 4 kq marixuananın olduğunu, əvvəllər işlənmiş “konumlara” sonra yenə narkotik vasitə qoyduqlarını, İranlıya narkotik vasitənin çəkisinin çox olduğunu və həmin “konuma” gedə bilməyəcəyini bildirdiyini, o isə həmin “konumun” işlənmiş konum olduğunu və orada 2 qram narkotik vasitə olduğunu bildirdiyini, “konumdan” 25 qram heroin, 25 qram “patı” və 4 kq marixuana tapsaydı onları götürməyəcəyini bildirmişdir. “Konumu” tapa bilmədiyini, şəkildəki “konumda” heroin, “patı” və marixuananın göstərildiyini, “konumdakı” 4 kq marixuananı görmədiyini, ona 4 kq marixuananı şöbədə verdiklərini bildirmişdir. Üzərinə baxış keçirilərkən Müşviqə xanımın iştirak etdiyini, şəxsi axtarış keçirilərkən vəkilin iştirak etmədiyini, torbanın içərisində 4 büküm narkotik vasitə olduğunu, video çəkiliş aparıldıqdan sonra vəkilin gəldiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsində də təqsirləndirilən şəxs oxşar məzmunlu ifadələr verməklə məhkəməyədək icraat dövründə ona təzyiqlər göstərilməsini, daha sonra onu ailəsi ilə hədələdikləri üçün 4 kq narkotik vasitəni boynuna götürdüyünü, lakin sonuncu epizod üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində də verdiyi ifadələrinin tədqiq edilməsinin zəruri olduğunu vurğulayır. Belə ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü və 240.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir. Əvvəllər məhkumluğu olmamışdır. ##.##.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığım adını bilmədiyi şəxsdən 20 manata narkotik vasitə olan heroin alaraq istifadə üçün üzərində saxlamışdır. ##.##.2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketin qarşısında olan zaman iki nəfər şəxsi görmüş, həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərərək onun ad və soyadını və üzərində narkotik vasitə olub- olmadığını soruşaraq onu saxlayıb Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetləri saxlamaqda, gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və dövlət hesabına təyin olunmuş müdafiəçini ona təqdim etmişdir. Polis əməkdaşı videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişdir. Müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün özü ərizə ilə müraciət etmiş, çünki müdafiəçinin yanında istəməmişdir ki, sonuncu onun təqdim etmiş olduğu narkotik vasitə heroini görsün. Müdafiəçinin gələcəkdə onu ürəkdən müdafiə etməsi üçün onun iştirakını istəməmişdir. Bundan sonra polis əməkdaşı üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini təklif etmişdir. Artıq hər bir şeyin polis əməkdaşlarına aydm olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdən aşkar olunmuş kütlənin nə olduğunu soruşanda, səmimi olaraq kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu deyərək, ##.##.2024cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata narkotik vasitə olan heroin alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Həmin ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, ##.##.2024-cü il tarixdə də Sabunçu RPİ-nin əməkdaşalrı tərəfindən saxlanılmışdır. İşin mahiyyəti üzrə bildirirəm ki, narkotik vasitələrdən istifadə etdiyi üçün Mehdiabad qəsəbəsində Şəhriyar adlı şəxslə ortaq tanışları Emil adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Qeyd edir ki, bir neçə dəfə Şəhriyar adlı şəxsdən narkotik vasitə alaraq istifadə etmişdir. ##.##.2024-cü il tarixdə gecə saatlarında Şəhriyar 070-796-00-90 mobil nömrəsindən whatsapp vasitəsi ilə onun istifadəsində olan 055-605-20-86 mobil nömrəyə mesaj yazaraq Bakıxanov qəsəbəsində sellofan torbada narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni əldə etmək lazım olduğunu bildirmişdir. Daha sonra bu işin müqabilində ona 200 manat pul verəcəyini söyləmişdir. O, Şəhriyarla razılığa gəlmiş və taksi sifariş edərək Şəhriyarın ona whatsapp vasitəsi ilə göndərdiyi məkana uyğun Bakıxanov qəsəbəsinə getmişdir. Qeyd olunan məkanı tapmış və qara rəngli sellofan torbada olan narkotik vasitəni götürüb oradan uzaqlaşmaq istəyərkən ##.##.2024cü il tarixdə saat 01:40 radələrində iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb Sabunçu RPİ-in əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə həmin şəxslər ona bir neçə sual verərək söz soruşmuşlar. Həmin vaxt o, özünü şübhəli aparmış və qeyri adekvat cavablar verdiyinə görə polis əməkdaşları onlarla birlikdə 13-cü PŞ-nə gəlməyini bildirmişlər. O, 13-cü PŞ-nə getdikdən sonra narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğu ona bildirilmiş, ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq vəzifələri ona izah edilmişdir. Belə ki, onun Öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməyi təklif edilmişdir. O, əlində olan qara rəngli selofam masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu demişdir. Daha sonra təqdim etdiyi selofan torba açılmış, içərisindən dörd ədəd böyük büküm aşkar edilmişdir. Həmin bükümlərin hər biri açılmış, içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olan hər hansı bir əşya aşkar edilməmiş, üzərindən istifadə etdiyi REDMİ markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi polis tərəfindən aşkar olunaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, hər bir iştirakçı tərəfindən üzəri imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, ## ##### 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi nömrəsiz evin qarşısında inzibati ərazidə Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, R şahid9 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən şübhələndikləri üçün onu Sabunçu RPİnin 14-cü PŞ-nə dəvət etmişlər, həmin şəxs etiraz etməyərək onlarla Sabunçu RPİ-nin 14-cü PŞnə gəlməyə razılaşmış və həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar, Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra Sabunçu RPİ-nin 14-cü PŞ- nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü Sabunçu RPİ-nin PPXBnün polis nəfəri, R şahid14 dəvət edilərək onun iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs metamfetamin və dərman preparatlarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində saxladıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Xşahid3 ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili şahid2 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs yerdə nə isə axtardığı üçün ondan şübhələnmişlər, həmin şəxsdən şübhələndikləri üçün onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər, həmin şəxs etiraz etməyərək onlarla Sabunçu RPİ-nin 13-cü PŞ-nə gəlməyə razılaşmış və həmin şəxsi Sabunçu RPİ-nin 13cü PŞ-nə aparmışlar, Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra Sabunçu RPİ-nin 13-cü PŞ- nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü şahid1 dəvət edilərək onun iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əlində olan bağlamadan 4 kq-a yaxın marixuana aşkar olunmuş, Təqsirləndirilən şəxs Şəhriyar adlı İran vətəndaşı ilə danışdığını və narkotik vasitəni pul müqabilində həmin şəxsin dediyi yerə qoyacağını bildirmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyran Şəhriyar adlı İran vətəndaşı ilə instaqram sosial şəbəkəsində tanış olduğunu, Şəhriyar adlı şəxsin ona 800- 900 manat pul verəcəyini, sonra övladları məktəbə getdiyi üçün məcbur qalıb bu işi gördüyünü bildirmişdir. Ceyranı Bakıxanov qəsəbəsində ** saylı ota məktəbin yaxınlığında saxladıqlarını bildirmişdir. Ceyranı şübhəli şəxs qismində saxladıqlarını, Ceyranın telefonuna baxıb, yer axtarırdığını, təhqiqatçılar şöbələrdə olduğu üçün Ceyranı şöbəyə apardıqlarını, Ceyranın əlində qara sellefon torbanın oldğunu, müdafiəçinin kim olduğunu və qadın və ya kişi olmasını xatırlamadığını, Ceyranın aşkar olunan narkotik vasitənin marixuana olduğunu bildirdiyini, Ceyranın üzərinə baxış keçirilərkən iştirak etdiyini, şəxsi axtarışda Müşviqə xanım, şahid2, o və təhqiqatçının iştirak etdiyini, Ceyranı polis şöbəsinə onun maşınıyla apardıqlarını, Ceyranın maşının arxa oturacağında, Ceyranın yanında şahid2 oturduğunu bildirmişdir. Müşviqə xanımı təhqiqatçının dəvət etdiyini söyləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində ** saylı məktəbin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparılmış, Sabunçu RPİ-nin 13-cü PŞ- nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkilş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli bağlamadan 4 büküm marixuana aşkar olunmuş, Təqsirləndirilən şəxs Şəhriyar adlı İran vətəndaşı ilə danışmış və narkotik vasitəni 200 manat pul müqabilində həmin şəxsin dediyi yerə qoyacağını bildirmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyranı özünü şübhəli apardığı üçün saxladıqlarını, saxlanılan zaman Ceyranın tək olduğunu, saxlanılan zaman Ceyranın əlində qara bağlamanın olduğunu, Ceyranı şahid3lə birlikdə saxladıqlarını, onun maşının arxa oturacağında oturduğunu, müdafiəçinin kim olmasını xatırlamadığını, əvvəllər şəxsi saxlayarkən video çəkilişdən istifadə etmədiyini, Ceyranın vəkildən imtina etdiyini xatırlamadığını, Ceyranın üzərinə şöbənin qadın işçisinin baxış keçirdiyini, Ceyranın üzərindən telefon aşkar olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımır. Onu gecə vaxtı bölməyə dəvət etmişlər, o təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsində iştirak etmiş, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, 13-cü polis şöbəsində xadimə işləyir. Onu bölməyə gecə saatlarında dəvət etmişlər, saatın neçə olmasını xatırlamır. Onu təhqiqatçının otağına dəvət etmişlər, Ceyranı sonradan otağa gətirmişlər. Otaqda ondan başqa Səyyad müəllim, Tərlan müəllim və tanımadığı bir şəxs olmuşdur. Otaqda vəkil yox idi. Ceyranın üzərinə o baxış keçirmiş, Ceyranın üzərində telefon, şəxsiyyət vəsiqəsi və narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə Ceyranın əlindəki qara rəngli sellafon torbada idi. Torbanın içində 3-4 büküm var idi. Bükümlərdən birini açmışlar, içərisində ot var idi. Ceyran bildirmişdir ki, Şəhriyar adlı şəxs ona 200 manat pul müqabilində narkotik vasitəni götürməsini bildirmişdir.Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, onun bölməyə gəlibgetməyi yarım saat çəkmişdir. Bölmənin yaxınlığında yaşayır. Şəxsi axtarış keçirilərkən vəkil iştirak etməmişdir. Onu hərdən bir qadınların üzərinə baxış keçirilərkən dəvət edirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı dövründə təqsirləndirlən şəxs ona qarşı irəli sürülmüş ittihamın sonuncu epizodu üzrə özünü təqsirli bilməyərək 4 kq narkotik vasitəni boynuna götürdüyünü ona təsir və təzyiqlərin göstərilməsi ilə əlaqələndirsə də, həmin xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış, təqsirləndirlən şəxsin həmin iddası özünü doğurultmamışdır. Belə ki, məhkəmə icraatı dövründə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmişdir. İstintaq təcridxanasına yerləşdirilərkən üzərində xəsarət aşkar edilmiş və döyülməsi barədə məlumat versə də, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası bir daha apellyasiya şikayəti dəlilləri ilə əlaqədar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadə ilə məhkəmə baxışı zamanı ifadəsi arasındakı ziddiyyətləri, habelə həmin ziddiyyətlərin səbəbi kimi müdafiə tərəfinin irəli sürdüyü təqsirləndirilən şəxsin fiziki və psixi təsirlərə məruz qalması və polis əməkdaşlarının təhdidlərindən qorxaraq onların tələblərini yerinə yetirməsi barədə dəlilləri araşdıraraq iş materiallarında müdafiə tərəfinin həmin dəlillərini təsdiq edən hər hansı sübutun müəyyən olunmadığını qeyd edir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdiyi halda Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilərdi ki, hazırda təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin belə bir şikayətlə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciətinə dair hər hansı sənəd və ya digər sübut iş materiallarında mövcud deyildir. Başqa sözlə, məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın qərarlarından fiziki və ya psixi təsirlərin göstərilməsi, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Bundan başqa, birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən ekspertiza rəyləri və digər sənədlər də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edilmişdir. Belə ki, iş materiallarında olan ## #### 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi maddənin “kakos” kimi bildiyi narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün ## #### 2024-cü il tarixdə saat təxminən 14 radələrində Balaxanı qəsəbəsindən adım və yaşadığı ünvanı bilmədiyi 20 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin «Zərflər üçün» *** saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin 01 ədəd şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan ## ##### 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əlində olan 01 ədəd üzərində “Cappu” etiketli 0,5-lik butulkada içərisində ağ metadon suyuna bənzər mayeni masanın üzərinə qoyduqdan sonra əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükülünü içərisində ağ rəngli kristaşəkilli spesifik iyə malik maddəni, 02 ədəd üzərində “krka 300 mq” yazılan dərman kapsullarını, 01 ədəd dərman preparatını çıxarıb masanın üzərinə qoymuşdur. Ceyran Nəsibov təqdim etdiyi ağ rəngli kristalşəkilli maddənin, mayenin və dərman preparatlarının psixotrop maddə və narkotik vasitələr olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı Məryəm adlı şəxsdən 25 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kristalşəkilli maddə, maye və dərman preparatları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan üç ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» *** saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə günorta vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan ## ### 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxardığı 1 (bir) ədəd şəffaf rəngli sellefona bükülmüş maddəni təqdim edərək həmin maddənin heroin olmasını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, ##.##.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Aşkar olunan 1 (bir) ədəd şəffaf rəngli sellefona bükülmüş maddə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış aparılarkən «SAMSUNG» markalı aparatla videoçəkiliş aparılmışdır. İş materiallarında olan ## #### 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellafona bükülmüş, bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni adını və ünvanını bilmədiyi tran İslam respublikası əsilli şəxsdən 10 manata öz istifadəsi üçün aldığım bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə şüşəyə bənzər kristal maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» *** saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən həmçinin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üzərində "Azerceir mobil operatoruna aid sim kart nömrəsi olan bir ədəd "Nokia” markalı mobil telefon aparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd "Nokia” markalı mobil telefon aparatı üzərindəki sim-kartla birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan ## ###### 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əlində olan qara rəngli selofanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitənin yerini Şəhriyar adlı tanışının onun mobil telefonuna göndərib həmin narkotik vasitəni götürüb onun dediyi yerə aparmasını, buna görə ona 200 manat pul verəcəyəni dediyini bildirir. Daha sonra Təqsirləndirilən şəxsnm təqdim etdiyi selofan torba açılır, içərisindən dörd ədəd böyük büküm aşkar edilir. Həmin bükümlərin hər biri açılır, içərisində narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxsnm üzərinə şəxsi axtarış aparılanda üzərindən qanunla qadağan olunan hər hansı bir əşya aşkarlanmır, üzərindən istifadə etdiyi REDMİ markalı mobil telefonu və şəxsiyət vəsiqəsi aşkar olunaraq götürülür. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2024-cü il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətində qeyd etdiyi əsas dəlilə, yəni təqsirləndirilən şəxsin ittihamın sonuncu epizodu üzrə təqsirli olmasının sübuta yetirilməməsi, habelə həmin hissədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrin fiziki və psixi təzyiqlər nəticəsində verməsi ilə bağlı xüsusata münasibət bildirməklə qeyd edir ki, bu dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə müqayisədə məhkəməyədək icraat dövründə verdiyi ifadələrin iş materiallarında olan sübutlarla uzlaşdığını və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həmin ifadələri müdafiəçisinin iştirakı ilə verməsi nəzərə alınmaqla onun müdafiə hüququnun pozulmasına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, habelə həmin dəlilləri təsdiq edən sübutun məhkəməyə təqdim olunmadığını qeyd edir. Məhkəmə kollegiyası sadalanan sübutların məcmusu baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlamaqla, ifadələrini dəyişməsi səbəbini əsaslı hesab etməməklə, həmçinin ifadələrə iş materiallarında toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməsi və ona üstünlük verməsi qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və onun cəzasını ağırlaşdıran hal müəyyən etmədən, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü maddələri ilə 06 il müddətə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə cinayətlərin məcmusu qaydasında qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 07 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş və çəkilmiş 07 ay 18 gün azadlıqdan məhrum etmə cəzası, həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il və ##.##.2024- ##.##.2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 10 gün müddət və Abşeron Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə saxlandığı 02 gün müddət, yəni tutulduğu və həbsdə olduğu cəmi 08 ay müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza tədbirinin növü və həddi ilə razılaşaraq cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsində maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №1(3-6)-794/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-794/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver